Məhkəmə qərarları › İş №1(021)-63/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-63/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-63/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxx 1991-ci ildə Ucar rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ildə fəhlə kimi işlədiyi Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Mədəniyyət Sarayının tikintisi dayandıqdan sonra, yəni 2018-2020-ci il tarixlərdə müxtəlif vaxtlarda vahid niyyətlə orada rəsmi qaydada mühafizəçi işləyən qohumu Şahid2 xəstəliyi ilə bağlı sonuncunun xahişi ilə müvəqqəti əvəz edərkən, ordan ümumi dəyəri 1692 manat olan 1,692 ton çəkidə 18 mm diametrli 846 metr “A3” markalı, ümumi dəyəri 126 manat olan 0,126 ton çəkidə 12 mm diametrli 144 metr “A3” markalı, ümumi dəyəri 1500 manat olan 1,5 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olan 16 mm diametrli “A3” markalı, ümumi dəyəri 126 manat olan 0,126 ton çəkidə 01 ədədinin uzunluğu 10 metr olmaqla 02 ədəd “F32A İİİ” markalı, ümumi dəyəri 580 manat olan 0,580 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 10 ədəd “F28A İİİ” markalı, ümumi dəyəri 145 manat olan 0,145 ton çəkidə 01 ədədinin uzunluğu 02 metr olmaqla 15 ədəd “F28A İİİ” markalı, ümumi dəyəri 635 manat olan 0,635 ton çəkidə 01 ədədinin uzunluğu 05 metr olmaqla 33 ədəd “F25A İİİ” markalı, ümumi dəyəri 508 manat olan 0,508 ton çəkidə 01 ədədinin uzunluğu 03 metr olmaqla 44 ədəd “F25A İİİ” markalı, ümumi dəyəri 1694 manat olan 1,694 ton çəkidə 01 ədədinin uzunluğu 1,5 metr olmaqla 293 ədəd “F25A İİİ” markalı, ümumi dəyəri 308 manat olan 0,308 ton çəkidə 01 ədədinin uzunluğu 01 metr olmaqla 80 ədəd “F285 İİİ” markalı, ümumi dəyəri 1028 manat olan 1,028 ton çəkidə 01 ədədinin uzunluğu 03 metr olmaqla 115 ədəd “F22 A İİİ” markalı, ümumi dəyəri 2519 manat olan 2,519 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 85 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 741 manat olan 0,741 ton çəkidə 01 ədədinin uzunluğu 10 metr olmaqla 30 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 371 manat olan 0,371 ton çəkidə 01 ədədinin uzunluğu 06 metr olmaqla 25 ədəd “F20A İİİ" markalı, ümumi dəyəri 978 manat olan 0,978 ton çəkidə 01 ədədinin uzunluğu 04 metr olmaqla 99 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 808 manat olan 0,808 ton çəkidə 01 ədədinin uzunluğu 1,5 metr olmaqla 218 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 1070 manat olan 1,070 ton çəkidə 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 361 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 2928 manat olan 2,928 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 122 ədəd “F18A Hi” markalı, ümumi dəyəri 3546 manat olan 3.546 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 187 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 506 manat olan 0,506 ton çəkidə 01 ədədinin uzunluğu 04 metr olmaqla 80 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 529 manat olan 0,529 ton çəkidə 01 ədədinin uzunluğu 2,5 metr olmaqla 134 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 929 manat olan 0.929 ton çəkidə 01 ədədinin uzunluğu 1,4 metr olmaqla 420 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 514 manat olan 0,514 ton çəkidə 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 271 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 1568 manat olan 1,568 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 108 ədəd “F14A İİİ” markalı, ümumi dəyəri 290 manat olan 0,290 ton çəkidə 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 200 ədəd “F14A İİİ” markalı, ümumi dəyəri 1943 manat olan 1,943 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 184 ədəd “F12A İİİ” markalı, ümumi dəyəri 106 manat olan 0,106 ton çəkidə 01 ədədinin uzunluğu 06 metr olmaqla 20 ədəd “F12A İİİ” markalı armaturları gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni ümumilikdə 27.688 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2014-cü ildə Bərdə şəhəri, H.Əliyev prospektində tikilməkdə olan Mədəniyyət Mərkəzinin tikintisində qeyrirəsmi şəkildə fəhlə işləmişdir. Xalasıoğlu Şahid2 isə əmək müqaviləsi əsasında tikintidə fəhlə işləmiş, həmçinin istifadə edilən mal-materiallara nəzarət etmişdir. Ancaq 2015-ci ilin sonlarında tikinti işləri müvəqqəti dayandırıldığından yaşadığı Ucar şəhərinə qayıtmış və orada müxtəlif işlərdə işləməyə başlamışdır. Tikinti dayandırıldıqdan sonra tikinti aparılan sahədə xeyli istifadə edilməmiş mal-materiallar qalmışdır. Buna görə də tikintiyə rəhbərlik edən şəxslər xalasıoğlu Talehə qeyri-rəsmi şəkildə nəzarətçi qalmağı, bunun əvəzində hər ay 200 manat pul veriləcəyini təklif etmiş, Taleh də bu təklif ilə razılaşıb yarımçıq qalan tikinti sahəsinə nəzarəti həyata keçirmişdir. 2018-ci ilin yay aylarında Taleh onunla əlaqə saxlayaraq səhhətində yaranan problemlərlə əlaqədar müalicə kursu qəbul etmək üçün Bakı şəhərinə getməli olduğunu, geri qayıdanadək tikinti sahəsinə nəzarət etməsini ona tapşırmaq istədiyini demiş, o da bununla razılaşaraq 2018-ci ilin yay aylarında təxminən 1 ay Talehi əvəz etmişdir. Talehi əvəz etdiyi günlərdə, əvvəlcə, 20 ədəd 1 m uzunluqda olan 10 mm diametrli, 20 ədəd 1 m uzunluqda olan 16 mm diametrli və 20 ədəd 1 m uzunluqda olan 20 metr diametrli armaturları, təxminən 20 gün sonra 30 ədəd 1 m uzunluqda olan 10 mm diametrli, 20 ədəd 1 m uzunluqda olan 16 mm diametrli və 20 ədəd 1 m uzunluqda olan 20 mm diametrli armaturları, bir neçə gün sonra isə 40 ədəd 1 m uzunluqda olan 10 mm diametrli, 20 ədəd 1 m uzunluqda olan 16 mm diametrli və 20 ədəd 1 m uzunluqda olan 20 metr diametrli armaturları saxlanıldıqları yerdən oğurlayaraq Bərdə şəhəri ərazisində fəaliyyət göstərən tikinti materialları bazarındakı metal qəbulu məntəqələrindən birində tanımadığı şəxsə müvafiq olaraq 60 manat, 80 manat və 120 manat pul qarşılığında satmışdır. Ancaq oğurluq etməsi barədə heç kimə məlumat verməmiş, hadisə nəticəsində əldə etdiyi ümumilikdə 260 manat pulu Bərdə şəhərində qalarkən şəxsi ehtiyaclarını almaq üçün xərcləmişdir. Taleh geri qayıtdıqda tikinti sahəsində saxlanılan armaturların oğurlanmasından şübhələnməmiş, bu barədə Talehə heç bir məlumat verməmişdir. Taleh tikinti sahəsinə nəzarət etmək üçün Bərdə şəhərinə gəldikdən sonra Ucar şəhərinə geri qayıdıb fəhlə, satıcı və bu kimi müxtəlif işlərdə işləmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən işsiz qalmış və ailəsini dolandırmaq üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə tanışı Şahid5 kirayə yaşadığı evin həyətində yer olmadığından arabir idarə edib ailəsini dolandırmaq üçün ona etibar etdiyi “Kamaz” markalı 20 CR-680 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək Bərdə şəhərinə gəlmək fikrinə düşmüşdür. Ertəsi gün yük avtomobili ilə Mədəniyyət Mərkəzinin tikinti sahəsinin qarşısına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olsa da, tikinti sahəsinin qapılarının bağlı olduğunu görərək fikrindən daşınıb geri qayıtmışdır. Təxminən 10 gün sonra artıq maddi imkansızlıqdan çıxılmaz vəziyyətə düşərək oğurluq etmək fikrini qətiləşdirmişdir. Bu səbəbdən yenidən yük avtomobili ilə tikinti sahəsinin qarşısına yollanmışdır. Axşam saatlarında avtomobili bir qədər aralıda saxlayaraq tikinti sahəsinin ətrafının hasara alındığı dəmir materialdan olan şiferin arasından keçməklə sahəyə daxil olmuşdur. Daha sonra 8 ədəd 12 m uzunluqda olan 10 mm diametrli və 32 ədəd 12 m uzunluqda olan 18 mm diametrli armaturu oğurlayaraq əyib avtomobilin yük yerinə yerləşdirmişdir. Sonra yük avtomobilini idarə edərək Ucar şəhərinə getmiş və oğurladığı armaturları ertəsi gün Göyçay şəhərində fəaliyyət göstərən metal qəbulu məntəqələrindən birində tanımadığı şəxsə 410 manat pul qarşılığında satmışdır. 23 dekabr 2020-ci il tarixdə növbəti dəfə “Kamaz” markalı yük avtomobili ilə Bərdə şəhərində Mədəniyyət Mərkəzinin tikinti sahəsinin qarşısına gəlmişdir. Yenə də tikinti sahəsində heç kimin olmadığına əmin olduqdan sonra gecə saatlarında 8 ədəd 12 m uzunluqda olan 8 mm diametrli və 42 ədəd 12 m uzunluqda olan 18 mm diametrli armaturları oğurlayaraq əyib avtomobilin yük yerinə yerləşdirmişdir. Ertəsi gün oğurladığı armaturları satmaq üçün Ucar şəhərinə aparmış və “işıq idarəsi”nin binası yaxınlığında fəaliyyət göstərən metal qəbulu məntəqəsində tanımadığı şəxsə satmışdır. Oğurladığı armaturlardan 8 mm diametrli olanların bir metrini 0,50 manat, 18 mm diametrli olanların bir metrini isə 0,90 manat pul qarşılığında satmaq barədə razılığa gəldiyi üçün ona ümumilikdə 910 manat pul verilməli olmuşdur. Ancaq almalı olduğu pulun 10 manatını istəmədiyini demişdir. Buna görə də armaturları alan şəxs ona 300 manat pul verib qalan 600 manat pulu 29 dekabr 2020-ci il tarixdə gəlib götürə biləcəyini söyləmişdir. Bundan sonra aldığı 300 manat pulu yük avtomobilinin təmirinə xərcləmiş, həmçinin evə ərzaq almışdır. 25 dekabr 2020-ci il tarixdə tanımadığı polis əməkdaşları yaşadığı evə gələrək onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsidir. "xxxx" MMC 29 avqust 2006-cı il tarixdə Bakı şəhəri, Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır və hüquqi ünvanı ünvan 1espublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. 31 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfat hesablı Tikilən X1 ilə “Top Qrup" MMC arasında bağlanmış AZ/BMM/BM-011 nömrəli müqaviləyə əsasən Bərdə şəhər Mədəniyyət Mərkəzinin tikintisinə başlanmış, lakin 2017-ci ildə işlərin davam etdirilməsi üçün dövlət büdcəsi tərəfindən müvafiq maliyyə vəsaiti ayrılmadığından işlər dayandırılmışdır. Buna baxmayaraq tikinti sahəsində Cəmiyyətə məxsus olan istifadə edilməmiş təxminən 24 ton “A3” markalı armatur və digər tikinti materialları qalmışdır. Tikinti işləri dayandırıldıqdan sonra Cəmiyyətin rəhbərliyi tərəfindən sözügedən armaturların ərazidən daşınması ilə bağlı heç bir göstəriş verilməmişdir. 24 dekabr 2020-ci il tarixdə Cəmiyyətə Mədəniyyət Mərkəzinin tikinti sahəsindən oğurluq edilməsi barədə məlumat daxil olmuş və həmin məlumat əsasında 25 dekabr 2020-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə müraciət edilmişdir. Sonradan məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər tərəfindən Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən, tikinti işləri yarımçıq dayandırılan Mədəniyyət Mərkəzinin tikinti sahəsindəki armaturların oğurlanması nəticəsində Cəmiyyətə təxminən 27600 manat maddi ziyan dəymişdir. “Top Qrup" MMC-nə dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxs X5 cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 07 yanvar 2014-cü il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də fəhlə olaraq işə qəbul edilmişdir. Vəzifəsi MMC tərəfindən Bərdə şəhəri, H.Əliyev prospektində tikilməkdə olan Mədəniyyət Mərkəzinin tikintisində fəhlə işlərini görməkdən ibarət olmuşdur. Özündən başqa xalasıoğlu Vüqar da qeyri-rəsmi tikintidə fəhlə işləmiş, işlədiyi dövrdə onunla birlikdə qalmışdır. Ancaq Vüqar ilə heç bir əmək müqaviləsi bağlanmamışdır. 2015-ci ilin sonlarında binanın tikinti işləri müvəqqəti dayandırılmış, bu səbəbdən Vüqar yaşadığı Ucar şəhərinə qayıdaraq orada müxtəlif işlərdə işləmişdir. Tikinti dayandırıldıqdan sonra tikinti aparılan sahədə xeyli istifadə edilməmiş mal-materiallar qalmışdır. Həmin vaxt tikintidə sahə rəisi işləyən Fərhad ona qeyri-rəsmi şəkildə nəzarətçi qalmağı, bunun əvəzində hər ay 200 manat pul veriləcəyini bildirmişdir. Təklif ilə razılaşıb həmin vaxtdan yarımçıq qalan tikinti sahəsinə vaxtaşırı olaraq nəzarəti həyata keçirməyə başlamışdır. 25 iyun 2015-ci il tarixdə MMC-nin əməkdaşları tərəfindən tikinti sahəsində qalan mal-materiallara baxış keçirilərək akt tərtib edilmiş və həmin mal-materiallar ona təhvil verilmişdir. Həmin malmaterialların içərisində digər tikinti materialları ilə yanaşı 22,9 ton armatur da olmuşdur. 15 oktyabr 2015-ci il tarixdə MMC-nin əməkdaşı Şahid4 tərəfindən onun iştirakı ilə tikinti sahəsində qalan armaturların təsnifatı aparılmış və tərtib edilmiş sənədə əsasən 24,37 ton armaturun qaldığı müəyyən edilmişdir. 2015-2018-ci illər ərzində tikinti sahəsinə nəzarət etdiyi üçün hər ay Fərhad ona poçt vasitəsilə 200 manat pul göndərmişdir. 2018-ci ilin əvvəllərində səhhətində problemlər yarandığından Fərhad ilə əlaqə saxlayıb tikinti sahəsində qala bilməyəcəyini demişdir. Fərhad isə bu barədə tikintidə təmir işlərinə cavabdeh olan Cümşüddən onun yerinə nəzarətçi qalmasını xahiş etməsini demiş və aralarındakı şifahi razılaşmaya əsasən həftədə 3-4 gün gedib evində qalmışdır. 2018-ci ilin yay və qış aylarında səhhətində yaranan problemlərlə əlaqədar müalicə qəbul etmək üçün tez-tez Bakı şəhərinə, oradan isə İran İslam Respublikasına getmiş, həmin vaxtlarda tikinti sahəsinə nəzarət etməyi xalasıoğlu Vüqara tapşırmışdır. 2018-ci ilin yay aylarında Vüqar təxminən 1 ay onu əvəz etmiş, tikinti sahəsinə nəzarət etmək üçün Bərdə şəhərinə gəldikdən sonra Ucar şəhərinə geri qayıtmışdır. Müalicədən qayıtdıqdan sonra tikinti sahəsində saxlanılan armaturların sayının azalmasından şübhələndiyinə görə Fərhada məlumat vermiş, Fərhad isə öz növbəsində bu barədə MMC-nin rəhbərliyini məlumatlandıracağını bildirmişdir. Fərhad sonuncu dəfə ona 2020-ci ilin noyabr ayında 200 manat pul göndərmişdir. 2020-ci ilin sonlarında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən Bərdə şəhərinə giriş-çıxış məhdudlaşdırıldığı üçün 06 dekabr 2020-ci il tarixdə yaşadığı Goranboy rayonu Dəliməmmədli qəsəbəsinə getmiş, getməzdən əvvəl tikinti sahəsinin yaxınlığında çayxana işlədən Xəqanidən mütəmadi olaraq tikinti sahəsinə nəzarət etməsini, sahənin girişində olan dəmir qapıların açıq olub-olmadığını yoxlamasını və şübhəli hal aşkar etdikdə məlumat verməsini xahiş etmişdir. 24 dekabr 2020-ci il tarixdə Xəqani ona zəng edərək tikinti sahəsinin qapılarının açıq olduğunu və armaturların sahədə olmadığını, sonuncu dəfə 22 dekabr 2020-ci il tarixdə sahəyə nəzər yetirərkən qapıların dəmir qıfılla bağlı olduğunu gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən metal qəbulu məntəqəsini işlədərək ailəsini dolandırır. 24 dekabr 2020-ci il tarixdə saat 1100 radələrində sonradan adının Vüqar olmasını bildiyi şəxs idarə etdiyi “Kamaz” markalı 20 CR-680 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə məntəqəyə gəlib armatur satmaq istədiyini bildirmişdir. Avtomobilin yük yerində olan armaturlara baxdıqdan sonra əgər razılığa gələ bilsələr, onları ala biləcəyini söyləmişdir. Bundan sonra Vüqar zavod işçisi olduğunu bildirib şəxsiyyət və sürücülük vəsiqələrini ona vermişdir. Həmin vaxt aralarında şifahi qaydada baş tutan razılığa əsasən ümumilikdə 144 metr uzunluqda olan 12 mm diametrli və 846 metr uzunluqda olan 18 mm diametrli armaturları almışdır. Həmin armaturları alması qarşılığında Vüqara ümumilikdə 910 manat pul verməli olmuşdur. Ancaq Vüqar verməli olduğu pulun 10 manatını istəmədiyini bildirmişdir. Vüqara 300 manat pul verib qalan 600 manat pulu 29 dekabr 2020-ci il tarixdə gəlib götürə biləcəyini demişdir. Daha sonra Vüqar yük avtomobilinə əyləşərək çıxıb getmişdir. 05 yanvar 2021-ci il tarixdə tanımadığı polis əməkdaşları işlətdiyi məntəqəyə gəlib Vüqardan armatur alıb-almadığını soruşmuş, özü isə polis əməkdaşlarına Vüqardan armatur aldığını söyləmişdir. Vüqardan aldığı armaturlardan 144 metr uzunluqda olan 12 mm diametrli və 513 metr uzunluqda olan 18 mm diametrli armaturlara polis əməkdaşları tərəfindən baxış keçirilmiş və armaturları könüllü surətdə təqdim etmişdir. Vüqardan aldığı armaturların oğurluq yolu ilə əldə olunması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 2013-cü ildə "xxxx" MMC-də mühəndis işləməyə başlamışdır. 31 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X1 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Bərdə şəhər Mədəniyyət Mərkəzinin tikintisinə başlanmış, 2015-ci ilin iyul ayında həmin mərkəzin tikintisi ilə əlaqədar Bərdə şəhərinə gəlmişdir. Ancaq 2015-ci ilin sonlarında tikinti işləri müvəqqəti dayandırılmışdır. Tikintinin davam etdiyi müddət ərzində işlərin icrası MMC-nin əməkdaşı X6 həvalə olunmuş, o işə başlayan zaman isə sonuncu tərəfindən mal-materialın siyahısı ona təqdim edilmişdir. Tikinti işləri davam etdiyi üçün 30 iyul 2015-ci il tarixdə 26,11 ton, 05 sentyabr 2015-ci il tarixdə isə 0,78 ton armatur tikinti sahəsinə göndərilmiş və onun tərəfindən təhvil alınmışdır. 15 oktyabr 2015-ci il tarixdə "xxxx" MMC-də fəhlə olaraq işləyən Şahid2 iştirakı ilə tikinti sahəsində qalan armaturların təsnifatını apararaq tərtib edilmiş sənədə əsasən 24,37 ton armaturun qaldığını müəyyən etmişdir. Qalan ümumi armaturun 5,78 tonu xırda ölçülərdə, 18,58 tonu normal ölçülərdə olmuş, yerdə qalan 0,2 ton xomutlar (hazır) isə həmin siyahıya daxil edilməmişdir. Armaturların təsnifatını Şahid2 iştirakı ilə aparmasının səbəbi 25 iyun 2015-ci il tarixli akta əsasən tikinti sahəsində qalan mal-materialın, o cümlədən armatur və digər tikinti materiallarının Şahid2 tərəfindən təhvil alınması olmuşdur. 26 noyabr 2015-ci il tarixdə isə Mədəniyyət Mərkəzinin tikintisinə sərf edilmiş armaturun təsnifatı barədə sənəd tərtib etmiş və həmin cədvəldə tikinti sahəsində 24,57 ton armatur qaldığını göstərmişdir. 15 oktyabr 2015-ci il tarixdə və 26 noyabr 2015-ci il tarixdə tərtib etdiyi sənədlərdə 0,2 ton çəkidə fərq yaranmasının səbəbi sonuncu sənəddə xomutların da qaldığını göstərməsi olmuşdur. Sonradan 26 noyabr 2015-ci il tarixli sənədi "xxxx" MMC-nin İstehsalat şöbəsinə təqdim etmiş, ancaq MMC tərəfindən ona malmaterialı təhvil verməli olduğu maddi məsul şəxs göstərilmədiyindən yalnız cədvəli təqdim etməklə kifayətlənmişdir. Göstərdiyi tarixlərdə armaturun tərəfindən təhvil alınması barədə qaimə-fakturalar və armaturların təsnifatı barədə sənəd mövcuddur. Təqsirləndirilən şəxs tanımamış, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında hər hansı əmək münasibətləri olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus müxtəlif uzunluqda olan müxtəlif diametrli armaturlar oğurlanmış və MMC-yə ümumilikdə 27600 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, "xxxx" MMC-də operator işləyir. İşi ilə əlaqədar Ucar rayonunda yerləşən Qaraçılar məhəlləsində kirayədə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. 2020-ci ilin iyul-avqust aylarında Vüqar ilə birlikdə işləmişdir. Özünə məxsus 2003-cü il buraxılışlı, “Kamaz 55111" markalı 20 CR-680 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili var. Həmin avtomobil vasitəsilə müxtəlif yüklərin daşınmasını həyata keçirir. 2020-ci ilin noyabr ayında kirayə yaşadığı evin həyətində yer olmadığından Vüqar ilə danışıb avtomobilini Vüqarın yaşadığı evin həyətində saxlamışdır. Vüqara arabir idarə edib yük daşıyaraq dolanışığını təmin etməsi üçün avtomobili etibar etmiş və sürməsinə icazə vermişdir. Bundan sonra Vüqar bir neçə dəfə onunla əlaqə saxlayıb Ucar rayonu ərazisində müxtəlif yüklərin daşınması üçün icazə istəmiş, özü isə buna heç bir etiraz etməmişdir. 2020-ci ilin dekabr ayının sonlarında tanımadığı polis əməkdaşları onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Vüqarın ona məxsus avtomobil ilə Bərdə şəhəri, H.Əliyev prospektində tikilməkdə olan Mədəniyyət Mərkəzinin tikinti sahəsindən armaturlar oğurlayaraq müxtəlif şəxslərə satdığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, uzun müddətdir Bərdə şəhəri, H.Əliyev prospektində “Sarayın kruqu” adlanan yerin yaxınlığında çayxana işlətməklə ailəsini dolandırır. Çayxananın yaxınlığında əvvəllər Mədəniyyət Sarayı olmuş, 2013-cü ildə saray sökülərək yerində Mədəniyyət Mərkəzinin tikilməsinə başlanılmışdır. 2015-ci ildə tikinti işləri tamamilə dayandırılmışdır. Bundan sonra tikintidə işləyən Taleh tikinti sahəsinə nəzarət etməyə başlamışdır. Taleh 2015-2018ci illərdə Bərdə şəhərində kirayə qalmaqla müntəzəm şəkildə tikinti sahəsinə nəzarət etsə də, sonradan səhhətində yaranan problemlərlə əlaqədar müalicəyə yollandığı dövrdə nəzarəti müvəqqəti olaraq xalası oğlu Vüqara tapşırmışdır. 2018-ci ilin yay aylarında Vüqar təxminən 1 ay Talehi əvəz etmiş, Taleh müalicədən sonra Ucar şəhərinə geri qayıtmışdır. Taleh müalicədən qayıtdıqdan sonra tikinti sahəsinə yaxşı nəzarət edilmədiyi üçün bir neçə dəfə ona oğurluq edilməsindən şübhələndiyini, bu barədə tikinti işlərini həyata keçirən MMC-nin rəhbərliyini məlumatlandırdığını bildirmişdir. 2020-ci ilin sonlarında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən Bərdə şəhərinə giriş-çıxış məhdudlaşdırıldığı üçün Taleh yaşadığı Goranboy rayonu Dəliməmmədli qəsəbəsinə getmək istədiyini bildirmiş və getməzdən əvvəl ondan mütəmadi olaraq tikinti sahəsinə nəzarət etməsini, sahənin girişində olan dəmir qapıların açıq olub-olmadığını yoxlamasını və şübhəli hal aşkar etdikdə məlumat verməsini xahiş etmişdir. 24 dekabr 2020-ci il tarixdə tikinti sahəsinə nəzarət etmək məqsədilə ərazidə gəzərkən armaturların bir qisminin yerində olmadığını aşkarlamışdır. Bu səbəbdən dərhal Talehə zəng edərək tikinti sahəsinin qapılarının açıq olduğunu və armaturların sahədə olmadığını, sonuncu dəfə 22 dekabr 2020-ci il tarixdə sahəyə nəzər yetirərkən qapıların dəmir qıfılla bağlı olmasını gördüyünü bildirmişdir. Taleh isə bu barədə "xxxx" MMC-yə məlumat verəcəyini bildirmişdir. Ertəsi gün isə polis əməkdaşı gəlib tikintisi dayandırılmış Mədəniyyət Mərkəzinin tikinti sahəsinə baxış keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/06 saylı 04 fevral 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, 2020-ci ilin noyabr-dekabr ayına olan orta bazar qiyməti ilə 1,692 ton 18 mm diametri olan 846 metr “A3” markalı armatur 1692 manat dəyərində, 0,126 ton 12 mm diametri olan 144 metr “A3” markalı armatur 126 manat dəyərində, 1,5 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olan 16 mm diametri olan 1500 kiloqram çəkidə “A3” markalı armatur 1500 manat dəyərində, 0,126 ton çəkidə 01 ədədinin uzunluğu 10 metr olmaqla 02 ədəd ümumi çəkisi 126 kq (0,126 ton) olan “F32A İİİ” markalı armatur (0,126t x 1000 m) 126 manat dəyərində, 0,580 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 10 ədəd ümumi çəkisi 580 kq olan “F28A İİİ” markalı armatur 580 manat dəyərində, 0,145 ton çəkidə 01 ədədinin uzunluğu 02 metr olmaqla 15 ədəd ümumi çəkisi 145 kq olan “F28Aİİİ” markalı armatur 145 manat dəyərində, 0,635 ton çəkidə 01 ədədinin uzunluğu 05 metr olmaqla 33 ədəd ümumi çəkisi 635 kq olan “F25A İİİ” markalı armatur 635 manat dəyərində, 01 ədədinin uzunluğu 03 metr olmaqla 44 ədəd ümumi çəkisi 508 kq olan “F25A İİİ” markalı armatur 508 manat dəyərində, 01 ədədinin uzunluğu 1,5 metr olmaqla 293 ədəd ümumi çəkisi 1694 kq olan “F25A İİİ” markalı armatur 1694 manat dəyərində, 01 ədədinin uzunluğu 1 metr olmaqla 80 ədəd ümumi çəkisi 308 kq olan “F25A İİİ” markalı armatur 308 manat dəyərində, 01 ədəd uzunluğu 3 metr olmaqla 115 ədəd ümumi çəkisi 1028 kq olan “F22A İİİ” markalı armatur 1028 manat dəyərində, 01 ədədinin uzunluğu 12 metr olmaqla 85 ədəd ümumi çəkisi 2519 kq olan “F20A İİİ” markalı armatur 2519 manat dəyərində, 01 ədədinin uzunluğu 10 metr olmaqla 30 ədəd ümumi çəkisi 741 kq olan “F20A İİİ” markalı armatur 741 manat dəyərində, 01 ədədinin uzunluğu 6 metr olmaqla 25 ədəd ümumi çəkisi 371 kq olan “F20Aİİİ” markalı armatur 371 manat dəyərində, 01 ədədinin uzunluğu 4 metr olmaqla 99 ədəd ümumi çəkisi 978 kq olan “F20A İİİ” markalı armatur 978 manat dəyərində, 01 ədədinin uzunluğu 1,5 metr olmaqla 218 ədəd ümumi çəkisi 808 kq olan “F20A İİİ” markalı armatur 808 manat dəyərində, 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 361 ədəd ümumi çəkisi 1070 kq olan “F20Aİİİ” markalı armatur 1070 manat dəyərində, 01 ədədinin uzunluğu 12 metr olmaqla 122 ədəd ümumi çəkisi 2928 kq olan “F18A Hİ” markalı armatur 2928 manat dəyərində, 01 ədədinin uzunluğu 12 metr olmaqla 187 ədəd ümumi çəkisi 3546 kq olan “F16A İİİ” markalı armatur 3546 manat dəyərində, 01 ədədinin uzunluğu 4 metr olmaqla 80 ədəd ümumi çəkisi 506 kq olan “F16A İİİ” markalı armatur 506 manat dəyərində, 01 ədədinin uzunluğu 2,5 metr olmaqla 134 ədəd ümumi çəkisi 529 kq olan “F16A İİİ” markalı armatur 529 manat dəyərində, 01 ədədinin uzunluğu 1,4 metr olmaqla 420 ədəd ümumi çəkisi 929 kq olan “F16A İİİ” markalı armatur 929 manat dəyərində, 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 271 ədəd ümumi çəkisi 514 kq olan “F16A İİİ” markalı armatur 514 manat dəyərində, 01 ədədinin uzunluğu 12 metr olmaqla 108 ədəd ümumi çəkisi 1568 kq olan “F14A İİİ” markalı armatur 1568 manat dəyərində, 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 200 ədəd ümumi çəkisi 290 kq olan “F14A İİİ” markalı armatur 290 manat dəyərində, 01 ədəd uzunluğu 12 metr olmaqla 184 ədəd ümumi çəkisi 1943 kq olan “F12A İİİ” markalı armatur 1943 manat dəyərində, 01 ədədinin uzunluğu 06 metr olmaqla 20 ədəd ümumi çəkisi 106 kq olan “F12A İİİ” markalı armatur 106 manat dəyərində, ümumilikdə 27688,00 manat dəyərində müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ildə fəhlə kimi işlədiyi Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Mədəniyyət Sarayının tikintisi dayandıqdan sonra, yəni 2018-2020-ci il tarixlərdə müxtəlif vaxtlarda vahid niyyətlə orada rəsmi qaydada mühafizəçi işləyən qohumu Şahid2 xəstəliyi ilə bağlı sonuncunun xahişi ilə müvəqqəti əvəz edərkən, ordan ümumi dəyəri 1692 manat olan 1,692 ton çəkidə 18 mm diametrli 846 metr “A3” markalı, ümumi dəyəri 126 manat olan 0,126 ton çəkidə 12 mm diametrli 144 metr “A3” markalı, ümumi dəyəri 1500 manat olan 1,5 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olan 16 mm diametrli “A3” markalı, ümumi dəyəri 126 manat olan 0,126 ton çəkidə 01 ədədinin uzunluğu 10 metr olmaqla 02 ədəd “F32A İİİ” markalı, ümumi dəyəri 580 manat olan 0,580 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 10 ədəd “F28A İİİ” markalı, ümumi dəyəri 145 manat olan 0,145 ton çəkidə 01 ədədinin uzunluğu 02 metr olmaqla 15 ədəd “F28A İİİ” markalı, ümumi dəyəri 635 manat olan 0,635 ton çəkidə 01 ədədinin uzunluğu 05 metr olmaqla 33 ədəd “F25A İİİ” markalı, ümumi dəyəri 508 manat olan 0,508 ton çəkidə 01 ədədinin uzunluğu 03 metr olmaqla 44 ədəd “F25A İİİ” markalı, ümumi dəyəri 1694 manat olan 1,694 ton çəkidə 01 ədədinin uzunluğu 1,5 metr olmaqla 293 ədəd “F25A İİİ” markalı, ümumi dəyəri 308 manat olan 0,308 ton çəkidə 01 ədədinin uzunluğu 01 metr olmaqla 80 ədəd “F285 İİİ” markalı, ümumi dəyəri 1028 manat olan 1,028 ton çəkidə 01 ədədinin uzunluğu 03 metr olmaqla 115 ədəd “F22 A İİİ” markalı, ümumi dəyəri 2519 manat olan 2,519 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 85 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 741 manat olan 0,741 ton çəkidə 01 ədədinin uzunluğu 10 metr olmaqla 30 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 371 manat olan 0,371 ton çəkidə 01 ədədinin uzunluğu 06 metr olmaqla 25 ədəd “F20A İİİ" markalı, ümumi dəyəri 978 manat olan 0,978 ton çəkidə 01 ədədinin uzunluğu 04 metr olmaqla 99 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 808 manat olan 0,808 ton çəkidə 01 ədədinin uzunluğu 1,5 metr olmaqla 218 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 1070 manat olan 1,070 ton çəkidə 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 361 ədəd “F20A İİİ” markalı, ümumi dəyəri 2928 manat olan 2,928 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 122 ədəd “F18A Hi” markalı, ümumi dəyəri 3546 manat olan 3.546 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 187 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 506 manat olan 0,506 ton çəkidə 01 ədədinin uzunluğu 04 metr olmaqla 80 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 529 manat olan 0,529 ton çəkidə 01 ədədinin uzunluğu 2,5 metr olmaqla 134 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 929 manat olan 0.929 ton çəkidə 01 ədədinin uzunluğu 1,4 metr olmaqla 420 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 514 manat olan 0,514 ton çəkidə 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 271 ədəd “F16A İİİ” markalı, ümumi dəyəri 1568 manat olan 1,568 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 108 ədəd “F14A İİİ” markalı, ümumi dəyəri 290 manat olan 0,290 ton çəkidə 01 ədədinin uzunluğu 1,2 metr olmaqla 200 ədəd “F14A İİİ” markalı, ümumi dəyəri 1943 manat olan 1,943 ton çəkidə 01 ədədinin uzunluğu 12 metr olmaqla 184 ədəd “F12A İİİ” markalı, ümumi dəyəri 106 manat olan 0,106 ton çəkidə 01 ədədinin uzunluğu 06 metr olmaqla 20 ədəd “F12A İİİ” markalı armaturları gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni ümumilikdə 27.688 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarında olan Ucar rayon İcra Hakimiyyəti Başçısının Pirkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 93 saylı 17 fevral 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ucar rayonu Küçəkənd kəndində yaşayır. Ailə üzvləri: arvadı 1996-cı il təvəllüdlü X7, oğlu 2017ci il təvəllüdlü X9, oğlu 2019-cu il təvəllüdlü X10 və oğlu 2021-ci il təvəllüdlü X3 ibarətdir. Təqsirləndirilən şəxs yaşadığı ərazidə əhali ilə ünsiyyət qurmağı bacarır, verilən tapşırıqları vaxtında yerinə yetirir, kəndin kütləvi tədbirlərində yaxından iştirak edir və əhalinin müəyyən qədər hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barəsində nümyəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 10.01.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin 01 iyun 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hökmün icrasının təmin edilməsi üçün onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 04 fevral 2021-ci il tarixli 9/06 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 144 metr uzunluğunda 12 mm diametrli, 513 metr uzunluqda 18 mm diametrli və 144 metr uzunluqda 16 mm diametrli armaturlar zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 144 metr uzunluğunda 12 mm diametrli, 513 metr uzunluqda 18 mm diametrli və 144 metr uzunluqda 16 mm diametrli armaturlar zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar