Məhkəmə qərarları › İş №1(021)-69/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-69/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-69/2022 16.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ağdam rayonu Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 17.05.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 10 gün hissəsi 06 ay azaldılmış, cəzaçəkmə müddətinin əvvəli 17.05.2021-ci il tarixdən hesablanması nəzərə alınaraq cəzaçəkməkdən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, Ağdam rayonu Salahlı kəndində qeydiyyatda olmaqla, həbs olunana kimi Bərdə rayonu 866 saylı qəsəbə bina 3 mənzil 3-də məcburi köçkün kimi məskunlaşaraq yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş ümumilikdə təmiz çəkisi 7,83 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlamış, 06 yanvar 2022-ci il tarixdə saat 10:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı həmin evin eyvanından 10 (on) ədəd ağ kağız bükümlərdə və 1 (bir) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0,36 qramn, 0,83 qram, 0,22 qram, 0,35 qram, 0,28 qram, 0,56 qram, 0,54 qram, 0,75 qram, 0,6 qram və 2,83 qram olmaqla ümumi təmiz çəkisi 7,83 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Ağdam rayonu Salahlı kənd məcburi köçkünü qismində Bərdə rayonu 866 saylı qəsəbəsə bina 3 mənzil 3-də ailəsilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. O, təxminən 3-4 il müddətdir narkotik vasitə istifadəçisidir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib bəcərdiyi üçün 17.05.2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməzdən əvvəl narkotik vasitə olan marixuananı yaşadığı qəsəbədə olan binaların həyətində yerdə bir bükümdə tapmışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı 10 ədəd kağız bükümlərdə ayırmış və bir ədəd kibrit qutusuna gələcəkdə tapdığı qurudulmuş marixuananı rahat istifadə etməsi üçün doldurmuşdur. Həmin vaxtlar məhkəmə iclaslarında tez-tez iştirak etdiyi üçün tapdığı narkotik vasitəni bükümlərə bölünmüş halda 10 ədəd kağız bükümdə və 1 ədəd kibrit qutusunda yaşadığı mənzilin eyvanında kardon qutunun içərisində bu barədə heç kimin xəbəri olmaması üçün gizlətmişdir. 17.05.2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra cəza çəkmək üçün müəssəsəyə yollanmışdır. Bu zaman 05 noyabr 2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin qərarına əsasən o, cəza çəkməkdən azad edilmişdir. Azad edildikdən sonra o, yaşadığı evə qayıtmışdır. Evdə olan zaman polis əməkdaşları 06 yanvar 2022-ci il tarixdə saat 10 radələrində onun mənzilinə daxil olmuşlar. Onlar narkotik vastənin olması ilə bağlı axtarış aparacaqlarını bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə müvafiq ərizə yazmışdır. Polis əməkdaşları evin eyvanında olan kordon qutunun içərisində narkotik vasitələri aşkara çıxardaraq ona təqdim etmişlər. Həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, qorxudan video çəkiliş aparılan zaman məcbur olub ona məxsus olmasını boynuna almışdır. Həmin narkotik vasitələri 10 ədəd kağız bükümlərdə və 01 ədəd kibrit qutusunda olan marixuana olmuşdur. Sonradan polis əməkdaşları ona polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən saxlanması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul deyildir. Qeyd olunanalara əsasən onun barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2012-ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2020-ci ildən xidmət edir. 06 yanvar 2022-ci il tarixdə Bərdə rayonu, 866 saylı qəsəbə bina 3 mənzil 3də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yaşadığı Bərdə rayonu, 866 saylı qəsəbə bina 3 mənzil 3-də yerləşən evdə narkotik vasitələri satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin gün saat 10 radələrində yaşadığı binanın qarşısında saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələri saxlamasını bildirmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X4, Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 və kriminalist Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin eyvanında olan kardon qutudanf 01 ədəd kibrit qutusunda və 10 ədəd kağız bükümlərdə ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Narkotik vasitələr götürüldükdən sonra elektron tərəzidə çəkildi və qablaşdırılaraq götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmasını və 3-4 il müddətdir ki, narkotik vasitələri və psixotrop maddələri istifadə etməsini etiraf etdi. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildi. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı X4, Bərdə RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3, kriminalist Şahid1 və müdafiəçi Nümayəndə iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla saxlanılması və gəzdirilməsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onun əridir. Onun Elçin ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun Elçin ilə münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs bundan qabaq narkotik vasitələri qanunsuz olaraq əkib-becərdiyi üçün tutularaq barəsində azadlıqdan məhrum etmə cəzası tədbiq edilmişdir. Lakin elan olunmuş amnistiya ilə əlaqədar olaraq Elçin azadlığa buraxılmışdır. Elçin azadlıqdan olan müddət ərzində hər hansı bir yerdə işləməmiş, qohumları ilə gəzmişdir. 06 yanvar 2022-ci il tarixdə saat 10 radələrində o, evdə olarkən evə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Elçinə evə baxış keçirtməklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları evə baxış keçirtmişlər. Lakin o, baxışda iştirak etməmiş, evin digər otağına keçmişdir. Sonradan baxış bitirdikdən sonra evdən narkotik vasitələrin aşkar edilməsi ona məlum olmuşdur. Elçin baxış bitdikdən sonra polis əməkdaşları ilə birlikdə getmişdir. Onun Elçinin yaşadığı evdə narkotik vasitələrin saxlamasından xəbəri olmamışdır. Həmçinin Şahid4 ifadəsindən göstərdi ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Yaşadığı evin eyvanında Elçinə aid olan kardon qutu, kartof və soğan səbəti olmuşdur. Kardon qutuda Elçin özünə məxsus əşyaları saxlamışdır. O və digər ailə üzvləri heç bir maraq kəsb etmədiyindən qutuya heç vaxt baxmamışdır. Onunla birlikdə evdə əri Elçin yaşamışdır. Həmçinin anası Rafət hər gün onlara gəlmişdir. Oğlu Nurlun və qızı Əntiqə Bakı şəhərində yaşayırlar və baş verən hadisədən heç bir məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsini Şahid4 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etdi. Cinayət işinin 17-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 06 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 81-85-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)3/2022 saylı 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2022-ci il tarixli 16/25 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşayış aşkar edilmış....” sözləri olan kağız paketdə, 10 (on) ədəd kağız bükümlərdə və 1(bir) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0,36 qram, 0,83 qram, 0,022 qram, 0,35 qram, 0,28 qram, 0,56 qram, 0,54 qram, 0,75 qram, 0,6 qram və 2,83 qram, ümumi təmiz çəkisi 7,83 qram olan bitki mənşəli kütlələr, tərkibinində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-7.83 qram, tədqiqat sərf edildi-0.44 qram (hər birindən 0.04 qram), qalıq 7.39 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 07.02.2022-ci il tarixli 160 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 88-98-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 17 may 2021ci il tarixli 1(021)69/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.Cəzasının əvvəli 17 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 124-127-ci vərəqələrində olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 7(010)623/2021 saylı 03 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(021)69/2021 saylı hökmü ilə CMnin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğlu barəsində “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 06 ay 10 gün hissəsi 6 ay azaldılmış, cəza çəkmə müddətinin əvvəli 17.05.2021-ci il tarixdən hesablanması nəzərə alınaraq, o cəza çəkməkdən azad edilmişdir. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(021)69/2021 saylı hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan Bərdə rayon MKİS-nin tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 160-168-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 22 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş bir ədəd kibrit qutusunda və 10 ədəd kağız bükümlərdə təmiz çəkisi 7.83 qram olan çətənə (kannabis) tədqiqat prosesində tədqiqata 0.44 qram sərf olunduğundan qalıq olaraq 7.39 qram çətənə (kannabis) maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən gənc olmasını, ailəli olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(021)69/2021 saylı hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 7(010)623/2021 saylı 03 dekabr 2021-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(021)69/2021 saylı hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğlu barəsində “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 06 ay 10 gün hissəsi 6 ay azaldılmış, cəza çəkmə müddətinin əvvəli 17.05.2021-ci il tarixdən hesablanması nəzərə alınaraq, o cəza çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(021)69/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 yanvar 2022ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 08 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 08 yanvar 2022- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 06 yanvar 2022-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 7.39 qram olan narkotik vasitə- çətənə (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 7.39 qram olan narkotik vasitə- çətənə (kannabis) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar