Məhkəmə qərarları › İş №1(021)-64/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-64/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-64/2023 28.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri M.Ə.Sabir küçəsi ev 35-də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanında yaşamış və hazırda Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi KP-1486 N-li, 1966-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəşə yararlı, Makarov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd tapançanı, həmçinin həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 9X18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı yaşadığı ünvan 3-də yerləşən evin giriş qapısının sağ tərəfində inşa edilmiş tikilinin dam hissəsində quraşdırılmış işıq panelinin üzərində qanunsuz olaraq saxlamış, 19 noyabr 2022-ci il tarixdə saat 08:20 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən yaşadığı evin giriş qapısının sağ tərəfində inşa edilmiş tikilinin dam hissəsində işıq panelinin üstündən KP-1486 N-li, 1966cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəşə yararlı, Makarov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd tapançanı, həmçinin həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 9X18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 2006-cı ildə X3 ilə ailə həyatı qurmuş, onların birgə nigahlarından 3 övladları vardır. 2007-ci il təvəllüdlü X6, 2009-cu il təvəllüdlü X7, 2016-cı il təvəllüdlü X5r. O, yaşadığı evin həyətin solunda yerləşən mağazada fərdi sahibkarlıqla məşğul olur. Belə ki, uşaq geyimlərinin alıq-satqısı ilə məşğul olur. 19 noyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində o, evdə olarkən evin qapısı döyülmüşdür. O, gedib qapını açanda görmüşdür ki, bir neçə nəfər şəxs gələrək özlərini ona mənə təqdim edərək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşları olduqlarını bildirmişdilər. Bundan sonra ona odlu silah və döyüş sursatının qaçaqmalçılığı və qanunsuz dövrüyyəsi ilə məşğul olmağı barədə onlara məlumat daxil olduğunu və həmin məlumat əsasında yaşadığı evə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarla tanış etmişlər. O, da qərarla tanış olub yaşadığı evə və evin həyətyanı sahəsində axtarış aparılmasına heç bir narazılığının olmadığını bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onun yaşadığı evə və evin həyətyanı sahəsində axtarış aparmağa başlamışdılar. Axtarış aparmazdan əvvəl ona yaşadığı evdə və evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı bir odlu silah, döyüş sursatı və onun kompanent hissələrinin olub-olmamasını soruşmuşlar. O, da yaşdığı evin həyətyanı sahəsində evin giriş qapısından sağ tərəfdə inşa edilmiş tikilinin dam hissəsində quraşdırılmış işıq panelinin üstündə gizlətdiyi 1 ədəd tapançanı və həmin tapançaya məxsus sandıqcanı təqdim etmişdir. Həmin tapançaya baxış keçirilərkən gövdə hissəsində “KP 1486 1966” lülə hissəsində isə KP1486 hərf və rəqəmlər həkk olunmuşdur. Tapança və tapançaya məxsus olan sandıca görürülərək qablaşdırılmış üzərinə imza etmişdir. Bundan sonra o, yaşadığı evin zirzəmisində saat istiqamətində yerləşən 2-ci otaqda olan şkafın üzərində qoyduğu 1 ədəd “SİQNAL İŞ-37” hərf və rəqəmlər həkk olunmuş tapançaya oxşar predmeti və üzərində hər hansı bir hərf və rəqəmlər yazılmayann tapançaya oxşar predmeti təqdim etmişdir. Həmin 2 ədəd tapançaya oxşar predmetlər qablaşdırılmış üzərinə imza etmişdir. O, 1 ədəd “KP1486 1966” lülə hissəsində isə KP1486 hərf və rəqəmlər həkk tapança və tapançaya məxsus olan sandıqcanı 2022-ci ilin aprel ayının 15də Şüşa şəhərinə gedərkən orada olan tanımadığı bir evin zirzəmisindən tapdığını, 1 ədəd ““SİQNAL İŞ-37” hərf və rəqəmlər həkk olunmuş tapançaya oxşar predmet 1990-cı ilin əvəllərindən ondadır, həmin tapançaya oxşar predmeti uşaq vaxtı Tərtər çayının sahilində oynayarkən çayın sahilindən tapdığını, üzərində hərf və rəqəmlər olmayan 1 ədəd tapnçaya oxşar predmeti isə 1978-ci ildə vəfat etmiş babası Əkbər Hacıyevdən qaldığını həmin silahı 1995-ci ildə babası evindən götürüb gətirdiyini bildirmişdir. Həmin vaxtdan da özündə saxlamışdır. Qeyd edilən silahların onda olmasını və yaşadığı ünvanda saxladığımı ailə üzlərindən heç kimin məlumatı olmamışdır. Həmin silahların onda olmasını yaşadığı ünvanda saxlamağını barədə başqa heç kimin məlumatı olmamışdır.o, odlu silah, döyüş sursatının qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. muram. O, həmin silahlardan heç vaxt istafadə etməmiş, uşaq vaxtdan onun silaha marağı olduğuna görə suvinir kimi saxlamışdır. Məhkəmədən himayəsində azyaşlı övladlarının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini oxumadan imzalamışdır. O, Təqsirləndirilən şəxs tanımır, onun evində olmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidmətinin inzibati binasında ona sənədə imza etdirmilər. o, nəyə imza etdiyini bilməmişdir, lakin ona demişdirlər ki, Təqsirləndirilən şəxs evindən silah çıxmışdır. Həmin silahları otaqda görmüşdür. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidmətinin inzibati binasında olan zaman silahları görmüşdür. Onlar evin qabağında olublar amma içəri girməyiblər. Halbuki ibtidai istintaq zamanı şahid X4 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olsa da, Bərdə rayonu, Cəyirli kəndində yaşayır. Bərdə rayonu “Dost iş” Mərkəzində fəhlə işləyir. 19 noyabr 2022-ci il tarixdə saat 08 radələrində evdən çıxıb qohumu və onunla eyni yerdə işləyən Şahid3 ilə birlikdə Bərdə şəhər ərazisi ilə piyada iş yedərkən həmin vaxt bir nəfər onlara yaxınlaşıb Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu bildirib ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs odlu silah, döyüş sursatının qaçaqmalçılığı və qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərar qəbul olduğunu və həmin qərar əsasında baxış keçirilməsi üçün onların da iştirak etmələrini xahiş etmişdir. Onlar da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının xahişini nəzərə alıb baxış keçirilməsində iştirak etməklərinə razılıq vermişdilər. Sənan adlı şəxsin yaşadığı evə baxış keçirilmiş baxış zamanı hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra baxış evin həyətyanı sahəsində aparılmış, evin giriş qapısından sağ tərəfdə inşa edilmiş tikiliyə baxış keçirilərkən dam hissəsində quraşdırılmış işıq panelinin üstündən 1 (bir) ədəd tapançaya oxşar predmet və 1 (bir) ədəd daraq müəyyən edilmişdir. Tapançaya oxşar predmetin gövdə hissəsində “KP1486 1966”, lülə hissəsində isə “KP1484” hərfləri və rəqəmləri həkk edilmişdir. Tapançaya oxşar predmet və 1 ədəd daraq zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra həyətyanı sahədə inşa edilmiş digər tikililərə eləcədə zirzəmiyə baxış keçirilmişdir, baxış zamanı zirzəmidə olan saat istiqamətində yerləşən 2-ci otaqdan şkafın içərisində “Siqnal iş-3” hərf və rəqəmlər həkk edilmiş 1 (bir) ədəd tapançaya oxşar predmet, üzərində hərf və rəqəm həkk edilməmiş 1 (bir) ədəd tapançaya oxşar predmet aşkar edilmişdir. Qeyd olunan tapançaya oxşar predmetlər zərfə qoyularaq qablaşdırılmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış onu birinci dəfə həmin gün orada görmüşdür. Təqsirləndirilən şəxslə onun arasında əvvəllər hə hansı bir mübahisəsi narazılığı, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. O, Təqsirləndirilən şəxs evində olmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidmətinin inzibati binasında olan zaman o, ifadəsini imzalamışdır, lakin həmin ifadəni oxumamışdır. İfadəsi ilə tanış olmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidmətinin inzibati binasında olan zaman otaqda 3-4 nəfər olub. O, heç bir təzyiq olmadan sənədi imzalamışdır. Halbuki ibtidai istintaq zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə şəhər ərazisi ilə piyada iş yedərkən həmin vaxt bir nəfər onlara yaxınlaşıb Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu bildirib ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs odlu silah, döyüş sursatının qaçaqmalçılığı və qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərar qəbul olduğunu və həmin qərar əsasında baxış keçirilməsi üçün onların da iştirak etmələrini xahiş etmişdir. Onlar da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının xahişini nəzərə alıb baxış keçirilməsində iştirak etməklərinə razılıq vermişdilər. Sənan adlı şəxsin yaşadığı evə baxış keçirilmiş baxış zamanı hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra baxış evin həyətyanı sahəsində aparılmış, evin giriş qapısından sağ tərəfdə inşa edilmiş tikiliyə baxış keçirilərkən dam hissəsində quraşdırılmış işıq panelinin üstündən 1 (bir) ədəd tapançaya oxşar predmet və 1 (bir) ədəd daraq müəyyən edilmişdir. Tapançaya oxşar predmetin gövdə hissəsində “KP1486 1966”, lülə hissəsində isə “KP1484” hərfləri və rəqəmləri həkk edilmişdir. Tapançaya oxşar predmet və 1 ədəd daraq zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra həyətyanı sahədə inşa edilmiş digər tikililərə eləcədə zirzəmiyə baxış keçirilmişdir, baxış zamanı zirzəmidə olan saat istiqamətində yerləşən 2-ci otaqdan şkafın içərisində “Siqnal iş-3” hərf və rəqəmlər həkk edilmiş 1 (bir) ədəd tapançaya oxşar predmet, üzərində hərf və rəqəm həkk edilməmiş 1 (bir) ədəd tapançaya oxşar predmet aşkar edilmişdir. Qeyd olunan tapançaya oxşar predmetlər zərfə qoyularaq qablaşdırılmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış onu birinci dəfə həmin gün orada görmüşdür. Təqsirləndirilən şəxslə onun arasında əvvəllər hə hansı bir mübahisəsi narazılığı, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs onunla eyni küçədə yaşayır evilərin arasında hasar vardır. Sənan onunla eyini mağazada işləyir. O, hər səhər yuxudan qalxdıqdan sonra yerimək üçün Bərdə şəhərində yerləşən H.Əliyev parkına gedir. 19 noyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində o, yuxudan qalxdıqdan sonra evin eyvanına çıxmışdır. Həmin vaxt görmüşdür ki, qardaşı Sənanın yaşadığı evin həyətindən səs-küy gəlir, buna görə də maraqlanmaq üçün Sənanın yaşadığı ünvana getmişdir. O, Sənanın yaşadığı evə çatanda görmüşdür ki, evin qarşısında və həyətində kənar şəxslər vardır. O, evin həyətinə daxil olduqdan sonra bilmişdir ki, gələn şəxslər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Çünki həmin şəxslər xüsusi geyim formasında gəlmişlər. Orada ona məlum olmuşdur ki, qardaşı Sənan odlu silah və döyüş sursatının qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlara məlumat daxil olduğunu və həmin məlumat əsasında Sənanın yaşadığı evə və evin həyətyanı sahəsinədə əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərar qəbul edilmişdir. Bundan sonra Sənanın razılığı ilə yaşadığı evə və evin həyətyanı sahəsində axtarış aparmağa başlamışlar. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşları əməliyyat-axtarış tədbiri keçirdikdən sonra ona məlum olmuşdur ki, Sənanın yaşadığı evin həyətyanı sahəsində evin giriş qapısından sağ tərəfdə inşa edilmiş tikilinin dam hissəsində quraşdırılmış işıq panelinin üstündə gizlətdiyi 1 ədəd tapançanı və həmin tapançaya məxsus sandıqcanı təqdim etmişdir. Bundan sonra Sənan yaşadığı evin zirzəmisində yerləşən 2-ci otaqda olan şkafın içərisində saxladığı 1 ədəd ““SİQNAL İŞ-37” hərf və rəqəmlər həkk olunmuş tapançaya oxşar predmeti və üzərində hər hansı bir hərf və rəqəmlər yazılmayan tapançaya oxşar predmeti təqdim etmişdir. Qardaşı Sənanın həmin predmetləri saxlaması barədə onun və ailə üzvlərinin məlumatı olmamışdır. Bu barədə başqa kimin məlumatının olub-olmamasını deyə bilmir. Qardaşı Sənanın həmin predmetləri haradan əldə etməsi barədə heç bir məlumatı olmamış həmin günü yəni 19 noyabr 2022-ci il tarixdə bilmiş, ondan əvvəl o barədə məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nаzirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məhkəmə-ballistik ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 22/704 R nömrəli rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd KP-1486 N-li silah, 1966-cı ildə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan-darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuşdur.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd 99 mm kalibirli KP-1486 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qayadada atılmış güll-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanlılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir.

4. Tədqiqata təqdim edilmiş 01 ədəd DX-3246 N-li silah, zavod üsulu ilə Rusiya dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 5.6 mm diametrli pistonlarla (kapsul Jivelo) atəş aşmaqla İJ-37 Siqnal modelli idman yarışlarında istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulmuş tapançadır, odlu silah hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üşün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

5. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, İJ-37 Siqnal modelli idman tapançasının darağıdır və 09 ədəd 5.6 mm diametrli pistonlar (kapsul Jivelo) yerləşdirmək üçün nəzərdə tutulmuşdur.

6. Tədqiqata təqdim edilmiş 1 ədəd silah, küstar üsulu ilə hazırlanmış 5.6 mm kalibrli tapançadır və yivsiz odlu silahdır. Yuxarıda göstərilən səbəbə görə silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üşün yararsızdır. Qeyd: Təqdim edilmiş 11 ədəd 9 mm kalibrli patronlardan 03 ədədivə 03 ədəd 16 kalibrli ov patronlarından 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvandan ona məxsus olan aşkar edilərək götürülmüş maddi sübut kimi tanınmış 01 ədəd 9 mm kalibrli KP-1486 N-li Makarov konstruksiyalı tapança, 01 ədəd onun darağı, 01 ədəd DX-3246 N-li İJ-37 Siqnal modelli idman tapançası, 01 ədəd onun darağı və 01 ədəd 5.6 mm kalibirli kustar tapança saxlanması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdır. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Təqsirləndirilən şəxs məxsus ev 0,08 ha torpa sahəsində inşa edilmişdir. Ev zirzəmidən və bir mərtəbədən ibarətdir. Evin qapsından daxil olduqdan sonra sağ istiqamətdə yerləşən 5 otaqda, mətbəxdə və sanitar qovşağda baxış keçirilmişdir. Baxış zamanı otaqlarda olan mebel dəstləri və şkaflar ətraflı yoxlanılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra baxış həyətyanı sahədə aparılmışdır. Evin giriş qapısından sağ tərəfdə inşa edilmiş tikilinin dam hissəsində quraşdırılmış işıq panelinin üstündə 1 (bir) ədəd tapançaya oxşar predmet və 1 (bir) ədəd daraq müəyyən edilmişdir. Tapançaya oxşar predmetin gövdə hissəsində “PK1486 1966, lülə hissəsində isə ”KP1486” hərfləri və rəqəmləri həkk edilmişdir. Tapançaya oxşar predmet və 1 ədəd daraq zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra həyətyanı sahədə inşa edilmiş digər tikililərə eləcədə zirzəmiyə baxış keçirilmişdir. Baxış zamanı zirzəmidə olan saat istiqamətində yerləşən 2-ci otaqdakı şkafın içərisində “SİQNAL İŞ-37” hərf və rəqəmlər həkk edilmiş tapançaya oxşar predmet, üzərindən hər hansı hərf və rəqəmlər həkk edilməmiş 1 (bir) ədəd tapançaya oxşar predmet aşkar edilmişdir. Qeyd edilən tapançaya oxşar predmetlər zərfə qoyularaq qablaşdırılılaraq götürülmüşdür. İş materiallarında olan Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 29 noyabr 2022-ci il tarixli, PHŞ/6.28-2-2022-696 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Cinayət işinə əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli ifadəniin yerində yoxlanılması protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ünvan 5 ünvanda yoxlanılmış, Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsində və evin zirzəmisində özünə məxsus olan tapançaları saxladığı yerləri göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş tələbnаmədən görünür ki, 01 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 19 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavabından görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd 9 mm kalibrli KP-1486 N-li Makarov konstruksiyalı tapançanı, 01 ədəd onun darağını əldə etdiyi mənbəni, həmçinin həmin cinayətin törədilməsində kənar şəxslərin iştirakını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi KP-1486 N-li, 1966-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəşə yararlı, Makarov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd tapançanı, həmçinin həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 9X18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı yaşadığı ünvan 3-də yerləşən evin giriş qapısının sağ tərəfində inşa edilmiş tikilinin dam hissəsində quraşdırılmış işıq panelinin üzərində qanunsuz olaraq saxlamış, 19 noyabr 2022-ci il tarixdə saat 08:20 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən yaşadığı evin giriş qapısının sağ tərəfində inşa edilmiş tikilinin dam hissəsində işıq panelinin üstündən KP- 1486 N-li, 1966-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəşə yararlı, Makarov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd tapançanı, həmçinin həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 9X18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi KP- 1486 N-li, 1966-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəşə yararlı, Makarov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd tapançanı, həmçinin həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 9X18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı yaşadığı ünvan 3-də yerləşən evin giriş qapısının sağ tərəfində inşa edilmiş tikilinin dam hissəsində quraşdırılmış işıq panelinin üzərində qanunsuz olaraq saxlamış, 19 noyabr 2022-ci il tarixdə saat 08:20 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən yaşadığı evin giriş qapısının sağ tərəfində inşa edilmiş tikilinin dam hissəsində işıq panelinin üstündən KP-1486 N-li, 1966-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəşə yararlı, Makarov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd tapançanı, həmçinin həmin tapançanın komplekt hissəsi olan 08 ədəd 9X18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. İş üzrə hal şahidləri qismində iştirak etmiş X4 və Şahid3 məhkəmə istintaqı zamanı ifadələrini dəyişdirərək, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etməsələr də belə, bu hadisə yerinin baxışı kimi istintaq hərəkətinin etibarsızlığına dəlalət etmir. Belə ki, məhkəmə istintaqı zamanı meydana çıxmış olan həmin ziddiyyətli hal, digər sübutlar və əsasən də təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi ilə aradan qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadələri və cinayət işi materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaların nəzərdə tutulmasına baxmayaraq Təqsirləndirilən şəxs nə səbəb sanksiyada olan daha ağır növ cəzanın təyin edilməsini onunla əsaslandırır ki, törədilmiş əməl bilavasitə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə yönəlmişdir. Son dövrlər bu sahədə çoxsaylı kompleks xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq qanunsuz odlu silahların əldə edilməsi, daşınması və saxlanılması həmin tədbirlərə kölgə salmaq, cəmiyyətdə ictimai təhlükəsizlik sahəsində yaranmış olan inam və etibarı sarsıtmaq kimi neqativ fikilər yaratmış olur. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş 21 noyabr 2022-ci il tarixdə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 9 mm kalibrli KP-1486 N-li Makarov konstruksiyalı tapança, 01 ədəd onun darağı, 01 ədəd DX-3246 N-li İJ-37 Siqnal modelli idman tapançası, 01 ədəd onun darağı və 01 ədəd 5.6 mm kalibirli kustar tapança hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut Bərdə rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 9 mm kalibrli KP-1486 N-li Makarov konstruksiyalı tapança, 01 ədəd onun darağı, 01 ədəd DX-3246 Nli İJ-37 Siqnal modelli idman tapançası, 01 ədəd onun darağı və 01 ədəd 5.6 mm kalibirli kustar tapança hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar