Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-68/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının ortalarında ünvan 3 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin mətbəxində 1 (bir) ədəd gül dibçəyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİ və İİİ siyahılarına əsasən xeyli miqdarda, yəni, 5 (beş) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 0.36 qram olan narkotik təbiətli çətənə (kannabis) bitki şitillərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmiş, həmçinin satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.129 qram və 0.144 qram olmaqla ümumi təmiz çəkisi 0.273 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamış, 05 dekabr 2023-cü il tarixdə, saat 11:30 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 fərdi yaşayış evinə arvadı Şahid4 iştirakı ilə baxış keçirilən zaman evin mətbəx otağından Təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilmiş 1 (bir) ədəd gül dibçəyində xeyli miqdarda, yəni, 5 (beş) ədəd, ümumi təmiz çəkisi yaş vəziyyətdə 0.36 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və evin mətbəx otağında yerləşən divan örtüyünün alt hissəsindən 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.129 qram və 0.144 qram olmaqla ümumi təmiz çəkisi 0.273 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Mürvət Nəsirov küçəsi, ev 4 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Evlidir, 2002-ci il təvəllüdlü, X4, 2004-cü il təvəllüdlü X6 və 2010-cu il təvəllüdlü X8 vardır. X4 və X6 2023-cü ilin iyul ayında hərbi xidmətə getdiklərindən hazırda «N» saylı hərbi hissədə qulluq edirlər. O, əvvəllər 2023-cü ilin mart ayının əvvəlindən 2023-cü ilin iyun ayının axırlarına kimi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «X17»ndə diş texniki işləmiş, sonradan isə Bakı şəhərindən yaşadığı Bərdə şəhərinə gəlmişdir. Belə ki, oğlanları Mircəlal və Səxavət hərbi xidmətə getdiklərindən Bərdə şəhərinə gəlmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, hazırda isə məhkumluğu ödənilməmişdir. O, təxminən 10 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Həmçinin psixotrop maddə olan metamfetamindən təxminən 4- 5 ay olar ki, ümumilikdə 4-5 dəfə istifadə etmişdir. Narkotik vasitələrdən heç kimə təklif etməmiş və satmamışdır. 2023-cü ilin noyabr ayının ortalarında xatırlamadığı gündə yaşadığı küçə ilə evə gedərkən yolun kənarında 1 (bir) ədəd bükülü vəziyyətdə sellofan torba görüb onu cəlb etdiyindən həmin sellofan torbanı götürüb içərisinə baxdıqda narkotik vasitə olan qurudulmuş marixunanın toxumlarını və 2 (iki) ədəd psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. Bundan sonra o, həmin narkotik vasitələri cibinə qoyub yaşadığı evə getmişdir. Həmin gündən təxminən 15-20 gün sonra yaşadığı evdə həyat yoldaşı Şahid4 və azyaşlı qızı X8 olmadığından o, həmin narkotik vasitənin toxumlarından 5 ədədini 1 (bir) ədəd gül dibçəyində torpağa əkmişdir. Belə ki, toxumlar ümumilikdə 37 ədəd olmuş, həmin toxumlardan 5 ədədi yararlı olduğundan 5 ədədini 1 (bir) ədəd gül dibçəyində torpağa əkmiş, digər 32 ədəd toxumlar yaralı vəziyyətə gəldikdən sonra həmin toxumlarıda dibçəklərə əkmək məqsədi ilə 1 ədəd şüşə stəkanın içərisinə töküb üzərinə su tökmüşdür. Onun məqsədi bitkilər əmələ gəldikdən sonra yarpaqlarını yığıb qurutduqdan sonra şəxsi istifadəsi üçün istifadə etmək olmuşdur. O, həmin 1 ədəd gül dibçəyini və 1 ədəd şüşə stəkanı mətbəxdə yerləşən pəncərənin qarşısına qoymuşdur. Lakin həyat yoldaşı Şahid4 və azyaşlı qızı Fatimə Əkbərlinin həmin vasitənin nə olduğunu bilməmişdir. Belə ki, Şahid4 və Fatimə Əkbərli yaşadıqları evdə dibçəklərdə güllər əkildiyindən həmin vasitənin gül olduğunu zənn etmişdilər. Digər 2 bükümdə olan psixotrop maddə metamfetamini isə qeyd olunan mətbəxdə yerləşən divanın alt hissəsində gizlətmişdir. Həmin psixotrop maddədən isə təxminən 2 dəfə şəxsi istifadəsi üçün üstündən götürüb istifadə etmişdir. 04 dekabr 2023-cü il tarixdə o, diş texniki işlədiyindən yenidən Bakı şəhərinə getmişdir. 05 dekabr 2023-cü il tarixdə həyat yoldaşı ona zəng edərək polis əməkdaşlarının yaşadığı evə gəlib evdə axtarış aparılması və qeyd olunan narkotik vasitələrin aşkar edilməsi barədə məlumat vermişdir. O, isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «X17»ndə diş texniki işlədiyindən işlərini yarımçıq qoyub gələ bilməmişdir. 24 yanvar 2024-cü il tarixdə isə Bərdə rayon polis şöbəsinin əməkdaşı Ədil müəllim ona zəng edərək axtarışda olduğunu və polis şöbəsinə gəlməsi barədə məlumat vermişdir. Buna görə də o, 25 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində Bakı şəhərindən Bərdə şəhərinə gəlmiş və şəhər ərazisində Ədil müəllimlə görüşdükdən sonra birlikdə polis şöbəsinə gələrək X15 təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ona məxsus olmuşdur. Belə ki, ümumi sayı 5 (beş) ədəd narkotik tərkibli bitki ştilləri öz şəxsi istifadəsi üçün əkib becərmiş və 02 (iki) ədəd psixotrop maddə metamfetamini də öz şəxsi istifadəsi üçün yaşadığı evin mətbəxində saxlamışdır. Lakin 32 (otuz iki) ədəd bitki toxumları yararsız vəziyyətdə olmuşdur. O, bundan başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə və psixotrop maddə qəbul etməyini heç kim bilməmiş və gizli şəkildə olaraq istifadə etmişdir. O, yaşadığı ünvanda saxladığı qeyd olunan narkotik vasitədən, psixotrop maddədən heç kəsə satmamışam və heç kimə verməmişdir. Onun yaşadığı ünvandan aşkar edilmiş qeyd olunan narkotik vasitənin toxumlarını və psixotrop maddəni 2023-cü ilin noyabr ayının ortalarında xatırlamadığı gündə yaşadığı küçədən tapmış və öz istifadəsi üçün saxlamışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünü ifadəsi ilə yanmaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X12 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, Bərdə şəhəri, Mürvət Nəsirov küçəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Buna görə də onun Təqsirləndirilən şəxs ilə aralarında heç bir düşmənçilikləri və ya ədavətləri olmamışdır. 05 dekabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb ünvan 4 Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişdilər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Belə ki, həmin gün saat 11:20 radələrində o, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana getmişlər. Həmin vaxt Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru İftixar Səfərov qeyd olunan ünvanda yaşayan Şahid4 Təqsirləndirilən şəxs narkotik maddə satışı və istifadəsi ilə məşğul olması, yaşadığı evin mətbəxində divanın alt hissəsində narkotik maddə saxlanılması barədə məlumatın rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatı izah etdikdən sonra bu barədə zərurət yarandığından videoçəkiliş vasitəsi ilə evə baxış keçirilməsini bildirilmişdir. Şahid4 Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu, lakin Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu, həmin ünvanda tək olduğunu və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı İftixar Səfərov tərəfindən Şahid4 baxışın keçirilməsinə etirazanın olmadığı üçün ərizəsi alındıqdan sonra 1 mərtəbəli olan fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmışdır. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı evin mətbəx otağında 1 ədəd gül dibçəyinə əkilmiş 5 ədəd narkotik bitkiyə bənzər, eləcə də həmin dibçəyin yanında 1 ədəd kiçik su stəkanında suya qoyulmuş toxumlar aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər dibçəkdən, toxumlar isə stəkandan sudan çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Toxumlar sayılarkən 33 ədəd olduğu müəyyən olunmuşdur. Həmin 5 ədəd narkotik bitkiyə tərəfindən baxış keçirlərkən aqrotexniki qaydalara uyğun olaraq əkildiyini və suvarılması barədə məlumat vermişdir. Bundan sonra bitkilər və toxumlar təhqiqatçı İftixar Səfərov tərəfindən zərfin içərisinə qoyularaq götürülmüşdür. Bundan başqa mətbəxdə yerləşən divanın üst örtüyünün alt hissəsindən üzərində «Nimesil» sözü yazılmış 1 ədəd paketin içərisindən 1 ədəd şəffaf sellofan aşkar edilmişdir. Həmin 1 ədəd şəffaf sellofanın içərisindən isə 2 ədəd yaşıl rəngli sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərə polis əməkdaşları tərəfindən baxış keçirilərkən ağ rəngli kristal toz şəkilində maddələr olması barədə məlumat verilmişdir. Həmin ağ rəngli kristal toz şəkilində olan maddə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,34 qram olması müəyyən edilmişdir. Həmin maddə təhqiqatçı İftixar Səfərov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa polis əməkdaşları tərəfindən evin digər otaqlarına baxış keçirilsə də lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı İftixar Səfərov tərəfindən Şahid4 aşkar edilən əşyaların kimə məxsus olması soruşularkən, Şahid4 həmin əşyaların həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs arada bir qeyd olunan 1 ədəd dibçəkdə olan bitkilərə su tökdüyünü, toxumların isə suya Mirdamət tərəfindən qoyulması barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs harada olması soruşulmuş, Şahid4 isə Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə getməsini bildirmişdir. Baxışın sonunda tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, o, da baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Mürvət Nəsirov küçəsi, ev 4 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən “İdeal” ətriyyat mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs onun əridir. Onların rəsmi nikahdan 2002-ci il təvəllüdlü, X4, 2004-cü il təvəllüdlü X6 və 2010-cu il təvəllüdlü X8 vardır. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının əvvəlindən 2023-cü ilin iyun ayının axırlarına kimi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «X17»ndə diş texniki işləmiş, hazırda isə heç bir yerdə işləmir. X4 və X6 2023-cü ilin iyul ayında hərbi xidmətə getdiklərindən «N» saylı hərbi hissədə qulluq edirlər. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitəndən istifadə etdiyinə görə tutulmuşdur. Lakin həbsxanadan çıxdıqdan sonra Mirdamətin narkotik vasitələrdən istifadə etməsini bilməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 05 dekabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək evdə narkotik vasitə olması barədə məlumat əsasında evə baxış keçirilməsi izah edilmişdir. Həmin vaxt onun evə baxış keçirilməsi barədə etirazının olmaması barədə ərizəsi alındıqdan sonra evə baxış keçirilən zaman evin mətbəx otağında 1 ədəd gül dibçəyinə əkilmiş 5 ədəd narkotik bitkiyə bənzər, eləcə də həmin dibçəyin yanında kiçik su stəkanında suya qoyulmuş toxumlar aşkar edilmişdir. Toxumlar sayılaraq 33 ədəd olduğu müəyyən olunmuşdur. Həmin bitkilər və toxumlar polis əməkdaşı tərəfindən zərfin içərisinə qoyularaq götürülmüşdür. Bundan başqa mətbəxdə yerləşən divanın üst örtüyünün altından 2 ədəd yaşıl rəngli sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilərkən ağ rəngli kristal toz şəkilində maddələr aşkar edilmişdir. Həmin ağ rəngli kristal toz şəkilində olan maddə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,34 qram olması müəyyən olunmuşdur. Bundan başqa evin digər otaqlarına baxış keçirilsə də lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt yaşadığı evdə tək olmuş, ondan baqşa heç kim olmamışdır. Belə ki, əri Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə gedəcəyini bildirib evdən çıxaraq getmişdir. Qızı Fatimə isə qonşuluqda yaşayan qohumlarıgildə olmuşdur. Həmin narkotik vasitələrin yaşadığı evdə olmasından əvvəlcədən onun məlumatım olmamışdır. Həmçinin Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, 1 ədəd gül dibçəyində əkilmiş 5 ədəd bitkilər, 33 ədəd toxumlar və 2 ədəd sellofana bükülmüş maddələr əri Təqsirləndirilən şəxs məxsus olmuşdur. Əri Təqsirləndirilən şəxs arada bir qeyd olunan 1 ədəd dibçəkdə olan bitkilərə su tökdüyünü görmüşdür. Həmçinin toxumlarıda suya Mirdamət qoyub saxlamışdır. Lakin o, və qızı Fatimə həmin əşyaların nə olduğunu əvvəlcədən bilməmişdir. Belə ki, həmin 5 ədəd bitkilərin dibçəkdə gül olduğunu və toxumların isə gül toxumu olduğunu bilmişdir. Eyni zaman da 2 ədəd sellofan bükümlərin içərisində ağ rəngli kristal toz şəkilində olan maddənin aşkar edildiyi yerdə olmasını əvvəlcədən bilməmişdir. Həmin ağ rəngli kristal toz şəkilində olan maddə polis əməkdaşları tərəfindən aşkar edildikdən sonra onun bu barədə məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini görməmişdir Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X5 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 05 dekabr 2023-cü il tarixdə o, əməliyyat qrupunda olan zaman həmin gün saat 11:13 dəqiqədə kimliyinin gizli qalmasını istəyən şəxs Azərbaycan Respublikası DİN-nin “102” Xidmətinə zəng edərək Bərdə şəhəri, «Qarabağstroy» deyilən ərazidə, Cəlilmmədquluzadə və X21 küçəsinin kəsişməsində yerləşən yaşıl darvazalı fərdi yaşayış evində yaşayan, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik maddə satışı və istifadəsi ilə məşğul olması, yaşadığı evin mətbəxində divanın alt hissəsində narkotik maddə saxlanılması barədə məlumat rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuşdur. Bundan sonra onun, Bərdə RPŞ-nin X2 baş inspektoru kriminalisti, polis kapitanı Şahid5, Bərdə RPŞ-nin X5 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və X9 Regional Mərkəzində aparıcı aqronom işləyən Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 fərdi yaşayış evinə getmişlər. Həmin vaxt təhqiqatçı İftixar Səfərov qeyd olunan ünvanda yaşayan Şahid4 Təqsirləndirilən şəxs narkotik maddə satışı və istifadəsi ilə məşğul olması, yaşadığı evin mətbəxində divanın alt hissəsində narkotik maddə saxlanılması barədə məlumatın rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatı izah etdikdən sonra bu barədə zərurət yarandığından videoçəkiliş vasitəsi ilə evə baxış keçirilməsini demişdir. Şahid4 Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu, Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu, hazırda həmin ünvanda tək olduğunu və yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını demişdir. Bundan sonra təhqiqatçı İftixar Səfərov tərəfindən Şahid4 baxışın keçirilməsinə etirazanın olmadığı üçün ərizəsi alındıqdan sonra 1 mərtəbəli olan fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmışdır. Tərəflərindən keçirilən baxış zamanı evin mətbəx otağında 1 ədəd gül dibçəyinə əkilmiş 5 ədəd narkotik bitkiyə bənzər, eləcə də həmin dibçəyin yanında 1 ədəd kiçik su stəkanında suya qoyulmuş toxumlar aşkar edilmişdir. Baxışda iştirak edən iştirakçıların iştirakı ilə həmin bitkilər dibçəkdən, toxumlar isə stəkandan sudan çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Toxumlar sayılaraq 33 ədəd olduğu müəyyən olunmuşdur. Həmin bitkilərə mütəxəssis Şahid3 tərəfindən baxış keçirlərkən aqrotexniki qaydalara uyğun olaraq əkilməsi və suvarılması barədə məlumat vermişdir. Bundan sonra bitkilər və toxumlar təhqiqatçı İftixar Səfərov tərəfindən zərfin içərisinə qoyularaq götürülmüşüdr. Bundan başqa mətbəxdə yerləşən divanın üst örtüyünün alt hissəsindən üzərində «Nimesil» sözü yazılmış 1 ədəd paketin içərisindən 1 ədəd şəffaf sellofan aşkar edilmişdir. Həmin 1 ədəd şəffaf sellofanın içərisindən isə 2 ədəd yaşıl rəngli sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilərkən ağ rəngli kristal toz şəkilində maddələr olması müəyyən edilmişdir. Həmin ağ rəngli kristal toz şəkilində olan maddə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,34 qram olması müəyyən edilmişdir. Həmin maddə təhqiqatçı İftixar Səfərov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evin digər otaqlarına baxış keçirilsə də lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı İftixar Səfərov tərəfindən Şahid4 aşkar edilən əşyaların kimə məxsus olması soruşularkən, Şahid4 həmin əşyaların həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs arada bir qeyd olunan 1 ədəd dibçəkdə olan bitkilərə su tökdüyünü, toxumların isə suya Mirdamət tərəfindən qoyulması barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs harada olmasını soruşulduqda Şahid4 Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə getdiyini demişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid5 eyni məzmunlu ifadə verərək ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Cinayət işinin 1-2-ci vərəqələrində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 dekabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi 06 dekabr 2023-cü il tarixdə tərəfimdən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə başlanmış və həmin tarixdə icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Cinayət işinin 4-29-cu vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 05 dekabr 2023-cü il tarixdə saat 11:13 dəqiqədə kimliyinin gizli qalmasını istəyən şəxs Azərbaycan Respublikası DİN-nin “102” Xidmətinə zəng edərək Bərdə şəhəri, «Qarabağstroy» deyilən ərazidə, Cəlilməmmədquluzadə və Mürvət Nəsirov küçəsinin kəsişməsində yerləşən yaşıl darvazalı fərdi yaşayış evində yaşayan, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik maddə satışı və istifadəsi ilə məşğul olması, evdə mətbəxdə divanın altında narkotik maddə saxlaması, hal-hazırda Bakı şəhərində olması barədə məlumatı əsasında 05 dekabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 fərdi yaşayış evində, arvadı Şahid4 iştirakı ilə baxış keçirilən zaman evin mətbəx otağından 1 (bir) ədəd polietilen paketdə, ümumi sayı 5 (beş) ədəd, ümumi təmiz çəkisi 0.36 qram olan, yaşıl rəngli, yaş vəziyyətdə bitki şitilləri, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və evin mətbəx otağında yerləşən divanın örtüyünün altından 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0.129 qram, 0.144 qram, ümumi təmiz çəkisi 0.273 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 22-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 bölməsinin 06 dekabr 2023-cü il tarixli, 16/1244 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şahid4 yaşadığı evdən götürülmüş maddi sübutları» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen paketdə, ümumi sayı 5 (beş) ədəd, ümumi təmiz çəkisi 0,36 qram olan, yaşıl rəngli, yaş vəziyyətdə bitki şitilləri, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom (mütəxəssis) Şahid3 rəyinə əsasən, təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Həmin kağız paketdəki 1 (bir) ədəd polietilen paketdə olan, ümumi sayı 32 (otuz iki) ədəd, ümumi təmiz çəkisi 0,74 qram olan bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş üzərində «Şahid4 yaşadığı evdən götürülmüş maddi sübut» yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 qram, 0,144 qram, ümumi təmiz çəkisi 0,273 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-siyahısının İİ bəndinə daxildir. Qeyd: çətənə şitil ümumi çəkisi -0,36 qram, tədqiqata sərf edildi-0,05 qram, (hər birindən 0,01 qram) qalıq-0,31 qram Metafetamin ümumi təmiz çəkisi -0,273 qram, tədqiqata sərf edildi-0,06 qram (hər birindən 0,03 qram) qalıq-0,213 qram (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir). Cinayət işinin 49-50-ci vərəqələrində olan 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınması, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməsi və ona ittiham elan edilməsi üçün tutulub Bərdə RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 59-cu vərəqələrində olan 25 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 90-91-ci vəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 115-123-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 4(021)17\2024 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 160-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2023-cü il tarixli, 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin 145-154-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 156-159-cu vərəqələrində olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 06 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 141-142-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası” X20 daxil olmuş 02 fevral 2024-cü il tarixli, məktubdan görünür ki, xx xxxxx 1982-ci il təvəlldüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhiəsəb kabinetlərində qeydiyyatında yoxdur. Cinayət işinin 138-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət işinin 165-180-cı vərəqələrində olan 19 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd polietilen paketdə, ümumi sayı 5 (beş) ədəd, ümumi qalıq təmiz çəkisi 0.31 qram olan, yaşıl rəngli, yaş vəziyyətdə bitki şitilləri, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 1 (bir) ədəd polietilen paketdə olan, ümumi sayı 32 (otuz iki) ədəd, ümumi təmiz çəkisi 0,74 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə, ümumi qalıq təmiz çəkisi 0.213 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evində baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilmə zamanı istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən ümumilikdə 02 (iki) ədəd “DVD” disklər 19 fevral 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd polietilen paketdə, ümumi sayı 5 (beş) ədəd, ümumi qalıq təmiz çəkisi 0.31 qram olan, yaşıl rəngli, yaş vəziyyətdə bitki şitilləri, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 1 (bir) ədəd polietilen paketdə olan, ümumi sayı 32 (otuz iki) ədəd, ümumi təmiz çəkisi 0,74 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə, ümumi qalıq təmiz çəkisi 0.213 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır və təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evində baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilmə zamanı istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən ümumilikdə 02 (iki) ədəd “DVD” disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, ailəli olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən altı il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, 04 yanvar 2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınması, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməsi və ona ittiham elan edilməsi üçün tutulub Bərdə RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmış, 25 yanvar 2024-cü il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmiş, 26 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 4(021)17\2024 nömrəli qərarı ilə barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də, cəzasının əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60.80 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd polietilen paketdə, ümumi sayı 5 (beş) ədəd, ümumi qalıq təmiz çəkisi 0.31 qram olan, yaşıl rəngli, yaş vəziyyətdə bitki şitilləri, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 1 (bir) ədəd polietilen paketdə olan, ümumi sayı 32 (otuz iki) ədəd, ümumi təmiz çəkisi 0,74 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə, ümumi qalıq təmiz çəkisi 0.213 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən tolanmaqla üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd polietilen paketdə, ümumi sayı 5 (beş) ədəd, ümumi qalıq təmiz çəkisi 0.31 qram olan, yaşıl rəngli, yaş vəziyyətdə bitki şitilləri, narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 1 (bir) ədəd polietilen paketdə olan, ümumi sayı 32 (otuz iki) ədəd, ümumi təmiz çəkisi 0,74 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 02 (iki) ədəd yaşıl rəngli sellofan bükümlərdə, ümumi qalıq təmiz çəkisi 0.213 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-68/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-68/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver