Məhkəmə qərarları › İş №1(021)-62/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-62/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-62/2023 14.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1958-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə rayonu Alpoud kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, Bərdə rayonu Alpoud kəndində yaşayan Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Bərdə şəhəri S.Zöhrabbəyov küçəsi ev 17-də yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə gəlmiş və aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş verən mübahisə zamanı sonuncunu bir yumruq zərbəsi ilə qəsdən vuraraq sağ gözaltı və almacıq nahiyəsinin hematoması, sağ bazunun orta 1/3-nin ön səthinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. O hal hazırda Bərdə şəhəri S.Zöhrabbəyov küçəsi ev 17-də yaşayır. Qızı Zərərçəkmiş şəxs ilə təxminən bir neçə ildir ki, aralarında yaxşı münasibət olmamış, buna səbəb isə onun yüngül həyat tərzi keçirməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə o oğlu Şahidla söhbət əsnasında qızı Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirməsi və onlar biabır etməsi səbəbi ilə onu öz yaşadıqları evə gətirmək qərarına gəlmiş və buna görədə həmin gün saat 15 radələrində o oğlu Şahid ilə birlikdə qızı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə getmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs evdə tək olmuşdur. Züleyxa Cəfərovla söhbət edərkən sonuncuya barəsində kənd sakinləri tərəfindən xoşagəlməz fikirlər deyildiyini və onun barəsində narahat olduğunu bildirmiş, həmin vaxt qızı Züleyxa əsəbləşərək ona həyat tərzinə qarışmamağı bildirmiş və daha sonra onunla mübahisə etməyə başlamış və mübahisə zamanı onu və oğlu Şahid nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmin vaxt o Züleyxanın üstünə getmiş və dediyi sözlərə diqqət etməsini tələb etmişdir, lakin Züleyxa onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmiş və buna görədə o əsbələşərək bir dəfə yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla vurmuş və həmin vaxt zərbənin təsirindən qızı Zərərçəkmiş şəxs yerə yıxılmış, bu zaman Şahid araya girərək sakitləşdirməyə çalışmışdır. Sonra isə oğlu Şahid qızı Züleyxanı yerdən qaldıraraq divanda otuzdurmuş və daha sonra onu Züleyxanın yaşadığı evdən çıxardaraq öz yaşadıqları evə aparmışdır. Sonradan xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, qızı Zərərçəkmiş şəxs onu döyməsi ilə bağlı Bərdə rayon polis şöbəsinə şikayət etmişdir. O xx.xx.2023-cü il tarixdə qızı Zərərçəkmiş şəxs bir dəfə yumruqla qəsdən vuraraq döymüş və onu döyməyinə səbəb Züleyxanın onu nalaiq ifadələrlə söyüb təhqir etməsi olmuşdur. O qızı Zərərçəkmiş şəxs döydüyünü səmimi etiraf edərək tutduğu əməldən peşmandır. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə şəhəri S.Zöhrabbəyov küçəsi ev 17-də yaşamış, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun atası, Şahid isə qardaşıdır. O hal hazırda Bərdə şəhəri S.Zöhrabbəyov küçəsində yerləşən fərdi yaşayış evində iki azyaşlı uşaqları ilə birgə yaşayır. Atası Təqsirləndirilən şəxs ilə münasibəti korlanmış, buna səbəb isə atasının onu evdən çıxarması olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o özünə məxsus Gəncə şəhər Humanitar kolleci bitirməyi haqqında diplomu götürmək üçün atası Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Alpoud kəndində yerləşən fərdi yaşayış evinə getmiş, lakin həmin vaxt evdə heçkim olmamışdır. Buna görədə o atası Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək diplomu götürmək istədiyini bildirmiş, lakin bu zaman Təqsirləndirilən şəxs ona diplomu verməyəcəyini bildirmişdir. Bundan sonra öz yaşadığı evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində öz yaşadığı evdə tək olarkən atası Təqsirləndirilən şəxs və qardaşı Şahid onun yaşadığı evə gəlmişlər. Həmin vaxt söhbət əsnasında o diplomunu vermələklərini istəmiş, lakin bu zaman atası İsmayıl onun diplomunu verməyəcəyini bildirmişdir. Buna görədə aralarında sözlə mübahisə baş vermiş və mübahisə zamanı atası Təqsirləndirilən şəxs onun üstünə gələrək yumruqla onun sağ göz nahiyəsinə qəsdən yumruqla bir dəfə vurmuş və zərbənin təsirindən o muvazinətini itirərək yerə yıxılmışdır. Həmin vaxt qardaşı Şahid onu yerdən qaldıraraq divanda otuzdurmuş və atası Təqsirləndirilən şəxs qolundan tutaraq onun yaşadığı evdən çıxardıb aparmışdır. Bundan sonra o həmin gün atası Təqsirləndirilən şəxs barəsində şikayət etməsədə xx.xx.2023-cü il tarixdə atası Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı Bərdə rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs barışdıqları üçün icraata xitam verilməsini və baxış iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun bacısıdır. O hal hazırda Bərdə şəhəri S.Zöhrabbəyov küçəsi ev 17-də yaşayır. Təxminən bir neçə ildir ki, Zərərçəkmiş şəxs ilə münasibəti korlanmışdır, buna səbəb isə onun yüngül həyat tərzi keçirməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə o atası Təqsirləndirilən şəxsla söhbət əsnasında bacısı Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirməsi və onları biyabr etməsi səbəbi ilə sonuncunu öz yaşadığı evə gətirmək qərarına gəlmişdir və buna görədə həmin gün saat 15 radələrində o atası Təqsirləndirilən şəxs ilə birlikdə bacım Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs evdə tək olmuşdur. Onlar söhbət edərkən atası Təqsirləndirilən şəxs bacısı Züleyxa barəsində kənd sakinləri tərəfindən xoşagəlməz fikirlər deyildiyini və onun barəsində narahat olduğunu demişdir, həmin vaxt Züleyxa əsəbləşərək onun həyat tərzinə qarışmamağı və daha sonra atası Təqsirləndirilən şəxsla mübahisə etməyə başlamış və mübahisə zamanı onları nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Buna görədə Təqsirləndirilən şəxs əsəbləşərək Züleyxanın üstünə getmiş və dediyi sözlərə diqqət etməsini tələb etmiş, lakin Züleyxa onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir və buna görədə atası İsmayıl əsəbləşərək bir dəfə yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla vurmuş və həmin vaxt zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır, bu zaman o araya girərək atası İsmayılı aralamış və sakitləşdirməyə çalışmışdır. Sonra isə bacısı Züleyxanı yerdən qaldıraraq divanda otuzdurmuş və daha sonra atası Təqsirləndirilən şəxs bacısı Züleyxanın yaşadığı evdən çıxardaraq öz yaşadığı evə aparmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 16 yanvar 2023-cü il tarixli 40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı sağ gözaltı və almacıq nahiyəsinin hematoması, sağ bazunun orta 1/3-nin ön səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 14 yanvar 2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Alpoud kəndi ərazisində özünü nizam intizamlı şəxsdir, kəndin xeyir və şər işlərində həmişə yaxından iştirak edir və öz köməkliyini göstərir, kənd ərazisində aparılan abadlıq işlərində yaxından iştirak edir və kənd sakinləri tərəfindən müsbət xarakterizə olunduğu göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsidir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar