Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-69/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində DİN BMCMİ-də ibtidai istintaqı aparılan CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin müvafiq qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,538 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və təmiz çəkisi 0,851 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək yaşadığı evin yataq otağında çarpayının üzərində olan balıncın altında saxlamış, 15 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Ə.Ədilov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış zamanı oradan, yəni yaşadığı evin yataq otağında çarpayının üzərində olan balıncın altında “Rothmans” siqaret qutusunda satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,538 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 2 (iki) ədəd iç-içə olan sellofan bükümdə təmiz çəkisi 0,851 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham qəbul etdiyini bildirirək, ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, subaydır, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir. ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayır. O, bir neçə ildir narkotik vasitələrdən istifadə edir. Təxminən iki-üç ildir ki, heroin və metamfetamin istifadə edir. Buna görə də narkotik vasitələrdən istifadə etdiyi üçün 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxandan sonra da narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 15 yanvar 2024-cü il tarixdə o, yaşadığı evdən çıxıb küçə ilə gedən zaman yerdə sellofan büküm görmüş və həmin sellofan bükümləri götürüb açmışdır. O, narkotik vasitədən istifadə etdiyi və tanıdığı üçün həmin sellofanın içərisində narkotik vasitə olan el arasında “kakos” kimi tanıdığı heroin və “şüşə” kimi tanıdığı metamfetamin olduğunu görmüşdür. O, həmin narkotik vasitədən və psixotrop maddədən istifadə etmək məqəsdi ilə həmin bükümləri “Rothmans” siqaret qutusunun üz hissəsində olan cığalanın içərisində yerləşdirib yaşadığı evdə yataq otağında olan çarpayının üstündə balıncın altında gizlətmişdir. Sonra yaşadığı küçəyə çıxmışdır. 15 yanvar 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimli şəxsələr ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını deyərək özlərini təqdim etmişdilər. Ona qanunsuz narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişdilər. O, səmimi olaraq üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə yatdığı çarpayıda balıncın altında narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra onun razılıq ərizəsindən sonra yaşadığı evə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Yaşadığı evdə yataq otağında olan çarpayının üstündə olan balıncın altından “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusunun üzərində olan cığalanın içərisinə baxış keçirilən zaman 1 ədəd kağız bükümdə olan psixotrop maddə və 1 ədəd sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonra yaşadığı evə baxış keçirilmiş və əlavə olaraq yaşadığı evdən qanunsuz predmet və ya əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə dəvət etmişdilər. O, polis şöbəsinə gəlmiş və orada ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Müdafiəçi təyin olunmuşdur. Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı təqdim etdiyi 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. O, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini istifadə və çəkdiyi üçün yaşadığı evdə saxlamışdır. O, narkotik vasitəni və psixotrop maddəni heç kimdən almamış, heç kimə satmamış, heroni və metamfetamini 15 yanvar 2024-cü il tarixdə yaşadığı küçədən tapmışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda o, Bərdə RPŞ-nin KTQ-nun kriminalisti vəzifəsində xidmət edir, polis kapitanıdır. Mahiyyəti üzrə bildirir ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, 15 yanvar 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bərdə şəhəri Ə.Ədilov küçəsində olan zaman saxlanılmış və qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs saxlanılması ona izah olunmuşdur. Hüquq və vəzifələri izah edilərək yaşadığı evə baxış keçirilməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə yazaraq evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına onun, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru İftixar Səfərovun,Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin əməkdaşı, polis leytenantı Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş otağına daxil olaraq otağın solunda özünə məxsus çarpayının üzərində olan yasdığın altından “Rothmans” markalı siqaret qutusunu götürərək içərisində 01 bükülü sellofanda olan kütləni təqdim edərək kağız bükümlərdə olan kütlələri təqdim edərək “heroin” və “şüşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin kütlələrə baxış keçirilmişdir. Həmin kütlələrin narkotik vasitə hesab edilən heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrə bənzər olması müəyyən edilərək elektron tərəzidə çəkilmişdir. Sellofanla birlikdə olan heroinə bənzər 01 ədəd kütlənin çəkisi 1,25 qram, kağız bükümdə olan metamfetaminə bənzər 01 ədəd kütlənin çəkisi isə 0,81 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəyə bənzər heroin və psixortop maddə olan metamfetaminə bənzər maddə 2 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imza edilmiş və Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra həmin evə baxış keçirilmiş qanunsuz əşya və ya predimet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi dəvət edilməklə X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları polis kapitanı Şahid2, polis serjantı Nərman Əliyevin, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs oğıunun üzərinə şəxsi axtarış və baxış keçirən zaman onun üzərindən hər hansı bir narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər aşkar edilməmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunaraq iş üçün əhəməyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş digər şahidlər X8 və CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 öz ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 16 yanvar 2024-cü il tarixli 16/75 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş maddi sübüt” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,538 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamtemindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş maddi sübut” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə olan sellofan bükümdə, təmiz çəkisi 0,851 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (İİ siyahı) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (1-ci siyahı) daxildir Cinayət işi materiallarına əlavə edilmiş «baxış və götürmə haqqında» 15 yanvar 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs yaşadığı evin giriş otağnda solda özünə məxsus çarpayının üzərində olan yastığın altında “Rothmans” markalı siqaret qutusunun içərində 01 sellofan büküm ümumi çəkisi 1,25 qram narkotik vasitə olan heroinə bənzər kütlə və 01 büküm kağızda ümumi çəkisi 0,81qram narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli “Samsung Galaxy” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 29 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 12 dəqiqə 53 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 15 yanvar 2024cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən baş vermiş proseslər öz əksini tapmışdır. 16 yanvar 2024-cü il tarixli “Samsung Qalaxy markalı mobil telefona” baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayon PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilən zaman üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı üzərindən aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli Samsung Galaxy markalı mobil telefona tərəfimdən iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı Samsung Galaxy markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. 25 yanvar 2024-cü il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, narkotik vasitələri və psixotrop maddələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və psixotrop maddələri əldə etməsi haqqında əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitələrin və psixotrop maddələrin digər şəxslərlə cinayətkər əlbirliyi müəyyən olunmamışdır. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 17 fevral 2024-cü il tarixli 258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 27 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 may 2019-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 1(021)- 106/2018 nömrəli hökümünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum edilmişdir. Cinayət işinə əlavə edilmiş 12 fevral 2024-cü il tarixli Bərdə şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyin 753 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır. Yaşayış üzrə verilmiş arayışda müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-28/2-104/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)- 357/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, prokurorun təqdimatı təmin edilməklə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 mart 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,538 qram olması, ekspertiza zamanı isə 0,05 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 0,488 qram metamfetamin və 02 (iki) ədəd iç-içə olan sellofan bükümdə təmiz çəkisi 0,851 qram olması, ekspertiza zamanı isə 0,1 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 0,751 qram heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, təqsirləndirilən şəxs X1 məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,538 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və təmiz çəkisi 0,851 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək yaşadığı evin yataq otağında çarpayının üzərində olan balıncın altında saxlamış, 15 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Ə.Ədilov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış zamanı oradan, yəni yaşadığı evin yataq otağında çarpayının üzərində olan balıncın altında “Rothmans” siqaret qutusunda satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,538 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 2 (iki) ədəd iç-içə olan sellofan bükümdə təmiz çəkisi 0,851 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılara əsasən narkotik vasitə hesab edilən heroinin və psixotrop maddə hesab edilən metamfetaminin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X3 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər eyni növ cinayət əməllərini dəfələrlə törətməsini və müxtəlif vaxtlarda müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzalarına məruz qalmasını, lakin həmin cəzalardan nəticə çıxarmayaraq və islah olunmayaraq yenidən eyni növ cinayəti törətməsini nəzərə alır. AR.CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırki işdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallara təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və məhkumluğunun olmaması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə saat 11:00-da Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru İftixar Səfərov tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 17 yanvar mart 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd ağ kağız bükümdə, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 2 (iki) ədəd iç-içə olan sellofan bükümdə ekspert tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,751 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 60,80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində aparılan ********* nömrəli cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd ağ kağız bükümdə, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 2 (iki) ədəd iç-içə olan sellofan bükümdə ekspert tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,751 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 60,80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsinnilsin. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-69/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-69/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver