Məhkəmə qərarları › İş №1(021)-60/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-60/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-60/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixində Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, muhkumluğu olmayan, Bərdə şəhəri, Şəhriyar küçəsi ev 44-də qeydiyyatda olmaqla, şübhəli şəxs kimi tutulana qədər Bərdə şəhəri, Gəncə küçəsində yerləşən ünvansız fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 0,645 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 noyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Gəncə küçəsində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,645 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3-də qeydiyyatda olmaqla Bərdə şəhəri Gəncə küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Təxminən 1 il yarımdır ki, psixotrop maddə olan metamfetamindən tapdıqca istifadə etmiş, narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. 23 noyabr 2023-cü il tarixdə yaşadığı Bərdə şəhəri Gəncə küçəsində gəzərkən məhlədə yol kənarında yerdə şəffaf rəngli polietilen kəsiyində bükülü olduğunu görmüş, həmin polietilin kəsiyini yerdən götürüb içərisinə baxdıqda Psixotrop maddə istifadəçisi olduğu üçün həmin bükülünün içərisində olan kütlənin narkotik vasitə olan metanfetamin olduğunu bilmiş, daha sonra həmin psixotrop maddəni istifadə etmək üçün şalvarının cibinə qoyaraq özü ilə götürmüşdür. 24 noyabr 2023-cü il tarixdə saat 11:20 radələrində mağaza getmək üçün küçəyə çıxdıqda iki nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmiş və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişlər. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, üzərində saxladığı 01 ədəd şəffaf rəngli polietilen kəsiyində olan psixotrop maddəni təqdim etmiş, həmin 01 ədəd şəfaff rəngli polietilen kəsiyində olan psixotrop maddə elektron tərəzidə çəkildikdə sellofanla birlikdə ümumi çəkisinin 0,81 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd şəfaf rəngli polietilen kəsiyində olan narkotik vasitə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş, üzəri o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı ona məxsus 2 ədəd alışqan özünə qaytarılmış, lakin ona məxsus 1 ədəd “FLY” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılmış, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Şəxsi axtarış zamanı sadaladıqlarından başqa üzərindən heç nə aşkar olunmamış, bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, məhkumluğunun olmamasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin KTQ-nin ekspert- kriminalisti vəzifəsində xidmət edir, polis kapitanı vəzifəsindəydir. 24 noyabr 2023-cü il tarixdə Bərdə şəhər Şəhriyar küçəsi ev 44də qeydiyyatda olmaqla Bərdə şəhəri Gəncə küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə əldə edərək saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Bu barədə raportla şöbə rəhbərliyinə müraicət olundu. Ona görə də 24 noyabr 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqləndi. Ondan, Bərdə RPŞ-nin CAB-in baş əməliyyat müvəkilli, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkilli, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradıldı. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Gəncə küçəsinə getmişlər. 24 noyabr 2023-cü il tarixdə saat 11:20də həmin küçəyə çatmışlar, bu zaman Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edərək saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olunduğunu deyib polis şöbəsinə dəvət etdikdən sonra sonuncu onlara etiraz etmədi və Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə gətirildi. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TBnin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən şəxsi axtarış keçirildi. Şəxsi axtarışda müdafiəçi qismində Müdafiəçi iştirak etdi. Şəxsi axtarış prosesi mənim tərəfimdən video qeydə alındı. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdikdə sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli "FLY" markalı mobil telefonu, 01 eded şəffaf rəngli polietilen kəsiyi bükümündə kütləni masanın üzərinə qoyaraq teqdim etdi. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs Üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə çəkildi. Aşkar edilmiş narkotik vasətiyə bənzər maddə və 01 ədəd FLY markalı mobil telefon X3 tərəfindən 2 ədəd kağız zərfdə ayrı-ayrılıqda qablaşdırıldı, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürüldü. O və digər iştirakçılar həmin zərflərin üzərinə imza etdilər. Bundan sonra şəxsi axtarış prosesi X3 tərəfindən yekunlaşdırıldı. Bundan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib edildi və həmin protokol ucadan oxundu, o və digər iştirakçılar protokola imza etdilər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 13 sentyabr 2023-cü il tarixdə Bərdə şəhər Şəhriyar küçəsi ev 44-də qeydiyyatda olmaqla Bərdə şəhəri Gəncə küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edərək saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, ona görə də 24 noyabr 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş, ondan, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkilli, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Gəncə küçəsinə getmiş, 24 noyabr 2023-cü il tarix saat 11:20-də həmin küçəyə çatmış, bu zaman Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edərək saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib polis şöbəsinə dəvət etdikdə sonuncu onlara etiraz etməmiş və Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Misir Misirli tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda müdafiəçi qismində Müdafiəçi iştirak etmiş, şəxsi axtarış prosesi Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid3 tərəfindən videoqeydə alınmışdır. X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdikdə sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli “FLY” markalı mobil telefonu, 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə kütləni masanın üzərinə qoyaraq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə çəkilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə və 01 ədəd FLY markalı mobil telefon X3 tərəfindən 2 ədəd kağız zərfdə ayrı-ayrılqıda qablaşdırılmış və Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. O və digər iştirakçılar həmin zərflərin üzərinə imza etmiş, bundan sonra şəxsi axtarış prosesi X3 tərəfindən yekunlaşdırılmış, bundan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, ********* nömrəli cinayət işi 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 5-45-ci vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanılmasına səbəb 24 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlamasında və istifadəsində şübhəli bilinən ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri Gəncə küçəsində yerləşən ünvansız fərdi yaşayış evində kirayə yaşayan Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,645 qram olan psixotrop maddə hesab edilən metamfetaminin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 8-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 24 noyabr 2023-cü il tarixdə saat tutulmuşdur. Cinayət işinin 56-57-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 38-41-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 25 noyabr 2023-cü il tarixli 16/1206 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “.....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə metamfetaminə bənzər kütlə” yazıları və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,645 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,645 qram, tədqiqata sərf edildi-0,05 qram qalıq- 0,595 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 04 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop vasitələrdən istifadə edir. Psixotrop maddə olan metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispaserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 85-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 88-ci vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 81-ci vərəqəsində olan 30 noyabr 2023-cü il tarixli Qəbzdən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan bir ədəd “FLY” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 102-110-cu vərəqələrində olan 19 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,645 qram olmuş, ekspertizadan sonra tədqiqata 0,05 qramının sərf olunmuş, qalıq çəkisi 0,595 qram psixotrop maddə olan metamfetamin və şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış, psixotrop maddə olan metamfetamin saxlanması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 01 ədəd “DVD” diskin isə cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 26 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 26 noyabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 0,595 qram psixotrop maddə olan -metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixindən 26 noyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 0,595 qram psixotrop maddə olan -metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar