Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-62/2021 29.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: 02 avqust 1956-cı il tarixdə Laçın rayonu Kosalar kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, evli, Laçın su-kanal idarəsində mühəndis işləyən, məhkumluğu olmayan, Laçın rayonu Ağoğlan kəndində qеydiyyаtdа оlmаqlа ünvan 1 ünvanında yаşаyan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 16 dekabr 2020-ci il tarixdən “Laçın rayon Mərkəzi Xəstəxanası” X4 “COVİD- 19” xəstəsi kimi qeydiyyata alınaraq ev nəzarətinə götürülməsinə və 30 dekabr 2020-ci il tarixədək karantində olması barədə məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası ərazisində elan edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimini pozub digər şəxsləri yoluxduracağını bildiyi halda yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi yerləşən evini tərk edib, kürəkəni Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Fortuna” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri istiqamətində hərəkət edərək xəstəliklərin yayılması üçün real təhlükə yaratmış, 21 dekabr 2020-ci il tarixdə saat 13:00 radələrində “COVİD-19” (koronavirus) pandemiyası ilə bağlı Bərdə şəhəri Bakı küçəsi ərazisində qurulmuş stasionar postda xidmət aparan Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayır. X1 iştirak etmişdir və İİ qrup Qarabağ əlilidir. 01 dekabr 2020-ci il tarixdə o, Laçın şəhərinin işğaldan azad edilməsi münasibəti ilə tanışı Sahib Zeynalov ilə yemək yeyib spirtli içki qəbul etmişdir. 08 dekabr 2020-ci il tarixdə Sahib özündə “COVİD-19” (koronavirus) xəstəliyinin əlamətlərini müşahidə etdiyindən “Laçın rayon Mərkəzi Xəstəxanası” X4 test vermişdir. O, yaxın günlərdə Sahib ilə birlikdə yemək yediyinə görə özü də test vermək qərarına gəlmiş və həmin tarixdə test götürməsi üçün xəstəxana əməkdaşını yaşadığı evə dəvət etmişdir. Həmin vaxt testin nəticələrinin mobil telefonuna göndərilməsi məqsədilə istifadəsində olan mobil telefon nömrəsini xəstəxananın əməkdaşına vermişdir. 16 dekabr 2020-ci il tarixdə mobil telefonuna koronavirus ilə bağlı verdiyi testin nəticəsinin “pozitiv” olması barədə SMS göndərilmişdir. 14 dekabr 2020-ci il tarixdə məlum pandemiya səbəbindən ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin elan edilməsinə və ölkə vətəndaşlarının “8103” nömrəsinə SMS göndərməklə yalnız təsdiq aldıqları halda xüsusi icazə ilə yaşayış yerini tərk etmələrinə baxmayaraq, o, 21 dekabr 2020-ci il tarixdə saat 13:00 radələrində kürəkəni Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota” markalı avtomobil ilə Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhəri Bakı küçəsində qoyulmuş stasionar postda içərisində olduqları avtomobil adlarını bilmədiyi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim edib şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmişlər. O və kürəkəni Xanaslan şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra polis əməkdaşları xüsusi planşet vasitəsilə yoxlama aparıb onun “COVİD-19” xəstəsi kimi qeydiyyatda olmasını və yaşadığı evi qanunsuz olaraq tərk etməklə pandemiya əleyhinə rejimin qaydalarını pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmasını bildirmişlər. Daha sonra polis əməkdaşları müvafiq sənədləşmə aparmaqla onu Bərdə rayon polis şöbəsinə dəvət etmiş, o da polis şöbəsinə əlib izahat vermişdir. Bundan başqa o, 21 dekabr 2020-ci il tarixdə yaşadığı evi müalicə almaq üçün Bərdə şəhərində yerləşən xəstəxanaya gəlmək istəməsi səbəbindən qanunsuz olaraq tərk etdiyini, 14 dekabr 2020-ci il tarixdə məlum pandemiya səbəbindən ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin elan edilməsinə və ölkə vətəndaşlarının “8103” nömrəsinə SMS göndərməklə yalnız təsdiq aldıqları halda xüsusi icazə ilə yaşayış yerini tərk etmələrinə baxmayaraq yaşı ilə əlaqədar mobil telefon vasitəsilə SMS göndərməyi bacarmadığından yaşayış yerini SMS götürmədən tərk etdiyini bildirmişdir. Əməlindən səmimi peşman olmasını, məcburi köçkün və İİ qrup Qarabağ əlili olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayır. Onun özünə məxsus olan “Toyota Fotuna” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. Təqsirləndirilən şəxs onun qayınatasıdır. 21 dekabr 2020-ci il tarixdə qayınatası Murad onunla əlaqə saxlayaraq müalicə almaq üçün Bərdə şəhərində yerləşən xəstəxanaya getmək istədiyini demişdir. O da buna etiraz etməyərək qayınatasını yaşadığı qəsəbə ərazisində yerləşən 441 nömrəli evdən götürüb həmin gün saat 13:00 radələrində qayınatası ilə birlikdə idarə etdiyi “Toyota Fotuna” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhəri Bakı küçəsində qoyulmuş stasionar postda içərisində olduqları avtomobil adlarını bilmədiyi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim edib şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmişlər. O, və qayınatası Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra polis əməkdaşları xüsusi planşet vasitəsilə yoxlama aparıb qayınatasının “COVİD-19” xəstəsi kimi qeydiyyatda olmasını və yaşadığı evi qanunsuz olaraq tərk etməklə pandemiya əleyhinə rejimin qaydalarını pozub xəstəliyin yayılması üçün real təhlükə yaratdığını bildirmişlər. Bundan sonra polis əməkdaşları müvafiq sənədləşmə aparmaqla onu və qayınatasını Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Bundan başqa o, qayınatası Təqsirləndirilən şəxs “COVİD- 19” xəstəsi kimi qeydiyyatda olmasını bilmədiyini, əgər bilsə idi, heç vaxt onunla birlikdə yol çıxmayacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək göstərmişdir ki, 2019-cu ildə daxili işlər orqanlarında işləməyə başlamışdır. Bərdə rayon polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. Dünyada yayılmış “COVİD-19” (koronavirus) pandemiyası ilə bağlı Azərbaycan Respublikası ərazisində elan edilən sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq 21 dekabr 2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis mayoru Rəhim Quliyev və Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Bərdə şəhəri Bakı küçəsi ərazisində stasionar postda xidmət aparmışdır. Həmin gün saat 13:00 radələrində “Toyota” markalı avtomobil ilə hərəkətdə olan iki nəfər şəxs tərəflərindən saxlanılmışdır. Sonradan adlarının Təqsirləndirilən şəxs və Şahid1 olmasını bildiyi şəxslər şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra xüsusi planşet vasitəsilə yoxlama aparmışlar. Bu zaman Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdən “Laçın rayon Mərkəzi Xəstəxanası” X4 “COVİD-19” xəstəsi kimi qeydiyyata alınması və ev şəraitində müalicə təyin edilməsi müəyyən olunmuşdur. Daha sonra adı çəkilən şəxsə yaşadığı evi qanunsuz olaraq tərk etməklə pandemiya əleyhinə rejimin qaydalarını pozub xəstəliyin yayılması üçün real təhlükə yaratdığı bildirilmişdir. Bunun ardınca müvafiq sənədləşmə aparmaqla Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 şahid qismində dindirilmiş Şahid2 dediklərini təsdiq edərək oxşar məzmunda ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş 21 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bərdə şəhəri Bakı küçəsi ərazisində yerləşən stasionar polis postudur. Cinayət işinə əlavə edilmiş “Laçın rayon Mərkəzi Xəstəxanası” X3 daxil olmuş 24 dekabr 2020-ci il tarixli 368 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdən xəstəxanada “COVİD-19” xəstəsi kimi qeydiyyata alınmış, ev nəzarətinə götürülmüş və 30 dekabr 2020-ci il tarixədək karantində olması barədə məlumatlandırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdən “Laçın rayon Mərkəzi Xəstəxanası” X4 “COVİD-19” xəstəsi kimi qeydiyyata alınaraq ev nəzarətinə götürülməsinə və 30 dekabr 2020-ci il tarixədək karantində olması barədə məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası ərazisində elan edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimini pozub digər şəxsləri yoluxduracağını bildiyi halda yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi yerləşən evini tərk edib, kürəkəni Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Fortuna” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri istiqamətində hərəkət edərək xəstəliklərin yayılması üçün real təhlükə yaratmış, 21 dekabr 2020-ci il tarixdə saat 13:00 radələrində “COVİD-19” (koronavirus) pandemiyası ilə bağlı Bərdə şəhəri Bakı küçəsi ərazisində qurulmuş stasionar postda xidmət aparan Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 139-1.1-ci maddəsinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, məcburi köçkün, İİ qrup Qarabağ veteranı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcəbədi rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-62/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-62/2021
29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver