Məhkəmə qərarları › İş №1(021)-73/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-73/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-73/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 2-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “COVİD-19” xəstəliyinin daşıyıcısı olmasına baxmayaraq sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 23 noyabr 2020-ci il tarixdən 08 dekabr 2020ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 03 dekabr 2020-ci il tarixdə saat 10:30 radələrində yaşadığı Bərdə şəhəri Məhsəti küçəsi ev 10 ünvanında yerləşən evi qanunsuz olaraq tərk edib Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Qum-çınğıl” karxanasına gedib digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, onun “Kamaz yük” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ilə o, müxtəlif yüklər daşıyaraq ailəsini dolandırır. 19 noyabr 2020-ci il tarixdə o, ətrafında olan insanların “COVİD-19” görərək, “COVİD-19” virusuna yoluxmağından şübhələnib Bərdə RMX-na yaxma analizi verməyə getmişdir. O, analiz verdikdən sonra evə qayıtmışdır. Bu barədə o, həkimlərlə məsləhətlər aparmış və müalicəyə başlamışdır. 23 noyabr 2020-ci il tarixdə onun 051 341 42 41 saylı mobil nömrəsinə 19 noyabr 2020-ci il tarixdə “COVİD-19” ilə bağlı verdiyi testin cavabının nəticəsinin “pozitiv” olması, onun və ailə üzvləri yaşadığı evi tərk etməməyi, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı xəbərdalıq mesajı gəlmişdir. O, özündə xəstəliyin simptomlarını hiss etmədiyindən çölə çıxmaq qərarına gəlmişdir. O, 03 dekabr 2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyim “Kamaz yük” markalı avtomobil ilə Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Qum-çınğıl” karxanasından yük avtomobilinə qum yığıb Bərdə şəhərinə geri qayıtmışdır. Bu zaman saat 11 radələrində Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən stansionar polis postunda onu polis əməkdaşları portativ kompyuter vasitəsi ilə yoxlamışlar. O, aktiv “COVİD-19” xəstəsi olmağı aşkar edilmişdir. Bundan sonra hadisə yerinə həkim gələrək onu evinə aparmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, özündə “COVİD-19” xəstəliyinin simptomlarını hiss etmədiyindən çölə çıxaraq avtomobil ilə yük daşımış, onun az yaşlı uşağı xəstədir və bu səbəbdən müalicəsi üçün pul lazım olmuşdur. O, 14 gün ərzində evdə qalmağını bilmişdir. Ona bu barədə “SMS” gəlmiş və bu barədə onun telefonuna həkim zəng etmiş, hətta özünü yaxşı hiss etdiyi halda belə çölə çıxmamağı demişdir. Lakin o, karantin rejimini pozub çölə çıxmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanmaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2014-cü il tarixdən Bərdə rayon Mərkəzi xəstəxanasında TTTYS-nın həkimi vəzifəsində çalışır. 03 dekabr 2020-ci il tarixdə saat 11 radələrində TTTSY-ya aktiv “COVİD-19” (koronavuris) xəstəsi kimi rəsmi qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Məhsəti küçəsi ev 10-da yerləşən evi tərk etməsi barədə polis şöbəsindən məlumat daxil olmuşdur. Bundan sonra dərhal Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən stansionar polis postuna yollanmışdır. Polis postunda onun, Bərdə RPŞ-nin YYÇPİTQ-nın inspektoru Afiyəddin Mirişov, hal şahidləri Şahid3 və Şahid4 iştirakı ilə keçirilmiş baxışda aktiv “COVİD- 19” (koronavuris) xəstəsi kimi rəsmi qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Qum-çınğıl” çarxanasında gələrək həmin kəntdə olan polis postunda saxlanması müəyyən edilmişdir. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə müayinədən keçməsini, müayinəsinin cavabı 23 noyabr 2020-ci il tarixdə pozitiv gəlməsini, evdə qalıb xəstəliyinin müşahidə altında 08 dekabr 2020-ci il tarixədək olan müddət ərzində evdən çölə çıxmamasını deyilməsini bildirmişdir. Həmçinin Şahid2 ifadəsində göstərdi ki, hər bir “COVİD-19” (koronavuris) xəstəsinə evdə müalicə aldığı dövrdə evən çölə çıxmaması barədə rəsmi məlumat verilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2016-cı il tarixdən Azərbaycan Respublikası "xxxx" MMC-də fəhlə kimi işləyir. 03 dekabr 2020-ci il tarixdə saat 11 radələrində o, xidməti vəzifəsilə əlaqədar olaraq Bərdə rayonu Yenidaşkənd kəndinin yaxınlığında qurulan stansionar polis postunun yanında işləmişdir. Bu zaman polis əməkdaşları postdan keçən “Kamaz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsi yoxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs aktiv “COVİD-19” xəstəsi kimi qeydiyyatda olması müəyyən edilmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və onu baxışda hal-şahidi qismində etməyini demişdir. O, razılaşdıqdan sonra, baxış o, Bərdə RPŞ-nin İTBnin YYÇPİTQ-nin inspektoru Şahid1, həkim Şahid2, digər hal şahidi və Təqsirləndirilən şəxs özü iştirak etmişdir. Baxış zamanı aktiv “COVİD-19” xəstəsi olan Təqsirləndirilən şəxs Bərdə şəhərində yerləşən yaşadığı evi tərk edib Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Qum-çınğıl” karxanasına yek daşıması üçün getməsi müəyyən edilmişdir. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə müayinədən keçməsini, müayinəsinin cavabı 23 noyabr 2020-ci il tarixdə pozitiv gəlməsini, evdə qalıb xəstəliyinin müşahidə altında 08 dekabr 2020-ci il tarixədək olan müddət ərzində evdən çölə çıxmamasını deyilməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən DİO-da xidmət edir , hazırki vəzifəsində isə həmin tarixdən xidmət edir. 03 dekabr 2020-ci il tarixdə saat 11 radələrində o, Bərdə rayonu Yenidaşkənd kəndində hərbi rejimlə əlaqədar qurulmuş stansionar postda xidmət apararkən postdan keçən adının sonradan Təqsirləndirilən şəxs olması ona məlum olan şəxsin planşet vasitəsilə yoxlandıqda aktiv “COVİD-19” (koronavuris) xəstəsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Qum-çınğıl” karxanasından yük daşıdığını demişdir. Bundan sonra hadisə yerinə, onun, hal şahidləri, Bərdə RMX-nin həkimi Şahid2, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə müayinədən keçməsini, müayinəsinin cavabı 23 noyabr 2020-ci il tarixdə pozitiv gəlməsini, evdə qalıb xəstəliyinin müşahidə altında 08 dekabr 2020-ci il tarixədək olan müddət ərzində evdən çölə çıxmamasını deyilməsini bildirmişdir. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs postdan keçərkən ətrafda təxminən 5-6 nəfər şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, 03 dekabr 2020-ci il tarixdə saat 11 radələrində o, həmin vaxt işlədiyi “LUX” petrolda Bərdə rayonu Yenidaşkənd kəndinin yaxınlığında qurululan stansionar polis postunun yanında işləmişdir. Bu zaman polis əməkdaşları postdan keçən “Kamaz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsi yoxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs aktiv “COVİD-19” xəstəsi kimi qeydiyyatda olması müəyyən edilmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və onu baxışda hal-şahidi qismində etməyini demişdir. O, razılaşdıqdan sonra, baxış onun, Bərdə RPŞ-nin İTB-nin YYÇPİTQ-nin inspektoru Şahid1, həkim Şahid2, digər hal şahidi və Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmişdir. Baxış zamanı aktiv “COVİD-19” xəstəsi olan Təqsirləndirilən şəxs Bərdə şəhərində yerləşən yaşadığı evi tərk edib Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Qum-çınğıl” karxanasına yek daşıması üçün getməsi müəyyən edilmişdir. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə müayinədən keçməsini, müayinəsinin cavabı 23 noyabr 2020-ci il tarixdə pozitiv gəlməsini, evdə qalıb xəstəliyinin müşahidə altında 08 dekabr 2020-ci il tarixədək olan müddət ərzində evdən çölə çıxmamasını deyilməsini bildirmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan 03.12.2020-ci il tarixli 1/162 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə Bərdə RMX-da analiz nümunəsi götürülərək Bakı şəhəri Memorial xəstəxanasına göndərilmiş, 23.11.2020-ci il tarixdə testin cavabı pozitiv təyin olunmuşdur. Təqsirləndirilən şəxs evdə müşahidə edilməyə dair iltizam alınmış və evdə müşahidə vaxtı vətəndaşda heç bir narahatlıq olmadığı halda 08.12.2020-ci il tarixdə bitir. Cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 36-cı vərəqəsində olan Bərdə Şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, ailəli olmasını, azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 27 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə Ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar