Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-67/2025 23.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, evli, Baytarlıq Xidməti, baytar köməkçisi vəzifəsində işləyən, Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Mustafağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi Bərdə Rayon Məhkəmə baxışında olmasına baxmayaraq təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu, Nazırlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin dekabr ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandırmaqla etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs1 təqaüdünün düzəldilməsinə 7000 (yeddi min) manat müqabilində köməklik edəcəyini bildirib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin dekabr ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa olmayan tarixdə və vaxtda Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən «Oba» marketin içərisində olan «eManat» ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 ona məxsus olan "xxxx" ASC tərəfindən verilmiş 5239 1517 8870 7464 nömrəli kart hesabına köçürdüyü 5500 (beş min beş yüz) manat pulunu, 2023-cü ilin dekabr ayının axırlarında isə dəqiq tarixi və vaxtı istintaqa olmayan tarixdə və vaxtda Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən «Oba» marketin içərisində olan «eManat» ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 ona məxsus olan "xxxx" ASC-i tərəfindən verilmiş 5239 1517 8870 7464 nömrəli kart hesabına köçürdüyü 1500 (bir min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən ümumilikdə 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Bərdə rayonu, Təhlə kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandırmaqla etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs2 qardaşı X6 barəsində Laçın Rayon Məhkəməsində istintaq edilən cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməsinə və cinayət işinə xitam verilməsinə 4000 (dörd min) manat pul müqabilində köməklik edəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək niyyəti ilə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Mollalı kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus 2000 (iki min) manata pulunu, 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus 1500 (bir min beş yüz) manat pulunu, 2024-cü ilin fevral ayının sonlarında dəqiq tarixi və vaxtı istintaqa olmayan tarixdə və vaxtda Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, «Ruzi» marketin içərisində olan «MilliÖn» ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 ona məxsus olan "xxxx" ASC-i tərəfindən verilmiş 5239 1517 8870 7464 nömrəli kart hesabına köçürdüyü 500 (beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. İİ Qarabağ müharibəsi qazisidir, İİİ qrup Qarabağ əlilidir, İİ Qarabağ Müharibəsinin iştirakçısı olduğundan Qubadlının, azad olunmasına görə və “Vətən müharibəsi» iştirakçısı medalları ilə təltif edilmişdir. Rəsmi olaraq Bərdə rayonu, Mustafaağalı kənd Baytarlıq xidmətində baytar köməkçisi vəzifəsində işləyir. Şəmkir rayonu, Yeni yol qəsəbə sakini X11 2011-ci ilin dekabr ayında rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2013-cü il təvəllüdlü X17 var. 2024-cü ilin əvvəlində isə Sevinc Sədirova ilə rəsmi olaraq ayrılmış, hazırda oğlu X24 Sədirova ilə birlikdə yaşayır. 2024-cü ilin aprel ayında Bərdə rayonu, Göyüşlü kənd sakini X2 ilə rəsmi olaraq ailə həyatı qurmuş, lakin övladı yoxdur. Hal-hazırda onunla da nikahları pozulmuşdur. O, hazırkı cinayət işi üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən bir ildir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin dekabr ayı ərzində atası Şahid1 ilə birlikdə ona məxsus olan mobil nömrəyə zəng edərək onunla görüşmək istədiklərini bildirmişlər. Həmin vaxt o, Şahid1 yaşadığı Bərdə rayonu, Mustafaağalı kəndində olduğunu bildirmişdir. Təxminən 2023-cü ilin 7-8 dekabr tarixlərində Şahid1 və oğlu Zərərçəkmiş şəxs1lə Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən «Oba» marketin qarşısında görüşmüşdür. Həmin vaxt Şahid1 ona 2023-cü ilin sentyabr ayında antiteror əməliyyatı zamanı oğlu Zərərçəkmiş şəxs1 yaralanması, bununla əlaqədar olaraq əlil kimi qrup alaraq pensiyaya çıxmaq istədiyini demişdir. O, isə Şahid1 oğlu Zərərçəkmiş şəxs1 əlillik alaraq pensiyaya çıxması üçün köməklik edəcəyini demişdir. Şahid1 ondan İİİ qrup almağına hansı məbləğdə pulu çıxacığını soruşduqdan o, Şahid1 özünün İİİ qrup almağına təxminən 7200 manat xərci çıxdığını demişdir. O, Hüseynalı ilə birlikdə 2023-cü ilin dekabr ayında Bakı şəhərinə hərbi hospitala getmiş, orada Hüseynalıya bir neçə həkim baxışında olmuş, lakin Hüseynalıya əlillik təyin olunması üçün hər hansı bir sənəd verilməmişdir. Bundan sonra Hüseynalı ilə birlikdə Bərdə rayonuna qayıtmışdır. Bir müddət sonra Şahid1 ona zəng edərək oğluna bələdçi kimi köməklik etməyini istəmişdir. O, Şahid1 təkrarən özünə sənəd düzəldərkən 7200 manat pulu çıxdığını demişdir. Bundan sonra İlham 5500 manat pulu olduğunu və əlavə nə xərci çıxarsa ödəyəcəyini demişdir. Buna görə də o, "xxxx"a mənsub özünə məxsus 5239 1517 8870 7464 saylı bank hesab nömrəsini Hüseynalıya göndərdiyi üçün Hüseynalı həmin kart hesab nömrəsinə təxminən 2023-cü ilin dekabr ayının ortalarında 5500 (beş min beş yüz) manat pul göndərdikdən sonra Hüseynalı ilə birlikdə 2023-cü ilin dekabr ayının axırlarında təkrarən Bakı şəhərinə hərbi hospitala getmişdir. Hüseynalı ilə birlikdə həmin hərbi hospitalda işləyən adlarını bilmədiyi həkimlərin yanına getmişdir. Orada Hüseynalıya sənəd vermələri üçün adlarını bilmədiyi, lakin üzdən tanıya biləcəyi həkimlərə Hüseynalının yanında pul vermiş və bir neçə həkimə ümumilikdə 5500 manat pul vermişdir. Lakin Hüseynalı onun nə qədər pul verməyini görməmiş və bu barədə Hüseynalı bilməmişdir. Belə ki, Hüseynalının tibbi sənədlərini həkimlərə göstərərkən sənədlərin arasında 600-700-1200 və xatırlamadığı məbləğlərdə həkimlərə pul vermişdir. Orada ona adlarını xatırlamadığı həkimlər 20 gün ərzində məlumat verəcəklərini dedikləri üçün Hüseynalı ilə birlikdə Bərdə rayonuna qayıtmışdır. Bərdə rayonunda olarkən 2023-cü ilin dekabr ayının axırlarında Hüseynalı 1500 manat pulu onun "xxxx"a mənsub olan həmin 5239 1517 8870 7464 saylı bank hesab nömrəsini göndərmişdir. Təxminən bir ay sonra yəni, 2024-cü ilin yanvar ayında hərbi hospitala Hüseynalını yenidən Bakı şəhərinə dəvət etdikləri üçün birlikdə Bakı şəhərinə getmişlər. Orada xatırlamadığı həkimlər travmatologiya şöbəsində sənədlərdə problem olduğunu bildirdikləri üçün o, Hüseynalı ilə birlikdə yenidən Bərdə rayonuna qayıtmışdır. Buna görə də Bərdə rayonunda bir neçə dəfə həkim yanında olmuş və yenidən hərbi hospitala qayıtmışdır. Bununla əlaqədar olaraq Hüseynalıya travmatologiya sahəsində sənəd düzəltmək üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən travmatologiya institutuna getmiş və orada adını xatırlamadığı həkimə Hüseynalıya tramatologiya ilə bağlı sənəd verməsi üçün 1500 manat pul vermiş və sənədi götürmüşdür. Lakin o, 1500 manat pulu verən zaman Hüseynalı görməmişdir. Bandan sonra Hüseynalıya əlilliyin düzəlməsi üçün psixatriya mərkəzində 10 gün yatmalı olduğunu demiş, lakin Hüseynalı yatmaq istəmədiyini və ondan şikayət edəcəyini bildirmişdir. 2023cü ilin dekabr ayının ortalarında 5500 manat pulu Zərərçəkmiş şəxs1 onun "xxxx"a mənsub olan 5239 1517 8870 7464 saylı bank hesab nömrəsinə göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 1500 manat pulu 2023-cü ilin dekabr ayının axırlarında onun 5239 1517 8870 7464 saylı bank hesab nömrəsinə göndərmişdir. Zərərçəkmiş şəxs1 yanında adları bilmədiyi həkimlərə getdikləri Bakı şəhərində yerləşən hərbi hospitalda ümumilikdə 7000 manat pulu hissə-hissə olaraq vermiş və Zərərçəkmiş şəxs1 bəzi sənədlər almış, lakin pul verən zaman Hüseynalının pulu həkimlərə verdiyini görməmişdir. O, Hüseynalıya aid sənədlərin arasında pulları adlarını xatırlamadığı həkimlərə vermişdir. O, Zərərçəkmiş şəxs1 təqaüd alması üçün əlavə Hüseynalıdan hər hansı məbləğdə pul almamış, lakin Hüseynalı Bakı şəhərinə birlikdə getmələri ilə bağlı yol haqqın xərclərini ödəmişdir. O, Zərərçəkmiş şəxs1 təqaüd düzəldə biləcəyini bildirib, ümumilikdə 7000 manat pulu almış, lakin düzəldə bilmədiyi üçün 7000 manat pulu qaytara bilməmişdir. Bundan başqa o, təxminən 2024-cü ilin yanvar ayının əvvəlində taksi fəaliyyəti ilə məşğul olan qardaşı Mahirin vasitəsi ilə Zərərçəkmiş şəxs2 tanımışdır. Sonradan o, bildiyinə görə Zərərçəkmiş şəxs2 qardaşı X22 Federasiyasında narkotik vasitəsi ilə əlaqədar barəsində cinayət işi olduğu üçün qaçıb Azərbaycan Respublikasına getmişdir. Zərərçəkmiş şəxs2 da qardaşı Şəmsi Xadırovun barəsində Rusiya Federasiyasının Xabarovski şəhərində olan cinayət işinin Laçın rayon polis şöbəsinə gəlməsi barədə ona məlumat verdikdən sonra o, Zərərçəkmiş şəxs2 qardaşı Şəmsi Xıdırovun tutulmaması üçün və cinayət işinə xitam verilməsinə köməklik göstərəcəyini bildirib bunun müqabilində Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşdıqdan sonra 2024-cü ilin fevral ayının əvvəllərində Bərdə rayonu, Mollalı kəndi ərazisində Şamil onunla görüşüb 2000 manat pulu ona vermişdir. Bundan təxminən 4-5 gün sonra Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində Zərərçəkmiş şəxs2 onunla yenidən görüşüb 1500 manat pulu ona vermişdir. 2024-cü ilin fevral ayının axırlarında isə o, mobil telefonunun «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə "xxxx" ASC-yə mənsub özünə məxsus olan 5239 1517 8870 7464 saylı bank hesab nömrəsini Zərərçəkmiş şəxs2 «WhatsApp» sosial şəbəkəsinə göndərdikdən sonra Şamil həmin bank kart hesab nömrəsinə 500 manat pulu «MilliÖn» ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Hal-hazırda o, 4000 manat məbləğində almış olduğu pulu tam şəkildə Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Nazırlı kəndində yaşayır. O, heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bərdə rayonu, Mustafaağalı kənd sakini Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatında iştirak etmiş və həmin vaxt sağ ayaq nahiyəsindən xəsarət almışdır. Həmin vaxt xəsarət almağı ilə bağlı sənədlərini düzəldə bilmədiyi üçün əlillik dərəcəsini ala bilməmişdir. Bu səbəbdən sonradan əlillik sənədlərinin düzəldilməsi üçün ona kömək edə biləcək şəxs axtarmışdır. Həmin ərəfələrdə atası Şahid1 tanışı Bərdə rayonu, Bala Göyüşlü kəndində yaşayan Qüdrət adlı şəxsin yeznəsi Elçin adlı şəxsin təqaüd düzəldə bilməsini eşitdiyi üçün Qüdrətə mobil telefon vasitəsi ilə zəng edərək yeznəsi Elçinin bu işləri həll edib etməməsini soruşmuşdur. Qüdrət isə atası İlhama yeznəsi Elçinlə danışaraq bunun dəqiqləşdirəcəyini demişdir. Həmin gün axşam saatlarında Qüdrət atası İlhama zəng edərək Elçinlə danışdığını bu işlərdə Elçinin köməklik edə biləcəyini demişdir. Həmin vaxtdan bir gün sonra o, atası İlhamla birlikdə Təqsirləndirilən şəxs ilə Bərdə rayonu, Mustafağalı kəndində görüşmüşdür. Təqsirləndirilən şəxs gəlmiş olduğu markasını xatırlamadığı avtomobildə olduqları zaman ona təqaüd düzəldə biləcəyini, bunun müqabilində ondan 7000 manat pul alacağını demişdir. Həmin vaxt o, atası İlham ilə birlikdə Təqsirləndirilən şəxsla razılaşmış və növbəti gün təxminən 12 dekabr 2023-cü il tarixdə qardaşı X13 Bakı şəhəri ərazisində yerləşən Azərbaycan Beynəlxalq bankından öz adına 7000 manat pulu kredit götürüb ona göndərmişdir. O, Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə danışıb 7000 manat pulun hazır olduğunu bildirən zaman Elçin əvvəlcə 5500 manat pulu göndərməyini bildirib mobil telefon vasitə ilə ona xatırlamadığı kart hesab nömrəsi göndərmişdir. O, da atası İlham ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən «Oba» marketə gedib marketin içərisinə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 5500 manat pulu göndərmişdir. Təxminən 10 gün sonra 2023cü ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs 1500 manat pulu göndərməyini bildirdiyi üçün o, atası İlham ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən «Oba» marketə gedib marketin içərisinə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə Elçinin ona göndərmiş olduğu bank kart hesab nömrəsinə 1500 manat pulu göndərmişdir. Həmin ərəfədə o, Elçinin ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlamış və Elçinlə birlikdə bir neçə dəfə Bakı şəhərində yerləşən hərbi hospitala getmişdir. Elçin hər dəfə bir neçə ay müddətində işin həll edəcəyini demişdir. Sonuncu dəfə Elçin ondan 15 gündə gözləməyini xahiş etmişdir. O, Elçinin Salahovun onun vermiş olduğu qeyd olunan işi həll edə bilmədiyini görüb 7000 manat pulunu tələb etmişdir. X7 aldatdığını görüb xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon polis şöbəsinə şikayət ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs 5500 pulu 2023-cü ilin dekabr ayının ortalarında Bərdə rayonu, Mustafaağalı kəndində «Oba» marketdə olan terminal vasitəsi ilə 1500 manat pulu isə 2023-cü ilin dekabr ayının axırlarında göndərmişdir. Lakin qəbzləri saxladığı yeri unutduğundan həmin qəbzləri istintaqa təqdim edə bilməmişdir. O, Təqsirləndirilən şəxs ona təqaüd düzəldəcəyi vədini verdiyinə görə 2023-cü ilin dekabr ayında xatırlamadığı gündə 5500 manat və 1500 manat olmaqla, ümumilikdə 7000 manat pulu Elçinin ona göndərmiş olduğu bank kart hesab nömrəsinə Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən «Oba» marketə quraşdırılmış ödəmə terminalı vasitə ilə göndərmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 7000 manat pulun kart hesab nömrəsinə köçürülməsi barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs onun yanında Bakı şəhərində yerləşən hərbi hospitalda həkimlərin yanına birlikdə otağa daxil olmuş, həmin vaxt Elçin onu həkimlərə təqdim etdikdən sonra çöldə gözləməyini demişdir. Təqsirləndirilən şəxs otaqdan çölə çıxdıqdan sonra həkimlərə pul verib-verməməsini görməmiş, Elçin ona hansı məbləğdə həkimlərə pul verməsini ona deməmiş, o, həkimlərin adlarını bilməmişdir. Belə ki, Elçin bu barədə ona bir söz deməmişdir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Təhlə kəndində yaşayır. O, yaşadığı kənddə fərdi təsərrüfatla məşğul olur. O, özünə məxsus mal-qara saxlayır. Bərdə rayonu, Mustafaağalı kənd sakini Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının əvvəlindən tanıyır. Belə ki, 2019-cu ilin oktyabr ayında qardaşı X1 Federasiyasının Xabarovski şəhərində narkotiklə tutulduğu üçün orada məhkəməsi olduqdan sonra qardaşı Şəmsi Xıdırov yaşadığı Təhlə kəndinə gəldikdən sonra Rusiya Federasiyasının Xabarovski məhkəməsindən 2019-cu ilin noyabr ayında qeydiyyatda olduğu Laçın rayon polis şöbəsinə bildiriş gəlmişdir. Həmin bildirişdə qardaşı X9 məhkəməsində tutulması ilə bağlı cinayət işi olduğu üçün yenidən qardaşı Şəmsi Xabarovski şəhərinə göndərilməsi göstərilmişdir. Buna görə də qardaşı Şəmsi Laçın rayon polis şöbəsinə dəvət edilmişdir. Həmin ərəfədə yəni, 2019-cu ilin qış aylarında Təqsirləndirilən şəxs Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan qardaşı Mahir ilə tanış olmuşdur. Belə ki, o, 2019-cu ildə Mustafaağalı kəndində fermada işləyərkən Mahir taksi fəaliyyəti ilə məşğul olduğu üçün o, Mahirin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı «Opel» minik markalı avtomobil ilə əvvəlcə yaşadığı Bərdə rayonu, Mollalı kəndinə gedib gələrkən tanış olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəlində Rusiya Federasiyasının Xabarovski polis idarəsindən qardaşı Şəmsi Xıdırovun barəsində olan cinayət işi Laçın rayon polis şöbəsinə göndərilmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs qardaşı Mahirin idarə etdiyi avtomobil ilə gedib gələrkən aralarında olan söhbət əsnasında qardaşı Şəmsinin barəsində Laçın rayon polis şöbəsində araşdırılma aparılması barədə məlumat vermişdir. Mahir də ona qardaşı Təqsirləndirilən şəxs müharibə iştirakçısı, qazi və dövlət qurumlarında əlaqələrinin olduğunu bildirib qardaşı Şəmsinin işi ilə bağlı Elçinin ona köməklik göstərə biləcəyini bildirmişdir. Buna görə də Mahir onu Elçinlə 2024-cü ilin yanvar ayının əvvəlində yaşadıqları Mustafaağalı kəndinin ərazində tanış etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra o, qardaşı Şəmsinin işi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs da adlarını bildirmədiyi məhkəmə orqanlarında tanışlarının olduğunu və ona qardaşı Şəmsinin işi ilə bağlı köməklik edəcəyini bildirmişdir. Belə ki, Elçin ona özünün qazi olduğunu və əlaqələrinin geniş olmasını bildirib qardaşı Şəmsinin tutulmaması və qardaşının barəsində olan cinayət işinə xitam verilməsi üçün adlarını bildirmədiyi məhkəmə orqanına pul verəcəyini bildirib 4000 manat pul istəmişdir. Həmin vaxt yanlarında Elçinin qardaşı Mahir olmuşdur. O, Təqsirləndirilən şəxsla orada razılaşdıqdan sonra 2024-cü ilin fevral ayının əvvəlində Bərdə rayonu, Mollalı kəndi ərazisində Təqsirləndirilən şəxs və Mahir ilə görüşən zaman 2000 manat pulu Mahirin yanında Təqsirləndirilən şəxs özünə vermişdir. Bundan təxminən 4-5 gün sonra Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində Təqsirləndirilən şəxsla görüşüb 1500 manat pulu vermişdir. Həmin vaxt yanlarında hər hansı bir şəxs olmamışdır. Bundan təxminən 10 gün sonra yəni, 2024-cü ilin fevral ayının axırlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə "xxxx" ASC-yə mənsub xatırlamadığı bank hesab nömrəsini göndərib 500 manat pulu həmin kart hesabına göndərməyini bildirdiyi üçün o, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin içərisində quraşdırılmış «MilliÖn» terminal vasitəsi ilə 500 manat pulu Elçinin ona göndərmiş olduğu bank kart hesab nömrəsinə göndərmişdir. Bu barədə Təqsirləndirilən şəxs zəng edib 500 manat pulu kart hesab nömrəsinə göndərməyi barədə məlumat vermişdir. 2024-cü ilin iyun ayında qardaşı Şəmsi Xıdırovun barəsində olan cinayət işi ilə əlaqədar Laçın Rayon Məhkəməsindən bildiriş gəldikdən sonra o, Təqsirləndirilən şəxs qardaşı Şəmsinin işi ilə bağlı heç bir iş görmədiyini görüb Elçinin onu aldatdığını başa düşüb 4000 manat pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə ona pulunun olmadığını bildirsə də lakin o, dəfələrlə Elçindən pulunu tələb etdiyi üçün 2024-cü ilin avqust ayında 4000 manat puldan 1800 manat pulu geri qaytarmış, qalıq 2700 manat pulu isə qaytaracağına söz vermişdir. Bundan təxminən 2 ay sonra yəni, 2024-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs qardaşı Şəmsi Xıdırovun xatırlamadığı kart hesab nömrəsinə 400 manat pulu göndərmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs qalıq 1800 manat pulunu geri qaytarmasını tələb etsə də lakin Təqsirləndirilən şəxs onun 1800 manat pulu qaytarmamışdır. Buna görə də o, 08 yanvar 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu pulu tələb etməyi və Elçinin pulu qaytaracağı barədə özünə məxsus «Redmi 12» markalı mobil telefonunun «VhatsApp» sosial şəbəkəsində yazışmaları və səs yazıları vardır. Həmin yazışmaları və səs yazılarını istintaqa təqdim edə biləcəyini bildirsə də lakin 2024-cü ilin fevral ayının axırlarında o, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin içərisində quraşdırılmış «MilliÖn» terminal vasitəsi ilə 500 manat pulu Təqsirləndirilən şəxs göndərməyi barədə qəbzi itirdiyi üçün həmin qəbzi istintaqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ondan hissəhissə olmaqla 4000 manat pulu alarkən adlarını bildirmədiyi şəxslərə verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs qardaşı Şəmsi Xıdırova məxsus hər hansı bir sənəd təqdim etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qardaşı X19 Federasiyasının Xabarovski şəhərindən 2024-cü ilin yanvar ayında Laçın rayon polis şöbəsinə göndərilmiş cinayət işi ilə bağlı qardaşının tutulmamasının və qardaşı Şəmsinin barəsində olan cinayət işinə xitam verilməsi barədə ona özünün qazi olmasını və əlaqələrinin geniş olmasını bildirib ondan ümumilikdə 4000 manat pulu almışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Nazırlı kəndində yaşayır. O, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun doğma oğludur. xx.xx.2024-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bərdə rayonu, Mustafaağalı kənd sakini Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs Bərdə rayonu, Bala Göyüşlü kəndində yaşayan tanıdığı Qüdrət adlı şəxsin yeznəsidir və Təqsirləndirilən şəxs Qüdrətin vasitəsi ilə tanımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında oğlu Hüseynalı antiterror əməliyyatında iştirak etdiyi üçün sağ ayaq nahiyəsindən xəsarət almışdır. Hüseynalının almağı ilə bağlı sənədlərini düzəldə bilmədiyi üçün əlillik dərəcəsini ala bilməmişdir. Bu səbəbdən sonradan əlillik sənədlərinin düzəldilməsi üçün kömək edə biləcək şəxs axtarmışdır. Həmin ərəflərdə tanışı Bərdə rayonu, Bala Göyüşlü kəndində yaşayan Qüdrət adlı şəxsin yeznəsi Elçin adlı şəxsin təqaüd düzəldə bilməsini eşitdiyi üçün Qüdrətə mobil telefon vasitəsi ilə zəng edərək yeznəsi Elçinin bu işləri həll edib etməməsini soruşmuşdur. Qüdrət də ona yeznəsi Elçinlə danışaraq bunun dəqiqləşdirəcəyini demişdir. Həmin gün axşam saatlarında Qüdrət ona zəng edib Elçinlə danışdığını bu işdə Elçinin bizə köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxtdan bir gün sonra o, oğlu Hüseynalı ilə birlikdə Təqsirləndirilən şəxsla Bərdə rayonu, Mustafağalı kəndində görüşmüşdür. Təqsirləndirilən şəxs gəlmiş olduğu markasını xatırlamadığı avtomobildə olduqları zaman Hüseynalıya təqaüd düzəldə biləcəyini, bunun müqabilində onlardan 7000 manat pul alacağını demişdir. Həmin vaxt o, oğlu Hüseynalı ilə birlikdə Təqsirləndirilən şəxsla razılaşmış və növbəti gün təxminən 12 dekabr 2023-cü il tarixdə digər oğlu X13 Bakı şəhəri ərazisində yerləşən Azərbaycan Beynəlxalq bankından öz adına 7000 manat pulu kredit götürüb ona göndərmişdir. Hazırda isə oğlu Emil Mehtiyev hərbi xidmətdədir. Həmin ərəfədə oğlu Emil Mehtiyev Bakı şəhərində oxumuş və ATF şirkətində mühəndis işləmişdir. Bundan sonra oğlu Hüseynalı Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə danışıb 7000 manat pulun hazır olduğunu bildirən zaman Elçin əvvəlcə 5500 manat pulu göndərməyini bildirib mobil telefon vasitə ilə Hüsenyalıya xatırlamadığı kart hesab nömrəsini göndərmişdir. O, da Hüseynalı ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən «Oba» marketə gedib marketin içərisinə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə 5500 manat pulu göndərmişdir. Təxminən 10 gün sonra 2023-cü ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs 1500 manat pulu göndərməyini bildirdiyi üçün o, yenidən oğlu Hüseynalı ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən «Oba» marketə gedib marketin içərisinə «eManat» ödəmə terminalı vasitəsi ilə Elçinin Hüseynalıya göndərmiş olduğu kart hesab nömrəsinə 1500 manat pulu göndərmişdir. Həmin ərəfədə oğlu Hüseynalı Elçinin ***-***-**- **, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlamış və Elçinlə birlikdə bir neçə dəfə Bakı şəhərində yerləşən hərbi hospitala getmişdir. Elçin hər dəfə bir neçə ay müddətində işin həll edəcəyini demişdir. Sonuncu dəfə Elçin Hüseynalıdan 15 gün gözləməyini xahiş etmişdir. X5 vermiş olduğu qeyd olunan işi həll edə bilmədiyini görüb 7000 manat pulu tələb etmişdir. X16 Hüseynalını aldatdığını görüb Hüseynalı xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon polis şöbəsinə şikayət ərizə ilə müraciət etmişdir. Hüseynalı Təqsirləndirilən şəxs 5500 pulu 2023-cü ilin dekabr ayının ortalarında, 1500 manat pulu isə 2023-cü ilin dekabr ayının axırlarında Bərdə rayonu, Mustafaağalı kəndində «Oba» marketdə olan terminal vasitəsi ilə göndərmişdir. Hüseynalının Təqsirləndirilən şəxs göndərmiş olduğu 5500 manat və 1500 manat pulun qəbzlərini itirdiyi üçün istintaqa təqdim edə bilməmişdir. Salahov X4 təqaüd düzəldəcəyi vədini verdiyinə görə 2023-cü ilin dekabr ayında ümumilikdə 7000 manat pulu Elçinin Hüseynalıya göndərmiş olduğu kart hesab nömrəsinə Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən «Oba» marketə quraşdırılmış ödəmə terminalı vasitə ilə göndərmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 7000 manat pulun kart hesab nömrəsinə köçürülməsi barədə Hüseynalıya məlumat vermişdir. Təqsirləndirilən şəxs Hüseynalının yanında Bakı şəhərində yerləşən hərbi hospitalda həkimlərin yanına birlikdə otağa daxil olurmuş, həmin vaxt Elçin Hüseynalını həkimlərə təqdim etdikdən sonra çöldə gözləməyini demiş, Təqsirləndirilən şəxs otaqdan çölə çıxdıqdan sonra həkimlərə pul verdiyini, lakin Elçinin hansı məbləğdə pul verməyini Hüseynalıya deməmişdir. O, Hüseynalının Bakı şəhərində görüşdüyü həkimlərin adlarını bilmir. Belə ki, Təqsirləndirilən şəxs bu barədə ona və Hüseynalıya bir söz deməmişdir. İş üzrə şahid qismində dindirilmiş, Şahid2 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi qazisidir, İİİ qrup Qarabağ əlilidir, İİ Qarabağ Müharibəsinin iştirakçısı olduğundan Qubadlının, azad olunmasına görə və “Vətən müharibəsi» iştirakçısı medalları ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayonu, Mustafaağalı kənd Baytarlıq xidmətində baytar köməkçisi vəzifəsində işləyir. Bərdə rayonu, Nazırlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Bərdə rayonu, Təhlə kəndində yaşayan Zərərçəkmiş şəxs2 tanıyır, həmin şəxslərlə aralarında ədavətləri və ya düşməçilikləri yoxdur. O, 2019-cu ilin qış aylarında taksi fəaliyyəti ilə məşğul olarkən yaşadığı kənd ərazisində fermada Zərərçəkmiş şəxs2 işlədiyi üçün idarə etdiyi «Opel» minik markalı avtomobil ilə əvvəlcə yaşadığı Bərdə rayonu, Mollalı kəndinə gedib gələrkən Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. 2024-cü ilin yanvar ayının əvvəlində Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə gedib gələrkən aralarında olan söhbət əsnasında Zərərçəkmiş şəxs2 ona 2024-cü ilin yanvar ayının əvvəlində Rusiya Federasiyasının Xabarovski polis idarəsindən qardaşı Şəmsi Xıdırovun barəsində olan cinayət işinin Laçın rayon polis şöbəsinə göndərilməsi və Laçın rayon polis şöbəsində araşdırılma aparılması barədə məlumat vermişdir. O, da qardaşı Təqsirləndirilən şəxs müharibə iştirakçısı və qazi olması barədə bildirib qardaşı Şəmsinin işi ilə bağlı Elçinin köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra o, 2024-cü ilin yanvar ayının əvvəlində yaşadığı Mustafaağalı kəndinin ərazində qardaşı Elçin ilə Zərərçəkmiş şəxs2 tanış etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra qardaşı Şəmsinin işi barədə Elçinə məlumat vermişdir. Sonradan isə qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan danışıqlar barədə məlumatı olmamış və bu barədə maraqlanmamışdır. Lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs barəsində Bərdə rayon polis şöbəsinə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təqaüd düzəldəcəyini vəd verib ümumilikdə 7000 (yeddi min) manat pulunu alması, Zərərçəkmiş şəxs2 isə qardaşı X6 barəsində Laçın Rayon Məhkəməsində istintaq edilən cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməsinə və cinayət işinə xitam verilməsinə köməklik edəcəyini Zərərçəkmiş şəxs2 bildirib ümumilikdə 4000 (dörd min) manat pul alması barədə məlumatı olmuşdur. Qeyd etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə Zərərçəkmiş şəxs1 ümumilikdən 7000 (yeddi min) manat və Zərərçəkmiş şəxs2 isə ümumilikdə 4000 (dörd min) manat pul alması barədə əvvəlcədən məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 almış olduğu ümumilikdə 7000 (yeddi min) manat pulu və Zərərçəkmiş şəxs2 almış olduğu ümumilikdə 4000 (dörd min) manat pulu hər hansı bir şəxsə verməsi barədə məlumatı yoxdur. Qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 almış olduğu 4000 (dörd min) manat puldan sonradan 2200 (iki min) manat pulu hissə-hissə ödəsə də qalıq 1800 (bir min səkkiz yüz) manat pulu ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs2 qardaşı Şamilin barəsində şikayət etmişdir. Eyni zaman da qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 almış olduğu ümumilikdə 7000 (yeddi min) manat pulu ödəyə bilmədiyi üçün Zərərçəkmiş şəxs1 Elçinin barəsində Bərdə rayon polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 veriləcək 7000 (yeddi min) manat puldan 3000 (üç min) manat ödənilsə də 4000 (dörd min) manat pul qalıq qalmışdır. Zərərçəkmiş şəxs2 isə ödəniləcək 1800 (bir min səkkiz yüz) manat puldan 800 (səkkiz yüz) manat pul ödənilsə də 1000 (bir min) manat pul qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə cəlb edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdən daxil olmuş 21 yanvar 2025-ci il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 29 saylı arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat X10 Dost Mərkəzinin 06 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və məşğulluq» altsisteminə əsasən qeyd olunan müəssisədə xx.xx.2022-ci il tarixindən sosial işçi-baytar köməkçi vəzifəsində işləyir və xx.xx.2025-ci il tarixinə əmək müqaviləsi qüvvədədir. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının axırlarında Bərdə rayonu, Nazırlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 təqaüd düzəltməsi adı ilə ümumilikdə 7000 (yeddi min) manat pulunu ələ keçirdikdən sonra Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Travmatologiya İnstitutunda hər hansı bir şəxsə pul verməsi faktı müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının sonlarında Bərdə rayonu, Təhlə kəndində yaşayan Zərərçəkmiş şəxs2 qardaşı X6 barəsində Laçın Rayon Məhkəməsində istintaq edilən cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməsinə və cinayət işinə xitam verilməsinə köməklik edəcəyini bildirib 4000 (dörd min) manat pulunu ələ keçirdikdən sonra hər hansı bir şəxsə pul verməsi faktı müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs dələduzluq etməsi barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs bundan başqa digər hər hansı bir cinayət əməlinin törədilməsində iştirak etməsi müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 25 yanvar 2025-ci il tarixli «Maddi ziyanın qismən ödənilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid2, 25 yanvar 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə gələrək qardaşı Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının əvvəllərindən, 2024-cü ilin fevral ayının sonunadək iş üzrə Zərərçəkmiş şəxs2 qardaşı X6 Laçın rayon Məhkəməsində istintaq edilən cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməsinə və cinayət işinə xitam verilməsinə vəd verərək Zərərçəkmiş şəxs2 aldığı ümumilikdə 4000 (dörd min) manat puldan qalıq qalmış 1800 (bir min səkkiz yüz) manat puldan 800 (səkkiz yüz) manat pulu gətirib ödəmək istədiyini bildirməklə 800 (səkkiz yüz) manat pulu təqdim etdiyindən Zərərçəkmiş şəxs2 həmin maddi ziyanı qəbul etmək istədiyini bildirdiyi üçün 25 yanvar 2025-ci il tarixdə qeyd edilən 800 ( səkkiz yüz) manat pul sayılıb Zərərçəkmiş şəxs2 verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizəyə və CD diskə əsasən Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyan tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hal-hazırda zərərçəkmiş şəxsin hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş 25 yanvar 2025-ci il tarixli «Maddi ziyanın qismən ödənilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid2, 25 yanvar 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsində qardaşı Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının əvvəllərindən, 2023-cü ilin dekabr ayının sonunadək iş üzrə Zərərçəkmiş şəxs1 təqaüdünün düzəldilməsinə köməklik edicəyinə vəd verərək Zərərçəkmiş şəxs1 aldığı 7000 (yeddi min) manat puldan, 3000 (üç min) manat pulu ödəmək istədiyini bildirməklə 3000 (üç min) manat pulu təqdim etdiyindən Zərərçəkmiş şəxs1 həmin maddi ziyanı qəbul etmək istədiyini bildirdiyi üçün 25 yanvar 2025-ci il tarixdə qeyd edilən 3000 (üç min) manat pul sayılıb Zərərçəkmiş şəxs1 verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsi X12 şəbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 115 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrə xbt-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyindən əziyət çəkməsinə baxmayaraq həmin xəstəlik mülayim ifadəli olduğundan onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini dərk etmək və ya idarə etmək iqtidarında olmuş və hal-hazırda da iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs keçirdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.1 xəstəlik mülayim ifadəli olduğundan onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs – xx xxxxxx 1988-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, azərbaycanlıdır, orta-ixtisas təhsillidir, evlidir, Bərdə rayonu, Mustafaağalı kənd Baytarlıq xidmətində baytar köməkçisi vəzifəsində işləyir, məhkumluğu yoxdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun 31 yanvar 2025-ci il tarixli, 4 (021)-18/2025 saylı qərarı ilə «Ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir, yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.13, 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişlər şəxslər Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, digər Zərərçəkmiş şəxs1 isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, təqsirləndirilən şəxsin vətən müharibəsi iştirakçısı olması, vətən müharibəsi iştirakçısı medalı və Qubadlının azad olunması medalları ilə təltif olunması cəzasını yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(021)-33/2025 saylı hökmünə əsasən təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 1(021)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu iki gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu iki gün və xx.xx.2025-ci il tarixdən hal-hazıradək ev dustaqlığında olduğu 09 ay 07 gün bir günə iki gün olmaqla, hal-hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu, Mustafaağalı kəndi ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(021)-33/2025 saylı hökmünə əsasən təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 1(021)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu iki gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu iki gün və xx.xx.2025-ci il tarixdən hal-hazıradək ev dustaqlığında olduğu 09 ay 07 gün bir günə iki gün olmaqla, hal-hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 05 ay 08 müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu, Mustafaağalı kəndi ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmənin əvvəli qeydiyyata alındığı vaxtdan hesablansın. Ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-67/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-67/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver