Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-65/2025 04.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1962-ci ildə Tərtər rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İ Qarabağ müharibəsi iştrakçısı, İİ qrup müharibə əlili, təqaüdçü, işləməyən, məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 09 mart 2024-cü il tarixdə, saat 2130 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə pozaraq ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində bacısı X2 məxsus «VAZ-21074 minik» markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili həmin avtomobilə dair etibarnamə olmadan idarə edib Bərdə-Tərtər avtomobil yolu ilə Tərtər rayonu istiqamətinə təxminən 90 km/saat surətilə hərəkətdə olarkən Bərdə rayonu «Çənlibel» yeməkxanasının yaxınlığında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək cinayətkarcasına özünə güvənib ehtiyatsızlıqdan idarə etdiyi avtomobili asfalt yolun sağ hissəsində yerləşən işıq dirəyinə çırpması nəticəsində onun idarə etdiyi avtomobildə olan sərnişinlər - ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 sağlamlığına, sağ bud sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, iç topuğun oynaqdaxili sınıqları, sağ baldırın orta 1/3-nin ön səthinin, sağ ayağının iç topuq nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin, sol diz oynağının ön səthinin, sol ayaq tağının üst səthinin əzilmiş-cırılmış yaraları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən az ağır zərər vurulmasına, digər sərnişin ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 sağlamlığına isə, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sol baldırın ön səthinin, sağ baldır və pəncənin əzilmiş-cırılmış geniş həcmli yaraları, sol baldır sümüklərinin açıq yerdəyişmiş sınığı ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Bərdə şəhərinə toy mərasimində iştirak etmək üçün gəlmişlər. Toyda 100-200 qram spirtli işki qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Bərdə şəhərində toy mərasimində iştirak etdikdən sonra idarə etdiyi avtomobillə Tərtər şəhərinə qayıdarkən “Priyezd” deyilən yerdən, yəni dəmir yolu keçidindən Tərtər istiqamətinə dönərkən DYP əməkdaşları ona saxla işarəsi vermişlər. Dəmir yolu keçidini keçib saxlamaq istəmiş, lakin yolun sağı və solunda maşınlar dayandığından saxlamağa yer olmamış və avtomobili 60-70 metr qabağa sürməli olmuşdur. Bir az irəli sürüb arxa güzgüdən baxmışdır ki, ona saxla işarəsi verən DYP əməkdaşları onun arxasınca gəlmirlər və “İlqar” market mağazasının qabağında dayanıb söhbət edirlər. Hərəkətə davam emək istəyərkən, DYP əməkdaşları digər maşınları ötüb keçib gələrək onun avtomobilində oturan sərnişinlərin deməsinə görə mikrofon vasitəsi ilə ucadan onların ünvanına nalayiq ifadələr işlətmişlər. DYP-nin əməkdaşlarının avtomobilinin yanında saxlayaraq “Utanmırsınız, maşında qadınlar var, bu nə sözlərdi, bu nə hərəkətdi edirsiniz“ demiş və avtomobilini sürüb getmişdir. Bir neçə yüz metr qarşıda Orxan, Sərxan qardaşlarına məxsus ət dükanına çatana qədər DYP əməkdaşları dəfələrlə öz avtomobillərini onların üzərinə sürmüşlər. DYP əməkdaşları qarşıda olan yanacaqdoldurma məntəqəsinə çatanda avtomobili onun avtomobilinin qarşısına verib yolu kəsmiş, DYP əməkdaşlarının avtomobilini yandan keçib yoluna davam etmiş, onların hərəkətlərinə əhəmiyyət verməmişdir. Qarşıda olan “Çənlibel” restoranı isitqamətində olan sərt döngəyə girəndə avtomobilinin arxasına zərbə dəydiyini hiss etmiş və həmin an maşın yoldan çıxaraq işıq dirəyinə çırpılmışdır. Avtomobili işıq dirəyinə çırpılandan sonra huşunu itirmişdir. Ayılanda avtomobilində olan qadın sərnişinlərin avtomobildən çıxarılıb yolun kənarına uzadıldıqlarını, lakin hadisə yerində DYP əməkdaşlarının olmadığını görmüşdür. Tanımadığı VAZ-2109 markalı avtomobil dayanıb qadınları maşına qoymuşdur. DYP əməkdaşlarının idarə etdiyi avtomobil isə “Cənlibel” restoranı yaxınlığında olan ağacların arxasında dayanıb, işıqları söndürüb avtomobilin içərisində kiminləsə telefonla danışmışlar. Həmin vaxt hadisə yerinə digər DYP avtomobili gəlmiş və DYP əməkdaşlarından Bahadur və Mədət adlı əməkdaşlar avtomobildən düşmüşlər. O, avtomobildən düşəndə artıq hadisə yerində olan, orada dayanmış DYP əməkdaşları avtomobili sürüb çıxıb getmişlər. Sonra hadisə yerinə gələn DYP əməkdaşları onunda əlbəyaxa olmuşlar. Daha sonra hadisə yerinə bir neçə DYP avtomobili və əməkdaşları gəlmişlər. İçkili olsa da sərxoş olmamışdır. DYP əməkdaşları onun avtomobilini arxa sol hissədən vurmuş və vurduqdan sonra yol nəqliyyat hadisəsi baş vermiş, avtomobil işıq dirəyinə çırpılmışdır. DYP əməkdaşları qeyri-qanuni öz xidməti ərazilərində olmayan yerdə, yəni onlara aid olmayan ərazidə xidmət apararaq onu saxlamaq istəmişlər. Belə bir hadisənin baş verməsinə görə peşmandır. Əsəb xəstəsi deyil, ürək xəstəsidir və İ Qarabağ müharibəsi zamanı başından zədə almışdır. Avtomobil bacısı Hökümənin mülkiyyətndədir. Avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Yol nəqliyyat hadisəsi zamanı üç qabırğası sınmış, hazırda sağalmışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. xx.xx.2024-cü il tarixdə Bərdə şəhərində yerləşən “Gold Mətin“ şadlıq sarayına qonşularının toy mərasimində iştirak etmək üçün Təqsirləndirilən şəxs idarə etiyi avtomobillə gəlmişlər. Toyda iştirak etdikdən sonra axşam tərəfi Təqsirləndirilən şəxs idarə etiyi avtomobillə Tərtər şəhərinə qayıdarkən dəmir yolu keçidindən keçərkən DYP əməkdaşları onlara saxla işarəsi vermişlər. Dəmir yol keçidini keçərkən Təqsirləndirilən şəxs orada taksi maşınları və digər avtomobillər olduğundan saxlamağa yer tapa bilməmiş və avtomobili qabaqda saxlamaq üçün yer axtarıb avtomobili bir az qabağa sürmüşdür. DYP əməkdaşları arxada bir az dayanıb sonra onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs DYP əməkdaşlarına hansı xətanı törətdiyini, nəyə görə onu saxladıqlarını soruşmuş və yoluna davam etmişdir. DYP əməkdaşları onların arxasınca gəlmiş və Təqsirləndirilən şəxs idarə etdiyi, onların olduqları avtomobilin arxa sol qanadından vurmuşlar. Bundan sonra avtomobil yoldan çıxıb işıq dirəyinə dəymiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra orada olan DYP əməkdaşlarından heç kim onlara köməklik göstərməmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs içkili olmuşdur, lakin avtomobili sərbəst idarə etmişdir. Sonradan hadisə yerinə gələn DYP əməkdaşları yaxınlaşaraq Təqsirləndirilən şəxslə əlbayaxa olmuş, onun pencəyindən tutub dartmışlar. Hadisə nəticəsində ayağı topuq, baldır və bud nahiyəsindən qırılmışdır. Hazırda vəziyyəti qənaətbəxşdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, sonuncu ilə barışmışdır. Xahiş edir ki, təqsirləndirilən şəxsə cəza verilməsin. Zərərçəkmiş şəxs2 məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiasının, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlu ilə qonşudurlar, bir küçədə yaşayırlar. xx.xx.2024-cü il tarixdə Bərdə şəhərində yerləşən “Gold Mətin“ şadlıq sarayında qonşularının toy mərasmində iştirak etmək üçün Təqsirləndirilən şəxs idarə etiyi avtomobillə gəlmişlər. Toyda ayrı-ayrı masalarda əyləşmişlər, lakin Mətləbin yemək yeyərək spirtli içki işdiyini görmüşdür. Toy məclisində iştirak etdikdən sonra toy karvanı ilə Tərtər şəhərinə qayıtmışlar. Yolda DYP əməkdaşları onlara saxla işarəsi vermiş, yer məhduiyyəti olduğundan Təqsirləndirilən şəxs avtomobili saxlaya bilməmişdir. Daha sonra DYP əməkdaşları Təqsirləndirilən şəxs qıcıqlandırmış, sonuncu da öz növbəsində avtomobili saxlamayaraq sürüb getmişdir və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Bütün olanların günahı DYP əməkdaşlarında olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs bu günə kimi heç vaxt yol nəqliyyat hadisəsi törətməmişdir. Hadisə nəticəsində iki ayağı qırılmış, onu maşına yerləşdirib Bərdə rayonunda yerləşən Diaqnostika Mərkəzinə gətirmişlər. Lakin orada lazımi yardım göstərə bilmədiklərindən, onu Bakı şəhərinə aparmışlar. Hadisədən sonra onlara heç bir polis əməkdaşı yardım etməmişdir. Hazırda vəziyyəti qənaətbəxşdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, sonuncu ilə barışmışdır. Xahiş edir ki, təqsirləndirilən şəxsə cəza verilməsin. Zərərçəkmiş şəxs1 məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddiasının, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs əridir. xx.xx.2024-cü il tarixdə Bərdə şəhərində yerləşən “Gold Mətin“ şadlıq sarayında qonşularının toy mərasmində iştirak etmək üçün gəlmişlər. Tərtər şəhərinə gedərkən dəmir yol keçidini keçərkən DYP əməkdaşları onlara saxla işarəsi vermişlər. Əri Təqsirləndirilən şəxs yer olmadığından avtomobili saxlamağa yer axtararkən DYP əməkdaşları qeyri-normal hərəkət edərək öz avtomobillərini onların avtomobilin üzərinə sürmüşlər. Əri Təqsirləndirilən şəxs başını pəncərədən çıxararaq DYP əməkdaşlarına “mən neylədim ki, siz belə edirsiniz” deyib sürüb getmişdir. DYP əməkdaşları arxada qalmış, gəlməmişlər. Onlar xeyli getdikdən sonra bir daha onların arxasınca gəlmişlər. Sonra yol nəqlyyat hadisəsi baş vermiş və nə olduğunu bilməmişdir. Yaralı xanımlardan birini mülki şəxslərdən kimsə öz maşını ilə aparmış, digərini isə təcili tibbi yardım maşını aparmışdır. O, hadisə yerində qalmış, ona kimsə köməklik etməmişdir. Sonradan bir cavan oğlan ona yaxınlaşaraq köməklik etmiş və onu öz maşını ilə aparmışdır. Əri işkili olmuş olsaydı, onlar Bərdə şəhərində onun anasının evində qalardılar. Bildiyi qədər onların avtomobilini arxadan vurmuşlar. Hadisə bir anın içində baş vermişdir. O, hadisə zamanı yüngül xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru işləyən Şahid7 Ağanəfəs oğlu göstərdi ki, xx.xx.2024-cü il tarixdə Elxan Yunsovla birlikdə xidmətdə olarkən növbətçi hissədən Bərdə-Tərtər yolunun 2-ci kilometrində yol nəqliyyat hadisəsi baş verdiyini bildirmişlər. Daxil olmuş məlumat əasında hadisə yerinə getmişlər. Hadisə yerində məlum olmuşdur ki, VAZ-2107 markalı avtomobil işıq dirəyinə çırpılmışdır. Dərhal maşından düşərkən VAZ-2107 markalı avtomobilin sürücüsü yolun sol kənarında dayanmışdır. Onlar sürücüyə yaxınlaşmış, sürücü özünü aqressiv aparmağa başlamışdır. Sürücü işkili vəziyyətdə olmuşdur. Sürücü avtomobildə iki nəfər yaralı qadın olduğunu bildirmişdir. Onlar dərhal Bərdə RPŞ-nə və xəstəxanaya zəng edərək kömək istəmiş və qadınlara yaxınlaşmışlar. Qadınlardan birini yol maşını ilə, digərini isə köməklik göstərib təcili yardım maşını ilə xəstəxanaya yola salmışlar. Ardınca sürücü Təqsirləndirilən şəxs PPX-nin əməkdaşları sərxoşluğunu müəyyən etmək üçün aparmışlar. Onlar hadisə yerinə gələndə qadınları artıq avtomobildən çıxarmışlar. Hadisə yerinə birinci onlar gəlmişlər. Hadisə yerində xəsarət varsa onlar onu araşdırmırlar. Onlar kiminsə maşınını təqib etməmişlər. O, DYP-nin KİA markalı, 543 nömrəli avtomobilində xidmət aparır. Təqsirləndirilən şəxs orada nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ilə mübahisə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin DYPBnin YPX indspektoru vəzifəsində işləyən Şahid5 göstərdi ki, o, hadisə olan vaxt məzuniyyətdə olmuş hadisəni görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan edir. Şahid5 həmin ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə DİO-da, 2017-ci il tarixdən isə Bərdə RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 09 mart 2024-cü il tarixdə, saat 2130 radələrində ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ- 21074» minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Tərtər rayonu istiqamətində hərəkətdə olarkən Bərdə-Tərtər yolunun 2-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun hər hansı bir əlaqəsi olmamışdır. Belə ki, o, 08 mart 2024-cü il 0900-dan, 09 mart 2024-cü il saat 0900-dək növbə üzrə qrafikə uyğun olaraq Bərdə RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid11 ilə birlikdə **-YP-*** dövlət nömrə nişanlı xidməti avtomobil ilə xidmətdə olmuş, 09 mart 2024-cü il tarixdə, saat 0900-da xidmətdən çıxmışdır. 09 mart 2024-cü il tarixdə, saat 2130 radələrində Təqsirləndirilən şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı o, orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin DYPBnin İTÜ inspektoru vəzifəsində işləyən Şahid10 göstərdi ki, hadisənin baş verdiyi tarix yadında deyil. Həmin gün xidmətdən çıxmış, xidmətdə olmamışdır. Hadisə baş verən ərazi onun yaşadığı evə yaxındır. Gecə saatlarında ona məlumat vermişlər ki, ərazidə ağır yolnəqliyyat hadisəsi olmuşdur. O, adətən hadisə yerinə çıxmır. Ona ağır xəsarət alanların olduğunu bildirdiklərindən və hadisə yeri ilə yaşadığı yerin arasında 500 metr məsafə olduğundan hadisə yerinə yaxınlaşmışdır. O, hadisə yerinə çatanda maşını görmüş və hadisə yerində bir nəfər xəsarət almış qadın olmuş, digər xəsarət alanları aparmışlar. O da kömək etmiş, xəsarət alan qadını mülki avtomobillə xəstəxanaya yola salmışdır. Digər xəsarət alanları təcili tibbi yardım avtomobili aparmışdır. Sonradan özü də xəstəxanaya getmiş və yardım göstərmişdir. Hadisə yerinin yaxınlığında olan qəssabxanada olan kamera görüntüsünü silməmiş, bu barədə kiməsə göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru vəzifəsində işləyən Şahid12 göstərdi ki, xidmətdə olarkən ona məlumat verilmişdir ki, Bərdə-Tərtər yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə çatanda sonradan sürücü olduğunu bildiyi Təqsirləndirilən şəxs aqressiv halda yolun ortasında ora-bura qaçdığını, nalayiq ifadələr işlətdiyini görmüşdür. Hadisə yerinə PPX naryadı dəvət etmişlər. Sürücüyə yaxınlaşarkən sonunsunun ağır dərəcədə sərxoş olduğunu görmüşlər. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər olmuşdur. Təqsirləndirilən şəxs özünü aqressiv apardığından sonuncunu Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Hadisələrin sonrakı gedişatından məlumatı olmamışdır. O, hadisə yerinə çatanda avtomobil yolun sağ tərəfində olmuş, ətrafda xeyli sayda avtomobillər dayanmışdır. Hadisə yerində başqa əməkdaşlar olmuş, onlar mülki vətəndaşlarla birlikdə xəsarət alanlara köməklik etmişlər. Hadisə baş verən zaman orada olmamışdır. Hadisə yerinə DYP-nin KİA markalı, 541 nömrəli avtomobili ilə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin DYPBnin təbliğat-təşviqat üzrə inspektoru vəzifəsində işləyən Şahid9 göstərdi ki, hadisə baş verən gün ərazi üzrə xidmətdə olmuşdur. Rabitə vasitəsilə məlumat almışlar ki, Bərdə- Tərtər yolunun 1-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə yerində tıxac yaranmış, təcili ora getmək lazımdır. Hadisə yerinə yaxınlaşanda tıxac olduğunu görmüşlər. Təqsirləndirilən şəxs orada olmuş, özünü narahat hiss etmişdir. Sonuncuya yaxınlaşaraq bir yerli kimi tanışlıq vermiş, sonra onu təcili tibbi yardım avtomobili ilə X3 yola salmışdır. Hadisə baş verən ərazi onların ərazisi olmuş, Təqsirləndirilən şəxs avtomobili onların xidmət avtomobilləri ilə qovulmamışdır. Hadisənin necə baş verməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru vəzifəsində işləyən Şahid13 göstərdi ki, ərazidə xidmət apararkən radiostansiya vasitəsilə məlumat verilmişdir ki, Tərtər yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə yaxınlaşmış, yol-nəqliyyat hadisəsinin baş verdiyini, yolun bağlandığını görmüşdür. Qəza törətmiş avtomobildə xəsarət alan qadınlar olmuşdur. Sürücünün sərxoş olduğunu müəyyən etmişlər. Sürücünü Bərdə Rayon Polis Şöbəsinə təhvil vermişlər, özləri isə yolun açılmasını təmin edib, təcili tibbi yardım çağırmışlar. İki nəfər qadının ayağı qırılmış, qadınları götürüb maşına qoymuşlar. Təqsirləndirilən şəxs sərxoş olmuş, qarşısına çıxan hər kəsi söyüb təhqir etmişdir. Təqsirləndirilən şəxs PPX-nin avtomobilinə əyləşdirmişlər, lakin xəstəxanaya və ya polis şöbəsinə aparıldığını dəqiq bilməmişdir. O, həmin vaxt yaralılara kömək etmiş, mülki avtomobillə və təcili tibbi yardım avtomobili ilə xəsarət alanları xəstəxanaya yola salmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 14 mart 2024-cü il tarixli,191 saylı Rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sağ yarısında İİİ, İV, V qabırğaların orta qoltuq xətti üzrə sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 30 aprel 2024-cü il tarixli, 341 saylı Rəydən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ bud sümüyünün aşağı 1/3nin yerini dəyişmiş sınığı, iç topuğun oynaqdaxili sınıqları, sağ baldırın orta 1/3-nin ön səthinin, sağ ayağının iç topuq nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin, sol diz oynağının ön səthinin, sol ayaq tağının üst səthinin əzilmiş-cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 30 aprel 2024-cü il tarixli, 342 saylı Rəydən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ bud sümüyünün orta 1/3nin yerdəyişmiş sınığı, sol baldırın ön səthinin, sağ baldır və pəncənin əzilmiş-cırılmış geniş həcmli yaraları, sol baldır sümüklərinin açıq yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli, 8/1066 saylı Rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2107” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 27 may 2024-cü il tarixli, 18-1-75/2-687/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər RMX PHŞnin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda dayanmır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 09 mart 2024-cü il tarixli, 335 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcədə alkoqol sərxoşluğu əlamətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları onun avtomobilini arxadan vuraraq yoldan çıxardıqlarını və bunun nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyini, o cümlədən, polis əməkdaşları tərəfindən döyüldüyünü təkidlə bildirmişdir. Qeyd olunan xüsusatlarla bağlı Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla toplanmış 543-C-24 saylı material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin göstərdiyi həmin xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadələr kimi qiymətləndirir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə, saat 2130 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qaununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə pozaraq ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində bacısı X2 məxsus olan «VAZ-21074 minik» markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili həmin avtomobilə dair etibarnamə olmadan idarə edib Bərdə-Tərtər avtomobil yolu ilə Tərtər rayonu istiqamətinə təxminən 90 km/saat sürətilə hərəkətdə olarkən Bərdə rayonu «Çənlibel» yeməkxanasının yaxınlığında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək cinayətkarcasına özünə güvənib ehtiyatsızlıqdan idarə etdiyi avtomobili asfalt yolun sağ hissəsində yerləşən işıq dirəyinə çırpması nəticəsində onun idarə etdiyi avtomobildə olan sərnişinlər - ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 sağlamlığına, sağ bud sümüyünün aşağı 1/3-nin yerini dəyişmiş sınığı, iç topuğun oynaqdaxili sınıqları, sağ baldırın orta 1/3-nin ön səthinin, sağ ayağının iç topuq nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin, sol diz oynağının ön səthinin, sol ayaq tağının üst səthinin əzilmiş-cırılmış yaraları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən az ağır zərər vurulmasına, digər sərnişin ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 sağlamlığına isə, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sol baldırın ön səthinin, sağ baldır və pəncənin əzilmiş-cırılmış geniş həcmli yaraları, sol baldır sümüklərinin açıq yerdəyişmiş sınığı ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər Şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli, 1478 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3-də yaşayır. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər Şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.1998-ci il tarixli 003749 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranıdır. 041234 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup Qarabağ müharibəsi əlilidir. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Epiqrizdən görünür ki, Təqsirləndirilən şəxs “Hipertoniya” xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş 04 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş 04 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur CM-nin 59.1.12-ci maddəsinə görə isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, İ Qarabağ müharibəsi veteranı və İİ qrup Qarabağ müharibəsi əlilidir, “Hipertoniya” diaqnozu ilə xəstədir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və İ Qarabağ müharibəsi iştirakçısı olması, İİ qrup Qarabağ müharibəsi əlili olması, “Hipertoniya” diaqnozu ilə xəstə olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 14 may 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini zəruri sayır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə qalmasına zərurət olmadığından, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclasında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bərdə Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs tutulub Bərdə Rayon Məhkəməsinin sərəncamına verilənədək cinayət işi üzrə icraat dayandırılmış, qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına tapşırılmışdır. Tərtər Rayon Polis Şöbəsinin 07 aprel 2025-ci il tarixli 3-13-113/2-5906/25 saylı məktubundan görünür ki, 07 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Gəncə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Tərtər RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 07 may 2024-cü il tarixli, 8/1066 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “VAZ-21074” minik markalı ** NU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 04 (dörd) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan “VAZ-21074” minik markalı, ** NU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilmədiyi təqdirdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-65/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-65/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver