Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-64/2025 31.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Dövlət ittihamçısı, İş üzrə Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X2 və onun müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Bərdə rayonu Qazıqurdalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Umudlu kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, Təbriz küçəsində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2024-cü ilin avqust ayının axırlarında gündüz vaxtı, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin hasarından evin həyətinə, oradan isə evin giriş qapısının açıq olmasından yararlanıb, yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq evin yataq otağında olan paltar şkafının içərisində Zərərçəkmiş şəxs1 məxsus 2000 (iki min) manat pulu gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2024-cü ilin sentyabr ayının axırlarında gündüz vaxtı, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin giriş qapısının açıq olmasından yararlanıb, yaşayış sahəsi olan evə qanunsuz olaraq daxil olub, evin yataq otağında olan şkafın içərisindən Zərərçəkmiş şəxs2 770 (yeddi yüz yetmiş) manat dəyərində olan bir ədəd 583 əyarlı, 7,74 qram çəkidə qızıl boyunbağını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Fəxrəddın oğluna 770 (yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Bərdə şəhəri. İ.Qayıbov küçəsinə gəlib həmin küçədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Xəzər" markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından yararlanıb, həmin avtomobilin qapısını açıb, avtomobilin salonunda qabaq oturacaqların aralıq hissəsində olan Zərərçəkmiş şəxs3 məxsus 2024-cü il istehsalı, dəyəri 50 (altı yüz əlli) manat dəyərində 01 ədəd '‘Honor X9” markalı mobil telefonu, həmin mobil telefonun simkart hissəsində olan "Azercell MMC Telekom”a mənsub 15 (on beş) tanat dəyərində simkartı, 2020-ci il istehsalı, dəyəri 180 (yüz səksən) manat dəyərində 01 dəd "Samsung A20"xxxx"Azercell MMC Telekom'a mənsub 15 (on beş) manat dəyərində simkartı və salonun arxa oturacağının üzərindəki 2022-ci il istehsalı, dəyəri 75 (yetmiş beş) manat dəyərində “Omron" markalı insan qan təzyiqi ölçən elektron aparatı gizli yolla talayaraq, ümumilikdə zərər çəkmiş şəxs X3 935 (doqquz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Təbriz küçəsində anası ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirir ki, onun hər hansı cinayət əməlinin törədilməsində iştirakı olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən bu və ya digər epizodlarda onun iştirakı olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara natamam, aydın olmayan qısa cavablar verməklə kifayətlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, O, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır. ünvan 4 Mahiyyəti üzrə bildirir ki, dayısı oğlu Şahid2 ilə birlikdə boş vaxtları olanda şəhərdə gəzirmişlər. Təqsirləndirilən şəxs adlı şəxsi də təxminən 2 aydır ki, şəhərdə olan zaman tanımışdır. O, 1 ay bundan əvvəl Səbuhi gəzən zaman "İmperator" adlanan yeməkxananın arxasında olan ağ rəngli "Xəzər" markalı avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin "Xəzər" markalı avlomobilin arxa sol qapısını Səbuhi açmış, ön sol qapısını isə o, açmışdır. Səbuhi arxa oturacaqda olan təyziq ölçən aparatını götürmüşdür. O, isə avtomobildən iki ədəd mobil telefon götürmüşdür. Şahid2 isə ətrafa baxırmış ki, kimsə olsa onlara desin. Bundan sonra Səbuhi öz evlərinə tərəf getmiş, onlar isə oradan "qaraçı bazarı" adlanan yerə getmişdilər. Orada o, tanımadığı "VAZ 2106" markalı avtomobildən iki ədəd mobil telefon oğurlamışdır. Həmin telefonları o, Səbuhi adlı ustaya satmışdır. Səbuhi adlı usta həmin telefonlara görə ona cəmi 5 manat pul vermişdir. Səbuhi adlı usta ona iki telefonun xarab olduğunu bildirmiş və digər telefon üçün isə 5 manat pul vermişdir. Bundan başqa dəqiq xatırlamadığı bir vaxtda Bərdə şəhəri, Füzuli küçəsində Səbuhi və Zamanla olan zaman qırmızı rəngli darvazası olan evdən yaşlı qadınla balaca qız uşağının çıxdığını görmüşdülər. Həmin vaxt Səbuhi demişdir ki, gəl bu evə girək, o, da onunla razılaşmışdır. Səbuhi əvvəl qapının açıq olduğunu hesab etməyərək, divardan həmin evin həyətinə daxil olmuşdur. Həmin vaxt o, qapını açaraq, içəri daxil olmuş və cəftənin çöldən açıldığını bildirmişdir. Evin həyətində bir mərtəbəli ev var imiş, həmin evin qapısıda açıq imiş. O. Səbuhi ilə evin içərisinə daxil olmuş, Zaman isə qapıdan çöldə gözləmişdir ki, kimsə gəlsə onlara məlumat versin. Onlar həmin evə girən kimi yataq otağına daxil olmuşdular. Səbuhi ilə şkafda olan paltarların içərisinə baxmışdır və oradan pul qabı tapmışdılar, həmin pul qabının içərisində 2000 manat pul var imiş. Həmin pulu əvvəl o, saymış və Səbuhi də saymağı üçün pulu Səbuhiyə vermişdir. Səbuhi həmin pulu əlinə alıb saymış, həmin pulların yarısı 100 manatlıq əskinaslar imiş, qalanları isə 50-lik, 20-lik, 5-lik əskinaslar olmuşdur. Pulu götürəndən sonra qapıları açıq qoyaraq oradan qaçmışdırlar. Küçədə olan zaman Səbuhi həmin puldan 50 manatını ona, 20 manatını isə Zamana vermişdir. Zaman həmin pulu cırıb atmışdır. Daha sonra həmin 50 manat pulu özü üçün xərcləmişdir. Bundan başqa Koorpertivdə yerləşən binanın 4-cü mərtəbəsində yerləşən evdə təmir gedirmiş, o, Səbuhi ilə birlikdə həmin evə girmişdirlər. Səbuhi əvvəlcədən həmin evdə təmir getdiyini müşahidə etmiş, buna görə Tuncayı görən zaman ona həmin evə oğurluğa girməklərini Səbuhi bildirmişdir. O, da bununla razılaşmışdır. Onlar birlikdə həmin evin qapısından daxil olmuşdular, əvvəl o, girmiş və qapının açıq olduğunu Səbuhiyə bildirmişdir. Həmin evdə olan yataq otağına daxil olmuşdular və həmin yataq otağında olan şkafın içərisini axtarmışdılar, həmin şkaflardan birindən sepi o, tapmış və Səbuhiyə vermişdir. Səbuhi həmin sepi götürmüş, lakin ona heç nə verməmişdir, onlardan başqa heç bir oğurluq etmədiyini bildirmişdir. Şahid1 əlavə oluraq bildirmişdir ki. o, oğurluq hadisələrindən telefon oğurlayan zaman mobil telefonları onlar oğurlamış, həmin telefonları Səbuhi adlı ustaya satmışdır. Bərdə şəhəri. Füzuli küçəsində qırmızı rəngli darvazası olan evdən 2.000 manat pulu Səbuhi ilə oğurlamışdılar, həmin puldan onun payına 50 manat çatmış və 50 manat puluda özü üçün xərcləmişdir, Koopertivdə yerləşən binanın 4-cü mərtəbəsində yerləşən evdən Səbuhi ilə birlikdə qızıl oğurlamışdılar. Həmin qızıl sepidə Səbuhi götürmüşdür. Onlar oğurluq edən zaman heç kim onu buna məcbur etməmişdir. Təqsirləndirilən şəxs isə ona deyirmiş ki, oğurluq etməyə kömək etməsə, onu da döyəcəyini bildirirmiş. Lakin, indiyə kimi onu heç kim döyməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Bərdə rayonu, Cəyirli kəndində anası Afaq Ağayeva və nənəsi Züleyxa Ağayevaylə birlikdə yaşayır. Ağdam rayonu, 78 saylı məktəbin 7-ci sinifində təhsil alır. Mahiyyəti üzrə bildirir ki, bibisi oğlu X4 ilə birlikdə boş vaxtları olanda şəhərdə gəzirmişlər. Bibisi oğlu Tuncay Musəvi onun dostu olan Təqsirləndirilən şəxs adlı şəxs ilə birlikdə şəhərdə olan bəzi maşınlara və evlərə girərək, oğurluq elmişdir. O, onların yanında olmuş, onların oğuluq edən zaman bir-iki dəfə onların yanında olmuşdur. Bibisi oğlu X9 rayonunda yerləşən "İnternat" tipli məktəbin arxasında olan VAZ 2106 markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamışdır. Sonra Tuncay ona zəng edərək, onu “İnternat” tipli məktəbin yanına çağırmış və oğurluq etdiyini ona bildirmişdir. O. haradan oğurluq etməsini soruşduqda, Tuncay 'İnternat" tipli məktəbin arxasından ağ rəngli Vaz 2106 markalı avtomobildən oğurluq etməsini bildirmişdir. Elə həmin gün onlar "qaraçı bazarı" adlanan yerə getmişdilər, orada qırmızı rəngli, 99 markalı avtomobildən Tuncay 2 ədəd mobil telefon oğurlamış, o, isə maşının yanında dayanmışdır. Həmin telefonları Tuncay ilə Səbuhinin nə etdiklərini bilmir. Təxminən, 1 ay yarım bundan qabaq, Təqsirləndirilən şəxs bibisi oğlu Tuncaya oğurluq etmək üçün ev olduğunu bildirmiş. Tuncayda ona bu barədə bildirmişdir.Onlar birlikdə Bərdə şəhəri, Füzuli küçəsində dəqiq yerini bilmədiyi, bir mərtəbəli bir evin qarşısına getmişdilər. O. evin qarşısında gözləmiş, Səbuhi evin barısından evin həyətinə tullanmış, Tuncay isə evin içərisinə qapıdan girmişdir.O, bir müddət çöldə gözlədikdən içəriyə daxil olmuş və onların evin içərisində şkafları axtardığını görmüşdür. O,da evin içərisinə daxil olmuş və evin içərisində olan qara çantanın içərisinə baxmış, lakin heç nə tapa bilməyib çölə çıxmışdır. Daha sonra Səbuhi ilə Tuncay gəlmiş və pul tapdıqlarını bildirmişdilər. O, onların söhbətindən başa düşmüşdür ki, pulu evdə Tuncay tapıb və evin içərisində Səbuhiyə vermişdir. Tuncay Səbuhiyə tapdığı puldan onlara da verməsini bildirmişdir. Səbuhi Tuncaya 50 manat, ona isə 20 manat pul vermişdir, o, da daha sonra 20 manat pulu cırıb atmışdır. Bundan başqa Tuncayla Səbuhi haradansa sep oğurlamaqlarını eşitmiş, lakin haradan oğurlamalarını bilməmişdir. Şahid2 o, oğurluq hadisələrindən telefon oğurluğu zamanı heç nə etməmişdir. Evdən pul oğurlanan zaman isə evə bir dəfə girib çıxmışdır amma heç nə götürməmişdir evdən. Onlar oğurluq edən zaman heç kim onu məcbur etməmişdir. Təqsirləndirilən şəxs isə ona deyirmiş oğurluq etməyə ona kömək elməsə, onu da döyəcəyini bildirirmiş. Lakin, indiyə kimi heç kim döyməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Bərdə rayonu, Gərənə kəndində anası Vüsalə Mirzəliyeva ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxmin 5-6 ildir ki tanıyır. xx.xx.2024-cü il tarixdə Səbuhi zəng edərək şəhərə gəzmək üçün çıxmağı təklif etmişdir. O, şəhərdə məscidin qarşısında olan zaman Səbuhi ona yaxınlaşmış, dostu Zamanla birlikdə avtomobildən iki ədəd mobil telefon oğurladığını bildirmişdir. Daha sonra Səbuhi və Zaman oradan qaçaraq uzaqlaşmışdır. Sonradan onlarla əlaqəsi olmamışdır. Səbuhinin digər cinayət əməlləri barədə məlumatlı deyildir. Yalnız təqyiqölçən aparatın oğurlanması barədə məlumatlı olmuşdur. O, ümumiyyətlə oğurluq etməmiş, yalnız Səbuhi ilə münasibəti olmuş, digər şəxsləri isə tanımır. Məhkəmə istintaqı dindirilmiş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat dövründə vermiş olduqları ifadə ilə eyni məzmunlu ifadə vermişlər. Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ona dəymiş 2000 manat maddi ziyan məbləğindən 800 manat ödənilmiş, Zərərçəkmiş şəxs3 dəymiş 935 manat maddi ziyan məbləğindən 650 manat ödənilmiş, Zərərçəkmiş şəxs2 dəymiş 770 manat məbləğində maddi ziyan isə ödənilməmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 2024-cü ilin avqust ayının axırlarında Bərdə şəhəri, Füzuli küçəsi, ev 19 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdən 2000(iki min) manat məbləğində pulu, 2024-cü ilin sentyabr ayının axırlarında Bərdə şəhəri, H.Əliyev prospekti, 112 A, mənzil 27-də yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evindən 01 ədəd qızıl boyunbağı, xx.xx.2024-cü il tarixdə Bərdə şəhəri, İ.Qayıbov küçəsində Zərərçəkmiş şəxs3 məxsus “Xəzər” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd telefon və 01 ədəd təzyiq ölçən aparatı oğurlayan şəxslər xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2014-cü il təvəllüdlü Şahid1 və xx.xx.2012-ci il təvəllüdlü Şahid2dur. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 972 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri, Təbriz küçəsində yaşayır. Yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 12 yanvar 2025-ci il tаriхdə Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “yetkinlik yaşına çatmayan nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2024-cü ilin avqust ayının axırlarında gündüz vaxtı, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri, ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin hasarından evin həyətinə, oradan isə evin giriş qapısının açıq olmasından yararlanıb, yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq evin yataq otağında olan paltar şkafının içərisində Zərərçəkmiş şəxs1 məxsus 2000 (iki min) manat pulu gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2024-cü ilin sentyabr ayının axırlarında gündüz vaxtı, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin giriş qapısının açıq olmasından yararlanıb, yaşayış sahəsi olan evə qanunsuz olaraq daxil olub, evin yataq otağında olan şkafın içərisindən Zərərçəkmiş şəxs2 770 (yeddi yüz yetmiş) manat dəyərində olan bir ədəd 583 əyarlı, 7,74 qram çəkidə qızıl boyunbağını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Fəxrəddın oğluna 770 (yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Bərdə şəhəri. İ.Qayıbov küçəsinə gəlib həmin küçədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Xəzər" markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından yararlanıb, həmin avtomobilin qapısını açıb, avtomobilin salonunda qabaq oturacaqların aralıq hissəsində olan Zərərçəkmiş şəxs3 məxsus 2024-cü il istehsalı, dəyəri 50 (altı yüz əlli) manat dəyərində 01 ədəd '‘Honor X9” markalı mobil telefonu, həmin mobil telefonun simkart hissəsində olan "Azercell MMC Telekom”a mənsub 15 (on beş) manat dəyərində simkartı, 2020-ci il istehsalı, dəyəri 180 (yüz səksən) manat dəyərində 01 dəd "Samsung A20"xxxx"Azercell MMC Telekom'a mənsub 15 (on beş) manat dəyərində simkartı və salonun arxa oturacağının üzərindəki 2022-ci il istehsalı, dəyəri 75 (yetmiş beş) manat dəyərində “Omron" markalı insan qan təzyiqi ölçən elektron aparatı gizli yolla talayaraq, ümumilikdə zərər çəkmiş şəxs X3 935 (doqquz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, şahidlərin ifadəsi və məhkəməyədək icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəyə hüquqi qiymət verərək hesab edir ki, onun özünü təqsirli bilməməsi iş materialları ilə sübut olunmur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansı işgəncəyə məruz qalmamışdır. Yalnız müdafiəçinin iştirakı ilə ittiham aktına əlavə edilmiş sənədləri imza etmişdir. Həmin vaxt hadisənin mahiyyəti və aparılan icraat daxilində hüquq və vəzifələri ona izah olunmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə qəbul edilmiş bu və ya digər qərarlar məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə istinadən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 5 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-64/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-64/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver