Məhkəmə qərarları › İş №1(021)-69/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-69/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-69/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11 avqust 1984-cü il tarixdə Ağdam rayonu Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, Ağdam rayonu Salahlı kəndində qeydiyatqda olmaqla Bərdə rayonu 866 saylı yeni qəsəbə ev 3, mənzil 3-də yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etmə məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxt çətənə toxumlarını əldə edərək yaşadığı evdə yataq otağında dibçəklərdə əkib yetişdirməklə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 25,86 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannaibis) bitkilərinə və ümumi təmiz çəkisi 0,07 qram olan 02 (iki) ədəd şətənə bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq edərək kultivasiya etmiş, 08 dekabr 2020ci tarixdə saat 16 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiçəsində yaşadığı evdə xeyli miqdarda, yeni ümumi sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 25,86 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri və ümumi təmiz çəkisi 0,07 qram olan 02 (iki) ədəd çətənə bitkisinin ştilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayonu Salahlı kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonunda yaşayır. 2002-ci il il tarixdə ailə həyatı qurmuşdur, 2004-cü il təvəllüdlü Nurlan adlı oğlan, 2005-ci il təvəllüdlü Əntiqə adlı qız, 2011-ci il təvəllüdlü Mehrac adlı oğlan övladları vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. Onun ağ ciyəri ilə bağlı xəstəliyi vardır, mütəmadi olaraq müalicə olunur. Təxminən iki ildən çoxdur ki, narkotik vasitə olan marixuanadan istifadə edir, təxminən bir ay olarki narkotik vasitə olan metamfetamindən də istifadə edir. Mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin sentyabr ayının son günlərində günorta saat 16-radələrində Bərdə rayonu ərazisində “Qarabağ” kanalında balıq tutarkən yerdə bir ədəd kibrit qutusunun olmasını görmüş, həmin kibrit qutusu marağına səbəb olmuşdur. Həmin kibrit qutusunu götürüb açıb içərisinə baxmışdır. Kibrit qutusunun içərisində çətənə bitkisinin toxumları və 04 (dörd) ədəd bükümlərdə narkotik vasitə metamfetamin olmuşdur. O, narkotik vasitələrdən istifadə etdiyinə görə kibrit qutusunda olan narkotik vasitələri tanımışdır. Bu barədə heç kimə məlumat verməmişdir, həmin kibrit qutusunu özü ilə yaşadığı ünvana gətirmişdir. Növbəti günü çətənə bitkisinin toxumlarından birini yataq otağında olan dibçəyə əkmiş və bir neçə gün sonra bitkinin yetişməsinin şahidi olmuşdur. Bundan sonra daha da həvəslənmiş və şəxsi istifadəsindən ötrü əlində olan digər çətənə toxumlarını da əkibbecərmək qərarına gəlmişdir. Cari ilin oktyabr ayının ortalarında yaşadığı evdə yataq otağında 10 (on) ədəd qabda yəni dibçəkdə çətənə toxumlarını əkmişdir. Növbəti günlər ərzində mütəmadi olaraq həmin bitkilərə su verib qulluq etmişdir. Bitkilərin münbit şəraitdə yetişməsi üçün onların ətrafını lanbir adlanan plastik çərçivələrlə örtmüşdür və üzərlərinə işıq çəkmişdir. Eyni zamanda 04 (dörd) ədəd bükülüdəki metamfetaminin 03 (üç) ədədini yataq otağında döşək dəstində olan yastığın altında və 01 (bir) ədədini isə mətbəxdə olan servantda şüşə qabın içərisində saxlamışdır. 08 dekabr 2020-ci ildə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlamışlar və öz razılığı ilə yaşadığı ünvana baxış keçirmişlər. Baxış zaman yaşadığı evdə yataq otağında əkib-becərdiyi 10 (on) ədəd qabda yəni dibçəkdə olan çətənə bitkiləri, yataq otağında yastıqların altında 03 (üç) büküm metamfetamin, mətbəxtə servantda olan şüşə qabın içərisində 01 (bir) büküm metamfetamin aşkar edilərək götürülmüşdür. O, onlara çətənə kollarını əkdiyini və qulluq etdiyini etiraf etmişdir. Aqronomun iştirakı ilə kolların uzunluğu və çəkiləri ölçülmüş, əkildiyi yerdən çıxarılaraq qablaşdırılmaqla təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra onu Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Burada ona müdafiəçi təyin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, izahatında çətənə bitkilərinin özünün əkdiyini və mütəmadi olaraq onlara qulluq etdiyini etiraf etmişdir. Lakin bu cinayəti bilməyərkdən törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə ünvan 3-də övladları ilə birlikdə yaşayır. Elçin ilə onun 3 azyaşlı övladı vardır. O, son iki-üç ayda Elçinin narkotik vasitələrdən istifadə etməsini bilmişdir. Elçin özü ona narkotik vasitələrdən istifadə etməsini bildirmişdir. Lakin, Elçin onların yanında narkotik vasitələrdən istifadə etməmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq xeyli müddətdir uşaqları ilə birlikdə Bakı şəhərində olmuşdur. Ona görə də Elçinin yaşadıqları ünvanda narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumatı olmamışdır. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları yaşadıqları ünvana baxış keçirib həyat yoldaşını saxladıqdan sonra onun həyat yoldaşı Elçinin yaşadıqları ünvanda narkotik vasitələr əkməsindən xəbəri olmuşdur. Plis əməkdaşları evə gəldikləri zaman o evdə olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək bildirmişdir ki, 2013-cü ildən X9, 2020-ci ildən tutduğu vəzifədə xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirmişdir ki, ona ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfindən 08 dekabr 2020-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmişdir. Ünvanda Təqsirləndirilən şəxs yataq otağında çarpayının sol yanında pəncərənin qarşısındakı yeri göstərib həmin yerdə tərkibində narkotik vasitə olan bitkiləri əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünün, polis əməkdaşlarının və aqronomun iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan yerdə qablarda 10 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisinə bənzəyən bitkilər aşkar edilmişdir. Bundan sonra həmin bitkilər olduqları yerdən çıxarılmışdır, təhqiqatçı tərəfindən hündürlükləri və çəkiləri ölçülmüşdür. Daha sonra onların iştirakları ilə qablaşdırılaraq həmin 10 ədəd bitki götürülmüşdür. Baxış keçirilməsi haqqında protokol tərtib edilərək təhqiqatçı tərəfindən ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmadıqdan sonra imzaları ilə təsdiq edilərək imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman mətbəxdə olan mətbəx əşyaları yığılan şkafdan 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, bundan başqa evin digər yataq otağında isə çarpayıya yığılmış döşəklərin üzərində olan yastıqların altından 03 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümlər aşkar edilərək götürülmüşdür. Baxışdan sonra Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Fərid Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman onun üzərində narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid X11 ifadə verərək bildirmişdir ki, 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmişdir. Ünvanda Təqsirləndirilən şəxs yataq otağında çarpayının sol yanında pəncərənin qarşısındakı yeri göstərib həmin yerdə tərkibində narkotik vasitə olan bitkiləri əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünün, polis əməkdaşlarının və aqronomun iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan yerdə qablarda 10 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisinə bənzəyən bitkilər aşkar edilmişdir. Bundan sonra həmin bitkilər olduqları yerdən çıxarılmışdır, təhqiqatçı tərəfindən hündürlükləri və çəkiləri ölçülmüşdür. Daha sonra onların iştirakları ilə qablaşdırılaraq həmin 10 ədəd bitki götürülmüşdür. Baxış keçirilməsi haqqında protokol tərtib edilərək təhqiqatçı tərəfindən ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmadıqdan sonra imzaları ilə təsdiq edilərək imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman mətbəxdə olan mətbəx əşyaları yığılan şkafdan 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, bundan başqa evin digər yataq otağında isə çarpayıya yığılmış döşəklərin üzərində olan yastıqların altından 03 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümlər aşkar edilərək götürülmüşdür. Baxışdan sonra Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Fərid Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman onun üzərində narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid Şahid1 şahidlər Şahid5 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan 08 dekabr 2020-ci il tarixli “Baxış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə rayon X13 bölməsinin təhqiqatçısının və X2 əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zamanı 33 dəqiqə 34 saniyə müdətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısının və X2 əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında çarpayının sol yanında pəncərənin qarşısındakı yeri göstərib həmin yerdə tərkibində narkotik vasitə olan bitkiləri əkdiyini bildirdi. Baxış zamanı qeyd olunan yerdə qablarda 10 ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisinə bənzəyən bitkilər aşkar edildi. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman mətbəxdə olan mətbəx əşyaları yığılan şkafdan 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, bundan başqa evin digər yataq otağında isə çarpayıya yığılmış döşəklərin üzərində olan yastıqların altından 03 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümlər aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 10 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin 09 dekabr 2020-ci il tarixli 16/798 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzaları olan sintetik kisə və polietilen paketdən ibarət bağlamada, ümumi sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi - 25,86 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Həmin bağlamadakı ümumi sayı 02 (iki) ümumi təmiz çəkisi 0,07 qram olan bitki ştilləri narkotik təbiətli çətənə bitkisinin ştilləridir. Cinayət işi materiallarına əlavə edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2021-ci il tarixli 6/27 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Ədliyyə Nazirliyi Məhkəmə X5 X10 Obyekti N2” ştamp əksləri ilə möhürlənmiş bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,052 qram olan maddə aluminium-ammonium sulfatdır (zəy) və 2005 ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 20216-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika X8 Bərdə rayon X8 aqrotexniki Şahid2 08.12.2020-ci il tarixli “RƏY”indən görünür ki, 08.12.2020-ci il tarixdə ünvan 3-dən aşkar edilmiş 10 ədəd çətənə bitkisinə arqotexniki qaydada qulluq olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hazırda məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər Poliklinikasının 08 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb dispanserində qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər Poliklinikasının 08 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetdə qeydiyytdadır. Cinayət işi materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 16 fevral 2021-ci il tarixli 126 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 29 yanvar 2021-ci il tarixli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Boyəhmədli kənd İnzibati Ərazi Dairəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, istintaqda sübut edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etmə məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxt çətənə toxumlarını əldə edərək yaşadığı evdə yataq otağında dibçəklərdə əkib yetişdirməklə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 25,86 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannaibis) bitkilərinə və ümumi təmiz çəkisi 0,07 qram olan 2 (iki) ədəd şətənə bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq edərək kultivasiya etmiş, 08 dekabr 2020-ci tarixdə saat 16 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nətiçəsində yaşadığı evdə xeyli miqdarda, yeni ümumi sayı 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 25,86 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri və ümumi təmiz çəkisi 0,07 qram olan 02 (iki) ədəd çətənə bitkisinin ştilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə niyə cərimə, eləcə də, azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini 2 mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Çünki Təqsirləndirilən şəxs cəzadan azad olunduqdan bir müddət sonra cinayət əməlini daha da genişləndirərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə ilə məşğul olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bilməyərəkdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət törətməsi ilə bağlı gətirdiyi dəlilləri absurd hesab edir və həmin dəlillər məhz cəzanın yüngülləşdirilməsi məqsədini daşıdığını qeyd edir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin ictimai təhlükəliliyi həm də onun məqsədi ilə bağlıdır. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə yəni, əkilməsi, yetişdirilməsində məqsəd əldə edilmiş narkotik vasitələrin ya satışı, ya da ki, onun şəxsi istifadə üçün saxlanılması ola bilər ki, bunların da hər biri ayrı-ayrılıqda müstəqil cinayət tərkibləridir. Bundan başqa iş materiallarında olan 26 fevral 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarında miqdarında, yəni təmiz çəkisi 1,28 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarında 02 (iki) ədəd “gümüşü” və 01 (bir) ədəd ağ kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,032 qram, 0,05 qram ümumi təmiz çəkisi 0,129 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edərək yaşadığı evdə saxlamış, 08 dekabr 2020-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilən zaman yuxarıda qeyd edilən narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanmasını rədd edilməli və bu barədə cinayət işindən material ayrılaraq saxlanılması üçün Bərdə rayon prokurorluğuna göndərilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi inzibati icraatın başlanamsı üçün qərarın surəti Bərdə rayon Polis Şöbəsinin nın X3 göndərilməlidir. Beləliklə, yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilsə də, o islah edilməmiş və həmin cinayət əməllərini davam etdirməkdədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal onun himayəsində üç azyaşlı uşağının olmasıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 08 dekabr 2020-ci il tarixdən 10 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa iş materiallarında olan 26 fevral 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 08 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 25,86 qram, tədqiqata istifadə olundu cəmi - 0,16qram (hər biri 0,02qr) qalıq-25,7 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 02 (iki) ədəd ümumi təmiz çəkisi 0,07 qram, tədqiqata istifadə olundu cəmi - 0,02 qram (hər biri 0,01qr) qalıq - 0,05 qram olan çətənə bitkisinin ştillərinin qərarla maddi sübut qismində tanınaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 08 ədəd, ümumi təmiz çəkisi 25.86 qram olan çətənə bitkisi və ayrı ayrılıqda təmiz çəkiləri 0.047 qram, 0.032 qram, 0.05 qram ümumi təmiz çəkisi 0,129 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 142.62 (bir yüz qıx iki manat altmış iki qəpik) məbləğində ekspertiza xərci X7 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 08 dekabr 2020-ci il tarixdən 10 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti, azadlıqdan məhrum etmə müddətinə günə-gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polis nəzarəti altına vermə qətimikan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu cəzasının əvvəli 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki qalıq ümumi sayı 8 ədəd, ümumi təmiz çəkisi 25.86 qram olan çətənə bitkisi və ayrı ayrılıqda təmiz çəkiləri 0.047 qram, 0.032 qram, 0.05 qram ümumi təmiz çəkisi 0,129 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 142.62 (bir yüz qıx iki manat altmış iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar