Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-74/2022 16.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafəçi Müdafiəçi1, Müdafəçi Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri Nüşabə küçəsi ev 12-də qeydiyyatda olmaqla Bərdə şəhər Nüşabə küçəsi döngə 7 ev 5-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək başqa saxlanc yerinə daxil olmaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 fevral 2021-ci il tarixdə gecə saat 04:00-da qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətinə hasardan keçməklə həyətdə olan yardımçı tikilinin qapısının bağlandığı məftili açıb qanunsuz daxil olmaqla oradan 150 (bir yüz əlli) manat dəyərində bir ədəd böyük ölçülü perforator və 100 (bir yüz) manat dəyərində bir ədəd samovarı gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən ümumi təmiz çəkisi 486,136 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən Tərtər çayının hövzəsində yerləşən kolluq ərazidə saxlamış, 05 fevral 2021-ci il tarixdə saat 16:45 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri İ.Qayıbov küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən, yəni əynində olan boz rəngli gödəkcənin sol iç cibindən 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,136 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilən tədbirlərin davamı olaraq həmin tarixdə saat 18:20 dəqiqədə Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən Tərtər çayının hövzəsində yerləşən kolluq əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 orada saxladığı 3 (üç) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 480 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək başqa saxlanc yerinə daxil olmaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 22 fevral 2021-ci il tarixdə gecə saat 04:00-da qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətinə hasardan keçməklə həyətdə olan yardımçı tikilinin qapısının bağlandığı məftili açıb qanunsuz daxil olmaqla oradan 150 (bir yüz əlli) manat dəyərində bir ədəd böyük ölçülü perforator və 100 (bir yüz) manat dəyərində bir ədəd samovarı gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Evlidir, heç bir yerdə işləmir. Uzun müddətdir, 10 ildir narkotik vasitələrin aludəçisidir. 2020-ci ilin yay aylarında Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən hissəsində qarmaq ilə balıq ovu edərkən, çayın kənarında kolluq ərazidə göy rəngli sellofan torba görmüş, həmin sellofan torba onda maraq yaratdığı üçün torbanın içərisinə baxmış, iç-içə keçirilmiş torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü marixuana istifadəçisi olduğu üçün həmin torbanı şəxsi istifadəsi üçün saxlamaq qərarına gəlmiş, həmin göy rəngli sellofan torbanı çayın kənarında kolluqların arasında gizlətmişdir. Həmin vaxtdan 3-4 dəfə torbanı gizlətdiyi yerə gedərək, göy sellofanda gizlətdiyi torbadan şəxsi istifadəsi üçün narkotik vasitə götürüb istifadə etmişdir. Sonuncu dəfə 05 fevral 2021-ci il tarixdə yenə Bərdə rayonu Qasımbəyli kəndinə gedərək, gizlətdiyi içərisində marixuana olan göy rəngli selofan torbadan şəxsi istifadəsi üçün 1 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana götürmüş, həmin tarixdə saat 16 radələrində Bərdə şəhəri İ.Qayıbov küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə Bərdə RPŞ-nə gəlmiş, orada ona müdafiəçi dəvət edildikdən sonra şüphəli şəxs qismində tutulmuşdur. Onun hüquq və vəzifələri izah edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcənin sol iç cibində saxladığı kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Kibrit qutusunun içərisində olan yaşıl rəngli kəskin qoxuya malik nəşə elektron tərəzidə çəkilmiş, içərisində narkotik vasitə hesab edilən nəşə olan kibrit qutusu içərisindəki kütlə ilə birlikdə 9.33 qram çəkidə olmuşdur. Aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfə qablaşdırılmış, daha sonra həmin zərf tərəfilərindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. O, həmin narkotik vasitəni Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən hissəsində kolluqdan tapdığını, həmin yerdə də göy rəngli sellofan torbada şəxsi istifadəsi üçün saxladığını bildirmiş, şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilərək ucadan oxunmuş, onun və digər iştirakçılar tərəfindən doğru hesab edilərək imzalanaraq təsdiq edilmişdir. Bundan sonra üzərinə baxış keçirilən zaman başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş, daha sonra həmin tarixdə saat 18 radələrində polis əməkdaşları və müdafiəçi ilə birlikdə Bərdə rayonu Qasımbəyli kəndinə yola düşmüşlər. O, Tərtər çayının Qasımbəyli kəndindən keçən hissəsində kolluqda gizlətdiyi göy rəngli sellofan torbanı könüllü olaraq təqdim etmişdir. Həmin sellofan torba elektron tərəzidə çəkilmiş, sellofan torba içərisində narotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra 525 qram olmuşdur. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa ifadəsində göstərdi ki, 21 fevral 2021-ci il tarixdə saat təxminən 23.00 radələrində tanışı Namiqlə Bərdə şəhərində görüşmüş və siqaret almağa pul lazım olduğuna görə oğurluq etmək qərarına gəlmişlər və oğurluq etmək üçün Namiqin qonşusu olan Hikmətin evini seçmişlər. Namiq ona orada samovar və beton dələn perafarator gördüyünü bildirmiş, Hikmətin yaşadğı evə gedib oradan samovarı və perafaratoru oğurlamaq qərarına gəlmişlər. 22 fevral 2021-ci il tarixdə gecə saat 04.00 radələrində Namiqlə birlikdə Hikmətin evinin qarşısına gəlib təxminən 1,5 metr hündürlüyündə olan daş hasarın üstündən həyətə keçmişlər. Həyətdə olan yardımçı tikilinin bir az aralı olan qapısını açıb içəri girmişlər, tikilidə bir ədəd samovar və bir ədəd də perafarator, yəni beton dələn aparat olmuş, o, bir ədəd samovarı və Namiq də bir ədəd beton dələn perafaratoru oğurlayıb tikilidən çıxmışlar. Oğurladıqları əşyaları da götürüb hasardan yola keçmişlər. Birlikdə həyətdən çıxdıqdan sonra hərə öz oğurladığı əşyanı da götürüb öz evinə getmişdir. Həmin günü 22 fevral 2021-ci il tarixdə səhər açılanda saat təxminən 15.00 radələrində oğurladığı bir ədəd samovarı Bərdə şəhərində tanımadığı şəxsə 20 manata satmışdır. Namiq oğurladığı beton dələn perafaratoru kimə və neçə manata satdığını bilmir. Samovarı satdığı şəxs təxminən 50 yaşında olmuş, həmin şəxs satdığı samovarın oğurluq olduğunu bilməmiş, həmin şəxsə satdığı samovarın özününkü olduğunu demişdir. Oğurluqdan əldə etdiyi 20 manat pulu özü üçün xərcləmişdir. Təxminən 1-2 gündən Hikmət onlardan gedib şikayət etdityini bilmitş, o, samovarı satdığı şəxsi bir neçə gün axtarıb tapmış və pulunu verib samovarı geri almışdır. Polis şöbəsinə dəvət edilndə Namiqlə birlikdə oğurluq etdiyini səmimi etiraf etmiş, oğurladığı bir ədəd samovarı o vaxt polis şöbəsinə gətirib təhvil vermişdir. Etdiyi əmələ görə peşman olduğunu bildirdi. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, qonşudur, qohum deyil, ədavəti yoxdur, münasibətləri yaxşı olmuşdur. 21 fevral 2021-ci il tarixdə saat təxminən 23.00 radələrində Mehmanla Bərdə şəhərində görüşmüş, siqaret almağa pul lazım olduğuna görə oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etmək üçün onunla qonşuluqda olan Hikmətin evini seçmişlər. Hikmət köhnə evini söküb yerində yenisini tikirmiş. 22 fevral 2021-ci il tarixdə gecə saat 04.00 radələrində Mehmanla birlikdə Hikmətin evinin qarşısına gəlmişlər. Tikinti işləri geitdiyinə görə Hikmətgildə heç kim olmamışdır. Mehman və o, təxminən 1,5 metr hündürlüyündə olan daş hasarın üstündən həyətə keçmişlər. Orada olan yardımçı tikilinin bir az aralı olan qapısını açıb içəri girmişlər, tikilidə olan bir ədəd samovarı Mehman, o, isə bir ədəd beton dələn perafaratoru oğurlayıb tikilidən çıxmışlar. Sonra hər ikisi oğurladqları əşyaları da götürüb o, beton dələn perafaratoru, Mehman isə samovarı götürüb hasardın yola keçkesmişəl. Birlikdə həyətdən çıxdıqdan sonra hərə öz oğurladığı əşyanı da götürüb öz evinə getmişdir. Həmin günü 22 fevral 2021-ci il tarixdə səhər açılanda saat təxminən 10.00 radələrində oğurladığı bir ədəd beton dələn perafaratoru Bərdə şəhərində yerləşən «Avro inşaat» mağazasına 60 (altmış) manata tanımadığım satıcıya satmış, perafaratoru satldığı şəxsin təxminən 25-27 yaşı olmuş, lakin həmin şəxs satdığı perefaratorun oğurluq olduğunu bilməmiş, həmin şəxsə özününkü olduğunu demişdir. Lakin indi üstündən bir il müddət keçdiyinə görə həmin şəxsi görsə tanıya bilməyəcəyini bildirmişdir. Oğurluqdan əldə etdiyi 60 manat pulu özü üçün xərcləmişdir. Oğurluq etdiyi gündən təxminən 2-3 gün sonra Hikmət onunla görüşmüş və ondan şübhələndiyini bildirmişdir. Sonra Hikmət onun yanında 102 xidmətinə zəng edib polisə məlumat vermişdir. Hikmətin onların barəsində şikayət etdiyini biləndən sonra gedib perforatoru satdığı mağazadan pulunu qaytarıb geri almış və gətirib o vaxtki müstəntiqə təhfil vermişdir. Mehman da samovarı satidığı adamdan geri qaytarıb gətirib onunla birlikdə müstəntiqə təhfil vermişdir. Polis şöbəsinə dəvət edilndə Mehmanla birlikdə oğurluq etdiyini səmimi etiraf etmiş, oğurluq etdiyinə görə peşiman olduğunu bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Mehman oğurladığı samovarı kimə satdığını bilmədiyini, Bundan başqa Təqsirləndirilən şəxs1la birlikdə və yaxud tək halda heç bir oğurluq etmədiyini, onlar oğurluq etməsmişdən əvvəl 05 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən və həmin tarixdə başqa yerdə saxladığı bir ədəd sellofan torbada qurudulmuş marixuana aşkar edilərək götürüldüyü barədə heç nə deyə bilmədiyini, Mehmanda narkotik maddə aşkar olunması barədə onun heç bir məlumatı olmadığını, oğurluq etməyi hər ikisi qərara gəldiklərini bildirmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, məhkumluğunun olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 5 il əvvəl Bərdə şəhəri Nüşabə küçsçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evini almış və ailəsi ilə birlikdə həmitn evdə yaşamışdır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı yaşadığı ev qəzalı vəziyyətə düşdükdən sonra həmin evi söküb əşyalarının bir hissəsiniBərdə rayon Hacıllı kəndinə aparmış, qalan hissəsini, eyni zamanda biri ədəd samovarı və bir ədəd beton dələn perforatoru evin həyətində olan yardımçı tikiliyə yığıb qapısını məftillə biğlamışdır. 25 fevral 2021-ci il tarixdə evə baş çəkən zaman həyətdə olan yardımçı tikilinin qapısının açıq vəziyyətdə olduğun və tikilinin içərisindən bir ədəd samovar və bir ədəd perforator oğurladığını bilmiş, onunla qonşuluqda yaşayan Namiqdən şübhələnmiş, Namiqi çağırıb bu barədə ona demiş, Namiq əvvəlcə boynuna almasa da sonradan Mehmanla bilikdə oğurladığını bildirmiş, həmin əşyaları gətirib qaytaracaqlarına söz vermiş, lakin Namiq əşyaları qaytarmadığına görəç 26 fevral 2021-ci il tarpixdə saat 21.10-da zəng edib 102 xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 250 manat maddi ziyan dəydiyini bilmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 əvvəllər Bərdə şəhər sakini kimi narkotik vasitələrin aludəçisi kimi tanımış, lakin Mehman ilə heç bir qohumluq əlaqəsi və ədavəti olmamışdır. 05 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi, satışı və istifadə etməsi barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuş, həmin məlumatın icrası ilə əlaqədar həmin tarixdə saat 16:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə İ.Qayıbov küçəsində olması müəyyən edilmiş və Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Mehmana təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra vəkili Müdafiəçi1 təqdim edilmiş, daha sonra narkotik vasitələrin qanunsuz üzərində gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Mehmana könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, Mehman əynində olan boz rəngli gödəkcənin sol iç cibindən çıxartdığı kibrit qutusunu könüllü təqdim etmiş, həmin kibrit qutusunun içərisində yaşıl rəngli, kəskin qoxulu narkotik vasitəyə bənzər kütlə olmasının şahidi olmuşdur. Kibrit qutusu elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 9.33 qram olması müəyyən olunmuşdur. Sonra həmin kibrit qutusu zərfə qoyularaq möhürlənmiş, həmin vaxt Mehman narkotik vasitə olan marixuananı 2020-ci ilin yay aylarında Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən göy sellofan torbanın içərisindən tapdığını və həmin torbanı şəxsi istifadəsi üçün həmin ərazidə kolluqda saxladığını deməsini qeyd etmişdir. Bundan sonra onlar müdafiəçi ilə birlikdə Mehmanın dediyi ünvana Bərdə rayonu Qasımbəyli kəndinə Tərtər çayının sahilinə getmişlər. Mehman Tərtər çayının hövzəsində kolluqda şəxsi istifadəsi üçün saxladığı göy rəngli sellofan torbanı onlara təqdim etmiş, təhqiqatçı həmin narkotik vasitəni elektron tərəzidə çəkdikdən sonra çəkisinin 525 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri 2020-ci ilin yay aylarında Bərdə rayonu Qasımbəyli kəndinin ərazisindən axan Tərtər çayının hövzəsindən tapdığını deməsini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən DİO-da, xx.xx.2020-ci il tarixdən Bərdə RPŞ-nin X2 Qrupunda əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər Bərdə şəhər sakini kimi narkotik vasitələrin aludəçisi kimi tanımış, lakin Mehman ilə heç bir qohumluq əlaqəsi və ədavəti olmamışdır. 05 fevral 2021ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi, satışı və istifadə etməsi barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuş, həmin məlumatın icrası ilə əlaqədar Bərdə RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində çalışan Şahid3 ilə birlikdə həmin tarixdə saat 16:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə İ.Qayıbov küçəsində olması müəyyən edilmiş və Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Mehmana təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra vəkili Müdafiəçi1 təqdim edilmiş, daha sonra narkotik vasitələrin qanunsuz üzərində gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Mehmana könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, Mehman əynində olan boz rəngli gödəkcənin sol iç cibindən çıxartdığı kibrit qutusunu könüllü təqdim etmiş, həmin kibrit qutusunun içərisində yaşıl rəngli, kəskin qoxulu narkotik vasitəyə bənzər kütlə olmasının şahidi olmuşdur. Kibrit qutusu elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 9.33 qram olması müəyyən olunmuşdur. Sonra həmin kibrit qutusu zərfə qoyularaq möhürlənmiş, həmin vaxt Mehman narkotik vasitə olan marixuananı 2020-ci ilin yay aylarında Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən göy sellofan torbanın içərisindən tapdığını və həmin torbanı şəxsi istifadəsi üçün həmin ərazidə kolluqda saxladığını deməsini qeyd etmişdir. Bundan sonra onlar müdafiəçi ilə birlikdə Mehmanın dediyi ünvana Bərdə rayonu Qasımbəyli kəndinə Tərtər çayının sahilinə getmişlər. Mehman Tərtər çayının hövzəsində kolluqda şəxsi istifadəsi üçün saxladığı göy rəngli sellofan torbanı onlara təqdim etmiş, təhqiqatçı həmin narkotik vasitəni elektron tərəzidə çəkdikdən sonra çəkisinin 525 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri 2020-ci ilin yay aylarında Bərdə rayonu Qasımbəyli kəndinin ərazisindən axan Tərtər çayının hövzəsindən tapdığını deməsini qeyd etmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsinin şübhəli şəxsin tutulması haqqında 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 fevral 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 07 fevral 2021ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə davam etdirilmişdir. Cinayət işinin 192-194-cü vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 02 mart 2022-ci il tarixli qərarından görünür ki, ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.2-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 210-211-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)74/2022 saylı xx.xx.2022-ci i tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulmuş və saxlanması üçün Bərdə Rayon Polis X3 Yerinə təhvil verilmişdir. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-ci il tarixli 16/114 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1» sözləri yazılmış zərfdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,136 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1» sözləri yazılmış kağız paketdəki, 3 (üç) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 480 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki marixuana ilə, bir ədəd kağız paketdə olan marixuana tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkiləri-6.136 qram, 480 qram, tədqiqata sərf edildi- 0.1 qram (hər ob 0.05 qram), qalıq 6.086 qram, 479.95 qram (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 27 aprel 2021-ci il tarixli 454 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Məçhəmməd oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 89-cu vərəqəsində olan Bərdə RİHB-nın Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 narkotikaya meyilli kimi xarakteriza olunmuşdur. Cinayət işinin 231-232-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 mart 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 256-257-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 14 mart 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 154-155-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Həsənov X4 şəhəri Lenin Rayon Məkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən RF CM 33-cü maddəsinin 5-ci hissəsi, 228- ci maddəsinn 2-ci hissisə, 664-cü madəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məkum edilmişdir. Məhkumluğu yoxdur. Cinayət işinin 204-cü vərəqəsində olan Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 144-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyİnin Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/1255 nömrəli rəyin nəticə hisəssində göstərilmişdir ki, ekspertizə tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümümi dəyəri təxminən 250,00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd qara-gümüşü rəngli üzərində M-25, 2500 Bt 220B-50 Qü 1400 ud/mdj sözləri olan böyük ölçülü (tşk) perforator-150,0 manat, 1 ədəd tutacaq hissəsində ağ rəngli plasmas olan, gövdəsi dalğa formalı odun samovarı-100,00 manat. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 90-117-ci vərəqələrində olan 30 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “Marquis 2950” markalı su matoru, 01 ədəd Rusiya istehsalı olan “BK-2500” markalı üzərinə Moskva yazılmış kondisioner və 01 ədəd samovar iş üzrə oğurlanmış əşyalar olduğundan maddi sübut kimi tanınmış və iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmiş, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüş, ümumi təmiz çəkisi 0,812 qram çəkidə psixotrop maddə olan metamfetamin tədqiqat prosesində tədqiqata sərf olunduğundan iş üzrə qalıq qalmış 0,762 qram metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 5,66 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana tədqiqat prosesində tədqiqata sərf olunduğundan qalıq qalmış 5,56 qram marixuana, eləcə də Təqsirləndirilən şəxs2 Tərtər çayının kənarında gizlətmiş olduğu, baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana tədqiqat prosesində tədqiqata sərf olunduğundan qalıq qalmış 429,9 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 160-cı vərəqəsində olan xx.xx.2021-ci il tarixli Qəbzdən görünür ki, 01 ədəd bir ədəd samovar və bir ədəd perforator iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materialına əlavə edilmiş zərəçəkmiş şəxs M.Məmmədovun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və zərəçəkmiş şəxsə ziyanın ödənilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 05 fevral 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 07 fevral 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 07 fevral 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmiş, 10 yanvar 2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə davam etdirilmiş, 02 mart 2022-ci il tarixli qərarı ilə ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.2-ci maddələrinə tövsif edilmiş, 14 mart 2022-ci il tarixli qərar ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)74/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş və saxlanması üçün Bərdə Rayon Polis X3 Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 2 (iki) gün müddət (xx.xx.2021-ci il tarixdən -xx.xx.2021-ci il tarixədək) nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, onun barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdən tutulmuşdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, məhkumluğunun olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumuğunun olmamasını, zərəçəkmiş şəxsə ziyanın ödənilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 14 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ““başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs1 32.40 manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd samovar və bir ədəd perforator iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan qalıq təmiz çəkisi 6,086 qram olan qurudulmuş marixuana, qalıq təmiz çəkisi 479,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 05 fevral 2022-ci il tarixindən 07 fevral 2022-ci il tarixinədək 02 (iki) gün həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 21 sentyabr 2022- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında ilizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan qalıq təmiz çəkisi 6,086 qram olan qurudulmuş marixuana, qalıq təmiz çəkisi 479,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd samovar və bir ədəd perforator iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-74/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-74/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver