Məhkəmə qərarları › İş №1(021)-70/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-70/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-70/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1992-ci ildə Tərtər rayon Söylən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı AK-103 modelli, ********* nömrəli, 7,62 mm kalibrli yivli odlu avtomat silahını, döyüş sursatı hesab edilən 46 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını, döyüş sursatı hesab edilən 29 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını və 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olmaqla zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan darağı əldə edib yaşadığı Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yerləşən 1 otaqdan ibarət ünvansız fərdi yaşayış evində qanunsuz olaraq saxlamış, 17 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilən zaman 1 otaqdan ibarət həmin yaşayış evində yerləşən çarpayının üzərində olan ədyalın içərisindən 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı AK-103 modelli, ********* nömrəli, 7,62 mm kalibrli yivli odlu avtomat silahı, döyüş sursatı hesab edilən 46 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, döyüş sursatı hesab edilən 29 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olmaqla zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla Bərdə rayon Meşəçilik İnstitutu ərazisində yerləşən ünvansız fərdi yaşayış evində yaşayır, heç bir yerdə işləmir, İ qrup əlildir, əvvəllər məhkum olunmamışdır. X1 İİ Qarabağ müharibəsi iştirakçısı olduğundan müharibə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq 2020-ci ilin axırlarında həm qardaşına, həm də müharibədə iştirak edən soydaşlarına yemək bişirmək və digər köməklikləri etmək məqsədi ilə Suqovuşan istiqamətində getmiş, həmin müddət ərzində gündəlik olaraq 1-2 saat hərbçilərə köməklik etmişdir. Həmin ərəfələrdə Suqovuşan sərhədindən qayıdarkən Naftalan rayonu ərazisində kolluq hissəyə baxarkən bir ədəd qara rəngli kisənin olduğunu görmüş, həmin kisə onda şübhə doğurduğundan açıb içərisinə baxmış, kisənin içərisində 01 ədəd avtomatın, 01 ədəd darağın, patronların, medal və ermənilərə aid döş nişanları, kağız və dəmir pullar olduğunu görmüş, bu səbəbdən həmin kisəni gizlin götürərək getdiyi yol avtomobilində gizlətmiş, özü ilə yaşadığı Bərdə rayon Meşəçilik İnstitutu ərazisində yerləşən 1 otaqlı evində yerləşən çarpayının üst hissəsində kisədən çıxardıb ədyala bükməklə gizlətmişdir. Həmin puldan və silahdan heç vaxt istifadə etməmişdir. Ancaq xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış və onun qanunsuz olaraq silah saxlamağı barədə məlumatları olduğunu bildirmişlər. Polis əməkdaşlarına yaşadığı evdə qanunsuz olaraq silah saxladığını bildirmiş, bunun ardınca yaşadığı evə baxışın keçrilməsinə hər hansı etirazının olmaması barədə ərizə yazmış və polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evində saxladığı 01 ədəd avtomatı, 01 ədəd içərisində patronlar olan darağı və əlavə olaraq saxladığı avtomat güllələrini polis əməkdaşlarına təqdim etmiş, belə ki, darağın içərisində 34 ədəd, sandıqcanın içərisində isə ümumilikdə 41 ədəd patron aşkar olunmuşdur. Bununla yanaşı evində saxladığı Ermənistan respublikasının medallarını və pullarını da polislərə təqdim etmiş, polis əməkdaşları onun evindən aşkar edilmiş döyüş sursatlarını və silahı sənədləşdirib qablaşdıraraq götürmüş və müvafiq ekspertizaya göndəriləcəyini bildirmişlər. Qablaşdırmaların üzərinə o və polis əməkdaşları imza etmiş, polis şöbəsinə gətirildikdən sonra öz istəyilə müdafiəçi təyin olunmuş, üzərinə şəxsi axtarış keçirilməsinə baxmayaraq üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Özünün silahdan xoşu gəldiyini, bu məqsədlə silahı və digər sursatları yaşadığı evdə saxladığını bildirmiş, həmin silahdan heç vaxt istifadə etməmiş və satmaq məqsədi olmamışdır. Həmin silahı və döyüş sursatlarını 2020-ci ilin oktyabrnoyabr aylarında dəqiq tarixini xatırlamadığı vaxtda Naftalan şəhəri ərazisindən aşkar etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də polis şöbəsinə gətrildikdən sonra hər hansı təsirə və ya təzyiqə məruz qalmamış, iş üzrə alınmış məhkəmə-ballistik ekspertizası rəyi ilə tanış olmuş, özünü təqsirli bilmiş və peşman olduğunu ifadə etmişdir. Əməlindən səmimi peşman olmasını və ailəli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin Kriminalistik- Tədqiqatlar qrupunun ekpsert-kriminalisti, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə RPŞ-nin ekspert-kriminalistidir, polis kapitanı xüsusi rütbəsindədir. 17 yanvar 2024cü il tarixdə Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri Meşəçilik İnstitutu adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. 2024-cü ilin yanvar ayının 17-də onun, Bərdə RPŞ-nin əməkdaşı Şahid2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X6 və Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X7 ilə birlikdə saat 11 radələrində Bərdə şəhəri Meşəçilik İnstitutu adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs evinin yaxınlığında yaşadığı küçədə görmüş, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib yaşadığı evdə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqda şübhəli olduğunu deyib evinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermiş, baxış prosesi özü tərəfindən video qeydə alınmış, Təqsirləndirilən şəxs evində odlu silah və ya döyüş sursatı, habelə qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşulduqda sonuncu yaşadığı ünvanda silah olduğunu deyib onları içəri dəvət etmişdir. İştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı 1 otaqlı evə daxil olmuş, Təqsirləndirilən şəxs otaqda olan çarpayını göstərmiş, çarpayının üzərində olan yataq dəstininin altında odlu silah olduğunu bildirmiş, iştirakçılarla birlikdə həmin yerə baxış keçirdikdə bir ədəd ədyala bükülmüş formada içrəisində 01 ədəd qara rəngli avtomat Kalaşnikov silahı, həmin yerdən 01 ədəd içərisində patronlar olan sandıqca və 01 ədəd “Samsung” mobil telefon qutusunda içərisində Ermənistan Respublikası valyutasına aid üzərində 1000 yazılmış pul əskinası, 04 ədəd qəpik, 12 ədəd 7,62 mm-lik avtomat patronu, 29 ədəd 5,45 mm-lik avtomat patronları, 02 ədəd Ermənistan Respublikasına aid döş nişanları aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi silaha baxış keçirdikdə silahın üzərində AK-103, 7,62x39 model, ********* nömrəsi qeyd olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sandıqcaya baxış keçirilmiş, həmin sandıqcanın içərisində 7,62 mm-lik 34 ədəd patronun olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs avtomat silahı və döyüş sursatlarını “44” günlük Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətindən qayıdarkən, Naftalan rayonu ərazisindən, yol kənarından tapdığını və satış məqsədinin olmadığını bildirmiş, aşkar edilmiş odlu silah və döyüş sursatları, habelə Ermənistan Respublikasına aid döş nişanları və pul əskinasları DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülməklə qablaşdırılmışdır. O və digər iştirakçılar həmin qablaşdırmaların üzərinə imza etmiş, bundan sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Baxış prosesi təhqiqatçı tərəfindən yekunlaşdırılmış, daha sonra vətəndaş Təqsirləndirilən şəxs Bərdə RPŞ-ə gətirilərək üzərinə şəxsi axtarış keçirilmiş, baxışda iştirak edən şəxslər və əlavə olaraq Müdafiəçi şəxsi axtarış prosesində iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli mobil telefon, həmin şalvarın sol cibindən bir qutu siqaret, əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir qutu siqaret, həmin gödəkçənin sol iç cibindən əlillik vəsiqəsini və əynində olan şalvarın sol yan cibindən pul əskinaslarını çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin siqaret qutularına baxış keçirilməsinə baxmayaraq içərisində hər hansı bir qanunsuz əşya və ya predmet olmadığından Təqsirləndirilən şəxs özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan pul əskinasları sayıldıqda 103 manat olduğu müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarılmış, şəxsi axtarış yekunlaşdırılaraq protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X6 və məhkəmə iclasında xidməti işi ilə bağlı üzürlü səbəbdən iştirak edə bilmədiyindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək göstərilən xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin KTİ-nin 18 yanvar 2024-cü il tarixli, 24/136 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ********* №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Lakin silahın hissə və mexanizmlərinin üzərində istehsal ili müşahidə olunmur. -Tədqiqata təqdim edilmiş 46 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Lakin darağın hissə-mexanizmlərinin üzərində istehsal ili müşahidə olunmur. -Təqdiqata təqdim edilmiş 29 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdır və atəş üçün yararlıdır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Bərdə şəhəri, Meşəçilik institutu ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Baxış xx.xx.1992-ci ildə Tərtər rayonunda anadan olmuş, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Meşəçilik İnstitutu adlanan ərazidə ünvansız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs məxsus evə keçirilmiş, baxış prosesi “Sony” markalı video kamera vasitəsilə çəkilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə yazmış, Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah və döyüş sursatları saxlamaqda şübhəli olması bildirilmiş və bu barədə ondan soruşulduqda sonuncu yaşadığı evdə odlu silah olduğunu bildirdikdən sonra evə baxış keçirilməyə başlanılmış, həmin ev girişdə taxta qapısı olan 1 otaqdan ibarət olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs otaqda olan çarpayını göstərmiş, çarpayının üzərində olan yataq dəstininin altında odlu silah olduğunu bildirmiş, iştirakçılar tərəfindən həmin yerə baxış keçirilmiş və bir ədəd ədyala bükülmüş formada içrəisində 01 ədəd qara rəngli avtomat Kalaşnikov silahı, həmin yerdən 01 ədəd içərisində patronlar olan sandıqca və 01 ədəd “Samsung” mobil telefon qutusunda içərisində Ermənistan Respublikası valyutasına aid üzərində 1000 yazılmış pul əskinası, 04 ədəd qəpik, 12 ədəd 7,62 mm-lik avtomat patronu, 29 ədəd 5,45 mm-lik avtomat patronları, 02 ədəd Ermənistan Respublikasına aid döş nişanları aşkar edilmiş və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi silaha baxış keçirilmişdir. Həmin silahın üzərində AK-103, 7,62x39 model, ********* nömrəsi qeyd olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sandıqcaya baxış keçirilmiş, həmin sandıqcanın içərisində 7,62 mm-lik 34 ədəd patronun olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs avtomat silahı və döyüş sursatlarını “44” günlük Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətindən qayıdarkən, Naftalan rayonu ərazisindən, yol kənarından tapmış və satış məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı qanunsuz hərəkət edib-etməmələri barədə soruşulduqda sonuncu ona qarşı hər hansı qanunsuz hərəkət olunmadığını bildirmiş, polis əməkdaşlarının onun əməlini ifşa etmələrinə sevindiyini qeyd etmişdir. Baxış zamanı hər hansı əlavə düzəliş və ya irad daxil olmamış, baxış zamanı əldə olunmuş videogörüntü materiala əlavə olunacağı bildirilmişdir. Protokol tərtib olunandan sonra uca səslə oxunmuş, təklif və irad daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 27 dəqiqə 48 saniyə müddətində davam edən videogörüntülərdə 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, döyüş sursatı, odlu silah varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində qara rəngli cins şalvarın sağ cibibdən 01 ədəd qara rəngli mobil telefonu, həmin şalvarın sol cibindən bir qutu siqareti, əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir qutu siqareti, həmin gödəkçənin sol iç cibindən əlillik vəsiqəsini və əynində olan şalvarın sol yan cibindən pul əskinazlarını çıxararaq masanın üzərinə qoymaqla təqdim etmiş, həmin siqaret qutularına baxış keçirilmiş, lakin, içərisində hər hansı qanunsuz əşya və ya predmet olmadığından Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilmiş pul əskinazları sayılmış və 103 manat olduğu müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuya qaytarılmışdır. Daha sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır: Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 14 dəqiqə 47 saniyə müddətində davam edən videogörüntülərdə 17 yanvar 2024-cü il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır Cinayət işi materillarına əlavə edilmiş Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-28/2-126-2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinika şöbəsinin ruhi əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Ağdam RİHB-nın Mərzili kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 45 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərzili kənd sakinidir və ailə üzvlərinin tərkibinə anası, 3 qardaşı və 1 bacısı daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam RİHB-nın Mərzili kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2024-cü il tarixli 44 saylı xasiyyətnamədən görünür ki, xx.xx.1992-ci ildə Tərtər rayonu, Söylən kəndində doğulmuş Təqsirləndirilən şəxs ailəlidir, 1-ci qrup gözdən əlildir və hazırda Bərdə rayonu, Meşəçilik İnstitutu ərazisində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bərdə regional “Asan Xidmət” X4 tərəfindən verilmiş AZ-İV 683995 saylı xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2700 nömrə ilə qeyd edilmişdir. Cinayət işinin materiallarında olan AR.ƏƏSMN-i tərəfindən verilmiş arayışdan və vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz 1-ci dərəcəli gözdən əlildir. Ağdam RİHB-nın 20 fevral 2024-cü il tarixli 24 saylı sərəncamının surətindən görünür ki, ərizəsi nəzərə alınaraq anası X3 birinci qrup əlillik dərəcəsi olan oğlu Təqsirləndirilən şəxs üzərində patronaj (köməkçi) təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayon Meşəçilik İnstitutu ərazisində yerləşən ünvansız fərdi yaşayış evindən aşkar edilərək götürülmüş, 01 ədəd Kalaşnikov konstruksiyalı AK-103 modelli odlu yivli avtomat silahı, 01 ədəd 40 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan daraq, ekspertizaya təqdim edildikdən sonra qalıq qalan 40 ədəd 7,62x39 mm və 23 ədəd 5,45x39 mm kalibrli patronlar, baxış və şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, 01 ədəd Kalaşnikov konstruksiyalı AK-103 modelli odlu yivli avtomat silahı, 01 ədəd 40 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan daraq, 40 ədəd 7,62x39 mm və 23 ədəd 5,45x39 mm kalibrli patronlar saxlama müddəti ərzində Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına verilmiş, 02 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı AK-103 modelli, ********* nömrəli, 7,62 mm kalibrli yivli odlu avtomat silahını, döyüş sursatı hesab edilən 46 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını, döyüş sursatı hesab edilən 29 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını və 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olmaqla zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan darağı əldə edib yaşadığı Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yerləşən 1 otaqdan ibarət ünvansız fərdi yaşayış evində qanunsuz olaraq saxlamış, 17 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilən zaman 1 otaqdan ibarət həmin yaşayış evində yerləşən çarpayının üzərində olan ədyalın içərisindən 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı AK-103 modelli, ********* nömrəli, 7,62 mm kalibrli yivli odlu avtomat silahı, döyüş sursatı hesab edilən 46 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, döyüş sursatı hesab edilən 29 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olmaqla zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin qərarın 2-ci bəndində isə qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, ilk məhkumluğunu və əlil, ailəli və himayəsində 1 azyaşlı uşağının olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallara təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, evli və himayəsində 1 azyaşlı uşağının olması, ailənin yeganə qazanc gətirən şəxsi olması, 1-ci qrup gözdən əlil olması və üzərində patronaj (köməkçi) təyin edilməsini, məhkumluğunun olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar sırasına daxildir. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların çoxluğuna baxmayaraq törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və cəmiyyətdə mənfi rezonans doğurmasını, habelə silahdan istifadə edilməklə digər ağır cinayətlərin törədilməsi ehtimalının mümkünlüyünü nəzərə alaraq azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini doğru və məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan, yəni 17 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs оğlu CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayon Meşəçilik İnstitutu ərazisində yerləşən ünvansız fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı AK-103 modelli odlu yivli avtomat silahı, 01 ədəd 40 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan daraq, ekspertizaya təqdim edildikdən sonra qalıq qalan 40 ədəd 7,62x39 mm və 23 ədəd 5,45x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayon Meşəçilik İnstitutu ərazisində yerləşən ünvansız fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı AK-103 modelli odlu yivli avtomat silahı, 01 ədəd 40 ədəd 7,62x39 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK modelli əl pulemyotlarının komplekt hissəsi olan daraq, ekspertizaya təqdim edildikdən sonra qalıq qalan 40 ədəd 7,62x39 mm və 23 ədəd 5,45x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar