Məhkəmə qərarları › İş №1(021)-72/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-72/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-72/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi1, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1997-ci ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu Hacallı kəndi ərazisində yerləşən örüş üçün nəzərdə tutulmuş torpaq sahəsində aralarında yaranmış şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs əlində olan ağacla sol əlinə və əliylə baş nahiyəsinə vuraraq ona beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyəsinin qançırı, təpə və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, Qabil onun həmdə mənim kirvəsidir. Onun Qabil ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun atası Fikrətin Qabil ilə pul mübahisəsi olmuşdur. Həmin vaxt atası Qabilə 24750 manat pul borcu olması ilə əlaqədar olaraq Qabil dayanmadan atası Fikrətdən, anası Zərifədən şikayət etmişdir. Atası Fikrət ilə Qabilin arasında ədavət və düşmənçilik yaranmışdır. Atası Fikrət intihar edərək 2020-ci ilin iyul ayında vəfat etmişdir. Atasının vəfat etməsi Bərdə rayon prokurorluğunda araşdırılmışdır. Bu məsələdən sonra onun Qabil ilə arasında soyuqluq olmuşdur, onun Qabillə heç bir münasibəti olmamışdır. O, atası vəfat etməsindən sonra Nicatın fermasında çoban işləməyə başlamışdır. 02 dekabr 2020-ci il tarixdə o, atasının evinə atla gəlmişdir. Evə baş çəkdikdən sonra o, kəntdə atasının qəbrinə baş çəkməyə getmişdir. Bu zaman o, yolda Qabili görmüşdür. Qabil qoyunlarını otarmışdır. Qabil onun qabağını kəsərək rəhmətlik atasına söymüşdür. O, atla Qabilin üstünə getmişdir. Qabil əlində ki ağacla onun atanı vurmuşdur. O, isə atı Qabilin üstünə sürmüşdür. Bu zaman atla Qabili o, vurmuş və Qabil yerə yıxılaraq başı dəymişdir. Bundan sonra o, Nicatın fermasına geri qayıtmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, onun və Qabilin arasında baş vermiş mübahisə Bərdə rayonu, Hacallı kəndində örüş torpaqlarda baş vermiş, mübahisə 3-4 dəqiqə davam etmiş, mübahisə zamanı o, Qabili atla vuraraq xəsarət yetirmişəm. O, qorxduğundan və həyacanlı olduğundan ilkin izahatda Qabili vurmamasını göstərmişdir. Əslində o, 02 dekabr 2020-ci il tarixdə mən Qalibi atla vuraraq xəsarət yetirmişdir. Qabil yalan danışır, o, Qabili əlində olan ağacla vurmamışdır. O, qabili atla vurmuş, bu zaman Qabil yerə yıxılmış və başı yerə dəymişdir. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi anadan olandan tanıyır. O, həmdə Sadiq ilə qapıbir qonşudur. Onun Sadiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun 2018-ci illərdə Ağdaşda olan ferması dağıdıldı və həmin fermada olan mal-qaranı heyvanları Sadiqin atası Fikrətin tövləsi yığmışdır. 27 iyun 2020-ci il tarixdə Fikrət vəfat etdikdən sonra Sadiq ona heyvanları qaytarmaqda imtina etmişdir. O, Fikrətgili Bərdə rayon məhkəməsinə vermiş və məhkəmə araşdırması zamanı onun xeyrinə Sadiqgilə 24750 manat borc hesablanmışdır. Həmin puldan ona Sadiqgil 900 manat pul ödəmişdir. Yerdə qalan pulu Sadiqgil qərəzli olaraq ödəməkdən imtina etməkdədirlər. Bundan sonra həmin borcun üstündə onun Sadiqgillə dəfələrlə mübahisəsi olmuşdur. 02 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu Hacallı kəndində yerləşən örüş torpağında olarkən o, özümə məxsus qoyunları otarmışdır. Bu zaman Sadiq atla onun yanına gəlmişdir. Sadiq ona hansı səbəbə məhləsindən keçməyini soruşmuşdur. O, Sadiqə məhləsindən keçməməyini demişdir. Sadiq onu söyərək, ona: - “Səni göydə axtarırdım, ancaq səni yerdə tapdım”- demişdir. Sadiq onu əlində olan ağacla vurmaq istəyəndə o, sol əlini qabağa tutmuş, onu Sadiq ağacla sol əlindən vurmuşdur. Bu zaman at onu vurmuş və Sadiq atın üstündən üzərinə atlanmış və o yerə yıxılmışdır. O, yerdə olarkən Sadiq onun üstündə olarkən əliylə onun baş nahiyəsindən əliylə dəfələrlə vurmuşdur. Həmçinin Sadiq əlləri ilə onun boğazından tutmuşdur. O, Sadiqi üstündən itələyib öz evinə qaçmışdır. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun və Təqsirləndirilən şəxs arasında mübahisə Bərdə rayonu, Hacallı kəndində yerləşən örüş torpağında baş vermişdir. Onun və Təqsirləndirilən şəxs arasında mübahisə 3-4 dəqiqə baş vermişdir. Onun və Təqsirləndirilən şəxs arasında baş verən mübahisə zamanı orada heç kim olmamışdır. Hadisə zamanı Sadiq əlində olan ağacla onun sol əlindən və əliylə onun baş nahiyyəsindən vurmuşdur. Hadisə zamanı Qabil boğazından tutmuş və sıxmağa başlamışdır. Qabil onu boğmamışdır. Sadiq ilə arasında olan mübahisədən sonra o evə getmişdir. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid2 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs onun qohumudur. Onun Qabil ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Rəhmətə getmiş həyat yoldaşı Fikrət ilə Qabilin arasında pul öhdəliyinə görə mübahisə olmuşdur. Bundan sonra onun və oğlu Sadiqin Qabil ilə münasibətləri pozulmuşdur. Onun həyat yoldaşı Fikrət rəhmətə getdikdən sonra, o və oğlu Sadiq Bərdə rayonu Xamtorpaq kəndində yerləşən fermada Nicat adlı şəxsin yanında çoban qismində işləmişlər. Rəhmətə getmiş həyat yoldaşının məzarı Hacallı kəndində yerləşir. 02 dekabr 2020-ci il tarixdə saat 17 radələrində oğlu Sadiq atası Fikrətin məzarına baş çəkmək üçün Hacallı kəndinə yollanmışdır. Axşam Sadiq evə getdikdə Hacallı kəndində Qabillə rastlaşmasını, Qabilin Fikrəti söyməsini və Sadiqin əsəbləşərək çapdığı atı Qabilin üzərinə çaparaq Qabili atla vurmasını, Qabilin yıxılmasını ona danışmışdır. O, Qabil və Sadiq arasında mübahisəni sonradan bilmişdir. X2 ifadəsində göstərmişdir ki, o, ilkin izahatında oğlunu müdafiə etmək üçün Sadiqin Hacallıda olmamasını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, femerliklə məşğul olur və böyük ferması var. Həmin fermada iri və xırda buynuzlu heyvanlar saxlayır. Təqsirləndirilən şəxs onun fermasında çoban işləyir. Zərərçəkmiş şəxs Bərdə rayonu Hacallı kənd sakini qismində tanıyır, onun Qabil ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Qabil ilə rəhmətlik Sadiqin atası Fikrətin arasında borc pula görə mübahisə və münaqişələr olmuşdur. 02 dekabr 2020-ci il tarixdə Sadiq ondan xəbərsiz atla fermanı tərk edərək Bərdə rayonu Hacallı kəndində atasının məzarını ziyarət etməyə getmişdir. Axşam saatlarında isə evə qayıtmışdır. Bundan sonra Qabilin polisə Sadiqin onu döyməsi ilə bağlı şikayət etməsini öyrənmişdir. O, Sadiqlə bu barədə söhbət etmiş, Sadiq əvvəlcə inkar etsədə, sonradan atasının məzarına gedərkən Qabil ilə rastlaşmasını, Qabilin atasına söyməsini və bu səbəbdən çapdığı at ilə Qabili vurmasını danışmışdır. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, Sadiq fermanı ondan xəbərsiz tərk etmiş, o, daha sonradan Sadiqin Qabili atla vurub xəsarət yetirməsini öyrənmişdir. Cinayət işinin 44--cü vərəqəsində olan 20 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 04.12.2020-ci il tarixli 1059 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- beyin silkəllənməsi ilə müşayət olunan başın ənsə nahiyəsinin qançırı, təpə və sol said nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindın törənmiş, müddəti zərərçəkənin dediyi tarixə - yəni 02.12.2020-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 38-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 99-cu vərəqəsində olan Bərdə RİHB-nın Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. 05 may 2021-ci il № 1(021)-72/2021 Bərdə Rayon Polis Şöbəsinin rəisi cənab Muradəli Babayevə Təqsirləndirilən şəxs oğlunun barəsində tərtib edilmiş Bərdə rayon məhkəməsinin 14 aprel 2021-ci il tarixli 1(021)-72/2021 saylı qərarın nəticəsinə dair forma arayış məlumat üçün Sizə göndərilir. Qoşma: Forma arayış “ 02 ” vərəqə. Hakim: Əyyub Kərimov Forma №6 ********* saylı Cinayət İşi üzrə ARAYİŞ Bərdə rayon Polis Şöbəsi _______________________________________________ (Təhqiqat və ya istintaq aparmış orqanın adı) Soyadı ________ Hacıyev _____________________ (məhkum) Adı ____ Sadiq ___________ Atasının adı _____ Fikrət ______________________ Təvəllüdü ______ xx.xx.1997-ci il________________ Anadan olduğu yer: Bərdə rayon Hacallı kəndi Hökmün və ya qərarın tarixi 14 aprel 2021-ci il (şəxsin soyadı, adı, atasının adı çap hərflərlə yazılmalıdır) HÖKM VƏ YA QƏRARİN MƏZMUNU a) Məhkum olunub: b) Bəraət alıb: tarix, CM-nin maddəsi və hökmün əsasları c) İş xitam olunub: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qeyd: Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. tarix, CM-nin maddəsi və qərarın əsasları İşin məhkəmədə qeydiyyat nömrəsi 1(021)-72/2021 Hökm (qərar) qanuni qüvvəyə minib: “05 may 2021-ci ildə Bərdə rayon Məhkəməsi (məhkəmənin adı) Hakim: Ə.V.Kərimov___________________________ (soyadı, imzası) M.Y. “____” ____________201_-ci il Orqanın qeydiyyat jurnalında “____” _____________201_ -ci ildə qeydiyyat aparıldı.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar