Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-71/2025 28.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 15:45 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, müdafiəçilər Bərdə rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1991-ci ildə Şamaxı rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1981-ci ildə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tаmаh niyyəti ilə özgənin əmlаkını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qаbаqcаdаn əlbir оlub bir qrup şəxs qismində birləşərək 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanına yataq dəstləri satmaq adı ilə gəlib həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yataq dəstlərini satmaq üçün göstərərək, həmin dəstlərdən bir ədədini 100 manata satarkən Zərərçəkmiş şəxs onlara verdiyi 100 manat pulun hardan götürməsini görüb, Zərərçəkmiş şəxs mətbəxə onlara çay gətirmək üçün keçməsindən yararlanıb, həmin evin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəklərin altından 3600 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3600 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs1 təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tаmаh niyyəti ilə özgənin əmlаkını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qаbаqcаdаn əlbir оlub bir qrup şəxs qismində birləşərək 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanına yataq dəstləri satmaq adı ilə gəlib həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yataq dəstlərini satmaq üçün göstərərək həmin dəstlərdən bir ədədini 100 manata satarkən Zərərçəkmiş şəxs onlara verdiyi 100 manat pulun hardan götürməsini görüb, Zərərçəkmiş şəxs mətbəxə onlara çay gətirmək üçün keçməsindən yararlanıb, həmin evin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəklərin altından 3600 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3600 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs3 təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tаmаh niyyəti ilə özgənin əmlаkını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qаbаqcаdаn əlbir оlub bir qrup şəxs qismində birləşərək 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanına yataq dəstləri satmaq adı ilə gəlib, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yataq dəstlərini satmaq üçün göstərərək, həmin dəstlərdən bir ədədini 100 manata satarkən Zərərçəkmiş şəxs onlara verdiyi 100 manat pulun hardan götürməsini görüb, Zərərçəkmiş şəxs mətbəxə onlara çay gətirmək üçün keçməsindən yararlanıb, həmin evin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəklərin altından 3600 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3600 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxslərin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Şamaxı rayonu Dağ Bağırlı kəndində ailə üzvlərilə birlikdə yaşayır, evlidir, himayəmdə 3 (üç) azyaşlı uşağı vardır, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni, Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzindən məişət əşyaları alıb Şamaxı rayonu və digər rayonlarda səyyari şəkildə satıb qazanc əldə edərək ailəsini dolandırır. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə səyyar alış-veriş edir. O, Yevlax rayonunda və ətraf rayonlarda ticarət ilə məşğul olan zaman Yevlax şəhərində gündəlik kirayə mənzildə qalır. Tanışları Vəkil adlı şəxsdən nisyə yataq dəsti götürmüşdür. Bundan sonra Eldar və Rahim ilə birlikdə Bərdə şəhərinə gəlib səyyari şəkildə əllərində olan əşyaları satmaq üçün müştəri axtarmışlar. 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində təsadüfən ünvan 4 ünvanına gedib, həyətin qapısını döymüşlər. Evin qapısını Zərərçəkmiş şəxs açmışdır. Zərərçəkmiş şəxs zahiri görünüşdən təxminən 70-dən yuxarı yaşının olduğunu görmüş, Zərərçəkmiş şəxs səyyari şəkildə məişət əşyaları satdıqlarını deyib, əşyalara baxmasını təklif etmişdir. Aysəba onları yaşadığı evə dəvət etmiş, səmimi söhbətdən sonra Aysəbaya 100 manata bir ədəd yataq dəsti satmağa razılaşmışlar. Aysəba yataq dəstinin pulunu gətirmək üçün yanlarından yataq otağına keçib çarpayının üstündəki döşəyin altında saxladığı puldan 100 manatını götürüb onlara vermiş, Aysəba pulu götürəndə onlar pulun yerini görmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs onlara çay gətirmək üçün mətbəxə keçib çay hazırlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs yaşlı qadın olmasını və yataq otağında çarpayın üstündəki döşəyin altında pulun olmasını bilib pulu oğurlamaq qərarına gəlmişlər. Bu niyyətlə Rahim dərhal qısa zaman ərzində yataq otağına keçib Zərərçəkmiş şəxs məxsus 3600 manat pulu oğurlayıb cibinə qoyduğunu, evdə təxminən 1 saat müddətində olduqlarını, oradan çıxandan sonra birbaşa Yevlax rayonuna getdiklərini, Yevlax rayonunda adını bilmədiyi restoranlardan birində yemək yediklərini, Restoranda yedikləri yeməyə görə 300 manat hesab ödəyib yerdə qalan 3300 manat pulu aralarında 3 yerə böldüklərini, hərəsinə 1100 manat pul düşdüyünü, pulu böldükdən sonra Şamaxı rayonuna getdiklərini, sonrakı günlərdə oğurluqdan payına düşən 1100 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini, etdiyi oğurluq əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, etdiyi oğurluq hadisəsi barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu Yenikənd kəndində ailə üzvlərilə birlikdə yaşayır, evlidir, himayəsində 4 (dörd) azyaşlı uşağı vardır, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni, Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzindən məişət əşyaları alıb Şamaxı rayonu və digər rayonlarda səyyari şəkildə satıb qazanc əldə edir. 15 dekabr 2024-cü il tarixdə səhər saatlarında Yevlax rayonunda təsadüfən qohumu Şahid2 və atası Rafiq ilə görüşmüş, Vəkil və atası Rafiqdə səyyari şəkildə məişət əşyalarının satışı ilə məşğul oluqları üçün yetərincə əşyaları olmadığına görə Vəkildən nisyə 4 ədəd yataq dəsti götürmüşlər. Sonra Bərdə şəhərinə gəlib səyyari şəkildə əllərində olan əşyaları satmaq üçün müştəri axtarmışlar. 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində təsadüfən ünvan 4 ünvanına getmiş, həyətin qapısını döymüş, qapını sonradan adını bildiyi, Zərərçəkmiş şəxs açmış, Zərərçəkmiş şəxs zahiri görünüşdən təxminən 70-dən yuxarı yaşının olduğunu görüb səyyari şəkildə məişət əşyaları göstərib satışı ilə məşğul olduqlarını, əşyalara baxmasını təklif etmişdir. Aysəba onları yaşadığı evə dəvət etmiş, səmimi söhbətdən sonra Aysəbaya 100 manata bir ədəd yataq dəsti satmağa razılaşmışlar. Aysəba yataq dəstinin pulunu gətirmək üçün yanlarından yataq otağına keçib çarpayının üstündəki döşəyin altında saxladığı puldan 100 manatını götürüb onlara vermiş, Aysəba pulu götürəndə onlar pulun yerini görmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs onlara çay gətirmək üçün mətbəxə keçib çay hazırlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs yaşlı qadın olmasını və yataq otağında çarpayın üstündəki döşəyin altında pulun olmasını bilib pulu oğurlamaq qərarına gəlmişlər. O, bu niyyəti həyata keçirmək üçün dərhal qısa zaman ərzində yataq otağına keçib Zərərçəkmiş şəxs məxsus 3600 manat pulu oğurlayıb cibinə qoyduğunu, evdə təxminən 01 saat müddətində olduqlarını, oradan çıxandan sonra birbaşa Yevlax rayonuna getdiklərini, Yevlax rayonunda adını bilmədiyi restoranlardan birində yemək yediklərini, Restoranda yedikləri yeməyə görə 300 manat hesab ödəyib yerdə qalan 3300 manat pulu aralarında 3 yerə böldüklərini, hərəsinə 1100 manat pul düşdüyünü, pulu böldükdən sonra Şamaxı rayonuna getdiklərini, sonrakı günlərdə oğurluqdan payına düşən 1100 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini, etdiyi oğurluq əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, etdiyi oğurluq hadisəsi barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Şamaxı rayonu Dağ-Bağırlı kəndində ailə üzvlərilə birlikdə yaşayır, evlidir, himayəsində 4 (dörd) azyaşlı uşağı var, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzində məişət əşyaları alıb Şamaxı rayonu və digər rayonlarda səyyari şəkildə satıb qazanc əldə edir. Şamaxı rayon sakinləri Təqsirləndirilən şəxs1 həmçinin, Təqsirləndirilən şəxs2 tanıyır, münasibətləri daim normal olmuş, onlarla birlikdə Yevlax rayonunda və ətraf rayonlarda məişət əşyalarının satışı ilə məşğul olur, həmin vaxtlar Yevlax şəhərində gündəlik kirayə mənzildə qalırlar. 15 dekabr 2024-cü il tarixdə səhər saatlarında Yevlax rayonunda təsadüfən tanışları Şahid2 və atası Rafiq ilə görüşmüş, Vəkil və atası Rafiqdə səyyari şəkildə məişət əşyalarının satışı ilə məşğul oluqları üçün yetərincə əşyaları olmadığına görə Vəkildən nisyə 4 ədəd yataq dəsti götürmüşlər. Sonra Bərdə şəhərinə gəlib səyyari şəkildə əllərində olan əşyaları satmaq üçün müştəri axtarmışlar. 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində təsadüfən ünvan 4 ünvanına getmiş, həyətin qapısını döymüş, qapını sonradan adını bildiyi, Zərərçəkmiş şəxs açmış, Zərərçəkmiş şəxs zahiri görünüşdən təxminən 70-dən yuxarı yaşının olduğunu görüb səyyari şəkildə məişət əşyaları göstərib satışı ilə məşğul olduqlarını, əşyalara baxmasını təklif etmişdir. Aysəba onları yaşadığı evə dəvət etmiş, səmimi söhbətdən sonra Aysəbaya 100 manata bir ədəd yataq dəsti satmağa razılaşmışlar. Aysəba yataq dəstinin pulunu gətirmək üçün yanlarından yataq otağına keçib çarpayının üstündəki döşəyin altında saxladığı puldan 100 manatını götürüb onlara vermiş, Aysəba pulu götürəndə onlar pulun yerini görmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs onlara çay gətirmək üçün mətbəxə keçib çay hazırlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs yaşlı qadın olmasını və yataq otağında çarpayın üstündəki döşəyin altında pulun olmasını bilib pulu oğurlamaq qərarına gəlmişlər. Bu niyyəti həyata keçirmək üçün Rahimin dərhal qısa zaman ərzində yataq otağına keçib Zərərçəkmiş şəxs məxsus 3600 manat pulu oğurlayıb cibinə qoyduğunu, evdə təxminən 01 saat müddətində olduqlarını, oradan çıxandan sonra birbaşa Yevlax rayonuna getdiklərini, Yevlax rayonunda adını bilmədiyi restoranlardan birində yemək yediklərini, Restoranda yedikləri yeməyə görə 300 manat hesab ödəyib yerdə qalan 3300 manat pulu aralarında 3 yerə böldüklərini, hərəsinə 1100 manat pul düşdüyünü, pulu böldükdən sonra Şamaxı rayonuna getdiklərini, sonrakı günlərdə oğurluqdan payına düşən 1100 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyini, etdiyi oğurluq əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, etdiyi oğurluq hadisəsi barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmədə zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü, yəni 15 dekabr 2024cü il tarixdə saat 17:00 radələrində məhkəmə iclasında iştirak edən üç nəfər təqsirləndirilən şəxsin onun ünvan 3 ünvanına gəldiyini, onlardan birinin “tək qadındır, gəlin” dediyini, təqsirləndirilən şəxslərin ona yaxınlaşaraq onu təbrik etdiyini, ona 1000 manat pensiya düşdüyünü, onlardan birinin ona telefon uzatdığını, telefonda olan şəxsin onu təbrik etdiyini, ona göz aydınlığı verdiyini, Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq onu boğaraq pul tələb etdiyini, digər iki nəfərin isə içəri daxil olaraq, onlara çay verməyi dediklərini, daha sonra şokda olması səbəbindən hadisəni tam xatırlamadığını bildirdi. Zərərçəkmiş şəxsə verilən suallara cavab olaraq bildirmişdir ki, istintaqa da oxşar ifadə vermiş, mələfə dəstinə görə təqsirləndirilən şəxslərə əlavə olaraq 100 manat pul vermiş, təqsirləndirilən şəxslərə hansı şəraitdə çay verdiyini, necə verdiyini keçirdiyi şok səbəbindən xatırlamadığını, aldığı 2 ədəd mələfə dəstini keçirdiyi şokun təsirindən heç kimə heç bir məlumat vermədiyini, özünə gəldikdən beş gün sonra polisə şikayət veridiyini, təqsirləndirilən şəxslərin qohumlarının xahişini nəzərə alaraq təqsirləndirilən şəxsləri bağışladığını, Təqsirləndirilən şəxs1 onun arxasınca pulu gizlətdiyi otağa gəldiyini, pulu onun aldığını, təqsirləndirilən şəxslərin onun gözünə hansısa maddə püskürtdüklərini, həmin maddənin təsiri altında bihuş olduğunu, təqsirləndirilən şəxslərin ona heç kimə məlumat verməmələrini bildirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında ziddiyət olduğundan məhkəmə iclasında ifadəsi elan olundu. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında tək yaşayır, təqaüdçüdür və həmin təqaüddən aylıq ehtiyaclarını ödəyir, qalan pulu isə yığıb yataq otağında olan çarpayının üstündəki döşəyin altında saxlayır. Döşəyin altında 3700 manat pulu vardır. Sonuncu dəfə 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində yaşadığı evdə olarkən həyətin qapısı döyülmüş, qapını açan zaman küçədə 3 nəfər tanımadığı kişi cinsli şəxsin olduğunu görmüşdür. Həmin şəxslər səyyari şəkildə məişət əşyaları satmalarını demiş, həmin şəxsləri yaşadığı evə dəvət etmişdir. Həmin şəxslərin səmimi söhbətlərindən məmnun qalıb 100 manata bir ədəd yataq dəsti almış, həmin şəxslərin yanında yataq otağına keçərək çarpayının üstündəki döşəyin altında saxladığı 3700 manat puldan 100 manatını götürüb həmin şəxslərə vermiş, pulu götürən zaman həmin şəxslər pulun yerin görmüşlər. Həmin şəxsləri çay süfrəsinə dəvət edərək çay hazırlamış, yaranmış səmimi söhbət zamanı həmin şəxslər evdə sərbəst gəzmiş, bu hala etiraz etməmişdir. Həmin şəxslər evdə təxminən 50-60 dəqiqə müddətində olmuşlar. Sonra həmin şəxsləri yola salmış, sonrakı günlərdə evdə tək olmuş, yaşadığı evə heç kim gəlməmişdir. 23 dekabr 2024-cü il tarixdə saat 12 radələrində şəxsi ehtiyacları üçün nağd pul lazım olduğuna görə yataq otağına keçib çarpayının üstündə olan döşəyin altında saxladığı puldan götürmək istəyərkən pulunun yerində olmadığını görmüş, düşündükdən sonra pulu yaşadığı evə gələn yataq dəsti satan həmin şəxslər tərəfindən oğurlanmasını anlayıb səbəblə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra dərhal Bərdə RPŞ-nin polis əməkdaşları evə gəlib müayinə etmişlər. Yaşadığı evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı ona 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan dəydiyini, həmçinin, istintaq zamanı yaşadığ evdən pulunu oğurlayan şəxslərin Şamaxı rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmaları olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəni təsdiq edərək, ibtidai istintaqda verdiyi ifadəsini müstəntiq tərəfindən yazıldığını və onun həmin ifadəni imzaladığını bildirdi. Məhkəmə iclasının gedişində dövlət ittihamçısının və zərərçəkmiş şəxsin diqqətinə AR CPM-nin 318-ci maddəsinin tələblərini çatdırıldı. İttiham tərəfindən məhkəməyə hər hansı vəsatət təqdim edilmədi. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onlarla yaxın qohumluq münasibətində deyillər, ədavət və düşmənçiliyi yoxdur, Təqsirləndirilən şəxs3 onun dayısıdır, Şamaxi rayonu, Sabir qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, məişət əşylarının alqı-satqısı ilə məşğul olaraq Bakı şəhərində yerləşən “Sədərək Ticarət Mərkəzindən” məişət əşyaları alaraq onu yaşadığı Şamaxı rayonunda və ayrı-ayrı rayonlarda satışını həyata keçirir. 15 dekabr 2024-cü il tarixdə Yevlax rayonunda məişət əşyaları satan zaman dayısı Təqsirləndirilən şəxs3 orda alver etdiyini görmüşdür. Dayısı Təqsirləndirilən şəxs3 yanında onunla birlikdə alver edən Şamaxı rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da orda olmuş, söbhət əsnasında dayısı Eldar, Namir və Rahim 4 dəst yataq dəsti almışlar. Daha sonra aldıqları yataq dəstini və digər əşyaları satmaq üçün Bərdə rayonuna getmişlər. Dayısı Eldar, Namir və Rahim Bərdə rayonunda satış edərkən evdən pul oğurladığını eşitdiyini, həmin oğurluqdan xəbəri olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslər onun həmkəndliləridir, aralarında düşməçilik və ədavətləri yoxdur. O, ailə üzvləri ilə birlikdə Şamaxi rayonu Sabir qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, məişət əşylarının alqı-satqısı ilə məşğul olaraq Bakı şəhərində yerləşən “Sədərək Ticarət Mərkəzindən” məişət əşyaları alaraq yaşadığı Şamaxı rayonunda və ayrı-ayrı rayonlarda satışını həyata keçirir. 15 dekabr 2024-cü il tarixdə Yevlax rayonunda məişət əşyaları satan zaman qaynı Təqsirləndirilən şəxs3 Şamaxı rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə alver etdiyini görmüşdür. Rafiq özünə məxsus məişət əşyalarını satdığını, lakin, oğlu Vəkilin isə yataq dəstləri qaldığını, oğlu Vəkil 4 dəst yataq dəstini Eldara satmasını sonradan bildiyini, onlar Bərdə rayonuna getdiklərini, Eldar, Namir və Rahim Bərdə rayonunda satış edərkən evdən pul oğurladıqlarını sonradan eşitdiyini bildirmişdir. Cinayət işinin materiallarına istinadlar: 23 dekabr 2024-cü il tarixli Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında olan çarpayının üstündəki döşəyin altından 3600 (üç min altı yüz) manat nağd pul oğurlanmışdır. 28 dekabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxsin ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs3 özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş. 28 dekabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxsin ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs2 özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş. 28 dekabr 2024-cü il tarixli tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxsin ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs1 özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş. 28 dekabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs Bərdə rayon polis şöbəsinə ərizəsindən görünür ki, fərdi yaşayış evinin yataq otağında olan çarpayının üstündəki döşəyin altından 3600 manat pulu oğurlayan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona dəymiş maddi ziyanı tam ödəmişlər, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbi yoxdur, onlarla barışmışdır. 27 dekabr 2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nətticəsində xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında olan çarpayının üstündəki döşəyin altından 3600 (üç min altı yüz) manat nağd pulu oğurlayan şəxslər Şamaxı rayonu Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, Şamaxı rayonu Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Şamaxı rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 olmaları müəyyən edilərək dindirilməsi üçün Bərdə RPŞnin İstintaq bölməsinə təhvil verilmişdir. 26 dekabr 2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında olan çarpayının üstündəki döşəyin altından 3600 (üç min altı yüz) manat nağd pulu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğurlamışlar, onların Bərdə rayon ərazisində və ətraf rayonlarda əlavə oğurluq hadisəsi törətmələri müəyyən edilməmiş, həmin şəxslərdən başqa oğurluq hadisəsində heç kim iştirak etməmiş, hadisəni görən şəxsləri müəyyən etmək istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 69.4-cü maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016cı il tarixli “Amnistiya” Qərarının 1.8 bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(041)-80/2015 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmişdir. “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” Qərarın 1.8-ci bəndindən görünür ki, əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslərə amnistiya tətbiq olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Qəfərov X16 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanuna əsasən cəzadan azad edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(045)-21/2016 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(074)-7/2018 nömrəli qərarın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən Qəfərov X16 Rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 3000 (üç min) manat cərimə cəzasından azad olunmuş və məhkumluğu olmayan hesab edilmişdir. 14 yanvar 2025-ci il tarixli 18 1-732/2-75/2025 saylı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X25 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. 14 yanvar 2025-ci il tarixli 18 1-72/2-78/2025 saylı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X25 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Şamaxı RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. 14 yanvar 2025-ci il tarixli 18 1-72/2-79/2025 saylı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X25 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. 07 yanvar 2025-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və həmin tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yaşayır və verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli 5-75-22/2-46/2025 nömrəli Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı rayon Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla yaşayır və həmin kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmayıb. xx.xx.2025-ci il tarixli 5-75-22/2-44/2025 nömrəli Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şamaxı rayonu Dağ-Bağırlı kəndində qeydiyyatda olmaqla yaşayır və həmin kənddə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmayıb. xx.xx.2025-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Göylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayır və verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 11 iyun 2024-cü il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs2, anası X11r. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 04 iyul 2018-ci il tarixdə doğulmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 27 sentyabr 2015-ci il tarixdə doğulmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 25 fevral 2018-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 18 aprel 2013-cü il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs3, anası X1r. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 14 iyul 2011-ci il tarixdə doğulmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10 dekabr 2009-cu il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs3, anası Beydullayeva Nazilədir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 04 yanvar 2016-cı il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs1, anası Mustafayeva Türkandır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 21 noyabr 2014-cü il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs1, anası Mustafayeva Türkandır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 03 fevral 2018-ci il tarixdə doğulmuşdur Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 30 iyul 2021-ci il tarixdə doğulmuşdur. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.
2. Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğlurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə məsuliyyət nəzərdə tutulur.
3. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 nömrəli Qərarın 10-cu bəndinə əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 11-ci hissəsinə əsasən, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Belə ki, cinayət işinin materialları ilə, həmçinin proses iştirakçılarının məhkəmədə verdikləri ifadələri ilə sübut olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Eldar Eyvazlı məişət əşyalarını satmaq məqsədilə Zərərçəkmiş şəxs dəvəti ilə sonuncunun yaşadığı evə daxil olmuşlar. Təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs 100 manat əvəzində yataq dəstini aldığı zaman onun pullarını saxladığı yeri görüb, öz aralarında həmin pulu oğurlamaq razılığına gəlmişlər. Daha sonra təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin otaqda olmadığından istifadə edib, yəni gizli şəkildə talama cinayət əməlini törətmişlər. Belə ki, icraçılar arasında əldə olunmuş razılığa əsasən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evinin yataq otağında daxil olaraq döşəyin altından 3600 manat məbləğində pulu götürmüş, bu zaman təqsirləndirilən şəxslər Namiq Qəfərov və Təqsirləndirilən şəxs3 onu və zərərçəkmiş şəxsin gəlib-gəlmədiyini izləmişlər. Daha sonra təqsirləndirilən şəxslər oğurladıqları pulun 300 manat hissəsini xərcləyib, qalan 3300 manat hissəni bərabər şəkildə öz aralarında bölmüşlər.
4. Talanmış pulun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərdə cinayətin törədilməsindən əvvəl oğurlanacaq pulun məbləği barədə niyyət formalaşmamış, odur ki, tövsif faktiki olaraq oğurlanan pulun məbləğinə uyğun aparılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 27-ci bəndinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Hazırki iş üzrə qabaqcadan əlbir olan bir qrup şəxsin taladığı əmlakın ümumi dəyəri 3600 manat təşkil edir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsindən görünür ki, 177.2.1-ci maddəyə görə məsuliyyət məbləğin 100 manatdan artıq olduğu zaman yaranır.
5. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
6. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin qəsdən törədilməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər.
7. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.
8. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 himayələrində azyaşlı uşaqların olmasını, Zərərçəkmiş şəxs ilə barışığın əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödədiklərini və törətmiş əməldə özlərini təqsirli bilərək səmimi peşman olmalarını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 61.1.7. maddəsinə əsasən cinayətin qoca şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edildi.
9. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
10. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Şamaxı rayonu, Dağ-Bağırlı kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 29 dekabr tarixdə ona ittiham elan olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 2 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
11. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Şamaxı rayonu, Yenikənd kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 29 dekabr tarixdə ona ittiham elan olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 2 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
12. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək Şamaxı rayonu, Dağ-Bağırlı kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 il 6 ay olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 27 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 29 dekabr tarixdə ona ittiham elan olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 tutulduğu 2 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
13. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
14. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi məhkəmə zamanı müvafiq olaraq Bərdə rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4 daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 165 manat məbləğində pul köçürülməlidir.
15. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək Şamaxı rayonu, Dağ-Bağırlı kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
4. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.
5. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
6. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
7. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
9. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək Şamaxı rayonu, Yenikənd kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
10. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.
11. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
12. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
13. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
15. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək Şamaxı rayonu, Dağ-Bağırlı kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
16. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.
17. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
18. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
19. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bərdə Rayon Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 55 (əlli beş) manat, vəkil Müdafiəçi1 üçün 55 (əlli beş) manat, vəkil Müdafiəçi4 üçün 55 (əlli beş) manat məbləğində pul köçürülsün.
20. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
21. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Bayram Məhərrəmov