Məhkəmə qərarları › İş №1(021)-63/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-63/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-63/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi X3 iştirakı ilə 10 avqust 1977-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, Füzuli küçəsi ev 99-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə “Azərbaycan respublikası Qanununun İ və İİ siyahısında təsbit edilmiş 3 ədəd gümüşü və 1 ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,088 qram, 0,031 qram, 0,071 qram, 0,334 qram, ümumi təmiz çəkisi 0,524 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram, 0,267 qram, 0,221 qram, ümumi təmiz çəkisi 0,815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özünə məxsus QAZ-3129 markalı 55 BU-796 dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 22 dekabr 2020-ci il tarixdə, saat 1730 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasının həyətində sonuncunun avtomobilinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman həmin avtomobilin salonunun qabaq hissəsində maqintafonun altında yerləşən saxlanc yerində dairəvi, göy rəngli, üzərində “Nivea” sözü yazılmış qutunun içərisindən yuxarıda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən 5-6 ay əvvəl narkotik vasitələrin qəbulu ilə məşğul olmağa başlamışdır. Əsasən metamfetamin və heroin istifadə etmişdir. 20.12.2020-ci ildə səhər saat 1030 radələrində yaşadıqları Bərdə şəhəri, Fizuli küçəsinin yaxınlığında, dəmir yolunun kənarından piyada keçərkən bir ədəd dairəvi, göy rəngli, üzərində “Nivea” sözləri yazılmış dəmir qutu tapmışdır. Qutunu açıb baxarkən qutuda 3 ədəd gümüşü və 1 ədəd qırmızı rəngli kağız bükümlərdə metamfetamin, 3 ədəd sellofan bükümdə heroin olduğunu görmüşdür. İçərisində narkotik maddələr olan qutunu şəxsi istifadəsindən ötrü götürüb özünə məxsus QAZ 3129 markalı 55 BU-796 nömrə nişanlı avtomobilin salonunun qabaq hissəsində maqintafonun altında yerləşən saxlanc yerinə qoyub saxlamışdır. Narkotik vasitələrdən mütəmadi istifadə etdiyi üçün avtomobilində və evində falqa kağızlar saxlamışdır. Sonuncu dəfə 22.12.2020-ci il tarixdə saat 1730 radələrində Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində Bərdə rayon Polis şöbəsinin əməkdaşları onu saxlayaraq idarə etdiyi QAZ-3129 markalı 55 BU-796 dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Bərdə rayon Polis şöbəsində avtomobilinə baxış keçirilərkən avtomobilindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Narkotik vasitələr özünə məxsus olmuşdur və şəxsi istifadəsi üçün avtomobilində saxlamışdır, satmaq fikri olmamışdır. Üzərində narkotik vasitə saxladığına və istifadə etdiyinə görə əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə ünvan 1-da övladları ilə birlikdə yaşamışdır. Himayələrində 2005-ci il təvəllüdlü Əlyar adlı xəstə uşaqları vardır. Son iki-üç ayda Ramilin narkotik vasitələrdən istifadə etməsini bilmişdir. Ramil özü ona narkotik vasitələrdən istifadə etməsini bildirmişdir. Lakin, Ramil onların yanlarında narkotik vasitələrdən istifadə etməmişdir. Ramilin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs “Qaz 3129” markalı 55 BU-796 dövlət qeydiyyat nişanlı avtomobilində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 22.12.2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz 3129” markalı 55 BU-796 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində hərəkətdə olarkən saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman üzərində narkotik vasitə aşkar edilməmişdir. Sonra onun, Bərdə rayon Polis şöbəsinin digər əməkdaşlarının, müdafiəçisinin, Təqsirləndirilən şəxs iştirakı ilə “Qaz 3129” markalı 55 BU-796 dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonunun qabaq hissəsində maqintafonun altında yerləşən saxlanc yerində dairəvi, göy rəngli, üzərində “Nivea” sözü yazılmış qutunu götürüb avtomobilin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin qutuda narkotik vasitələr olmasını bildirib qapağını açmağı xahiş etmişdir. Təhqiqatçı qutunun qapağını açan zaman içərisindən 3 ədəd gümüşü və 1 ədəd qırmızı rəngli kağız bükümlərdə psixotrop maddə metamfetaminə oxşar kütlə, 3 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin hamısının narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr zərfdə qablaşdırılmış, Bərdə rayon Polis şöbəsinin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. Bundan sonra onun, digər polis əməkdaşlarının, müdafiəçisinin, Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gedib orada axtarış aparılmışdır. Axtarış zamanı həmin ünvanda heç bir narkotik vasitə aşkar edilməmiş, lakin, ünvandan narkotik vasitələrin istifadə edilməsi üçün “falqa” kağızları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin falqa kağızlarını narkotik vasitələri istifadə etməsi üçün yaşadığı ünvanda saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələri satmaq niyyətinin olmaması, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi ilə bağlı dedikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin 2 növünü, yəni 4 bükümdə metamfetamini, 3 bükümdə heroini özündə saxlaması ona əsas verir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, narkotik maddələrin 2 növünün bükümlərdə təxminən hər biri bir dəfə istifadə üçün hesablanmaqla qablaşdırılaraq saxlanılması həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 16/827 saylı 23 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi QAZ-3129 markalı 55 BU-796 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş kütlələr” sözləri olan kağız paketdəki 3 ədəd gümüşü və 1 ədəd qırmızı rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,088 qram, 0,031 qram, 0,071 qram, 0,334 qram, ümumi təmiz çəkisi 0,524 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və xarici əlamətlərinə, tərkiblərinə görə eynidirlər. -metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. -həmin kağız paketdəki, 3 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram, 0,267 qram, 0,221 qram, ümumi təmiz çəkisi 0,815 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və xarici əlamətlərinə, tərkiblərinə görə eynidirlər. -heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,524 qram, tədqiqata sərf edildi 0,08 qram (hər obyektə 0,02 qram), qalıq 0,444 qramdır. - Heroinin ümumi təmiz çəkisi 0,815 qram, tədqiqata sərf edildi 0,15 qram (hər obyektə 0,05 qram), qalıq 0,765 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 125 saylı 16 fevral 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə “Azərbaycan respublikası Qanununun İ və İİ siyahısında təsbit edilmiş 3 ədəd gümüşü və 1 ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,088 qram, 0,031 qram, 0,071 qram, 0,334 qram, ümumi təmiz çəkisi 0,524 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,327 qram, 0,267 qram, 0,221 qram, ümumi təmiz çəkisi 0,815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özünə məxsus QAZ-3129 markalı 55 BU-796 dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 22 dekabr 2020-ci il tarixdə, saat 1730 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasının həyətində sonuncunun avtomobilinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman həmin avtomobilin salonunun qabaq hissəsində maqintafonun altında yerləşən saxlanc yerində dairəvi, göy rəngli, üzərində “Nivea” sözü yazılmış qutunun içərisindən yuxarıda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 6152 nömrəli 30 dekabr 2020-ci il tarixli yaşayış yerindən arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsi 11 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmamış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 iyul 2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 22 dekabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 4(021)-98/2020 saylı 24 dekabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, xx.xx.1977-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, Bərdə şəhəri, Füzuli küçəsi ev 99-da qeydiyyatda olmaqla Bərdə şəhəri, Füzuli küçəsi yeni massivdə yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli tutulduğu andan 22 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 22 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanılan 0,444 qram metamfetamin və 0,765 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair 23 dekabr 2020-ci il tarixli 16/827 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan 0,444 qram psixatrop maddə metamfetamin və 0,765 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar