Məhkəmə qərarları › İş №1(021)-64/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-64/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-64/2022 05.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbay-can Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ağdam rayonu Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Ra-yon Məhkəməsinin 30 avqust 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il 07 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən stadionun inzibati binasında məcburi köçkün qismində məskunlaşaraq yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xid-mətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respub-likasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,193 qram olan narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamış, 24 dekabr 2021-ci il tarixdə saat 13:25 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən stadionun inzibati binasının yaxınlığında şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heorin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Seyidli kənd məcburi köçkünü qismində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən stadionun həyətində müvəqqəti məskunlaşaraq ailəsi ilə birlikdə yaşayır. O, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, təxminən 1 ildir ki, narkotik vasitə istifadəçisidir və təxminən 2021-ci ilin dekabr ayının 22-də Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində olarkən yolun kənarında iki ədəd kağız bükülü olduğunu görmüş, o, həmin bükülüləri götürmüş və açıb içərisinə baxdıqda narkotik vasitə olduğunu anlamışdır. O, narkotik vasitələrin aludəçisidir. O, həmin narkotik vasitələri əynində olan qara rəngli cins şalvarın cibinə qoyaraq, narkotik vasitələri cins şalvarın cibində saxlamağa başlamış ki, gələcəkdə imkan olanda istifadə etsin. 24 dekabr 2021-ci il tarixdə səhər saatlarında qardaşı oğlu Elmir Süleymanov onun yaşadığı evin həyətyanı sahəsinə 10 baş xırda buynuzlu heyvan gətirmişdir və həmin heyvanları Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən mal-qara bazarından aldığını bildirmişdir. Elmir Süleymanov sonradan çıxıb getmişdir. 24 dekabr 2021-ci il tarixdə saat 13 radələrində o, yaşadığı Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən stadionun qarşısında olarkən iki nəfər şəxs ona yaxınlaşmışlar və özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, bu zaman üzərində narkotik vasitə olduğu üçün o, polis əməkdaşlarından qaçmağa başlamış, lakin həmin şəxslər onu saxlamışlar və hansı səbəbdən qaçdığını soruşmuşlar, bu zaman o, polis əməkdaşlarına üstündə narkotik vasitə olduğunu və buna görədə qorxduğu üçün qaçdığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 2 ədəd üzərində gəzdirdiyi gümüşü və qara rəngli kağız bükülüləri çıxardıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə hesab edilən “heroin” və "metamfetamin” olduğunu bildirmiş və üzərində başqa heçbir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzərindən götürülmüş gümüşü rəngli kağız bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,27 qram olması müəyyən edilmiş, sonra isə təqdim etdiyi 1 ədəd qara rəngli kağız bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,07 qram olması müəyyən olunmuşdur. Həmin gümüşü və qara rəngli kağız bükülülər elektron tərəzidə çəkildikdən sonra ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. O, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Məhkmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, 2004-cu il tarixdən DİOda xidmət edir, hazırki vəzifəsində isə 2017-ci ildən xidmət edir. 24 dekabr 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Kənan Firudinli tərəfindən X2 qoyunların əvəzində saxta pulları verən şəxs və ya şəxsləri müəyyən etmək üçün əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş əməliyyat tapşırığına uyğun olaraq tərəflərindən vətəndaşların sorğusu, soraqlaşma, nəqliyyat vasitələrinə baxış keçirilməsi, şəxsiyyətin eyniləşdirilməsi, əşya və sənədlərin tədqiqi və digər əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs cinayət hadisəsində əlaqəsinin olması şübhəsi yaranmışdır. 24 dekabr 2021-ci il tarixdə saat 13 ra-dələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Ü.Hacıbəyon küçəsində yerləşən evinə yollandıqda Sadiqin küçədə olmasını görmüşdür. Sadiq onları gördükdə dərhal qaçmağa başlamışdır. Lakin Şahid1 və o, dərhal Sadiqin saxlanıl-masını təmin etmişlər. Saxlanıldıqda Sadiqdən hansı səbəbdən qaçmasını soruşduqda, Sadiq üzərində narkotik vasitələrin olmasını demişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra vəkil dəvət edilmişdir. Bundan sonra onun, CAB-ın əməliyyat müvəkkili Şahid1, Müdafiəçi və kriminalist Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 ədəd qara rəngli bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir, bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri tapmasını, üzərində şəxsi istifadəsi üçün saxlmasını göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 dekabr 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin İstintaq böl-məsinin müstəntiqi Kənan Firudinli tərəfindən X2 qoyunların əvəzində saxta pulları verən şəxs və ya şəxsləri müəyyən etmək üçün əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş əməliyyat tapşırığına uyğun olaraq tərəflərindən vətəndaşların sorğusu, soraqlaşma, nəqliyyat vasitələrinə baxış keçirilməsi, şəxsiyyətin eyniləşdirilməsi, əşya və sənədlərin tədqiqi və digər əməliyyat-axtarış tədbirləri həyata keçir-ilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs cinayət hadisəsində əlaqəsinin olması şübhəsi yaranmışdır. 24 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Ü.Hacıbəyon küçə-sində yerləşən evinə yollandıqda Sadiqin küçədə olmasını görmüşdür. Sadiq onları gördükdə dərhal qaçmağa başlamışdır. Lakin Şahid2 və o, dərhal Sadiqin saxlanılmasını təmin etmişdir. Saxlanıldıqda Sadiqdən hansı səbəbdən qaçmasını soruşduqda, Sadiq üzərində narkotik vasitələrin olmasını demişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra vəkil dəvət edilmişdir. Bundan sonra onun, CAB-ın əməliyyat müvəkkili Şahid2, Müdafiəçi və kriminalist Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 ədəd qara rəngli bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir, bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri tapmasını, üzərində şəxsi istifadəsi üçün saxlmasını göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən DİO-da və hazırki vəzifəsində xidmət edir. 24 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Həmin zamanı müdafiəçi və onu dəvət etmişlər. Bərdə Rayon Polis Şöbəsinin növbətçi hissəsində onun, CAB-ın baş əməliyyat müvəkkili Şahid2, Müdafiəçi və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 ədəd qara rəngli bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri tap-masını, üzərində şəxsi istifadəsi üçün saxlamasını göstərmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dəvət edilərək ifadəsi alınmış X3 ifadəsində göstərmişdir ki, 24 dekabr 2021-ci il tarixdə yoldaşı onu çölə çağırdı. Axşamnan siqareti yox idi. Dedi bax siqaret tapmışam bir paçka içində də 8 dənə siqaret. Ağ rəngdə Vest qutusu idi. Sonra o, girdi içəri təmizlik aparsın. İki nəfər bu zaman onun yoldaşını çağırdı. Yoldaşı onlara terəf getdi, o, isə evə getdi. Təzdən çölə çıxanda gördü ki, komalaşıblar. O, həmin iki nəfərin polis olduğunu bilmədi. Çölə çıxan zaman ona əhəmiyyət vermədilər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin məhkəmə-kimyəvi eksper-tizasının 25 dekabr 2021-ci il tarixli 16/1361 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ....” yazı və imzalar olan 1 (bir) ədəd kağız “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,193 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli 161 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heorindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə olan ilk baxışdan narkotik vasitə olan heroinə bənzər və 01 ədəd qara rəngli bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetamini bənzər kütləni təqdim etmiş, həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 13 dəqiqə 19 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 24 dekabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə olan heroin və 01 ədəd qara rəngli bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetamini təqdim etməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 05 fevral 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 14 fevral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə hesab olunan metamfetamini və heorini satış məqsədi olmadan əldə edərək üzərində saxlaması müəyyən edilmiş, lakin metamfetamini və heorini hansı mənbədən əldə etməsi və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs cinayət əməlini tək törətmiş, onunla cinayət əlaqəsinə girmiş şəxsləri və Təqsirləndirilən şəxs metamfetamini və heorini hər kiməsə satmasını müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşırığı ilə təqdim edilmiş DVD diskdə olan məlumatlara əsasən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin DVD diskdə olan məlumatların hər hansı bir əhəmiyyət kəsb edən şəxsə və şəxslərin əlaqəsinin olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs əlaqə saxladığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il 07 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin 07 fevral 2022-ci il tarixli 230437/01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 01 il 06 ay 23 gün təşkil edir və cəzası 30 avqust 2023-cü il tarixdə başa çatır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli kağız bükümdəki 0,193 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağdam rayon İcra hakimiyyəti Başçısının Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Seyidli kəndində doğulmuş, Azərbaycanlı, evli, orta təhsilli, hərbi mükəlləfiyyətlidir. Hazırda Bərdə rayonu 588 saylı qəsəbə bina 6, mənzil 39-da yaşadığı müddət ərzində o, özünü bacarıqlı, nizam-intizamlı bir gənc ailə başçısı kimi göstərmiş, qəsəbəninağsaqqallarının və fəallarınım dərin hörmətini qazanmışdır. Eyidli kənd inzibati dairəsi üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmət və ehtiramla yanaşmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağdam rayon İcra hakimiyyəti Başçısının Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 1982-ci il tarixdə döğulub, halhazırda Ağdam rayonu Seyidli kəndində daimi qeydiyyatdadır. Cinayət işi materiallarından görünür ki, 26 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olun-muşdur və barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə müvafiq vəsatət və təqdimatla Bərdə Rayon Məhkəməsinə müraciət edilsə də, Məhkəmə vəsatəti təmin etməmişdir. 26 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 30 dekabr 2021-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 26 dekabr 2021-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində Gəncə Apelyasiya Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,193 qram olan narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamış, 24 dekabr 2021-ci il tarixdə saat 13:25 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən stadionun inzibati binasının yaxınlığında şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heorin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetər-lilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 2 mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 30 avqust 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il 07 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən və təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. İkinci mühüm fakt ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin resdivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin resdivi məsələsinə münasibətdə Konstitusiya Məhkəməsinin Plenum qərarının mövqeyini qeyd etməyi zəruri bilir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli Qərarına əsasən “...Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır....” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına daxildir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkillər. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17 fevral 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinə müvafiq olaraq xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum növündə cəza çəkmişsə) və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilən azadlkıqdan məhrum etmə cəzasını o, cəzaçəkmə müəssisəsində çəkməmiş, belə ki, ona təyin edilmiş cəza sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin olunmuş şərti sınaq müddəti ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 07 ay 25 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmalı və ibtidai istintaq zamanı həbsdə qaldığı 24 dekabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixədək tutulduğu müddət hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Şübhəli şəxsin tutulması haqqında” 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün tutulmuşdur. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 26 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 26 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və apellyasiya protesti təmin edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddələrinə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli kağız bükümdəki 0,193 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan bir ədəd gümüşü rəngli kağız bükümdəki 0,193 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 24 dekabr 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bərdə Rayon Məhkəməsinin 30 avqust 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 256.3-cü maddələri ilə 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il 07 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü ilə tətbiq edilmiş sınaq müddəti ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan bir ədəd gümüşü rəngli kağız bükümdəki 0,193 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar