Məhkəmə qərarları › İş №1(021)-61/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-61/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-61/2023 05.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1973-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, «Tarixin səhifələri» qəzetinin baş redaktoru vəzifəsində işləyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 2 ünvanında yaşamış, Bərdə rayon Məhkəməsinin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs AR.CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «Tarixin Səhifələri» qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonunun Kətəlparaq kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin may ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, X10 Universitetinin məzun olduğu Diplomunu Azərbaycan Respublikası Təhsil nazirliyində tanıtması və təsdiqlətməsi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 diplomunu Təhsil nazirliyində tanıtdıracağına və təsdiqlədəcəyinə köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2022-ci ilin may ayının axırlarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə rayonunun Kətəlparaq kəndinə gələrək Zərərçəkmiş şəxs3 6500 (altı min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «Tarixin Səhifələri» qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonunun Kətəlparaq kənd sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin iyun ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, Daxili işlər orqanlarında işə qəbul etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs1 daxili işlər orqanlarında işə qəbul olunmasına köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2022-ci ilin iyun ayının ortalarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, Babək küçəsinə gələrək Zərərçəkmiş şəxs1 12000 (on iki min) manat pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «Tarixin Səhifələri» qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonunun Xanərəb kənd sakini Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin iyul ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, Zərərçəkmiş şəxs2 oğlu X1 Daxili İşlər nazirliiyinin Hərbi Həkim Komissiyasından keçərkən yazılmış təzyiq xəstəliyinin sildirməsi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Rəhman Əşrəflinin təzyiq xəstəliyinin sildirilməsinə köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus pulunu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2022-ci ilin iyul ayının sonlarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, «Əlişin dairəsi» yaxınlığındakı «Çinar» yeməkxanasına gələrək Zərərçəkmiş şəxs2 1000 (min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirərərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vumaqla dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən «Tarixin səhifələri» qəzetini təsis etmişdir, həmin qəzetin baş redaktoru vəzifəsində işləyir. Barəsində Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi verən şəhid anası Şahid2 Məmməd qızının, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Əlamdar oğlunun şikayət ərizələri ilə tanış olmuş, həmin şikayətlərlə bağlı bildirmişdir ki, o şəhid anası Şahid2 tanımır, Xanımla görüşməmiş, tək bir dəfə telefonda söhbət etmişdir. Şahid2 da Orxanın işi barədə soruşanda o demişdir ki, telefonda belə söhbətlər danışılmır, başqa söhbətləri olmamışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin iyun aylarında tanışı Şahid1 vasitəsilə tanımış, ondan əvvəl tanımamış, hər hansı bir münasibəti olmamışdır. Eldəniz onu Orxanla Bərdə şəhərində tanış edib demişdir ki, Orxan mühafizə polisinə işə düzəlmək istəyir. O Eldənizə demişdir ki, Orxanı gətirsin, baxsın görsün, danışdırsın görsün polisə yararlıdır, yoxsa yox. Eldəniz Orxanı çağırmış, Orxanla görüşmüş, danışıb söhbət etmiş, görmüşdür ki, tərbiyəliqanacaqlı uşaqdır. Söhbətlərindən məlum olmuşdur ki, Orxan 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Orxandan xoşu gəlmiş, demişdir ki, köməklik edər, döyüşçüdür, imtiyazın var, o müraciət yazar, sənədlərini ərizəsinə qoşar, ola bilsin ki, imtiyazlarına görə işə qəbul edərlər. Orxandan tərcümeyi-hal yazmasını, medallarının vəsiqələrinin surətini çıxarmasını, Asan xidmətdən məhkumluq barədə arayış almasını, yaşayış yerindən arayış almasını köməklik edəcək, müraciət yazacağını bildirmişdir. Orxan da onun dediyi sənədləri hazırlamış, müraciəti o hazırlayıb qaralamasını Orxana vermiş, Orxan aparıb kompüterdə yazdırıb gətirmişdir. Müraciəti iki ünvana, birini Daxili işlər Naziri cənab Vilayət Eyvazovun adına, ikincisini isə Daxili İşlər nazirliyinin Baş Mühafizə idarəsinə poçt vasitəsilə göndərmişdir. Bir müddətdən sonra Eldəniz ona zəng vurub Orxanın işi ilə maraqlanmış, demişdir ki, göndərmiş, nəticəni gözləyir. Bir gün Eldəniz ona zəng vurub demişdir ki, Orxana müraciətinin cavabı gəlib, yazılıb ki, yaş həddi keçdiyindən təssüflər olsun ki biz sizi işlə təmin edə bilmirik. Ondan sonra Orxan ona zəng vurmuşdur ki, görüşək. O, Orxanla Bərdə şəhərində görüşmüş, Orxan onun yanına tək gəlmişdir. Orxan ona demişdir ki, işi düzəlməmişdir, bəs 12000 manat pulu necə olacaq. O da Orxana demişdir ki, “sən mənə pul verməmisən, pulu kimə vermisən, get ondan al”. O demişdir ki, Eldəniz ona pul verməyib, ona pul çatmayıb, ona pul verməyibdir, kimə pul veribsə, getsin həmin şəxsdən pulunu istəsin. O, Orxanın müharibə iştrakçısı kimi hörməti olduğu üçün müraciətini yazmışdır ki, işi düzəlsin. Orxan da çıxıb getmişdir, ondan sonra ona Orxan zəng vurmamışdır. Səhv etmirsə də bir gün sonra axşam ona ***-***-**-** mobil nömrəsindən tanımadığı bir kişi zəng etmiş, o həmin nömrəni tanımadığı üçün zəngi açmamışdır. Eldəniz onu yığıb demişdir ki, ona zəng vuran nömrənin istifadəçisi şəhid atasıdır, qohumudur, zəngi açsın. O, həmin şəxsi yığıb danışanda ona demişdir ki, Eldəniz Orxanın pulunu alıb, Eldəniz də onun adını hallandırıb, bu iş çox narahat edir. Həmin şəxs şəhid atası olduğuna görə evdən çıxıb görüşmək üçün Bərdə rayonu, Küçərli kəndinin giriş hissəsinə gəlmişdir. Həmin tanımadığı şəxs oraya Eldənizlə gəlmiş, o həmin şəxsə də bildirmişdir ki, narahat olmasın, üzündən öpüb könlünü almışdır. Həmin şəxs orada ona demişdir ki, Eldəniz Orxandan 12000 manat pul alıbdır. O bilmişdir ki, Eldəniz Orxandan 12000 manat pul alıbdır. Həmin şəxsə 12000 manat pulun onun tərəfindən alınmadığını bildirməmiş, fikirləşmişdir ki, o həmin sözü desə, şəhid atası Eldənizə qarşı pis hərəkətlər edər, hadisə baş verə bilər. O səbəbdən 12000 manat almadığını bildirməmiş, eləcə demişdir ki, yaxşı olar, narahat olmasın, təskinlik vermişdir. Ondan sonra Orxanın pulu ilə bağlı heç kəslə görüşməmiş, bir daha bildirmişdir ki, o Orxanın 12000 manat pulunu almamış, nə də həmin puldan ona verilməmişdir, heç o puldan narahat da deyildir. Zərərçəkmiş şəxs3 Əlamdar oğlunun şikayəti ilə əlaqədar bildirmişdir ki, Kənanı da Şahid1 vasitəsilə tanımışdır. Kənanı Orxandan əvvəl tanımışdır, Kənanı Eldəniz onunla Orxandan əvvəl tanış etmişdir. Eldəniz Kənanı onunla tanış edib demişdir ki, Kənan yaxınıdır, Ukrayna Respublikasında ali təhsil alıb diplomunu Təhsil nazirliyində tanıtması üçün köməklik lazımdır. O, da Eldənizə bildirmişdir ki, Kənan sənədlərini hazırlasın, rəsmi qaydada verək Komissiyaya, qoy orada baxsınlar. Kənan Diplomunun sürətini, oxuması barədə sənədlərin surətini ona vermişdir. Zərərçəkmiş şəxs3 diplomunun tanıdılması və təsdiqlənməsi ilə bağlı pulun mərhum əmisi oğlu Xəqaniyə verməyini bildirmişdir, amma əslində o, Xəqaniyə pul verməmiş, həmin işi adını bildirmək istəmədiyi digər bir şəxslə görmək istəmiş, o da Kənanın rus dili bilməməsi məsələsi, problemi ortaya çıxdığı üçün həll edə bilməmiş, o pulu özü yaxın vaxtda vermək istəmiş, həbsdə ola-ola vurulmuş maddi ziyanları ödəyə bilmir, onun istintaq dövründə çölə çıxmağı lazımdır, şikayət ərizəsində də bildirmişdir ki, onun barəsində həbs qətimkan tədbiri düzgün seçilməmişdir, o, hüquqlarının pozulması dedikdə barəsində həbs qətimkan tədbiri ilə bağlı nəzərdə tutmuşdur. O, həmin pulu Eldənizdən götürmüş, Eldənizə də 500 manat pul vermiş, o da 4500 manat pul qalmışdır. Onlar bərabər Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar ərazisində 14 saylı notarial kontorunda borc kimi kredit müqaviləsi bağlamışlar, Eldəniz demişdir ki, bu sənədi aparıb Kənanın atasına verəcəkdir. O, Kənanın işinə görə Təhsil nazirliyinə gəlmiş, bir pəncərə sistemi ilə bilet çəkib maraqlanmış, orada ona demişlər ki, Kənan imtahandan dili bilmədiyi üçün keçə bilməmişdir, bu iş əmələ gəlməz, heç cür əmələ gəlməz, demişdir ki, əgər gələcəkdə bunun həlli yolunu istəyirsinizsə də Kənan rus dili kurslarına gedib dili mükəmməl öyrənməli və imtahan verib keçməlidir. O da bunu hələ heç kəsə deməmiş, çalışmışdır ki, Kənanın pulunu qaytarsın, vaxt uzatmışdır ki, onun Abşeron Probasiya idarəsindən alacağı vardır, həmin pulu alıb Kənanın pulunu qaytarar. O da Probasiyadan alacağını, yəni, iddia üzrə cavabdehdən alacağını ala bilmədiyi üçün eləcə də qalmışdır. Bundan sonra Şahid1 onu Bərdə şəhərində Cümşüd adlı bir şəxslə tanış etmiş, demişdir ki, Cümşüdün oğlu Rəhman əvvəl polisə keçmək istəyərkən həkim komissiyasından keçəndə xəstəlik yazılıbdır, təzyiq yazılmışdır. O Cümşüdə danışmış, Cümşüd demişdir ki, uşağını bir neçə yerdə yoxlatmışdır, uşağının heç bir təzyiqi olmadığı halda sənədə elə yazmışlar. O da Cümşüdə demişdir ki, oğlunun işinə görə o Bakı şəhərinə getməlidir, Daxili işlər Nazirliyinin Tibbi həkim komissiyasından yoxlanılıb keçirilməlidir, təkrar yoxlamalar olmalıdır. O demişdir ki, bunun üçün Bakı şəhərinə gedibgəlməlidir, redaktordur, heç bir yerdən maliyyələşmir, vətəndaşa köməklik edəndə qanuni yolla ora-bura getmək üçün xərclər lazımdır. Cümşüd demişdir ki, “1000 manat bəs edir?” O da demişdir ki, “hə, bəs edir”. Cümşüd Bərdə şəhərində Əlişin dairəsinin yaxınlığında onunla görüşüb ona 1000 manat pul vermişdir. Sonra o Bakı şəhərinə getmiş, həmin işlə çox maraqlanmış, demişlər ki, xəstəlik sistemə düşmüşdür, xəstəliyi heç cür sistemdən çıxarmaq mümkün deyildir. Cümşüd və oğlu onunla bir neçə dəfə danışırmış, Eldəniz də həmin işlə bağlı ondan maraqlanırmış. O da görmüşdür ki, Cümşüdün işi alınmır, onun 2022-ci ilin may ayında Eldənizdən yarı pulunu nəqd şəkildə, yarı pulunu isə nisyə formasında aldığı maşının qalmış olduğu 3000 manat pulunu qaytararkən Cümşüdün də 1000 manat pulunu o pulun üstünə qoyub Bakı şəhərində Eldənizin ona satdığı maşını cərimə meydançasına qoyduranda, o da məcbur olub maşını satıb Eldənizin pulunu və Cümşüdün 1000 manat pulunu Eldənizin satdığı maşının ilk sahibi Zaur adlı şəxsin vasitəsilə (mobil nömrəsi ***-***-**-**) 27 oktyabr 2022-ci il tarixdə Eldənizə göndərmişdir. Onun hazırda Kənanın diplom məsələsinə görə 4500 manat verəcəyi qalmışdır, onu da Probasiyadan pulu alanda özü ödəyəcək, onun Cümşüdə borcu qalmamışdır, Orxandan da heç bir pul almamışdır, Orxan Eldənizin və ya kiminsə də vasitəsilə polisə işə qəbulu ilə bağlı ona pul verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, bir insan kimi Orxanı görüb tanış olmaq istəmiş, demişdir ki, danışığı, qabiliyyəti, insani keyfiyyətləri necədir. O uyğunluq yoxlamır, yararlılığı da yoxlamır, elə bir səlahiyyəti yoxdur. O Orxanla görüşəndə Orxanın 44 günük Vətən müharibəsi iştirakçısı olmasını, tərbiyəli, normal gənc olmasını görüb kömək məqsədilə Orxanın adından müraciət ünvanlamışdır, başqa bir marağı olmamışdır. Şahid1, Zərərçəkmiş şəxs1 və Şahid2 izahatlarının heç biri ilə o razı deyil, böhtan xarakteri daşıyır, o Orxandan heç bir pul almamışdır. Həmin şəxslər ona şər atırlar. O elə düşünür ki, Eldəniz pulu alıb özünün şəxsi ehtiyaclarını xərcləyib, indi də qohumlarını onun üzünə qoyub həmin pulu almaq istəyir, özünü vəziyyətdən çıxarmaq istəyir ki, guya həmin pul ona verilibdir. Amma ona heç bir pul verilməyibdir. Kənan yalan deyir, Kənan ona pul verməyibdir. Kənanın diplomuna görə verilən pul da Bakı şəhəri Nəsimi rayonu ərazisində olmuşdur, Eldəniz gətirib ona vermişdir. O indi bilmişdir ki, Eldəniz Kənandan 6500 manat alıb üzə 5000 manat pul çıxarmışdır, onlar həmin 5000 manata görə notariusda müqavilə imzalamış, 500 manatı da Eldənizə notariusdan çıxanda qapının qarşısında vermişdir. Kənan ona qarşı o cür izahat və ərizə verərək onun işini ağırlaşdırırlar, bunları da Eldəniz öyrədib ki, özünü vəziyyətdən çıxarsın. Eldəniz yalan deyir. O Eldənizin oğlu Orxanla dost olmuşdur, dostluğlarına görə maşını o yarısını nisyə formasında almış, Orxan atasını razı salmışdır. Onlar maşını 9000 manata danışıb razılaşmışlar, o pulun 6000 manatını vermiş, 3000 manatı qalmışdır. Həmin qalan 3000 manata görə aralarında hər hansı bir notarial qaydada müqavilə bağlanmamışdır. Eldəniz yalan deyir, onların aralarında 4000 manat pul qalmışdır, Eldənizin oğlu Orxan da orada olmuş, müqaviləni ona görə bağlamamışlar, maşının xarab ehtiyat hissələrinə görə də danışıb 1000 manatını çıxmış, qalan 3000 manatını da Cümşüdün 1000 manatını da üzərinə qoymaqla tanışı Zaura vermişdir. Sonda əməlindən peşman olması və 1 azyaşlı uşağının olması, ailəsinin yeganə qazanc yeri olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu X3 hərbi xidmət keçmişdir, 23 yaşı vardır, Rəhman daxili işlər orqanlarına işə qəbul olunması üçün 2022-ci ilin may ayında müraciət etmişdir, normativləri vermiş, hərbi həkim komissiyasından keçəndə Rəhmanın təzyiqinin bir az yuxarı olmasını yazmışlar, bu səbəbdən də polis orqanlarına işə qəbul ola bilməmişdir. O bunu tanışı Şahid1 deyəndə Eldəniz ona demişdir ki, bir tanışı vardır, jurnalistdir, əlaqələri genişdir, həll edə bilər. Eldəniz onun yanında Faiqlə danışmış, Faiq demişdir ki, həmin işi həll edə bilər, təkrar komissiyadan keçirib köməklik göstərə bilər, demişdir ki, həmin işi danışıb 1000 manat xərci vardır. O da Faiqə inanmış, 2022-ci ilin iyul ayının ortalarında danışıb Bərdə şəhəri «Əlişin dairəsi» adlanan yerin yaxınlığında yerləşən «Çinar» yeməkxanasına gəlmiş, Faiq orada çay içirmiş. O yeməkxanaya oğlu Rəhmanla getmiş, Faiqin yanında da tanımadığı şəxslər olmuşdur. Faiq masadan durmuş, o Faiqə oğlu Rəhmanın yanında 1000 manat pul vermişdir, Faiq demişdir ki, problem deyil, oğlunun xəstəliyini gedib orada sildirəcəkdir. Kimin vasitəsilə sildirməsini deməmiş, oğlunun adsoyadını götürmüş, haradan keçməsini öyrənmiş, demişdir ki, yaxın vaxtda, özü həll edib onlarla əlaqə saxlayacaqdır. O da inanıb çıxıb getmişdir. Ondan sonra Faiqin ona verdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, telefonuna zəng çatmamış, Faiq özü ona bir dəfə ***-***-**-** mobil nömrəsindən ona zəng vurub demişdir ki, narahat olmasın, düzəldəcəkdir, sonra həmin nömrəsinə də zəng çatmamış, əlaqəsi kəsilmişdir. O Eldənizlə sonradan görüşəndə Eldəniz demişdir ki, Faiq qohumudur Orxanı da aldadıb 12000 manat pulunu alıb ki, Orxanı polisə işə düzəldəcək, sonra Kənan adlı bir şəxsi də aldadıb ki Kənanın diplomunu tanıtdıracaqdır. Həmçinin Eldəniz ona demişdir ki, Eldənizdəndə maşın alıb, pulunun yarısını verməmişdir. O da fikirləşmişdir ki, Faiq daha onun işini düzəltməz, pulunu da qaytarmaz. Bir neçə gün əvvəl Faiqin barəsində Bərdə rayon PŞsində araşdırma aparıldığını, Faiqin tutulmasını Eldənizdən eşidəndən sonra Bərdə rayon PŞ-nə gəlib şikayət ərizəsi vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o həmin pulu Faiqə Bərdə şəhərində «Çinar» yeməkxanasında vermiş, yanında oğlu Rəhman olmuşdur, Faiq masadan durub kənara çəkilmiş, o həmin pulu Faiqə oğlu Rəhmanın yanında vermişdir. Bunu Eldəniz də bilmiş, ayrı kimlərin bilməsindən xəbəri yoxdur, başqa bir sübut, dəlili yoxdur. Faiq ona demişdir ki, xəstəliyi özü gedib Bakıda danışıb hörmət etməklə sildirəcəkdir, amma kiminlə, necə danışmasını deməmişdir. O pula oğlu Rəhmanın təzyiq yazılması xəstəliyini sildirməsi üçün vermiş, Faiq də həmin pulu ondan o adla almışdır, demişdir ki, gedib orada kiməsə də hörmət edib sildirəcəkdir, o işin qiyməti odur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, vətən müharibəsində iştirak etmişdir, fəxri Fərmanla, «Suqovuşanın azad olunmasına görə» və «Vətən uğrunda» medalları ilə təltif olunmuş, müharibə iştirakçısı kimi ayda 80 manat müavinət alır. Onun xeyli vaxtdır ki, polis orqanlarında işləmək arzusu vardır, lakin boyu aşağı olduğu üçün deyirmişlər ki, əmələ gəlməz. 2022-ci ilin iyun ayının ortalarında o evdə olarkən əmisi qızı Svet ona zəng vurub demişdir ki, qayınanasının qardaşı Eldənizin bir jurnalist tanışı vardır, Eldənizə deyib ki, polisə işə düzəldə bilər. O ilk əvvəl inanmamış, fikirləşmişdir ki, kimdirsə də yalandan deyir. Amma Eldənizlə danışmış, sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı jurnalistlə görüşmüş, Faiq özü onu inandırmışdır ki, “Prezidentə dəstək” ictimai qəzetin baş redaktorudur, əlaqələri genişdir, əli hər yerə girir. Faiqlə danışanda Faiq ona demişdir ki, boyu bir az aşağıdı, onu ancaq Mühafizə polisinə düzəldə bilər. Demişdir ki, əgər boyu bir az aşağı olmasa Bərdə polisinə də düzəldə bilər, qiyməti də 12000 manatdır, istəsələr, düzəldər. Faiq demişdir ki, lazımı sənədləri düzəltsin, sonra pulunu da hazırlasın. Faiq ona hansı sənədlərin düzəlməsini demiş, o Asan xidmətə gedib məhkumluğunun olmaması barədə arayış almış, kənd icra nümayəndəliyindən arayış almış, həkimdən, Bərdə rayon Mərkəzi xəstəxanasından xəstəliyinin olmaması barədə arayış almış, kənd icra nümayəndəliyindən ailə tərkibi haqqında, yaşayış yeri haqqında arayış almış, arayışda da yazmışlar ki, Mühafizə və Daxili işlər Nazirliyinə təqdim emək üçün verilir. Sonra sənədlərinin surətlərini çıxartmışdır. Düzəldəndən sonra Faiqlə telefonda danışmış, ***-***-**-** və ***-***-**-** nömrələrini yığaraq demişdir ki, 12000 manat pulu hazırlasın. O da qapısındakı mal-heyvanını satmış, veteranlıq kartı ilə Kapital bankdan 1000 manat kredit götürmüş, 12000 manat pulu hazırlamış, Eldənizlə birlikdə Faiqlə danışıb Faiqin dediyi yerə, yəni, Bərdə rayon Polis Şöbəsinin yerləşdiyi küçəyə gəlmiş, Faiqlə görüşmüş, Faiqin nömrəsini bilmədiyi Opel markalı avtomobilinə əyləşmişlər, o Eldənizin yanında sayıb 12000 manat pulu Faiqə vermişdir. Faiq də söz vermişdir ki, uzağı iki aya düzələcəkdir, həmçinin onun topladığı sənədləri də ondan götürmüş, onun adından da Daxili İşlər nazirliyinə və Baş mühafizə İdarəsinə ərizə yazdırmış, demişdir ki, iki yerə yazsın, o yazmış, amma ərizələri Faiq ondan götürmüşdür ki, özü göndərəcəkdir. Onlar da inanmışlar. Bundan təxminən iki ay sonra Faiqlə telefonda danışanda Faiq hər dəfə bir bəhanə deyirmiş, o sonda görmüşdür ki, Faiq onu aldadır, o Eldənizə demişdir ki, “sən məni onunla calaşdırmısan, get Faiqdən mənim pulumu al, gətir mənə ver”. Hələ buna görə Eldənizlə, əmisi qızı Svetlə aralarında müəyyən narazılıqlar olmuşdur. Svetin şəhid qayınatası olan Yaşar dayı da Faiqlə görüşmüş, Faiq Şəhidin plakatının yanında and içib Yaşar dayıya da söz vermişdir ki, pulu yaxın vaxtda qaytaracaqdır, amma qaytarmamışdır. Bundan sonra əmisi qızı Svetin şəhid ailəsi qayınanası olan Xanım xala demişdir ki, şikayət edib pulunu alacaqdır. Sonra bilmişdir ki, Xanım xala onun aldadılmağına görə şikayət etmişdir, o da gəlib izahat və ərizə vermişdir. Xahiş edir ki, onu aldadıb 12000 manat pulunu ələ keçirən Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilsin, pulunun qaytarılmasına köməklik göstərilsin. O bildiyinə görə ondan əvvəl Faiq həmkəndlisi Kənanı aldadıb Ukraynada aldığı diplomunu tanıtması üçün 6500 manat pulunu yaşadığları kənddə almışdır, sonra da Cümşüd adlı şəxsin də 1000 manat pulunu aldadıb oğlunun təzyiq problemini həll edəcəyini söz verib onun kimi aldatmışdır, başqa kimləri aldatmasını bilmir. Həmçinin Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o Faiqlə telefonda danışmışdır, Votshapp sosial şəbəkəsində danışmış, əvvəlki telefonunda səs göndərmələri olmuşdur, telefonunu tanımadığı şəxsə satdığı üçün, yeni telefon aldığı üçün həmin səs yazıları onda yoxdur, amma o həmin pulu Eldəniz dayının yanında vermişdir, bunu onun ailə üzvləri, Eldəniz dayının ailə üzvləri, əmisi qızı Svet, qayınanası Xanım xala, qayınatası Yaşar dayı tanış edə bilər. Amma hansı sənədləri almışdırsa aldığı yerdə o sənədlərin verilməsi, hara təqdim edilməsi barədə qeydlər vardır, yoxlanılsa müəyyən olunar ki, o həmin sənədləri polisə işə qəbul olunmağı üçün almışdır. Ona da həmin sənədləri 2 nüsxədə aldırmışdır. birini Daxili işlər nazirliyinə, birini də DİN-nin Baş Mühafizə idrəsinə yazdırmışdır, onu da qeyd etmişdir ki, hər iki ünvandan ona işə qəbulla bağlı imtina məktubu gəlmiş, həmin məktubların surətini, özünün medallarının, Hərbi biletinin, Fəxri Fərmanın surətlərini, Kapital bankdan aldığı sənədlərini izahatına əlavə etmişdir. Faiq ad çəkməmişdir, eləcə demişdir ki, hər yerdə dostu-tanışı çoxdur, onların yanlarında heç kəslə danışmamışdır. Faiq yalan deyir, Faiq ondan pulu Eldənizin yanında öz maşınında almışdır. O həmin pulu Faiqə əli ilə vermişdir, Eldəniz dayının yanında vermişdir. Faiq özü ona səndlərin hazırlanmasını demişdir, o sənədləri hazırlayıb özünə vermiş, hər dəfə də onunla danışanda işin düzələcəyini, az qalmasını deyirmiş, sonra da pulunu qaytaracağına söz vermişdir. Eldəniz dayı, Xanım xala, Yaşar dayı özləri onun puluna görə Faiqlə neçə dəfə danışmışdır, həmin şəxsləri də aldadıb söz vermişdir ki, yaxın vaxtda pulu verəcəkdir, amma verməmişdir. Faiq özü Eldənizi ortaya atmışdır ki, o Eldənizə görə pulu istəməsin, şikayətini geri götürsün. Amma o bildirmişdir ki, o həmin pulu Faiqdən alacaq, əl çəkməyəcək, şikayətçidir, Faiqin tutulmasını istəyir Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Neft şirkətində yükqaldıran işləyir, 2013-cü ildən 2017-ci ilədək Ukrayna Respublikasının Kiyev şəhərində Kiyev Texniki Universitetinin Maşın mühəndisliyi ixtisasını qiyabi olaraq bitirmiş, hər il oraya iki dəfə qiyabi təhsil imtahanlarını vermək üçün gedib gəlmişdir, Diplomu da 2017-ci ildə almış, bir neçə dəfə Təhsil Nazirliyinə müraciət etmiş, Diplomun təsdiqi üçün imtahandan kəsildiyindən Diplomu təsdiq etdirə bilməmişdir. O qiyabi oxuduğu üçün, digər dövlətin vətəndaşı olduğu üçün onlara tələbə kimi həmişə güzəşt ediblər, Diplomun təsdiqi üçün imtahan verməkdən ötrü rus dilini mükəmməl bilmək tələb olunur, o da işi ilə bağlı imkan tapıb rus dilini mükəmməl hazırlaşa bilmir. Özünü «Prezidentə dəstək» ictimai birliyi, Xalqın dostu qəzetinin baş redaktoru kimi təqdim edən Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında, qohumları Eldəniz dayının vasitəsilə tanımışdır. Belə ki, Eldəniz dayı ilə bir yerdə olarkən Faiq ona zəng vurub danışanda o Eldəniz dayının yanında olmuşdur. O Eldəniz dayıdan həmin şəxsin, yəni, Faiqin kim olmasını soruşmuş, Eldəniz dayı bildirmişdir ki, belə bir şəxsdir, deyir əlaqələri genişdir, əli hər yerə girir. O da Eldəniz dayıya demişdir ki, hələ soruşsun ki, onun Diplomunun tanınmasına, təsdiqlənməsinə köməklik edə bilərmi? Eldəniz dayı da onun dediyini Faiqə bildirmişdir. Faiq demişdir ki, problem yoxdur, həll edə bilər, Təhsil Nazirliyində tanış şəxsləri çoxdur. O özü də Bakı şəhərində olanda bir-iki dəfə Faiqlə danışmış, Faiq ona demişdir ki, onun işini danışıbdır, ilk əvvəl 8500 manat pul istəmişdir. O demişdir ki, çoxdur, Faiq 6500 manatda dayanmış, o da razılaşmışdır. May ayının ortalarında o 6500 manat pulu düzəldib Bərdə rayonuna, yaşadığı Kətəlparaq kəndinə gəlmiş, Faiqə pulu tək verməmək üçün, eyni zamanda Faiqi onunla Eldəniz dayı tanış etdiyi üçün Eldəniz dayını da çağırmışdır, Eldəniz də onun yanında olmuşdur. Faiq nömrə nişanını bilmədiyi Mercedes markalı avtomobili ilə təkcə onların kəndinə yolun kənarına gəlmiş, o da Eldəniz dayı ilə qarşılamışdır. Onu da qeyd etmişdir ki, o Faiqlə Bakı şəhəri, Xırdalan şəhərində görüşüb bundan bir neçə gün əvvəl Diplomunu, Hərbi biletinin, şəxsiyyət vəsiqəsinin, Ümumvətəndaş pasportunun surətlərini də Faiqə vermişdir, Faiq də sənədlərə baxıb demişdir ki, qanuni gedib-gəlmişdir, oxumuşdur, elə bir problem olmayacaqdır. Faiq 6500 manat pulu ondan götürüb demişdir ki, 20 günə diplomunu təsdiqlədəcəkdir. O da inanıb pulu vermiş, ondan sonra Faiqlə əlaqə saxlayanda demişdir ki, bir az da gözləsin, əlavə 40 gün də çəkəcəkdir. O da gözləmiş, hər dəfə də Faiqlə əlaqə saxlayırmış, hər dəfə də bir bəhanə gətirmişdir. Sonradan ona məlum olmuşdur ki, Faiq onun həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs1 də guya polisə işə düzəltmək üçün 12000 manat pulunu alıb aldatmış, ayrı kimlərisə də aldatmışdır, o həmin şəxsləri dəqiq bilmir. Sonradan o Faiqlə danışanda artıq zənglərini götürməmiş, demişdir ki, daha düzəldə bilmir, Diplomunu pulla birlikdə yaxın vaxtda qaytaracağını deyirmiş, amma qaytarmamış, nə pulunu, nə də Diplomunu qaytarmamışdır. Sonra ona məlum oldu ki, Eldəniz dayı, Orxan polisə şikayət etmişdir. O da fikirləşmişdir ki, o da gəlib şikayət etsin, Bərdə polisinə gəlib ərizə vermişdir. O xahiş edir ki, onu aldadıb 6500 manat pulunu ələ keçirdiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsin və pulunun ona qaytarılmasına köməklik göstərilsin. Həmçinin Zərərçəkmiş şəxs3 bildirmişdir ki, həmin halı Eldəniz dayı təsdiq edə bilər, ailə üzvləri də bunu bilirlər, Orxanın özü təsdiq edə bilər. Onun özü də Faiqlə telefonda danışmışdır, yəqin ki, yoxlanılsın, Faiqlə onun danışıqları, zəngləri çıxar. O Faiqlə birbaşa yığıb danışmış, elə bir səs yazısı, digər bir dəlilləri yoxdur. Faiq ad çəkməmişdir, eləcə deyirmiş ki, hər yerdə dostu-tanışı çoxdur, onların yanlarında da heç kəslə danışmamış, demişdir ki, məxfidir, ad çəkə bilməz. Faiq yalan deyir, Faiq ondan pulu Eldənizin yanında yaşadığı Kətəlparaq kəndinin yuxarı hisəssində yolun kənarında almışdır. Faiq ondan həmin pulu alandan sonra işini ləngidəndə arada narazılıq yaranan zaman Eldəniz dayı sonradan ona demişdir ki, Faiqə nisyə maşın satmışlar, Faiq 6000 manatını nəqd şəkildə vermiş, 10 günə pulun qalan 5000 manatını da verəcəyini söz vermiş, verə bilmədiyi üçün həmin 5000 manata Kredit müqaviləsi bağlamışlar, deyirmiş ki, hələ də pulu Faiqdən ala bilmir. Faiqin Eldəniz dayı ilə bağladığı 5000 manat Kredit müqaviləsi onun puluna aid deyildir. Əgər onun atası, yaxud da o elə desəydi, elə onun özü də Faiqlə o müqaviləni bağlayardı, Eldəniz dayı niyə bağlayırdı ki? Faiq özünü müdafiə etmək üçün elə deyir. Eldəniz dayı onun və Orxanın qohumu düşür, bacısının gəlini Svet onların qohumdur. Faiq də bilir ki, onlar qohumdurlar, yalandan aranı qatıb Eldəniz dayını ortaya qatır, ləkə yaxmaq istəyir ki, onlar Eldəniz dayıya görə bu şikayəti davam etdirməsinlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, onun bacısı oğlu X8, Vətən Müharibəsində 08 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Özü də əsgər atasıdır. O özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, kənddə torpaqla məşğul olur. Ağcabədi rayonunun Hindarx qəsəbə sakini, özü Bakı şəhəri, Xırdalan qəsəbəsində yaşayan özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs 7-8 aydır ki, tanıyır, ondan əvvəl Faiqi tanımamışdır. O Faiqi özünə məxsus olan Opel Astra minik markalı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili satanda tanımış, ondan əvvəl tanımamışdır. O həmin maşını 11000 manata danışıb satmışdır, Faiq onu dilə tutub 6000 manatını nəqd şəklində vermiş, demişdir ki, Bərdə rayonunda «Prezidentə dəstək» qəzetinin baş redaktorudur, əlaqələri genişdir, 5000 manatını da 10 gün müddətinə verəcəkdir. Faiq onun maşınını alanda oğlu Əli də yanında olmuşdur, o da Faiqə inanmış, hərbçi oğlu Orxan da demişdir ki, aldatmaz, 10 günə pulu verəcəkdir. Faiqin oğluna etibarnamə vermiş, maşını da vermişlər. O 10 gündən sonra Faiqlə əlaqə saxlamış, Faiq demişdir ki, Bakı şəhərinə gəlsin, görüşək. O Bakı şəhərinə getmiş, Faiq yenə də onu dilə tutmuşdur ki, alacağı vardır, imkan olmamış, ala bilməmiş, ona demişdir ki, onun pulunu danmır, ona notariusda 5000 manata dair borc müqaviləsi bağlamasını təklif etmiş, o da razılaşmış, notariusa getmişlər, rüsumunu özü ödəmiş, 5000 manata da borc müqaviləsi bağlamışlar. Faiq neçə ay idi ki, pulunu vermirmiş, deyirmiş ki, maşın qırılmışdır, bir neçə ehtiyat hissəsini təmir etmişdir, ziyana düşmüşdür. O da axırda demişdir ki, 1000 manatını keçir, 4000 manatını versin. Təxminən bir həftədir ki, qalan 4000 manat pulunu Faiqdən maşını cərimə meydançasına qoydurmaqla, maşını orada satdırıb pulunu birtəhər almışdır. Faiqlə tanış olanda onu dilə tutub demişdir ki, jurnalistdir, «Prezidentə dəstək» Qəzetinin baş redaktorudur, o, telefonunda rəhbər şəxslərin, cənab Prezidentin fotoşəkillərini qoyub özünü rəhbərliyə yaxın şəxs kimi təqdim etmişdir. Ona demişdir ki, əlaqələri genişdir, Respublikada hər bir işə köməkliyi edə bilər. O də Faiqə o sözləri deməsinə görə maşının yarı qiymətini nisyə formasında vermişdir. Faiqlə tanış olanda bir neçə gün keçəndən sonra Faiq özünün ***-***-**-** mobil nömrəsindən ona zəng vurub bildirmişdir ki, qohumlardan, tanışlardan polisə işə qəbul olmaq istəyən varsa da xəbər etsin, köməklik edə bilər, hər hansı bir işin düzəlməsinə də köməklik edə bilər. Faiq ona zəng vurub danışanda qohumları Zərərçəkmiş şəxs3 da yanında olmuşdur, Kənan ondan həmin şəxsin, yəni, Faiqin kim olmasını soruşmuş, o da bildirmişdir ki, belə bir şəxsdir, deyir əlaqələri genişdir, əli hər yerə girir. Kənan demişdir ki, hələ soruşsun görsün, onun Diplomunun tanıtmasına, təsdiqlətməsinə köməklik edə bilərmi? O da Kənanın dediyini Faiqə bildirmişdir. Faiq demişdir ki, problem yoxdur, həll edə bilər, Təhsil Nazirliyində tanış şəxsləri çoxdur. Kənan özü də Faiqin ona deməsi səsini eşitmişdir. Kənan özü Bakı şəhərində işlədiyi üçün özü Faiqlə telefonda danışıb sənədlərini Faiqə vermişdir, Faiq əvvəl Kənana bu işin düzəlməsi üçün 8500 manat pul demişdir, o, Faiqə çox olduğunu bildirmiş, özləri danışıb 6500 manata razılaşmışlar. 2022-ci ilin may ayının ortalarında, dəqiq tarixini xatırlamadığı vaxtda Kənanla Faiq görüşmüşlər, Kənan atasının yaşadığı Bərdə rayonunun Kətəlparaq kəndində Faiqə onun yanında 6500 manat pul vermiş, Faiq də Kənana demişdir ki, sənədlərini uzağı 20 günə düzəldəcəkdir, Diplomunun tanıtmasını təsdiqlədəcəkdir. Ondan sonra o bu ilin iyun ayının ortarında bacısı Xanımgildə olarkən Faiq ona zəng vurmuş, Faiqlə danışanda Faiq ona demişdir ki, nə oldu, qohumda-əqrabada polisə işə düzəlmək istəyən yoxdur? Gətirsin həll edək, demişdir ki, Daxili işlər nazirliyində əlaqələri genişdir, həll edə bilər. O da Faiqin dediyini bacısıgildə bacısı Xanıma deyəndə bacısının gəlini Svet bu söhbəti eşitmişdir. Bacısıgil demişlər ki, danışan kimdir? O da demişdir ki, Faiq adlı bir jurnalistdir, əlaqələrinin geniş olmasını, qohum-əqrabada polisə işə düzlmək istəyən varsa da köməklik edə bilmək imkanının olduğunu demişdir. O bu sözü deyəndə bacısının gəlini Svet demişdir ki, əmisi oğlu, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 da hərbidən gəlib polisə işə düzəlmək istəyir, müharibə iştirakçısıdır. O Svetin bu sözündən sonra Faiqlə danışıb bildirmişdir ki, bir qohumu vardır, polisə işə düzəlmək istəyir. Faiq onunla danışanda Orxanın boyunu soruşmuş, yaşını soruşmuş, demişdir ki, Mühafizə polisinə boyunun bir az aşağı olmasına görə düzəldə bilər. Demişdir ki, əgər boyu bir az aşağı olmasa Bərdə polisinə də düzəldə bilər. O bacısı Xanımın və gəlini Svetin yanında Faiqlə telefonda danışmış, Faiq ona demişdir ki, problem yoxdur, işə düzəldə bilər, ona demişdir ki, votshapla yığsın. O da bacısının və gəlini Svetin yanında Faiqi votshapla yığmış, Faiq demişdir ki, Bərdə rayonuna Mühafizə polisinə düzəldə bilər, qiyməti də 12000 manatdır, istəsələr, düzəldər. Svet də əmisi oğlu Orxanla danışmış, Orxan onlara gəlmiş, o da Faiqin telefonda ona dediklərini Orxana demişdir. O X16 şəhərində görüşdürmüş, Faiq demişdir ki, lazımı sənədləri düzəltsin, sonra pulunu da hazırlasın. Faiq onun yanında Orxana Daxili işlər nazirliyinin rəhbərinin adına ərizə yazdırmış, Orxana hansı sənədlərin düzəlməsini demiş, Orxan Asan xidmətə gedib məhkumluğunun olmaması barədə arayış almış, kənd icra nümayəndəliyindən arayış almış, həkimdən xəstəliyinin olmaması barədə arayış almış, digər sənədləri düzəltmiş, özü də Kapitalbankdan öz adına, yəni, müharibə veteranı kimi 1500 manat pul götürmüş, qalanını da ailə üzvləri köməklik etmiş, qapılarındakı malheyvanı satmış, Faiqin dediyi 12000 manat pulu düzəltmişdir. Həmin ilin iyun ayının axırlarında Faiqlə danışmışlar, o Orxanla birlikdə Faiqin dediyi yerə, yəni Bərdə rayon Polis şöbəsinin yerləşdiyi küçəyə gəlmişlər, polisin yaxınlığında Faiqlə görüşmüş, Faiqin nömrəsini bilmədiyi Opel markalı avtomobilinə əyləşmiş, Orxan sayıb 12000 manat pulu onun yanında Faiqə vermişdir. Faiq də söz vermişdir ki, uzağı iki aya düzələcəkdir, həmçinin Orxanın topladığı sənədləri də Orxandan götürmüşdür. Onlar da inanmışlar. Bundan təxminən 10 gün sonra o Faiqə demişdir ki, Ərəblər kəndində bir qohumu vardır, Cümşüd adlı qohumudur, oğlu Rəhman işə düzəlmək istəyir, boyu da yaxşıdır, təzyiqi olduğu üçün komissiyadan keçə bilməyibdir. Faiq demişdir ki, həkim komissiyasında adamı vardır, 1000 manat gətirsin, təzyiqini sildirsin. O Cümşüdlə Faiqi tanış etmiş, Bərdə şəhərində görüşmüşlər, 1000 manat pulunu alıb demişdir ki, 12000 manat da hazırlasın, oğlunu işə düzəltsin. Cümşüd də demişdir ki, əvvəl təzyiqini həll etsin, oğlu sıra baxışından keçibdir, 12000 manata ehtiyac yoxdur. Bir neçə vaxt keçsə də Faiq nə Kənanın diplomunu tanıdıb təsdiqlətməmiş, nə Orxanı işə düzəltməmiş, nə də Cümşüdün oğlunun təzyiq problemini həll etməmişdir. Hər dəfə də o, adları göstərilən şəxslər zəng edib müxtəlif bəhanələr gətirib vaxt istəyirmiş. Sonda da bilmişlər ki, Faiq hamısını aldadıbdır, bacısı Xanımla Bərdə rayon polis şöbəsinə gəlmiş, bacısı Xanım öz adından Faiqdən şikayət ərizəsi vermişdir. Şahid1 bildirmişdir ki, Faiq ad çəkməmişdir, eləcə deyirmiş ki, hər yerdə dostu-tanışı çoxdur, onların yanında heç kəslə danışmamışdır. Ona görə də o haqda dəqiq heç nə deyə bilməmişdir. Faiq yalan deyir. Orxan özü onun yanında Bərdə polisinin qarşı tərəfində Faiqin maşınının içərisində 12000 manat pulu sayıb Faiqə vermişlər. Zərərçəkmiş şəxs3 da pulu Bərdə rayonu, Kətəlparaq kəndinin yuxarı tərəfindən Kənan onun yanında sayıb 6500 manat pulu Faiqə vermişdir. O Faiqə Bakı şəhərində heç bir pul verməmişdir, o 5000 manat Kredit müqaviləsi də onun Faiqə yarısını nisyə qiymətə satdığı maşınının puluna görə aralarında bağlanmış müqavilədir. Həmin puldan da 1000 manatını çıxmışdır ki, guya maşının ehtiyat hissələri xarab olubdur, o da heç nə deməmiş, satdığı maşını saxlatmış, cərimə meydançasına saldırmış, maşının əsas yiyəsini oraya çağırmış, Faiq cərimə meydançasında maşını satıb ona çatası 4000 manat pulu Zaura vermiş, Zaur da Bakı şəhərində həmin pulu yeznəsi Fuda vermiş, Fuad da həmin pulu ona çatdırmışdır. Faiq tamamilə yalan deyir, Orxanın pulu çox olduğu üçün boynuna almaq istəmir. Bilir ki, Orxan onun qohumudur, onları üz-üzə qoymaq istəyir, onun da adını yazmışdır ki, Orxan şikayətçi olmasın, pulunu istəməsin. O, bildiyi şəxslərin adını demişdir, ayrı kimlərisə də aldadıbaldatmamasını bilmir, gələcəkdə hər hansı bir məlumatı olarsa da istintaqa bildirəcəkdir. O, izahat verəndə elə bilirmiş ki, səs yazılar vardır, amma sonradan gedib dəqiqləşdirmişdir ki, votshapda danışmışdır, səs yazıları qalmamışdır, elə bir səs yazısı təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2, ifadəsində göstərmişdir ki, oğlu X8, Vətən Müharibəsində 08 oktyabr 2022-ci il tarixdə şəhid olmuşdur, o şəhid anasıdır. Ağcabədi rayonunun Hindarx qəsəbə sakini, özü Bakı şəhəri, Xırdalan qəsəbəsində yaşayan özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs qardaşı Eldənizin vasitəsilə tanımışdır, cəmi bir dəfə telefonda danışmış, onun həyat yoldaşı Yaşar Faiqlə bir dəfə görüşmüşdür. 2022-ci ilin iyun ayının ortlarında qardaşı Eldəniz ona demişdir ki, Faiq adlı bir jurnalist tanışı vardır, Faiq əlaqələrinin geniş olmasını demiş, Eldəniz demişdir ki, bir-iki tanışının işlərini düzəltmək üçün söz vermişdir. Eldəniz bunu onların evində danışanda demişdir ki, polisə də işə düzəldir, nazirlikdə adamı vardır. Eldəniz bu sözü deyəndə gəlini Svet demişdir ki, əmisi oğlu, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 da hərbidən gəlib polisə işə düzəlmək istəyir. Eldəniz də demişdir ki, Faiq polisə işə düzəlmə ilə bağlı da demişdir, onların yanıında telefonla Faiqlə Eldəniz danışmış, Faiq Eldənizə demişdir ki, problem yoxdur, işə düzəldə bilər. Eldəniz Faiqlə danışanda demişdir ki, votshapla yığsın. Eldəniz də onun və gəlini Svetin yanında Faiqi votshapla yığmış, Faiq demişdir ki, Bərdə rayonuna Mühafizə polisinə düzəldə bilər, qiyməti də 12000 manatdır, istəsələr, düzəldər. Svet də əmisi oğlu Orxanla danışmış, Orxan onlara gəlmiş, Eldəniz də Faiqin telefonda dediklərini Orxana demişdir. Orxan özü Eldənizin deməsi ilə özü gedib Faiqlə görüşmüşdür, Faiqlə özü danışmışdır, Faiq telefonda Eldənizə dediyi 12000 manat pulu Orxanın özünə də demişdir. Bir neçə gündən sonra Orxan 12000 manat pul düzəldib Eldənizlə birlikdə Bərdə şəhərində Faiqlə görüşüb o pulu Faiqə vermişdir. Orxan bununla bağlı Faiqin dediyi sənədləri də düzəldib gətirib Faiqin özünə vermişdir. Bir neçə müddət keçməsinə baxmayaraq onlara məlum olmuşdur ki, Faiq heç kimlə bu işi danışmayıb, Orxanın pulunu ələ keçirmək üçün ortada dələduzluq etmişdir, hətta sonradan ona məlum olmuşdur ki, Faiq Orxandan əvvəl Eldənizin vasitəsilə tanıdığı Orxanın qohumu Kənanın da 6500 manat pulunu alıb ki, X6 tərəfindən tanıdacaqdır, təsdiq etdirəcəkdir, o adla da Kənanın 6500 manat pulunu alıbdır, ondan sonra 1000 manat pulu da Eldənizin tanışı Cümşüddən almışdır ki, guya oğlunun xəstəliyi ilə bağlı komissiyadan keçirilməsinə köməklik edəcəkdir. Hələ bir dəfə həyat yoldaşı Yaşar Faiqi çağırıb görüşübdür, Faiq Yaşara söz vermişdir ki, yaxın vaxtda Orxanın pulunu qaytaracaqdır, amma Faiq Yaşarı da aldatmışdır. O da bunu biləndən sonra qardaşı Eldənizlə birlikdə neçə dəfə Faiqlə danışmış, Eldənizi hər dəfə aldatmışdır ki, yaxın vaxtda düzələcəkdir, sonra da söz vermişdir ki, pulları qaytaracaq, ama hələ indiyədək heç kəsin pulunu qaytarmamışdır. Ona görə də xahiş etmişdir ki, bu şəxsləri aldadıb pullarını ələ keçirən dələduz jürnalist cinayət məsuliyyətinə cəlb edilsin və pulların qaytarılmasına köməklik göstərilsin. Həmçinin Şahid2 bildirmişdir ki, həmin halı o özü, gəlini X17 danışanda qulağı ilə eşitmişdir. Faiq özü həmin pulu istəmiş, bunu o, Svet, həyat yoldaşı Yaşar, qardaşı Eldəniz, Orxanın özü də təsdiq edə bilər. Faiq özü ona demişdir ki, yaxın vaxtda pulu qaytaracaqdır, həyat yoldaşı Yaşara da söz vermiş, amma etməmişdir. Faiq yalan deyir. Orxan özü Faiqlə danışıb Bərdə polisinin qarşısında 12000 manat pulu Eldənizin yanında Faiqə vermişdir. Faiq ona və həyat yoldaşı Yaşara da söz vermişdir ki, pulu yaxın vaxtda qaytaracaqdır. Faiq yalandan Eldənizi ortaya atır ki, Eldənizə görə onlar və Orxan qorxub dala çəkilsinlər. Həmin pulu Faiq özü almışdır, Orxana da sənədlər demişdir, sənədləri Orxan düzəldib gətirib vermişdir. Faiq Svetin dayısı oğlu Kənanı da aldadıb diplomunu tanıtmaq üçün 6500 manat pulunu ələ keçirmişdir, Eldənizin vasitəsilə tanıdığı traktorçu Cümşüdün də aldadıb 1000 manatını almışdır ki, guya oğlunun xəstəliyini sildirəcəkdir. O bildikləri bunlardır, yəqin ki, ayrı aldadılanlar da vardır, yavaşyavaş ortaya çıxacaqdır. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahidlər X2, Şahid3 Abdüləli oğlu, Бабайев Мцбадил Сары оьлу və Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə işin hallarının tədqiqini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X2, ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliynin N saylı hərbi hissəsində N ildir ki, müddətdən artıq hərbi qulluqçudur. Ağcabədi rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs 2022-ci ilin yaz aylarında taınyır, Faiq jurnalist kimi tanımış, sonra Faiq bir-iki dəfə oturub yemək yemişdir. Söhbət zamanı Faiq ona demişdir ki, avtomobil almaq istəyir, o da demişdir ki, onun Opel Astra minik markalı, ** BS *** dövlət nömrə nişanlı avtomobili vardır, satmaq istəyir. O Faiqə demişdir ki, onun maşını onun üstünə baha düşübdür, 14-15 min manata gəlibdir, amma qiyməti 11000 manatdır, 11000 manata sata bilər. Faiq ondan xahiş etmişdir ki, onun maşınını Faiqə satsın. O atası Eldənizə zəng vurmuş, demişdir ki, bir nəfər vardır, maşını həmin şəxsə satmaq istəyir. İlk əvvəl Faiq nisyə formasında alacağını deməmişdir. O atası ilə birlikdə Bakı şəhərinə getmiş, orada Faiq onları qarşılamış, onları dilə tutub yalvarmışdır ki, indi oğlu gəlir, maşını oğluna alır, oğlunun yanında ona biabır etmsinlər, 6000 manat pulu versin, 5000 manat pulu da 10 gün müddətinə verəcəkdir. O da Faiqin jurnalist olmasını, özünün Prezident aparatının əməkdaşı kimi təqdim etdiyini nəzərə alıb təklifi ilə razılaşmışlar. Faiqin oğlu Əli yanlarına gəlmiş, onlar da 16 may 2022-ci il tarixdə Faiqin oğlu Əliyə baş etibarnamə vermiş, maşını da Faiqin oğluna vermişdir. Onlar 10 gündən sonra Faiqlə əlaqə saxlamış, demişdir ki, Bakı şəhərinə gəlsinlər, görüşsünlər. O da atası Eldənizə demişdir ki, Bakı şəhərinə getsin, Faiq orada gözləyir. Atası Eldəniz də Bakı şəhərinə getmiş, Faiq yenə də onları dilə tutmuşdur ki, alacağı vardır, imkan olmamış, demişdir ki, pullarını danmır, qalan pula görə notariusda 5000 manata dair borc müqaviləsi bağlamasını təklif etmişdir, onlar da razılaşmış, atası Eldəniz notariusa getmiş, rüsumunu da Faiq özü ödəmiş, 5000 manata da borc müqaviləsi bağlamışlar. Faiq neçə ay idiki pullarını verməmişdir, deyirmiş ki, maşın qırılmışdır, bir neçə ehtiyat hisəssini təmir etmişdir, ziyana düşmüşdür. O da axırda demişdir ki, 1000 manatını keçirmiş, 4000 manatını vermişdir. Təxminən bir aydan bir artqdır ki, qalan 4000 manat pulunu Faiqdən maşını cərimə meydançasına qoydurmaqla, maşını orada satdırıb pulunu birtəhər almışdır. Faiqlə atası Eldəniz tanış olanda o, atasını dilə tutub demişdir ki, jurnalistdir, «Prezidentə dəstək» Qəzetinin baş redaktorudur, o, telefonunda rəhbər şəxslərin, cənab Prezidentn fotoşəkillərini qoyub özünü rəhbərliyə yıxın şəxs kimi təqdim etmiş, atasına demişdir ki, əlaqələri genişdir, Respublikada hər bir işə köməkliyi edə bilər. O da həmin sözləri deməsinə görə maşının yarı qiymətini nisyə formasında Faiqə vermişdir. Faiqlə atası tanış olandan bir neçə gün keçəndən sonra Faiq özünün ***-***-**-** mobil nömrəsindən atasına zəng vurub bildirmişdir ki, qohumlardan, tanışlardan polisə işə qəbul olmaq istəyən varsa da xəbər etsin, köməklik edə bilər, hər hansı bir işin düzəlməsinə də köməklik edə bilər. Atası da qohumlarından Zərərçəkmiş şəxs3 deyib, Kənan Faiqlə görüşüb, X13 Respublikasında təhsil aldığı Diplomunu tanıtmaq və təsdiqlətmək üçün Kənandan 6500 manat pulunu almışdır, sonra qohumları Zərərçəkmiş şəxs1 da aldadıb mühafizə polisinə işə qoydurmasını yalandan deyib 12000 manat pulunu almışdır. O pulu da atası Eldənizin yanında vermişdir. Ondan sonra Faiq atasının bibisi oğlu Cümşüdü də aldadıbdır ki, oğlunun təzyiq xəstəliyini silidərəcəkdir, o pulu da o yolla almışdır. O bunların hamısını atasından, zərər çəkmiş şəxslərdən eşitmişdir, Faiqin özü ilə də danışmış, Faiq deyirmiş ki, düzələcəkdir, sonra demişdir ki, pulu əmisi oğluna verib, əmisi oğlu da rəhmətə getmişdir. Faiq demişdir ki, guya torpağı vardır, torpağını satacaq, icra şöbəsindən alacağı vardır, onları alıb verəcəkdir, o dəfələrlə Faiqə bildirmişdir ki, bu şəxslərin pulunu qaytarsın, yoxsa şikyaət edəcəklər, amma Faiq hər dəfə yalandan vəd verib aldatmışdır. Sonra bilmişdir ki, həmin şəxslər atası ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gəlib şikayət etmişdir. X7 bildirmişdir ki, Faiq yalan deyir, Faiq atası ilə bağladığı 5000 manat borc müqaviləsi onu maşınına almasına görə qalan 5000 manatdır, Kənanın puluna görə müqavilə bağlanmamışdır. Həmçinin bildirmişdir ki, Faiq Orxanın həqiqətən 12000 manat pulu almışdır, həqiqətən o pulu almışdır, sadəcə olaraq məbləğin çox olmasına görə boyununa almır. O bildiyi bu üç nəfərdir, ayrı kimlərin olmasını bilmir. O bildikləri budur. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid3 Abdüləli oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəllərində o evdə olmayanda qayını Şahid1 onlara gələndə əvvəl tanımadığları, sonradan adını jurnalist kimi tanıdığı Faiq adlı şəxs zəng vurmuş, Eldəniz onlarda Faiqlə danışanda Faiq Eldəniz dayıya demişdir ki, qohum-əqrabada polisə işə düzəltmək istəyən şəxs varsa da köməklik edə bilər. Eldəniz dayı Faiqin dediyini evdə deyəndə gəlini Svetin ilk olaraq ağlına əmisi oğlu Orxan gəlmiş, Eldənizə demişdir ki, Orxan polisə işə düzəltmək istəyir. Eldəniz Svetin və Xanımın yanında Faiqlə danışmış, Faiq Orxanın boyunu, yaşını soruşmuş, demişdir ki, 12000 manata Orxana mühafizə polisinə işə düzəldə bilər. Sonradan ona məlum olmuşdur ki, Eldənizin vasitəsiilə Faiq Svetin dayısı oğlu Kənanla danışıb 6500 manat dva pulunu almışdır ki, Kənanın diplomunu təsdiqlədəcəkdir. Amma Faiq heç birini etməmişdir. O özü də, həyat yoldaşı Xanım da Faiqlə telefonda danışmışlar, Faiq yaxın vaxtda işi düzəldəcəyini demişdir. Amma qaytarmamışdır, hətta o Bərdə şəhərində Şəhidlər plakatının yanında Faiqlə görüşmüş, Eldəniz də yanında olmuşdur. Faiq and içmişdir ki, yaxın vaxtda Orxanın pulunu qaytaracaqdır, amma qaytarmamışdır. Bundan sonra həyat yoldaşı Xanım da görmüşdür ki, Faiq pulu qaytarmır, şəhid anası kimi Bərdə rayon PŞ-nə gedib şikayət etmiş, Orxan da, kənan da özləri də şikyaət etmişlər, şikayətlər əsasında həbs etmişlər. Həmçinin Şahid3 bildirmişdir ki, Faiq ad çəkməmişdir, eləcə deyirmiş ki, hər yerdə dostutanışı çoxdur, onların yanında da heç kəslə danışmamışdır. Eldənizə də ad çəkməmişdir. Faiq yalan deyir, Faiq özü onun yanında Şəhidlər plakatının yanında ona demişdir ki, pulu özü almışdır, yaxın vaxtda qaytaracaqdır, hətta Şəhidlərin ruhunu da and içmişdir. Eldəniz sadəcə olaraq tanış etmişdir, Eldəniz heç bir pul almamışdır, Faiq özü o pulları alıb yemişdir, heç kəsə də verməmişdir. Faiq yalandan Eldənizin adını çəkir ki, gəlininin qohumları olan Orxan və Kənan şikayətlərini Eldəniz dayıya görə geri götürsünlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5, Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5, Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Mətbuat Şurası İctimai Birliyinin xx.xx.2022-ci il tarixli, 100 saylı məktubundan görünür ki, “Tarixin Səhəfələri” qəzeti ilə bağlı indiyədək bu adlı nəşrlə, eləcə də onun baş redaktoru olduğu bildirilən Əzimzadə (Əzimov) Faiq Əli oğlu ilə bağlı Azərbaycan Mətbuat Şurasına hər hansı bir şikyaət məktubu daxil olmayıbdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs1 pulunu ələ keçirməməsi, Zərərçəkmiş şəxs3 6500 manat deyil, 4500 manat pulunu ələ keçirməsi barədə vəsatətlərinə baxılmış, vəsatətləri özünü müdafiə xarakteri daşıdığından əsassız olduğuna görə xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarla rədd edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən də göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-212/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Bərdə rayon məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 4(021)-168/2022 saylı qərarından görünür ki, istintaq orqanının vəsatəti və onun əsasında verilmiş təqdimat təmin edilərək Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, həbsetmənin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «Tarixin Səhifələri» qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonunun Kətəlparaq kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin may ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, X10 Universitetinin məzun olduğu Diplomunu Azərbaycan Respublikası Təhsil nazirliyində tanıtması və təsdiqlətməsi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 diplomunu Təhsil nazirliyində tanıtdıracağına və təsdiqlədəcəyinə köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2022-ci ilin may ayının axırlarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə rayonunun Kətəlparaq kəndinə gələrək Zərərçəkmiş şəxs3 6500 (altı min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «Tarixin Səhifələri» qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonunun Kətəlparaq kənd sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin iyun ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, Daxili işlər orqanlarında işə qəbul etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs1 daxili işlər orqanlarında işə qəbul olunmasına köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2022-ci ilin iyun ayının ortalarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, Babək küçəsinə gələrək Zərərçəkmiş şəxs1 12000 (on iki min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə «Tarixin Səhifələri» qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonunun Xanərəb kənd sakini Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin iyul ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, Zərərçəkmiş şəxs2 oğlu X1 Daxili İşlər nazirliiyinin Hərbi Həkim Komissiyasından keçərkən yazılmış təzyiq xəstəliyinin sildirməsi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Rəhman Əşrəflinin təzyiq xəstəliyinin sildirilməsinə köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus pulunu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2022-ci ilin iyul ayının sonlarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, «Əlişin dairəsi» yaxınlığındakı «Çinar» yeməkxanasına gələrək Zərərçəkmiş şəxs2 1000 (min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirərərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 oğulna maddi ziyan vumaqla dələduzluq cinayətini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər ibtidai istintaq zamanı CM-in 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 178.1.-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Belə ki, məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən cəzanın məqsədlərinə çatmaq olmaz və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən də göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs, sonuncu dəfə Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-212/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-212/2022 saylı hökmü ilə təyin edilmiş 5000 (beş min) manat cərimə cəzası qəti cəza müddətinə hesablanmalı və həmin hökmlə təyin edilmiş cərimə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-in 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu andan yəni, 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-212/2022 saylı hökmü ilə təyin edilmiş 5000 manat cərimə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş 19500 manat maddi ziyanın olması və hazırki vaxtadək ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-212/2022 saylı hökmü ilə təyin edilmiş 5000 (beş min) manat cərimə cəzası qəti cəza müddətinə hesablansın və həmin hökmlə təyin edilmiş cərimə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 14 noyabr 2022-ci il tarixdən hesablansın. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5000 (beş min) manat cərimə cəzası müstəqil icra edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş 19500 manat maddi ziyanın olması və hazırki vaxtadək ödənilməməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar