Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-75/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1998-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, himayəsində 1 (bir) azyaşlı uşağı olan, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Alaçadırlı kəndində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətməkdə ittiham edilərək məhkəməyə verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 02 radələrində ictimai yer hesab edilən Bərdə şəhəri, Yusif Nağıyev küçəsində yerləşən “Nur” çay evində insanların gur toplaşdığı yerdə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə çay evində olan insanlara heç bir əhəmiyyət verməyib yüngül dərəcəli sərxoş vəziyyətdə orada müştəri qismində olan Zərərçəkmiş şəxs ünvanına sonuncunun ona nalayiq ifadələr işlətməsinə irad bildirməsi səbəbindən hər hansı bir əsaslı səbəb olmadan nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək çay evinin zal hissəsində olmuş, istintaqla müəyyən edilməsi mümkün olmayan ağac dəyənəyi yerdən götürüb silah qismində əşya kimi tətbiq edərək Zərərçəkmiş şəxs baş nahiyyəsinə qəsdən bir dəfə zərbə endirib ona sol gicgah nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurması və çay evində olan insanların rahatçılıqlarının pozulması ilə nəticələnən xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirdi ki, Ağdam rayonu Muğanlı kəndində anadan olmuşdur, Bərdə rayonu Qasımbəyli kəndində yaşayır. Evlidir, 1 qızı övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığa buraxıldıqdan sonra 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.4cü maddəsi ilə 03 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2022-ci ilin noyabr ayının 26-da azadlığa çıxmış, bundan əlavə heç bir cinayət əməli olmamışdır. 15 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində qardaşı Vicay və dostları Xaliq Qasəmzadə və Sənan Fərzəliyev ilə birlikdə pivə içmək üçün Bərdə şəhərində yerləşən “Nur” çay evinə getmişlər. Orada, onlar 2 bakal pivə içib söhbət edərkən, çay evini işlədən Mehmana yenidən pivə gətirməsini bildirmiş, Mehman ona saat 02 radələri olduğunu, kafeni bağladığını və pivə gətirməyəcəyini bildirmişdir. Mehman başqa stolda oturan müştərilərə pivə süzüb apararkən, buna narazılıq edib Mehmana niyə bizə pivə vermirsən başqa stola pivə verirsən demişdir. Mehman həmin şəxslərin pivə içib duracaqlarını bildirmiş, o, Mehmana “biz də içib duracaqdıq” demişdir. Bu səbəbdən həmin vaxt Mehmanla aralarında söz mübahisəsi olmuş, sonra bir-birilərini başa düşdükləri üçün aralarında heç bir əlavə söz və ya dava-dalaş olmamışdır. Həmin vaxt kafedə digər stolda oturan Könül ona söz ataraq, niyə səs-küy saldığını bildirmiş, Elmir ona sən qadınsan Mehmanla söhbət edirəm demişdir. Daha sonra işıqlar sönmüş və o qardaşı Vicayla kafedən çıxaraq evə getmişdir. Onun əlində hər hansı əşya olmamış, o heç kimi vurmamış və ya heç kimə hər hansı xəsarət yetirməmişdir. İttiham aktında və cinayət işinin materiallarında onun ağac parçası ilə Könülə xəsarət yetirməsi ilə bağlı ittiham edilməsi barədə qeyd edilənlər tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı hansı səbəbdən zərərçəkmiş Zərərçəkmiş şəxs ağac dəyənəklə zərbə endirməsi ilə bağlı bildirdi ki, ifadəyə oxumadan qol çəkmiş və müstəntiq tərəfindən təzyiqə məruz qalaraq ifadəni imzalamışdır. Qeyd olunanlara əsasən özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Tikdaş kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Meşəçilik institutunda yaşayır. Subaydır, 3 övladı var, ərindən boşandıqdan sonra övladları ərinin himayəsində qalmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid5 ilə 7 ildir ki, qeyri-rəsmi olaraq bir yerdə yaşayırlar. O, hadisə baş verən vaxt “Nur” çay evində işləyirdi. Hazırda isə başqa kafeni özü işlədir və Mehmanla əlaqəsi yoxdur. 14 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhərində yerləşən “Nur” çay evinə gəlmiş, orada olarkən qeyri-rəsmi yaşadığı Surxaya zəng edib, ora gəlib pivə içdikdən sonra yaşadığı evə gedəcəyini demişdir. Bundan sonra Surxay həmin çay evinə gələrək onunla birlikdə pivə içmişlər. Saat 02 radələrində çay evində olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə çay evini işlədən Mehmanla aralarında söz mübahisəsi olmuşdur. Oturduğu stoldan Elmirə burada söyüş söyməməsini irad bildirmiş, bundan başqa Elmirlə aralarında hər hansı münaqişə və ya mübahisə olmamışdır. Daha sonra kafedə işıqlar sönmüş, həmin vaxt qaranlıqda dava-dalaş olduğunu görmüş və hiss etmiş, lakin Elmir tərəfə nəzər salarkən qəfil arxadan güclü zərbə ilə kiminsə onun başına ağac parçası ilə zərbə vurması yadına gəlir, ayıldıqda isə xəstəxanada palatada olduğunu görmüşdür. Onu kimin vurmasını görməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, xəstəxanada ona Mehman və Aynurə Elmirin xəsarət yetirdiyini demişlər, buna görə ifadəni ibtidai istintaq zamanı o şəkildə vermişdir. Onun xəsarət almasında Elmirin heç bir günahı olmadığını təkidlə məhkəmə iclasında bildirmişdir. Onu həkimə Surxay, Aynurə və kafeni işlədən Mehman aparmışdır. Bundan başqa qeyd edir ki, kafedə işıqlar söndükdən sonra qaranlıqda Aynurənin əlində ağac dəyənək olduğunu və kimə gəldi vurduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Bərdə şəhərində anadan olmuşdur, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 2022-ci ilin sentyabr ayından Bərdə şəhəri Yusif Nağıyev küçəsində yerləşən “Nur” çay evində Mehmanın yanında ofisiant işləyir. Elmiri, Vicayı, Könülü və Surxayı müştəri kimi tanıyır. 15 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Könül və Surxay işlədiyi çay evinə gələrək pivə içmişlər. Sonra Elmir, Vicay və dostları çay evinə gələrək pivə içmişlər. Daha sonra Elmir kafeni işlədən Mehmana pivə gətirməsini bildirmiş, lakin Mehman onlara artıq gec olduğunu, kafeni bağlamaq istədiyini deyib birinci mərtəbəyə düşmüşdür. Həmin vaxt Könül Elmirlə mübahisə etmiş, Elmir də ona sən qadınsan mən Mehmanla söhbət edirəm niyə mənim sözümə müdaxilə edirsən demişdir. Sonra kafedə işıqlar sönmüşdür. O, stolun üstünü yığışdırarkən səs-küy eşitmiş, Könül qapını açıb içəri daxil olanda baş nahiyyəsinin qanlı olduğunu görüb qorxduğu üçün huşunu itirmişdir. Onunla işləyən Aynurə ona su verərək ayıltmışdır. Könülü kimin vurmasını görməmişdir. Huşunu itirməmişdən əvvəl Aynurənin əlində paya olduğunu görmüşdür. Elmirin əlində isə heç nə görməmişdir. Mehman Aynurəyə demişdir ki, payanı gətir, mübahisə edənləri hədələsinlər, onlar da çıxıb getsinlər. Daha sonra ağacdan olan payanı Mehman gizlətmişdir. O, hadisə zamanı Aynurənin əlində paya ilə mübahisə edən tərəfləri vurduğunu görmüşdür. İş üzrə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, Ağdam rayonu Muğanlı kəndində anadan olmuş, Bərdə rayonu Qasımbəyli kəndində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 15 dekabr 2022-ci il tarixdə saat saat 01 radələrində qardaşı Elmir ilə birlikdə pivə içmək üçün Bərdə şəhərində yerləşən Nur çay evinə gəlmiş, orada oturub hər ikisi 2 bakal pivə içib, söhbət etmişlər. Çay evini işlədən Mehmana qardaşı Elmir yenidən pivə gətirməsini demiş, həmin vaxtı Mehman Elmirə kafeni bağladığını, pivə gətirməyəcəyini demişdir. Mehman başqa stolda oturan müştərilərə pivə süzüb aparmış, qardaşı Elmir buna narazılıq edib Mehmana niyə bizə pivə vermirsən başqa stola pivə verirsən demiş, Mehman həmin şəxslərin pivə içib duracaqlarını demiş, həmin vaxtı qardaşı Elmir ilə Mehman arasında söz mübahisəsi olmuş, lakin onlar birbirlərini başa düşdükdən sonra heç bir mübahisə olmamışdır. Başqa hər hansı hadisə xatırlamır, bir anda kafedə işıqlar sönmüş və sonradan xəstəliyi olduğu üçün huşu getmişdir, Elmirin əlində ağac olmasını və kimisə vurmasını, Könülə kimin vurmasını görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfindən dəvət edilməklə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində o, Elmir, Vicay və Xaliq ilə Mehmanın işlətdiyi “Nur” çay evində pivə içmişlər. Pivə qurtarandan sonra Elmir Mehmana yenidən pivə gətirməsini demiş, Mehman onlara artıq gec olduğunu və çay evini bağlamaq istədiyini bildirmişdir. Mehman sonra başqa müştəriyə pivə süzüb verdiyinə görə Elmirlə Mehmanın arasında söz mübahisəsi olmuşdur. Sonradan kafedə işıqlar sönmüşdür. Vicay epilepsiya xəstəsi olduğundan ürəkgetməsi olmuş, Xaliq ilə onu çölə çıxarıb ayıltmağa çalışmışlar. Elmir ilə Könül arasında mübahisə olduğunu və ya Elmirin Könülü vurduğunu görməmişdir. Həmin vaxt Elmirin əlində heç nə olmamışdır. Kafedə işləyən Aynurənin əlində ağac olduğunu görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfindən dəvət edilməklə şahid qismində ifadə vermiş X5 ifadəsində göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində o, dostları Elmir, Vicay və Sənan ilə Mehmanın işlətdiyi “Nur” çay evində pivə içmişlər. Pivə qurtarandan sonra Elmir Mehmana yenidən pivə gətirməsini demiş, Mehman onlara artıq gec olduğunu və çay evini bağlamaq istədiyini bildirmişdir. Mehman sonra başqa müştəriyə pivə süzüb verdiyinə görə Elmirlə Mehmanın arasında söz mübahisəsi olmuşdur. Bundan sonra işıqlar sönmüş və Vicayın ürəyi getmişdir, Sənan ilə onu çölə çıxarıb ayıltmağa çalışmışlar. Elmirin Könülü vurduğunu görməmişdir. Kafedə olarkən Elmirin əlində heçnə olmamışdır. Kafedə işləyən Aynurənin əlində ağac olduğunu görmüşdür. Məhkəmə iclasına məcburi gətirilmələrinə dair dəfələrlə qərarlar qəbul edilərək Bərdə rayon Polis Şöbəsinə göndərilməsinə baxmayaraq məhkəmə iclaslarında iş üzrə ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1, X1 və Şahid5 iştirakının təmin edilməsi və ifadələrinin alınması mümkün olmamışdır. Məhkəmə tərəflərin fikirlərini dinləyərək və yerində müşavirə edərək, məhkəmə baxışının əsassız olaraq həddən artıq uzanmasının qarşısını almaq məqsədilə CPM-in 317-ci maddəsinə əsaslanmaqla adıçəkilən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmə iclasında elan və tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 4-də qeydiyyatdadır, hal-hazırda Bərdə şəhəri, Şəhriyar küçəsi, ev 4-də yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Bərdə şəhəri Yusif Nağıyev küçəsində yerləşən “Nur” çay evini şifahi müqavilə əsasında icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs, Şahid4, Zərərçəkmiş şəxs və Surxayı müştəri kimi tanıyır. 15 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində Elmir və onun qardaşı Vicay işlətdiyi çay evinə gələrək pivə içəcəklərini və onlara pivə verməyini bildirmişlər. Onların hərəsinə 2 bakal pivə süzüb vermiş, onlar həmin pivəni içdikdən sonra yenidən pivə gətirməsini bildirmişlər. Onlara artıq gec olduğunu və çay evini bağlamaq istədiyini demiş, sonra başqa müştəriyə pivə süzüb vermişdir. Həmin vaxtt Elmir ona niyə bizə pivə vermirsən başqa stola pivə verirsən demiş, Elmirə təkrar artıq gec olmasını və çay evini bağlamaq istədiyini bildirmişdir. Sonra çay evinin işıqlarını, su motorunu söndürmək üçün çay evindən çıxıb obyektin girişinə düşmüş, su motorunu çıxardan zaman obyektin ikinci mərtəbəsində səs-küy eşitmiş, ikinci mərtəbəyə çıxanda Könülün baş nahiyyəsindən qan gəldiyini, Könülün yanında olan Surxay ona Könülü vurdular tez aparaq xəstəxanaya demişdir. Surxay ilə birlikdə Könülü Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışlar. Sonra onları, Könül ilə Surxayı xəstəxanada qoyub çay evinə qayıtmışdır. X8 Əhmədov tərəfindən vurulduğunu eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X1 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Ağcabədi rayonunda anadan olmuş, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, Bərdə şəhəri, F.B.Köçərli küçəsi, ev 107-də qeydiyyatda olmaqla yaşayır, 2022-ci ilin mart ayından Bərdə şəhəri Yusif Nağıyev küçəsində yerləşən “Nur” çay evində ofisiant kimi işləyir, Elmiri, Vicayı, Könülü və Surxayı tanıyır, onlar müştəri kimi işlədiyi çay evinə gəlirlər. 15 dekabr 2022-ci il tarixdə saat 1 radələrində Könül və Surxay işlədiyi çay evinə gələrək pivə içirmişlər. Onlardan sonra ora Elmir ilə Vicay gəlib hərəsi 2 bakal pivə içmişlər. Sonra Elmir kafeni işlədən Mehmana pivə gətirməsini demiş, Mehman onlara artıq gec olduğunu, kafeni bağlamaq istədiyini demiş və birinci mərtəbəyə düşmüşdür. Kafedə kənar stolda oturan Könül Elmirlə mübahisə etməyə başlamış, Elmir də ona sən qadınsan mən Mehmanla söhbət edirəm niyə mənim sözümə müdaxilə edirsən demişdir. Həmin vaxtı Elmirin qardaşı Vicay qoluna girib ikinci mərtəbənin qapısından çıxartmışdır, Aynurə mətbəxdə qab-qacaq yuyan zamanı səs-küy eşitmiş, mətbəxdən çıxıb zala keçəndə Gülərin yerdə uzandığını görüb onun yanına getmiş, huşu itirdiyi üçün ona kömək edəndə Könül otağa girərək başından qan axdığını görmüş, Könülü kimin vurmasını görməmişdir. Çünki, Elmir, Vicay, Könül və Surxay otaqdan çıxmışlar, Elmir ilə Könül arasında dava-dalaşı qapının çölündə birinci mərtəbəyə düşən pilləkanda olduğunu, Elmirin əlində ağac olduğunu, sonradan Könülün baş nahiyyəsinə Elmirin vurduğunu öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, ailəsi birlikdə Bərdə şəhərində yaşayır, İİ Qarabağ müharibəsi veteranıdır. Zərərçəkmiş şəxs tanıyır, onunla 7 ildir ki, qeyri-rəsmi bir yerdə yaşayır. 14 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Könül ona zəng edərək Nur çay evinə gəlib pivə içməsini və buradan yaşadıqları evə getməsini dediyini, həmin çay evinə gəlib Könül ilə birlikdə pivə içdiklərini,15 dekabr 2022-ci il tarixdə saat 02 radələrində həmin çay evində olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs çay evini işlədən Mehmanla söz mübahisəsi etdiyini, Mehman kafeni bağladığı üçün Elmirə pivə vermədiyini, bunun üstündə onlar arasında sözlə mübahisə olduğunu, həmin vaxtı Könül Elmirə burada söyüş söyməməsini deyəndə, Elmir Könülə nalayiq ifadələr işlətdiyini, həmin vaxtı Mehman işığı, su motorunu keçirəcəyini və kafedən çıxıb getmələrini bildirdiyini, Mehman çay evinin zalından çıxdığını, Könül ilə birlikdə zalın qapısından birinci mərtəbəyə düşəndə qapının ağzında Elmirin əlində olan ağacla Könülün baş nahiyyəsinə bir dəfə zərbə vurduğunu, həmin vaxtı Könülü xəstəxanaya apardığını, orada Könülün baş nahiyyəsinin sol tərəfinə tikiş qoyulduğunu, sonra yaşadıqları evə getdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 dekabr 2022-ci il tarixdə «Hadisə yerinə baxış keçirilməsi haqqında» tərtib edilmiş protokoldan görünür ki, hadisə yeri Bərdə şəhəri Yusif Nağıyev küçəsində yerləşən “Nur” çay evidir. Nur çay evi iki mərtəbədən ibarətdir. Hadisə yeri ikinci mərtəbədə baş vermişdir. Hadisə yerinə dəmir pilləkənlarla çıxılır. Hadisə yeri çay evinin giriş qapısının qarşısıdır. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətlərinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli 18290A nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs harada vurmasını, mübahisə və dava-dalaşın harada baş verməsini əyani göstərərək ifadəsində qeyd etdiklərini bir daha hadisə yerində bildirməklə ifadəsini təsdiq etmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər tərtib olunaraq protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanılması zamanı maddi sübut əhəmiyyətli hər hansı predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi Hüquqi şəxsin Bərdə rayon şöbəsinin 17 dekabr 2022-ci il tarixli, 1001 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gicgah nahiyyəsinin kəsilmişdeşilmiş yarası deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 20 dekabr 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına cavabından görünür ki, 15 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Bərdə rayonu Qasımbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs Bərdə şəhəri Yusif Nağıyev küçəsində yerləşən Nur çay evində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs baş naniyyəsinə bir dəfə ağac ilə xəsarət yetirmiş, Yavər Əhmədovun hadisə vaxtı istifadə etdiyi ağac parçasını tapmaq mümkün olmamış, hadisə baş verən vaxtı dava-dalaşı görmüş Şahid4, kafedə işləyən Aynurə Qarayeva, Gülər Hüseynova, kafeni işlədən Şahid1 və Şahid5 başqa digər şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə hadisə zamanı ictimai qayda pozulmuş, orada olan insanlara və cəmiyyətə qarşı açıqca hötmətsizlik edilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən 30.03.21-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Bərdə rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-55/2022 nömrəli hökmün surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Gəncə Apelyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, 5 saylı Cəzaçəkmə müəssisəsində faktiki cəza çəkən Təqsirləndirilən şəxs, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli 395 VİQR nömrəli qərarın 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli 395 VİQR nömrəli qərarın 4-cü bəndindən görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 06 ay azaldılmışdır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli 6959 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Gədəbəy rayonu Tikdaş kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Meşəçilik İnstitutda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağdam rayon Şıxbabalı kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 21 yanvar 2023-cü il tarixli 33 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Muğanlı kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. 20 yanvar 2023-cü il tarixli ərizədən və xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də əvvəlki ərizəsinin əsassız sayılmasını xahiş edir. Məhkəmə cinayət prosesinin tərəflərini dinləyib iş materiallarını hərtərəfli, obyektiv və qərəzsiz surətdə tədqiq edərək təqdim edilmiş dəlillərə mənsubiyyət, mötəbərlik və mümkünlük baxımından hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetmədiyindən ona bəraət verilməlidir. Məhkəmə ilk öncə CM-nin 221.3-cü maddəsinin dispozisiyasına nəzər salmağı vacib hesab edir. Belə ki, CM-nin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə maddənin dispozisiyasından məlum olur ki, CM-nin 221.3-cü maddəsi ilə cinayət tərkibinin yaranması üçün şəxs xuliqanlıq əməlini, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törətməli, həmçinin belə qərəzli hərəkətlər zərərçəkmiş şəxsə zor tətbiq edilməsi və ya özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməlidir. Yəni bütün bu sadalanan cinayət tərkibinin zəruri şərtləri və komponentləri, obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət mövcud olduğu təqdirdə xuliqanlıq cinayətinin tərkibinin yaranmasından və xuliqanlıq cinayət əməlinin törədilməsindən bəhs edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət Prosessual Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməyən hallar sadalanmışdır ki, Məcəllənin 125.3-cü maddəsinə əsasən həmin hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində də təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Azərbaycan Respublikası CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni Azərbaycan Respublikası CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqe Avropa İnsan hüquqları Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Hazırki iş üzrə məhkəmə əsasən onu diqqətə çatdırır ki, iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs ibtidai istintaqın başlanğıcında verdiyi izahatında (i.v.14-15), şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (i.v.48- 50,65-67) Zərərçəkmiş şəxs 15 dekabr 2022-ci il tarixdə Bərdə şəhərində yerləşən “Nur” çay evində əlində olan ağacla baş nahiyəsinə 1 dəfə vuraraq xəsarət yetirdiyini qeyd etsə də ona CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edildikdən sonra 22 fevral 2023-ci il tarixli iş materialları ilə tanış etmə protokolundan (i.v.175) görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olan zaman Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməsi barədə dəlil gətirməklə protokola imza etməkdən imtina etmiş, həmin xüsusat isə müstəntiq tərəfindən verilmiş vəsatətə özünü müdafiə kimi qəbul edilərək baxılmış, toplanmış sübutlarla təkzib edilmiş və 22 fevral 2023-ci il tarixli qərarla rədd edilmişdir. (i.v.176, 177) Növbəti və əsas ziddiyyətli məqam ondan ibarət olmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizə, izahat və ifadəsində (i.v.06-08, 24-28) Təqsirləndirilən şəxs onu ağac vasitəsilə “Nur” çay evində baş nahiyəsinə 1 dəfə zərbə vuraraq xəsarət yetirdiyini qeyd etsə də ibtidai istintaqın sonlarına yaxın, yəni 20 yanvar 2023-cü il tarixdə (baxmayaraq ki həmin tarix beynəlxalq hüzn günü hesab edilir və qeyri-iş günüdür) Bərdə RPŞ-nin rəisinə ünvanladığı ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ağacla vurularaq xəsarət almağını bildirmiş, hal-hazırda onunla barışmış və bunu nəzərə alaraq əvvəlki ərizəsinin əsassız sayılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs düzgün olmayan ərizə və ifadə verməsi artıq həmin ərizədən məhkəməyə bəlli olur. Çünki, Zərərçəkmiş şəxs ərizəsində ilk ərizəsinin əsassız sayılmasını xahiş edir. Ən çox qərəzli və ya düzgün olmayan bu məqam məhkəmə istintaqı zamanı özünü büruzə vermişdir. Belə ki, uzun müddət barəsində məcburi gətirilmə barədə qərarlar qəbul edilərək icra üçün polis orqanına göndərilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etmədiyindən dəfələrlə iş üzrə məhkəmə baxış iclasları təxirə salınmışdır. Sonradan məhkəmə baxışında iştirak etməklə Bakı şəhərində olduğundan iş üzrə keçirilən məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs onu vurmadığını, onu vuran şəxsi görmədiyini və arxadan ona kiminsə qəfil zərbə endirməsini qeyd etməklə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirsiz olmasını qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən toplanmış digər dəlilləri də tədqiq etməklə Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi, yəni Zərərçəkmiş şəxs ağac dəyənəklə (ağac parçası ilə) başına zərbə vurmasında təqsirliliyinin sübuta yetməməsinə dair qənaətini möhkəmləndirmiş və dəqiqləşdirmişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı ifadə vermiş və dəfələrlə təxirə salınmasına baxmayaraq məhkəmə baxışında iştirak etmədiklərinə görə ibtidai istintaq zamanı verdikləri ifadələrini elan və tədqiq etməklə məhkəmə istintaqının aparılmasını kifayət hesab etmiş məhkəmə tərəfindən Şahid1, X1 izahat və ifadələrinə nəzər salındıqda (i.v.17,19, 77-80, 85-88) görünür ki, həmin şəxslər də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağacla vurmasını və ya Təqsirləndirilən şəxs əlində hər hansı ağac parçası olmasını görməmişlər. İş materiallarında yalnız ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində (i.v.93-96) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə ağacla zərbə endirməsini qeyd etmiş, lakin məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə istintaqı zamanı şahid qismində dindirməklə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini dəqiqləşdirmək və tədqiq etmək mümkün olmamışdır. Həmçinin Şahid5 şahid ifadəsi digər yanakı və mötəbər sübutlarla təsdiq edilmədiyindən məhkəmə həmin şəxsin ifadəsini mötəbər sübut hesab etmir və yalnız onun ifadəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə məhkum edilməsini yolverilməz və qanunazidd hesab edir. Bundan başqa məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri izahat və ifadələrindən (i.v.18,20, 81-84, 89-92), həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı ağac dəyənək və ya əşya ilə xəsarət yetirməsi öz təsdiqini tapmır və sübut edilmir. Bu hal iş materiallarında olan X4 da izahat və ifadələrindən (i.v.16, 74-76) məlum və aşkar edilir. İş üzrə məhkəmə istintaqı zamanı müdafiə tərəfindən şahid qismində dəvət edilməklə dindirilmiş şahidlər X5 və X3 da 15 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Bərdə şəhərində yerləşən “Nur” çay evində olduqlarını və orada çay və pivə içdiklərini, lakin Təqsirləndirilən şəxs kiməsə ağac parçası və ya taxta dəyənəklə xəsarət yetirməsini görmədiklərini məhkəməyə bildirmişlər. Həmin şəxslər hadisə vaxtı orada olmaqlarına baxmayaraq ibtidai istintaq orqanı onları ümumiyyətlə izahatlarını almamış və şahid qismində dindirməmiş və beləliklə də işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bu hal isə iş üzrə ibtidai istintaqın müstəntiq tərəfindən tez-tələsik və səthi aparılmasına dəlalət edir. Buradan isə məhkəmədə belə qənaət formalaşır ki, müstəntiq iş üzrə tez və səthi istintaq apararaq mötəbər və şəxsin təqsirliliyini təsdiq edən dolğun sübutlar toplamayaraq cinayət işinin ibtidai araşdırmasını (istintaqını) tez bir zamanda yekunlaşdırıb baxılması üçün məhkəməyə göndərməklə öz işini bitmiş hesab etmişdir. İş materiallarında olan sonuncu ziddiyyətli məqam isə canlı şəxsin ekspertizası barədə məhkəmə tibb ekspertinin rəyinin nəticə hissəsində (i.v.143) Zərərçəkmiş şəxs yetirilən yüngül xəsarətin deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənməsi göstərilsə də müstəntiq tərəfindən xəsarətin hansı alət və ya silahla, habelə silah qismində istifadə edilən əşya ilə törədilməsinin sübut edilməməsidir. Çünki, məhkəmə istintaqı zamanı dindirilən və ifadələri elan edilən şahidlərin ifadələrindən ağac dəyənəyin X1 əlində olması qeyd edilsə də iş materiallarına əsasən məhkəmə qeyd edir ki, istintaq orqanı ümumiyyətlə bu məsələyə əhəmiyyət verməyərək ittiham elan edilən cinayətin baş verməsinin aləti olan maddi sübutun cinayət zamanı kimin əlində və hazırda harada olmasını və üzərində kimin qan və barmaq izlərinin olmasını araşdırmamış və həmin məsələ sual altında qalmışdır. Buradan belə qənaət formalaşır ki, əgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağacla xəsarət yetirməklə silah qismində istifadə edilən əşya ilə qərəzli xuliqanlıq hərəkətləri etməklə CM-nin 221.3-cü maddəsi ilə cinayət törətmişsə həmin cinayətin aləti mövcud olmalı və sözügedən alət maddi sübut qismində tanınmaqla ibtidai və məhkəmə istintaqı zamanı müayinə və tədqiq edilməli idi. Lakin, məhkəmə iş materiallarında cinayətin aləti olan ağac parçası ilə bağlı sübutun mövcudluğuna, həmin sübutun müayinə olunmasına və tədqiq edilməsinə dair protokollara rast gəlmədi. Belə olan təqdirdə müstəntiq tərəfindən hansı səbəbdən və hansı əsasla Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə cinayət törətməkdə ittiham edilməsi və hansı səbəbdən mövcud olmayan və naməlum silah və ya alətlə cinayət törətməkdə təqsirləndirilməsi anlaşılmır və bu hal şübhəli (ziddiyyətli) məqamdır. Sonda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı işin hallarını tam və hərtərəfli araşdırmadan, şahidlərin ifadələrinə və toplanmış sübutlara obyektiv hüquqi qiymət vermədən və Təqsirləndirilən şəxs təqsirliliyini mötəbər sübutlarla sübut etmədən ona qarşı CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərək işi məhkəməyə vermişdir ki, bu da yolverilməzdir və şəxsin əsassız olaraq uzun müddət həbs altında saxlanılmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə onu da qeyd edir ki, bütün yuxarıda sadalanan ziddiyyətli və şübhəli məqamlar digər mötəbər sübutlarla təsdiq edilmədiyindən onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması iş materialları və tədqiq edilmiş sübutlarla sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi istisna olunmasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, işin hallarını tam və ətraflı yoxlayaraq həmin hallara obyektiv hüquqi qiymət vermədən şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in göstərilən maddəsi ilə ittiham irəli sürmüşdür. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CPM-in: 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayətprosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Qərara əsasən CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onun təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar ümumiyyətlə, göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirsizliyini birbaşa təsdiq etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə təqsirliliyi sübuta yetməməsi əsası ilə bəraət verilməli və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Məhkəmə, CPM-in 357.0.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 344-347, 349, 350-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti vermək olar. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-75/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-75/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver