Məhkəmə qərarları › İş №1(021)-65/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-65/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-65/2021 13.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxxx 1985-ci il tarixdə Bərdə rayonu Qaradağlı kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün azadlıqdan məhrum edilərək, məhkum olunmuş və hal-hazırda məhkumluğu ödənilməmiş, Bərdə rayonu Qaradağlı kəndində qеydiyyаtdа оlmаqlа həmin ünvanda yаşаyan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, 31 dekabr 2020-ci il tarixdə saat 02:00 radələrində ailəsi ilə birlikdə yaşadığı Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin eyvanında sərxoş vəziyyətdə atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs eyvanın küncündən götürdüyü döşəmə silmək üçün məişətdə istifadə edilən taxta ilə bir dəfə qəsdən vurub sonuncuya sağ əl nahiyəsinin qançırı ilə sağ əlin V daraq sümüyünün distal ucunun yerini dəyişməyən sınığı xəsarətini yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 dekabr 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında olan heç kəs yaşamayan həyətdə 0,5 litr araq içdikdən sonra 31 dekabr 2020-ci il tarixdə saat 01:00 radələrində evə gəlmişdir. Ağır sərxoş olduğu üçün həmin vaxt baş verənləri dəqiq xatırlamamış, lakin içkili olduğu üçün anası Ahu ilə aralarında baş verən mübahisə zamanı atası Şirin araya girdiyi üçün əlindəki “pol taxtası” atasına dəymişdir. Daha sonra baş verənləri ilə xatırlamamışdır. Bundan başqa o, hadisə vaxtı orada yalnız anası Şahid2 olduğunu, hadisənin baş verməsinə heç nəyin səbəb olmadığını, sadəcə içkili olduğu üçün bu hadisə törətdiyini bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elçin 2018-ci ildə Bakı şəhərində telefon oğurladığına görə təxminən 1 il azadlıqdan məhrum edilmiş və 2019-cu ilin yay aylarında azadlığa çıxıb həmin vaxtdan onlarla birlikdə yaşamağa başlamışdır. Ancaq Elçin azadlığa çıxdıqdan sonra onlarla yola getməmiş, yaşadıqları evə sərxoş vəziyyətdə gələrək heç bir səbəb olmadan mübahisələr yaratmışdır. Elçinin bu hərəkətlərinə səbəb tez-tez spirtli içki qəbul etməsi olmuşdur. Belə ki, Elçin spirtli içkinin təsiri altında olmadığı vaxtlarda özünü normal şəkildə aparsa da, spirtli içki qəbul etdikdən sonra tamamilə dəyişmiş və mütəmadi olaraq onun özü və arvadı Ahu ilə mübahisə yaratmışdır. Hətta Elçin əvvəllər mübahisələrin birində ona bir dəfə xəsarət yetirdiyindən Bərdə rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs ilə cəzalandırılmışdır. 30 dekabr 2020-ci il tarixdə saat 20:00 radələrində Elçin əksər vaxt olduğu kimi yenə də sərxoş vəziyyətdə evə gələrək yatmışdır. 31 dekabr 2020-ci il tarixdə saat 02:00 radələrində o, səs-küy səbəbindən yuxudan ayılmış və həmin səs-küyün evin seyvanından gəldiyini eşitmişdir. Çölə çıxarkən oğlu Elçinin arvadı Ahu ilə mübahisə etdiyini, həmin vaxt əlində olan, döşəmə silərkən istifadə edilən “pol taxtası” deyilən əşya ilə anasını vurmaq istədiyini görmüşdür. Bu zaman Elçin heç bir səbəb olmadan onun və arvadının ünvanına ağır söyüşlər söyməklə onları təhqir etmişdir. O, Elçinin anasını “pol taxtası” ilə vurmasının qarşısını almaq üçün onlara yaxınlaşmış və qarşıya durub sağ əlini uzatmışdır. Bu zaman sözügedən əşya sağ əlinin çeçələ barmağından dəyərək möhkəm ağrıya səbəb olmuşdur. Elçin onu vurduqdan sonra əlindəki taxtanı atıb evə daxil olmuşdur. O isə evi təxminən 3-4 dəqiqəlik məsafədə yerləşən böyük oğlu Kənana zəng edərək baş verənləri danışıb yaşadıqları evə gəlməsini istəmişdir. Bir neçə dəqiqə sonra Kənan yaşadıqları evə gəlib Elçini sakitləşdirməyə çalışmışdır. Daha sonra o, saat 02:10 radələrində DİN-in “102” xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. Bundan başqa o, oğlu Təqsirləndirilən şəxs arvadı Şahid2 ilə hansı səbəbdən mübahisə etdiyini və nə üçün arvadını vurmaq istədiyini bilmədiyini, oğlunun demək olar ki, hər gün spirtli içki qəbul edərək yaşadıqları evə gəlib həm onun özü, həm də arvadı ilə mübahisə etdiyini, Təqsirləndirilən şəxs əvvəllər heç bir əqli və ya psixi xəstəlik, habelə ruhi-əsəb sarsıntısı keçirmədiyini, yalnız və yalnız qəbul etdiyi spirtli içkilərin təsirində olduğu üçün belə hərəkətlərə yol verdiyini, hadisə zamanı orada yalnız özü və arvadı Şahid2 olduğunu, başqa hər hansı şəxs və ya şəxslərin toplaşmadığını, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini və Təqsirləndirilən şəxs hadisədən sonra “pol taxtası”nı yerə atıb evə daxil olduğunu bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Təqsirləndirilən şəxsin tutulmasını istəyir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 könüllü ifadə verərək göstərmişdir ki, əri Zərərçəkmiş şəxs və kiçik oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Oğlu Elçin əvvəllər bir neçə dəfə törətdiyi cinayət əməllərinə görə məhkum olunmuş və 2019-cu ilin yay aylarında azadlığa çıxdıqdan sonra onlarla birlikdə yaşamağa başlamışdır. Ancaq Elçin azadlığa çıxdıqdan sonra onlarla yola getməmiş, sərxoş vəziyyətdə yaşadıqları evə gələrək heç bir səbəb olmadan mübahisələr yaratmışdır. Elçinin bu hərəkətlərinə səbəb tez-tez spirtli içki qəbul etməsi olmuşdur. Belə ki, Elçin spirtli içkinin təsiri altında olmadığı vaxtlarda özünü normal şəkildə aparsa da, spirtli içki qəbul etdikdən sonra tamamilə dəyişmiş və mütəmadi olaraq onunla və əri ilə mübahisə yaratmışdır. Hətta Elçin əvvəllər mübahisələrin birində ərinə bir dəfə xəsarət yetirdiyindən Bərdə rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs ilə cəzalandırılmışdır. 30 dekabr 2020-ci il tarixdə saat 20:00 radələrində Elçin əksər vaxt olduğu kimi yenə də sərxoş vəziyyətdə evə gələrək yatmışdır. 31 dekabr 2020-ci il tarixdə saat 02:00 radələrində əri Şirin evdə yatan zaman Elçin evin seyvanına çıxaraq heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Yaranan səs-küy səbəbindən əri yuxudan ayılıb seyvana çıxmışdır. Şirin çölə çıxarkən oğlu Elçin onunla mübahisə etməyi davam etdirib əlinə götürdüyü, döşəmə silərkən istifadə edilən “pol taxtası” deyilən əşya ilə vurmaq istəmişdir. Eyni zamanda Elçin heç bir səbəb olmadan onun özünün və ərinin ünvanına ağır söyüşlər söyməklə onları təhqir etmişdir. Şirin Elçinin onu “pol taxtası” ilə vurmasının qarşısını almaq üçün yaxınlaşıb sağ əlini qarşıya uzatmış, bu zaman sözügedən əşya Şirinin sağ əlinin çeçələ barmağından dəymişdir. Elçin ərini vurduqdan sonra əlindəki taxtanı atıb evə daxil olmuşdur. Şirin isə evi təxminən 3-4 dəqiqəlik məsafədə yerləşən böyük oğlu Kənana zəng etmiş və baş verənləri danışıb yaşadıqları evə gəlməsini istəmişdir. Bir neçə dəqiqə sonra Kənan yaşadıqları evə gəlib Elçini sakitləşdirməyə çalışmışdır. Daha sonra əri Şirin saat 02:10 radələrində DİN-in “102” xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. Bundan başqa o, oğlun Təqsirləndirilən şəxs onunla hansı səbəbdən mübahisə etməsini və nə üçün onu vurmaq istəməsini bilmədiyini, oğlunun demək olar ki, hər gün spirtli içki qəbul edərək həm onun özü, həm də əri ilə mübahisə etdiyini, Təqsirləndirilən şəxs əvvəllər heç bir əqli və ya psixi xəstəlik, habelə ruhi-əsəb sarsıntısı keçirmədiyini, yalnız və yalnız qəbul etdiyi spirtli içkilərin təsirində olması səbəbindən belə davrandığını və hadisə baş verən zaman yaşadıqları evə başqa hər hansı şəxs və ya şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 könüllü ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs atası, Şahid2 anası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Elçin valideynləri ilə birlikdə Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Elçin 2018-ci ildə Bakı şəhərində telefon oğurladığına görə təxminən 1 il azadlıqdan məhrum edilmiş və 2019-cu ilin yay aylarında azadlığa çıxıb həmin vaxtdan valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Spirtli içkilərə olan aludəçiliyi səbəbindən Elçin əvvəllər iki dəfə müalicə kursu qəbul etmiş, buna baxmayaraq yenə də spirtli içki içməyi davam etdirmişdir. 31 dekabr 2020-ci il tarixdə saat 02:00 radələrində atası Şirin onun mobil telefonuna zəng edib yaşadıqları evə gəlməsini istəmişdir. O da özünün ailəsi ilə birlikdə yaşadığı ev atasının yaşadığı evə yaxın məsafədə yerləşdiyi üçün həmin evə yollanmış və atasından nə baş verdiyini soruşmuşdur. Bu zaman atası Şirin Elçinin evdə olan “pol taxtası” ilə anası Ahunu vurmaq istədiyini, lakin müdaxilə edib araya girən zaman sağ əlindən xəsarət aldığını demişdir. Bundan sonra o, atasının əlinə baxıb həqiqətən də sağ əlinin şişdiyini görmüşdür. Daha sonra evin digər otağına keçib Elçinin içkili halda yatdığını görmüşdür. Ertəsi gün isə atası Şirini Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan başqa o, qardaşı Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs vurmasını gözləri ilə görmədiyini, hadisə zamanı evdə yalnız anası Şahid2 olduğunu, valideynlərinin deməsinə görə, hadisənin baş verməsinə heç bir səbəb olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş 15 fevral 2021-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyü Zərərçəkmiş şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 09 fevral 2021-ci il tarixli 256 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 06.01.2021-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ əl nahiyəsinin qamçırı ilə sağ əlin V daraq sümüyünün distal ucunun yerini dəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 31.12.2020-ci uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay azadlıqdan məhrum edilmiş; Xəzər rayon məhkəməsinin 14 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317.1-ci maddəsi ilə 03 il azadlıqdan məhrum edilmiş və həmin məhkəmənin 05 iyul 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş; Binəqədi rayon məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün azadlıqdan məhrum edilmiş və 27 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdə saat 02:00 radələrində ailəsi ilə birlikdə yaşadığı Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin eyvanında sərxoş vəziyyətdə atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs eyvanın küncündən götürdüyü döşəmə silmək üçün məişətdə istifadə edilən taxta ilə bir dəfə qəsdən vurub sonuncuya sağ əl nahiyəsinin qançırı ilə sağ əlin V daraq sümüyünün distal ucunun yerini dəyişməyən sınığı xəsarətini yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs оğlunun təqsirləndirildiyi CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən törədilən cinayət əməlləri törətmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməllərini etiraf etməsi, etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərini etiraf etməsi, onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirməsi tutduğu əməllərə görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onuda qeyd edir ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay azadlıqdan məhrum edilmiş; Xəzər rayon məhkəməsinin 14 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317.1-ci maddəsi ilə 03 il azadlıqdan məhrum edilmiş və həmin məhkəmənin 05 iyul 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş; Binəqədi Rayon məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün azadlıqdan məhrum edilmiş və 27 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Belə olan halda məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli hökmü ilə hazırki iş üzrə Təqsirləndirilən şəxs оğlu böyük ictimai təhlükə törətməyən cinayət törətdiyindən onun əməlində residivlik yaranmır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs оğlu dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 aprel 2021-ci il tarixdən hesablansın. Hökmün icrası Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar