Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-75/2022 25.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Bərdə rayonu Türkmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, orta təhsilli, Bərdə rayonu Türkmən kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09.03.2022-ci il tarixdə saat 01:20 radələrində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əlində olan ağacla Zərərçəkmiş şəxs baş və bədən nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ arxa təpə, sol təpə gicgah nahiyələrinin əzilmiş yaraları, sağ budun orta 1/3-nin bayır səthinin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, Zərərçəkmiş şəxs ilə 9 ildir ki, ailəlidir. Birgə nigahdan 7 yaşında qız övladı var. Təxminən 3-4 aydır ki, arvadı Zərərçəkmiş şəxs ilə ayrı yaşayırlar. Zərərçəkmiş şəxs onun azyaşlı qızını ona göstərmədiyi üçün bu hal ona pis təsir etmişdir. O, Bikəyə zəng vurmaq istədikdə Bikə onun zənglərinə cavab verməyərək sonradan isə onun nömrəsini “qara siyahıya” salmışdır. 08.03.2022-ci il tarixdə 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə istəmişdir ki, qızı Aidə Məmmədova ilə gedib görüşsün və 20 manat pul versin. O, Zərərçəkmiş şəxs telefon nömrəsi ilə əlaqə saxlaya bilmədiyi üçün Bikənin yaşadığı Bərdə rayonu Yeni Əyricə kəndinə getmişdir. O, 09.03.2022-ci il tarixdə saat 01:20 radələrində Bikənin yaşadığı ev çatan zaman qapını “döymüş” Bikə biləndə ki, evə gələn odur, Bikə ona polisləri çağıracağını demişdir. O, qapını zorla açaraq evə girmiş və Bikəyə, qızını görmək və 20 manat pul vermək üçün gəldiyini demişdir. Bikə ona, “sənin pulun bizə lazım deyil” deyərək onu evdən qovmağa çalışmışdır. O da, əsəblərini cilovlaya bilməyərək həyətdən ağac götürərək Bikəni döyməyə başlamışdır. Azyaşlı qızı Aidə yuxudan durduğuna görə onun qorxmaması üçün evi tərk edərək çıxıb getmişdir. O, özünü təqsirli bilərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertin rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 10 ildir ki, ailəlidir. Birgə nigahdan 8 yaşında bir qızı var. Onlar ailə qurduqdan sonra Kənan ilə kirayələrdə yaşamışlar. Son 3 ildir ki, anası Raminə Musayevanın yanında yaşamışlar. Bəzən aralarında anlaşılmazlıq olduğuna görə birlikdə evdən çıxıb getmiş sonradan yenə də elərinə qayıtmışdır. Kənan bir neçə dəfə əvvəllər onu döymüşdür. Son bir həftədir ki, onların ümumiyyəltə əlaqəsi bitmiş və ayrı yaşayırlar. O, Kənanla danışan zaman, həftədə bir dəfə istəsə gəlib uşağı görüb gedərsən demişdir. O, 09.03.2022-ci il tarixdə 01:20 radələrində evdə yatdığı zaman, Kənan qapının zərblə açaraq yatdığı otağa daxil olmuş, Kənan heç bir səbəb olmadan əlində olan ağacla onun bədəninə və baş nahiyəsinə vurmağa başlamışdır. O, “ayallah öldüm” dedikdən sonra Kənan evdən qaçıb getmişdir. Onun başından qan axdığına görə o, dərhal təcili yardım briqadası evə dəvət etmişdir. Həkimlər onu dərhal Bərdə rayon Diqanostika Mərkəzinə gətirmiş, orada ilk tibbi yardım göstərildikdən sonra ərizə ilə Bərdə RPŞ-nə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışmadığını və şikayətçi olduğunu bildirərək, ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş Şahid bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 9 ildir ki, ailəlidir. Birgə nigahlarından bir azyaşlı qızları var. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ailə qurduqdan sonra kirayələrdə yaşamışlar və o, anası Ramilə Musayeva qərara gəlmişdir ki, onları yaşadıqları həyətində olan bir başqa evdə saxlasınlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə həyətində yaşadığı vaxtlarda ailəsi ilə mütəmadi olaraq qısqanclıq zəmnində mübahisələri olmuş və o da, dəfələrlə mübahisələrinə müdaxilə etmişdir. Təxminən 7 aydır ki, Kənan onların evinə gəlməmişdir. O, 09.03.2022-ci il tarixdə gecə saat 01:30 radələrində evdən səs gəldiyini eşitmiş və yuxudan durub çölə çıxan zaman bacısı Bikənin başından qan axdığını görmüşdür. O, Bikədən nə baş verdiyini soruşduqda, Bikə ona, Kənanın evə gəldiyini və onu ağacla döyərək çıxıb getdiyini demişdir. O da, dərhal təcili tibbi yardım briqadası çağırmış sonra isə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-9-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 09.03.2022-ci il tarixli 165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ arxa təpə, sol təpə gicgah nahiyələrinin əzilmiş yaraları, sağ budun orta 1/3-nin bayır səthinin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin qançırları küt əşyanın təsirindən yötənmiş, müddəti qərarda göstərilən, 09.03.2022-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 52-ci vərəqəsində olan Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 50-ci vərəqələrində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. İş üzrə maddi sübut kimi tanınan “ağac budağı” Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc olmasını, vərəm xəstəliyinə tutulmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən də islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınan və Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş “ağac budağı” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınan və Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş “ağac budağı” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-75/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-75/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver