Məhkəmə qərarları › İş №1(021)-67/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-67/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-67/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun qanuni nümayəndəsi X7 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi X4 və onun müdafiəçisi X3 iştirakları ilə, + 20 may 2000-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Аzərbaycan Respublikası vətəndаşı, оrtа təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdam Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığı məhdudlaşdırılmış, 15 aprel 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzası 01 il 01 ay 23 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 7(010)-654/2021 nömrəli qərarı ilə 05 noyabr 2021-ci il tarixdən etibarən cəzasını tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, Bərdə şəhəri ünvan 1 ünvanda yаşаmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi 2 saylı Penitensiar Xidmətdə həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 26 may 2005-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 2 ünvanda yаşаyаn, bаrəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və 15 mart 2006-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 3 ünvanda yаşаyаn, bаrəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək, 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının qapısının şüşəsini küt alətlə sındıraraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 685 (altı yüz səksən beş) manat nağd pul, 36 (otuz altı) manat dəyərində 24 ədəd “GO” markalı spirtli enerji içkisi, 43,20 (qırx üç manat iyirmi qəpik) manat dəyərində 12 ədəd “Kent 4” markalı siqaret və 30,60 (otuz manat altmış qəpik) manat dəyərində 9 ədəd “Winston” markalı siqareti gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 749,80 (yeddi yüz qırx doqquz manat səksən qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Fizuli küçəsində anadan olmuş və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Fatma adlı qadını əvvəllər tanımış və Səttarxan küçəsində yerləşən ərzaq mağazası olduğunu, Pünhan həmin mağazada Fatma xanıma kömək etdiyini, Pünhan və Adil adı ilə tanıdığı Nofəl ilə Bərdə şəhəri Fizuli küçəsində yerləşən internet klubda tanış olduğunu, Nofəl ilə o, internet kulubda olan vaxtı Pünhan onlara yaxınlaşaraq işlədiyi mağazadan yəni Fatma xanıma məxsus olan mağazadan oğurluq etmələrini təklif etmiş, o və Nofəl na etiraz edərək oradan oğurluq etməyəcəklərini demiş, lakin, Pünhan onlara mağazanın qapısının açarının onda olacağını deyərək rahatçılıqla oraya girəcəklərini demiş, onunla razılaşıb 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində razılaşdıları kimi Nofəl, Pünhan və o internet klubunun qarşısında görüşüb həmin mağazanın qarşısına gəlmiş, əvvəlcə Aqil mağazanın qarşısında olan pəncərəni sındırmış, Pünhan cibindən mağazanın qıfılının açarını çıxardıb qapını içəri tərəfindən bağlanmış qıfılı açmış, O, Pünhan və Nofəl ilə birlikdə mağazaya daxil olmuş, Pünhan kassanın yerini bildiyi üçün orada olan pulları və qəpikləri götürmüş, Aqil ilə Nofəl isə 9 ədəd Winston markalı, 12 ədəd Kent markalı siqaret qutuları, 24 ədəd GO spirtli enerji içkiləri götürərək mağazadan çıxıb dəmir yolu xəttinə tərəfə getmiş, orada oğurladıqları malları Aqil bölmüş, təxminən ona 25 manat pul, 3-4 paşka siqaret və 3 ədəd GO enerji içkisi düşmüş, qalan enerji içkilərini orada içdikdən sonra yaşadıqları evə getmişlər. Səhəri günü yəni 13 aprel 2021-ci il tarixdə polis əməkdaşları Aqilin yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Aqil polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və orada hər şeyi olduğu kimi danışdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, oğurluq hadisəsini tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə törətmişdir, oğurluq edən vaxtı onları heç kəs görməmiş, oğurladığı pulu ehtiyacı olduğu üçün xərcləmiş, oğurladıqları əşyalardan qalan 6 ədəd “Winston” markalı siqareti, 6 ədəd “Kent 4” markalı siqareti və 18 ədəd “GO” enerji içkisini polis şöbəsinə təhvil vermişdir. Əməlindən peşman olmuş və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi X7 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu M.Hüseynzadə küçəsində anadan olmuş və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, əsl adının Nofəl olduğunu, lakin Adil adı kimi tanındığını bildirmiş, Fatma adlı qadını əvvəllər tanımış və Səttarxan küçəsində yerləşən ərzaq mağazası olduğunu, Pünhan həmin mağazada Fatma xanıma kömək etdiyini, Pünhan və Aqil ilə Bərdə şəhəri Fizuli küçəsində yerləşən internet klubda tanış olduğunu, Aqil ilə o, internet kulubda olan vaxtı Pünhan onlara yaxınlaşaraq işlədiyi mağazadan, yəni Fatma xanıma məxsus olan mağazadan oğurluq etmələrini təklif etmiş, o və Aqil etiraz edərək oradan oğurluq etməyəcəklərini demiş, lakin, Pünhan onlara mağazanın qapısının açarının onda olacağını deyərək rahatçılıqla oraya girəcəklərini demiş, onunla razılaşıb 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində razılaşdıları kimi Aqil, Pünhan və o internet klubunun qarşısında görüşüb həmin mağazanın qarşısına gəlmiş, əvvəlcə Aqil mağazanın qarşısında olan pəncərəni sındırmış, Pünhan cibindən mağazanın qıfılının açarını çıxardıb qapını içəri tərəfindən bağlanmış qıfılı açmış, O, Pünhan və Aqil ilə birlikdə mağazaya daxil olmuş, Pünhan kassanın yerini bildiyi üçün orada olan pulları və qəpikləri götürmüş, Aqil ilə O isə 9 ədəd Winston markalı, 12 ədəd Kent markalı siqaret qutuları, 24 ədəd GO spirtli enerji içkiləri götürərək mağazadan çıxıb dəmir yolu xəttinə tərəfə getmiş, orada oğurladıqları malları Aqil bölmüş, təxminən ona 25 manat pul, 3-4 paşka siqaret və 3 ədəd GO enerji içkisi düşmüş, qalan enerji içkilərini orada içdikdən sonra yaşadıqları evə getmişlər. Səhəri günü yəni 13 aprel 2021-ci il tarixdə polis əməkdaşları Nofəlin yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Nofəl polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və orada hər şeyi olduğu kimi danışdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o, oğurluq hadisəsini tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə törətmişdir, oğurluq edən vaxtı onları heç kəs görməmiş, oğurladığı pulu ehtiyacı olduğu üçün xərcləmiş, oğurladıqları əşyalardan qalan 6 ədəd “Winston” markalı siqareti, 6 ədəd “Kent 4” markalı siqareti və 18 ədəd “GO” enerji içkisini Aqil polis şöbəsinə təhvil vermişdir. Əməlindən peşman olmuş və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 qanuni nümyəndəsi X4 və müdafiəçisi X3 iştirakları ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Səttərxan küçəsində anadan olmuş və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Fatma adlı qadını əvvəllər tanımış, Səttarxan küçəsində yerləşən ərzaq mağazasında Fatma xanıma kömək etdiyini, Aqil və Adil kimi tanıdığı Nofəl ilə Bərdə şəhəri Fizuli küçəsində yerləşən internet klubda tanış olduğunu, Nofəl ilə Aqil, internet kulubda olan vaxtı Pünhan onlara yaxınlaşaraq işlədiyi mağazadan yəni Fatma xanıma məxsus olan mağazadan oğurluq etmələrini təklif etmiş, Aqil və Nofəl etiraz edərək oradan oğurluq etməyəcəklərini demiş, lakin, Pünhan onlara mağazanın qapısının açarının onda olacağını deyərək rahatçılıqla oraya girəcəklərini demiş, Aqil və Nofəl onunla razılaşıb 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində razılaşdıları kimi Nofəl, Aqil və o internet klubunun qarşısında görüşüb həmin mağazanın qarşısına gəlmiş, əvvəlcə Aqil mağazanın qarşısında olan pəncərəni sındırmış, Pünhan isə cibindən mağazanın qıfılının açarını çıxardıb qapını içəri tərəfindən bağlanmış qıfılı açmış, O, Aqil və Nofəl ilə birlikdə mağazaya daxil olmuş, Pünhan kassanın yerini bildiyi üçün orada olan pulları və qəpikləri götürmüş, Aqil ilə Nofəl isə 9 ədəd Winston markalı, 12 ədəd Kent markalı siqaret qutuları, 24 ədəd GO spirtli enerji içkiləri götürərək mağazadan çıxıb dəmir yolu xəttinə tərəfə getmiş, orada oğurladıqları malları Aqil bölmüş, təxminən ona 25 manat pul, 3-4 paşka siqaret və 3 ədəd GO enerji içkisi düşmüş, qalan enerji içkilərini orada içdikdən sonra yaşadıqları evə getmişlər. Səhəri günü yəni 13 aprel 2021-ci il tarixdə polis əməkdaşları Pünahnın yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Pünhan polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və orada hər şeyi olduğu kimi danışdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, oğurluq hadisəsini tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə törətmişdir, oğurluq edən vaxtı onları heç kəs görməmiş, oğurladığı pulu ehtiyacı olduğu üçün xərcləmiş, oğurladıqları əşyalardan qalan 6 ədəd “Winston” markalı siqareti, 6 ədəd “Kent 4” markalı siqareti və 18 ədəd “GO” enerji içkisini Aqil polis şöbəsinə təhvil vermişdir. Əməlindən peşman olmuş və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Fizuli rayonunda anadan olmuş, hazırda ünvan 7 ünvanında yaşayır və yaşadığı evin qarşısında yerləşən ərzaq mağazası işlədərək ailəsini saxlayır. O. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıdığını və onunla qonşuluqda yaşadığını, Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımadığını, 11 aprel 2021-ci il tarixdə saat 22 radələrində O, mağazanı bağladığını və gündəlik alveri oğlu İlhamla hesablayaraq 4 ədəd yüz manatlıq, 1 ədəd əlli manatlıq, 3 ədəd iyirmi manatlıq, 1 ədəd on manatlıq, 5 ədəd beş manatlıq və 100 ədəd bir manatlıq pul əskinaslarınıpul rezini ilə bağlayıb açarlı dolabın alt hissəsinə qoyduğunu, sonra mağazanın dəmir qapısını qıfıl ilə bağladığını, 12 aprel 2021-ci il tarixdə saa 06 radələrində mağazaya çörək gətirən Zaur adlı şəxsin onu çağıraraq mağazanın giriş qapısının açıq olduğunu dediyini, O, dərhal mağazaya gələrək dolabın alt gözünə qoyduğu 645 (altı yüz qırx beş) manat pulunun və 40 manat dəyərində qəpik pulların, 24 ədəd spirtli GO enerji içkiləri, 12 ədəd kent 4 markalı siqaret qutuları, 9 ədəd Winston markalı siqaret qutularının oğurlandığını, mağazanın qıfıllarını açarla açıldığını, ümumilikdə 794, 50 (yeddi yüz doxsan dörd manat əlli qəpik) manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Səhhəti ilə bağlı növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd edərək təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 24 fevral 2022-ci il tаrixli təqsirləndirilən şəxsin ifаdələrinin yеrində yоxlаnmаsı bаrədə prоtоkоldаn və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. İş materiallarına əlavə edilmiş 14 yanvar 2022-ci il tаrixli təqsirləndirilən şəxsin ifаdələrinin yеrində yоxlаnmаsı bаrədə prоtоkоldаn və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2022-ci il tаrixli təqsirləndirilən şəxsin ifаdələrinin yеrində yоxlаnmаsı bаrədə prоtоkоldаn və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi materiallarına əlavə edilmiş 12 aprel 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bərdə şəhəri Səttərxan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasıdır. İş materiallarına əlavə edilmiş 13 aprel 2021-ci il tarixli material üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri Səttərxan küçəsində yerləşən ərzaq mağazasından 645 (altı yüz qırx beş) manat nağd pulun, 40 manat dəyərində qəpik pulların, 24 ədəd spirtli GO enerji içkilərini, 12 ədəd kent 4 markalı siqareti, 9 ədəd Winston markalı siqareti oğulayan şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olması müəyyən edilərək Bərdə rayon Polis Şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişlər. İş materiallarına əlavə edilmiş 14 aprel 2021-ci il tarixli götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 6 ədəd “Winston” markalı siqaret, 6 ədəd “Kent 4” markalı siqaret və 18 ədəd “GO” enerji içkisi sonuncudan götürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 15 aprel 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış 6 ədəd “Winston” markalı siqaret, 6 ədəd “Kent” 4 markalı siqaret və 18 ədəd “GO” enerji içkisi saxlanılması üçün Zərərçəkmiş şəxs qəbzlə qaytarılımışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın miqdarını müəyyən etmək məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2021ci il tarixli 9/170 nömrəli Məhkəmə-əmtəəşünaslıq rəyindən görünür ki, 24 ədəd “GO” spirtli enerji içkisinin bir ədədinin qiyməti 1,50 manat, ümumi dəyəri 36,00 manat, 12 ədəd “Kent” 4 markalı siqaretin bir ədədinin qiyməti 3,60 manat, ümumi dəyəri 43,20 manat, 9 ədəd “Winston” markalı siqaretin bir ədədinin qiyməti 3,40 manat, ümumi dəyəri 30,60 manat müəyyən edilir. Ümumi dəyəri nəzəri qaydada təxminən 109,80 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 09 fevral 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 18 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 14 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığı məhdudlaşdırılmış, 15 aprel 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzası 01 il 01 ay 23 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 221-ci il tarixli 7(010)-654/2021 nömrəli qərarı ilə Bərdə rayon Məhkəməsinin 1(021)-31/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı ilə qəti olaraq 01 il 01 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 7 ay 2 gün hissəsi 6 ay azaldılmış və qalan 1 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 05 noyabr 2021-ci il tarixdən etibarən tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək, 12 aprel 2021-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının qapısının şüşəsini küt alətlə sındıraraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 685 (altı yüz səksən beş) manat nağd pul, 36 (otuz altı) manat dəyərində 24 ədəd “GO” markalı spirtli enerji içkisi, 43,20 (qırx üç manat iyirmi qəpik) manat dəyərində 12 ədəd “Kent 4” markalı siqaret və 30,60 (otuz manat altmış qəpik) manat dəyərində 9 ədəd “Winston” markalı siqareti gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 749,80 (yeddi yüz qırx doqquz manat səksən qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışması və maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışması və maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışması və maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Beləliklə, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cnayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran haların olmamasını, əvvəllər Ağdam Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığı məhdudlaşdırıldığını, 15 aprel 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzası 01 il 01 ay 23 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 221-ci il tarixli 7(010)-654/2021 nömrəli qərarı ilə 05 noyabr 2021-ci il tarixdən etibarən tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən azad edildiyini, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyini, bununla da yenə də həmin kateqoriyadan olan cinayətin törədilməsini əvvəllər təyin edilmiş cəzanın tam islah məqsədinə çatmadığı qənaətinə gəlib və bütün digər halları qarşılıqlı şəkildə əlaqələndirərək məcmu halında qiymət verib ona cinayət əməllərinin tövsif olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 оğlu 13 aprel 2021-ci il tarixdə saat 21:00 radələrində Bərdə rayon X6 bölməsinin müstəntiqi polis kapitanı X5 tərəfindən Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən şübhəli şəxs qismində tutulmuş, 14 aprel 2021-ci il tаriхdə Mətin Qənbərov tərəfindən o, təqsirləndirilən şəхs qismində cəlb еdilərək həmin maddələrlə ittihаm еlаn еdilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa Təqsirləndirilən şəxs2 оğlu Bərdə Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran haların olmasını, onların yetkinlik yaşına çatmadıqlarını, gənc olmalarını nəzərə alıb onlara cinayət əməllərinin tövsif olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. İş materiallarından görünür ki, 12 fevral 2021-ci il tаriхdə Təqsirləndirilən şəxs1 оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifаyət qədər sübutlаr оlduğu üçün həmin mаddələrlə tərəfimdən təqsirləndirilən şəхs qismində cəlb еdilərək həmin mаddələrdə nəzərdə tutulаn ittihаm оnа еlаn еdilmiş və həmin tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 13 iyun 2021-ci il tаriхdə Təqsirləndirilən şəxs3 оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifаyət qədər sübutlаr оlduğu üçün həmin mаddə ilə İstintaq bölməsinin müstəntiqi polis kapitanı X5 tərəfindən təqsirləndirilən şəхs qismində cəlb еdilərək həmin mаddələrdə nəzərdə tutulаn ittihаm оnа еlаn еdilmiş və həmin tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurladıqları içkilərdən və tütün məmulatlarından Təqsirləndirilən şəxs2 təqdim etdiyi 18 ədəd “GO” markalı spirtli enerji içkisi, 6 ədəd “Kent” 4 markalı siqaret və 6 ədəd “Winston” markalı siqaret cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ümumilikdə 749,80 (yeddi yüz qırx doqquz manat 80 səksən qəpik) manat ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bərdə rayon Polis Şöbəsində 13 aprel 2021-ci il tarixdən 14 aprel 2021ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədviri hökm qanuni qüvvəsini alanadək minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 9 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bərdə şəhəri H.Aslanov küçəsi ev 8 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurladıqları içkilərdən və tütün məmulatlarından Təqsirləndirilən şəxs2 təqdim etdiyi 18 ədəd “GO” markalı spirtli enerji içkisi, 6 ədəd “Kent” 4 markalı siqaret və 6 ədəd “Winston” markalı siqaretin Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ümumilikdə 749,80 (yeddi yüz qırx doqquz manat 80 səksən qəpik) manat ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar