Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-64/2021 19.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bərdə rayonu,Əliyanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “X18” MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bərdə rayonu Əliyanlı kəndində yaşayan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdən “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində “COVİD – 19 xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, ona 23 noyabr 2020-ci il tarixdən 08 dekabr 2020-ci il tarixədək evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verilməsinə baxmayaraq, 23 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək mütəmadi olaraq,sonuncu dəfə isə 27 noyabr 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Bərdə rayonu Əliyanlı kəndindəki evi qəsdən tərk edib, kənd ərazisində diger sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 27 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu Əliyanlı kəndindən keçən hissəsində təmizlik işləri görən zaman Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayından etibarən "xxxx" MMC-də süpürgəçi vəzifəsində çalışır. Vəzifəsi Ağdam-Bərdə asfalt yolunun Bərdə rayonu Əliyanlı kəndindən keçən hissəsində yolun kənarında olan tullantılarını təmizləmək, həmin yerləri səliqəyə salmaqdır. 2020-ci ilin mart ayından etibarən bütün dünya üzrə Corona adı ilə tanıdığı “COVİD-19” pandemiyası yayılmağa başlamış, mümkün vasitələrdən istifadə edərək özümü qorumağa çalışsa da, sonda həmin virusa yoluxmuşdur. Belə ki, 2020-ci ilin noyabr ayının ortalarından, özündə həmin xəstəliyə aid olan əlamətləri hiss etməyə başlamış, bədən tempraturunun yüksək olmuş, həmçinin, sinə nahiyəsində ağrılar və halsızlıq yaranmağa başlamış, ona görə də, test verərək xəstə olub-olmadığını dəqiqləşdirmək qərarına gəlmişdir. Bu məqsədlə 19 noyabr 2020-ci il tarixdə arvadı Aygün ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmiş və orada hər ikisi COVİD testindən keçmiş, test nümunəsi verdikdən sonra onlara qısa müddət ərzində testin cavabları barədə məlumat veriləcəyi deyilmiş, həmçinin, həmin vaxt onlara testin cavabları çıxana qədər ehtiyatlı olmaq, sağlam insanlarla ünsiyyətdən yayınmaqları barədə rəsmi xəbərdarlıq edilmişdir. 23 noyabr 2020-ci il tarixdə günorta saatlarında istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəyə əvvəlcə SMS gəlmiş, həmin SMS-də onun COVİD-19 testinin nəticələrinin pozivit olduğu, yəni, həmin xəstəliyin daşıyıcısı olduğu əks olunmuşdur. Bu SMS-dən bir qədər sonra həmçinin, ona tanımadığı bir nömrədən zəng gəlmiş, zəng edən şəxs ona bir daha COVİD-19 xəstəliyinin daşıyıcısı olmağını xatırladaraq, 14 günlük ev şəraitində müalicə prosedurundan keçməli olduğunu, həmin müddət ərzində evdən çölə çıxmamağını və sağlam insanlarla ünsiyyət yaratmamağını bildirib. Bundan sonra o, Bərdə rayon Mərkəzi Xəstəxanasına gedib burada özünə COVİD-19 xəstəliyindən müalicə yazdırmış və sağalana qədər evdən çıxmamağı barədə iltizama imza etmişdir. Yaşadığı evə qayıdıb müalicə almağa başlamışdır. Ancaq, bu müddət ərzində o, utandığından və iş yerini itirməkdən qorxduğundan xəstəliyi barədə heç kimə, eləcə də, iş yerinin rəhbərliyinə məlumat verməyib. Normal qaydada həyatını yaşamağa davam etdirib. Mümkün qədər az-az evdən çıxmağa çalışsa da, o, bu günlər ərzində hər gün adəti üzrə günün müxtəlif saatlarında evdən çıxıb öz işlərini görüb, yəni asfalt yolun kənarını təmizləməklə məşğul olmuşdur. Bundan başqa evə lazımi olan ərzaqları almaq üçün mütəmadi olaraq kənddəki müxtəlif marketlərə getmiş və bazarlıq etmişdir. 27 noyabr 2020-ci il tarixdə saat 13 radələrində işi görmək üçün yaşadığı evi tərk etmişdir. O, kəndin içərisi ilə piyada yeriyərək əvvəlcə kənddə yerləşən “Vüsal-Vüqar” marketə gəlmiş, burada satıcı Şahid3 ilə salamlaşaraq görüşmüşdür. Ondan 1 ədəd “PALLMALL” markalı siqaret alaraq, piyada yeriyərək Ağdam-Bərdə asfalt yolunun kənarına gəlmiş və yolun kənarlarını təmizləyə-təmizləyə Ağdam istiqamətində hərəkət etməyə davam etmişdir. Yolun kənarında yerləşən yem dükanından 1 ədəd kisə alaraq və yoldan yığdığı zibilləri həmin kisəyə doldurmuşdur. Həmin gün saat 16 radələrində yolun kənarını təmizləyən zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edərək onun COVİD-19 xəstəliyinin daşıyıcısı olduğu halda yaşadığı evi tərk edərək epidemiya əleyhinə qaydalarını pozduğunu və xəstəliklərin yayılması üçün real təhlükə yaratdığını bildirmişlər. O, xəstə olduğunu onlara səmimi etiraf eləmiş, bundan sonra həmin yerə müstəntiq gəlmişdir. Burada onun, hal şahidlərinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkiminin iştirakı ilə olduğu yerə baxış keçirilmişdir. Sonra həkimin müşayəti ilə onu yaşadığı evə yola salmışlar. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 oğlu ifadə verərək bildirmişdir ki, 1997-ci il tarixdən Bərdə X1 Stansiyasının həkimi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, arasında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin mart ayından etibarən bütün dünya üzrə Corona adı ilə tanıdığı “COVİD-19” pandemiyası yayılmağa başlamış, həmin virusla mübarizə çərçivəsində Nazirlər Kabinetinin qərarları əsasında onlar da korona virusla mübarizə aparmağa başlamış, korona virusuna yoluxmuş və evdə müalicə təyin edilmiş şəxslərin yaşadığı evi tərk etməməsi, tərk edəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə ictimaiyyətə məlumat verilmişdir. 27 noyabr 2020-ci il tarixdə işdə olmuş, həmin gün saat təxminən 16 radələrində ona bir nəfər koronavirus xəstəsinin yaşadığı evi tərk etməsi və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat verilmiş və onun da baxış keçirilməsində iştirak etməyi və şəxsi evinə yola salmağı üçün həmin yerə dəvət edilmişdir. Ona görə də, o, Ağdam-Bərdə yolunun Bərdə rayonu Əliyanlı kəndi ərazisindən keçən hissəsinə gəlmiş, burada olan zaman evi tərk edən şəxsin Bərdə rayonu Əliyanlı kənd sakini xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs aşkar edildiyi yerə müstəntiq tərəfindən onun, digər iştirakçıların və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs xəstə olduğu halda işi bağlı yaşadığı evi tərk etdiyi və digər sağlam insanlarla ünsiyyət yaratdığını etiraf etmiş, baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sosial məsafə qaydalarına riayət etməklə yaşadığı evə yola salmışdır. Məhkəmə istintaqı zamanı şahid X8 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Evdar qadındır. Əri Gündüz "xxxx" MMC-də süpürgəçi vəzifəsində çalışır. Gündüzün vəzifəsi Ağdam-Bərdə asfalt yolunun Bərdə rayonu Əliyanlı kəndindən keçən hissəsində yolun kənarında olan tullantılarını təmizləmək, həmin yerləri səliqəyə salmaqdır. 2020-ci ilin mart ayından etibarən bütün dünya üzrə Corona adı ilə tanıdığı “COVİD-19” pandemiyası yayılmağa başlamışdır. O və əri Gündüz mümkün vasitələrdən istifadə edərək özlərini qorumağa çalışsa da, sonda o da, əri Gündüz də həmin virusa yoluxmuş, belə ki, 2020-ci ilin noyabr ayının ortalarından onda da, Gündüzdə də həmin xəstəliyə aid olan əlamətləri hiss etməyə başlamış, ona görə də, o, test verərək xəstə olub-olmadığımı dəqiqləşdirmək qərarına gəlmişdir. Bu məqsədlə 19 noyabr 2020-ci il tarixdə əri Gündüz ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmiş və orada hər ikisi COVİD testindən keçmişdir. Test nümunəsi verdikdən sonra onlara qısa müddət ərzində testin cavabları barədə məlumat veriləcəyi deyilmiş, həmçinin, həmin vaxt bizə testin cavabları çıxana qədər ehtiyatlı olmaqları, sağlam insanlarla ünsiyyətdən yayınmaqları barədə rəsmi xəbərdarlıq edilmişdir, 23 noyabr 2020-ci il tarixdə günorta saatlarında Gündüzün istifadəsində olan 051 *** ** ** saylı mobil nömrəyə Gündüzün də, onun da xəstə olmağı ilə bağlı SMS gəlmiş, bu SMS-dən bir qədər sonra həmçinin, zəng gəlmiş, zəng edən şəxs ona da, əri Gündüzə də bir daha COVİD-19 xəstəliyinin daşıyıcısı olmağını xatırladaraq, 14 günlük ev şəraitində müalicə prosedurundan keçməli olduğunu, həmin müddət ərzində evdən çölə çıxmamağı və sağlam insanlarla ünsiyyət yaratmamağı bildirilmişdir. Bundan sonra o və əri Gündüzlə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gedib burada özlərinə COVİD-19 xəstəliyindən müalicə yazdırmış və sağalana qədər evdən çıxmamağımız barədə iltizama imza etmişlər. Yaşadıqları evə qayıdıb müalicəyə başlamışlar. Bu müddət ərzində o, heç vaxt evdən çölə çıxmamış və sağlam insanlara əlaqə yaratmamışdır. Ancaq, Gündüz işinə görə məcbur qalıb xəstəliyi barədə heç kimə, eləcə də, iş yerinin rəhbərliyinə məlumat verməmiş və normal qaydada yaşamağa davam etmiş, bu günlər ərzində Gündüz hər gün adəti üzrə günün müxtəlif saatlarında evdən çıxıb işə gedirmişdir. 27 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Gündüz yaşadıqları evdən çıxıb işə getmiş, bundan sonra Gündüzdən məlumatı olmamışdır. Həmin gün saat təxminən 17 radələrində Gündüzü Bərdə rayon Mərkəzi Xəstəxanasının əməkdaşları evə gətirmiş, o, bu zaman Gündüzün yolun kənarında təmizlik işləri görən zaman polis əməkdaşlarının tərəfindən saxlanıldığını başa düşmüş, bundan sonra Gündüz bir daha evdən çıxmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirmişdir ki, mən Bərdə rayonu Əliyanlı kəndində anadan olmuşdur. Təqsirləndirilən şəxs onun övladıdır. Gündüz "xxxx" MMC-də süpürgəçi vəzifəsində çalışır. Gündüzün vəzifəsi Ağdam-Bərdə asfalt yolunun Bərdə rayonu Əliyanlı kəndindən keçən hissəsində yolun kənarında olan tullantılarını təmizləmək, həmin yerləri səliqəyə salmaqdır. 2020-ci ilin noyabr ayının ortalarında dəqiq yadında qalmayan bir gündə həm oğlu Gündüz, həm də gəlini Aygün bütün dünyada yayılan “COVİD-19” – korona xəstəliyinin əlamətləri aşkar edilməyə başlanmış, ona görə də, 19 noyabr 2020-ci il tarixdə oğlu Gündüz də, gəlini Aygün də Bərdə rayon Mərkəzi Xəstəxanasına gedib korona testi vermiş, 23 noyabr 2020-ci il tarixdə testin cavabları pozitiv çıxmış və onların hər ikisinə də evdə müalicə təyin edilmiş, bundan sonra gəlini Aygün onsuzda işləmədiyi üçün evdən çölə çıxmamış, ancaq, maddi vəziyyətləri ilə əlaqədar olaraq Gündüz işləməyə davam etməli olmuşdur. Bu günlər ərzində Gündüz xəstə olsa da, yaşadığı evi tərk edib işləməyə getmişdir. 27 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Gündüzü Bərdə rayon Mərkəzi Xəstəxanasının həkiminin müşayəti ilə evə gətirilmişdir. Bu zaman Gündüzün həmin gün Bərdə-Ağdam yolunun kənarında təmizlik işləri görən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Həmin vaxtdan sonra Gündüz bir daha evi tərk etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək bildirmişdir ki, 2018-ci il tarixdən “Vüsal-Vüqar” marketdə satıcı vəzifəsində çalışır. Onun işlədiyi market Bərdə rayonu Əliyanlı kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında yerləşir. O, həmin marketdə uzun müddətdir çalışdığından əksər kənd sakinlərini tanıyır. Təqsirləndirilən şəxs və ailə üzvlərini də həmin marketdə çalışmağa başladığı vaxtdan kənd sakini kimi tanımışdır. Gündüzlə münasibətləri normal olmuşdur. Aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində dəqiq yadında qalmayan bir gündə kənd ərazisində Gündüzlə qarşılaşmış, həmin vaxt Gündüz ona xəstələndiyini, yüksək tempraturu olduğunu, özünün “COVİD-19” – korona olmasından şübhələndiyini demişdir. O da həmin vaxt Gündüzə korona testi verməsini məsləhət görmüş. Gündüz qısa müddət ərzində test verəcəyini demiş, sonradan xatırlamadığı kənd sakinin Gündüzün korona testinin nəticələrinin müsbət olduğunu eşitmişdir. Ancaq, Gündüz yenə də, gündəlik öz normal həyatına davam etdiyini bildirdi. Gündüz Ağdam-Bərdə yolunun kənarını təmizləməklə məşğul olurdu. Ona görə də, demək olar, hər gün ona məxsus mağazaya gələrək ondan lazımi ərzaq məhsullarını alıb gedirdi. 27 noyabr 2020-ci il tarixdə saat təxminən 14 radələrində Gündüz onun işlədiyi marketə gəlmiş, Gündüz onunla salamlaşaraq, özünə siqaret almışdır. Bu zaman söhbət əsnasında o, Gündüzə xəstə ola-ola evdən çıxmaq lazım olduğunu desə də Gündüz artıq sağaldığını ona bildirmişdir. Sonradan Gündüzün həmin gün saat təxminən 16 radələrində Ağdam-Bərdə yolunun kənarını təmizləyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və həkimlərin müşayəti ilə evinə yola salındığı eşitmişdir. Bu barədə müstəntiqə izahat vermiş, polis əməkdaşları Gündüzü saxladıqdan sonra Gündüzün evdən bayıra çıxmasını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirmişdir ki, 2013-cü ildən X7, 2019cu il tarixdən Bərdə rayon X9 Təhlükəsizlik Böləməsinin rəisi vəzifəsində çalışıram. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, arasında düşmənçilik və ya ədavət olmamışdır. 27 noyabr 2020-ci il tarixdə işdə olmuş, həmin gün saat təxminən 16 radələrində COVİD-19 xəstəsi olan Bərdə rayon Əliyanlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Ağdam-Bərdə asflat yolunun Bərdə rayon Əliyanlı kəndi ərazisi keçən hissəsindən yolun kənarında təmizlik işləri görməsi barədə məlumat daxil olmuş dərhal tərəfindən keçirilmiş tədbirlə Təqsirləndirilən şəxsla sosial məsafə qaydaları gözlənilərək həmin yerdə saxlanılmışdır. Bərdə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etdikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs aşkar edildiyi yerə onun, digər iştirakçıların və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs xəstə olduğu halda işi ilə bağlı yaşadığı yeri tərk etdiyi və digər sağlam insanlarla ünsiyyət yaratdığını etiraf etmiş, baxış keçirilməsi haqqına protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə X1 Stansiyasının həkimi Şahid5 müşayəti ilə yaşadığı evə yola salınmışdır. İş materiallarında olan 27 noyabr 2020-ci il tarixli baxış protokoluna və fotocədvələ əsasən müəyyən edilmişdir ki, “Covid 19“ virus infeksiyasına yoluxaraq ev şəraitində izolyasiya olunub müalicəsini davam etdirməli olan Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdən “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində “COVİD – 19 xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına , ona 23 noyabr 2020-ci il tarixdən 08 dekabr 2020-ci il tarixədək evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verilməsinə baxmayaraq, 23 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək mütəmadi olaraq, sonuncu dəfə isə 27 noyabr 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Bərdə rayonu Əliyanlı kəndindəki evi qəsdən tərk edib, kənd ərazisində diger sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 27 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu Əliyanlı kəndindən keçən hissəsində təmizlik işləri görən zaman Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanasının 02 dekabr 2020-ci il tarixli 1/159 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 1ində yaşayan xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə Covid-19 virusina görə Bərdə Rayon Mərkəzi Xəstəxanasının TTYS-sı tərəfindən nümunə götürülərək, Bakı şəhər Memorial Xəstəxanasına göndərilmiş, 23 noyabr 2020-ci il tarixdə cavab pozitiv təyin olunmuşdur. Təqsirləndirilən şəxs evdə müşahidə edilməyə dair iltizam alınmış və evdə müşahidənin vaxtı vətəndaşda heç bir narahatçılıq olmadığı halda 08 dekabr 2020-ci il tarixdə bitir. Məlumat üçün bildiririk ki, müayinə yaxmasında pozitiv olan vətəndaş 14 gün müşahidə altında qalmalı və TƏBİB tərəfindən qəbul olunmuş iltizama əsasən müşahidə bitdikdən sonra növbəti müayinəyə cəlb olunmalıdır. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs ünsiyyətdə olduğu şəxslərdən Şahid3 müəyyən edilərək istintaqa təqdim edilmiş, lakin digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin küçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs konkret olaraq hər hansı şəxsə COVİD-19 xəstəliyini yoluxdurması müəyyən edilməmişdir. Ancaq, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək mütamadi olaraq yaşadığı evi tərk etməklə kənd ərazisində şəxslərlə ünsiyyət yaratması dəqiqləşmişdir. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmaması ilə bağıə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bərdə rayon, Kələntərli kənd İcra nümayəndəliyinin 19 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon, Əliyanlı kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bərdə şəhər Poliklinikasının 14 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdən “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində “COVİD – 19 xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, ona 23 noyabr 2020-ci il tarixdən 08 dekabr 2020-ci il tarixədək evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verilməsinə baxmayaraq, 23 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək mütəmadi olaraq, sonuncu dəfə isə 27 noyabr 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Bərdə rayonu Əliyanlı kəndindəki evi qəsdən tərk edib, kənd ərazisində diger sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını, eləcə də törədilən cinayətin sanksiyasında ola cərimə cəzasına münasibətdə şəxsin maddi vəziyyətini nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-64/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-64/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver