Məhkəmə qərarları › İş №1(021)-70/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-70/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-70/2025 05.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1987-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Fərid adlı şəxsin vasitəsilə tanıdığı, Bərdə rayonu Qarağacı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2024-cü ilin aprel ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq 1000 (min) manat pul müqabilində Zərərçəkmiş şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq 30 aprel 2024-cü il tarixdə 09:21 dəqiqədə Bərdə rayonu, 566 saylı qəsəbənin yaxınlığında yerləşən «Bərdə market»in içərisində quraşdırılmış «MilliÖn» ödəniş terminalı aparatından onun Kapital banka mənsub özünün istintaqa müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 1000 (min) manat pulunu köçürmə vasitəsilə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şirvan şəhərində yaşayır. 2024-cü ilin aprel ayında Ziyad adlı şəxs ona məxsus nömrəyə zəng edərək, Fərid adlı dostunun tanışı olduğunu bildirmişdir. Ziyad ona BC kateqoriyalı sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. O, bu məsələdə Ziyada kömək edə biləcəyini söyləmişdir. O, Ziyada özünə məxsus olan kart hesabını göndərmişdir. Ziyad ona məxsus kart hesabına 30 aprel 2024-cü il tarixində 1000 manat pul göndərmişdir. O, Ziyaddan pulu onu məktəbə düzəltmək üçün almışdır. Sürücülü vəsiqəsini Ziyad oxuyub özü almalı idi. O, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, törətdiyi əməldən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Qarağacı kəndində ailəsi ilə birlikdə yaşayır. o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Fuadla hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. O, Fuadla əmisi oğlu Kərim vasitəsi ilə tanış olmuşdur. Kərimin dostu Fərid onları qarşılaşdırmışdır. O, Fuadın telefon nömrəsini ona vermişdir. O, Fuadla danışmış, ona tanışlıq vermişdir. Whatsap sosial şəbəkəsi vasitəsi ilə yazışmışdır. O, Fuada BC kateqoriyalı sürücülük vəsiqəsi almaq istədiyini söyləmişdir. Fuad ona köməklik edə biləcəyini söyləmişdir. Fuad ona kart hesabını göndərmişdir. Fuad adlı şəxsin ona dediyi kart hesabına 1000 manat məbləğində pul göndərmişdir. Fuad ona xx.xx.2024-cü il tarixdə sənədini Xırdalanda Baş DYPİ-dən götürəcəyini demişdir. Lakin o, həmin vaxtdan sonra dəfələrlə Fuadla əlaqə saxlasa da o, hər dəfə müxtəlif bəhanələrlə onu yubatmışdır. Buna görə də onun barəsində avqustun 14-də 102 xidmətinə məlumat vermiş və aralarında olan yazışmaları polisə təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi 04 dekabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış və həmin tarixdə icraata qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin 4-46-cı vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Şirvan şəhəri, Neftçilər küçəsi, ev 28 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs ona sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə 1000 manat pul alaraq, Zərərçəkmiş şəxs məxsus 1000 manat pulu etibarından sui-istifadə edərək ələ keçirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 47-48-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 63-64-cü vərəqələrində olan 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan barəsində şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərar qəbul edilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Polis X2 Yerindən dərhal azad edilmişdir. Cinayət işinin 120-122-ci vərəqələrində olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40, 73-1.1ci maddələri rəhbər tutulmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin 30-31-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələb əməliyyatsorğu kartotekasına əsasən Hacıqabul RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40, 73-1-ci maddələri rəhbər tutulmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 114-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Bərdə rayonu, Qarağacı kəndində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Bərdə RPŞ-nə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödəndiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hacıqabul RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda törətməkdə təqsirləndirildiyi cinayət əməlini Hacıqabul RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilənədək, yəni 2024-cü ilin aprel ayında törətmiş olduğundan onun barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022—ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə madi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar