Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-63/2023 02.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkum olunmamış, orta təhsilli, Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 23 radələrində Bərdə rayon Kətəlparaq kəndi ərazisində bibisi Nailə Əsədovanın yaşadığı fərdi yaşayış evinin yaxınlığında özünə məxsus “Vaz 2106” markalı avtomobildə uca səslə musiqiyə qulaq asması səbəbindən Zərərçəkmiş şəxs onu söyüb təhqir etmiş, həmin vaxt aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı daş parçası ilə qəsdən Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinə bir dəfə zərbə vuraraq sonuncuya sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ göz ətrafı nahiyədə hər iki göz qapağının qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayon Kətəlparaq kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onun qohumudur. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, 17 yanvar 2023-cü il tarixdə, təxminən saat 23 radələrində özünə məxsus “Vaz 2106” markalı avtomobillə yaşadığı kənddə bibisi Nailə Əsədovanın yaşadığı evin yaxınlığında dayanıb avtomobildə musiqiyə qulaq asan vaxt Zərərçəkmiş şəxs sərxoş halda onun avtomobilinin yanına gəlib ona burada uca səslə mahnı oxutmamağını demişdir. O, Zərərçəkmiş şəxs sərxoş olduğunu gördüyü üçün sonuncuya ondan uzaq olmağını, gedib öz işi ilə məşğul olmağını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün o, əsəbləşib avtomobildən yerə düşüb yerdə olan daş parçasını götürüb sonuncunun sağ qaş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxıldığı gördükdə avtomobilinə əyləşib yaşadığı evə getmiş və Mülkədarla mübahisə etməyi barədə heç kəsə bir söz deməmişdir. Onlar arasında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt ətrafda hər hansı kənar şəxslər olmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu döyməmiş və ona heç bir xəsarət yetirməmişdir.Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayon Kətəlparaq kəndində yaşayır və Azərbaycan Respublikası Müdafiə Nazirliyin N saylı hərbi hissəsində kəşfiyyatçı vəzifəsində işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qohumudur. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, 17 yanvar 2023cü il tarixdə, təxminən saat 23 radələrində yaşadığı Bərdə rayon Kətəlparaq kəndində piyada yaşadığı evə gedən vaxt əmisinin evinin qarşısına çatdıqda Təqsirləndirilən şəxs onun əmisinin evinin qarşısında özünə məxsus “Vaz 2106” markalı avtomobildə maqnitofona yüksək səs verib musiqiyə qulaq asdığını görmüşdür. O, Təqsirləndirilən şəxs yaxınlaşıb nə üçün burada dayanıb maqnitofona yüksək səs verdiyini soruşmuş, sonra isə sonuncuya musiqinin səsini azaltmağını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildən yerə düşüb ona yaxşı edib musiqiyə qulaq asdığını, heç kimin ona qarışa bilməyəcəyini demiş, sonra isə yerdə olan daş parçasını götürüb onun sağ qaş nahiyəsinə bir dəfə zərbə vurmuş, o da həmin vaxt zərbənin təsirindən yerə yıxılmış, Təqsirləndirilən şəxs isə avtomobilinə əyləşib həmin yerdən uzaqlaşmışdır. O, daha sonra qaş nahiyəsindən qan axdığını gördüyü üçün təcili tibbi yardım mərkəzinə zəng etmiş, sonra isə Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə zəng edib məlumat vermişdir. Onlar arasında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt ətrafda hər hansı kənar şəxslər olmamış, aralarında olan mübahisə zamanı o, Təqsirləndirilən şəxs döyməmiş, sonuncuya heç bir xəsarət yetirməmişdir. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 10-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 18.01.223-cü il tarixli 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ göz ətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 50-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 48-ci vərəqəsində olan Bərdə RİHB-nın Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-63/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-63/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver