Məhkəmə qərarları › İş №1(021)-70/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-70/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-70/2022 18.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Nümayəndə Yusif qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 4l tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatının 10 faizi dövlət nəfinə tutulmaqla 06 ay hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, çəzasını çəkib qurtarmış, məhkumluğu olmayan, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Cəyirli kəndində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq şəxsin avtomobilini ələ keçirərək həmin avtomobil ilə nəqliyyat hadisəsi törədərək zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qəsdən və talama məqsədi olmadan 28 noyabr 2021-ci il tarixdə, saat 18:52-də sərxoş vəziyyətdə əvvəllər tanımadığı Bərdə rayonu Divanlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus qapıları açıq və mühərriki sönülü vəziyyətdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Yanar dönər” obyektinin qarşısında saxlanılmış 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, “Mercedes Benz E200 CDİ” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı avtomobili sahibsiz vəziyyətdə görüb istifadəsi üçün heç bir icazəsi və hüququ olmadan qanunsuz olaraq ələ keçirmək niyyətilə mühərrikini açar vasitəsilə işə salaraq həmin avtomobili idarə edib Bakı-Qazax avtomagistral yolunun Yevlax rayonu Aran qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən yol-hərəkəti qaydalarını pozaraq idarə etməni itirib avtomobilin qabaq və alt hissəsini həmin yolda səkiyə toxundurmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5425(beş min dörd yüz iyirimi beş) manat maddi ziyan vuraraq qaçırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur. Evlidir, 3 azyaşlı övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Zərərçəkmiş şəxs tanımır, onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Sonuncu dəfə 28.11.2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanda yemək yeyib spirtli içki qəbul etmişdir. Təxminən saat 18:00 radələrində Bərdə şəhərinə gedib gəzmək istəmişdir. Yaşadığı ünvandan tanımadığı bir taksiyə əyləşib Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhərində bir qədər gəzdikdən sonra H.Əliyev prosketində yerləşən “Yanar dönər” adlı obyektin qarşısına gəlmişdir. Orada küçədə “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşdür. Avtomobilin yanından keçərkən, qapısının açıq olmasını və açarlarının üzərində olması diqqətini cəlb etmişdir. Uşaqlıqdan avtomobillərə qarşı həvəsi olduğundan ürəyindən avtomobilə minib bir qədər sürmək keçmişdir. Saat 18:52 radələrində o, “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanına əyləşmiş və üzərindəki açar ilə avtomobili işə salmışdır. Avtomobili işə saldıqdan sonra Tərtər rayonu istiqamətində hərəkətə başlamışdır. Avtomobil ilə hərəkətə başlayan zaman ətrafda heç kim olmamışdır. Dəmiryol xəttinin yanından Bərdə-Tərtər asfalt yoluna çıxıb Tərtər rayonu istiqamətində hərəkət etmişdir. O, Tərtər rayonundan Bakı-Qazax avtomobil yoluna çıxmış və Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Yevlax rayonu Aran qəsəbəsində dükandan özünə su almaq üçün avtomobili qəflətən sağa doğru hərəkət etdirmişdir. Bu vaxt avtomobilin idarəetməsini itirmiş və avtomobil ilə yolun sağında səkinin üzərinə çıxmışdır. Bu zaman avtomobilin sükanında olan təhlükəzilik yastığı açılmış, avtomobildən aşağı düşüb avtomaşına nəzər yetirmişdir. Avtomobilin ön təkərləri, arxa və qabaq buferləri, həmçinin, avtomobilin alt hissəsi zədələnmişdir. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmışlar və o, törətdiyi əməli etiraf etmişdir. Əlavə olaraq qeyd edir ki, onun “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaqda talama məqsədi olmayıbdır, sadəcə sürmək üçün həmin avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Bərdə RPŞ-də isə qaçırdığı “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin Zərərçəkmiş şəxs olmasını bilmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışmasını nəzərə alaraq yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, xərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vasitəsi ilə özünə məxsusdur. Həmin avtomobili təxminən bir il öncə 19500 manata almışdır. Avtomobilini qaçıran Təqsirləndirilən şəxs tanımır, İlkin ilə hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. Mahiyyəti üzrə bildirir ki, sonuncu dəfə 28.11.2021-ci il tarixdə saat 18:15 radələrində özünə məxsus “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən, işlədiyi “Yanar dönər” adanan obyektə getmişdir. Avtomobilini obyektin qarşısında saxlamış, obyektə daxil olmuşdur. Avtomobildən düşərkən avtomobilin açarları üzərində olmuşdur. Saat 18:52 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək avtomobili işə salıb sürüb getmişdir. İlk öncə dostlarının onunla zarafat etdiyini düşünmüş, lakin, sonradan o, anlamışdır ki, avtomobili qaçırılmışdır. Elə bu səbəbdən də o, dərhal Bərdə RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Sonra Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə Yevlax rayonu Aran qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ona maddi ziyan dəymişdir. Həmçinin ərizə təqdim edərək, bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Yüngül cəza verilməini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili işləyir, polis mayoru xüsusi rütbəsindədir. Sonuncu dəfə 28.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs adlı vətəndaş Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək özünə məxsus avtomobilin işlədiyi obyektin qarşısından naməlum şəxs tərəfindən qaçırılmasını bildirmişdir. Tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Bərdə rayonu Cəyirli kəndində yaşayan Təqsirləndirilən şəxs 28.11.2021-ci il tarixdə saat 18:52 radələrində Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Yanar dönər” adanan obyektin qarşı tərəfindən qaçırmış, Yevlax rayonu Aran qəsəbəsində avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs avtomobil ilə birlikdə tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nin İB-nə təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o Bərdə şəhəri H.Əliyev prosektində yerləşən “Yanar dönər” adlı iaşə obyektində işləyir. Həmin obyektin müdiri Zərərçəkmiş şəxs adlı şəxsdir. Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Mahiyyəti üzrə bildirir ki, sonuncu dəfə 28.11.2021-ci il tarixdə saat 18:15 radələrində Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən, işlədiyi “Yanar dönər” adanan obyektə gəlmişdir. Avtomobilini obyektin qarşısında saxlayıb, obyektə daxil olmuşdur. Saat 18:52 radələrində sonradan tanıdıqları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilə əyləşərək avtomobili işə salıb sürüb getmişdir. İlk öncə onlar kiminsə zarafat etdiyini düşünmüş, lakin, sonradan anlamışlar ki, avtomobil qaçırılmışdır. Elə bu səbəbdən də Zərərçəkmiş şəxs dərhal Bərdə RPŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Sonrakı baş verən proseslərdən xəbəri olmamışdır. Cinayət işinin 126-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 29 noyabr 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğluna 01 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 77-78-cü vərəqəsində olan 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 01 dekabr 2021-ci il tarixdə də müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 10-cu vərəqələrində olan AD N 701952 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E200 CDİ” markalı, ** NV *** dövlət nömrə nişanlı, gümüşü metallik rəngli minik avtomobili Bərdə rayonu Mollalı kəndində yaşayan X4 məxsusdur. Cinayət işinin 11-ci vərəqələrində olan 05.11.2021-ci il tarixli, 061013 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X7 “Mercedes Benz E200 CDİ” markalı, ** NV *** dövlət nömrə nişanlı, gümüşü metallik rəngli minik avtomobilinə məxsus sərəncam vermə hüququnu Bərdə rayonu Divanlı kəndində yaşayan Zərərçəkmiş şəxs həvalə etmişdir. Cinayət işinin 88-96-cı vərəqəsində olan Yevlax RPŞ-dən daxil olmuş 25.12.2021-ci il tarixli materiallardan görünür ki, 28.11.2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs sərxoş halda “Mercedes Benz E220” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax rayonu Aran qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, aralarında heç bir mübahisə yoxdur, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərər tam olaraq ödənilib, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Cinayət işinin 31-ci vərəqəsində olan 29.11.2021-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində X9 oğluna məxsus olan, (etibarnamə ilə idarə edən Zərərçəkmiş şəxs oğlu) 2000-ci il buraxılışlı “Meredes BENZ E200CDİ minik” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5865 (beş min səkkiz yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 90-cı vərəqəsində olan 28 noyabr 2021-ci il tarixli 1590 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 28.11.2021-ci il tarixdə saat 21:00-da yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin 27-cı vərəqəsində olan 29 noyabr 2021-ci il tarixli 1590 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 29.11.2021-ci il tarixdə saat 01:00-da orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin 129-132-cü il vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli 9/389 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmş “X1 və Baxış” müəssisəsində X2 tərəfinən tərtib edilmiş 29.11.2021-ci il tarixli ziyan aktı məlumatlarına əsasən 2000-ci il buraxılışlı, “Mercedes Benz E200 CDİ” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5425,00 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti-4575.00 manat, təmir-bərpa-850.00 manat. (Ekspertiza tədqiqatının dəyəri 50 manat) Cinayət işinin 136-141-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 09.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs talamaq məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, “Mercedes Benz E200 CDİ” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə geri qaytarılmışdır. Cinayət işinin 162-ci vərəqəsində olan 12.03.2002-ci il tarixli Qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə “Mercedes Benz E200 CDİ” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədiyindən o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 86-cı vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarina əlavə edilmiş ünvan 4l tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatının 10 faizi dövlət nəfinə tutulmaqla 06 ay hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarina əlavə edilmiş Hərbi Hissə komandiri tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 4l tarixli hökmü 19.03.2020-ci il tarixdə icraata qəbul olunub. Cinayət işinin 83-84-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Tərtər Hərbi Məhkəməsinin 19.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinə əsasən 06 ay hərbi xidmət üzrə məhdudlaşdırma (-10%)cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarina əlavə edilmiş Hərbi Hissə bölüyü komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Talışkənd, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmiş, qələbə uğrunda səy göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, 2-ci Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 01 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 01 dekabr 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs tərəfindən Mercedes Benz E200 CDİ” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın ödənilməsi nəzərə alınmalıdır. “Mercedes Benz E200 CDİ” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 29 noyabr 2021-ci il tarixindən 01 dekabr 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən Mercedes Benz E200 CDİ” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın ödənilməsi nəzərə alınsın. “Mercedes Benz E200 CDİ” markalı, “**-NV-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar