Məhkəmə qərarları › İş №1(021)-61/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-61/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-61/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs mərhum “COVİD-19” xəstəliyinin daşıyıcısı olmasına baxmayaraq sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 24 noyabr 2020-ci il tarixdən 08 dekabr 2020ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 01 dekabr 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Bərdə şəhəri Q.B.Zakir küçəsi 2 nömrəli evi qanunsuz olaraq tərk edib Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən “Avtoboyalar” adlanan mağazaya gəlib digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Ailəlidir, 3 övladı var. Orta təhsillidir. Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən “Avtoboyalar” adlı mağazanı icarə əsasında işlədərək ailəsini dolandırır. Səhhəti ilə əlaqədar olaraq özünü pis hiss etdiyi üçün 19 noyabr 2020-ci il tarixdə Bərdə rayon Mərkəzi xəstəxanasına müraciət etmiş, çünki, onda Covid-19 xəstəliyinin əlamətləri olan halsızlıq, dad və qoxu bilmə funksiyasının itirilməsi və quru öskürək müşahidə olunmuşdur. Lakin xəstəxanada ona köməklik göstərilməmiş, həmin tarixdə ondan Covid-19 infeksiyası ilə əlaqədar ağız və burundan yaxma üsulu ilə test götürmüşlər. Verdiyi testin cavabını gözləməyərək o yaşadığı evdə tanış həkimlərin məsləhəti ilə müalicə almışdır. 24 noyabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Covid-19 xəstəliyi ilə bağlı verdiyi testin nəticəsinin müsbət olması, onun Covid-19 koronavirus infeksiyasına yoxulmağı barədə sms gəlmişdir. Həmin sms-də “19.11.2020-ci il tarixdə Covid 19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması, yaşayış yerini tərk etməməsi barədə və karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq göstərilmişdir. 27 noyabr 2020-ci il tarixdə o özünü yaxşı hiss etdiyi üçün Təcili Tibbi yardımın həkimi Dağıstan həkimə müraciət etmiş, yenidən Covid 19 virusu ilə bağlı test vermək istədiyini bildirmişdir. Dağıstan həkim ona ilk verdiyi testin nəticəsi çıxan gündən 14 gün müddətində yenidən test verməyi mümkün olmadığını bildirmişdir. 01 dekabr 2020-ci il tarixdə saat 11 radələrində o özünü yaxşı hiss etdiyi üçün yaşadığı evi qanunsuz olaraq tərk edib, icarə əsasında işlətdiyi Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən mağazaya gəlmişdir. O, 01 dekabr 2020-ci il tarixdə saat 15 radələrində mağazada alverlə məşğul olarkən polis əməkdaşı mağazaya daxil olaraq, ona “Siz Covid 19 infeksiyasının daşıyıcısınız. Siz 24 noyabr 2020-ci il tarixdən 14 gün müddətində yaşadığınız evi tərk etməməlisiniz. Yaşadığınız evi tərk etdiyinizə görə məsuliyyətə cəlb olunacaqsız”-sözlərini demişdir. Bir müddət sonra hadisə yerinə müstəntiq gəlmiş, müstəntiq hadisə yerini müayinə etdikdən sonra mağazada onun yanında dayanmış qohumu Şahid4da izahatını almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində 24 noyabr 2020-ci il tarixdə ona məxsus ***-***-**-** nömrəyə gəlmiş sms-ə məhəl qoymamağının səbəbi özünü sağlam hiss etdiyi üçün Covid-19 virusundan sağaldığını zənn etməsi, ona görə yaşadığı ünvanı qanunsuz olaraq tərk edib, icarə əsasında işlətdiyi Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən mağazaya getdiyini, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanmaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə rayonu Lək kəndində ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, Rəsmi olaraq heç bir yerdə işləmir. Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən sexdə elektrik cihazların ustası kimi çalışır. Sex onun dayısı Xosrov Baxışova məxsusdur. Mahiyyəti üzrə bildirmək istəyir ki, Təqsirləndirilən şəxs 7-8 aydan çoxdur ki, tanıyır. O, həmin tarixdən Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən dayısı Xosrova məxsus sexdə elektrik cihazların təmiri ilə məşğul olur. Bundan başqa onun işlədiyi sex ilə Təqsirləndirilən şəxs işlədiyi mağazalar qonşuluqda yerləşir. Təqsirləndirilən şəxs Covid-19 virusuna yoxulmasından yalnız 01 dekabr 2020-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs mağazasına baxış keçirdəndə xəbəri olmuşdur. Polis əməkdaşları gəldikdən sonra Təqsirləndirilən şəxs Covid-19 virusu ilə bağlı yaxma üsulu ilə test verməsi, 24 noyabr 2020-ci il tarixdə istifadəsində olan mobil nömrəyə Covid-19 virusuna yoluxması barədə sms gəlməsi ona məlum olmuşdur. Müstəntiqin Təqsirləndirilən şəxs yaxınlaşıb, 24 noyabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Covid-19 virusuna yoluxması barədə sms gəldiyini bildirməsindən, həmin sms-də Aslanın Covid 19 virusuna yoluxması, 14 gün müddətində yaşadığı ünvanı tərk etməyərək ev şəraitində özünü izolyasiya edərək müalicə olunmalı olması, əks halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edildiyini göstərilməsini deməsinin şahidi olmuşdur. Müstəntiq baxış keçirdikdən sonra baxış protokolunu ucadan səsləndirmiş, daha sonra o, baxış protokoluna imza atmışdır. O, Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə saat 09 radələrində işlətdiyi “Avtoboyalar” mağazasını açaraq, axşam saat 15 radələrinə kimi alver ilə məşğul olmasının şahidi olmuşdur. Belə ki, həmin vaxt o, sexin qarşısında siqarət çəkərkən Aslanın mağazada olmasını görmüşdür. Şahid5 ifadəsinə əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs “Covid 19” virusuna yoluxmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs 24.11.2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixə kimi mağazaya gəlib-gəlməsinə fikir verməmiş, 01 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən “Avtoboyalar” mağazasına gəlməsinin şahidi olmuşdur. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdam rayonu Sırxavənd kəndində anadan olmuş, hazırda Bərdə rayonu Əyricə kəndində yaşayır. Evlidir, ailəsini 1997-ci il tarixdən X1 X2 həkimi vəzifəsində işləməklə dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə nifaqı və mübahisəsi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 01 dekabr 2020-ci il tarixdə gündəlik xidmətdə olan zaman X1 X4 Bərdə şəhəri Zöhrabbəyov küçəsində yerləşən mağazaların birinə COVİD-19 virusuna yoluxmuş, 14 gün müddətində özünü izolyasiya etməli olduğu halda qanunsuz olaraq yaşadığı ünvanı tərk edərək mağazaya gəlmiş şəxsin müəyyən edilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar olaraq o, X3 Yardım avtomobili ilə Bərdə şəhəri Zöhrabbəyov küçəsinə yollanmış, Zöhrabbəyov küçəsində yerləşən “Avtoboyalar” adlı mağazaya yaxınlaşanda həmin mağazanın qarşısında polis əməkdaşlarının yanında Bərdə şəhəri Q.B.Zakir küçəsi ev 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs dayanmasını görmüşdür. Müstəntiq baxış protokolunu ucadan oxumuş və imza elətdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana ünvan 4 vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 67-ci vərəqəsində olan Bərdə Şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, ailəli olmasını, üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 11 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə Ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar