Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-73/2025 07.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X4, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Tərtər rayonu Azadqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Bağlıpəyə kəndində qeydiyyatda olan və Bərdə rayonu Şorəlli kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxx 1991-ci ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm və xx.xx.2022-ci il tarixli qərar ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Bərdə rayonu Gərənə kəndinin yuxarı hissəsində yerləşən örüş otlaq sahəsinə gəlib həmin sahədə açıq şəkildə otlamaq üçün buraxılmış Bərdə rayonu Gərənə kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 2000 (iki min) manat dəyərində bir rəst dişi cinsli atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Güloğlular kəndinə gəlib həmin kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin giriş qapısının açıq olmasından və evdə həmin vaxt heç kəsin olmadığından yararlanıb əvvəlcə evin həyətinə, sonra isə evin həyətində yerləşən əşya saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab edilən yardımçı binaya qapısının açıq olmasından yararlanıb qanunsuz daxil olaraq həmin yardımçı binadan Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin qiyməti 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 03 ədəd spliter aparatını, bir ədədinin qiyməti 10 (on) manat olmaqla ümumi dəyəri 90 (doxsan) manat olan 09 ədəd wifi ötürücüsünü, 700 (yeddi yüz) manat dəyərində 01 ədəd “Bosch” markalı beton deşmək üçün nəzərdə tutulmuş iri həcmli elektrikli aləti gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 850 (səkkiz yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Bərdə rayonu Gərənə kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab edilən tövlənin qapısının açıq olmasından yararlanıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 3.030 (üç min otuz) manat dəyərində 11 (on bir) baş xırdabuynuzlu heyvanlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3.030 (üç min otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Bərdə rayonu Gərənə kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab edilən tövlənin qapısının açıq olmasından yararlanıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 3.030 (üç min otuz) manat dəyərində 11 (on bir) baş xırdabuynuzlu heyvanlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3.030 (üç min otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, pula ehtiyacı olduğundan oğurluq etmişdir. Zərərçəkmiş şəxsləri kənd sakinləri kimi tanıyır. İçkili olmuş, nə etdiyini anlamamışdır. Oğurluq etməyi əvvəlcədən planlaşdırmamışlar. Qoyunları oğurlamağa gedəndə tövlənin qapısından içəri keçmişlər və qoyunları oğurlamışlar. Qoyunları əvvəl qapılarına gətirmiş, sonra hamısını Şəmistana satmışdır. Şəmistan ondan qoyunları haradan almasını soruşmuş, sonuncuya qoyunların oğurluq olması barədə heç nə deməmişdir. Atı da Şəmistana satarkən oğurluq olması barədə heç nə deməmiş, ona pay verildiyini bildirmişdir. Atı Şəmistana 200 manata satmışdır. Oğurluğu ehtiyac baxımından etmiş, pula ehtiyacı olmuşdur. Qoyunları oğurlamağa gedərkən Təqsirləndirilən şəxs2 onunla birgə getməsi yadında deyil. Həmin vaxt işkili olmuş, özündə olmamışdır. 11 baş qoyun oğurlamış, oğurladığı 11 baş qoyundan 9 başını satmış, 2 baş qoyun həyətdə qalmış, onları da zərərçəkmiş şəxsə qaytarmışlar. At sahədə olmuş, təsadüfən atı görmüş və oğurlamaq qərarına gəlmişdir. Evdən oğurluqla bağlı deyə bilər ki, oğurluq etdiyi evin qapısının açıq olduğunu görüb evə daxil olmuş, əşyaları oğurladıqdan sonra bütün əşyaları öz yaşadığı evə gətirmişdir. Əldə etdiyi pulu hara gəldi xərcləmişdir. Zərərçəkmiş şəxs2 yaşadığı evi kəndin evi kimi tanımışdır. Oğurluq etdiyi günün sabahısı polis əməkdaşları gəlmiş və oğurladığı əşyaları götürərək zərərçəkmiş şəxsə qaytarmışlar. Oğurladığı əşyalardan heç birini satmamışdır. Tutduğu əməldən peşmandır, səhv etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilmişdir. Ona rəhm edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Elçinlə kənddə yeyib-içdikdən sonra, içkili halda birlikdə oğurluq etmək qərarına gəlmişlər və gedib oğurluq etmişlər. Qoyunları oğurlmağa getməsi ilə bağlı heç nə yadında deyil. Həyətə girib-girməməsi yadında deyil. Tutduğu əməldən peşmandır, səhv etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, Bərdə rayonu Gərənə kəndində yaşayır. Özünə məxsus atı olmuşdur. Atı evlərindən 200-300 metr kənarda otlamaq üçün otlaq sahəsinə hörükləmişdir. xx.xx.2024-cü ildə axşam tərəfi atı hörükləyib evə gəlmişdir. Sabahısı günü, yəni xx.xx.2024-cü il tarixdə səhər yoxlayanda atın yerində olmadığını görmüşdür. Atın oğurlanması barədə Bərdə RPŞ-nə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, atını Təqsirləndirilən şəxs1 oğurlamışdır. Bir müddətdən sonra atını özünə qaytarmışlar. Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Bərdə rayonu Gərənə kəndində yaşayır, baytar həkimidir, özünün xırda heyvandarlıq təsərrüfati var. Təqsirləndirilən şəxs2 onun yaxın qonşusudur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında tövləyə baxarkən 11 baş qoyun heyvanının oğurlandığını görmüşdür. Bu barədə dərhal Bərdə RPŞ-nə məlumat vermiş və qısa bir zamanda, yəni iki saat ərzində Bərdə RPŞ-nin əməkdaşları kimlər tərəfindən oğurluq edilməsini və heyvanların harada olmasını müəyyən etmişlər. Oğurlanan heyvanlardan ikisi Təqsirləndirilən şəxs1 həyətində olmuşdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizələr verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, müvafiq şirkətin əməkdaşı kimi Bərdə rayonunun ərazisində rabitə xətlərinin çəkilməsi, yəni, kəndlərə Wifi çəkməklə məşğul olmuşdur. Bərdə rayonu Güloğlular kəndində yerləşən evlərdən birində kirayədə qalmışdır. Oğurluq olan zaman işdə olmuşdur. Polis əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki, yaşadığı evdən oğurluq edilmişdir. Dərhal gəlmiş, polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində izahat vermiş və oğurlanmış əşyaları özünə qaytarılmışdır. Qaldığı evdə preforator, wifi və wifi-yə məxsus spliterlər oğurlanmışdır. Həmin əmlaklar işlədiyi “Sitinet” şirkətinə məxsus olmuşdur. Oğurluq olan evdə tək yaşamamış, iş yoldaşları ilə birlikdə qalmışlar. Evdən çıxarkən həyətin giriş darvazasını bağlamışlar. Avadanlıqlar həyətdə olan tövlədə olmuş, tövlənin qapısı bağlanmamışdır. Darvazanı bağlasalar da, aralı qalmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Polis əməkdaşları oğurlanan əşyaları qaytarmışlar. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Təqsirləndirilən şəxs1 bibisi oğludur. Özü sürücüdür, yük maşını sürməklə qazanc əldə edir. Şəmkir rayonunda yük boşaldarkən Təqsirləndirilən şəxs1 ona zəng etmiş və at olduğunu, onu yükləyib heyvan bazarına aparmaq lazım olduğunu demiş, o da razılaşmışdır. Maşında olan yükü boşaltdıqdan sonra gəlib atı maşına mindirib Gəncə şəhərinə mal bazarına apararkən yolda Elçinlə telefonla danışıb razılaşmış və Elçin atı ona 200 manata satmışdır. Atı maşınla aparıb Goranboy rayonunda yaşayan bibisi evinə qoymuşdur. Bir aydan sonra atı bir nəfər şəxsə 350 manata satmışdır. Atın oğurluq olduğunu həmin şəxsə deməmiş, çünki sonradan bilmişdir ki, at oğurluqdur. Qoyunlara gəldikdə, gecə Gəncə şəhərində mal bazarında heyvan yığarkən Elçin yenə ona zəng etmiş və 9 baş qoyun heyvanını mal bazarına aparmaq istədiyini bildirmişdir. Bərdə rayonuna “Qarabağ” kanalının yaxınlığına gəlmiş, birlikdə heyvanları maşına yükləmişlər. Təqsirləndirilən şəxs1 və digər şəxs Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhərinə mal bazarına getmişlər. Mal bazarında Elçinlə Rəhman gedəsi olmuş və heyvanları ona verib çıxıb getmişlər. O da 9 baş qoyunu 1400 manata satıb pulunu Təqsirləndirilən şəxs1 göndərmişdir. Onunla qoyunların alqı-satqısı ilə bağlı kimin danışdığını dəqiq deyə bilmir. Təqsirləndirilən şəxs2 əvvəldən tanımamışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 onunla birlikdə Gəncə şəhərinə mal bazarına getmişlər. Heyvanların oğurluq olduğunu satandan sonra bilmişdir. Atın da oğurluq olduğunu sonradan bilmişdir. Qoyunların oğurluq olduğunu mal bazarında olanda bilmişdir. O, sürücü kimi getmiş və ona heyvanları apardığına görə yol haqqı vermişlər. Qoyunlara görə Elçinlə Rəhmana bəri başdan 200 manat pul vermiş və Elçinlə Rəhman Bakı şəhərinə getmişlər. Onlar gedəndən sonra bilmişdir ki, qoyunlar oğurluqdur. Ziyan ödənilmişdir. Atın özünü, qoyunların isə pulunu qaytarmışlar. Məhkəmə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Şahid9 həmin ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Güloğlular kəndində yaşayır. X1 məxsus “Mercedes Axor” yük markalı **-KF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə edib yüklərin daşınması ilə məşğul olub ailəsini dolandırır. 01 noyabr 2024-cü il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək onda satılıq 1 rəst oğurluq at olduğunu bildirmişdir. Bundan sonra o, Elçin ilə danışıb həmin atı almaq üçün idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobil ilə Elçinin yaşadığı evin yaxınlığına getmişdir. O, Elçinə zəng edib yaşadığı evin həyətyanı qapısının yaxınlığında olduğunu demişdir. Bundan sonra Elçin 01 rəst dişi cinsli qırmızı-kəhəri rəngli atı gətirmiş və onlar atı köməkli şəkildə idarə etdiyi yük avtomobilinə mindirmişlər. Elçindən atı haradan əldə etdiyini soruşduqda Elçin ona oğurladığını bildirmişdir. Bundan sonra o, həmin atın müqabilində Elçinə 200 (iki yüz) manat pul vermişdir. Daha sonra həmin atı Goranboy rayonu Qazanbulaq qəsəbəsində yaşayan bibisi İradəgilə aparmış, ona atın özünə məxsus olduğunu demişdir. Atı orada 3-4 gün saxladıqdan sonra Bərdə rayonu Hacılı kənd sakini Şahid1 350 manata satmış, 150 manat xeyir götürmüşdür. Şahid1 həmin atı satarkən atın oğurluq olması barədə heç bir şey deməmişdir. Bundan əlavə 2024-cü ilin dekabr ayının sonlarında bibisioğlu Elçin ona zəng edərək oğurluq 9 (doqquz) baş xırda buynuzlu heyvanı olduğunu və satmaq istədiyini bildirmişdir. O, Elçinə həmin heyvanları ala biləcəyini deyib razılaşmış və Elçinə həmin heyvanları Bərdə-Yevlax yolunda olan postun yaxınlığına gətirməyini bildirmişdir. Bundan sonra o, idarə etdiyi "X19” markalı yük avtomobili ilə Bərdə-Yevlax postunun yaxınlığına getmişdir. Orada olarkən Təqsirləndirilən şəxs1 və “Qara” ləqəbli Təqsirləndirilən şəxs2 görmüşdür. Həmin heyvanların müqabilində əvvəlcə onlara 200 manat pul vermişdir. Bundan sonra onlar birlikdə həmin 9 (doqquz) baş xırdabuynuzlu heyvanı yük avtomobilinə mindirib Gəncə şəhərində yerləşən “mal-qara” bazarına aparmış, lakin həmin vaxt heyvanları sata bilməmişlər. Sonra Elçin və Rəhman çıxıb getmişlər. O, yenidən heyvanları satmaq üçün bazara qayıtmışdır. Həmin heyvanları bazarda tanımadığı bir nəfər şəxsə özünə məxsus olmasını bildirib 1400 (bir min dörd yüz) manat pula satmışdır. Sonradan pulun qalananını da ödəmək üçün Elçindən kart nömrəsi istəmişdir. Elçin kart nömrəsini göndərdikdən sonra o həmin kart hesabına 1100 (min yüz) manat pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs1 bibisi nəvəsidir. Onların atları oğurlananda onu Bərdə RPŞ-nə aparmışlar və orada ona Şahid9 əli qandallı göstərib bildirmişlər ki, atı bu adam oğurlamışdır. Atı evlərindən 200 metr kənarda sahədən oğurlamışlar. Zərərçəkmiş şəxs3 onun oğludur və onlar bir evdə yaşayırlar. At da onların ümumi evlərinin heyvanıdır, ümumi mulkiyyətləridir. Hazırda atlarını qaytarmışlar. Heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs1 qardaşıdır. Onun heç bir hadisədən xəbəri olmamışdır. Gecə saat 2-3 radələrində qapıda səs küy eşitmiş və həyətdə motoreller olduğunu, motorollerdə qoyun olduğnu görmüşdür. Oğurlanmış qoyunların yerini qardaşına Təqsirləndirilən şəxs2 demişdir. Qardaşı Təqsirləndirilən şəxs1 qoyunlardan, qoyunların harada olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs2 dayısı oğludur. Təqsirləndirilən şəxs2 ona preforator aparatı gətirmiş, Xankəndi şəhərində işləyən ustaların olduğunu, pul lazım olduğu üçün satdığını bildirmişdir. Rəhman ona preforatoru götürüb ustalara vermək üçün ona pul verməsini, sonra pulunu qaytarıb preforatoru götürəcəyini demişdir. Səhəri gün də polis əməkdaşları gəlib preforatoru götürüb aparmışlar. Rəhman preforatoru gecə ona vermiş, səhər gün tezdən də polis əməkdaşları götürüb aparmışlar. Təqsirləndirilən şəxs2 70 manat pul vermişdir. Preforatorun oğurluq olduğunu bilməmişdir. Bilsəydi qətiyyən götürməzdi. Preforatorun sahibini tanımamış, polis əməkdaşları ilə gəlib onların həyətində şəkil çəkilən zaman görmüşdür. Təqsirləndirilən şəxs2 onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs1 qardaşıdır. Onun heç bir hadisədən xəbəri olmamışdır. Hadisə olarkən orada olmamışdır. Eşitmişdir ki, at və qoyun oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs1 oğludur. Onun heç bir hadisədən xəbəri olmamışdır. Hadisə zamanı evdə olmamışdır. Nəvəsinin ad günü olmuş, o da ad günündə olmuşdur. Ad günündən evə gələndə qonşunun qapısının ağzında bir neçə adam dayandığını görmüşdür. Maraqlanmış, demişlər ki, qoyun oğurlanıb. Orada qoyun yiyəsinin yeznəsi və qardaşı olmuşlar. Qoyunların yiyəsini illərdir tanıyır, baytar həkimidir, adı Elçindir. Neçə qoyun oğurlanması haqqında məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, məcburi köçkün kimi Göranboy rayonu Qazanbulaq qəsəbəsində məskunlaşıb yaşayır. Şahid9 onun qardaşı oğludur. Şəmistan onlara at gətirmiş, atı 200 manata aldığını bildirmişdir. Atı onlara saxlamaq üçün gətirmiş, o, atın oğurluq olduğunu bilməmişdir. Atı özü almaq istəmiş, lakin at onu vurmuşdur. 20-25 gün saxladıqdan sonra Şəmistan atı satmışdır. Bütün bu hadisələrdən sonra atın oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, tanışı ona at olduğunu bildirmiş və atın şəklini çəkərək ona atmışdır. Sonra ata Göranboy rayonu Qazanbulaq qəsəbəsində gedib baxaraq bəyənmiş, Şəmistan adlı şəxsə pul verib atı almış və atı qapısına gətirmişdir. Atı gətirəndən iki ay sonra ona məlum olmuşdur ki, at oğurluqdur. At yiyəsi qapısına gəlmiş və atı sahibinə qaytarmışdır. Özü kənd təsərrüfatı ilə məşğul olur. Atı da təsərrüfatda su suvarmağa getmək üçün, heyvan otarmağa gedəndə minik heyvanı kimi istifadə etmək üçün almışdır. Atı 350 manata almışdır. Atı qaytardıqdan sonra 350 manat pulu vermişlər. Atı alanda Şəmistan atın oğurluq olduğunu ona deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Təqsirləndirilən şəxs1 dayısı və bibisi oğludur. Bərdə rayonu Güloğlular kəndində evləri olmuşdur. Polis əməkdaşları ona zəng edərək evindən əşyalar oğurlandığını bildirmişlər. Polis əməkdaşlarına həmin evdə yaşamadığını, evi kirayəyə verdiyini demişdir. Polis əməkdaşlarına kirayədə qalan şəxsin nömrəsini vermişdir. Evdən nə oğurlanıb məlumatı yoxdur. Sadəcə kirayədə yaşayan şəxsin nömrəsini vermişdir ki, onlarla əlaqə saxlasınlar. Özü Tərtər rayonunda yaşayır. Sonradan bilmişdir ki, evdən oğurluğu Təqsirləndirilən şəxs1 etmişdir. Evdən nələrin oğurladığını “Baba” kimi tanıdığı Zərərçəkmiş şəxs2 bilmişdir. Çünkü evi sonuncuya kirayəyə vermişdir. Hazırda evi satmışdır. İş materiallarında olan: Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/987 saylı rəyindən görünür ki, ümumilikdə 11 baş xırdabuynuzlu (qoyun) heyvanlarının 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3030 manat müəyyən olunur. Həmin heyvanların ayrı-ayrılıqda dəyəri:- hər biri 30-32 kiloqram çəkidə, 6 aylıq, 9 baş xırdabuynuzlu (qoyun) heyvanının 1 başı 250 manatdan, cəmi 2250 manat, 50 kiloqram çəkidə, hər biri 1 yaşlı olan 2 baş xırdabuynuzlu (qoyun) heyvanının 1 başı 390 manatdan, 780 manat dəyərində qiymətləndirilmişdir. -Ekspertiza tədqiqatına təqdim edilmədən, müvafiq tədqiqatlar (əşyaların markası, modeli, istehsal yeri, istismar müddəti, texniki göstəriciləri, əmtəə görünüşü, texniki vəziyyəti və sair müəyyən edilmədən) aparılmadan 3 adda əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Habelə 01 rəst 3 yaşlı, dişi cinsli, qırmızı-kəhəri rəngli atın cinsi, çəkisi və sair əlamətləri məlum olmadığından qiymətləndirmə aparılmamışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 fevral 2025-ci il tarixli, 18-1-28/2-297/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdən “Marixuana” diaqnozu ilə Bərdə MRX-nın Poliklinika Narkoloji kabinetində proflaktik qeydiyyatdadır. -Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 fevral 2025-ci il tarixli 18-1-28/2-298/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə MRXnın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Ağayev X9 Elçin Vaqif oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Əsədov X8 Elçin Vaqif oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Əsədov X6 Rəhman Sərxan oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 07 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Bərdə rayonu Gərənə kəndinin yuxarı hissəsində yerləşən örüş otlaq sahəsinə gəlib həmin sahədə açıq şəkildə otlamaq üçün buraxılmış Bərdə rayonu Gərənə kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 2000 (iki min) manat dəyərində bir rəst dişi cinsli atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi; -bundan başqa onun, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Güloğlular kəndinə gəlib həmin kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin giriş qapısının açıq olmasından və evdə həmin vaxt heç kəsin olmadığından yararlanıb əvvəlcə evin həyətinə, sonra isə evin həyətində yerləşən əşya saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab edilən yardımçı binaya qapısının açıq olmasından yararlanıb qanunsuz daxil olaraq həmin yardımçı binadan Zərərçəkmiş şəxs2 məxsus bir ədədinin qiyməti 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 03 ədəd spliter aparatını, bir ədədinin qiyməti 10 (on) manat olmaqla ümumi dəyəri 90 (doxsan) manat olan 09 ədəd wifi ötürücüsünü, 700 (yeddi yüz) manat dəyərində 01 ədəd “Bosch” markalı beton deşmək üçün nəzərdə tutulmuş iri həcmli elektrikli aləti gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 850 (səkkiz yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi; -bundan başqa onun, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Bərdə rayonu Gərənə kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab edilən tövlənin qapısının açıq olmasından yararlanıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 3030 (üç min otuz) manat dəyərində 11 (on bir) baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3030 (üç min otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi; Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Bərdə rayonu Gərənə kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab edilən tövlənin qapısının açıq olmasından yararlanıb oraya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 3030 (üç min otuz) manat dəyərində 11 (on bir) baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3030 (üç min otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 03 mart 2025-ci il tarixli, 328 nömrəli arayışdan görünür ki, Səmədov X10 rayonundan məcburi köçkün kimi Bərdə rayonu Şorəlli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunması olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 16 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 126.2.1, 126.2.4, 221.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 06 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 CM-nin 76-cı maddəsinə əsasən 10 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 71.5 və 67.1-ci maddələrinə əsasən 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən 06 ay azaldılmışdır. - Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Lakin Təqsirləndirilən şəxs1 əvvəllər CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunması onu göstərir ki, həmin hökmlərlə təyin edilmiş cəzaların Təqsirləndirilən şəxs1 islah təsiri olmamışdır və sonuncu ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli 95 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Gərənə kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 avqust 2012-ci il tarixli, AZ-İİ 945020 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, 20 iyul 2012-ci ildə anadan olmuş X3 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs2 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 iyul 2016-cı il tarixli, AZ-İİİ 804493 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, 09 aprel 2016-cı ildə anadan olmuş X2 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs2 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırması onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 21 yanvar 2025-ci il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 232.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs2 hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. -Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli hökm və xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 məhkumluğunu nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması haqqında” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ildə Bərdə rayonu Şorəlli kəndində yaşadığı evdə tutulmuş, tutularkən qarın nahiyəsinə bıçaqla 3 dəfə xəsarət yetirdiyindən Bərdə Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilmişdir. “Şəxsin barəsində qətimkan tədbiri seçilməklə şübhəli şəxs qismində tanınması haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə şübhəli şəxs qismində tanınmışdır. Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablanmışdır. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. “Şübhəli şəxsi tutma haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbs edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 02 aprel 2025-ci il tarixdən hesablanmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 05 mart 2025-ci il tarixli, 9/987 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan-Zərərçəkmiş şəxs1 məxsus 02 (iki) baş xırdabuynuzlu heyvanın (qoyun), Zərərçəkmiş şəxs2 məxsus 03 (üç) ədəd splitter qutusunun, 09 (doqquz) ədəd wifi ötürücünün, 01 (bir) ədəd beton deşmək üçün nəzərdə tutulmuş “Bosch” markalı elektrikli alətin (preforator), Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) rəst dişi cinsli, qırmızı-kəhəri rəngli atın saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 məxsus 02 (iki) baş xırdabuynuzlu heyvanın (qoyun), Zərərçəkmiş şəxs2 məxsus 03 (üç) ədəd splitter qutusunun, 09 (doqquz) ədəd wifi ötürücünün, 01 (bir) ədəd beton deşmək üçün nəzərdə tutulmuş “Bosch” markalı elektrikli alətin (preforator), Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) rəst dişi cinsli, qırmızı-kəhəri rəngli atın saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən təqsirləndirilən şəxslər rəsmi qaydada aldıqları, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-73/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-73/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver