Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-76/2022 20.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatda olan və yaşayan “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X5 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində ailəsi ilə birlikdə yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs sifət nahiyəsindən əli ilə bir neçə dəfə qəsdən vurub, sonuncuya sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, alt çənənin sol yarısının qançırları, sol gözaltı nahiyənin hematoması, sol göz almasının bütün səthi boyu geniş ölçülü qansızma ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X5 məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Bərdə rayonu Şirvanlı kəndində yaşayır. Zərərçəkmiş şəxs anasıdır. 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə televizora baxarkən anası Sevda ev işləri ilə məşğul olmuş, sonuncu ona televizorun səsinin yüksək olduğunu bildimiş, buna görə televizorun səsini almağını demişdir. Anasına televizorda maraqlı veriliş getdiyi, verilişə baxdığını demişdir. Lakin anası Sevda ona təhqiredici ifadələr işlətmiş və aralarında söz mübahisəsi olmuşdur. Əsəbi olduğundan anası Sevdanı bir dəfə əli ilə sifət nahiyyəsinə vurmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, hazırda ona dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayonu Şirvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X5 oğludur, onunla aralarında əvvəllər heç bir ədavət olmamışdır. 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə ev işləri ilə məşğul olmuş, oğlu Mirqalib isə televizora baxmışdır. Sonuncuya qızı İlahənin xəstə olduğunu, televizorun səsindən narahat olduğunu bildirib televizorun səsini almasını demişdir. Lakin Mirqalib ona əhəmiyyət verməmiş, bu səbəbdən aralarında mübahisə olmuşdur. Mirqalib bir neçə dəfə əli ilə onun sifət nahiyəsinə vurmuş, daha sonra evdə olan paltarlarını yığaraq evdən çıxıb getmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır. Ona vurulmuş ziyan ödənilmişdir. Ona görə işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək X5 ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 22 yanvar 2022-ci il tarixli 56 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun aşkar edilmiş xəsarətlər-sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, alt çənənin sol yarısının qançırları, sol gözaltı nahiyənin hematoması, sol göz almasının bütün səthi boyu geniş ölçülü qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 20.01.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbıb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 04 fevral 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, X5 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 92 saylı 25 yanvar 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, X1 rayonu Şirvanlı kəndində yaşayır. X5 ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimayət arasında nümunəvi aparmış, onun haqqında kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. X5 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. X2 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-76/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-76/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver