Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-62/2022 11.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X11, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 02 may 1991-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan,Qazax Hərbi Məhkəməsinin 20 dekabr 2010-cu il tarixli hökmü ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Bərdə rayonunun Həsənqaya kəndində qeydiyyatda olan və orada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, 16 aprel 2021-ci il tarixdə saat 01:00 radələrində Bərdə rayonu Kətəlparaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində sonuncudan pul verməyəcəyi təqdirdə öldürəcəyini deyib şəxsiyyəti üzərində zor tətbiq etmə hədəsi ilə pul tələb etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilməyib ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır.Xalidə onun yaşadığı kənddə öz evində tək olaraq yaşayır. Əvvəllər Xalidə ilə onun ailə üzvüləri və özü arasında hər hansı bir ədavət, düşmənçilik və narazılıq doğuracaq hər hansı bir hal baş verməmişdir. 16 aprel 2021- ci il tarixdə təxminən gecə saat 01 radələrində o, yaşadığı evində olarkən spirtli içki qəbul edərək, arvadı Kəklik xanımla mübahisə etmişdir. Buna görə də daha evdə gecələməyərək evi tərk etmişdir. Gecəni keçirmək üçün kəndlərində tək yaşayan Zərərçəkmiş şəxsgilə gedərək orada gecələmək qərarına gəlmişdir. Belə ki, o, əvvəllər Zərərçəkmiş şəxs yaşadığı evinin həyətyani sahəsində olan kol- kosları təmizləmiş, abadlıq işlərinin aparılmasını və həyətin abadlaşdırılmasını həyata keçirmişdir. Buna görə də Zərərçəkmiş şəxs özünə yaxın bir şəxs kimi görmüş və məhz həmin evə getməyə qərar vermişdir. Yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı ev arasında ara məsafəsi hardasa 500- 600 metr olduğundan, həmin gecə piyada halda kənd ərazisi ilə hərəkət edərək, Xalidənin evinin yanına gəlmişdir. Həmin ünvana gələrkən kimsə və ya kənd adamlarından hər hansı birisi onun qarşısına çıxmamışdır. Təxminən həmin məsafəni 5 dəqiqə ərzində qət edib, Xalidənin evinə çatmışdır. Həyət darvazasının açıq olduğunu görüb, evin həyətyani sahəsinə daxil olmuşdur.Sonra isə evin sağ tərəfində yerləşən giriş qapısına tərəf gedərkən, həmin qapının da açıq vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs qoca olduğundan və qulağı yaxşı eşitmədiyindən onu səsləməyərək evin içərisinə daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs evin yataq otağında uzanmş olduğunu görmüşdür. Zərərçəkmiş şəxs onu görən kimi dərhal uzandığı yerdən qalxaraq, onun kim olduğunu soruşmuşdur?.O isə Xalidənin bu sözünə görə “ həmişə gəlib sənin evinin həyətini biçən oğlanam “ demişdir. Bundan sonra Xalidə onu tanımışdır. O, arvadı ilə mübahisə etmiş olduğundan Zərərçəkmiş şəxs gecələmək üçün yer istəmişdir. Daha sonra Zərərçəkmiş şəxs ilə qarşılıqlı siqaret çəkdikdən sonra divanda uzanmışdır. Təxminən yarım saat uzandıqdan sonra Zərərçəkmiş şəxs qəflətən qışqıraraq səs- küy salaraq, qonşuluğunda olan Şıxəli adlı şəxsi köməyə çağırmağa başlamışdır. Bundan sonra yerindən qalxaraq həyət darvazasından çölə çıxaraq yaşadığı evinə getmişdir.Səhər saat 08-09 radələrində qardaşı Vüsal Quliyev istifadəsində olan mobil nömrədən onun arvadının mobil telefonuna zəng etmişdir. O, yuxudan oyanıb zəng edən şəxsin qardaşı Vüsalın olduğunu görərək zəngə cavab vermişdir. Həmin vaxt Vüsal ona yer əkmək üçün Bərdə rayonunun Alaçadırlı kəndinə gedəcəyini bildirmişdir.Vüsalın zəndindən təxminən 10 dəqiqqə sonra qardaşının yaşadığı evə yollanmış və traktorla işləməyə getmişlər. Nahar vaxtı qardaşıgilin evinə qayıdaraq yemək yeyəndən sonra Bərdə rayonunun Qurdlar kəndində avtomobil ustası işləyən adını xatırlamadığı şəxsin evinə getmişdir. Həmin evdə işlədikdən sonra isə həmkənlisi Elbrusun həyətinə gələrək,yer əkməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları həmin yerə gələrək, onun cinayət törətdiyini bildirərək, onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Suala cavab olaraq bildirir ki, Zərərçəkmiş şəxs pul tələb etməmiş, evi axtarmamış və onu öldürməklə hədələməmişdir. Sadəcə olaraq gecələmək üçün Zərərçəkmiş şəxs yer istəmiş, təxminən yarım saat uzandıqdan sonra Zərərçəkmiş şəxs səs-küy yaratdığına görə çıxıb getmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, heç bir şikayəti yoxdur. Sadəcə oturub söhbət etmişlər. Firudin ondan heç nə tələb etməmiş, heç 1 manat da istəməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs həbsdən azad edilməsini xahiş etdi. Halbuki ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN- nin 102 zəng mərkəzi xidmətinə edilmiş müraciət oğlu Azər Mehdiyevə, həmin tarixdə Bərdə rayon Polis Şöbəsinə ünvanlanmış şikayət ərizəsi isə onun özünə məxsusdur. Müraciətdə və ərizəsində qeyd etdiyi xüsusatları təsdiq edərək bildirir ki, 16 aprel 2021-ci il tarixdə gecə saat 01:10 radələrində yaşadığı evdə olan zaman qəflətən bir nəfər şəxs evin arxa tərəfində olan otaqdan içəri daxil olmuşdur. Həmin şəxsi üzdən tanımadığına görə kim olduğunu soruşmuşdur.? Həmin şəxs ona adını deməsə də “Xalidə xala pul ver” demişdir. Həmin vaxt qeyd etdiyi şəxsin onu tanıdığını bilmişdir.Təxminən 30-35 yaşlarında olan həmin şəxsə pulu olmadığını dedikdə, həmin şəxs evin yataq otağında olan döşəyi qaldırmış, ancaq heç nə tapmadığından evi axtarmağa başlamışdır. Daha sonra həmin şəxs evi axtarıb heç nə tapa bilmədiyindən ona yaxınlaşaraq və ona əlini uzadaraq pul verməyəcəyi halda onu öldürəcəyi ilə hədələmişdir. Qeyd olunan vaxt həmin şəxsin ona zədə yetirəcəyini düşünərək, qışqıraraq və bununlada yaxınlıqda yaşayan qonşuları köməyə çağırmışdır. Bir qədər sonra qonşuluğunda yaşayan Məhsəti xanım onun səsini eşidərək, yaşadığı evə gəldiyindən sonuncuya baş vermiş hadisəni olduğu kimi danışmışdır. Həmin şəxs evdən hər hansı bir məbləğdə pul, əşya və ya digər hər hansı bir şey aparmamışdır. Sadəcə olaraq ondan pul verməsini tələb etmişdir. Lakin o, həmin şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Bundan başqa onu da qeyd edir ki, onun əynində olan paltarın cibi olmadığına görə o, torba tikərək özünə məxsus olan pulu həmin torbanın içərisində saxlayır. Hadisədən sonra torba və içərisində olan pul yerində olmuşdur. Polisin araşdırması nəticəsində həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmuş olduğu və sonuncunun ondan ancaq pul verməsini tələb etmiş və verməyəcəyi halda öldürəcəyi ilə hədələmişdir. O,isə pul vermədiyindən Firudin evi axtarmağa başlamış heç nə tapmadığı üçün isə ondan pul tələb etmişdir. O, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisə nəticəsində heç bir əmlakı zədələnməmiş və ya məhv edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 aprel 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Sumqayıt şəhərindən Bərdə rayonunun Kətəlparaq kəndinə anası Zərərçəkmiş şəxs baş çəkmək üçün gəlmişdir.Bildirir ki, anası Xalidə tək yaşayır və o da arabir anasına baş çəkmək üçün kəndlərinə gəlir. Həmin vaxt anası Xalidə ona gecə saat 01 radələrində tanımadığı bir nəfər şəxsin yaşadığı evin arxa tərəfində olan qapıdan evə daxil olaraq, ondan pul tələb etməsini, pul verməyəcəyi halda isə onu öldürəcəyi ilə hədələməsi barədə ona danışmışdır. Elə bu səbəbdən o, istifadəsində olan 050- ***-**-** mobil nömrəsindən Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Sonradan anası Xalidənin ona danışmasına əsasən ona məlum olmuşdur ki, həmin şəxs təxminən 30-35 yaşlarında olmaqla o, anasından pul tələb etmiş, evi axtarsa da heç nə tapa bilməyərək anasına yaxınlaşaraq və əlini anasına uzadaraq pul verməyəcəyi halda öldürəcəyi ilə hədələmişdir. Həmin hadisə vaxtı anası Xalidə həmin şəxsin zərər yetirəcəyini düşünüb qışqırmış və bununla da yaxınlıqda yaşayan qonşuları köməyə çağırmışdır. Anası səs-küy salıb qonşuları köməyə çağırdığına görə həmin şəxs evdən qaçıb getmişdir. Polisin araşdırması nəticəsində həmin şəxsin həmkəndliləri Təqsirləndirilən şəxs olmuş olduğu müəyyən olunmuşdur. Lakin Firudini hamı tanıyır. Elə oğlan deyil. Zəhmətkeş oğlandır. Heç kimlə işi olmaz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan Zərərçəkmiş şəxs onun həmin kənddə həm qonşusu və həm də atasının qardaşı arvadıdır. Təqsirləndirilən şəxs da onun həmkənlisidir. Firudin Quliyevlə də onun heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. O, özü Bərdə rayon TT yardım stansiyasında avtomobil sürücüsü işləyir. 16 aprel 2021-ci il tarixdə növbədə olduğundan evdə olmamışdır. Ancaq həmin günün səhəri, yəni 17 aprel 2021-ci il tarixdə o, işdən çıxıb öz evlərinə gəlmişdir. Həmin vaxt həyat yoldaşı Şahid3 ona bildirmişdir ki, bəs 16 aprel 2021-ci il tarixdə gecə saat 01 radələrində Firudun onların qonşuluğunda yaşayan qohumları X1 evinə girib. O, bundan sonra bilmişdir ki, 16 aprel 2021- ci il tarixdə gecə saat 01 radələrində Firudun Quluyev belə bir hərəkət etmişdir. Həmin hadisə vaxtı Xalidə qışqırdığından onun həyat yoldaşı Məhsəti həmin yerə getmişdir. Məhsəti gedib görmüşdür ki, Xalidə bərk həyacanlıdır. Təqsirləndirilən şəxs da arvadı Məhsəti həmin yerə gedib çıxana qədər qaçıb çıxıb getmişdir. Həmin vaxt həyat yoldaşı Məhsəti Xalidəyə su verib sakitləşdirmişdir. O, bu xəbəri eşidəndən sonra, yəni işdən evə gəlib bu barədə biləndən dərhal sonra, özü də gedib Xalidə xalasından hal-əhval tutmuşdur. Xalidə də həyat yoldaşı Məhsətinin ona dediklərini bir daha özü də ona bildirmişdir. Onun hadisə barədə eşidib bildikləri bundan ibarətdir. Onu da ifadəsində göstərmişdir. Təkcə o, deyil, bütün kənd Firudini tanıyır. Firudin arada içki içsə də, heç kimə pisliyi dəyməyib. İbtidai istintaq zamanı müstəntiq ifadəni yazıb, o da imza edib. Arvadı Məhsəti ona Xalidə xaladan pul tələb etməsini, ölümlə hədələməsini deməyib. Sadəcə deyiblər ki, bir nəfər evə girib. Səhəri gün polislərlə evdə olan mətbəxdə siqaret kötükləri var idi. Xalidə xala da siqaret çəkəndir. Polislər Firudini siqaretindən tanıdılar. Halbuki ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan Zərərçəkmiş şəxs onun həmin kənddə həm qonşusu və həm də atasının qardaşı arvadıdır. Təqsirləndirilən şəxs da onun həmkənlisidir. Firudin Quliyevlə də onun heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. O, özü Bərdə rayon TT yardım stansiyasında avtomobil sürücüsü işləyir. 16 aprel 2021-ci il tarixdə növbədə olduğundan evdə olmamışdır. Ancaq həmin günün səhəri, yəni 17 aprel 2021- ci il tarixdə o, işdən çıxıb öz evlərinə gəlmişdir. Həmin vaxt həyat yoldaşı Şahid3 ona bildirmişdir ki, bəs 16 aprel 2021- ci il tarixdə gecə saat 01 radələrində Firudun onların qonşuluğunda yaşayan qohumları X1 evinə girib, ondan pul tələb edərək, verməyəcəyi halda öldürəcəyi ilə hədələmişdir. O, bundan sonra bilmişdir ki, 16 aprel 2021- ci il tarixdə gecə saat 01 radələrində Firudun Quluyev belə bir hərəkət etmişdir. Həmin hadisə vaxtı Xalidə qışqırdığından onun həyat yoldaşı Məhsəti həmin yerə getmişdir. Məhsəti gedib görmüşdür ki, Xalidə bərk həyacanlıdır. Təqsirləndirilən şəxs da arvadı Məhsəti həmin yerə gedib çıxana qədər qaçıb çıxıb getmişdir. Həmin vaxt həyat yoldaşı Məhsəti Xalidəyə su verib sakitləşdirmişdir. O, bu xəbəri eşidəndən sonra,yəni işdən evə gəlib bu barədə biləndən dərhal sonra, özü də gedib Xalidə xalasından hal- əhval tutmuşdur.Xalidə də həyat yoldaşı Məhsətinin ona dediklərini bir daha özü də ona bildirmişdir. Onun hadisə barədə eşidib bildikləri bundan ibarətdir. Onu da ifadəsində göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmin kənddə həm qonşu və həm də qohumudur. Belə ki, Xalidə onun həyat yoldaşı X6 qohumu olduğundan bu əsasda onun Xalidə ilə qohumluğu vardır. Təqsirləndirilən şəxs da onun həmkənlisidir. Ancaq Firudinlə heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Onun həyat yoldaşı Şahid2 Bərdə rayon TT yardım stansiyasında sürücü işləyir. 16 aprel 2021-ci il tarixdə həyat yoldaşı Şıxəli həmin yerdə növbədə olduğudan evdə o və uşaqları olmuşdur. 16 aprel 2021- ci il tarixdə gecə saat 01 radələri olardı ki, artıq uşaqları yatandan sonra elə evdə yataq otağında olduğu zaman bir də eşitmişdir ki, qonşuluğunda tək yaşayan Xalidə möhkəm qışqırıb onu kömyə çağırır. O, tez paltarını geyinib həyətlərinə çıxmış, fikirləşmişdir ki, gecədir birdən yanılar. Görmüşdür ki, yox Xalidə möhkəm qışqırır ay Məhsəti, ay Məhsəti evimə girən var deyir. O, gedib görmüşdür ki, o, bərk qorxub və ondan bir daha ətraflı nə olmasını ona danışmasını soruşmuşdur. Onun qorxduğunu halının pis olduğunu görüb gətirib ona su vermişdir. Xalidə bir az sakitləşib özünü toxdandan sonra ona demişdir ki, o, elə yataq otağında yatarkən bir nəfərin onun evinə daxil olduğunu görüb, həmin şəxsin kim olduğunu və nəyə görə onun evinə girmiş olduğunu soruşmuşdur. Xalidə xala evinə tanımadığı adamın girdiyini bildirmişdir. Lakin həmin adamın Xalidə xaladan pul istəməsini, ölümlə hədələməsini Xalidə xala ona deməyib. Artıq bütün bu vəziyətdən sonra polisin işə qarışması araşdırması nəticəsində həmin şəxsin həmkəndliləri Təqsirləndirilən şəxs olmuş olduğu müəyyən olunmuşdur. Həyat yoldaşı Şıxəli növbədən çıxıb evlərinə gələndn sonra o, Xalidənin başına gələn hadisəni Şıxəliyə danışmışdır. Həyat yoldaşı Şıxəli də Xalidəgilə getmişdir. Xalidənin hadisə ilə bağlı ona danışdıqlarını bir daha həyat yoldaşı Şıxəliyə də danışmışdır. Onun hadisə barədə eşidib bildikləri bundan ibarətdir. Müstəntiq nə yazıbsa o, da ona imza etmişdir. Lakin o, Xalidə xalandan kiminsə pul tələb etməsini, plümlə hədələməsini deməmişdir. Bu barədə Xalidə xala da ona heç nə deməmişdir. Halbuki ibtidai istintaq zamanı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmin kənddə həm qonşu və həm də qohumudur. Belə ki, Xalidə onun həyat yoldaşım X6 qohumu olduğundan bu əsasda onun Xalidə ilə qohumluğum vardır. Təqsirləndirilən şəxs da onun həmkənlisidir. Ancaq Firudinlə heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Onun həyat yoldaşı Şahid2 Bərdə rayon TT yardım stansiyasında sürücü işləyir. 16 aprel 2021-ci il tarixdə həyat yoldaşı Şıxəli həmin yerdə növbədə olduğudan evdə o və uşaqları olmuşdur. 16 aprel 2021-ci il tarixdə gecə saat 01 radələri olardı ki, artıq uşaqları yatandan sonra elə evdə yataq otağında olduğum zaman bir də eşitmişdir ki, qonşuluğumda tək yaşayan Xalidə möhkəm qışqırıb onu kömyə çağırır. O, tez paltarını geyinib həyətlərinə çıxmış, fikirləşmişdir ki, gecədir birdən yanılar. Görmüşdür ki, yox Xalidə möhkəm qışqırır ay Məhsəti, ay Məhsəti evimə girən var məndən pul istəyib öldürəcəyi ilə hədələyir dediyini bir daha hələ Xalidə xanımın yanına gedib çıxmamamış eşitdiyimdən, tez həmin yerə getmişdir. Gedib görmüşdür ki, o, bərk qorxub və ondan bir daha ətraflı nə olmasınıona danışmasını soruşmuşdur. Onun qorxduğunu halının pis olduğunu görüb gətirib ona su vermişdir. Xalidə bir az sakitləşib özünü toxdandan sonra ona demişdir ki, o, elə yataq otağında yatarkən bir nəfərin onun evinə daxil olduğunu görüb, həmin şəxsin kim olduğunu və nəyə görə onun evinə girmiş olduğunu soruşmuşdur.Həmin şəxs də kim olmasını ona deməyərək elə ondan pul istədiyini verməsə öldürəcəyi ilə hədələdiyini ona demiş olduğunu və bu vəziyyətdən sonra Xalidə qışqırdığından həmin şəxsin dərhal qaçıb çıxıb getmiş olduğunu ona demişdir. Artıq bütün bu vəziyətdən sonra polisin işə qarışması araşdırması nəticəsində həmin şəxsin həmkəndliləri Təqsirləndirilən şəxs olmuş olduğu müəyyən olunmuşdur.Həyat yoldaşı Şıxəli növbədən çıxıb evlərinə gələndn sonra o, Xalidənin başına gələn hadisəni Şıxəliyə danışmışdır. Həyat yoldaşı Şıxəli də Xalidəgilə getmişdir. Xalidənin hadisə ilə bağlı ona danışdıqlarını bir daha həyat yoldaşı Şıxəliyə də danışmışdır. Onun hadisə barədə eşidib bildikləri bundan ibarətdir. Xalidənin yaşadığı evə ən yaxın qonşu olduğundan bilavasitə Xalidə hadisə ilə bağlı onu harayçılığa çağırmışdır. İş materiallarından görünür ki, ibtidsai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs qarşısında oturan X9 bir həmkəndli kimi lap çoxdan tanıdığını, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu olmadığını, iş üzrə zərərçəkmiş şəxs qismində vermiş olduğu ifadəsini təsdiq etdiyini, bununla belə bir daha Təqsirləndirilən şəxs üzünə qarşı sonuncu ilə heş bir ədavəti , düşmənçiliyi olmadığını, yaşının bu vaxtında Firudinə qarşı yalan demədiyini, nə baş vermişdirsə onu bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirdiyini, belə ki, 16 aprel 2021ci il tarixdə gecə saat 01 radələrində Bərdə rayonunun Kətəlparaq kəndində yaşadığı evində tək olarkən, Firudinun qəflətən evin arxa tərəfində olan otağın qapısından içəri girdiyini, həmin vaxt ondan kim olduğunu soruşduğunu, həmin vaxt qaranlıq olduğundan onun sifətini görə bilmədiyini, Firudin də ona cavabında kim olduğunu demədiyini elə ona “ Xalidə xala pul ver “ demiş olduğunu, o da dərhal ondan pul istəyən şəxsin onu tanımış olduğunu başa düşmüş olduğunu, həmin şəxsə, yəni artıq hadisədən sonra Firudin olduğunu bildiyini, Firudinə həmin vaxt pulu olmadığını demiş olduğunu, Firudinin isə evin yataq otağında olan döşəyin altını axtardığını, pul tapa bilmədiyindən evi axtarmağa başladığını, Firudinun pul tapa bilmədiyindən ona yaxınlaşaraq və əlini ona uzadıb pul verməyəcəyi halda onu öldürəcəyi ilə hədələdiyini, o, bərk qorxduğunu onu öldürəcəyini düşünüb qışqıraraq yaxınlıqda yaşayan qonşuları köməyə çağırdığını, elə bir az keçərdi ki, qonşusu Məhsəti xanımın evə yanına gəldiiyini və o, baş verənləri Məhsəti xanıma danışmış olduğunu, o, qışqıran kimi Firudinin qaçıb çıxıb getmiş olduğunu, ona görə də onu qonşusu Məhsətinin və başqalarının görə bilmədiklərini, Firudinin indi üzləşmə zamanı yalandan gecələmək üçün onun evinə gəlmiş olduğunu demiş olduğunu, bunu onun tam yalan dediyini, Firudinin onu öldürəcəyi ilə hədələyib ondan pul tələb etmiş olduğunu, o da pulu olmadığını ona deyərkən Firudinin ona tərəf əlini üzadıb pul verməyini deyərək onu hədələmiş olduğunu və pul verməyini tələb etmiş olduğunu, yaşının ağbirçək vaxtında Firudinə qarşı nəyə görə yalan danışmalı olduğunu, .nə olubsa onu da onun üzünə qarşı demiş olduğunu, Firudinin isə yalandan özünün günahkar saymamağa çalışıb onun evinə gecələmək üçün gəlmiş olduğunu, guya onun da bu səbəbdən qışqırmış olduğunu bildirməsi hallarının tamamilə yalan olduğunu, Firudinin onu hədələyib pul tələb etmiş olduğunu, vermədiyindən qayıdıb onu öldürəcəyi ilə hədələyib ondan pul tələb etmiş olduğunu və elə bu səbəbdən qorxub qışqıraraq qonuları köəyə çağrdığını, həmin an da Firudinin vəziyyəti belə görüb qaçıb çıxıb getmiş olduğunu faktiki əsaslandırıcı hallarla Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs qarşınızda oturan X3 bir həmkəndli kimi lap çoxdan tanıdığını, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu olmadığını, X1 üzləşmə zamanı onun üzünə qarşı dediklərini eşitdiyini və 16 aprel 2021- ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs evinə getmiş olduğunu, ancaq ondan hədə- qorxu gəlib pul istəmədiyini, onlarda gecələmək istədiyini, Xalidənin də qışqırdığından qaçıb çıxıb getmiş olduğunu faktiki əsaslandırıcı hallar olmadan Zərərçəkmiş şəxs üzünə qarşı deməklə kifayətlənmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən də göründüyü kimi Firudin Quliyev əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X14 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürərkən yuxarıda qeyd edilən sübutlarla kifayətlənmiş və nəticədə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi tövsif verilməməişdir. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin mənasına görə hədə-qorxu ilə tələb etmə,yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə , onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə ilə müşayiət olunduqda cinayət tərkibi yaradır. “Hədə qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 saylı Qərarının 1-1-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakını tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunduqda əməlinin Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, cinayət işin materiallarında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə ibtidai araşdırma zamanı alınmış Zərərçəkmiş şəxs və eləcə də hazırki iş üzrə başlıca Şahid3 ibtidai istintaqda vermiş olduqları ifadələr məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında olan münasibətlər qonşuluq münasibətləri əsaqsında yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan evdə və həyətdə müəyyən işlər görmüş, haqqını almışdır. Lakin hadisə baş verən günü Furidin içkili halda Zərərçəkmiş şəxs evinə gederək özbaşına daxil olmuş və bundan sonra bir qədər oturub zərərçəkmiş şəxsl söhbət edib, siqaret çəkdikdən sonra sonuncunun qışqırmasından sonra evi tərk etmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi ölümlə hədələməsi, ondan pul tələb etməsi, evinin axtarılması və dağıdılması kimi faktlar isə ümumiyyətlə istintaq orqanı tərəfindən araşdırılmamış, iş materiallarında evə gedən polis əmədaşları tərəfindən müvafiq prosessual hərəkətlər yerinə yetirilməmişdir. Belə ki, yaşlı qadının evinin təqsirləndirilən şəxs tərəfindən axtarılmnası və evinin dağıdılması kimi halları əks etdirən hadisə yerinə baxış protokolu tərtib edilməmiş, ifadələr eytni məzmunlu şəkildə alınaraq bir neçə dəfə təkrarlanmış, Xalidə Mehtiyavanın yazıb-oxumaq qabiliyyəti olmadığı halda, ona latın qrafikası ilə izahat və ifadələrə imza etdirilmiş, “mənim sözlərimlə düzgün yazılmışdır” cümləsi başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs hərəkətləri və davranışı məhkəmədə şübhə yatadığına görə məhkəmənin təşəbbüsü ilə zərərçəkmiş şəxs barəsində məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertiza mərkəzinin 01 iyul 2022-ci il tarixli 1723 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı qocalıq demensiyası (ağıl zəifliyi) qeyd olunduğunu və həmin prosesin uzun müddət ərzində tədricən inkişaf etməsini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, cinayət işində təsvir olunan hadisə baş verən zaman (16 aprel 2021-ci il tarixdə ) Zərərçəkmiş şəxs demensiya ( ağıl zəifliyi ) qeyd olunmuşdur. Zərərçəkmiş şəxs qocalıq demensiyası (ağıl zəifliyi ) ilə əlaqədar baş verən hadisələri düzgün qavramaq və qiymətləndirmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs qocalıq demensiyası ( ağıl zəifliyi ) qeyd edildiyindən o,təsvir olunan cinayət hadisəsini düzgün dərk etmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və düzgün ifadə vermək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs intellektual–mnestik resurslarının aktiv olmadığı (ixtiyari, emosional və assosiativ yaddaşın aktiv olmadığı,diqqətinin paylanmasının normadan aşağı olmaqla, abstrakt anlayışların dərk edilməsinin zəif çıxış etməsi, təfəkkürünün tempinin ləngiməsi,ümumiləşdirmə, analizetmə, proqnozlaşdırma qabiliyyətinin enməsi,tənqidi münasibətinin tam həcmdə olmaması və.s) emosional-iradi sferasında hadisələ qarşı biganəlik aşkar olunur. Bununla əlaqədar o, baş vermiş hadisəni olduğu kimi dərk etmək, advekat olaraq qavramaq, təsvir etmək və düzgün ifadə vermək qabiliyyətində deyildir. Zərərçəkmiş şəxs müəyyən edilən ağıl zəifliyi ilə əlaqədar hadisələri dərk etmək qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən və ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə girərək hədə qorxu ilə pul tələb etməmiş, özgə əmlakını tələb etməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Lakin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsindən həmin Məcəllənin 157-ci maddəsinə tövsif edilməlidir. Konstitusiya, insan və vətəndaş hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqların gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması müəyyən edilmişdir. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi, tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəy-yən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Odur ki, Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona istinad edilən Azərbaycan Resopublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasında göstərilən əlamətlərlə üst-üstə düşmədiyindən onun əməli həmin Məcəlləsinin 157.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin Azərbaycan Resopublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Azərbaycan Resopublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (Azərbaycan Resopublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1 -ci maddəsi). Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı topladığı sübutlara əsasən müəyyən etdiyi, X7 16 aprel 2021- ci il tarixdə saat 01:00 radələrində Bərdə rayonu Kətəlparaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə yaşayanın iradəsi ziddinə daxil olması ilə törədilən əməli Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. X4 16 aprel 2021- ci il tarixdə saat 01:00 radələrində Bərdə rayonu Kətəlparaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə yaşayanın iradəsi ziddinə daxil olaraq mənzil toxunulmazlığını pozmuş bununla da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxs X10 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs həm məhkəmə iclas zalında çıxışında, həm də vermiş olduğu ərizədə təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca və ya köməksiz vəziyyətdə olan qadına qarşı törədilməsi ədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə islah işləri cəzasına məhkum edilməsi ilə cəzanın məqsədinə nail olmaq mümkündür, həmin cəza, cəzanın məqsədinə xidmət edəcəkdir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibətdə isə qeyd edir ki, sonuncu 16 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, 18 aprel 2021-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1- ci maddəsi ilə ittiham elan edirək, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməkdən yayındığına və barəsində seçilmiş qətimkamn tədbirinin tələblərini kobud şəkildə pozduğuna görə Bərdə Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmişdir. İş materiallarında olan Bərdə rayon Polis Şöbədindən daxil olmuş 25 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə tutularaq Penitensiar Xidmətin 2 saylı X5 təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Belə olan məhkəmə təyin edilmiş islah işləri cəzasının müddətinə Təqsirləndirilən şəxs həbsdə qaldığı müddəti uyğunlaşdırmalı və nəticə etibarılə Təqsirləndirilən şəxs cəzası çəkilib qurtarmış hesab edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il islah işləri cəzası çəkilmiş hesab edilsin. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HаkimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-62/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-62/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver