Məhkəmə qərarları › İş №1(021)-76/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-76/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-76/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1981-ci ildə Ağdam rayonu Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan və Bərdə şəhəri, 588 saylı qəsəbə, bina 3, mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu “SU-1” adlanan ərazidə, Şahid2 yaşadığı evin yaxınlığında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla bir dəfə qəsdən vuraraq sonuncuya burun travması, burun sümüklərinin yuxarı 1/3 hissəsinin və əng sümüyünün alın çıxıntısının yerdəyişən sınığı, sol və sağ gözaltı nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır. 2003-cü il tarixdən Leyla ilə ailə həyatı qurmuş, nikahlarını 2004-cü ildə rəsmiləşdirmişlər. Evliliyin ilk vaxtlarında aralarında hər şey qaydasında olsa da, sonradan aralarında mübahisələr yaranmağa başlamış, 2016-cı il tarixdə Leyla ilə aralarında olan nikah pozulmuşdur. 2020ci ilin may ayında Leyla ilə birgə yaşadıqları ünvan 1 ünvanından çıxaraq təklikdə yaşamağa qərar vermişdir. 03.11.2020-ci il tarixdə saat təxminən 1430 radələrində oğlu Kənanın sənədlərini götürmək üçün Leylanın anasının yaşadığı evə getmişdir. Leyla ondan hansı səbəbə alimenti ödəməməsi barədə soruşmuş, bu zaman Leyla ilə arasında mübahisə yaranmış, Leyla onun ünvanına nalayiq söyüşlər söymüş və oradan çıxıb Bərdə rayon İcra və Probasiya şöbəsinə gedəcəyini, onu inzibati həbsə göndərtdirəcəyini demişdir. Leyla evdən çıxıb getmiş, özü də Leylanın arxasınca getmişdir. Evdən təxminən 300 metr uzaqlaşdıqdan sonra Leylanı saxlayıb sakitləşdirmək istəmiş, bu zaman Leyla yenidən ona nalayiq söyüş söymüşdür. Leylaya yaxınlaşaraq vurmaq istəyərkən oğlu Kənan onların arasına girmiş və onun əli Leylanın üzünə dəymişdir. Leylanın burun nahiyəsindən qan gəldiyini görmüş, sonuncuya tibbi yardım göstərmək üçün xəstəxanaya aparmağı təklif etsə də, Leyla razılaşmamış, ona görə də, oradan çıxıb getmiş, sonradan Leylanın onun barəsində Bərdə rayon Polis şöbəsinə şikayət etdiyini eşitmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2003-cü ildən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, nikahlarını 2004-cü ildə rəsmiləşdirmişlər. 2016-cı il tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Elçindən boşanmış, rəsmi olaraq boşanmaqlarına baxmayaraq birgə yaşamağa davam etmişlər. 2020-ci ilin may ayında Elçinlə birgə yaşadıqları ünvan 1 ünvanından çıxaraq təklikdə yaşamağa qərar vermiş, uşaqları ilə birlikdə köçüb Bərdə şəhəri 588 saylı qəsəbədə bina və ev nömrəsinin hazırda xatırlamadığı evə yerləşmişdir. 2020-ci ilin iyun ayında iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Elçindən övladlarına görə aliment tələb etmiş, məhkəmə alimentin ödənilməsinə qərar vermişdir. 03.11.2020-ci il tarixdə səhər saatlarında oğlu Kənan ilə birikdə Bərdə rayon İcra və Probasiya şöbəsinə gedərək Elçinin alimenti ödəməməsi ilə bağlı arayış almaq istəmiş, həmin vaxt onların məsələni araşdıran icra məmuru Elçinə zəng edib şöbəyə dəvət etmişdir. Oğlu ilə oradan çıxıb anası Şahid2 yaşadığı Bərdə rayonu “Su-1”-in həyətində yerləşən evə getmiş, saat təxminən 1430 radələrində anasının evində olarkən əri Elçinin anasının yaşadığı evə doğru gəldiyini görmüş, sonuncunu görən kimi hansı səbəbə alimenti ödəməməsi barədə soruşmuş, bu zaman Elçin onun ünvanına nalayiq söyüşlər söyərək heç bir vaxt ona aliment ödəməyəcəyini demişdir. Elçinin onun ünvanına nalayiq ifadələr işlətməsinə dözə bilmədiyindən oradan çıxaraq Bərdə rayon İcra və Probasiya şöbəsinə getməyə, Elçinin aliment ödəmədiyi üçün inzibati həbsə göndərilməsi ilə bağlı müraciət etməyə qərar vermişdir. Bu barədə Elçinin özünə demiş və Elçinin yanında icra məmuruna zəng edib işdə olub-olmadığını, yanına gəlmək istədiyini demişdir. Anasının evindən çıxıb təxminən 300 metr uzaqlaşdıqdan sonra Elçin gəlib onun qarşısını kəsmiş və getməyinə mane olmuşdur. Oğlu Kənana zəng edib çağırmış, Kənan gəlmişdir. Elçin onu tutub saxlamış, bu zaman Elçin onun çiynindən dartıb özünə tərəf çevirmiş və bir dəfə yumruğu ilə onun üz və burun nahiyəsindən güclü zərbə endirmişdir. Aldığı zərbənin təsirindən yerə yıxılmış, yerdə olarkən anası və bacısı onun yanına gəlmiş və ona ilkin tibbi yardım göstərməyə çalışmışlar. Elçin oradan çıxıb getmiş, özü isə qardaşı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada onun burun sümüklərinin qırıldığı müəyyən edilmiş, 07.11.2020-ci il tarixdə Bakı şəhərində yerləşən özəl klinikada əməliyyat olunmuşdur. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında valideyinlərinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs isə anasıdır. Anasıyla atası arasında tez-tez mübahisələr yarandığından 2016-cı il tarixdə onlar rəsmi olaraq ayrılmış, lakin, ayrılsalar da, birlikdə yaşamağa davam etmişlər. 2020-ci ilin may ayında anası Leyla atası Elçinlə ayrılıb birlikdə yaşadıqları ünvan 1 ünvanından çıxaraq təklikdə yaşamağa qərar vermiş, həmin vaxt o və bacısı da anasıyla birlikdə evdən çıxmış və oradan köçüb Bərdə şəhəri 588 saylı qəsəbədə bina və ev nömrəsinin hazırda xatırlamadığı evə yerləşmişlər. 03.11.2020-ci il tarixdə anası Leyla ilə birikdə Bərdə rayon İcra və Probasiya şöbəsinə gedərək atasının alimenti ödəməməsi ilə bağlı arayış almaq istəmiş, özü binanın aşağısında gözləmış, anası yuxarı qalxıb sonra geri qayıtmış, bundan sonra anası Leyla ilə oradan çıxıb nənəsi Şahid2 yaşadığı Bərdə rayonu “Su-1” həyətində yerləşən evə getmişlər. Saat təxminən 1430 radələrində nənəsinin evində olarkən atası Elçin gəlmiş, atasının gəldiyini görüb anası Leyla ona çıxıb evdən çölə atasını yola salmasını demişdir. Evdən çölə çıxıb atası Elçindən hansı səbəbdən gəldiyini soruşmuş, atası ona sadəcə anasından bir kəlmə söz soruşacağını, həmçinin, onun şəxsiyyət vəsiqəsini götürmək üçün gəldiyini demişdir. Şəxsiyyət vəsiqəsini atası Elçinə vermişdir. Atası vəsiqəni aldıqdan sonra çönüb getmiş, atası getdikdən sonra anası evdən çölə çıxıb ondan hansı səbəbə vəsiqəni atasına verdiyini soruşmuş, anası uca səslə danışdığından atası eşidib geri qayıtmış, bu zaman anasıyla atasının arasında mübahisə yaranmış, mübahisə zaman atası və anası hər ikisi bir-birinin ünvanına nalayiq söyüşlər söymüş, anası əsəbləşib evə qayıtmış və hazırlaşıb İcra Şöbəsinə getmək istəmiş, atası nənəsinin yaşadığı evdən uzaqlaşmışdır. Anası hazırlaşdıqdan sonra paltarını geyib özünə məxsus avtomobilə əyləşib İcraya getmək üçün evdən çıxmış, anası evdən çıxdıqdan bir neçə dəqiqə sonra ona zəng edib tez evdən çıxıb küçəyə tərəf gəlməsini istəmış, həmin yerə çatarkən atası və anasının avtomobilin yanında dayanıb mübahisə etdiklərini görmüşdür. Həmin vaxt anası Leyla atasının ünvanına nalayiq söyüş söymüş, bu zaman atası Elçin anasına “bu dəqiqə səni vuracam” deyib xəbərdarlıq etmiş, anası isə ona “mənə heç nə edə bilmərsən” demiş, bu zaman atası yumruğunu anasının başına söykəyib hədələmək istəmiş, dərhal araya girib onları aralamaq istəyərkən atasının yumruğu anasının burnuna dəymişdir. Anasının burnundan qan açılmış, bundan sonra həmin yerə xalası, nənəsi və bacısı gəlib çıxmış, onlar atası Elçini oradan göndərmiş, bundan sonra dayısı gəlib anası Leylanı xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qız, Təqsirləndirilən şəxs qızı Leylanın keçmiş əridir. Belə ki, onlar 2003-cü il tarixdə ailə qurmuşlar. 2016-cı il tarixdə onlar boşanmış, ancaq, boşansalar da, birgə yaşamağa davam etmişlər. 2020-ci ilin may ayından qızı Leyla övladlarını da götürüb Elçindən ayrı yaşamağa başlamış, bundan sonra onların arasında olan mübahisələr daha da artmış, Leyla övladları üçün Elçindən aliment tələb etmiş, Elçin isə alimenti ödəməmişdir. 03.11.2020-ci il tarixdə günorta saatlarında qızı Leyla oğlu Kənan ilə birlikdə onun yaşadığı evə gəlmiş, həmin vaxt evdə o, digər qızı Havva və Leylanın qızı olmuşdur. Bir müddət sonra təxminən 1430 radələrində Elçin onların evinə gəlmiş, Elçinlə qızı Leyla arasında mübahisə yaranmış, ancaq, onlar mübahisəyə qarışmamışlar. Bir qədər sonra qızı Leyla evdən çıxıb İcra şöbəsinə getmiş, Elçin də onun arxasınca getmişdir. Bir neçə dəqiqə sonra qızı Leyla nəvəsi Kənana zəng edib çağırmış, Kənan da evdən çıxıb getmişdir. Arxalarınca baxarkən yaşadığı evdən təxminən 300 metr məsafədə dayanıb yenə də mübahisə etdiklərini görmüşdür. Leyla qəfildən yıxılmış, ona görə də, Havva ilə tez həmin yerə getmiş, Leylanın burun nahiyəsindən qan gəldiyini görmüşlər. Leyla ona Elçinin onu yumruqla vurduğunu demiş, onlar Leylaya yardım göstərərkən Elçin çıxıb getmiş, daha sonra onlar Leylanı Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Leylanın burun nahiyəsindən sınıq xəsarəti aldığını bilmiş, sonradan Leyla Bakı şəhərinə gedib orada əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası mərkəzinin verdiyi 04 noyabr 2020-ci il tarixli 954 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-burun travması, burun sümüklərinin yuxarı 1/3 hissəsinin və əng sümüyünün alın çıxıntısının yerdəyişən sınığı, sol və sağ gözaltı nahiyələrin qançırları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 03.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbıb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Bərdə rayonu “SU-1” adlanan ərazidə, Şahid2 yaşadığı evin yaxınlığında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla bir dəfə qəsdən vuraraq sonuncuya burun travması, burun sümüklərinin yuxarı 1/3 hissəsinin və əng sümüyünün alın çıxıntısının yerdəyişən sınığı, sol və sağ gözaltı nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon Mənzil-Kommunal İstismar sahəsinin 1647 saylı 22 yanvar 20121-ci il tarixli arayışından və Ağdam rayon İHB-nın Seyidli kənd İƏD üzrə nümayəndəliyinin 22 yanvar 2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Seyidli kəndindən məcburi köçkündür. Bərdə rayonu 588 yerlik qəsəbə, bina 3, mənzil 29-da qeydiyyatda olmaqla müvəqqəti yaşayır. Bərdə şəhəri 588 saylı qəsəbədə yaşadığı müddət ərzində o, özünü bacarıqlı, nizam-intizamlı bir gənc kimi göstərmiş, qəsəbənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, qəsəbə ağsaqqallarının və fəallarının dərin hörmətini qazanmışdır. Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmət və ehtiramla yanaşmışdır. Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir təqsirləndirici ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 15 fevral 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə həmin idarənin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzasının əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar