Məhkəmə qərarları › İş №1(021)-60/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-60/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-60/2023 28.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1983-cü ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər rayonu Qapanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1987-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, evli, оrtа təhsilli, məhkum olunmayan, işləməyən, Bərdə şəhəri ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1974-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, məhkum olunmayan, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri ünvan 3 ünvanda yaşamış, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,923 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Fizuli küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli kurtkanın sol iç cibində saxladığı 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,617 qram ümumi təmiz çəkisi 0,923 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Fizuli küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eyni zamanda aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,536 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Fizuli küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,536 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, subaydır, ali təhsillidir, işsizdir. Tərtər rayonu Qapanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, psixotrop maddə olan metamfetamindən mütamadi olaraq istifadə edir. Bərdə rayon sakini Təqsirləndirilən şəxs3 tanıyır. 19 noyabr 2022-ci il tarixdə saat 17 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs3 mobil telafonuna zəng edib onunla görüşmək və çay içmək istəmiş və Sadiq ona tanışları ilə birlikdə olduğunu demişdir. Rəvan yaşadığı evdən çıxıb Tərtər rayonu, Sarıcalı kəndinə gəlmiş, həmin kənddən keçən Tərtər–Bərdə yolu istiqamətində dayanmışdır. Həmin vaxtı Sadiq ona telefon əlaqəsində Bərdədən tanışları ilə gəlib həmin kənddən onu götürəcəyini demişdir. Təqsirləndirilən şəxs3 gözləyən zaman həmin vaxt yolun kənarından bir ədəd ağ sellofan büküm görmüş, həmin bükümü yerdən götürmüş, sellofana açıb baxan zaman həmin sellofanın içərisində 02 ədəd bükümdə metamfetmin olduğunu görmüş, həmin bükümdə olan metamfetamini cibinə qoymuş, sonra sakit bir yerdə istifadə edəcəyini fikirləşmişdir. Təxminən 10 dəqiqən sonra “Naz Lifan “ markalı avomobilin yanına yaxınlaşdığnı, içərisində Sadiqin olduğunu görmüş və həmin avtomobilə əyləşmiş, həmin vaxt avtomobildə Sadiqin dayısı Sevdiyarda olmuşdur. Avtomobilin sürücüsü avtomobili Bərdə rayon istiqamətində hərkət etdimiş, birlikdə Bərdə şəhəri, Füzuli küçəsindən keçən dəmir reyslərin yanına gəlib çatdıqda polis əməkdaşları sonradan adını bildiyi Bahaturun avtomobilini saxlayıb Polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitə saxlamalarında və satışıda şübhəli olduqlarını bidirərək polis şöbəsinə dəvət etmişlər. Bərdə rayon polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra Müdafiəçi2 və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə üzərinə video görüntü vasitəsi ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 02 ədəd ağ rəngli sellofan bükümlərdə metamfetamin və 01 ədəd elektron tərəzini, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonları masanın üzərinə qoyduğunu, bundan sonra 02 ədəd ağ rəngli sellofan bükümdə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılıb, iştirakçılar tərəfindən, müdafiəçisi tərəfindən imzalandığını, polis əməkdaşı tərəfindən DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edildiyini, bundan sonra üzərindən yuxarıda qeyd edilən əşylardan başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə olan metamfetamini Tərtər rayonu Sarıcalı kəndində yerdən tapdığını, üzərində aşkar edilmiş metamfetamini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə əldə etmədiyini, psixotrop maddə olan metamfetamin aludəçisi olduğu üçün tapdığı metamfetamini üzərində saxladığını, üzərindən aşkar edilmiş elektron tərəzini təxminən 1 il olar ki, geydiyi kurtkanın cibinə qoyduğunu, həmin günü evdən çıxanda kurtkanı geyindiyini, cibində olan elektron tərəzi xeyli vaxtdır cibində qaldığını, başqa niyyətdə üzərində götürmədiyini, psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Füzuli küçəsi ev 5-də yaşayır. Evlidir, heç bir yerdə işləmir, gitara sənəti ilə məşğul olub ailəsini dolandırır, narkotik vasitə olan heroindən mütamadi olaraq istifadə edir. 18 noyabr 2022-ci il tarixdə saat 17 radələrində balıq tutmaq üçün Bərdə rayonu, Zümürxan kəndi ərazisində yerləşən gölə getmişdir. Gölün kənarında balıq tutmaq üçün münasib yer axtaran zaman həmin vaxt yerdə ağ sellofan büküm tapdığını və həmin bükümü yerdən götürüb açıb içərisində baxan zaman əvəllər narkotik vasitə heroindən istifadə etdiyi üçün sellofan bükümün içərisində olan kütlənin heroin olduğunu görmüşdür. Həmin bükümü cibinə qoyduğunu, sonra evə gəldiyini, həmin 01 ədəd bükümün içərisində olan 03 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini istifadə etmək üçün cibində saxladığını, həmin gün gölün kənarından tapdığı narkotik vasitə olan heroindən istifadə etmədiyini və həmin günün səhəri, yəni 19 noyabr 2022-ci il tarixdə istifadə etmək qərarına gəldiyini, 19 noyabr 2022-ci il tarixdə saat 16 radələrində evdən çıxıb Füzuli küçəsində yaşayan babasıgilə getdiyini, dayısı Sevdiyarla orada görüşdüyünü, sonra dayısı Sevdiyarla rayon ərazisindən çıxmaq üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Bahatura ***-***-**-** saylı mobil nömrəmlə zəng etdiyini, Bahatur onun zəngi əsasında Füzuli küçəsinə gəldyini, o və Sevdiyar Bahatura məxsus “Naz Lifan” markalı avtomobilə əyləşdiyini, avtomobildə olan zaman Rəvan mobil nömrəmə ilə ona yarımçıq zəng etdiyini, Rəvana zəng edib onunla görüşməyini bildirdiyini, onlar birlikdə gedib tanışı Rəvanı Tərtər rayonu, Sarıcalı kəndi ərazisindən götürdüklərini, birlikdə Bərdə şəhəri istiqamətində gəlib Bərdə şəhəri, Füzili küçəsində Bahatur avtomobili idarə edən zaman polis əməkdaşları avtomobili saxlayıb onlara yaxınlaşıb avtomobildə, üzərlərində narkotik vasitə gəzidirdiklərinə şübhəli olduqları üçün Bərdə rayon polis şöbəsinə apardıqlarını, Bərdə rayon polis şöbəsində video görüntü vasitəsi ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində Müdafiəçi3 və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində olan 03 ədəd içərisində heroin olan bükümü masanın üzərinə qoyduğunu, həmin 03 ədəd içərisində heroin olan büküm elektron tərəzidə çəkildiyini və bir ədəd ağ kağız zərfdə qablaşdırıldığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə olan heroini Bərdə rayonu Zümürxan kəndində yerləşən gölün ətrafından tapdığını, üzərində aşkar edilmiş heroini Təqsirləndirilən şəxs1 və Natiq Abbasovla birlikdə əldə etmədiyini, narkotik vasitə olan heroin aludəçisi olduğu üçün tapdığı heroini üzərində saxladığını, psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Füzuli küçəsi ev 97də yaşayır, subaydır, heç bir yerdə işləmir, narkotik vasitə olan heroindən mütamadi olaraq istifadə edir, buna görə də 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş və 2022-ci ilin avqust ayında azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs3 bacısı oğlu, Təqsirləndirilən şəxs2 isə bacıs oğlu Təqsirləndirilən şəxs3 tanışıdır. 19 noyabr 2022-ci il tarixdə saat 18 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs3 onun yaşadığı evə gəldiyini, görüşüb Tərtər rayonuna gedib tanışı Rəvanla görüşəcəyini bildirdiyini, birlikdə tanışı olan Bahatura məxsus “Naz Lifan “ markalı avtomobilə əyləşib Rəvanla görüşməyə getdiklərini, Tərtər rayonu, Sarıcalı kədində yolun kənarından Rəvanı götürdüklərini, birlikdə Bərdə rayonu istiqamətinə hərəkət etdiklərini, birlikdə Bərdə şəhəri, Füzuli küçəsindən keçən dəmir relslərin yanına gəlib çatanda polis əməkdaşları sonradan adını bildiyi Bahaturun avtomobilini saxladıqlarını, Polis əməkdaşları onlara narkotik saxlamasında və satışıda şübhəli olduğuqlarıüçün polis şöbəsinə dəvət etdiklərini, Bərdə rayon polis şöbəsində video görüntü vasitəsi ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində Müdafiəçi1 və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparıldığını, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə heroinə bənzər kütlə, şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, əynində olan gödəkcənin cibindən isə siqaret qutularını masaya qoyduğunu, 01 ədəd sellofan bükümdə heroinə bənzər kütlə olması müəyyən olunduğunu, sonra həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırıldığını, üzərindən başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Bundan əlavə o, heroini Bərdə şəhəri Füzuli küçəsində yedən tapdığını, narkotik vasitə aludəçisi olduğu üçün heroindən istifadə etdiyini, narkoyik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Xəqani küçəsində yaşayır, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm, polis baş leytenantıdır. O, Tərtər rayonu Qapanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3, Şahid8 və Təqsirləndirilən şəxs1 birlikdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olduğunu, 19 noyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndiyini, bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid8 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 19 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri Füzuli küçəsində olan zaman Şahid8 idarə etdiyi NAZ lifan markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirildiyini, Polis şöbəsində Təqsirləndirilən şəxs2 Müdafiəçi2 müdafiəçi kimi dəvət edilməklə təhqiqatçı Natiq Şirinov tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildiyini, bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşı polis serjantı Şahid7, ekspert kriminalist Şahid5 və Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandığını, təhqiqatçı X18 Quliyevə hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli kurtkanın sol iç cibindən iki ədəd sellofan kəsiyi bükümündə bükülünü və bir ədəd elektron tərəzini masanın üzərinə qoyduğunu, Təqsirləndirilən şəxs2 həmin maddənin şüşə adı ilə tanıdığı metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs2 üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildikdən sonra Natiq Şirinov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırıldığını, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş elektron tərəzi 1 ədəd kağız zərfdə qablaşdırıldığını, Bərdə rayon Polis Şöbəsinin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ucar rayonunda anadan olmuş, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, bina 4, mənzil 68 qeydiyyatda olub, hazırda Bərdə şəhəri H.Əliyev prospektində yaşayır, Bərdə rayon X6 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Bərdə şəhəri Fizuli küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2, Şahid8 və Təqsirləndirilən şəxs1 birlikdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olduğunu, tərəfindən 19 noyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndiyini, bundan sonra tərəfimizdən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid8 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 19 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri Fizuli küçəsində olan zaman Şahid8 idarə etdiyi NAZ lifan markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirildiyini, Polis şöbəsində Təqsirləndirilən şəxs3 Müdafiəçi3 müdafiəçi kimi dəvət edilməklə təhqiqatçı Natiq Şirinov tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildiyini, bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşı polis serjantı Şahid2, polis kapitanı Şahid5 və Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs3 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandığını, təhqiqatçı X19 Abbasova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarın sol cibindən üç ədəd sellofan kəsiyi bükümündə bükülünü masanın üzərinə qoyduğunu, Təqsirləndirilən şəxs3 həmin maddənin kakos adı ilə tanıdığı heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs3 üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilərək Natiq Şirinov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayonunda anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Qaradəmirçi kəndində yaşayır, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Bərdə şəhəri Fizuli küçəsi ev 97-də yaşayan Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2, Şahid8 və Təqsirləndirilən şəxs3 birlikdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olduğunu, 19 noyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqləndiyini, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 19 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri Fizuli küçəsində olan zaman Şahid8 idarə etdiyi NAZ lifan markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirildiyini, Polis şöbəsində Təqsirləndirilən şəxs1 Müdafiəçi1 müdafiəçi kimi dəvət edilməklə təhqiqatçı Natiq Şirinov tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildiyini, Bərdə RPŞnin digər əməkdaşı polis kapitanı Şahid5, polis serjantı Tariyel Əliyevin və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandığını, təhqiqatçı X15 Əzizova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdiyini, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol cibindən bir ədəd sellofan kəsiyi bükümündə bükülünü masanın üzərinə qoyduğunu, Təqsirləndirilən şəxs1 həmin maddənin kakos adı ilə tanıdığı heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs1 üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilərək Natiq Şirinov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Bakı küçəsi bina 8, mənzil 22-də yaşayır, birinci Qarabağ müharibəsi iştirakçısıdır, Qarabağ əlilidir, ailəsini dolandırmaq üçün özünə məxsus Naz lifan markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 19 noyabr 2022-ci il tarixdə tanışı Sadiq ona zəng edərək səninlə işi olduğunu, Sadiqin yaşadığı küçəyə getdiyini, Sadiq və Sevdiyar avtomaşınına əyləşib Tərtər rayonu Sarıcalı kəndində dostu Rəvanı götürməyə getməyini bildirdiyini, avtomaşını Tərtər rayon istiqamətinə sürüb Sarıcalı kəndində yolun kənarında Rəvanı götürüb Bərdə şəhəri Fizuli küçəsinə gəldiklərini, həmin günü saat 19 radələrində Bərdə şəhəri Fizuli küçəsində polis əməkdaşları idarə etdiyi avtomaşını saxladaraq üzərlərində narkotik vasitə olduğunu bildirib, polis şöbəsinə dəvət etdiklərini, Polis şöbəsində şübhəli şəxs kimi tutulduğunu, Elmir Cəfərov hüquqlarını müdafiə etmək üçün dəvət edildiyini, bundan sonra təhqiqatçı, müdafiəçi Elmir Cəfərovun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə və idarə etdiyi avtomobilə baxış keçirildiyini, baxış zamanı qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, bundan sonra şübhəli şəxs kimi tutulmaqdan azad edildiyini, sonra Sadiqin, Sevdiyarın və Rəvanın üzərlərindən narkotik vasitə aşkar edildiyini bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid5 ifadələrində Şahid6 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol cibindən bir ədəd narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcənin sol iç cibindən iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sol cibindən üç ədəd narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin 20 noyabr 2022-ci il tarixli 16/1309 nömrəli rəyindən görünür ki; - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,617 qram ümumi təmiz çəkisi 0,923 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidir. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş....” yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, kimyəvi tərkiblərinə görə eynidir. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,536 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş....” yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd bükümdə olan heroin ilə üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd bükümdə olan heroin kimyəvi tərkiblərinə görə eynidir. Heorin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”`in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin 20 yanvar 2023-cü il tarixli 16/56 nömrəli rəyindən görünür ki; -Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli Aosai markalı elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə, izləri və hissəcikləri aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş, 25 noyabr 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ətrafında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 19 noyabr 2022-ci il tarixdə üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin şəxsi istifadələri üçün üzərlərində saxlamışlar, hər hansı şəxsə narkotik vasitə və psixotrop maddələrin satması, onlar arasında narkotik vasitənin və psixotrop maddələrin alqı-satqısı olması, əlbir olub narkotik vasitəni və psixotrop maddəni əldə etmələri əməliyyat yolu ilə müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, 26 noyabr 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında sonuncunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sol iç cibindən iki ədəd bükümdə ilk baxışda psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir ədəd elektron tərəzi və iki ədəd mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs2 bükülünün içərisində metamfetamin olmasını etiraf etdi. Bundan sonra bükülülər elektron tərəzidə çəkildi, elektron tərəzi ilə qablaşdırılaraq götürüldü. Cinayət işi materiallarına əlavə edilmiş 26 noyabr 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs3 könüllü olaraq əynində olan şalvarın sol cibindən iki ədəd bükümdə ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırıldı. Cinayət işinə əlavə edilmiş 27 noyabr 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan şalvarın sol cibindən bir ədəd bükümdə ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırıldı. Cinayət işinə əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli Tərtər RİH-nin Soyulan kənd inzibati nümayəndəliyinin 195 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayonu Alışarlı kəndində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli Bərdə RİH-nin Bərdə şəhər inzibati nümayəndəliyinin 6498 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri Füzuli küçəsi ev 97-də yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli Bərdə RİH-nin Bərdə şəhər inzibati nümayəndəliyinin 6497 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə şəhəri Füzuli küçəsi ev 5-də yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 31 avqust 2022-ci il tarixli 720 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonu Kətəlparaq kəndində qeydiyyatdadır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 12 dekabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 12 dekabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 12 dekabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 noyabr 2022-ci il tarixli tələbnamələrdən görünür ki, X9 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 07 yanvar 2023-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 12 yanvar 2023-cü il tarixli 48 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 12 yanvar 2023-cü il tarixli 50 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli 29 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli 36 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs1 narkoloji kabinetində (çətənə qəbulu 26 yanvar 2019, 01 fevral 2022) dispanser qeydiyyatındadır. Cinayət işinə əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli 31 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli 34 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs3 narkoloji kabinetində (opioid qəbulu 17 yanvar 2018, 22 yanvar 2020, 23 yanvar 2021) dispanser qeydiyyatındadır. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,617 qram ümumi təmiz çəkisi 0,923 qram ekspertiza tədqiqindən sonra qalıq 0,823 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,02 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,536 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,486 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,923 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Fizuli küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli kurtkanın sol iç cibində saxladığı 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,617 qram ümumi təmiz çəkisi 0,923 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Fizuli küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,536 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 19 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bərdə rayon polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Fizuli küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,536 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin оlmаsı, cinаyətlərin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxslərin törətmiş olduğu əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini və şəxsiyyətlərini, eləcə də cəzalarını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzalarnın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs2 əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəza hesab edilən azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Təqsirləndirilən şəxs2 məhkəmə baxışına gecikməsi və məhkəmə prosesindən qabaq laqeyd davranışını nəzərə alaraq məhkəmə barəsində qətimkan tədbirinin dəyişməsinə baxmayaraq şəxsin peşmançılıq hissi keçirməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəza hesab edilən azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Təqsirləndirilən şəxs2 məhkəmə baxışına gecikməsi və məhkəmə prosesindən qabaq laqeyd davranışını nəzərə alaraq məhkəmə barəsində qətimkan tədbirinin dəyişməsinə baxmayaraq şəxsin peşmançılıq hissi keçirməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin resdivi mövcuddur. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirən hallar müəyyən edilməsə də, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, Təqsirləndirilən şəxs3 əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirən hallar müəyyən edilməsə də, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin resdivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən hallarını, ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bərdə rayon Polis Şöbəsində 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldıqları 28 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bərdə rayon Polis Şöbəsində 19 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 noyabr 2022-ci il tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişlər. Bərdə Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsə alınmışlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə buna görə də hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirləri başqa yerə getməmək haqqında qətimkan tədbirləri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad edilməlidirlər. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Tərtər rayonu Qapanlı kəndi ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Bərdə şəhəri, Füzuli küçəsi ev 5 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəksə də, ikinci qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Lakin Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 91 (otuz) manat 20 (iyirmi) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,617 qram ümumi təmiz çəkisi 0,923 qram ekspertiza tədqiqindən sonra qalıq 0,823 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,02 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,536 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,486 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,617 qram ümumi təmiz çəkisi 0,923 qram ekspertiza tədqiqindən sonra qalıq 0,823 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,02 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,536 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,486 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 04 ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bərdə rayon Polis Şöbəsində 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 28 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək növündə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məkhəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Tərtər rayonu Qapanlı kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bərdə rayon Polis Şöbəsində 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 28 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək növündə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məkhəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 оğlunun üzərinə Bərdə şəhəri, Füzuli küçəsi ev 5 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,617 qram ümumi təmiz çəkisi 0,923 qram ekspertiza tədqiqindən sonra qalıq 0,823 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,488 qram, 0,288 qram, 0,394 qram ümumi təmiz çəkisi 1,170 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,02 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,536 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,486 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 04 ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 91,20 (doxsan bir manat iyirmi qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar