Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-62/2025 28.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bərdə rayonu, Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən, cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Cəyirli kəndində müvəqqəti yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Xalid” marketin qarşısına gəlib istintaqa məlum olmayan ağac parçası ilə mağazanın giriş qapısının üzərində olan qıfılı güc tədbiq edərək sındırdıqdan sonra həmin qapıdan qanunsuz olaraq mağazaya daxil olub siyirmədən müxtəlif qəpik nominallarında metal pul nişanlarından ibarət ümumilikdə 13 manat pulu, bir qutusunun dəyəri 3.45 manat olan ümumilikdə 40 qutu nazik silindirli “LD club” markalı, bir qutusunun dəyəri 4.00 manat olan ümumilikdə 18 qutu “Kent 1” markalı, bir qutusunun dəyəri 4.00 manat olan ümumilikdə 10 qutu “Kent 4” markalı, bir qutusunun dəyəri 3.90 manat olan ümumilikdə 19 qutu nazik silindirli “Winston XS silver” markalı, bir qutusunu dəyəri 3.90 manat olan ümumilikdə 15 qutu qalın silindirli “Winston X style” markalı, bir qutusunun dəyəri 3.35 manat olan ümumilikdə 14 qutu “LD compact” markalı, bir qutusunun dəyəri 3.00 manat olan ümumilikdə 40 qutu nazik silindirli göy “Winchester silver” markalı, bir qutusunun dəyəri 3.00 manat olan ümumilikdə 18 qutu “Winchester compact silver” markalı, bir qutusunun dəyəri 3.00 manat olan ümumilikdə 32 qutu “Rothmans DEMİ silver” markalı, bir qutusunun dəyəri 2.80 manat olan ümumilikdə 7 qutu “West” markalı, bir qutusunun dəyəri 4.40 manat olan ümumilikdə 17 qutu nazik silindirli ballı “Sobranie caster line” markalı, bir qutusunun dəyəri 4.40 manat olan ümumilikdə 3 qutu nazik silindirli “Sobranie white” markalı, bir qutusunun dəyəri 4.40 manat olan ümumilikdə 15 qutu qalın silindirli ballı “Sobranie compact caster” markalı, bir qutusunun dəyəri 3.00 manat olan ümumilikdə 40 qutu “Pall Mall” markalı, bir qutusunun dəyəri 2.50 manat olan ümumilikdə 10 qutu nazik silindirli qara “Magna” markalı, bir qutusunun dəyəri 2.50 manat olan ümumilikdə 20 qutu nazik silindirli boz “Magna” markalı siqaretləri, bir ədədinin dəyəri 0.50 manat olan ümumilikdə 5 ədəd alışqanı, bir qutusunun dəyəri 0.60 manat olan ümumilikdə 2 qutu “Dirol” markalı saqqızları, 14 manat dəyərində 1 ədəd “Ricman” markalı spirtli içki olan viskini, 13 manat dəyərində 1 ədəd “Pioneer” markalı spirtli içki olan viskini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1111.80 (bir min yüz on bir manat səksən qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atasının yanında kamaz ustası işləmişdir. Atası xəstəliyi ilə əlaqədar işləmədiyi üçün o da işləmir. 22 dekabrda hadisəni törədərkən içkili olmuşdur. Gecə saat 02 radələrində siqareti olmadığı üçün həmin mağazanın qarşısına getmiş və ətrafa baxıb dəqiqləşdirmişdir ki, ətrafda heç kim yoxdur. Mağazanın giriş qapısında kilidi yerdən götürdüyü ağac parçası ilə qırıb açmışdır. Əvvəl 2 paçka siqaret götürmüşdür. Sonra qalan siqaretləri də 2 sumkaya yığıb götürüb dayısı Alışanov Azərin yanına getmişdir. O, uşaq xəstəxanasının yanında yaşayır. Dayısı gətirdiyi siqaretləri saymışdır. Lakin ittiham aktında təxminən 500-600 manat dəyərindən artıq yazılıb...Oğurladığı siqaretlərdən 4-5 paçka çəkmişdir. İlk oğurluğu olub. Mağaza yaşadığı evinin yanında yerləşir. Mağaza sahibini tanıyır. O, kənddə yaşamır. Onu polisə dayısı Azər şikayət etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Bərdə rayonu, Şorəlli kəndində yaşayır və Bərdə rayonu, Cəyirli kəndində “Xalid market” adlanan ərzaq mağazasını icarəyə götürüb işlədir. Mağazada satıcı qismində özü çalışır. Mağazanı hər gün səhər saat 07:30-da açır, axşam saat 22:00-da bağlayır. Mağazada müxtəlif ərzaq və qeyri-ərzaq malları satır. Mağazanın bir giriş qapısı var. Giriş qapısı dəmirdəndir və çöldən qıfılla kilidlənir. xx.xx.2024-cü il tarixdə, saat 22:00-da mağazanı kilidləyib evinə getmiş, xx.xx.2024-cü il tarixdə, saat 07:30-da mağazanı açmaq üçün gələndə isə giriş qapısının qıfılının açıq vəziyyətdə olmasını aşkar etmişdir. Qapıdan keçib içəri daxil olduqda isə görmüşdür ki, piştaxtada olan siqaretlər yoxdur, az bir qismi qalıb ki, onlar da dağınıq vəziyyətdədir. Onun mağazasından 1450 manatlıq siqaret oğurlanmışdır. Həmin gecə 830 və ya 850 manatlıq siqaret olmuşdur. 850 mantlıq siqaretin fakturası var. Digər siqaretlər əvvəlki həftədə qaimə fakturaları ilə gəlmişdir. Təqsirləndirilən şəxs tanıyır. O, ondan pulsuz siqaret istəsə verərdi . O, həmçinin məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək bildirdi ki, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ondan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Uşaq Xəstəxanası”nın arxa tərəfindəki yataqxanada tək yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun bacısı oğludur. xx.xx.2024-cü il tarixdə, gecə saatlarında yaşadığı evdə olarkən bacısıoğlu Təqsirləndirilən şəxs əlində 1 sellofan torba ilə onun evinə gəlmiş və Cəyirli kəndindən siqaret oğurladığını bildirmişdir. Həmin vaxt Raqil sərxoş vəziyyətdə olmuşdur. Raqil ondan siqaretləri qaytarmasında kömək etməsini xahiş etmişdir. O da səhər açılanda bir şey fikirləşəcəyini demişdir. Raqilin gətirdiyi torbada siqaretdən başqa əşya olmamışdır. O, torbadakı siqaretləri saymamışdır. O, səhər saatlarında Bərdə rayon X5 adlı əməkdaşına zəng etmiş və hadisə barədə məlumat vermişdir. Polis əməkdaşı gəlib siqaretləri saymadan özü ilə şöbəyə aparmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə şahid Bərdə RPŞ-nin X1 baş əməliyyat müvəkkili, polis kapitanı X2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, Şahid bir ildən artıqdır ki, tanıyır və aralarında heç bir ədavət, düşmənçilik münasibətləri yoxdur. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Şahid ona zəng edib məlumat vermişdir ki, bacısı oğlu Raqil adlı şəxs Bərdə rayonu, Cəyirli kəndində mağazadan siqaret oğurlayıb və onun yaşadığı yataqxanaya aparıb. O həmin gecədən Bərdə rayonu, Cəyirli kəndi ərazisində mağazadan oğurluq hadisəsi baş verdiyini bilirmiş. Anar ona hadisə barədə məlumat verəndə artıq ona məlum olmuşdur ki, Anar gecə baş verən hadisəni deyir. Ona görə də Anara bacısıoğlu ilə birlikdə Bərdə RPŞ-yə gəlmələrini tapşırmışdır. Bir qədər sonra da onlar Bərdə RPŞ-yə gəlmişlər və istintaqa təhvil verilmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 22 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 22 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmiş və istintaq aparılmışdır. Cinayət işinin 3-35-ci vərəqələrində olan materiallarından görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Şorəlli kəndində yaşayan Zərərçəkmiş şəxs Bərdə rayonu, Cəyirli kəndində yerləşən ona məxsus mağazadan 1450 manat dəyərində məhsulun oğurlanması barədə Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə müraciəti, əsas isə Bərdə rayonu, Cəyirli kəndində yaşayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazanın kilidini güc tədbiq edərək sındırmaqla açıb mağazaya qanunsuz daxil olaraq oradan ümumilikdə 1400 manat dəyərində müxtəlif markalı siqaretləri və 13 manat qəpik pulu oğurlaması faktı ilə bağlı Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə dair kifayət qədər dəlillər olmuşdur. Cinayət işinin 4-15-ci vərəqələrində faktla bağlı ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu, Cəyirli kəndi ərazisində yerləşən “Xalid” adlanan marketdir. Marketin giriş qapısı yalnız ön tərəfdən olmaqla cəmi bir giriş qapısı mövcuddur. Giriş qapısı və pəncərələr dəmir barmaqlıqlarla təchiz edilmişdir. Giriş qapının üzərində “Xalid market” sözləri yazılan lövhə var. Qapıda kilid olsa da zərərçəkmiş şəxsin sözlərinə əsasən, həmin kilid nasaz olduğundan qapını qıfılla bağlayır. Marketə daxil olduqda sağda piştaxtanın üzərində yarıaçıq vəziyyətdə bir ədəd qıfıl var. Zərərçəkmiş şəxsin sözlərinə əsasən, həmin kilid hadisə vaxtı qapının üzərində və bağlı vəziyyətdə olmuş, lakin oğurluq etmiş şəxs(lər) tərəfindən hadisə vaxtı sındırılmış və o özü hadisəni aşkar etdikdən sonra həmin qıfılı qapının üzərindən çıxarıb marketin içərisinə qoymuşdur. Baxış zamanı müəyyən olmuşdur ki, marketin içərisində sağdakı piştaxtanın üzərində az sayda və müxtəlif çeşiddə siqaretlər var ki, onlar dağınıq vəziyyətdədir. Zərərçəkmiş şəxsin sözlərinə əsasən, girişdə sağda satıcı yerində olan siyirmədən 13 manat dəyərində qəpik pul, qeyd edilən piştaxtadan siqaretlər və divara bərkidilmiş piştaxtadan iki ədəd spirtli içki olan viski oğurlanmışdır. Baxış zamanı mağazada videomüşahidə kamerası aşkar edilmədi. Baxış gündüz vaxtı, təbii işıqlanma şəraitində aparılmış, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilmədiyindən götürülməmişdir. Baxış zaman çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan şübhəli şəxs qismində tutma haqqında 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tuutlan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 94-98-ci vərəqələrində olan 24 dekabr 2024-cü il tarixli 4(021)158/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin başlanğıcı 22 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 55-56-cı vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 fevral 2025 -ci il tarixli, 9/468 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş CD diskdə göstərilən 18 adda malların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1099,70 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş CD diskdə qeyd edilən digər 2 adda içkilərin tutumu barədə məlumat olmadığından həmin hallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 111-119-cu vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(100)132/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 121-123-cü vərəqələrində olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(044)45/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)- 132/2020 saylı hökmü ilə ona təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 06 ay azaldıldıqdan sonra çəkilməmiş qalan 05 (beş) ay 18 (on səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 107-108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 126.1ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-28/2- 85/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 43-cü vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Qaradağlı kındində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 143-155-cİ vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 23 fevral 2025-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 32 qutu “LD club” markalı, 9 qutu “Kent 1” markalı, 6 qutu “Kent 4” markalı, 19 qutu “Winston XS silver” markalı, 2 qutu “Winston X style” markalı, 14 qutu “LD compact” markalı, 34 qutu “Winchester silver” markalı, 10 qutu “Winchester compact silver” markalı, 25 qutu “Rothmans DEMİ silver” markalı, 7 qutu “West silver” markalı, 5 qutu “Sobranie caster line” markalı, 3 qutu “Sobranie whites” markalı, 1 qutu “Sobranie compact caster” markalı, 29 qutu “Pall Mall” markalı siqaretlər, 5 ədəd alışqan, 1 ədəd “Richman Whiskey” markalı və 1 ədəd “Pioneer” markalı spirtli içki olan viskilər maddi sübut kimi tanınmışdır. Cinayət işinin 65-ci vərəqəsndə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs özünə məxsus olan, protokolda qeyd olunan siqarerləri, alışqanları və spirtli içkiləri müstəntiq Şahəddin Məmmədovdan təhvil almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxsına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 18 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.1-cü maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən altı il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə cinayətin residivi yaranmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 24 dekabr 2024-cü il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilmişdir. Ona görə də, cəzasının əvvəli 22 dekabr 2024-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 32 qutu “LD club” markalı, 9 qutu “Kent 1” markalı, 6 qutu “Kent 4” markalı, 19 qutu “Winston XS silver” markalı, 2 qutu “Winston X style” markalı, 14 qutu “LD compact” markalı, 34 qutu “Winchester silver” markalı, 10 qutu “Winchester compact silver” markalı, 25 qutu “Rothmans DEMİ silver” markalı, 7 qutu “West silver” markalı, 5 qutu “Sobranie caster line” markalı, 3 qutu “Sobranie whites” markalı, 1 qutu “Sobranie compact caster” markalı, 29 qutu “Pall Mall” markalı siqaretlər, 5 ədəd alışqan, 1 ədəd “Richman Whiskey” markalı və 1 ədəd “Pioneer” markalı spirtli içki olan viskilərin iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 32 qutu “LD club” markalı, 9 qutu “Kent 1” markalı, 6 qutu “Kent 4” markalı, 19 qutu “Winston XS silver” markalı, 2 qutu “Winston X style” markalı, 14 qutu “LD compact” markalı, 34 qutu “Winchester silver” markalı, 10 qutu “Winchester compact silver” markalı, 25 qutu “Rothmans DEMİ silver” markalı, 7 qutu “West silver” markalı, 5 qutu “Sobranie caster line” markalı, 3 qutu “Sobranie whites” markalı, 1 qutu “Sobranie compact caster” markalı, 29 qutu “Pall Mall” markalı siqaretlər, 5 ədəd alışqan, 1 ədəd “Richman Whiskey” markalı və 1 ədəd “Pioneer” markalı spirtli içki olan viskilərin iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-62/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-62/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver