Məhkəmə qərarları › İş №1(021)-61/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-61/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-61/2024 13.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X30 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri Kəpəz rayonu Ü.Hacıbəyov küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 165.57 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 noyabr 2023-cü il tarixdə saat 1045 dəqiqədə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kəndi ərazisində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç tərəfindən 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 165.57 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 16 noyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhəri ərazisində “Dəmir yolu” vağzalının yaxınlığında olarkən asfalt yolun kənarından 1 (bir) ədəd bükülü vəziyyətdə sellofan torbanın olduğunu görüb götürmüşdür. Torbanın ağzını açıb içərisinə baxarkən qurudulmuş marixuana olduğunu görmüşdür. Kənarda heç kimin olmadığını görüb həmin narkotik vasitədən istifadə etmək üçün üzərində olan siqaretin içərisindəki tütünü boşaldıb marixuananı siqaretin içərisinə doldurub əynində olan qara rəngli gödəkçəsinin cibinə qoymuşdur. Sellofan torbanın ağzını bağlayıb əynində olan gödəkçənin içəri hissəsinə yerləşdirmiş və gödəkçənin qarşısını bağlamışdır. İşsiz olduğundan yaşadığı Gəncə şəhərində xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanımadığı taksi sürücüsü ilə Gəncə şəhərindən Bərdə rayonu Mustafaağalı kəndinin ərazisinə getmişdir. Orada xırda buynuzlu heyvan almaq üçün tanışı Fərhad Muradovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Fərhad ona Bərdə rayonu Mustafaağalı kəndi ərazisində olduğunu bildirdiyindən taksi ilə Fərhadın yanına getmişdir. Fərhad tanımadığı şəxsin fermasında onu qarşılamışdır. Taksi sürücüsü isə avtomobilin içərisində onu gözlədiyi üçün avtomobildən düşməmişdir. Fərhad ilə birlikdə fermanın ərazisinə daxil olduqdan sonra sonuncu ona xırda buynuzlu qoyunları və keçiləri göstərib özünə məxsus olduğunu və satmaq isdəyini demişdir. Xırda buynuzlu heyvanlara baxıb xoşuna gəldiyi üçün almaq isdəyini bildirib Fərhad ilə söhbət edərkən üzərində olan, içərisində narkotik vasitə olan marixuananı doldurduğu siqareti çıxarıb çəkmişdir. Fərhad yanında çəkməməsini, yaxşı bir iş görmədiyini, bu işin axırının olmadığını və ümumiyyətlə çəkməməyini məsləhət görmüşdür. Fərhada bir söz deməmiş, Fərhad onun üzərində sellofan torbanın olması barədə məlumatı olmamışdır. Üzərində pul az olduğundan və tanışı Gəncə şəhər sakini Babaşov Rafiq Əli oğlu ona əvvəlcədən xırda buynuzlu heyvan alacağını bildirdiyindən Rafiq ilə birlikdə gəlməyini qərar vermişdir. Buna görə də Fərhada sonra gələcəyini bildirib gəldiyi taksi ilə 16 noyabr 2023-cü il tarixdə təxminən gecə saatlarında Gəncə şəhərinə geri qayıtmışdır. Əvvəlcədən Gəncə şəhərində yaşayan tanıdığı Babaşov Rafiq Əli oğlu ona Bərdə rayonunda yerləşən mal-qara bazarından heyvan alacağını bildirdiyi üçün Rafiq ilə əlaqə saxlamışdır. Rafiq də Bərdə rayonundan heyvan alacağını ona bildirdiyi üçün tanışı Fərhad Murodava zəng edib Bərdə rayonuna gələcəyini və onunla gələn şəxsin xırda buynuzlu heyvanı nəğd şəkildə, özünün isə nisyə alacağı barədə məlumat vermişdir. Fərhad onunla razılaşdıqdan sonra həmin gün gecə saatlarında taksi fəaliyyəti ilə məşğul olan tanışı taksi sürücüsü X15 zəng edib xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bərdə rayonuna gedəcəyini və bunun qarşılığında 50 manat yol haqqı olaraq pul verəcəyini demişdir. Elsevər Rüstəmov da onunla razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə gecə saatlarında X20 idarə etdiyi VAZ- 2107 markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri “Sovxoz Nizami” adlanan yerə gəlmişdir. Rafiq həmin ünvana gəldikdən sonra Elsevərin idarə etdiyi VAZ-2107 markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu istiqamətində getmişlər. Yolda bir neçə dəfə Fərhad Muradova zəng etsə də, Fərhad onun zənglərinə cavab verməmişdir. Buna görə də onlar heyvan almaq üçün Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarına getmişlər. Həmin vaxt Rafiq ona xırda buynuzlu heyvan olan keçi almaq istəyini demiş, lakin qeyd olunan bazarda keçi tapa bilmədirləri üçün sonradan adı ona məlum olan X25 onlara Bərdə rayonu Mustafaağalı kəndi ərazisində yerləşən pambıq sahəsinin yanında satlıq keçi olduğunu demişdir. Buna görə də Sərxandan onu həmin yerə aparmasını xahiş etmişdir. Sərxan da razılaşdıqdan sonra onların gəldiyi avtomobilə əyləşib birlikdə Mustafaağalı kəndi istiqamətində hərəkətdə olmuşlar. Fərhad onun zənglərinə cavab vermədiyindən Fərhadın fermada ola biləcəyi üçün Sərxandan Fəli adlı şəxsin fermasına aparmasını demişdir. Onlar birlikdə Fərhadın fermasına gedərək orada Fərhadı səsləsə də, Fərhad cavab verməmişdir. Bundan sonra onlar birlikdə Elsevərin idarə etdiyi avtomobillə geri qayıdarkən Mustafaağalı kənd ərazisində bir neçə nəfər mülki geyimdə olan şəxslər avtomobili saxladaraq onları Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən üzərindən aşkar edilmiş həmin narkotik vasitəni haradan əldə etməyi barədə soruşduqda, narkotik vasitəni 16 noyabr 2023-cü il tarixdə Bərdə rayonu Mustafaağalı kənd sakini Fəli adlı şəxsdən 1000 manata alması barədə məlumat vermişdir. Bərdə rayonu Mustafaağalı kəndi ərazisində polis əməkdaşları onları saxlayarkən Fərhadın onun zənglərinə cavab vermədiyindən və onun yanında xx.xx.2023-cü il tarixdə narkotik vasitə çəkdiyini gördüyü üçün onun barəsində polis əməkdaşlarına məlumat verdiyini zənn etdiyindən həmin narkotik vasitəni Fərhaddan aldığını demişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Fərhad Muradovdan almamışdır. Həmin vasitəni xx.xx.2023-cü il tarixdə yaşadığı Gəncə şəhəri ərazisindən tapmış, həmin gün yaşadığı evə getmədəyi üçün tapdığı narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitənin onda olması barədə heç kimə deməmiş və heç kimin məlumatı olmamışdır. Törətdiyi əməlinə görə son dərəcə peşman olmuşdur. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Himayəsində bir nəfər azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Əgər ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilərsə azyaşlı uşağı ailənin yeganə qazanc gətirənindən məhrum olar. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis X8 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və digər şəxslərin üzərində narkotik vasitələrinin saxlanılması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ-2107 markalı avtomobil saxlanılmış, avtmobildə olan sərnişinlər, eyni zamanda Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişlər. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman onun üzərindən sellofan paketdə narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Narkotik vasitənin çəkisi 200 qrama yaxın olmuş, Füzuli Abbasquliyev narkotik vasitəni Fərhad adlı şəxsdən 1000 manata aldığını bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuş, narkotik vasitələrinin satışı ilə bağlı heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonuncuya məcburi etiraf etməsi məqsədi ilə polis əməkdaşları tərəfindən heç bir təsir və ya təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid11 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili işləyən Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Aldıqları məlumat Təqsirləndirilən şəxs Bərdə rayonu Hacılar kənd sakini X16 və digərlərinin üzərində narkotik vasitələrinin saxlanılması və istifadəsi ilə bağlı olmuşdur. Keçirilmiş əməliyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ- 2107 markalı avtomobil saxlanılmışdır. Avtomobildə olan sərnişinlər, eyni zamanda X3 Bərdə RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etməmiş, saxlanılan VAZ-2107 markalı avtomobilin içərisində olan X25 adlı şəxsin üzərinə baxışda iştirak etmişdir. Həmin şəxsin üzərindən qeyri-qanuni heç bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid10 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili işləyən Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Aldıqları məlumat Bərdə rayonu Hacılar kənd sakini X16 və digər şəxslərin üzərində narkotik vasitələrinin saxlanılması və istifadəsi ilə bağlı olmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ-2107 markalı avtomobil saxlanılmışdır. Şahid11 ilə bilrikdə avtmobildə olan sərnişinlər, eyni zamanda Təqsirləndirilən şəxs və Bərdə rayonu Hacılar kənd sakini X2 və Bərdə Rayon Polis Şöbəsinə gətirilməsində iştirak etmişdir. Bərdə RPŞ-də onun iştirakı ilə Bərdə rayonu Hacılar kənd sakini X16 üzərinə baxış keçirilmiş, lakin sonuncunun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etməmiş, VAZ-2107 markalı avtomobilin içərisində olan X16 üzərinə baxışda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Bərdə RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs və digər şəxslər saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişlər. Onun tərəfindən videoçəkiliş aparılmaqla Bərdə RPŞ-nin inzibati binasında təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sonuncunun üzərindən sellofan paketdə marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan marixuana sənədləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs marixananı tapdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili işləyən Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Aldıqları məlumat Bərdə rayonu Hacılar kənd sakini X16, Gəncə şəhər sakinləri X14, Təqsirləndirilən şəxs və Babaşov Rafiq Əli oğlunun üzərində narkotik vasitə saxlaması və istifadəsi ilə bağlı olmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ-2107 markalı avtomobil saxlanılmışdır. Digər polis əməkdaşları ilə birgə avtmobildə olan sərnişinlər və avtomobilin sürücüsü X1 və Bərdə RPŞ-nin gətirilməsində iştirak etmişdir. Bərdə RPŞ-də onun iştirakı ilə Gəncə şəhər sakini X14 üzərinə baxış keçirilmiş, lakin sonuncunun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavətim yoxdur. Bərdə RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili işləyən Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Bərdə rayonu Hacılar kənd sakini X16, Gəncə şəhər sakinləri X14, Təqsirləndirilən şəxs və Babaşov Rafiq Əli oğlunun üzərlərində narkotik vasitə saxlamaları və istifadə etmələri ilə bağlı olmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ-2107 markalı avtomobil saxlanılmışdır. Digər polis əməkdaşları ilə birgə avtmobildə olan sərnişinlər və avtomobilin sürücüsü X1 və Bərdə RPŞ-nin gətirilməsində iştirak etmişdir. Bərdə RPŞ-də onun iştirakı ilə Gəncə şəhər sakini X14 üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etməmişdir. Onun məlumatı olmuşdur ki, narkotik vasitəsi aşkar edilmişdir. Lakin hansı şəxsin üzərində olmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid7 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi, ədavəti yoxdur. Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili işləyən Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Aldıqları məlumat Bərdə rayonu Hacılar kənd sakini X16, Gəncə şəhər sakinləri X14, Təqsirləndirilən şəxs və Babaşov Rafiq Əli oğlunun üzərində narkotik vasitələrinin saxlanılması və istifadəsi ilə bağlı olmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ-2107 markalı avtomobil saxlanılmış və digər polis əməkdaşları ilə birlikdə avtmobildə olan sərnişinlər və avtomobilin sürücüsü X1 və Bərdə RPŞ-nin gətirilməsində iştirak etmişdir. Bərdə RPŞ-də onun iştirakım ilə Gəncə şəhər sakini X14 üzərinə baxış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. VAZ-2107 markalı avtmobilidə 4 nəfər sərnişin olmuşdur. Təqsirləndirilən şəxs onun olduğu avtomobildə Bərdə RPŞ-nə gətirilmiş, lakin sonuncunun üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid8 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili işləyən Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur ki, Bərdə rayonu Hacılar kənd sakini X25, Gəncə şəhər sakinləri X21, Təqsirləndirilən şəxs və Babaşov Rafiq Əli oğlu üzərində narkotik vasitə saxlayır və istifadə edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ-2107 markalı avtomobil saxlanılmışdır. Digər polis əməkdaşları ilə birlikdə avtmobildə olan sərnişinlərin və Babaşov Rafiq Əli oğlunun saxlanılmasında və Bərdə RPŞ-nin gətirilməsində iştirak etmişdir. Bərdə RPŞ-də onun iştirakı ilə Gəncə şəhər sakini Babaşov Rafiq Əli oğlunun üzərinə baxış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. VAZ-2107 markalı avtmobildə 4 nəfər-Babaşov Rafiq Əli oğlu, X21, Təqsirləndirilən şəxs və X25 olmuşdur. Polis əməkdaşlarından eşitmişdir ki, saxlanılan şəxslərin birinin üzərindən narkotik vasitəsi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin X11 baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və digər şəxslərin üzərində narkotik vasitələrinin saxlanılması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kənd ərazisində VAZ-2107 markalı avtomobil saxlanılmış, avtmobildə olan sərnişinlər, eyni zamanda Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişlər. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman onun üzərindən sellofan paketdə narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Narkotik vasitənin çəkisi 165 qram olmuşdur. Saxlanılan digər şəxslərin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin X11 əməliyyat müvəkkili Şahid9 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və digər şəxslərin üzərində narkotik vasitələrinin saxlanılması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Bərdə rayonu ərazisini yaxşı tanımadığından Təqsirləndirilən şəxs və digərlərini Bərdə rayonunun hansı ərazisində saxladıqlarını xatırlamır. Saxlanılan şəxsləri o cümlədən Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirmişlər. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman onun üzərindən sellofan paketdə narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Sonuncu narkotik vasitədən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 Bölməsinin 18 noyabr 2023-cü il tarixli, 16/1190 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki 1(bir) ədəd polietlen torbada təmiz çəkisi 165,57 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Qeyd: Marixuananın təmiz çəkisi 165,57 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 165,52 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 23 yanvar 2024-cü il tarixli, 121 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli 490 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildən “Kannabinoidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 165.57 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması, 17 noyabr 2023cü il tarixdə saat 1045 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə rayonu Mustafaağalı kəndi ərazisində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri ünvan 3 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç tərəfindən 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 165.57 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: 10 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Z.Hacıyev küçəsi 13 nömrəli evdə yaşayır. Ailə üzvləri: atası-1950-ci il təvəllüdlü X4, anası-1959-cu il təvəllüdlü X6, arvadı-1982-ci il təvəllüdlü X7 və oğlu-2014-cü il təvəllüdlü X9 ibarətdir. 10 yanvar 2024-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 mart 2014-cü il tarixli AZ-İ 917517 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 26 mart 2014-cü ildə rəsmi nkah qeydiyyatından keçməklə evlənmişlər. AZE seriyalı 12722192 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, xx.xx.2014-cü ildə anadan olmuş X12 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur, bir daha hər hansı qanunsuz əməllər törətməyəcəyinə söz verir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 25 noyabr 2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı, yaşlı valideynləri və bir nəfər azyaşlı uşağı vardır. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi onun himayəsində olan şəxsləri, o cümlədən, xx.xx.2014-cü il təvəllüdlü azyaşlı Əlini yeganə qazanc gətirən şəxsdən məhrum etməklə onlar üçün əlavə məhrumiyyətlər yaradar. Belə olan halda, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən şəxsi olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacağına vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacağına vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 noyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 noyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 18 noyabr 2023-cü il tarixli, 16/1190 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X13, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 165,52 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 noyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 165,52 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X13, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar