Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-74/2023 25.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Ağdam rayonu Başqǝrvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ağdam rayonu Başqərvənd kəndində qeydiyyatda olmaqla həbs edilənədək Bərdə rayonu, Meşəçilik qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə və özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb ələ keçirməklə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Bərdə rayonu, Hacallı kəndində yerləşən "Məhəmmədin kafesi kimi» adlandırılan kafedə birlikdə olan zaman Zərərçəkmiş şəxs kafenin yan tərəfində saxladığı baş etibarnamə əsasında üzərində sərəncam vermə və istifadə etməyə hüquq verən Reno Megan markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda özünə aid bir ədəd siqaret qutusunun qalmasını və həmin siqaret qutusunu götürəcəyini deyib inandırmaqla avtomobilin açarını Zərərçəkmiş şəxs alıb sonuncunun icazəsi olmadan və özünün həmin avtomobil üzərində istifadə hüququ olmadan avtomobilin sükanı arxasına əyləşib avtomobilin mühərrikini işə salıb talama məqsədi olmadan qaçırmaqla üzərində Zərərçəkmiş şəxs istifadə və sərəncam vermə səlahiyyətlərinə malik Reno Meqan markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmə cinayətini törətmişdir. Bundan başqa o, 22 iyun 2022-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu, Hacalli kəndində yerləşən "Məhəmmədin kafesi kimi» adlandırılan kafenin yan tərəfində Zərərçəkmiş şəxs saxladığı baş etibarnamə əsasında üzərində sərəncam vermə və istifadə etməyə hüquq verən Reno Megan markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilini talama məqsədi olmadan qaçırıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs ona telefonla zəng vurub avtomobildə xeyli miqdarda siqaretlərin olmasını deyəndən sonra Təqsirləndirilən şəxs avtomobildə olan həmin siqaretləri tamah niyyətilə gizli yolla ələ keçirmək məqsədi ilə avtomobili istintaqa məlum olmayan istiqamətlərdə idarə edib avtomobilin yük yerinə və salonun digər yerlərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus bir qutunun dəyəri 2 manat 40 qəpik olan içərisində 10 qutu olmaqla 300 blok <<Want» markalı və bir qutunun dəyəri 2 manat 20 qəpik olan içərisində 10 qutu olmaqla 450 blok "Keno" markalı siqaretləri gizli yolla ələ keçirib talayaraq ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 17100 (on yeddi min yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Çay Sahili küçəsi, ev 7 Ünvanında yaşayır, fərdi qaydada dəmir əşyaların düzəldilməsi ilə məşğul olur. Təxminən 1 il əvvəl Seymurla tanış olmuşdur. Seymur Sərvinin mağazalara və marketlərə topdan siqaret satışı ilə məşğul olmasına kömək etmiş, buna görə Seymur ona ara-sıra pul vermişdir. Siqaret alverinə görə Seymurla xeyli müddət yoldaşlıq etmiş, bir yerdə Seymurun avtomobili ilə müxtəlif yerlərə gedərək siqaret satmışlar. 22 iyun 2022-ci il tarixdə Seymur sərxoş olduğundan ondan xahiş edib ki, Seymuru yol polisi saxlamasın deyə Reno markalı avtomobilini o sürərək Seymuru evlərinə düşürtsün.O da Seymuru evə düşürtdükdən sonra Seymur ona bildirmişdir ki, “gecdi sən mənim maşınımla get, amma səhər tezdən avtomobili gətir ki, uşağı məktəbə aparım”. O da elə etmişdi. Səhəri gün səhər saatlarında avtomobili Seymura təhvil vermişdi. Ancaq həmin vaxt avtomobildə 15000 manatlıq siqaret olmamışdır. Avtomobildə təxminən 3-4 blok siqaret olmuşdur ki, həmin siqaretlərdə avtomobildə qalıb. O, Seymurun avtomobilindən 15000 manatlıq siqaret götürməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyi, istintaq hərəkəti protokollarına əlavələr, azərcell anten dairələri, mesajlar və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi qaydada siqaret ticarəti ilə məşğul olur, Reno Megan markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif yerlərdən topdan satış olaraq tütün məhsulları alaraq marketlərə satmaqla məşğuldur. xx.xx.2022-ci il tarixdə də Bakı şəhərindən siqaret istehsalı ilə məşğul olan şirkətdə işləyən Nizami adlı şəxsdən ümumi dəyəri 15000 manat olan «<Want» və «Keno» markalı siqaretlər almışdır. O, həmin siqaretləri avtomobilinin baqajında səyyari şəkildə marketlərə satmaq üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında o, həmkəndlisi Elməddinlə birlikdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində köhnə bazar ərazisində olarkən tanışı Rüstəm onu saxlatmış, bir qədər söhbət etdikdən sonra birlikde Hacallı kəndində yerləşən çayxanaya gəlmişlər. Yolda Rüstəmlə rastlaşmışlar və Rüstəmi də özləri ilə götürmüşlər.O, avtomobilini çayxananın yan tərəfində saxladıqdan sonra Elməddin , Sərxan və Rüstəmlə birlikdə Hacalı kəndində yerləşən "Məhəmmədinin yeri adlanan" çayxanada çay içərək domino oynamağa başlamışlar. Həmin vaxt Rüstəm özünə məxsus siqaretinin onun avtomobilinin salonunda qalmasını bildirmişdir. Təqsirləndirilən şəxs ondan avtomobilin açarını siqaretini götürmək adı ilə istəmiş, Rüstəm açarı alaraq avtomobil tərəf getmişdir. O, avtomobili çayxananın yan tərəfində onların domino oynayarkən avtomobili görməyəcəkləri yerdə saxlamış, Rüstəm siqaret götürmək adlı ilə getdiyindən 10 dəqiqə keçdikdən sonra Rüstəm masaya qayıtmadı üçün oturduqduqları masadan qalxaraq avtombili saxladığı yerə getdikdə avtomobili həmin yerdə görməmişdir. O, Rüstəmə zəng edərək harda olduğunu soruşduqda Rüstəm onların damino oynamağa başları qarışdığı üçün Bərdə şəhərə getdiyini və gələcəyini bildirmişdir. O, Rüstəmə işlərini bitirdikdən sonra gəlməsini lakin avtomobilin baqajında satış üçün xeyli siqaret olmasını həmin siqaretlərdən ehtiyatlı olmasını bildirmişdir. Rüstəm isə ona narahat olmamasını birazdan gələcəyini bildirmişdir. O, masaya qayıtdıqdan sonra təxminən 1 saat gözləmiş, lakin Rüstəm avtomobili gətirməmişdir. Mobil telefonu isə bağlı olduğuna görə Rüstəmlə əlaqə saxlaya bilməmişdir. Həmin günü sabahı yəni xx.xx.2022-ci il tarixdə o Rüstəmin yaşadığı Bərdə rayonu köhnə bazar yaxınlığında olan evinə getmiş, adını bilmədiyi qardaşı çıxaraq demişdir ki, "narahat olma, səbirli ol, yəqin Rüstəmin başına nəsə bir iş gəlib, mənlikdir, Rüstəm gəlməsə siqareti mən qaytaracam". Lakin nə avtomobili, nə də siqaretlər ona qaytarılmamışdır. O, həmin vaxtdan Rüstəmi axtarmağa başlamış, lakin tapa bilməmiş, xx.xx.2022-ci il tarixdə Rüstəmin avtomobil ilə evə gəlməsini eşitdikdən sonra o, Rüstəmin yaşadığı ünvana gəlmiş, ona məxsus "Reno" markalı avtomobil Rüstəmin həyətində qapıları və şüşələri açıq vəziyyətdə saxlamasını görmüşdür. O, avtomobilin baqajına baxmış ve baqaja qoyduğu 15000 manatlıq siqaretin yerində olmadığını görmüşdür. Rüstəmi evdən çağıraraq mobil telefonu bağladıqdan sonra avtomobili qaçırdaraq avtomobildə olan 15000 manatlıq siqaret nə etməsini soruşmuş, Rüstəm isə bildirmişdir ki, avtomobil ilə Tərtər rayonunun Buruckǝndi ərazisində gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayaraq, avtomobildə olan siqareti götürmüşlər. O, isə Rüstəmə yalan deməsini bildirdikdə, aralarında sözlə mübahisə olmuşdur. Sonradan Rüstəm ona söz vermişdir ki, Bərdə şəhərində yerləşən obyekti sataraq 2 gün ərzində 15000 manat pulunu ona verəcəkdir. Lakin həmin vaxtdan indiyədək Rüstəmlə əlaqə saxlamaq mümkün olmamış, zənglərinə cavab verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, ona məxsus olan Reno Megan markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində konkret olaraq 300 blok Want markalı və 450 blok Keno markalı siqaret olmuşdur, Ümumilikdə ona 15285 manat maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etmişdir ki, 1 blok Want markalı siqaretin qiyməti 21 manat 40 qəpik, 1 blok Keno markalı siqaretin qiyməti isə 19 manat 70 qəpik olmuşdur. Avtomobilin baqajında olan siqaretləri həmkəndliləri Elməddin və Sərxan görmüşdür. Rüstəmlə söhbət əsasnasında avtomobildə siqaretin olmasını çayxanaya gedərkən yolda demişdir. Təqsirləndirilən şəxs avtomobilin açarını ondan özünə məxsus siqaret qutusunu götürmək adı ilə almış, lakin onun xəbəri olmadan onun iradəsinə zidd avtomobili qaçırmışdır. Sonradan Rüstəmə zəng etdikdə şəhərdə işini həll edib tez bir zamanada qayıtmasını bildirsədə qayıtmamış, avtomobili 3-4 gündən sonra Rüstəmin yaşadığı evin qarşısında qapıları açıq vəziyyətdə tapmışdır. Avtomobilinə heç bir zədə dəyməmişdir, avtomobildə olan ona məxsus 15000 min manatlıq siqaretlər oğurlanmışdır. Təxminən yadında qalıb ki, mal qaranın örüşdən qayıdan vaxtı hadisə baş verib. Təqsirləndirilən şəxs onun idarə etdiyi Reno markalı avtomobili qanunsuz olaraq qaçırması və siqaretləri oğurlaması ilə əlaqdar olaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Seymur özünə məxsus Reno Megan markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə topdan satış olaraq tütün məhsullarının ticarəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Seymurla birlikdə avtomobildə olan zaman Rüstəmlə rastlaşmışlar və onu da götürüb çay icməyə getmişlər. Görüş zamanı Seymur 15 minlik siqaret aldığını və həmin malı avtomobilin baqajında saxladığını bildirmişdir. Onlar birlikdə baqajdakı mala baxdıqdan sonra Hacalı kəndində yerləşən çayxanada oturaraq çay içǝrǝk domino oynamağa başlamışlar. Şahid2 da çayxanada olduğundan onlara qoşulmuşdur. Həmin vaxt Rüstəm Seymura demişdir ki, siqaretini avtomobilin salonunda qalmış, Seymur açarı Rüstəmə vermişdir ki, avtomobildən siqaretini götürsün, Rüstəm açarı alaraq avtomobil tərəfə getmiş, Seymur avtomobili çayxananın yan tərəfində saxladığına görə avtomobil görünmürdü. Rüstəm siqaret götürmək üçün avtomobillə getdiyindən 10 dəqiqə keçdikdən sonra Seymur çayxandan çölə çıxmış, sonra Seymur masaya qayıdaraq onlara Rüstəmin avtomobili sürərək şəhərə getdiyini bildirmişdir. Sonra nə qədər müddət keçsə də Rüstəm avtomobili gətirməmişdir. Seymur mobil telefon ilə Rüstəmlə əlaqə saxlamaq istəsə də bağlı olduğuna görə əlaqə saxlaya bilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadəsi elan edildi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, fərdi sahibkarlıqla məşğul olmuşdur. Sahibkarlıqla məşğul olduğu ünvan ünvan 1 adlı dükanda fəailiyyət göstərir. Seymur Sərvi ilə təxminən 3 il bundan qabaq Bərdə şəhərində işlə bağlı getdikdə orada tanış olduqdan həmin vaxtdan bu günə kimi aralarında ticarət münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Onun sahibkarlıq fəaliyyətinin əsasını müxtəlif markalı siqaretlərin alqısatqısı təşkil edir. xx.xx.2022-ci il tarixdə Seymur Serviye dövlət qeydiyyat nömrəsini unutduğu taksi ilə 2500 eded markalı "Keno BLUE", 2000 eded X38 markalı, "X37" markalı 1500 ədəd və "X36" markalı 1500 ədəd siqaretləri endirim ilə satması üçün Zərərçəkmiş şəxs göndərmişdir. O, siqaretləri Zərərçəkmiş şəxs göndərdikdən təxminən 1 həftdə sonra Seymurla danışdıqda ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs avtomobili qaçırdaraq avtomobildə olan siqaretləri oğurlamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında avtomobil alqı-satqısı olmuşdur, heç bir ədavəti və düşməçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə Priora markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərindən əmisi oğlu Məciddən 6000 manata almışdır. Bir müddət sürdükdən sonra avtomobil nasaz işlədiyi üçün satmaq qərarına gəlmişdir. Avtomobili satmaq üçün bir neçə dəfə avtomobil bazarına aparsa da sata bilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə avtomobil bazarından çıxan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq avtomobili hansı qiymətə satdığını soruşmuş,o da 6700 manata satdığını bildirsə də razılaşaraq 6000 manata satmışdır. Həmin günü Notariusa gedərək o, Rüstəmin anası X11 baş etibarnamə vermişdir. Məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş ibtidai istintaqı aparan Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X21 ifadəsində göstərdi ki, Reno Megan markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil elektron sistemdən çıxarışla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsusdur. Avtomobilin radara düşməsi və şahid ifadələrinə əsasən ittiham verilmişdir. Həmçinin müstəntiqi X21 ona verilmiş suallara cavab olaraq bildirdi ki, etibarnamənin ləğvindən xəbəri yoxdur. Hadisənin törədildiyi zaman avtomobil kimim mülkiyyətində olmasına dair heç bir sənədi cinayət işinə əlavə etməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Rüstəm onun oğludur. Seymurun onun oğlu ilə münasibətləri olub. Dəfələrlə Seymur onlarda oturub yemək yeyib. Avtomobilin və siqaretlərin oğurlanması ilə əlaqədar Seymur heç vaxt onlara gəlməmişdir və onlara məlumat verməmişdir. Oğlu Rüstəmə böhtan atır. Məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Rüstəm onun qardaşıdır. Seymur onun qardaşı ilə münasibətləri olub. Dəfələrlə Seymur onlarda oturub yemək yeyib. Avtomobilin və siqaretlərin oğurlanması ilə əlaqədar Seymur heç vaxt onlara gəlməmişdir və onlara məlumat verməmişdir. Qardaşı Rüstəmə böhtan atır. Avtomobilin və siqaretlərin oğurlanması ilə əlaqədar heç bir söhbətdə iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki,sürücüsü işlədiyi Şahid7 ona bildirmişdir ki, Seymur adlı şəxsdə Reno Megan markalı avtomobil var, get adına keçir. Seymur anasını gətirmiş, anası avtomobili ona satmışdır. Alqı-satqıdan sonra avtomobil heç vaxt onda olmayıb. Bir müddət sonra müdiri get avtomobili başqasına sat demiş, o da avtomobili satmışdır. Təqsirləndirilən şəxs heç vaxt görməyib, ilk dəfə məhkəmə iclas zalında gördü. X20 ifadəsində göstərdiklərini yazılı şəkildə məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Reno Megan markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü X12 adına rəsmiləşdirilməsinə o icazə verib. Belə ki, Zərərçəkmiş şəxs ondan nisyə siqaret, bizon və panpers götürürdü. Onu aldatmasın deyə ziyanı qabaqcadan sığortalamaq üçün anasının adına olan Reno Megan markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü X12 adına rəsmiləşdirmişdir. Həmin avtomobil heç vaxt onda olmayıb, Seymurun istifadəsində qalıb. Ona olan nisyə borcunu ödədikdən sonra avtomobili Seymur başqasına satmaq üçün yenidən sürücüsünü alqı-satqıya göndərib. Avtomobilin satışından əldə edilən pulu Seymur götürüb. Ona borcu qalmamışdır. Şahid7 ifadəsində göstərdiklərini yazılı şəkildə məhkəməyə təqdim etdi. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 noyabr 2022 -ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya məxsus Reno Megan markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək adı ilə alaraq avtomobildə olan 15000 min manat dəyərində siqaretləri dələduzluq yolu ələ keçirməsinə dair toplanmış material olmuşdur. Cinayət işinin 1-ci cildinin 62-ci vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi haqqında 12 yanvar 2023 -cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 64-65-ci vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 12 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 99-100-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 14 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 120-124-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli 4(021)7/2023 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə baxılması üçün təqdimat verilmiş, lakin həbs qətimkan tədbiri seçilməsindən imtina barədə qərar qəbul edilərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmmişdir. Cinayət işinin 1-ci cildinin 143-148-ci vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli 4(104)11/2023 saylı qərarından görünür ki,16 yanvar 2023-cü il tarixdə Bərdə rayon prokroru kiçik ədliyyə müşaviri Rəşad İsgəndərov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyyasiya protesti verilmiş, apellasiya protesti təmin edilməklə təqdimat qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmə onun tutulacağı vaxtdan hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 155-156-cı vərəqələrində olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq istintaqa təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 182-189-cu vərəqələrində olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* cinayət işi qeyd olunan Məcəllənin 185.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 191-192-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə elan olunmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 177.2.4-cü maddələri ona yenidən ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 26-ci vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 139-140-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli №SS\02\2022 nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, Nizamnaməyə əsasən fəaliyyət göstərən, bundan sonra "Alıcı" adlanan Fərdi sahibkar Zərərçəkmiş şəxs və "Satıcı" adlanan Fərdi sahibkar Şahid4 arasında müqavilə bağlamışdırlar. Müqaviləyə sasən Satıcı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq Elektron Qaimədə (bundan sonra “Əlavə 1") göstərilən məhsulları (bundan sonra "mallar") Alıcıya satır, Alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəyir. Cinayət işinin 1-ci cildinin 141-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli №02 nömrəli Əlavədən görünür ki, "Alıcı" adlanan Zərərçəkmiş şəxs və "Satıcı" Şahid4 arasında bağlamış xx.xx.2022-ci il tarixli №SS\02\2022 nömrəli Alqı-satqı müqaviləsinə əsasən 15285,00 manat dəyərində tütün məhsullarını satıcı alıcıya təhvil vermişdir. Cinayət işinin 1-ci cildinin 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cildinin 121-ci vərəqəsində olan QMKİ Dövlət Komitəsinin Bərdə rayonu üzrə bölməsinin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Meşəçilik qəsəbəsi ünvanında yaşamışdır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 178-180-ci vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 yanvar 2023-cü il tarixli 9/448 nömrəli rəyindən görünür ki, "Want" markalı 300 blok və "Keno" markalı 450 blok siqaretlər 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1 blok "Want" markalı siqaret 24 manat olmaqla 300 ədədinin qiyməti 7200 manat və 1 blok "Keno" markalı siqaret 22 manat olmaqla 450 ədədinin qiyməti 9900 manat ümumilikdə 17100 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir). Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, X7 Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili X2. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, X4 Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili X3. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, X6 Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili X5. Cinayət işinin materiallarına əlavə edilmiş istintaq eksperimenti haqqında protokoldan və ona əlavə edilmiş videodiskdən görünür ki, 750 blok siqaret “Want” və "Keno" markalı siqaretin ölçüsündə siqaretlər Renault Megane minik markalı avtomobilin baqaj hissəsin yerləşdirilməsi mümkün olmuşdur. Cinayət işinin 1-ci cildinin 129-cu vərəqində olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 10335059 saylı elektron qərardan görünür ki, Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə saat 07:17-də Yevlax Kürdəmir yolunun 262,2 Bakı istiqamətində surət həddini aşması ilə bağlı radara düşüb. Cinayət işinin 1-ci cildinin 130-cu vərəqində olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 10347088 saylı elektron qərardan görünür ki, Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə saat 21:11-də Pirşağı-Novxanı yolu Neft baza stansiyasının yaxınlığı Pirşağı istiqamətində surət həddini aşması ilə bağlı radara düşüb. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azercelldən daxil olan anten dairələrindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi cədvəl üzrə 1-dən 33-cü sıralama üzrə xx.xx.2022-ci il tarixdə səhər saat 04:09-da Bakı şəhərindən Bərdə rayon istiqamətində gəlmə dairəsi və saat 18:10-da Bərdə ərazisində olduğu müəyyən edilir. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azercelldən daxil olan anten dairələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi cədvəl üzrə 649-dan 660-cı sıralama üzrə xx.xx.2022-ci il tarixdə səhər saat 10:09-da Bakı şəhərindən Bərdə rayon istiqamətində gəlmə dairəsi və saat 20:31-də Bərdə ərazisində olduğu müəyyən edilir. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azercelldən daxil olan anten dairələrindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi cədvəl üzrə 61-dən 107-ci sıralama üzrə xx.xx.2022-ci il tarixdə Bərdə və Tərtər rayon ərazisində olduğu müəyyən edilir. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azercell daxil olan anten dairələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi cədvəl üzrə 674-dən 691-cı sıralama üzrə xx.xx.2022-ci il tarixdə saat 0:21-dən saat 04:48 qədər Bərdə rayon ərazisində olduğu müəyyən edilir. Həmçinin anten dairəsi cədvəl üzrə 692-dən 695-ci sıralama üzrə xx.xx.2022-ci il tarixdə saat 9:18-dən 9:44-ə qədər Şirvan şəhər ərazisində olduğu müəyyən edilir. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azercelldən daxil olan SMS mətnlərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 09:02-də “Ay qaqa bu nə hərəkətdi”, xx.xx.2022-ci il tarixdə saat 08:22-də “Elədiyin hərəkətdən xəbərin var de” məzmunlu SMS mətn yazılmışdır. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azercelldən daxil olan SMS mətnlərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 21:16-də “Telfonu aç təcili işim var” SMS mətn yazılmışdır. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azercelldən daxil olan SMS mətnlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 20:35, 20:37, 20:39, 20:41, 20:43, 20:46-da zənglər gəlmiş, telefon sönülü vəziyyətdə olduğundan 9622 SMS bildirişi gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq və məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə Seymur sərxoş olduğundan ondan xahiş edib ki, Seymuru yol polis saxlamasın deyə Reno markalı avtomobilini o sürərək Seymuru evə düşürtsün.O da Seymuru evə düşürtdükdən sonra Seymur ona bildirmişdir ki, “gecdi sən mənim avtomobilimlə get, amma səhər tezdən avtomobili gətir ki, uşağı məktəbə aparsın”. Səhəri gün səhər saatlarında avtomobili Seymura təhvil verdiyini bildirir. Həmçinin avtomobildə 15000 manatlıq siqaret olmamasını qeyd edir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək aşağıdakılara əsasən Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gəlir. Belə ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Seymurla birlikdə avtomobildə olan zaman Rüstəmlə rastlaşmışlar və onu da götürüb çay icməyə getmişlər. Görüş zamanı Seymur 15 minlik siqaret aldığını və həmin malı avtomobilin baqajında saxladığını bildirmişdir. Onlar birlikdə baqajdakı mala baxdıqdan sonra Hacalı kəndində yerləşən çayxanada oturaraq çay içǝrǝk domino oynamağa başlamışlar. Şahid2 da çayxanada olduğundan onlara qoşulmuşdur. Həmin vaxt Rüstəm siqaret götürmək üçün avtomobillə getdiyindən 10 dəqiqə keçdikdən sonra Seymur çayxandan çölə çıxmış, sonra Seymur masaya qayıdaraq onlara Rüstəmin avtomobili sürərək şəhərə getdiyini bildirmişdir. Sonra nə qədər müddət keçsə də Rüstəm avtomobili gətirməmişdir. Seymur mobil telefon ilə Rüstəmlə əlaqə saxlamaq istəsə də bağlı olduğuna görə əlaqə saxlaya bilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Bundan başqa Rüstəm səhəri gün səhər saatlarında avtomobili Seymura təhvil verdiyini bildirsə də, Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə saat 07:17-də Yevlax Kürdəmir yolunun 262,2 Bakı istiqamətində surət həddini aşması ilə bağlı radara düşüb. Həmin vaxt Rüstəm və Seymurun harada olmasını müəyyən etmək üçün Azercelldən daxil olan anten dairələrindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi cədvəl üzrə 61-dən 107-ci sıralama üzrə xx.xx.2022-ci il tarixdə Bərdə, Ağdam və Tərtər rayon ərazisində olub. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi cədvəl üzrə 674-dən 691-cı sıralama üzrə xx.xx.2022-ci il tarixdə saat 0:21-dən saat 04:48 qədər Bərdə rayon ərazisində olduğu müəyyən edilir. Həmçinin anten dairəsi cədvəl üzrə 692-dən 695-ci sıralama üzrə xx.xx.2022-ci il tarixdə səhər saat 9:18-dən 9:44-ə qədər Şirvan şəhər ərazisində olduğu müəyyən edilir. Bu isə ona deməyə əsas verir ki, Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayon ərazisində olmamışlar. Bundan başqa Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 09:02-də “Ay qaqa bu nə hərəkətdi”, xx.xx.2022-ci il tarixdə saat 08:22-də “Elədiyin hərəkətdən xəbərin var de” , Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 21:16-də “Telfonu aç təcili işim var” SMS mətn yazılmışdır. Həmçinin Azercelldən daxil olan SMS mətnlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 20:35, 20:37, 20:39, 20:41, 20:43, 20:46-da zənglər gəlmiş,telefon sönülü vəziyyətdə olduğundan 9622 SMS bildirişi gəlmişdir. Bundan başqa zərərçəkmiş şəxs iddia edir ki, Təqsirləndirilən şəxs maddi imkanı zəif olan şəxs olub. Onun əmlakı talandıqdan sonra Təqsirləndirilən şəxs Priora markalı **-ZY- *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə 6000 manata almışdır. Rüstəmin anası X10 adına baş etibarnamə verilmişdir. Avtomobilin alqı-satqısını şahid qismində dindirilmiş Şahid3 da ifadəsində göstərmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işdən müəyyən olunur ki, Alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 02 nömrəli Əlavədən görünür ki, "Alıcı" adlanan Zərərçəkmiş şəxs və "Satıcı" Şahid4 arasında bağlamış xx.xx.2022-ci il tarixli №SS\02\2022 nömrəli Alqı-satqı müqaviləsinə əsasən 15285,00 manat dəyərində tütün məhsullarını satıcı alıcıya təhvil vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan deyir, belə ki, Renault Megane minik markalı avtomobilin baqajına ittihamda qeyd edilmiş sayda siqaret yerləşə bilməz. Bununla bağlı məhkəmə istintaq eksperimenti keçirmiş və müəyyən etmişdir ki, 750 blok siqaret “Want” və "Keno" markalı siqaretin ölçüsündə siqaretlər Renault Megane minik markalı avtomobilin baqaj hissəsin yerləşdirilməsi mümkündür. Məhkəmə hesab edir ki, zərəçəkmiş və şahidlərin ifadələri iş üzrə Azercelldən daxil olan SMS mətnləri, anten dairələri və radarlarla artıq öz təsdiqin tapmış olur ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirli bilinsin. Məhkəmə həmçinin CM-nin 185.1-ci maddəsi ilə verilmiş ittiham üzrə də aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X16 verdiyi etibarnamə əsasında Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən X1. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Məhluqə onun anasıdır. Siqaret alveri ilə məşğul olduğundan əlində nağd şəkildə pul olmadığından mal paylayan şəxs Şahid7 bildirmişdir ki, onun avtomobili var keçirtsin adına, Şəhriyar da öz növbəsində ona siqaret və digər malı nisyə versin, o da satıb pulunu qazansın. Şahid7 da Seymurla razılaşmış və Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəhriyarın sürücüsü olan X12 adına rəsmiləşdirilməsinə icazə verib. Belə ki, 03 iyun 2022-ci il tarixdə həmin avtomobil X12 adına rəsmiləşdirilib. Ancaq avtomobil Vüqarın adına rəsmiləşdirilsə də heç Vüqarda olmayıb. Faktiki sahibliyi yenə də Zərərçəkmiş şəxs həyata keçirib. Bu halı məhkəmə iclas zalında X20 və Şahid7 da təsdiq ediblər. Hadisə isə məlum olduğu kimi 22 iyun 2022-ci il tarixdə baş vermişdir. Belə olan halda Zərərçəkmiş şəxs CM-nin 185.1-ci maddəsi üzrə zərəçəkmiş şəxs qismində tanına bilərmi sualına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Göründüyü kimi, həmin hadisə ilə bağlı Zərərçəkmiş şəxs maddi ziyan və mənəvi zərər vurulmasına kifayət qədər əsas var. Belə ki, Zərərçəkmiş şəxs Şahid7 nisyə aldığı malların müqabilində anasına məxsus Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəhriyarın sürücüsü olan X12 adına rəsmiləşdirib. Həmin avtomobil talama məqsədi olmadan qaçırılması Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs statusu daşımasına kifayət edir. Belə ki, Renault Megane minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəhriyarda rəsmi olmasa da, faktiki girovda olub. Məhz bunun nəcicəsində öz döriyyəsi ilə maddi gəlir əldə etmək imkanı olub. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ziyanlığın ödənilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə 2023-cü il il tarixində şübhəli şəxs kimi tutulmuş, 14 yanvar 2023-cü il 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsinə baxılması üçün təqdimat verilmiş, lakin Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli 4(021)7/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsindən imtina barədə qərar qəbul edilərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, həmin qərardan protest verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli 4(104)11/2023 saylı qərarı ilə apellasiya protesti təmin edilməklə təqdimat qismən təmin edilmiş, X24 barəsində 1 (bir) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin onun tutulacağı vaxtdan hesablanması qərara alınmış, xx.xx.2023-cü il tarixdə tutularaq istintaqa təqdim edilmişdir. Məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 26 yanvar 2023-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (12 yanvar 2023-cü il tarixdən -14 yanvar 2023-cü il tarixədək ) nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixindən 14 yanvar 2023-cü il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X8, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-74/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-74/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver