Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-70/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X2, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Hacılı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 -ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 03 yanvar 2021-ci il tarixdə saat 08:00 radələrində Bərdə şəhəri H.Əliyev prospekti ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda bunları etməmiş, nizamlanmayan piyada keçidi ilə yolu keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq, Zərərçəkmiş şəxs sağ budun travmatik çıxığı, çanaq sümüklərinin çoxsaylı, yerini dəyişmiş qapalı parçalı sınıqları, sağ incik sümüyü sınığı, incik siniri neyropatiyası, alnında sıyrıq, qapalı kəllə-beyin travması ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun özünə məxsus olan “VAZ-2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürücülük vəsiqəsi əsasında 2010-cu ildən idarə edir. Belə ki, 1990-cı ildə sürücülük hüququna yiyələnmişdir. 03 yanvar 2021-ci il tarixdə saat 08:00 radələrində idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə Bərdə rayonu Güloğlular kəndində yerləşən bazardan çıxıb Bərdə şəhəri H.Əliyev prospekti ilə İ.Qayıbov küçəsi istiqamətində hərəkətdə olmuşdur. Prospektin Bərdə şəhəri E.Əsədov küçəsinin kəsişdiyi yerə çatarkən qəflətən yolun sol hərəkət zolağından sağ hərəkət zolağına bir nəfər piyadanın keçdiyini görmüş və piyadanı anidən gördüyü üçün avtomobilini tormozlaya bilməmiş, sol tərəfə doğru sürmüşdür. Bu zaman avtomobilin sağ qabaq tərəfi ilə həmin piyadanı vurmuş və piyada zərbənin təsirindən yolun kənarına düşmüşdür. Daha sonra avtomobili saxlayıb piyadanın vurulduğu yerə yaxınlaşmış və orada olan digər şəxslər ilə birlikdə təcili tibbi yardım avtomobili çağırmışlar. Bir qədər sonra vurulan piyada oraya gələn təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Bir az keçdikdən sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisənin baş verməsini təsvir etmişdir. Bundan başqa o, hadisədən əvvəl avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etdiyini, idarə etdiyi avtomobilin qarşısına hər hansı maneənin çıxmadığını, hadisə baş verən zaman avtomobildə tək olduğunu, piyadanın yolu keçməsini gördüyü anda aralarında 7-8 metr məsafə olduğunu bildirmişdir. Hazırda əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı xəstəxanaya müəyyən qədər ödəniş həyata keçirdiyini, həmçinin ailəli olduğunu nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. Hər gün saat 08:00 radələrində yaşadığı Bərdə şəhəri M.Şəhriyar küçəsində yerləşən evdən çıxıb işə gedir. 03 yanvar 2021-ci il tarixdə qeyd olunan saatda işə getməli olduğundan evdən çıxıb piyada şəkildə tanışı Əhmədin öz avtomobili ilə onu gözlədiyi Bərdə şəhəri H.Əliyev prospektindən keçən avtomobil yolunun kənarına doğru irəliləmişdir. Həmin vaxt Əhmədin yanında iş yoldaşları Vüsalə və Leyla da olmuşdur. O, M.Şəhriyar küçəsindən E.Əsədov küçəsinə doğru yolu piyada şəkildə adi yeriş ilə keçmək istəyən zaman qəflətən sağ tərəfindən avtomobil onu vurmuşdur. Həmin zərbənin təsirindən toqquşma yerindən bir neçə metr aralı düşmüşdür. Daha sonra onu vuran, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin sürücüsü dərhal avtomobili saxlayıb düşməklə ona yaxınlaşmışdır. Həmin vaxt Əhməd, Vüsalə və Leyla da ona doğru qaçmağa başlamışlar. O, sağ ayağı ağrıdığına görə ayağa qalxa bilməyəcəyini söyləmişdir. Buna görə də həmin yerə təcili tibbi yardım avtomobili çağırılmış və o, həmin avtomobil ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Bundan başqa o, avtomobilin onu vuracağını gördüyü anda aralarında heç bir məsafə olmadığını, hadisənin ani vaxt ərzində baş verdiyinə görə avtomobilin hansı sürətlə hərəkətdə olduğunu bilmədiyini, əlavə olaraq sürücü Təqsirləndirilən şəxs onun sağlamlığına vurduğu maddi ziyanın böyük hissəsini ödədiyini, ancaq ziyan tam ödənmədiyindən sürücü barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Zərərçəkmiş şəxs 03 yanvar 2021-ci il tarixdə M.Şəhriyar küçəsindən E.Əsədov küçəsinə doğru yolu piyada şəkildə adi yeriş ilə keçmək istəyən zaman qəflətən sağ tərəfindən avtomobil onu vurmuşdur. Həmin zərbənin təsirindən bacısı xəsarət almışdır. Sürücü Təqsirləndirilən şəxs əvəllər bacısının sağlamlığına çəkilmiş xərclərini qarşılasa da sonrada kömək etməmişdir. Hazırda şikayətçidir, barışıq yoxdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən "xxxx" MMC-yə məxsus təndirxanada işləyir. Onun özünə məxsus olan “VAZ-21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürücülük vəsiqəsi ilə idarə etməklə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs hadisədən təxminən 7-8 ay əvvəl tanımağa başlamışdır. Belə ki, Elnarə "xxxx" MMC-nin mühasibatlıq işlərini görməklə məşğul olur. O, hər gün saat 08:00 radələrində özünə məxsus olan avtomobil ilə iş yoldaşları Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 yaşadıqları ünvanlardan götürüb işə aparmışdır. Hər gün olduğu kimi 03 yanvar 2021-ci il tarixdə o, əvvəlcə, Leylamı yaşadığı “Təzə məhlələr” deyilən yerdən götürüb avtomobilini Bərdə şəhəri H.Əliyev prospekti ilə idarə etməyə başlamışdır. Həmin prospekt ilə hərəkətdə olub Vüsaləni E.Əsədov küçəsindən, Elnarəni isə həmin küçə ilə üzbəüz – yolun digər tərəfində yerləşən M.Şəhriyar küçəsindən götürüb işə aparmaq istəmişdir. O, Bərdə şəhəri istiqamətində hərəkətdə olduğundan avtomobilini yolun E.Əsədov küçəsinə dönən hissəsində saxlayaraq Vüsalə və Elnarənin gəlməsini gözləməyə başlamışdır. Vüsalə yaşadığı küçədən çıxıb yenicə avtomobilə əyləşmək istəyən zaman Elnarə də öz yaşadığı küçədən çıxıb avtomobilə əyləşmək üçün yolu keçmək istəmişdir. Həmin vaxt qəflətən “VAZ-21063” markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil Elnarəni sağ tərəfindən vurmuşdur. Elnarə zərbənin təsirindən toqquşma yerindən bir neçə metr aralı məsafəyə düşmüşdür. O, Leylam və Vüsalə ilə birlikdə dərhal avtomobildən düşməklə Elnarəyə doğru qaçmışdır. Onlar Elnarəyə doğru qaçan zaman hadisəni törədən avtomobilin 40-50 yaşlarında olan, adını bilmədiyi sürücüsü Elnarəyə yaxınlaşıb necə olduğunu soruşmuşdur. Bu zaman Elnarə sağ ayağı ağrıdığına görə qalxa bilməyəcəyini söyləmişdir. Buna görə də hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılmış və Elnarə həmin avtomobilə yerləşdirilib xəstəxanaya aparılmışdır. Bundan başqa o, hadisəni törətmiş avtomobilin sürücüsünün hadisədən əvvəl avtomobili hansı sürətlə idarə etməsini bilmədiyini bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr verdilər. Cinayət işinin 60-ci vərəqəsində olan 06 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 75-ci vərəqəsində olan 06 mart 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 mart 2021-ci il tarixində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 45-47-ci vərəqələrində olan “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 Bərdə rayon şöbəsinin 02 mart 2021-ci il tarixli 120 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ budun travmatik çıxığı, çanaq sümüklərinin çoxsaylı, yerini dəyişmiş qapalı parçalı sınıqları, sağ incik sümüyü sınığı, incik siniri neyropatiyası, alnında sıyrıq, qapalı kəllə-beyin travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti 03 yanvar 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 22-23-cü vərəqələrində olan 25 yanvar 2021-ci il tarixdə təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli 8/256 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 11-ci vərəqəsində olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 12 saylı, 03.01.2021-ci il tarixli Aktdan görünü ki, əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 03 yanvar 2021-ci il tarixli, 12 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs alkoqol sərxoşluq əlaməti olmamış, o, ayıq olmuşdur. Cinayət işinin 35-ci vərəqəsində olan maddi sübut kimi tanınma haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “VAZ-21063” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 21030039 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. Cinayət işinin 36-ci vərəqəsində olan 25 fevral 2021-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 1 ədəd “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə Rayon Polis Şöbəsindən təhvil almışdır. Cinayət işinin 52-ci vərəqəsində olan Bərdə rayon Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində İƏD-si üzrə İcra nümayəndəliyinə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02.03.2021-cu il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını, onun ilk dəfə ehtiyatsızlıqdan cinayət əməlini törətməsini, törətdiyi əməldən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı və azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 10 fevral 2021-ci il tarixli 8/256 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş materiallarından müəyyən olunur ki, maddi sübut olan “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan maddi sübut olan “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-70/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-70/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver