Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-73/2023 27.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində idarə etdiyi VAZ 21099 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu Mirzalıbəyli kəndindən keçən 53-cü kilometrliyində hərəkətdə olarkən "X19" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək Yevlax şəhəri istiqamətində sağ zolaqda 40-50 km/saat surətlə hərəkətdə olarkən yolu sağdan sola doğru yavaş yerişlə keçən piyada X8 yolun sağından orta xəttə doğru 1,8 metr məsafədə avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan X7 ağır kəllə-beyin travması, baş beyin qişalarına, baş beyin toxumasına və mədəciklərinə qansızma, başın təpə, sağ gözətrafı, alt çənə, sol əl, sağ bud, döş qəfəsi, sağ said ilə sağ əlin ovuc səthini əhatə edən sahənin qançırları, sol əlin İİ əl darağı sümüyünün, döş qəfəsinin sol Vİİİ-İX qabırğaların, sağ bazu sümüyünün cərrahi boynunun sınıqları, alın, burun, sol əl, sağ diz oynağı, sol diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun aldığı xəsarətlərdən Bərdə rayon Diaqnostika Mərkəzində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, VAZ 21099 markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb, lakin avtomobil adına rəsmi qeydiyyata alınmamış və onu etibarnamə ilə idarə edir. BC kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində Beyləqan rayonundan yaşadığı Samux rayonuna St.Mingəçevir- Bəhrəmtəpə yolu ilə 40-50 km/saat surətlə hərəkətdə olarkən Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində yolu sağdan sola doğru keçən piyadanı görüb dərhal əyləci sıxmış, lakin qəzadan yayınmaq mümkün olmamışdır, avtomobilin qabaq sağ tərəfi ilə piyadanı vurmuşdur. Qadın yolun kənarına yıxılmışdır. Təxminən 4-5 metr qarşıda avtomobili saxlamışdır. Sonradan adının X10 olduğunu öyrəndiyi şəxsin sağ olduğunu görüb yoldan keçən tanımadığı şəxslərin köməkliyi ilə onu avtomobilinə uzandırıb Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdır. Təxminən 3 saat sonra Gülarə Zeynalovanın xəstəxanada öldüyünü öyrənmişdir. Xəstəxanaya gələn polis əməkdaşlarına özünü təqdim etmişdir. Onlarla birlikdə hadisə yerinə qayıtmışdır. Hadisə yerinə müstəntiqin iştirakı ilə baxış keçirilmiş, protokol tərtib olunmuş, özü və digər iştirakçılar imza etmişlər. DYP postunda hadisənin təfərrüatı barədə müstəntiqə ifadə vermişdir. Səhəri gün həmin qadının dəfnində özü və ailə üzvləri iştirak etmişlər. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobili saz və yüksüz vəziyyətdə olmuşdur. Hal-hazırda törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır və onlara dəymiş ziyanı ödəmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərdi ki, X10 onun anasıdır. Bərdə rayonu Mirzalıbəyli kəndində məskunlaşmışlar. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində telefonla ona anasının Gülarənin St.Mingəçevir-Bəhrəmtəpə yolunu keçərkən Ağcabədi rayonu istiqamətindən gələn VAZ 21099 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu, sürücünün onu xəstəxanaya apardığını bildirilmişlər. Dərhal Bərdə rayonunda yerləşən Diaqnostika Mərkəzinə gəlmişdir. Diaqnostika mərkəzinə gələndən təxminən 5-10 dəqiqə sonra anası vəfat etmişdir. X4 meyidi Bərdə RMX-nın morqundan onlara təhvil verilmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə anası X1 qəbiristanlığında dəfn edilmişdir. Təqsirləndirilən şəxs özü və ailə üzvləri dəfndə və yas mərasimlərində iştirak etmişlər, hazırda Təqsirləndirilən şəxs bağışlamış və onlara dəymiş ziya tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iş üzrə keçirilən məhkəmə baxış iclasında məhkəməyə təqsirləndirilən şəxslə barışması və ona qarşı heç bir şikayət və tələbinin olmaması ilə bağlı 07 mart 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyərək müvafiq sənədin iş üzrə əhəmiyyət kəsb etdiyini və tərəflərin barışığını əks etdirdiyini nəzərə alaraq CPM-in 321.3-cü maddəsinə əsasən yerində müşavirə edərək məhkəmə iclasının protokoluna daxil edilməklə müvafiq ərizənin iş materiallarına əlavə edilməsini qərara aldı. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində qardaşı Elxan ona zəng edərək Beyləqan rayonundan gələrkən Bərdə rayonu ərazisində piyada vurduğunu və onu Bərdə rayonunda yerləşən xəstəxanaya apardığını bildirmişdir. Dərhal yaşadığı Samux rayonundan Bərdə şəhərinə gəlmişdir. Artıq Bərdə şəhərinə çatdıqda Elxanın idarə etdiyi VAZ 21099 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğu X7 vəfat etdiyini öyrənmişdir. DYP postuna gedərək qardaşı Elxan ifadə verdikdən sonra birlikdə Samux rayonuna qayıtmışlar. Səhəri gün qohum əqrabası ilə birlikdə Gülarə Zeynalovanın dəfnində iştirak etmişlər, onlardan üzr istəmiş, halallıq almış və onlara dəymiş ziyanı ödəyərək barışıq əldə etmişlər. Cinayət işinə əlavə edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 38 nömrəli meyitin ekspertizası barədə ekspert rəyindən məlum olur ki, X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlər – ağır kəllə-beyin travması, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, başın təpə, sağ gözətrafı, alt çənə, sol əl, sağ bud, döş qəfəsi, sağ said ilə sağ əlin ovuc səthini əhatə edən sahənin qançırları, sol əlin İİ əl darağı sümüyünün, döş qəfəsinin sol Vİİİ-İX qabırğaların, sağ bazu sümüyünün cərrahi boynunun sınıqları, alın, burun, sol əl, sağ diz oynağı, sol diz oynağı nahiyyələrinin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X3 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə qapağı sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma ilə posttravmatik şok olmuşdur. X3 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil aşkar edilməmişdir.(xx.xx.2022-ci il tarixli 4247/k №-li maddi sübutların müayinəsi aktı) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30-da müstəntiq X9, Təqsirləndirilən şəxs və adları qeyd edilmiş 1 nəfər YPX inspektoru və 2 nəfər hal şahidinin iştirakı ilə yolnəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, hava tutqun olmuş, piyada vurma baş vermiş, hadisə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mirzalıbəyli kəndindən keçən 53-cü km-də baş vermiş, yolun hərəkət hissəsi düz, asfalt-beton örtüklü olmuş, yolun hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 8,9 metr, qarşı-qarşıya hərəkət axınından ibarət olmuş, küçə işıqlandırılmamış, piyada G.Zeynalova Yevlax istiqamətində yolun sağından ortaya doğru 1,8 metr məsafədə vurulmuşdur və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1407 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş 18 noyabr 2022-ci il tarixli, 313-7748-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək AE 121519 seriya və nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 138-42518-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mirzalıbəyli kəndindən keçən 53-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin yerdən keçən avtomobillərin, həmçinin hadisəni bilavasitə görən şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 06 yanvar 2023-cü il tarixli 8/3606 nömrəli rəyindən görünür ki, VAZ 21099 markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X19» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında mövcud olan xx.xx.2023-cü il tarixli 24 nömrəli Avtomobilin maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsi törətmiş VAZ 21099 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə maddi sübut hesab edilərək qəbzlə sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işində mövcud olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi ona məxsus VAZ 21099 minik markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə baxışınadək saxlanılması məqsədilə onun tərəfindən təhvil alınmışdır. İşə əlavə edilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2023-сü il tarixli 70 nömrəli rəyindən görünür ki: 1.Təqsirləndirilən şəxs cinayəti törədən zaman Ensefalopatiyadan sonrakı davranış Pozuntuları XBT 10( (psxi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəlik keçirtməsinə baxmayaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni Anlaqlı olmuşdur.
2. Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, psi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Ensefalopatiyadan sonrakı davranış Pozuntuları XBT 10 (psxi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəlik keçirtməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, törətmiş olduğu hadisə barəsində düzgün ifadə verə bilər və onun əməli AR CM-in 21-ci maddəsinin təsiri altına düşmür.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pzoulması və kəmağıllılıq xəstəliyindən əziyyət çəkmədiyindən onun məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və digər materiallardan görünür ki, X10 xx.xx.1938-ci ildə Laçın rayonunda anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Baş Qərvənd kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Mirzalıbəyli kəndində məskunlaşmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş arayış və xasiyyətnamədən görünür ki, Samux rayonu, Samux şəhərində qeydiyyatda olan və yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs X12 ilə evlidir və himayəsində xx.xx.2015-ci ildə doğulmuş X13 və xx.xx.2017-ci ildə doğulmuş Orucov Cəmiyyət Elxan oğlu adlı uşaqları vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında mövcud olan ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2017-ci il təvəllüdlü Orucov Cəmiyyət Elxan oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ № 274161 saylı 28 noyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 xx.xx.2022-ci il tarixdə baş beyinin ocaqlı travması səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1020 nömrə ilə qeyd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində idarə etdiyi VAZ 21099 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mirzalıbəyli kəndindən keçən 53-cü kilometrliyində hərəkətdə olarkən "X19" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək Yevlax şəhəri istiqamətində sağ zolaqda 40-50 km/saat surətlə hərəkətdə olarkən yolu sağdan sola doğru yavaş yerişlə keçən piyada X8 yolun sağından orta xəttə doğru 1,8 metr məsafədə avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə o, ehtiyatsızlıqdan X7 ağır kəllə-beyin travması, baş beyin qişalarına, baş beyin toxumasına və mədəciklərinə qansızma, başın təpə, sağ gözətrafı, alt çənə, sol əl, sağ bud, döş qəfəsi, sağ said ilə sağ əlin ovuc səthini əhatə edən sahənin qançırları, sol əlin İİ əl darağı sümüyünün, döş qəfəsinin sol Vİİİ-İX qabırğaların, sağ bazu sümüyünün cərrahi boynunun sınıqları, alın, burun, sol əl, sağ diz oynağı və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun aldığı xəsarətlərdən Bərdə rayon Diaqnostika Mərkəzində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Bununla bağlı iş materiallarında müvafiq ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi də mövcuddur və bu rəy məhkəmə tərəfindən şübhə doğurmadığından və sübut qismində qəbul edildiyindən iş üzrə təqsirləndirilən şəxs barəsində təkrar və ya stasionar məhkəmə psixiatrik ekspertizanın keçirilməsinə zərurət yoxdur. “X19” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci yarımbəndinə əsasən yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biri də yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etməkdir. Həmin qanunun 37-ci maddəsinin İ hissəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün riayət etməli olduğu vəzifələri əks edilmişdir. Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. Həmin qanunun 50-ci maddəsinin İ hissəsində qeyd edilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «X19» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin.Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. “X19” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X19» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm olaraq sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli ibtidai istintaq zamanı CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməlin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan ona təqsirləndirildiyi maddə üzrə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli olması qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, evli və himayəsində 1 övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını, əvvəllər məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması ilə bağlı tədbirlər görməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CİM-in 67.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsi və onunla barışığın olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ƏN-Vİ№ 309167 saylı etibarnamə ilə idarə etdiyi X14 məxsus olan VAZ 21099 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə, yəni Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21099 markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinаdаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsi və onunla barışığın olması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hаkim: Fuad Babaşov