Məhkəmə qərarları › İş №1(021)-60/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-60/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-60/2025 27.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İİ dərəcəli hüquqşunas X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş, Bərdə şəhəri ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silahı, döyüş sursatını əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən EU-3084 seriya nömrəli 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AK-47, AKMS modelli avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1968-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 29 ədəd patronları qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında qanunsuz olaraq saxlamış, 04 yanvar 2025-ci il tarixdə saat 12:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanda şübhəli şəxs qismində saxlanılaraq həmin gün 12:20 dəqiqədən 12:41 dəqiqəyədək olan müddət ərzində onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağında yerləşən çarpayının üzərində olan döşəklərin arasında qanunsuz olaraq satış məqsədilə saxladığı EU-3084 seriya nömrəli 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AK-47, AKMS modelli avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 29 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır, subaydır, fəhlə işləyib özünü dolandırır. Əvvəllər məhkum həyatı yaşamışdır. Belə ki, 2012-ci il və 2017-ci il tarixlərində Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə iki dəfə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzası almış, 2022-ci il tarixdə azadlığa çıxmışdır. Həmin vaxtdan bir müddət sonra Bərdə rayonu ərazisində fərdi qaydada fəhlə işləmiş, ancaq 2024-cü il tarixdən işğaldan azad olunmuş ərazilərdə işləməyə başlamışdır. 2024-cü ilin aprel ayında isə Xankəndi şəhərinə işləmək məqsədi ilə getmişdir. Orda fəhlə kimi işləyərkən sahibsiz evlərin birinə girmiş, evi axtaranda otaqda olan divanın alt hissəsində bir ədəd Kalaşnikov avtomatını görmüş, ətrafa baxmış, heç kimin görmədiyindən əmin olub avtomatı əlinə almış, avtomatda bir ədəd darağın taxılı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra avtomatın darağını çıxarıb özünə məxsus paltar çantasında qoyub gizlətmiş, həmin avtomat silahını yaşadığı Bərdə rayonuna gətirmək qərarına gəlmişdir. Bu səbəbdən də paltar çantasında gizlətdiyi avtomat silahını xatırlamadığı yol avtomobili ilə Bərdə rayonuna gətirərək yaşadığı evdə döşəklərin arasında gizlətmişdir. Daha sonra bir neçə dəfə Xankəndi şəhərinə getmiş, orada az müddət işləyərək yenidən yaşadığı evə qayıtmışdır. İşləməyə getmədiyi üçün maddi durumu zəif olduğundan yaşadığı evdə gizlətdiyi avtomat silahı satmaq qərarına gəlmişdir. Buna görə də tanımadığı şəxslər yanında silah olmasını deyib satmaq istədiyini bildirmişdir. Lakin alıcı tapa bilmədiyindən həmin silahı sata bilməmişdir. 04 yanvar 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq silah saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyini demişlər. O, yaşadığı evdə Kalaşnikov markalı avtomat olduğunu polis əməkdaşlarının xəbər tutduğunu bildiyindən, səmimi olaraq onlara həqiqətən də silah olduğunu onlara demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin yataq otağında çarpayının üstündə olan döşəklərin arasında gizlətdiyi 01 (bir) ədəd Kalaşnikov avtomat silahı, 01 (bir) ədəd darağı və 29 (iyirmi doqquz) ədəd patronu çıxardaraq polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları həmin silahı, darağı və patronları ekspertizaya təqdim etmək üçün qablaşdıraraq götürmüşdülər. Bundan sonra Bərdə rayon polis şöbəsinə gəldikdən sonra, Polis şöbəsinin inzibati binasında ona müdafiəçi təqdim olunmuşdur, hüquq və vəzifələri izah edilmişdir, Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərinə polis əməkdaşı baxış keçirmişdir, üzərindən hər hansı əşya və ya predmet aşkar edilmədiyindən, üzərindən aşkar edilmiş 01 ədəd KGTEL markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən ona qaytarılmışdır. Həmçinin o, işğaldan azad olunmuş Xankəndi şəhərinə fəhlə kimi işləməyə getdiyini, həmin silahı 2024-cü ilin qış aylarında təxmini 2-3 ay bundan qabaq sahibsiz evdə divanın alt hissəsindən tapdığını, həmin silahı özünə məxsus paltar çantasında gizlədərək yaşadığı Bərdə şəhəri Gəncə küçəsi 64 nömrəli evdə heç kimin görə bilmədiyi yerdə gizlətdiyini, həmin vaxtı yanında heç kim olmadığını, kim görmədiyini, həmin silahı və patronları götürməkdə məqsədi gələcəkdə satıb pul əldə etmək olduğunu, yaşadığı evdə avtomat silah olması barədə ailə üzvlərinə məlumat vermədiyini bildirmişdir. O, Xankəndi şəhərində yaşayış evləri bir-birinə oxşar olduğunu, yaşayış yerinin yerləşdiyi yer yadında qalmadığını və hadisə yerini əyani surətdə göstərə bilmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, tutduğu əməldən səmimi olaraq peşmançılıq hissi keçirmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə RPŞnin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə odlu silah və onun komponentlərinin saxlanılması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında 04 yanvar 2025-ci il tarixdə saat 12:10 radələrində ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz odlu silah olduğuna görə tərəflərindən yaşadığı evin qarşısında saxlanıldığını, 04 yanvar 2025-ci il tarixdə saat 12:20 radələrində Bərdə rayon PŞ-nin KTQ-nin ekspert-kriminalisti, polis kapitanı Şahid3 və Bərdə rayon PŞnin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2, Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X4 və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz odlu silahı saxladığına görə evinə video görüntü ilə baxış keçirildiyini, X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən və yaşadığı evə baxış keçirilməsi ilə bağlı könüllü ərizəsini aldıqdan sonra yaşadığı evdə hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdiyini, Təqsirləndirilən şəxs sorğu zamanı 2-3 ay bundan əvvəl Xankəndi şəhərində fəhlə işləyən zaman sahibsiz evdə divanın alt hissəsindən Kalaşnikov avtomatı, 29 ədəd patronlar və 01 ədəd daraq taparaq satmaq niyyəti ilə yaşadığı evdə gizlətdiyini dediyini, bundan sonra iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirdiklərini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan çarpayının üstündə olan döşəklərin arasından qara sellofana bükülünü çıxardaraq təqdim etdiyini, həmin sellofan tərəfindən açılan zaman içərisindən 01 ədəd 7,62 mm, keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal edilmiş EU-3084 nömrəli Kalaşnikov avtomatı, 01 ədəd patron darağı və 29 ədəd döyüş sursatı olan patron aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürüldüyünü, daha sonra Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nə dəvət edilərək orada müdafiəçi dəvət edilməklə X7 tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri izah edildiyini, bundan sonra onun, Bərdə rayon PŞ-nin KTQ-nin ekspert-kriminalisti, polis kapitanı Şahid3, CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2, Müdafiəçiın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlandığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyini, üzərindən açkar edilmiş KGTEL markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarıldığını, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunaraq imzalarla təsdiq edildiyini bildirdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş digər şahidlər Şahid2 və Şahid3 öz ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs ailəsini dolandırmaq üçün fəhlə işləmişdir. X2 ağır xəstədir və yataq xəstəsidir. Şahlar əvvəllər bir neçə dəfə işğaldan azad edilmiş torpaqlara gedib orada fəhlə kimi işləmiş, əvvəllər Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə ayrı-ayrı vaxtlarda 2 dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs işğaldan azad edilmiş ərazidən odlu silah gətirməyindən və yaxud da yaşadıqları evdə gizlətməyindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs odlu silahın olması və yaşadıqları evdə saxlamasından polis əməkdaşları tərəfindən yaşadıqları evə baxış keçirdikdən sonra bildiyini, xəbəri olmadığını qeyd etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 04 yanvar 2025-ci il tarixli 25/3 nömrəli rəyindən görünür ki; - Tədqiqata təqdim edilmiş, 01 ədəd EU-3084 №-li silah, 7,62 mm kalibirli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda 1968-ci ildə istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı AKM, AK-47, AKMS modelli avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş, 29 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 1968-ci ildə istehsal olunmuş, 7,62x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə məlumat əlavə veriləcəkdir. Qeyd: Təqdim edilmiş 29 ədəd 7,62x39 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. Cinayət işi materiallarına əlavə edilmiş 04 yanvar 2025-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 04 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında çarpayının üstündə olan döşəklərin arasından 01 ədəd Kalaşnikov markalı avtomat, 01 ədəd daraq və 29 ədəd patron aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 04 yanvar 2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolundan görünür ki, 04 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qanunsuz əşya və ya predmet aşkar ediməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 05 yanvar 2025-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin DVD diskdə 20 dəqiqə 57 saniyə intervalında görüntü qarşımıza çıxır. Videogörüntü başlayan zaman görünür ki, baxış keçirilməsi Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən həyata keçirilir, baxış ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evidir. Baxışda Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı Şahid3 iştirak etmişdir. X7 özünü təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyini elan edir və baxışda iştirak edən şəxsləri açıqlayır. Bundan sonra X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini ucadan elan etməyə başlayır, hüquq və vəzifələrinin ona aydın olub-olmadığını soruşur, sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu, heç bir etirazının olmadığını bildirir, yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirir. Bundan sonra X7 Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz silah varsa könüllü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz silah saxladığını deyərək harada gizlətdiyini göstərəcəyini deyib yaşadığ evin həyətinə keçir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq yaşadığ evin yataq otağında yerləşən çarpayının üstündə olan döşəkləri qaldıraraq orada saxladığı 01 ədəd qara rəngli sallafan torbanı təqdim edir. X7 həmin torbanı açır və içərisindən 01 ədəd Kalaşnikov markalı avtomat, 01 ədəd daraq və həmin darağın içərisində olan 29 ədəd patron aşkar edərək çıxarır. Eşqin Məmmədov həmin silahın ekspertizaya göndəriləcəyini bildirib onu iştirakçıların imzası ilə möhürləyib qablaşdırır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı Xankəndi şəhərində işləyən zamanı oradan tapdığını və satmaq məqsədi ilə yaşadığı evdə gizlətdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığ evə baxış keçirildi, yaşadığı evdə heç bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılaraq istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 05 yanvar 2025-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin DVD diskdə 09 dəqiqə 48 saniyə intervalında görüntü qarşımıza çıxır. Videogörüntü başlayan zaman Bərdə RPŞ-nin İnzibati Binasında yerləşən xidməti otaqda dayanmış şəxslərin olduğu görünür. 04 yanvar 2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən həyata keçirilmiş, şəxsi axtarış keçirilməsində isə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞnin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı Şahid3 iştirak etmişdir. Diskə baxış zamanı görüntüdəki əlində kağız olan polis əməkdaşı X7, ondan sola doğru Müdafiəçi, polis kiçik leytenantı Şahid2 sonra sıra ilə şübhəli şəxs Təqsirləndirilən şəxs, polis baş leytenantı Şahid1 olması müəyyən edildi. X7 özünü təqdim edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini elan edir və şəxsi axtarışda iştirak edən şəxsləri açıqlayır. Bundan sonra X7 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini ucadan elan etməyə başlayır, hüquq və vəzifələrinin ona aydın olub-olmadığını soruşur, sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu, heç bir etirazının olmadığını bildirir, üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirir. Bundan sonra X7 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirir. Bundan sonra polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirir, onun üzərində heç bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd KGTEL markalı mobil telefon subut əhəmiyyəti kəsb etmədiyindən qablaşdırılmadı və Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Görüntünün davamında iş üzrə əhəmiyyət kəsb edə biləcək dəyişiklik müşahidə olunmur. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılaraq istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş MTE və PA birliyinin 06 yanvar 2025-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən 13 yanvar 2025-ci il tarixli 3-13-11/2-452/2025 nömrəli məktubundan görünür ki, 7,62 mm kalibrli, EU-3084 nömrəli AKM modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kateqoriyasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 21 yanvar 2025-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş əməliyyat tapşırığı əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvan 3 ünvanında aşkar edilmiş 01 ədəd 7,62 mm-lik keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal edilmiş EU-3084 nömrəli Kalaşnikov avtomatı, 01 ədəd patron darağı və 29 ədəd döyüş sursatın yaşadığı evdə satmaq niyyətilə saxlaması barədə əməliyyat məlumatları əldə edilmişdir. Ancaq, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş silah və onun komponentlərini aldığı şəxsləri müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin silah və onun komponentləri Xankəndi şəhərində sahibsiz evdən tapmış, satmaq niyyəti ilə Bərdə şəhərinə yaşadığı evə gətirərək gizlədib saxlamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə satmaq məqsədilə gizlətdiyi silahı və onun komponentlərini heç kim görməmiş, heç kimlə əlbir olmamış, həmçinin yaxın qohumlarının həmin silahdan xəbərləri olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 21 yanvar 2025-ci il tarixli 4 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. O, cinayət hadisəsini törədərkən törətmiş olduğu əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş 08 yanvar 2025-ci il tarixli 18-1-28/2-32/2025 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının phş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş 23 yanvar 2025-ci il tarixli 3-28-29/2-652/2025 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik xəstəxanası phş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır. Cinayət işinə əlavə edilmiş 08 yanvar 2025-ci il tarixli 5(021)-1/2025 nömrəli Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, Bərdə rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş EU-3084 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində 1968-ci ildə istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadəyə yararlı darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 29 ədəd ştat patronlarından, 03 (üç) ədədi eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 26 (iyirmi altı) ədəd patron cinayət işi üzrə mühüm əməliyyat kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdr. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən EU-3084 seriya nömrəli 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AK-47, AKMS modelli avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1968-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 29 ədəd patronları qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında qanunsuz olaraq saxlamış, 04 yanvar 2025-ci il tarixdə saat 12:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanda şübhəli şəxs qismində saxlanılaraq həmin gün 12:20 dəqiqədən 12:41 dəqiqəyədək olan müddət ərzində onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağında yerləşən çarpayının üzərində olan döşəklərin arasında qanunsuz olaraq satış məqsədilə saxladığı EU-3084 seriya nömrəli 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AK-47, AKMS modelli avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 29 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin qərarın 2-ci bəndində isə qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən hal qismində şəxsin törətdiyi əməldən səmimi peşman olmasını və cəzanı ağırlaşdıran hal qismində cinayətlərin residivinin olmasını, əvvələr qəsdən cinayət törətməsini və azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, lakin cəzanın islah təsirindən nəticə çıxarmayaraq yenidən qəsdən cinayət əməli törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan, yəni 04 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhkumluğunun ödənilmədiyi müddətdə törətdiyindən onun əməlində cinayətlərin sadə residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və Bərdə Rayon Polis Şöbəsində saxlanılan – EY-3084 seriya nömrəli,7.62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62*39 mm kalibrli partonlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AK-47, AKMS modelli avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1968-ci ildə istehsal olunmuş 7.62*39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 29 ədəd patronlardan,03 ( üç ) ədədi eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 26 (iyirmi altı) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və Bərdə Rayon Polis Şöbəsində saxlanılan – EY-3084 seriya nömrəli,7.62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62*39 mm kalibrli partonlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı AKM, AK-47, AKMS modelli avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1968-ci ildə istehsal olunmuş 7.62*39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 29 ədəd patronlardan,03 ( üç ) ədədi eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 26 (iyirmi altı) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. Cinayət işinə əlavə olunmuş 2 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar