Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-63/2025 23.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı , Müdafiəçi X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinirək 5000 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinirək 66.5 və 70-ci maddələri tətbiq edilərək 03 il şərti sınaq müddəti ilə 07 il müddətinə azadlıqdan məhrum etmə və 5000 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinirək 71.5 və 67.1-ci maddələri tətbiq edilərək 08 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinirək 66.5 və 68.2-ci maddələri tətbiq edilərək 09 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinirək 66.5 və 68.2-ci maddələri tətbiq edilərək 10 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)-134/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli hökmündə bilavasitə 1500 manatın ödənilməsi qeyd edilməklə ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona yətin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən, həmçinin hökm üzrə çəkilməmiş qalan 3500 manat cərimə cəzası tamamilə birləşdirilməklə qəti olaraq 8 il azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzasından ödənilməmiş qalan 2000 manat cərimə cəzasından “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən azad edilmiş və məhkumluq götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyun ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda sonuncunun tanışı ünvan 3 ünvanında yerləşən Şahid1 məxsus fərdi yaşayış evində görüşüb Zərərçəkmiş şəxs qohumu X2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsində olan cinayət işi üzrə hüquqlarını müdafiə etməklə 10000 (on min) manat pul müqabilində Orxan Məmmədovu həbsdən azad etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulunu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından özünün istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulunu, bundan sonra 21 iyun 2022-ci il tarixdə 11:57 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Kapitalbank ASC-yə mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 600 (altı yüz) manat pulunu, daha sonra 22 avqust 2022-ci il tarixdə 15:40 dəqiqədə ünvan 4 ünvanında yerləşən «Bazarstore market»in içərisində quraşdırılmış «eManat» ödəniş terminalı aparatından Rabitə banka mənsub özünün istintaqa müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat pulunu, daha sonra 04 oktyabr 2022-ci il tarixdə 10:18 dəqiqədə ünvan 4 ünvanında yerləşən «Bazarstore market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Kapitalbank ASC-yə mənsub özünün istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu, daha sonra 28 oktyabr 2022-ci il tarixdə 18:06 dəqiqədə Yevlax şəhəri Heydər Əliyev prospekti 101 ünvanında yerləşən «Neptun» marketin içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Kapitalbank ASC-yə mənsub özünün istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu, daha sonra 14 dekabr 2022-ci il tarixdə saat 15:52 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Leobanka mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan özünün kart hesabına Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu, daha sonra 27 dekabr 2022-ci il tarixdə 15:41 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Kapitalbank ASC-yə mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 100 (yüz) manat pulunu, daha sonra 30 dekabr 2022-ci il tarixdə saat 15:44 dəqiqədə ünvan 6 ünvanında yerləşən «Neptun» supermarketin içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Leobanka mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan özünün kart hesabına Zərərçəkmiş şəxs 200 (iki yüz) manat pulunu və 23 yanvar 2023-cü il tarixdə saat 23:02 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Leobanka mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 386 (üç yüz səksən altı) manat pulunu köçürmə vasitəsilə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar hesab olunan 10086 (on min səksən altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Mahmud adlı qohumu var. Mahmud ona demişdir ki, Emingilə kömək etmək lazımdır. O, özünü onlara vəkil kimi təqdim etməmişdir. Zərərçəkmiş şəxslə tanış olanda iş apellyasiya məhkəməsində olmuşdur. O, işi ilə əlaqədar Bərdə şəhərinə gəlmişdir. Mahmud adlı tanışı onlara kömək lazım olduğunu bildirdiyindən Bərdə şəhərində olanda zərərçəkmiş şəxsin dəvəti ilə onların evində olmuşdur. Onlar qohumlarının azad edilməsi üçün ondan kömək istəmişlər. O, da onlara cəzanın azaldılması üçün onlara kömək edəcəyini bildirmişdir. Onlara 10.000 manat müqabilində kömək edəcəyini bildirmiş, pulu yaxşı vəkil tapmağa görə istədiyni bildirmişdir. Zərərçəkmiş pulların bir hissəsini ona terminalla vasitəsilə, bir hissəsini isə nağd olaraq ona vermişdir. Sonunu 6500 manat pulu Bərdə şəhərindən terminal vasitəsilə ona göndərmişlər. 9000 manat pulu əvvəl onun barəsində cinayət işi başlamamışdan əvvəl, qalan pulu isə sonra ödəmişdir. Hazırda onun zərərçəkmişə borcu yoxdur. Hazırda əməlində peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və barışdıqlarını bildirdi. Məhkəmədən həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Yeni Bakı küçəsində ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə yerdə işləmir, fərdi əməklə məşğul olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etmiş olduğu müraciəti ilə əlaqədar qeyd etmək istəyir ki, əmisi oğlu X5 2021-ci ildə Bakı şəhərində həbs olunmuşdur, o, bununla bağlı onun Bakı şəhərində yaşadığı ünvana gedərək işinə köməklik olunması üçün vəkil axtardığını demişdir, həmin vaxt Orxan Məmmədovun arvadı Sədaqət Sevda adlı güclü bir vəkil tanıdığını demişdir, sonradan Bakı şəhərində Apellyasiya Məhkəməsinin qarşısında Sədaqət həmin Sevda adlı vəkillə onu tanış etmişdir, Təqsirləndirilən şəxs ona söz vermişdir ki, Orxan Məmmədovun azadlığa buraxılmasına kömək edəcək, bundan təxminən 10 gün sonra, 2022-ci ilin may ayında Orxan Məmmədovun anası Şahid1 Təqsirləndirilən şəxs Bərdə şəhərində olan evinə qonaq çağırdı, həmin vaxt o da orada olmuşdur, Təqsirləndirilən şəxs Orxan Məmmədovun işinə köməklik edəcəyini vəd edərək bunun üçün 10 min manat pul lazım olduğunu demişdir, onun bu sözü ilə Orxanın anası Şahid1 və Orxanın digər ailə üzvləri razılaşaraq həmin pulu Təqsirləndirilən şəxs verəcəklərini demişdirlər. Qonaqlıqdan sonra, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıtmış, bundan bir neçə gün sonra o, öz adıma «Aksess» bankdan 10 min manat kredit götürmüşdür. Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs prokurora vermək üçün 6000 pul lazım olduğunu demişdir, o da həmin gün Təqsirləndirilən şəxs ona dediyi kart hesabına Bərdə rayonu Qaradağlı kəndində olan «Murad» marketdə olan terminal vasitəsilə 6000 manat pul göndərmişdir. Bundan sonra da vaxtaşırı olaraq Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq ondan müxtəlif məbləğlərdə pul istəmişdir, o da 2022-ci il ərzində müxtəlif vaxtlarda olmaqla 500 manat, 1500 manat, 600 manat, 200 manat, 100 manat, 386 manat və sair məbləğlərdə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 10 000 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs qohumu Orxan Məmmədovun işinə heç bir köməklik etməmişdir, belə ki, Orxan Məmmədovun məhkəməsi olmuş və 10 il müddətinə həbs olunması barədə məhkəmə hökmü oxunmuşdur, bundan sonra Appelyasiya şikayəti əsasında olan Appelyasiya məhkəməsi zamanı həmin 10 il həbs müddətini 9 il 6 ay həbslə əvəz olunmuşdur, o, Təqsirləndirilən şəxs Orxanın işinə heç bir köməklik etməməsini görmüşdür və onun göndərdiyi pulları dələduzluq yolu ilə ələ keçirmişdir. O, Sevdanın bu niyətini anlayaraq ona göndərdiyi pulları geri istəmişdir və çox çətinliklə 2023-cü il ərzində ondan 8350 manat pulu geri almışdır, lakin hələ də onun verəcəyi 1650 manat pulu və banka ödədiyi 3350 manat əlavə faiz borcu olmaqla ümumilikdə 5000 manat pulu ala bilməmişdir. O, hər dəfə zəng edib pulunu istədikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır.Hazırda ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslə barışdıqlarını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Nüşabə küçəsində ailəsi ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etmiş olduğu müraciəti ilə əlaqədar qeyd etmişdir ki, X5 onun oğludur. Zərərçəkmiş şəxs isə qohumudur. 2021-ci ildə oğlu Orxan Məmmədov Bakı şəhərində həbs olunmuşdur. O, bu işlə bağlı kömək etməsi üçün vəkil lazım olduğunu Eminə demişdir. Bu zaman Orxanın arvadı Sədaqət Sevda adlı güclü bir vəkil tanıdığını demişdir, sonradan Bakı şəhərində Apellyasiya Məhkəməsinin qarşısında Sədaqət həmin Sevda adlı vəkillə Emini və onu tanış etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs söz vermişdir ki, Orxan Məmmədovun azadlığa buraxılmasına kömək edəcək, bundan təxminən 10 gün sonra, 2022-ci ilin may ayında o, Təqsirləndirilən şəxs Bərdə şəhərində olan evinə qonaq çağırmışdır, həmin vaxt Emin də orada olmuşdur, Təqsirləndirilən şəxs Orxan Məmmədovun işinə köməklik edəcəyini vəd edərək bunun üçün 10 min manat pul lazım olduğunu demişdir, onun bu sözü ilə o, digər ailə üzvləri ilə razılaşaraq həmin pulu Təqsirləndirilən şəxs verəcəyini demişdir. Qonaqlıqdan sonra, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıtmışdır, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs öz adına «Aksess» bankdan 10 min manat kredit götürmüşdür. Zərərçəkmiş şəxs dediyinə görə Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs prokurora vermək üçün 6000 pul lazım olduğunu demişdir, Emin də həmin gün Təqsirləndirilən şəxs ona dediyi kart hesabına Bərdə rayonu Qaradağlı kəndində olan «Murad» marketdə olan terminal vasitəsilə 6000 manat pul göndərmişdir. Bundan sonra da vaxtaşırı olaraq Təqsirləndirilən şəxs Eminlə telefon əlaqəsi saxlayaraq müxtəlif məbləğlərdə pul istəmişdir, Emin də 2022-ci il ərzində müxtəlif vaxtlarda 500 manat, 1500 manat, 600 manat, 200 manat, 100 manat, 386 manat və sair məbləğlərdə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 10000 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs oğlu Orxan Məmmədovun işinə heç bir köməklik etməmişdir, belə ki, Orxan Məmmədovun məhkəməsi olmuş və onun 10 il müddətinə həbs olunması barədə məhkəmə hökmü oxunmuşdur, bundan sonra Appelyasiya şikayəti əsasında olan Appelyasiya məhkəməsi zamanı həmin 10 il həbs müddəti 9 il 6 ay həbslə əvəz olunmuşdur. O, Təqsirləndirilən şəxs Orxanın işinə heç bir köməklik etməməsini və Eminin ona göndərdiyi pulları dələduzluq yolu ilə ələ keçirməsini görmüşdür. O, Sevdanın bu niyətini anlayaraq göndərdiyi pulları geri istəmişdir. Çox çətinliklə Emin 2023-cü il ərzində Sevdadan 8350 manat pulu geri almışdır, 2024-cü ilin sonlarında isə Sevda Eminə 700 manat pul göndərmişdir. Lakin hələ də Sevdanın Eminə verəcəyi 950 manat pulu qalmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Şəki şəhəri, N.Nərimanov küçəsində ailəsi ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etmiş olduğu müraciəti ilə əlaqədar qeyd etmişdir ki, X5 onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs isə qohumudur. 2021-ci ildə Orxan Məmmədov Bakı şəhərində həbs olunmuşdur. Orxanın anası bu işlə bağlı kömək etməsi üçün vəkil lazım olduğunu ona demişdir. O isə Sevda adlı vəkil olduğunu eşitmişdir. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqdan sonra Bakı şəhərində Apellyasiya Məhkəməsinin qarşısında Sevda adlı vəkillə Emini və İradəni tanış etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs söz vermişdir ki, Orxan Məmmədovun azadlığa buraxılmasına kömək edəcək, bundan təxminən 10 gün sonra, 2022-ci ilin may ayında İradə Təqsirləndirilən şəxs Bərdə şəhərində olan evinə qonaq çağırmışdır, həmin vaxt Emin də orada olmuşdur, Təqsirləndirilən şəxs Orxan Məmmədovun işinə köməklik edəcəyini vəd edərək bunun üçün 10 min manat pul lazım olduğunu demişdir, onun bu sözü ilə İradə digər ailə üzvləri ilə razılaşaraq həmin pulu Təqsirləndirilən şəxs verəcəyini demişdir. Qonaqlıqdan sonra, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıtmışdır, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs öz adına «Aksess» bankdan 10 min manat kredit götürmmüşdür. Zərərçəkmiş şəxs dediyinə görə Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs prokurora vermək üçün 6000 pul lazım olduğunu demişdir, Emin də həmin gün Təqsirləndirilən şəxs dediyi kart hesabına Bərdə rayonu Qaradağlı kəndində olan «Murad» marketdə olan terminal vasitəsilə 6000 manat pul göndərmişdir. Bundan sonra da vaxtaşırı olaraq Təqsirləndirilən şəxs Eminlə telefon əlaqəsi saxlayaraq ondan müxtəlif məbləğlərdə pul istəmişdir, o da 2022-ci il ərzində müxtəlif vaxtlarda 500 manat, 1500 manat, 600 manat, 200 manat, 100 manat, 386 manat və sair məbləğlərdə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 10000 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs Orxan Məmmədovun işinə heç bir köməklik etməmişdir, belə ki, Orxan Məmmədovun məhkəməsi olmuş və onun 10 il müddətinə həbs olunması barədə məhkəmə hökmü oxunmuşdur, bundan sonra Appelyasiya şikayəti əsasında olan Appelyasiya məhkəməsi zamanı həmin 10 il həbs müddəti 9 il 6 ay həbslə əvəz olunmuşdur, lakin, Təqsirləndirilən şəxs Orxanın işinə heç bir köməklik etməmişdir və Eminin göndərdiyi pulları dələduzluq yolu ilə ələ keçirmişdir. Çox çətinliklə Emin 2023-cü il ərzində Sevdadan 8350 manat pulu geri almışdır, 2024-cü ilin sonlarında isə Sevda Eminə 700 manat pul göndərmişdir. Lakin hələ də Sevdanın Eminə verəcəyi 950 manat pulu qalmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 01 oktyabr 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 01 oktyabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 04-35-cı vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim edərək Zərərçəkmiş şəxs onun əmisioğlu X3 həbsdən azad edəcəyi adı ilə 10000 manat pul alaraq, Zərərçəkmiş şəxs məxsus 10000 manat pulu etibarından sui-istifadə edərək ələ keçirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 36-ci vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-51-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 27 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan barəsində şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərar qəbul edilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-təhvil verilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 57-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələb əməliyyatsorğu kartotekasından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinirək 5000 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinirək 66.5 və 70-ci maddələri tətbiq edilərək 03 il şərti sınaq müddəti ilə 07 il müddətinə azadlıqdan məhrum etmə və 5000 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinirək 71.5 və 67.1-ci maddələri tətbiq edilərək 08 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinirək 66.5 və 68.2-ci maddələri tətbiq edilərək 09 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinirək 66.5 və 68.2-ci maddələri tətbiq edilərək 10 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 113—117-ci vərəqələrində olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 7(012)-134/2022 saylı qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli hökmündə bilavasitə 1500 manatın ödənilməsi qeyd edilməklə ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona yətin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən, həmçinin hökm üzrə çəkilməmiş qalan 3500 manat cərimə cəzası tamamilə birləşdirilməklə qəti olaraq 8 il azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzasından ödənilməmiş qalan 2000 manat cərimə cəzasından “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən azad edilmiş və məhkumluq götürülmüşdür. Cinayət işinin 124-134-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10000 manat puldan 9050 manatını Zərərçəkmiş şəxs qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışsa da və dəymiş ziyanı tamamilə ödəsə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmədiyindən cinayət məsuliyyətindən azad edilə və iş üzrə icraata xitam verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkumluğunun götürülməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq islah olunmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərar qəbul edilmiş, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhər ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə tutularaq Bərdə RPŞ-nin MSYtəhvil verilmiş, 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bərdə Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək 27 dekabr 2024-cü il tarixindən 28 dekabr 2024-ci il tarixinədək həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 23 iyun 2025ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 dekabr 2024-cü il tarixindən 28 dekabr 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs qıznın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə ekpsertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-63/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-63/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver