Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-75/2024 15.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə rayon Divanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 09 radələrində Bərdə rayon Güloğlular kəndində yerləşən “təzə bazar” adlanan yerdə olan mağazada tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan mobil telefonla Zərərçəkmiş şəxs üst dodaq nahiyəsinə qəsdən 1 dəfə vuraraq sonuncuya üst dodaq nahiyəsinin xarici səthinin əzilmiş yarası ilə selikli qişasının qansızması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla 4 ildir ki, qeyri-rəsmi birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə o, Natiqə ilə telefonda danışan zaman Natiqə telefonda onu söyüb təhqir etmiş və onun nömrəsini blok etmişdir. O, həmin vaxt natiqənin işlədiyi mağazaya getmiş və mağazaya girmişdir. Natiqəyə nə üçün onun nömrəsini blok etdiyini demişdir. o, Natiqəyə onunla danışa-danışa başqaları ilə də danışdığını demişdir. Natiqə bunun ona aidiyyəti olmadığını, yaxşı etdiyini demişdir. o, Natiqəyə demişdir ki, əgər belədirsə o, 500 manat kredit götürüb ona vermişdir. həmin pulu qaytarmasını, onun da krediti bağlamasını demişdir. Həmin vaxt Natiqə pulu verməyəcəyini demişdir. daha sonra Natiqə ona əl atmış, Natiqənin əli onun sol gözünün altına dəymişdir. O, həmin vaxt refleks olaraq əlində olan telefonu Natiqənin üzünə vurmuşdur. Telefon Natiqənin üst dodağına dəymiş, həmin vaxt onun dodağı qanamışdır. Natiqə dodağının qanını kəsmiş və onu hədələməyə başlamışdır. Daha sonra o, oradan çıxmışdır. Onun Natiqəni vurmağının səbəbi Natiqənin ona əl atması nəticəsində əlinin onun gözünün altına dəyməsidir. Onun heç bir xəsarəti yoxdur. məhkəmə tibbi-ekspertizasından keçməyə ehtiyacı yoxdur. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayonunda yerləşən “Təzə bazar” adlanan yerdə mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs onun tanışıdır, onlar 4 ildir ki, qeyri-rəsmi birlikdə yaşayır. Onun Şəmisdan ilə heç bir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Lakin son zamanlar o, Şəmisdandan ayrılmaq qərarına gəlmiş və onun nömrələrini blok etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Şəmisdan ona yenə başqa nömrə ilə zəng etmiş və onlar telefonda danışmışdır. Həmin vaxt o, Şəmisdana yenə ondan ayrılmaq istədiyini demişdir. telefon ilə danışanda onlar arasında yenə mübahisə olmuş və o, zəngi bitirmiş və həmin nömrəni də blok etmişdir. Bir qədər sonra Şəmisdan onun işlədiyi Bərdə rayon təzə bazarda yerləşən mağazaya gəlmiş və onunla mübahisə etməyə başlamışdır. O, həmin vaxt ona ayrılmaq istədiyini demiş, lakin həmin vaxt Şəmisdan ona guya kredit götürüb verdiyini demiş və həmin pulu ondan istəmişdir. O, həmin vaxt əsəbiləşmiş və əli ilə onu itələmiş və özündən kənarlaşdırmaq istəmişdir. bu zaman əli onun sifətinə dəymişdir. Həmin vaxt Şəmisdan refleks olaraq əlində olan telefonla onun dodağına vurmuşdur. Bu zaman onun dodağı qanamağa başlamışdır. O, həmin vaxt dəsmalla dodağını tutmuş və Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Həmin vaxt onların yanında heçkim olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində iştirak edən Şahid ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun bacısıdır. Təqsirləndirilən şəxs da tanıyır, o, Natiqə ilə əvvəllər qeyri-rəsmi birlikdə yaşamışdır. Natiqə Bərdə rayon Güloğlular kəndində yerləşən bazarda satıcı işləyir. xx.xx.2024-cü il tarixdə Natiqə onunla əlaqə saxlamış və tanışı Şəmisdanın onu vurduğunu bildirmişdir. Natiqə həmin gün evə gəlmiş və onun üst dodağında xəsarəti olmuşdur. Natiqə həmin gün əvvəllər qeyri-rəsmi birlikdə yaşadığı Şəmisdan onun işlədəyi mağazaya gəldiyini və aralarında olan mübahisə zamanı əlində olan mobil telefonla onun üst dodağına vurduğunu demişdir. Daha sonra Natiqə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 9-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2024-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – üst dodaq nahiyəsinin xarici səthinin əzilmiş yarası ilə selikli qişasının qansızması küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 39-cu vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 47-ci vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada tədiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-75/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-75/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver