Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-74/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı X2 _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi X3 iştirakı ilə xx xxxxxxxx 1955-ci ildə Bərdə rayonu Əyricə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 02 dekabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən evi qanunsuz olaraq tərk edib Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Bakı” adlanan aptekə gəlib digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixdə hərarəti olduğundan və halsızlıq hiss etdiyindən “COVİD-19” olmasını görərək, “COVİD-19” virusuna yoluxmağından şübhələnib Bərdə rayon Mərkəzi Xəstəxanasına yahma analizi verməyə getmişdir. 01 dekabr 2020-ci il tarixdə onun 050 712-33-76 saylı mobil nömrəsinə 26 noyabr 2020-ci il tarixdə “COVİD-19” ilə bağlı verdiyi testin cavabının nəticəsinin “pozitiv” olması, onun və ailə üzvlərinin yaşadığı evi tərk etməməyi, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı xəbərdalıq mesajı gəlmişdir. Analiz verdikdən sonra ona yazılan reseplərdə olan dərmanları müalicə olunması üçün almalı olmuşdur. 02 dekabr 2020-ci il tarixdə saat 12 radələrində tanımadığı taksi ilə Bərdə şəhəri, N.Nərimanov küçəsində yerləşən “Bakı” adlı aptekə dərman almağa getmişdir. Saat 13 radələrində Bərdə şəhəri, “Bakı” adlı aptekə polis əməkdaşları daxil olaraq portativ kompyuter vasitəsi ilə orada olan şəxsləri yoxlamışlar. Onun aktiv “COVİD-19” xəstəsi olmağı aşkar edilmişdir. Bundan sonra hadisə yerinə həkim gələrək onu evinə aparmışlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət ittihamçısı ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsində işləyir. 02 dekabr 2020-ci il tarixdə saat 1250 radələrində Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində aparılan xidməti yoxlayarkən aktiv “COVİD-19” (koronavuris) xəstəsi kimi rəsmi qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən evini tərk edib Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Bakı” adlı marketdə alış-veriş etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs planşet vasitəsilə yoxlandıqda onun aktiv “COVİD-19” (koronavuris) xəstəsi olması müəyyən edilmişdir. Bundan sonra hadisə yerinə, onun, Bərdə rayon Mərkəzi xəstəxanasının həkimi Şahid2, “Bakı” aptekin işçisi Şahid3, Təqsirləndirilən şəxs, həmçinin hal şahidləri adlarını sonradan bildiyi Şahid5 və Şahid4 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs verdiyi yahma analizinin pozitiv olmasını, hal-hazırda aktib “COVİD-19” xəstəsi olmasını, aptekə dərman almaq üçün gəlməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2014-cü ildən Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Bakı” aptekdə satıcı işləyir. 02 dekabr 2020-ci ildə saat 1250 radələrində işlədiyi aptekə polis əməkdaşları daxil olaraq adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsi yoxlamış, sonuncunun aktiv “COVİD-19” xəstəsi kimi qeydiyyatda olması müəyyən edilmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və onun razılığı ilə aptekdə baxış keçirilmişdir. Baxış zamanı aktiv “COVİD-19” xəstəsi olan Təqsirləndirilən şəxs Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən yaşadığı evi tərk edib aptekə alış etmək üçün gəlməsi müəyyən edilmişdir. Baxış zamanı aptekin müşahidə kameralarına baxılmış və videogörüntülər çıxarılaraq DVD diskə yazılmışdır. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs verdiyi yahma analizinin pozitiv olmasını, hal-hazırda aktib “COVİD-19” xəstəsi olmasını, aptekə dərman almaq üçün gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs aptekdə alış-veriş edərkən içəridə təxminən 6-7 nəfər şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğliu və Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bərdə rayon X4 Hüquqi Şəxsin 02 dekabr 2020-ci il tarixli 1/160 saylı məktubundan müəyyən olunur ki, Bərdə rayonu Yeni Əyricə kənd sakini, xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 26.11.2020-ci il tarixdə Covid-19 virusuna görə Bərdə RMX-nın TTYS-sı tərəfindən nümunə götürülərək, Xüsusi Təhlükəli İnfeksiyaya nəzarət publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə göndərilmiş, 01.12.2020ci il tarixdə cavab pozitiv təyin olunmuşdur. Təqsirləndirilən şəxs evdə müşahidə edilməyə dair iltizam alınmış və evdə müşahidənin vaxtı vətəndaşda heç bir narahatçılıq olmadığı halda 15.12.2020-ci il tarixdə bitir. Müayinə yaxmasında pozitiv olan vətəndaş 14 gün müşahidədə qalmalı və Təbib tərəfindən qəbul olunmuş iltizama əsasən müşahidə müddəti bitdikdən sonra növbəti müayinəyə cəlb olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 02 dekabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən evi qanunsuz olaraq tərk edib Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Bakı” adlanan aptekə gəlib digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 84 saylı 21 yanvar 2021-ci il tarixli arayışından ə eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Yeni Əyricə kəndində yaşayır. Kənddə yaşadığı müddətdə özünü yaxşı aparmış, camaat arasında hörməti var. Vətəndaş barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 04.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-74/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-74/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver