Məhkəmə qərarları › İş №1(021)-68/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-68/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-68/2025 08.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Abdullayev Fərman Firidun oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Dövlət ittihamçısı2, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxx 1978-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 39-cu maddəsinə əsasən əməli Tərtər Qrnizon Hərbi Tribunalının 1993-cü il tarixli hökmü ilə birləşdirilərək üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.1998-ci il tarixdə cəzasından 01 il 04 ay 21 gün vaxtından əvvəl azad edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-ci maddəsinə əsasən 01 il 07 ay 06 gün islah işləri cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı 08 ay vaxtından əvvəl şərti olaraq azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 68-ci maddəsinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı cəzadan azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apllyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək üzərində 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya Qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılıb və qəti olaraq üzərində 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi xeyli miqdarda, yəni 1,229 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 sentyabr 2024-cü il tarixdə, saat 12:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3həli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «idman» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,229 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirdi ki, onu mağazada tutub maqnitafon oğurluğu adı ilə şöbəyə aparmışdırlar. O, şöbəyə daxil olarkən Rüfət adlı polis əmədaşı maqnitafonun harada olduğunu soruşmuşdur. Daha sonra polis əməkdaşları onu tutarkən polis əməkdaşı onun ayağına badalaq vurub onu yerə yıxmışdırlar. Bu zaman onun alın nahiyəsi yerə deyərək xəsarət almışdır. Daha sonra CAB-ın rəisi Şahidin otağında Bəhruz adlı polis əməkdaşı narkotik vasitəni çəkib onun cibinə qoymuşdur. Sonra 1-ci mərtəbədə onun üzərində şəxsi axtarış aparılmışdır. Narkotik vasitə onun üzərinə qoyularkən onun əlləri qandalla bağlı olmuşdur. Yoxsa cibinə narkotik vasitəin qoyulmasına imkan verməzdi. Üzərinə baxış keçirilən zaman əvvəlcədən cibinə qoyulmuş narkotik vasitə polis əməkdaşı tərəfindən çıxarılaraq stolun üstünə qoyulmuş. Narkotik vasitə polis əməkdaşı tərəfindən onun cibindən çıxarılan zaman digər 2 polis əməkdaşı onun hər iki əlindən tutaraq saxlamışlar. Bu hadisə kamera ilə qeydə alınmışdır. O, üzərinə baxış zamanı həmin narkotik vasitənin əli qandallı olduğu zaman mülki geyimli polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu bildirsə də onun dediklərinə heç kim əhəmiyyət verməmişdir. Əlavə olaraq ona verimiş suallara cavab olaraq bildirmişdir ki, məhkəməyədək icraat zamanı əvvəlki izahat və ifadələrində narkotik vasitənin ona məxsus olmamasını, mülki geyimli polis əməkdaşları tərəfindən cibinə narkotik vasitənin qoyulduğunu, polis əmkdaşları tərəfindən döyüldüyünü bildirsə də daha sonra polis əməkdaşlarının təzyiqi nəticəsində, yəni ya ona verilən ittihamı qəbul etməyəcəyi təqdirdə 5 kq narkotiklə ona yeni ittiham elan ediləcəyi bildirildiyi üçün sonuncu ifadəsində ona verilən ittihamı qəbul etmək məcburiyyətində qaldığını bildirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Şahid3 çarpaz dindirilməsi zamanı sonucunun onun ayağına badalaq vuraraq yıxdırdığını və bu zaman onun xəsarət aldığını bildrimişdir. Qeyd olunanlara əsasən özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək məhkəmənin ədalətinə güvəndiyini bildirmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 12:15 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə rayonu, Qasımbəyli kəndində tərəflərindən saxlanılmışdır. Həmin vaxt Ramil qaçmaq istəyərkən saxlanılmış, o, avtomobilə minmək istəməmişdir. Onlar Ramili avtomobilə mindirərkən Ramilin alın nahiyəsi avtomobilin qapısına dəydiyi üçün alın nahiyəsindən sıyrıq xəsarəti almışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs cibindən 1 (bir) ədəd «West» markalı siqaret qutusu aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Həmin siqaret qutusunun içərisində 7 (yeddi) ədəd siqaret dənəsinin olması və 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülü aşkar edilmişdir. Həmin sellofan bükülünün içərisinə baxış keçirilən zaman tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, onlara əməliyyat məlumatı daxil olduqdan bir neçə dəqiqə sonra əməliyyat axtarış fəaliyyətini həyata keçirmişdirlər. Təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı keçirilən əməliyat zamanı ona qarşı heç bir təyziq, işgəncə və zor tətbiq edilməmişdir, Qasımbəyli kəndində saxlanılıb polis şöbəsinə aparılması üçün avtomobilə mindirilən zaman başı avtombilin qapısına dəymişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün Təqsirləndirilən şəxs tərəflərindən rayon polis şöbəsinə gətirilmişdir. Onun üzərinə baxış keçirilən zaman üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «West» markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman həmin siqaret qutusunun içərisində 7 (yeddi) ədəd siqaret dənəsinin olması və 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülü aşkar edildi. Həmin sellofan bükülünün içərisinə baxış keçirilən zaman tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Daha sonra həmin kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 1,51 qram olduğu müəyyən olunduqdan sonra həmin sellofan kəsiyi bükülü içərisində olan kütlə ilə birlikdə 1 (bir) ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırıldı. Əlavə olaraq bildirmişdir ki, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı zorakılıq olmayıb. Avtomobilə mindirilən zaman başı qapıya dəyib. Onu maqnitafon oğurluğuna görə polis şöbəsinə gətirməyiblər. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman o, narkotik vasitəni üzərinə qoyduğunu bildirdi, sonrakı ifadəsində isə etiraf etmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri aparılan zaman onların narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında məlum Plenum Qərarı barədə məlumatı olmamış, ona görə də əməliyyat axtarış tədbirlərini hadisə yerində deyil, polis şöbəsində aparmışdırlar. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 11 sentyabr 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 12:15 dəqiqədə tərəflərindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman cibindən 1 (bir) ədəd «West» markalı siqaret qutusu aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Bundan sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «West» markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman həmin siqaret qutusunun içərisində 7 (yeddi) ədəd siqaret dənəsinin olması və 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülü aşkar edilmişdir. Həmin sellofan bükülünün içərisinə baxış keçirilən zaman tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin kütlə tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs alnında olan xəsarət barəsində məlumatı yoxdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qollarının polis əməkdaşları tərəfindən tutulması və təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib-etməməsini xatırlamır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qaçmaq istəyərkən yıxılmışdı və alın nahiyəsindən xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən rayon polis şöbəsinə gətirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd «West» markalı siqaret qutusu aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «West» markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman həmin siqaret qutusunun içərisində 7 (yeddi) ədəd siqaret dənəsinin olması və 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülü aşkar edildi. Həmin sellofan bükülünün içərisinə baxış keçirilən zaman tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Əlavə olaraq bildirmişdir ki, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs şöbəyə aparkən ehtiyatsızlıqdan başı avtomobilin qapısına dəyib xəsarət almışdır. Ona tərəflərindən güc tətbiq edilməyib. Şəxsi axtarış zamanı cinayəti etiraf edib-etməməsi yadında deyil. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri aparılan zaman onların narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında məlumatları olmamış, ona görə də məlum Plenum Qərarı barədə məlumatı olmamış, ona görə də əməliyyat axtarış tədbirlərini hadisə yerində deyil, polis şöbəsində aparmışdırlar. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisidir. O, 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün tərəflərindən saxlanılmışdır. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd «West» markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman həmin siqaret qutusunun içərisində 7 (yeddi) ədəd siqaret dənəsinin olması və 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükülü aşkar edilmişdir. Həmin sellofan bükülünün içərisinə baxış keçirilən zaman tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,51 qram olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tədbiq edilməmiş, döyülməmiş və hər hansı bir xəsarət yetirilməmişdir. O, əməliyyat axtarış fəaliyyətində iştirak etməmişdir. Onun cibinə polis şöbəsində narkotik vasitənin qoyulması barədə dedikləri yalandır. Ancaq iş barəsində məlumatı var, çünki o, Bərdə RPŞ-nin CAB-ın rəhbəridir. Təqsirləndirilən şəxs şöbədə görməmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, polis şöbəsin yanında olarkən polislər onu hal şahidi kimi dəvət etmişdirlər. Təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən kent siqareti çıxmışdır. Onun içərisində 8 ədəd siqaret və narkotik vasitəyə bənzər əşya olmuşdur. O, həmin əşyanın ona məxsus olmadığını bildirmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər hal şahidi kimi heç bir əməliyyatda iştirak etməyib. 2021-ci ildə cinayət işi üzrə təqsirləndirilən şəxs X5 üzərinə baxış keçirilın zaman hal şahidi kimi iştirak etməsinə münasibətdə bildirmişdir ki, evi yandığı üçün yaddaşı zəifələyib. Ona görə əvvəl inkar etmişdir. Həmin şəxsin üzərinə baxış keçirilən zaman hal şahidi kimi iştirak edib. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, yol ilə gedərkən Kənan adlı polis əməkdaşı onları polis şöbəsinə hal şahidi kimi dəvət etmişdir. Təsqirləndirilən şəxsin üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, onun üzərindən siqaret qutusu və içərisində qara rəngli narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxsin başında xəsarət vardı. O, yıxılıb xəsarət aldığını demişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman təsqirləndirilən şəxsin əllərindən tutub saxlamalarını xatırlamır. Cinayət işinin 1-2-ci vərəqələrində olan 12 sentyabr 2024-cü il tarixli cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 12 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 7-60-ci vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 11 sentyabr 2024-cü il tarixdə, saat 12:15 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitəni əldə edib, üzərində saxlamasında şübhəli bilinən əvvəllər məhkum edilmiş, Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs yaşadığı ünvan 3həli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «idman» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümün içərisində ümumi təmiz çəkisi 1,229 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı, əsas isə bu barədə Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/3686 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. Cinayət işinin 39-43-cü vərəqələrində olan «şəxsi axtarış və götürmə haqqında» 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «idman» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,51 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 12 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 22 dəqiqə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs 11 sentyabr 2024cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli «idman» şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,51 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 11 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 173-174-cü vərəqələrində olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan ediımişdir. Cinayət işinin 180--cı vərəqəsində olan Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə özü könüllü olaraq istintaqa gəlmişdir. Cinayət işinin 192-193-cü vərəqələrində olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan ediımişdir. Cinayət işinin 200-cü vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil vermişdir. Cinayət işinin 218-219-cu vərəqələrində olan 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-68/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv oğlunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Cinayət işinə əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixı tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 56-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin 12 sentyabr 2024-cü il tarixli, 16/967 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin görünüşdən heroinə bənzər kütlə…» sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,229 qram maddə, kustar üsulla hazırlanmış narkotik edilməsinə vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,229 qr, tədqiqata cəmi sərf edildi – 0,05 qr, qalıq – 1,179 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat) Cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 720 nömrəli rəyindən görsənir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarıt-alın nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Cinayət işinin 159-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 1841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 148-157-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(021)-160/2022 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 154-157-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-461/2024 nömrəli qərarın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə azadlıqdan məzrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 08 (səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin 137-140-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 oktyabr 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 39-cü maddəsinə əsasən əməli Tərtər Qrnizon Hərbi Tribunalının 1993-cü il tarixli hökmü ilə birləşdirilərək üzərində qəti olaraq 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.1998-ci il tarixdə cəzasından 01 il 04 ay 21 gün vaxtından əvvəl azad edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-ci maddəsinə əsasən 01 il 07 ay 06 gün islah işləri cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı 08 ay vaxtından əvvəl şərti olaraq azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 68-ci maddəsinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı cəzadan azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Gəncə Apllyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək üzərində 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası sxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya Qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azldılıb və qəti olaraq üzərində 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 163-164-cü vərəqələrində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İcra nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 4842 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, lakin spirtli içkiyə və narkotikaya meyyili kimi xarakterizə olunmuşdur. Cinayət işinin 115-ci vərəqəsində olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, X2 RMXnın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dipanser qeydiyyatda yoxdur. Cinayət işinin 222-238-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünün içərisində təmiz çəkisi 1,229 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd kağız zərfin içərisində olan 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə qalıq təmiz çəkisi 1,179 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 720 nömrəli rəyindən görsənir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alın nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Deməsinə görə xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində tanımadığı 4-5 nəfər polis onu başını asfalta vurmuşdur. Tibb müəsissəsinə müraciət etməmişdir. Şikayəti xəsarətlənməsindəndir. Təqsirləndirilən şəxs olan xəsarətlərlə bağlı Ombudsman Aparatı tərəfindən prokurorluq orqanına müraciət edilmişdir. Ombudsman Aparatının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı alın nahiyəsində aşkar olunan bədən xəsarətləri öz ehtiyyatsızlığı nəticəsində almış, polis əməkdaşları tərəfindən ona qarşı döymə, işgəncə, fiziki zor, hədə qorxu, fiziki-psixoloji təyziqlərə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli təhqiqat zamanı verilmiş izahatından görünür ki, o, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, öz yaşadığı Bərdə rayonu Qasımbəyli kəndi ərazisində olarkən bir neçə nəfər mülki geyimli şəxslər gəliblər və həmin şəxslər ona yaxınlaşıblar və heç bir səbəb göstərmədən onlarla birlikdə polis şöbəsinə getməli olduğumu bildiriblər. O, buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. O, polis şöbəsində olarkən tanımadığı mülki geyimli şəxs onun üstünə qışqıraraq hansı səbəbdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu soruşmuş və bu zaman o, təxminən 3-4 ildir ki narkotik vasitə istifadə etdiyini, lakin heçkimə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildi və mən buna etiraz etməmiş və həmin vaxt adını bilmədiyi mülki geyimli polis əməkdaşı ona yaxınlaşdı və əynində olan qara rəngli idman şalvarının cibinə narkotik vasitə qoydu. Polis şöbəsində ona vəkil təqdim olundu, daha sonra iki nəfər tanımadığı hal şahidinin, polis əməkdaşlarının və vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirildi. Şəxsi axtarış keçirilərkən o, üzərində olan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində axtarış keçirilmiş və əynində olan, qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd West markalı siqaret qutusu aşkar olunaraq masanın üzərinə qoyuldu, sonra isə əynində olan qara rəngli idman şalvarının sol yan cibindən ona məxsus 60 manat çıxarılaraq masanın üzərinə qoyuldu. Bundan sonra onun və vəkilinin iştirakı ilə həmin siqaret qutusuna baxış keçirilmiş və içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra həmin şəffaf rəngli sellofan bükülü içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,51 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin 01 ədəd şəffaf rəngli sellofan bükülü ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra onun üzərindən aşkar olunan 60 manat pul ağ rəngli zərfdə qablaşdırılmiş və möhürlənərək götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükülü ona məxsus deyil. Həmin narkotik vasitəni onun üzərinə tanımadığı mülki geyimli şəxs qoymuşdur. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitəni onun üzərinə bir nəfər mülki geyimli şəxs qoymuşdur. O, təxminən 3-4 ildir ki narkotik vasitə hesab edilən heroindən istifadə etsə də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur. Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, Bərdə rayon Qasımbəyli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmirə. O, əvəllər oğurluq verilən şifahi suallara cavab olaraq bildirir ki, o, Bərdə rayonu, Qasımbəyli Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin etdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bərdə Rayon 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. xx.xx.2024-cü il arixdə günorta saatlarında o, öz yaşadığı Bərdə rayonu Qasımbəyli kəndi arazisində olarkən bir neçə nəfər mülki geyimli şəxslər gəlmiş, həmin şəxslər ona yaxınlaşmışlar və onu qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərimdə saxlamağında şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdirlər. O, buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. O, polis şöbəsində olarkən tanımadığı mülki geyimli şəxs onun üstünə qışqıraraq hansı səbəbdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu soruşmuş və bu zaman ona təxminən 3-4 ildir ki narkotik vasitə istifadə etdiyini, lakin heçkimə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmi. və mən buna etiraz etməmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş, daha sonra iki nəfər tanımadığı hal şahidinin, polis əməkdaşlarının və vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində axtarış keçirilmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd West markalı siqaret qutusu aşkar olunaraq masanın üzərinə qoyulmuş, sonra isə əynində olan qara rəngli idman şalvarının sol yan cibindən ona məxsus 60 manat çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Bundan sonra onun və vəkilinin iştirakı ilə həmin siqaret qutusuna baxış keçirilmiş və içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar edilmiş həmin şəffaf rəngli sellofan bükülü içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,51 qram olması müəyyən edilmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükülü ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra onun üzərindən aşkar olunan 60 manat pul ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və başqa heç bir qanunsuz əşya va predmet aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükülü ona məxsus deyil. Həmin narkotik vasitəni onun üzərimə tanımadığı mülki geyimli şəxs qoymuşdur. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərində aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan ilkin görünüşdən heroinə bənzər kütləni onun üzərinə bir nəfər mülki geyimli şəxs qoymuşdur. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur. Təsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona verilən şifahi suallara cavab olaraq bildirir ki, mən Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mən əvəllər oğurluq etdiyimə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, öz yaşadığı Bərdə rayonu Qasımbəyli kəndi ərazisində olarkən bir neçə nəfər mülki geyimli şəxslər gəlmişlər və həmin şəxslər mənə yaxınlaşmışlar və onu qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamağında şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdirlər. O, buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Mən polis şöbəsində olarkən tanımadığım mülki geyimli şəxs mənim üstümə qışqıraraq hansı səbəbdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu soruşmuş və bu zaman ona təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə etdiyini, lakin heçkimə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş, daha sonra iki nəfər tanımadığı hal şahidinin, polis əməkdaşlarının və vəkilimin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onu üzərində axtarış keçirilmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd West markalı siqaret qutusu aşkar olunaraq masanın üzərinə qoyulmuş, sonra isə əynində olan qara rəngli idman şalvarının sol yan cibindən ona məxsus 60 manat çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Bundan sonra onun və vəkilinin iştirakı ilə həmin siqaret qutusuna baxış keçirilmiş və içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar edilmiş həmin şəffaf rəngli sellofan bükülü içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 1,51 qram olması müəyyən edilmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükülü ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra onun üzərindən aşkar olunan 60 manat pul ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Onun üzərimdən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükülü ona məxsus deyil. Həmin narkotik vasitəni onun üzərinə tanımadığı mülki geyimli şəxs qoymuşdur. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan ilkin görünüşdən heroinə bənzər kütləni onun üzərinə bir nəfər mülki geyimli şəxs qoymuşdur. Həmin narkotik vasitə ona məxsus deyil. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 12 sentyabr 2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarəti xx.xx.2024-cü il tarixdə yaşadığı kənd ərazisində polis əməkdaşları onu tutub saxlayarkən almışdır. Təsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, o, Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, əvvəllər oğurluq etdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşam, məhkumluğum qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, yaşadığı Bərdə rayonu, Qasımbəyli kəndi ərazisində olarkən bir neçə nəfər mülki geyimli şəxslər gəlib ona yaxınlaşmaq istəyən zaman onun üzərində narkotik vasitə olduğuna görə o, qaçmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlayıb üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olmağını və birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişdilər. O, da üzərində narkotik vasitə olduğuna görə məsuliyyətdən yayınmaq üçün səs-küy salıb özünə xəsarət yetirəcəyini bildirib bilrikdə polis şöbəsinə getmək istəməmişdir. Polis əməkdaşları onu saxlayıb avtomobilə mindirmək istəyərkən o, avtomobilə minmək istəməmişdir. Polis əməkdaşları onu avtomobilə mindirərkən o, polis əməkdaşlarından yayınmaq istəmiş, lakin polis əməkdaşları onu avtomobilə mindirərkən alın nahiyəsi avtomobilin qapısına dəymiş və alın nahiyəsindən sıyrıq xəsarəti almışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. O, polis əməkdaşları ilə gələrkən özünə xəsarət yetirəcəyini demiş, polis şöbəsində olarkən tutulmamağı üçün səs-küy salmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, onun üzərində narkotik vasitə olduğuna görə öz narazılığını bildirib özünə xəsarət yetirəcəyini demişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş, daha sonra iki nəfər tanımadığı hal şahidinin, polis əməkdaşlarının və vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman o, özünə xəsarət yetirməyə meyilli olduğuna görə polis əməkdaşları onun hər iki qollundan tutub saxlamışdılar. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində axtarış keçirilmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd «West» markalı siqaret qutusu aşkar olunaraq masanın üzərinə qoyulmuş, sonra isə əynində olan qara rəngli idman şalvarının sol yan cibindən ona məxsus 60 manat pul çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Bundan sonra onun və vəkilinin iştirakı ilə həmin siqaret qutusuna baxış keçirilmiş və içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar edilmiş həmin şəffaf rəngli sellofan bükülü içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,51 qram olması müəyyən edilmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükülü ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra onun üzərindən aşkar olunan 60 manat pul polis əməkdaşı tərəfindən ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilsə də lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan büküldə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu demişdir. Həmin narkotik vasitə olan heroini o, tapmış, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını demişdir. 11 sentyabr 2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olmadığını əvvəl ki, vermiş olduğu ifadələrində bildirmiş, 07 mart 2025-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti zamanı və 07 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində isə narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi ilə bağlı bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş narkotik vasitə olan heroin özünə məxsus olduğunu demiş, həmin narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. 11 sentaybr 2024-cü il tarixdə polis əməkdaşları onu şübhəli kimi onu polis şöbəsinə gətirərkən qaçmaq istəyən zaman alın nahiyəsində olan xəsarətin polis əməkdaşları tərəfindən törədildiyini, müayinə zamanı isə 4-5 nəfər polis əməkdaşı tərəfindən başını asfalta vurması nəticəsində alın nahiyəsindən sıyrıq xəsarəti alması ilə bağlı əvvəlki ifadəsində bildirmiş, lakin 07 mart 2025-ci il tarixdə isə ifadəsində polislərin onu döymədiyini, alın nahiyəsindən sıyrıq xəsarətinin polis əməkdaşları tərəfindən avtomobilə mindirilərkən alın nahiyəsini avtomobilin qapısına dəydiyini, heç kəsin onu döymədiyini, həmin xəsarəti ehtiyatsızlıqdan aldığını, bununla bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. 11 sentyabr 2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman qollarından polis əməkdaşlarının tutmağı, aqressiv şəkildə yəni, səs-küy salaraq narazılıq bildirməsi ilə bağlı əvvəlki vermiş olduğu ifadəsində bildirmiş, lakin 07 mart 2025-ci il tarixdə vermiş olduğu ifadəsində isə həmin vaxt əsəbi olduğunu, narkotik istifadəçisi olduğunu, özünə xəsarət yetirməyə meyilli olduğunu, həmin vaxtı ağrıları olduğunu, ağrıları olduğu üçün tutulmaq isdəmədiyini, məsuiliyyətdən yayınmaq üçün o cür hərəkətlər etdiyini, ona görə də onun təhlükəsizliyi üçün polis əməkdaşlarının onun qolundan tutduğunu bildirmişdir. O, tutulmaqdan qorxduğu üçün Bakı şəhərində müxtəlif ünvanlarda gizləndiyi üçün istintaqın çağrışlarına gəlmişdir. Lakin 06 mart 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmış, 07 mart 2025-ci il tarixdə isə Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli izahatı alınarkən, xx.xx.2024-cü il tarixli şübhəli şəxs xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən narkotik vasitənin mülki geyimli polis əməkdaşı tərəfindən onun cibinə qoyulmasını və onun döyülməsini bildirmiş, xx.xx.2024-cü il tarixli ifadəsində və üzləşdirmə istintaq hərəkətləri zamanı isə narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirln şəxs bu ziddiyyəti onunla izah etmişdir ki, polis əməkdaşlarının təzyiqi nəticəsində, yəni ona verilən ittihamı qəbul etməyəcəyi təqdirdə 5 kq narkotiklə ona başqa ittiham elan ediləcəyi bildirildiyi üçün sonuncu ifadəsində ona verilən ittihamı qəbul etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs tutulan zaman verdiyi izahatında, daha sonra şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitənin ona məxsus olmaması, həmin vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması və işgəncəyə məruz qalması barədə göstərdiklərindən 6 ay sonra ifadəsini dəyişməsinə münasibətdə və üzləşdirmə istintaq hərəkətləri zamanı törətdiyi cinayəti etiraf etməsi ilə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı izahat və ifadələrini dəyişərək təkrar ifadəsi zamanı cinayəti etiraf etməsi ona göstərilən təzyiqdən irəli gəlir və başqa əsaslı səbəb görünmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlər məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 33-cü bəndinə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999- V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X3rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241- A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması, xəsarəti təsdiq edən sübutlarla öz təsdiqini tapmışdır. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarət hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini fiziki və psixi zorakılığın təsiri altında vermiş və bu fakt məhkəmə tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq sonuncu cinayəti etiraf etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 720 nömrəli rəyindən görsənir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alın nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Deməsinə görə xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində tanımadığı 4- 5 nəfər polis onu başını asvalta vurmuşdur. Tibb müəsissəsinə müraciət etməmişdir. Şikayəti xəsarətlənməsindəndir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində xəsarətlərin olması aşkar edilmiş və bu xəsarətlərin olması qeyd edilən sənədlərlə (ekspert rəyi) uyğunluq təşkil etmişdir. Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, Bərdə RPŞ-nin əməliyyat müvəkkillərinin evindən 5 kq narkotik vasitələr çıxacağı ilə hədələdikləri üçün məcbur olaraq narkotik vasitənin özünə məxsus olmasını yalandan etiraf etdiyini, ilkin aparılan videoçəklişdə narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsə də sonradan döymə, işgəncə və sair təzyiqlər nəticəsində narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur olduğunu, əməliyyat müvəkkilləri tərəfindən saxlanılarkən sonuncuların ayağından zərbə vurduqları üçün yıxılaraq başından xəsarət aldığını, həmin vaxt məhkəmə-tibbi ekspertizadan da keçirildiyini, polis əməkdaşlarından qorxduğu üçün ekspertizadan keçirilərkən ifadəsində xəsarəti avtomaşına minərkən almasını yalandan bildirdiyini, əvvəllər məhkəmə-tibbi ekspertizadan keçirildiyi üçün hazırda ekspertizadan keçmək istəmədiyini, onu döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qoyan onun saxlanılmasını təmin əməliyyatçıların olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın olması cinayət işinə mahiyyəti üzrə baxılarkən CPM-nin 33,125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirmək) vəzifəsindən məhkəməni azad etmir. Məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar əsasında Təqsirləndirilən şəxs olan xəsarətlərin yaranma müddətlərinin onun tutulduğu vaxtda yarandığı inkar edilməmiş, bu xəsarətlər o polis əməkdaşlarının təsiri altında olduğu vaxtda olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgərşəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun döyülməsi faktı ilə bağlı Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsində tam və hərtərəfli araşdırma aparılmamış, onun izahatındakı xüsusatlar görməzdən gəlinməklə sadəcə polis əməkdaşlarının izahatları alınmış, ekspert rəyində xəsarətlərin olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilməklə dərəcəsi təyin edilməyən xəsarətlərin öz ehtiyyatsızlığı nəticəsində almasına dair əsasssız qənaətə gələrək cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi materiallarından görünür ki, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs istintaq orqanının çağırışına gəlmədiyi üçün ona bildiriş göndərilmədən və barəsində məcburi gətirmə prosessual məcburiyyət tədbiri tətbiq edilmədən xx.xx.2025-ci il tarixdə onun barəsində əsassız olaraq axtarış elan edilərək tutulması barədə qərar qəbul edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa cəlb edilmiş, həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Baxmayaraq ki, təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozmaqla istintaq orqanının çağırışına gəlməmiş və CPM-nin tələbinə əsasən barəsində daha ciddi qətimkan tədbiri seçilməsi üçün tədbirlər görülməli idi. Tutulan vaxt təqsirləndirilən şəxslə şahidlər arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və təkrar dindirilmiş və bu tarixdə təqsirləndirilən şəxs ona verilən ittihamı qəbul edərək özünü təqsirli bilmiş və etirafedici ifadə vermişdir. Buradan belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxsin yenidən tutulması üçün əsas yaradılmış, axtarışa verilməsi və tutulması haqqında qanunsuz qərar qəbul edildiyindən təqsirləndirilən şəxs psixi təzyiqə məruz qaldığından etiraf edici ifadələr verməyə məcbur olmuşdur. Bu fakt təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı polis əməkdaşının ona verilən ittihamı qəbul etməyəcəyi təqdirdə 5 kq narkotik vasitə ilə ona yeni ittiham elan edilməsi barədə hədələməsi barədə dedikləri ilə təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat və istintaq zamanı döyüldükdən sonra verdiyi ifadələri(28-29 sentyabr 2024-cü il tarixli) isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Məhkəmə ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadəsinə münasibətdə qeyd edir ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərdən daha yüksək olan bir sübut növüdür. İfadə verənlərin əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Bu səbəbdən də məhkəmə tərfindən ifadələr qiymətləndirilərkən ifadələrin özü özlüyündə ziddiyyətli olub-olmamasını, həm də həmin ifadələrin cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşıb-uzlaşmadığını müəyyən etmək, bundan sonra həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilib-edilməməsi dəyərləndirilməlidir. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 11 sentyabr 2024-cü il tarixdə, saat 13:25-dən 13:45-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən videogörüntüyə baxış keçirildikdə görünür ki, Təqsirləndirilən şəxs alın nahiyəsində xəsarət vardır və hər iki qolundan iki polis əməkdaşı tutaraq onun hərəkətinə mane olurlar. Şəxsi axtarış aparan təhqiqatçı təqsirləndirilən şəxsə üzərində qanunsuz əşya olub-olmaması barədə sual vermədən və qanunsuz əşya olduğu təqdirdə onu könüllü təqdim etməsini təklif etmədən digər polis əməkdaşına təqsirləndirilən şəxsin ciblərinə baxış keçirilməsini tapşırır. Polis əməkdaşı təqsirləndirilən şəxsin cibindən siqaret qutusu aşkar edərək stolun üzərinə qoyur və içərisinə baxış keçirir. Baxış zamanı siqaret qutusunun içərisindən sellofan paket və paketin içərisində heroinə bənzər toz aşkar edilir. Cinayət işində materiallardan görünür ki, polis əməkdaşları şəxs axtarış və götürmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin əllərini tutmalarını təqsirləndirilən şəxsin dəfələrlə özünə xəsarət yetirdiyi üçün bunun qarşısını almaq üçün belə bir hala yol verdiklərini bildirmişdirlər. İşdə olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskə nəzər salarkən müəyyən olunur ki, təhqiqatçı təqsirləndirilən şəxsə üzərinə baxış keçirəcəyini bildirdikdə, o bildirir ki, “siz axtarış keçirməmişdən əvvəl mənim üzərimə narkotik maddə qoyub indi də baxış keçirirsiniz” Bu isə növbəti ziddiyyətdir və qeyri-müəyyənliyə səbəb olur. Məhkəmə hesab edir ki, bütün bu hallar ibtidai istintaq orqanı tərəfindən araşdırılmalı və konkret dəlil və sübutlarla sübut edilməli idi. Çünki, qanunvericiliklə ittihamı sübut etmək vəzifəsi ittiham tərəfinin, yəni ibtidai istintaq orqanının üzərinə düşür. İbtidai istintaq orqanı isə ümumiyyətlə göstərilən halları araşdırmamışdır. Məhkəmə bu diski tədqiq edərək onu mötəbər sübut hesab etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №li Qərarının 34-cü bəndində qeyd olunmuşdur ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Həmin Qərarın 35-ci bəndində qeyd olunmuşdur ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı CPM-in 148.2-ci maddəsində (“Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsində) göstərilən, tutulmanın dərhal tətbiq edilməsinə əsas verən halların olması ilə əlaqədar şübhəli şəxs yaxalandıqda əməliyyat-axtarış fəaliyyətinin subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportda və ya protokolda şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı yer, tarix, vaxt və saxlanılmanın səbəbi də göstərilməklə zəruri məlumatlar əks etdirilməli, şübhəli şəxs qismində tutulmanın prosessual məcburiyyət tədbiri olaraq rəsmiləşdirilməsi isə (müvafiq əsaslar olduğu halda) şübhəli şəxs təqdim edildikdən dərhal sonra cinayət təqibini həyata keçirən orqan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs) tərəfindən CPM-in 147.5-ci maddəsinə müvafiq surətdə tərtib edilmiş tutma protokolu tərtib edilməklə, o cümlədən protokolda şübhəli şəxs qismində tutulmanın əvvəli kimi onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxt xüsusilə qeyd edilməklə həyata keçirilməlidir. Lakin Bərdə RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №li Qərarı ilə formalaşdırılmış təcrübə nəzərə alınmamış və 11 sentyabr 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməliyyat axtarış tədbirləri həyata keçirərək Təqsirləndirilən şəxs üstünə baxış keçirilmədən şübhəli şəxs qismində polis şöbəsinə gətirilərək orada baxış və götürmə istintaq hərəkətini həyata keçirmişdirlər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsinəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından və şəxsin üzərindən axtarış və götürmə aparılması “əsl” axtarış olmadığından, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsi yolverilməzdir. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2024-cü il tarixli, 16/967 nömrəli saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 noyabr 2024-cü il tarixli, 7514 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X13 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatdan sonra qalan narkotik maddə 1,179 qram heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bərdə rayon Polis Şöbəsinin saxlanc otağında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillər Müdafiəçi1 və X6 dövət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut qismində tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd kağız zərfin içərisində olan 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə qalıq təmiz çəkisi 1,179 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bərdə rayon Polis Şöbəsinin saxlanc otağında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. (dövlət büdcəsinin hesabına aid edilsin). Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar