Məhkəmə qərarları › İş №1(021)-7/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-7/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-7/2023 25.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokol tərtib edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs boğazından tutaraq qəsdən itələyib yerə yıxmışdır və nəticədə Zərərçəkmiş şəxs başı evin taxta döşəməsinə dəyərək xəsarət almışdır. Təqsirləndirilən şəxs bununla da sonuncuya boyunun sağ yan səthinin qançırı, burun ucu nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin hematoması ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. İbtidai araşdırma zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. O 2009-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 3 övladı vardır. Əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin sonradan 2012-ci ildə bir rəsmi qaydada məhkəmənin qərarı ilə boşansaqda 2022-ci ilin mart ayınadək biryerdə yaşamağa davam etmişlər. 2022-ci ilin mart Zərərçəkmiş şəxs onun evdə olmadığından istifadə edərək 3 azyaşlı uşaqları ilə birgə yaşadığı evdən Bakı şəhərində yaşayan atası evinə getmişdir və sonradan ona zəng edərək ayrılmaq istədiyini bildirmişdir. O, sonradan bir neçə dəfə gedib azyaşlı uşaqları ilə Bakı şəhərində görüşmüş və sonradan 2022-ci ilin iyul ayında o Bakı şəhərinə gedədək uşaqlarını yaşadığı Bərdə rayonuna aparmışdır və uşaqları onunla yaşamağa başlamışlar. 06 avqust 2022-ci il tarixdə saat 12 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs tanımadığı bir nəfər taksi ilə onun evinə gəlmişdir, həmin vaxt o evdə olmamış və oğlu Ədalət zəng edərək anası Nuranənin onun evinə gəldiyini bildirmişdir. Bundan sonra o evə getmiş və evə daxil olduqda Nuranənin evə ayaqqabıda daxil olduğunu və əlində tort olduğunu görmüşdür. Bu zaman o, Zərərçəkmiş şəxs ayaqqabısını çıxartmasını tələb etmiş, lakin Nuranə onun sözlərinə əhəmiyyət verməmiş və kinayəli şəkildə hərəkətlər etməyə başlamışdır, bu zaman o, Nuranənin boğazından tutaraq kənara itələmişdir və Nuranə yerə yıxılmışdır, həmin vaxt Nuranənin başı evin döşəməsinə dəymişdir. Sonra isə yerdən qalxaraq ona əl-qol atmağa başlamış, həmin vaxt o Nuranənin qollarından tutaraq kənara itələmiş və yaşadığı evdən çıxardaraq oradan qovalamışdır. Sonradan Nuranə həyətdən çıxıb getmişdir. O Nuranənin boğazından tutaraq kənara itələmiş və Nuranə yerə yıxıldıqda başı evin taxta döşəməsinə dəymişdir, lakin o Nuranəni yumruq və təpiklə vurmamışdır. Onlar arasında mübahisə təxminən 4-5 dəqiqə ərzində davam etmişdir və onlar evin içərisində olmuşlar, buna görədə kənar şəxslər toplaşmamışlar. Həmin vaxt orda 2011-ci il təvəllüdlü oğlu Ədalət orada olmuşdur. Əksinə zərərçəkmiş şəxs ona xəsarət yetirmiş, onun paltarını cırmış və onu dişləmişdir. Lakin o, ekspertizadan keçməmişdir. o, Nuranəni sadəcə itələmişdir. O, heç bir cinayət törətədiyindən barəsində bəraət hökmünün verilməsini xahiş etdi. Məhkəmə istintaqı Zərərçəkmiş şəxs ziddiyyətli ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə rəsmi şəkildə boşanma işləri məhkəmənin icraatındadır. Uşaqlar əvvəllər onda qalıb, lakin sonradan Fəzalət uşaqları ondan almışdır. Hadisə baş verən günü yəni, 06 avqust 2022-ci il tarixdə o oğlu Ədalət Məmmədovun doğum günü olduğu üçün tort alaraq Bərdə rayonu Alaçadırlı kəndində yaşayan əri Fəzalətin yaşadığı evə getmiş, həmin vaxt Fəzalət evdə olmamış, lakin təxminən 5-10 dəqiqə sonra Fəzalət evə gəlmişdir və onun hansı səbəbdən onun evinə getdiyini və hansı səbəbdən evə ayaqqabıda daxil olduğunu soruşmuşdur, sonra isə onun almış olduğu tortu əlindən alaraq döşəməyə atmışdır və daha sonra Fəzalət onun boğazından tutaraq boğmağa çalışmış və o Fəzalətə əl atmaq istəyərkən Fəzalət onu kənara itələmişdir və o yerə yıxılmışdır, nəticədə onun başı evin taxta döşəməsinə dəymişdir, daha sonra o yerdən qalxmış və Fəzalətlə aralarında mübahisə davam etmişdir, lakin həmin vaxt Fəzalət onun qolundan tutaraq evdən həyətə çıxartmış və evindən qovalamışdır. O, Fəzalətə heç bir xəsarət yetirməmişdir. Ayrılıqları rəsmi deyil lakin məhkəmə hələ davam edir. Mingəçevir Rayon Məhkəməsində hazırlıq iclasları olub iki dəfə. Uşaqlar onun yanında idi. Hadisə olan günü Fəzalət tortu yerə atmaq istədikdə qarşısına keçərək qoymadı tortu atmağa. O, sadəcə olaraq Fəzaləti dayandırmağa çalışıb. Fəzalət onun boğazından tutaraq divara doğru sıxıb boğmağa başladı. Bundan sonra yerə yıxaraq dizini sinəsinə, hər iki əli ilə əllərini tutub. Saçınan isə anası tutub. Hadisə vaxtı evdə yalnız uşaqlar və birdə Fəzalətin anası vardı. Xəsarət zamanı başı döşəməyə dəyib. Başının sağ tərəfi dəydi. Halbuki ibtidai araşdırma zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, onların birgə nigahdan 3 övladı vardır. Fəzalətlə əvvəllər münasibəti yaxşı olsada, lakin sonradan aralarında mübahisələr baş verməyə başlamışdır və mübahisələrə səbəb isə Fəzalətin ona və azyaşlı uşaqlarına maddi sıxıntılar yaşatması və günlərlə evə gəlməməsi olmuşdur və buna görədə o 2022-ci ilin aprel ayında Fəzalətdən ayrılaraq Bakı şəhərində yaşayan valideynlərinin evinə getmişdir və 29 may 2022-ci il tarixdə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Həmin vaxt 3 azyaşlı uşaqları onunla birgə yaşamışlar, lakin 2022-ci ilin iyul ayında Fəzalət Bakı şəhərinə gedərək uşaqlarla görüşmək istədiyini demişdir və daha sonra uşaqları özü ilə birgə Bərdə rayonuna aparmışdır. 06 avqust 2022-ci il tarixdə o oğlu Ədalət Məmmədovun doğum günü olduğu üçün tort alaraq Bərdə rayonu Alaçadırlı kəndində yaşayan əri Fəzalətin yaşadığı evə getmiş, həmin vaxt Fəzalət evdə olmamış, lakin təxminən 5-10 dəqiqə sonra Fəzalət evə gəlmişdir və onun hansı səbəbdən onun evinə getdiyini və hansı səbəbdən evə ayaqqabıda daxil olduğunu soruşmuşdur, sonra isə onun almış olduğu tortu əlindən alaraq döşəməyə atmışdır və daha sonra Fəzalət onun boğazından tutaraq boğmağa çalışmış və o Fəzalətə əl atmaq istəyərkən Fəzalət onu kənara itələmişdir və o yerə yıxılmışdır, nəticədə onun başı evin taxta döşəməsinə dəymişdir, daha sonra o yerdən qalxmış və Fəzalətlə aralarında mübahisə davam etmişdir, lakin həmin vaxt Fəzalət onun qolundan tutaraq evdən həyətə çıxartmış və evindən qovalamışdır. Daha sonra zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid bildirmişdir ki, hal hazırda atası Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə rayonu Alaçadırlı kəndində yaşayır, hal hazırda 6-cı sinifdə oxuyur, psixi xəstəliklər keçirməmişdir. Zərərçəkmiş şəxs onun anasıdır. Təxminən 4-5 aydır ki, anası Nuranə ilə atası Fəzalət ayrılmışlar və anası Nuranə həmin vaxtdan Bakı şəhərində yaşamağa başlamışdır. Onun anası Nuranə ilə heçbir münasibəti yoxdur. 06 avqust 2022-ci il tarixdə onun doğum günü olmuşdur və buna görədə həmin gün saat 12 radələrində o yaşadığı evdə olarkən anası Nuranə onlara getmişdir və həmin vaxt atası Fəzalət evdə olmamışdır. Anası Nuranə onlara getdikdə əlində tort və oyuncaqlar olmuşdur, o həmin vaxt atası Fəzalətə zəng etmiş və anası Nuranənin onlara gəldiyini demişdir. O atasına zəng etdikdən bir neçə dəqiqə sonra atası Fəzalət evə getmişdir və Nuranənin əlində olan tortu onun əlindən alaraq yerə vurmuşdur. Həmin vaxt onlar mübahisə etmişlər və anası Nuranə Fəzalətə əl-qol atmışdır, həmin vaxt atası Fəzalət anası Nuranənin boğazından tutaraq kənara itələmiş və Nuranə yerə yıxılmışdır və başı evin döşəməsinə dəymişdir, sonra isə atası Fəzalət anası Nuranənin qolundan tutaraq evdən çıxartmışdır və həyətə çıxardaraq evdən qovalamışdır. Daha sonra qanuni nümayəndə Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid bildirmişdir ki, o, atasını çox istəyir. Hadisə olan günü də səbəbkarı anası olmuşdur. Əvvəlcə anası atasına hücum etmiş, onun paltarını cırmış və atasına şillə vurmuşdur. Hətta atasının üstündə qan ləkəsi olmuşdur. Atası hücum etdiyinə görə anasını itələmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təşəbbüsü ilə dəvət edilmiş şahid ekspert X7 ifadəsində göstərdi ki, hazırki cinayət işi onun yadına düşür. Rəyi o vermişdir. Rəydə də qeyd edilib ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – boyunun sağ yan səthinin qançırı, burun ucu nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 06 avqusta 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. O, rəyi verərkən Səhiyyə Nazirliyinin metodiki tövsiyyələrinə əsasən rəyini əsaslandırmışdır. O, belə hesab edir ki, yetirilən xəsarətlər yüngün zərər vurmaya aiddir. Hemotoma bir neçə formada ola bilər. İş materiallarında olan sənədlər aşağıdakılardan ibarətdir: İş materiallarına əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 06 avqust 2022-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – boyunun sağ yan səthinin qançırı, burun ucu nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 06 avqust 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materiala əlavə edilmiş Bərdə rayon Alaçadırlı kənd İcra Nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olmaqla olmaqla ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Himayəsində 2011-cı il təvəllüdlü Şahid, 2015-ci təvəllüdlü X2 və X3 vardır. Materiala əlavə edilmiş Bərdə rayon Alaçadırlı kənd İcra Nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1984-cü ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı vardır, fərdi əməklə məşğuldur, yaşadığı ərazidə özünü intizamlı aparmış, ailə və məişətdə özünü intizamlı apararaq içtimai işlərdə fəal iştirak etmişdir. Hal hazıradək onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmənin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmiş, lakin Zərərçəkmiş şəxs ekspertizaya getmədiyindən qərar icra edilmədən geri qaytarılmışdır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi barədə: Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi olunmadığından ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin dispozisiyasında göstərilir ki, Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda qeyd edilir ki, “06 avqust 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs boğazından tutaraq qəsdən itələyib yerə yıxmışdır və nəticədə Zərərçəkmiş şəxs başı evin taxta döşəməsinə dəyərək xəsarət almışdır. Təqsirləndirilən şəxs bununla da sonuncuya boyunun sağ yan səthinin qançırı, burun ucu nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin hematoması ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.” Halbuki ittiham aktında irəli sürülmüş ittiham iş materiallarında olan sübutlarla, ziddiyətli sübutlarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyi ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur:

1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri;

2. ekspertin rəyi;

3. maddi sübutlar;

4. istintaq və məhkəmə hərəkətlərinin protokolları;

5. digər sənədlər. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış:

1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir;

2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. Həmin Məcəllənin 127.2-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Birinci olaraq məhkəmə ona fikir verməyi zəruri hesab edir ki, MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 06 avqust 2022-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – boyunun sağ yan səthinin qançırı, burun ucu nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 06 avqust 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Halbuki “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə 01 avqust 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cü bəndinə əsasən yüngül xəsarətlərə aşağıdakılar aid edilir:

1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər;

2. 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı;

3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı;

4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla);

5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar;

6. baş beyin silkələnməsi;

7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr;

8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Bundan başqa Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” haqqında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli 07 saylı əmrinə əsasən Yüngül zərər vurmanın əlamətlərinə aşağıdakılar aiddir: a) sağlamlığın qısa müddətə pozulması; b) ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi. Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər:

1. Xİ-Xİİ qabırğalar istisna olmaqla 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları;

2. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı;

3. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla);

4. stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar;

5. baş beyin silkələnməsi. Qeyd: a) həyat üçün təhlükəli olmayan baş beyin əzilmə və silkələnmələrinin zərər vurma dərəcəsinin təyinində bu zədələrə dair metodik tövsiyə rəhbər tutulmalıdır; b) əgər yetirilmiş xəsarətlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıq, qançır, cərrahi tikişə ehtiyacı olmayan kiçik yaralar halındadırsa, onda bu xəsarətlərin xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə onların sağlamlığa zərər vurmadığı göstərilməli və dərəcəsi təyin edilməməlidir. Lakin hazırki iş üzrə verilmiş məhkəmə-tibbi ekspertizanın rəyində zərərçəkmiş Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir:

1. boyunun sağ yan səthinin qançırı;

2. burun ucu nahiyəsinin sıyrığı;

3. sol təpə nahiyəsinin hematoması Məhkəmə xüsusi olaraq onu vurğulmaq zəruri hesab edir ki, həmin xəsarətlər nə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarında, nə də ki Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq əmrində yüngül xəsarətlərə aid edilmir və ümumiyyətlə dərəcəsi təyin edilməyən xəsarətlər kimi göstərilib ki, bu da öz növbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaratmır. Bundan başqa məhkəmə istintaqı zamanı şübhə doğuran bəzi məqamlar aradan qaldırılmadı və əksinə olaraq həmin şübhələr daha da dərinləşdi. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Təqsirləndirilən şəxs tərəfindən itələndikdə yıxılmış və başının sağ tərəfi döşəməyə dəymişdir.” Lakin iş materiallarında olan məhkəmə-tibbi ekspertizanın rəyində qeyd edilmişdir ki, “Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – boyunun sağ yan səthinin qançırı, burun ucu nahiyəsinin sıyrığı, sol təpə nahiyəsinin hematoması...” Qeyd edilən ziddiyyətin aradan qaldırılması üçün müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş məhkəmə tibb eksperti Şahin Verdiyev “....mən hesab edirəm ki, verilmiş rəy qanunidir. Metodik vəsaitlərdən istifadə edərək rəy verilib. Hesab edirəm ki, xəsarətlər yüngül dərəcəli xəsarətlərdir...” deməklə kifayətlənmiş, rəydə gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyi və ifadələr bir-biriləri ilə ziddiyət təşkil edir, ekspertiza rəylərində isə ümumiyyətlə gəlinən nəticələr əsaslandırılmamışdır. Həmin ziddiyyətlər aşağıdakılardan ibarətdir:

1. Zərərçəkmiş şəxs yıxılarkən başının sağ tərəfinin dəydiyini bildirmiş, ekspert rəyində isə sol təpə nahiyyəsinin hemotoması yazılmışdır.

2. Məhkəmə tibbi ekspertizanın rəyində qeyd edilmiş xəsarətlərin yüngül xəsarətlərə aid edilməsi ümumiyyətlə əsaslandırılmamış, həmçinin də həmin xəsarətlər “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə 01 avqust 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında və Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi ilə razılaşdırılmışdır “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” haqqında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli 07 saylı əmrində yüngül dərəcli xəsarətlərin siyahısında təsbit edilməmişdir. Beləliklə, yuxarıda sadalanan sübutlara məcmu halında qiymət verən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs boğazından tutaraq qəsdən itələyib yerə yıxmışdır və nəticədə Zərərçəkmiş şəxs başı evin taxta döşəməsinə dəyərək xəsarət alsa da, ekspertiza rəyində qeyd edilən xəsarətlər yüngül dərəcəli xəsarətlər üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən və həmin xəsarətlərin siyahısında qeyd edilmədiyindən sonuncunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ziddiyyətli sübutlar əsasında ittiham irəli sürülmüşdür. Həmin ittiham sonradan məhkəmə istintaqı zamanı sübutların qarşılıqlı və əhatəli təhlili zamanı tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Hüquq nəzəriyyəsinə əsasən cinayət tərkibinin 4 əlaməti mövcuddur ki, bunlara cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti daxildir. Belə ki, baş vermiş cinayət hadisəsi üzrə əsas obyekt həyat və sağlamlıqla bağlı ictimai münasibətlər, obyektiv cəhət üzrə isə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs və subyektiv cəhəti cinayətin qəsdən törədilməsidir. Lakin məhkəmə hazırki iş üzrə cinayətin obyektiv cəhətinin mövcud olmadığını hesab edərək ümumilikdə cinayət tərkibinin mövcud olmadığı qənaətinə gəlmişdir. Belə ki, cinayət tərkibinin hər hansısa bir elementinin mövcud olmaması ümumilikdə cinayət məsuliyyətini istinsa edən haldır ki, bu da Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsas sayılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.3.-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə iclasında ittiham tərəfi Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətməkdə tam təqsirli olmasına sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqlar ıüzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 2 və 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının vəX5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrəİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının vəX5 haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuşşəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının vəX5 haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı, müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqularının və X5 Haqqında Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Həmçinin “Layıcov Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “Xan BirləşmişKrallığa qarşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X6rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002-İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunubolunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıbalmadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, cinayət prosesindəşübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda(125.2.1-ci maddə); - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə(125.2.3-cü maddə); - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsindəöz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə(125.2.4-cü maddə); - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə(125.2.5-ci maddə); - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə(125.2.6-cı maddə); - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda(125.2.7-ci maddə); - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda(125.2.8-ci maddə); - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda(125.2.9-cu maddə); - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda(125.2.9-cu maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X5 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq vəşəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X13rşı işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-c ibəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarına əsasən “...Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır.... ... CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. ...Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır.... ...Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.... ...Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir....” Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs barəsində verilmiş ziddiyyətli və tam şəkildə əsaslandırılmayan ekspert rəyi ilə razılaşmır və həmin rəy ilə nə səbəbə razılaşmamasını rəyi təhlil edərkən yuxarıda məhkəmə mövqeyini bəyan etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 127-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi və prossesual hüquq normalarının məzmununa, tərəfdar çıxdığımız müqavilələrin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum Qərarının hüquqi mövqelərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.1.1-42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.2.1-42.2.4.-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar