Məhkəmə qərarları › İş №1(021)-74/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-74/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-74/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixində Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tumen şəhər, Kalinin rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, barəsində Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya aktı tətbiq edilərək çəkiməmiş cəzası 9 ay 23 gün azaldılmış, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bərdə rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2013-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 65.3, 62-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya aktına əsasən 06 ay azaldılıb qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 16 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş, Bərdə şəhəri, Nüşabə küçəsi, döngə 2, ev 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs kimi tutulana qədər həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,648 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, 26 dekabr 2023-cü il tarixdə saat 17:15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Nüşabə küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki tünd göy rəngli şalvarın sağ iç cibindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,648 qram qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri, Nüşabə küçəsi, döngə 2, ev 1 ünvanında yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. O, uzun müddət narkotik vasitə istifadə etmişdir. Əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. 26 dekabr 2023-cü il tarixində Bərdə şəhərində hərəkətdə olarkən yerdən bir ədəd gümüşü rəngli kağız büküm tapmış, həmin kağız bükümü açıb baxmış və içərəsində heroin olduğunu görmüşdür. Narkotik istifadəçisi olduğu üçün o, həmin narkotik vasitəni istifadə etmək üçün götürüb cibinə qoymuşdur. Lakin həmin heroindən istifadə etməmişdir. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını söyləyib xidməti vəsiqələrini təqdim etmişdirlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, istifadəsində şübhəli bilindiyini söyləyərək rayon polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində ondan öz hesabına vəkil tutub-tuta bilməməsi soruşulmuş, o, maddi imkanının zəif olduğu üçün vəkil tuta bilməyəcəyini bildirmişdir. Bu zaman ona vəkillərin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısından Müdafiəçi olaraq seçmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Bu zaman o, əynində olan tünd göy rəngli şalvarın sağ iç cibində olan gümüşü rəngli kağız parçasına bükülmüş kütləni çıxardaraq masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra üzərində olan 1(bir) ədəd cib dəsmalını, 2 ədəd “Prima” markalı siqaret qutusunu, 25 manatlıq kağız pul əskinaslarını, 2(iki) ədəd metal pulu, 1(bir) ədəd plastik qapağı masanın üzərinə qoymuşdur. Həmin bükümə baxılan zaman içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və 0,8 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən proses iştirakçılarından hər hansı bir etirazlarının olub-olmaması soruşulmuş, proses iştirakçıları heç bir etirazlarının olmadığını bildirdikdən sonra şəxsi axtarış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroinə bənzər kütləni xx.xx.2023cü il tarixdə Bərdə şəhərində yerdən tapmışdır. O, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamış, heç kimə verməmiş və ya satmamışdır. O, uzun müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, ifadəsində göstərdi ki, 26 dekabr 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında şübhəli bilinən, xx.xx.1979-ci il təvəllüdlü ünvan 2 ünvanda yaşamış Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 dekabr 2023-cü il saat 17:15 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nüşabə küçəsində saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, RPŞnin KMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli şalvarın sağ iç cibindən 01 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş kütləni masanın üzərinə qoymuş və içərisində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan 01(bir) ədəd cib dəsmalını, 2 ədəd “Prima” markalı siqaret qutusunu, 25 manatlıq kağız pul əskinaslarını, 2(iki) ədəd metal pulu, 1(bir) ədəd plastik qapağı masanın üzərinə qoymuşdur. Daha sonra Bəhruz Nuriyev tərəfindən kağız parçası açılaraq içərisinə baxılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü Bərdə şəhəri ərazisindən yerdən tapdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə 01(bir) ədəd kağız parçası ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,8 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə 01(bir) ədəd kağız parçası ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra X4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, şübhəli Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib etməməsi və kiməsə narkotik vasitə satıb-satmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin kağız parçasına bükülmüş kütlənin özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. X4 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşulmuş, proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, video çəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid3, Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 27 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 27 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 7-47-ci vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 26 dekabr 2023-cü il tarixdə saat 17:15 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsində şübhəli bilinən ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,648 qram qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 14-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 26 dekabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 59-60-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 78-81-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 4(021)240\2023 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 27 dekabr 2023-cü il tarixli 16/1289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “.....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,648 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi-0,648 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,598 qramdır. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 125-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 278 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 113-121-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir Cinayət işinin 97-101-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tumen şəhər, Kalinin rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2013-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 65.3, 62-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 06 ay azaldılıb qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il tarixində “Opioid” qəbulu diaqnozu ilə Bərdə RMX-nin narkoloji kabinetində dispanser qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 110-cu vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət işinin 127-139-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 28 fevral 2024 -cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,648 qram qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin ekspertizadan sonrakı 0,598 qram qalıq hissəsi və üzərinə şəxsi axtarış və götürülmə keçirilməsini özündə əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroin saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 06 ay azaldılıb qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il il tarixində şübhəli şəxs kimi tutulmuş, 28 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 28 dekabr 2023- cü il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 0,598 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 0,598 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar