Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-66/2024 29.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1999-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,385 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 14 noyabr 2023-cü il tarixdə saat 21:30 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,385 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. 14 noyabr 2023-cü il tarixdə onun Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə olan narkotik vasitə heroini və 1 (bir) ədəd «gümüşü» rəngli kağız bükümdə olan psixotrop maddə-metamfetamini yaşadığı Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan qonşusu, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmayan X7 ona satmamışdır. Belə ki, o, təxminən 1 ildir ki, narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Buna görə də bədənində ağrılar əmələ gəlmişdir. 14 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı yataqxanada olan zaman ağrıları baş verdiyindən narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamin şəxsi istifadəsi üçün lazım olduğundan o, qonşusu Vüsal Atakişiyevin yanına gedərək ağrılarının olduğunu bildirib şəxsi istifadəsi üçün Vüsal Atakişiyevdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istəmişdir. Həmin vaxt Vüsal Atakişiyev ona şəxsi istifadəsi üçün üzərində saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroinin və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükümdə psixotrop maddə olan metamfetamini pay olaraq ona vermişdir. O, da Vüsal Atakişiyevə çox sağ ol deyib uzaqlaşdıqdan sonra həmin narkotik vasitələri əynində olan qara rəngli cins şalvarın sağ yan piston cibinə qoyub yaşadığı evə tərəf gedərkən həmin gün yəni, 14 noyabr 2023-cü il tarixdə, saat 21:30 dəqiqədə yaşadığı yataqxananın yaxınlığında Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şəbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman Vüsal Atakişiyevin ona şəxsi istifadəsi üçün pay vermiş olduğu qeyd olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşı tərəfindən ona həmin vasitələri haradan əldə etməyi barədə soruşduqda o, həmin vasitələri qonşusu Vüsal adlı şəxsdən 40 (qırx) manat pul müqabilində nisyə olaraq alması barədə məlumat vermişdir. Belə ki, onun Vüsal Atakişiyevin adını verməkdə məqsədi törətmiş olduğu cinayət əməli üzrə cinayət məsuliyyətindən azad olmaq olmuşdur. Onun həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini heç kimə satmaq və vermək fikri olmamışdır. O, bir daha qeyd etmişdir ki, birinci dəfə qonşusu Vüsal Atakiyevdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini pay olaraq istəmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə gətirildikdən sonra ona qarşı hər hansı bir zor tədbiq edilməmişdir. O, mobil telefon işlətmədiyindən istifadəsində mobil telefon nömrəsi olmamışdır. Əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəyinə məhkəmə qarşısında söz verir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 14 noyabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 21:30 radələrində onun və digər polis əməkdaşları Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasının girişində tərəflərindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat verib üzərinə rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bu barədə tərtib edilmiş qərarla tanış edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin və psixotrop maddə hesab edilən (patı) metamfetamin olması barədə məlumat vermişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, digər polis əməkdaşları Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X13 bölməsinin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan piston cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofanı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin vaxt baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs həmin sellofanın içərisində nə olduğunu soruşarkən Təqsirləndirilən şəxs sellofanın içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin vasitələri 14 noyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı yataqxanada yaşayan qonşusu tanıdığı, lakin soyadını və ata adını bilmədiyi Vüsal adlı şəxsdən nisyə olaraq 40 (qırx) manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxlaması barədə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin Vüsal adlı şəxslə əvvəllər də birlikdə narkotik vasitə istifadə etməsini demişdir. Baş təhqiqatçı Orxan Məmmədov tərəfindən həmin sellofanın içərisinə baxış keçirərkən 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülü və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükülü aşkar edilmişdir. Həmin 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülünün içərisindən narkotik vasitə olan heroin və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükülünün içərisindən isə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,47 qram və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükümdə olan psixotrop maddə metamfetaminin ümumi çəkisinin isə 0,03 qram olması müəyyən edilmişdir. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümü və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağız bükümü ağ rəngli kağız zərfin içərisinə qoyulduqdan sonra zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi barədə qeydlər aparılmışdır. Zərfin üzəri onun və baxışda iştirak edən iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunsuz əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və predmet olmadığını bildirdikdən sonra Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd 10 (on) manatlıq əskinas aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib etməməsi soruşularkən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 (bir) ədəd 10 (on) manat əskinas heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 və üzürlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid3 məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan şübhəli şəxs qismində dindirmə protokolundan görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olsa da lakin anası X3 ilə birlikdə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında məskunlaşıb yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. O, təxminən 5-6 ay olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 23 dekabr 2023-cü il tarixdə o, yaşadığı Bərdə şəhərindən işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxtdan Bakı şəhəri, Nizami rayon metrostansiyasının yaxınlığında «Balıq Dəryası» adlı mağazada satıcı işləyir. Bakı şəhəri, Nizami rayonu, «Kubinka» deyilən ərazidə fərdi yaşayış evində kirayədə tək olaraq yaşayır. Bakı şəhəri, Subunçu rayon Polis idarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışdılar. Polis bölməsində olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən axtarışa verildiyi üçün saxlanıldığı barədə ona məlumat verilmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları polis şöbəsinə gələrək barəsində şübhəli şəxs qismində axtarışda olmağı barədə məlumat verilmişdir. Axtarışda olmağına səbəb Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan qonşusu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə 14 noyabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı yataqxananın yaxınlığında saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 14 noyabr 2023-cü il tarixdə ondan nisyə olaraq 40 (qırx) manat məbləğində almasını bildirməsi səbəbindən barəsində axtarış elan edilmişdir. 02 fevral 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu rayon polis şöbəsinə gətirib X12 təhvil vermişdilər. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, qonşu kimi münasibətləri yaxşı olmuş, əvvəllər alarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 14 noyabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini o, Təqsirləndirilən şəxs satmamışdır. Belə ki, 14 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində o, yaşadığı yataqxanada tək olan zaman Təqsirləndirilən şəxs onun yanına gələrək ağrılarının olduğunu bildirib ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Həmin vaxt o, üzərində şəxsi istifadəsi üçün saxladığı 1 (bir) ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroini və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamini pay olaraq Təqsirləndirilən şəxs vermişdir. O, həmin vasitələri Təqsirləndirilən şəxs verərkən hər hansı bir məbləğdə pul və ya qiymətli əşya almamışdır. Həmçinin Təqsirləndirilən şəxs ondan həmin vasitələri götürərkən ona hər hansı bir qiymətli əşya və ya pul təklif etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bu barədə pul və ya qiymətli əşya verəcəyinə dair bir söz deməmişdir. Belə ki, Təqsirləndirilən şəxs pay vermiş olduğu qeyd edilən 1 (bir) ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroini və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamini o, 10 noyabr 2023-cü il tarixdə Bərdə şəhəri, Bakı küçəsi ilə yaşadığı yataqxanaya gedərkən yerdə 1 (bir) ədəd bükülü görüb diqqətini cəlb etdiyi üçün götürüb içərisinə baxdıqda 1 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroin və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetamin olduğunu görüb götürmüşdür. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etdiyinə görə həmin vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin vasitələrin üzərindən götürüb tək olaraq yaşadığı evdə heç kim olmadığı vaxtda çəkmə yolu ilə istifadə etmişdir. Həmin vasitələrin qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ondan ağrıları üçün narkotik vasitə istədiyi üçün o, şəxsi istifadəsi üçün üzərində saxladığı həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini pay olaraq vermişdir. O, da narkotik vasitələrdən istifadə etdiyi üçün ağrıları olduğundan Təqsirləndirilən şəxs başa düşüb ağrılarının sakitləşdirilməsi məqsədi ilə həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs pay olaraq vermişdir. 23 dekabr 2023-cü il tarixdə isə işləmək üçün Bakı şəhərinə gedərək polis əməkdaşları tərəfindən saxlanılanadək Bakı şəhəri, Nizami rayon metrostansiyasının yaxınlığında «Balıq Dəryası» adlı mağazada satıcı işləmişdir. Dindirmə istintaq hərəkətinin görüntüsü 1 ədəd DVD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə X7 arasında videoçəkiliş vasitəsi ilə üzləşdirmə keçirilən zaman Rəşad X1 tanıdığını, Vüsal Atakişiyevin yaşadığı Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşadığını, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmadığını və istintaqa vermiş olduğu əvvəlki ifadələrini qismən təsdiq edərək 14 noyabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş qeyd olunan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini X2 pul müqabilində almadığını, həmin vasitələrin Vüsal Atakişiyev tərəfindən pay verildiyini bildirmişdir. Belə ki, 14 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı yataqxanada olan zaman X4 yanına gedərək ağrılarının olduğunu bildirib şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istədiyindən Vüsal Atakişyev üzərində olan 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükümdə psixotrop maddə olan metamfetamini pay olaraq ona vermişdir. O, da Vüsal Atakişiyevdən uzaqlaşdıqdan sonra həmin narkotik vasitələri əynində olan qara rəngli cins şalvarın sağ yan piston cibinə qoyub yaşadığı evə tərəf gedərkən həmin gün yəni, 14 noyabr 2023-cü il tarixdə, saat 21:30 dəqiqədə Bərdə rayon polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şəbəsinə aparılmış, üzərindən aşkar edilərək götürülmüş həmin vasitələri qonşusu Vüsal adlı şəxsdən 40 (qırx) manat pul müqabilində alması barədə məlumat vermişdir. X6 adını verməkdə məqsədi törətmiş olduğu cinayət məsuliyyətindən azad olmaq olmuşdur. Üzləşdirmə zamanı X7 da Təqsirləndirilən şəxs tanıdığını, əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmadığını, 14 noyabr 2023.-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükümdə psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs satmadığını bildirmişdir. Belə ki, 14 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı yataqxanada olan zaman Təqsirləndirilən şəxs onun yanına gələrək ağrılarının olduğunu bildirib narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istədiyindən özü də həmin vasitələrdən istifadə etdiyinə görə arada bir ağrıları olduğundan Təqsirləndirilən şəxs ağrılarını başa düşüb üzərində şəxsi istifadəsi üçün saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini və 1 (bir) ədəd “gümüşü” rəngli siqaret kağızı bükümdə psixotrop maddə olan metamfetamini pay olaraq verdiyini bildirmişdir. Üzləşdirmə istintaq hərəkətinin görüntüsü 1 ədəd DVD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin 15 noyabr 2023-cü il tarixli, 16/1182 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Bərdə şəhəri Bakı küçəsində yerləşən texnikom yataqxanasında yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan kütlə və 01 ədəd siqaret kağızında olan kütlə..» sözləri və imzalar olan kağız paketdəki; - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,385 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. - 1 (bir) ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,028 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 32 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş «şəxsi axtarış və götürmə haqqında» 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 0,47 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 1 (bir) ədəd siqaret kağızı bükümdə ümumi təmiz çəkisi 0,03 qram psixotrop maddə olan metamfetamin götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində olan videogörüntüdə Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 0,47 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 1 (bir) ədəd siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,03 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi öz əksini tapmışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-nin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5970 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayır, subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan 13 yanvar 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanasında yaşayan Vüsal adlı şəxsdən almasını bildirməsi səbəbindən Vüsal adlı şəxsin şəxsiyyəti müəyyən edilərək Ağdam rayonu, Çəmənli kəndinə anadan olmuş, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikom yataqxanasında yaşayan xx.xx.2003-cü il təvəllüdlü X4 olması müəyyən edilmiş və istintaqa təqdim edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və narkotik vasitə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməsi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilməmişdir. İş materiallarında olan 03 fevral 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pamqıqçılıq Texnikomunun yataqxanasında yaşayan X4 narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin, bundan başqa X4 narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və narkotik vasitə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. O cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X7 digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,385 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 14 noyabr 2023-cü il tarixdə saat 21:30 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,385 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsi, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və eyni tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:45-də Bərdə rayon X13 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə qalıq təmiz çəkisi 0,365 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd “gümüşü” rəngli kağız bükümdə qalıq təmiz çəkisi 0,018 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 32,40 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 4 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq Texnikomunun yataqxanası ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə qalıq təmiz çəkisi 0,365 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd “gümüşü” rəngli kağız bükümdə, qalıq təmiz çəkisi 0,018 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 4 ədəd DVD disklər iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-66/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-66/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver