Məhkəmə qərarları › İş №1(021)-76/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-76/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-76/2024 01.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 2005-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bеlə ki, Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti 77 ünvanında yerləşən “X12” mağazasının qarşısında dayanıb tanışı Şahid1 və qeyriləri ilə söhbət edərkən həmin mağazanı işlədən Zərərçəkmiş şəxs onun və digər şəxslərin mağazanın qarşısında dayanmalarına görə iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Şahid1 mağazanın içərisinə dəvət etməsini görüb onların arxasınca mağazaya daxil olarkən Zərərçəkmiş şəxs əli ilə onun sinəsindən kənara itələməsindən və Şahid1 ilə Zərərçəkmiş şəxs mübahisələrini davam etdirib bir-birilərini yumruqla vurmalarını görüb əsəbiləşərək üzərində gəzdirdiyi istintaqla müəyyən edilə bilməyən bıçaqla bir dəfə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa nahiyəsinə qəsdən vurub sonuncuya, daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Heç bir yerdə işləmir. 14 may 2023-cü il tarixdə saat 14:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin yaxınlığında yerləşən “Tomu” ləqəbli şəxsin işlətdiyi çayxanaya getmişdir. Orada olan zaman dostu Şahid1 ilə birlikdə çayxanada əyləşmişdir. Həmin gün o, Şahid1 ilə birlikdə saat 16:30 radələrində çayxanadan çıxıb yaxınlıqda yerləşən işıqforun yanına getmişdirlər. İşıqforun yaxınlığında yerləşən “köşk”dən siqaret alıb geri qayıtmışdılar. Həmin çayxananın yaxınlığında yerləşən “X12” adlı mağazanın qarşısında olan fəvvarənin kənarında əyləşmişdilər. Həmin vaxt onların yanına Azər, Novruz, Rəvan, “Şako” ləqəbli adını bilmədiyi şəxslər gələrək onların yanında əyləşmişdir. Həmin şəxslər onların yanlarına təsadüfən gəlib əyləşmişdilər. Onlar birlikdə öz aralarında söhbət edən zaman, “X12” adlı mağazanı işlədən Zərərçəkmiş şəxs çölə çıxıb orada dayanmamaqlarını bildirmişdir. Həmin vaxt o, uşaq gözlədiyini və 5 dəqiqəyə getdiklərini bildirmişdir. Orxan Məmmdəli isə yenidən onlara oradan uzaqlaşmaqlarını bildirmişdir. Həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs narahat olmamasını və gedəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə Şahid1 və ona işlətdiyi mağazaya gəlməyini, narahatçılıq və necə problem olacağını göstərəcəyini bildirmişdir. Bundan sonra əvvəl Şahid1 sonra isə o, Şahid1 arxasınca Zərərçəkmiş şəxs işlətdiyi mağazanın içərisinə daxil olmuşdular. Belə ki, onun Şahid1 arxasınca getməkdə məqsədi Zərərçəkmiş şəxs ilə aralarında söz söhbət olmasın deyə Şahid1 arxasınca mağazanın içərisinə daxil olmuşdur. Mağazanın içəsində olan zaman Zərərçəkmiş şəxs ilə Şahid1 yaxalaşdıqlarını görmüşdür. O, isə hər ikisini sakitləşmələrini və dalaşmamalarını bildirən zaman Zərərçəkmiş şəxs Şahid1 aralaşıb onun yaxasından tutub onu qapıya tərəf itələyib hər ikisinin ünvanına nəlayiq formada qeyd olunan ünvanı tərk etməklərini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Şahid1 üstünə gedib Rəvanı əli ilə vurduğunu görmüşdür. Həmin vaxt o, üzərində olan bıçağı çıxarıb bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsinə tərəf vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs onu və Şahid1 mağazanın içərisindən mağazanın qarşısına tərəf itələyib çıxartmışdır. Həmin vaxt orada olan uşaqlar onları kənarlaşdırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs kürəyindən qan axdığını görüb Şahid1 ilə birlikdə həmin ünvanın yaxınlığında yerləşən 1 nömrəli məktəbin içərisinə daxil olub oradan binanın arxa hissəsinə keçib uzaqlaşıb getmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “fantan”ın yaxınlığında olan “X12” mağazasının içərisində baş vermişdir. Hadisəyə səbəb onlar fəvvarənin yanında oturanda Orxan əsəbi formada qovmağı, Rəvanı mağazaya çağırıb nalayiq sözlərlə danışıb yumruqla sinəsinə vurması, həm Rəvana həm də ona getməkləri üçün etikasız ifadələr işlətməsi olmuşdur. Mübahisə və hadisə təxminən 3-4 dəqiqə çəkmişdir. Hadisə yerinə kənar şəxslər və sakinlər toplaşmamışdır. Hadisə mağazanın içərisində olduğundan qonşu obyektlərdən hər hansı bir şəxs gəlməmişdir. O, qaçıb gedəndən sonra hadisə yerinə kiminsə gəlməsini və toplaşmasını görməmişdir. Hadisədən təxminən 1 həftə əvvəl o, digər dostu ilə qeyd olunan “fantan”ın kənarında oturub söhbət edən zaman orada oturmaqlarına görə Zərərçəkmiş şəxs irad bildirdiyi üçün o, böyük kimi Orxanı sayıb getmişdir. Lakin bu dəfə Orxan onlara etikadan kənar irad bildirərək nalayiq ifadə işlətmişdir. O, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq qatlanan bıçaq olmuş, həmin bıçağı mağazadan almış, marağı olduğu üçün üzərində gəzdirmişdir. Hadisə vaxtı Orxan Rəvanı vurduqdan sonra Rəvan da yumruqla Orxanı vurmuşdur. O, da Orxana bıçaqla vurub xəsarət yetirmişdir. Lakin başqa heç kim Orxanı vurmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “X12” adlı mağazanı icarə əsasında işlətmiş, həmin mağazada müxtəlif hədiyyələr satmışdır. Mağaza Bərdə şəhəri 1 saylı orta məktəbin yanında yerləşmiş, mağaza ilə eyni sırada müxtəlif təyinatlı obyektlər də mövcud olmuş, mağazanın qarşısında hovuz və ortasında fəvvarə yerləşmişdir. Həmin fəvvarənin qırağına müxtəlif saatlarda uşaqlar yığışıb orda səs-küy edərək nalayiq ifadələr işlətldiklərinə görə də mağazaya xanım müştərilər gəlməmiş, gələnlər də bu vəziyyətdən narahat olmuşlar. Təxminən 1 həftə bundan əvvəl mağazanın qarşısında olan zaman fəvvarənin qırağında bir neçə nəfər 17-18 yaşlı uşaqlar oturmuş, həmin uşaqlar nalayiq ifadələr işlətdiklərinə görə irad bildirən zaman onlardan bir nəfəri, yəni Ruslan adlı şəxs onunla mübahisə etməyə başlamış, sonradan isə aralaşıb getmişlər. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində işə gəlmiş, gün ərzində demək olar ki, mağazada olmuş, həmin gün saat 17 radələrində fəvvarənin qarşısında yenidən 5-6 nəfərin əyləşdiyini görmüşdür. Onlar birbirləri ilə uca səslə danışaraq nalayiq ifadələr işlətmiş, onlara öz iradını bildirərək camaatın gəlib keçdiyi yer olduğunu, sakit durmaqlarını deməsinə baxmayaraq sonuncular onun sözünə məhəl qoymamışlar. Onların içərisində ən böyükləri, normalı kimi gördüyü adını sonradan bildiyi Rəvan adlı şəxsi belə hərəkətin düzgün olmadığını izah etmək məqsədilə mağazanın içərisinə çağırmış, Rəvan mağazanın içərisinə girib onunla normal şəkildə söhbət edən zaman Ruslan içəri girmişdir. Sonuncuya “çıx çölə səni bura çağırmamışam” – demiş, bir-iki dəfə Ruslana çıxmağı barədə xəbərdarlıq etməsinə baxmayaraq çölə çıxmamış, sonuncunu əli ilə çölə itələmişdir. Həmin vaxt Ruslan qəfildən bıçaqla sol kürək nahiyəsinə vurmuş, əvvəlcə hissə eləməsə də, sonradan qan axdığını hiss etmiş, həmin vaxtı Rəvanı itələyən zaman Rəvanda yumruqla onun burun nahiyəsinə bir dəfə vurmuş, onların hər ikisini çölə çıxaran zaman çöldə olan digər şəxslər onu vurmağa başlamışlar. Lakin konkret olaraq kimin onu necə vurduğunu bilməmiş, sonra onlar onun kürəyindən qan axdığını görüb qaçmış, hadisədən sonra kənarda olan şəxslər də ora yığışdıqdan bir qədər sonra TTTY avtomobili gələrək onu xəstəxanaya aparmışdır. Hadisə 14 may 2023cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən icarə əsasında işlətdiyi “X12” adlı mağazanın içərisində və qarşısında baş vermiş, orda olan şəxslərin konkret olaraq hansı nahiyələrinə vurduqlarını bilməmiş, burnundan başqa digər yerlərində xəsarəti olmamış, həmin xəsarəti Rəvan ona yetirmişdir. Bıçağın vurulmasını qan axan zaman hiss etdiyi üçün konkret olaraq birinci Rəvanın yoxsa Ruslan vurduğunu bilməmiş, hadisə zamanı özü də onları vurmuş, konkret olaraq xatırladığı Rəvanı vurmağı olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində ən ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, Bərdə rayon Qaradırnaq kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşamış, “MTE və PA” birliyinin publik hüquqi şəxsin Bərdə rayon şöbəsində 34 ildir ki, məhkəmə-tibbi eksperti işləmiş, 18 may 2023-cü il tarixdə işdə olan zaman Bərdə RPŞ-nin İB-nin müstəntiqi Kənan Firudunlunun qərarına əsasən Bərdə rayonu, Mehdixanlı kəndində yaşayan Zərərçəkmiş şəxs müayinə etmişdir. 15 iyun 2023-cü il tarixdə 346 nömrəli rəy vermiş, həmin rəyə əsasən Zərərçəkmiş şəxs xəsarətləri dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət olan olmuş, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, sonuncunun adına tərtib edilmiş 004760/2073 saylı xəstəlik tarixində qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alıb Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğunu bildirmişdir. Sağ və sol plevra kisələrinin ön hüdudlarını birbiri ilə müqayisə etdikdə İİ qabırğa ilə İV qabırğa arasında plevra kisələri bir-birlərinə yaxın yerləşdiyini, sağ plevra kisəsinin aşağı hüdudu (yəni qabırğa plevrasının diafraqma plevrasına keçən yeri) Vİ sağ qabırğa qığırdağının döş sümüyü ilə birləşən yerindən başlayıb məmə xətti üzərində Vİİ qabırğanın sümük hissəsinin qığırdaq hissəsinə birləşən yeri ilə və orta qoltuq xətt üzərində İX qabırğa ilə çarpazlaşdığını, buradan üfüqi istiqamətdə Xİİ qabırğanın boynunadək getdiyini görmüşdür. Sol plevra kisəsinin aşağı hüdudunun sağ tərəfindəkindən fərqi - başlanan yeri Vİ sol qabırğanın ortasında olması və orta qoltuq xətt üzərində X qabırğa ilə çarpazlaşması olmuşdur. Sol plevra kisəsinin aşağı hüdudu sağ plevra kisəsinin aşağı hüdudundan təxminən bir qabırğa aşağı olmuş, bunun da səbəbi sağ plevra kisəsinin və sağ ağciyərin qara ciyərin təzyiqi nəticəsində yuxarıda olması olmuşdur. Təqdim olunan xəstəlik tarixində döş qəfəsinin sol arxa divarındakı xəsarətin plevra boşluğuna nüfuz etmə dərinliyi qeyd edilmədiyinə görə də dərinliyinin nə qədər olması barədə dəqiq fikir söyləmək mümkün olmamış, döş qəfəsinin sol arxa tərəfindəki xəsarət kompüter-tomoqrafiya müayinəsinə əsasən minimal hemopnevmotoraks olmuş, yəni, plevra boşluğunda qanın və havanın olması deməkdir. Emfizema dərialtı yumuşaq toxuma içərisində havanın olması başa düşülmüş, ancaq minimal hemopnevmotoraksda isə plevrada qanın və havanın olması başa düşülmüşdür. Zərərçəkmiş şəxs kliniki müayinəsi zamanı sonuncuya döş qəfəsinin sol arxa divarından sol plevra boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli minimal hemopnevmotoraks diaqnozu qoyulmuş, sol tərəfli minimal hemopnevmotoraksın olması insan həyatı üçün təhlükəli olan əlamət hesab olunduğundan sağlamlığa zərər vurmanın məhkəmə tibbi-ekspertizası qaydalarına əsasən həmin xəsarətin dərəcəsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuşdur. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xəstəlik tarixində xəstəxanaya gətirilən zaman döş qəfəsinin sol arxa divarında kəsilmiş-deşilmiş yaranın olmasından, yarada ağrıdan, qanaxmadan, ümumi halsızlıqdan, başgicəllənmədən şikayət etdiyi qeyd edilmiş, sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına əsasən sağlamlığa zərər vurmanın dərəcəsinin təyini həyat üçün təhlükəli olan hallarda və həyat üçün təhlükəli olmayan, lakin nəticəsinə görə ağır dərəcəyə aid edilən bədən xəsarətlərində ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla və ya az olmaqla dayanıqlı itirilməsi ilə əlaqədar sağlamlığa zərər vurmanın dərəcəsi müəyyən edilmişdir. Ümumi əmək qabiliyyəti dedikdə insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulmuş, əmək qabiliyyətinin dayanıqlı itirilməsi itirilmiş funksiyanın ömürünün sonu qədər bərpa oluna bilməməsi, yaxud uzun müddət keçdikdən sonra qismən bərpa olunması deməkdir. Əmək qabiliyyətinin dayanıqlı itirilməsi faktı yalnız xəsarət, pataloji vəziyyət və xəstəliyin nəticəsi aydın olduqdan sonra təyin edilməli olmuş, məhkəmə-tibbi nöqteyi nəzərdan ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi səhhətin 120 gündən artıq müddətdə pozulması demək olmuş, əmək qabiliyyətinin dayanıqlı itirilməsi görmənin, eşitmənin və ya hər hansı bir üzvün və yaxud həmin üzvün funksiyasının itirilməsi zamanı, habelə Zərərçəkmiş şəxs aldığı xəsarətin dərəcəsi isə insan həyat üçün təhlükəli olmasına əsasən müəyyən edilmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır. O, 1990-cı ildən Bərdə Mərkəzi Rayon Xəstəxanasında həkim cərrah vəzifəsində işləyir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs 14 may 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində bıçaq xəsarəti aldığı üçün işlədiyi xəstəxanaya gətirilmişdir. Buna görə də onun xəstəsi olmuşdur. Zərərçəkmiş şəxs ilə şəxsi tanışlığı olmasa da lakin Orxanın atası Elxan həkimlə münasibəti vardır. Elxan həkim X7 xəstəxanasında ağciyər həkimi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs işlədiyi xəstəxanaya gətirildikdən sonra tərəfindən Orxana ilkin olaraq tibbi yardımlar göstərilmişdir. Belə ki, Orxanın yarasına sarğı qoyulmuş, ağrı kəsicilər vurulmuş, döş qəfəsinin rentgen müayinəsi, ultra səs müayinəsi aparılmış, labarotor analizlər olunmuş və Orxan stasionara nəzarətə götürülmüşdür. Həmçinin Şahid7 verilən suallara cavab olaraq bildirmişdir ki, 14 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra yara birincili cərrahi işlənilmişdir. Lakin xəstə açıq əməliyyat olunmamışdır. Zərərçəkmiş şəxs rentginonoloji və KT müayinələrinin nəticələrinə əsasən xəstənin yarası plevra boşluğuna keçən yara kimi dəyərləndirilmişdir. O, xəstənin müayinələrinin nəticələrinə əsasən xəstənin xəstəlik tarixçəsində qeyd edilənlərə əsasən xəstənin xəsarət almasını müayinələrə əsasən qiymətləndirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:25 dəqiqədə Bərdə rayon Mərkəzi xəstəxanasına xəstə Zərərçəkmiş şəxs gətirilmiş, ilkin tibbi yardım aldıqdan sonra xəstə klinik, laborator, qarın boşluğunun USM və döş qəfəsinin rentgenoloji müayinələrindən keçirilmişdir. Müayinə zamanı zədə ilə bağlı daxilə nüfuz etmə qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixdə xəstə əlavə abdominal və torakal KT müayinəsinə göndərilmişdir. Müayinənin nəticəsi olaraq döş qəfəsinin sol tərəfli minimal hemopnevmotoraks müşahidə olunmuşdur. KT müayinəsinə əsasən xəstə stasionarda nəzarətə götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 5601 nömrəli arayışda xəstə Zərərçəkmiş şəxs adına xx.xx.2023-cü il tarixdə verilmiş 5538 saylı arayışda texniki səhv olaraq xx.xx.2023-cü il tarixdə aparılmış müayinələr əsasında yazıldığı üçün etibarsız sayılmışdır. Zərərçəkmiş şəxs həyatı üçün hər hansı bir təhlükə yoxdur. Lakin Zərərçəkmiş şəxs müalicə olunmasa xəstədə ağırlaşmalar ola bilər. Dəri altı yumşaq toxumalarda havanın toplanması dəri altı emfizema adlanır. Dəri altı emfizema az olduğuna görə müdaxiləyə ehtiyac olmamışdır. Xəstə Zərərçəkmiş şəxs müalicə prosesində həmin dəri altı emfizema sorulur. Məhkəmə istintaq zamanı iş üzrə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. O, 2010-cu ildən Bərdə Mərkəzi Rayon Xəstəxanasında həkim radioloq vəzifəsində işləyir. Həmçinin, Bərdə rayonunda yerləşən “Qarabağ” klinikasında həkim radioloq vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əvəlcədən tanımadığından münasibəti olmamışdır. Lakin Zərərçəkmiş şəxs 14 may 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində bıçaq xəsarəti aldığı üçün işlədiyi xəstəxanaya gətirilmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs işlədiyi xəstəxanaya gətirildikdən sonra tərəfindən Orxana rentgen müayinəsi edilmişdir. İlkin müayinə zamanı yəni xx.xx.2023-cü il tarixdə saat 17:40 dəqiqədə ağciyərlər üzərində ocaqlı və infiltirativ kölgəlik aşkar edilməmiş, sinuslar açıq, diafraqma yerləşməsi normal, ürək-normal konfiqurasiya, qarın boşluğunun icmal skopiyasında sərbəst qaz və kloyber kasacığı, görüntü sahəsində sümük strukturlarında sınıq xətti qeyd edilməməsi diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 20:25 dəqiqədə ağciyərlər üzərində ocaqlı və infiltirativ kölgəlik aşkar edilməmiş, sol plevral boşluqda minimal pnevmotoraksa şübhəli görüntü izlənildi, irəli instrumental müayiələr məsləhət bilinmişdir. Sinuslar açıq, diafraqma yerləşməsi normal, ürək-normal konfiqurasiya, qarın boşluğunun icmal skopiyasında sərbəst qaz və kloyber kasacığı izlənməməsi, görüntü sahəsində sümük strukturlarında sınıq xətti qeyd edilməməsi diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə xəstə Zərərçəkmiş şəxs Bərdə rayonunda yerləşən “Qarabağ Klinik” xəstəxanasında müayinə olunarkən ona tərəfindən solda 11-12ci qabırğaların posterior ucuna yaxın qarın boşluğuna keçməyən ucu plevrada qurtaran drenaj kateteri, bu sahədə yağlı toxuma və əzələ toxumasında kirlənmə, katetər səviyyəsindən başlayaraq inferior və superiora doğru yumşaq toxuma arasında dərialtı emfizema, müayinə sahəsində toraks alt qismində sol plevral boşluqda minimal hemopnevmotoraks diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə xəstə Zərərçəkmiş şəxs Mərkəzi Xəstəxanada rentgen müayinəsi zamanı ağciyərlər üzərində ocaqlı və infiltirativ kölgəlik aşkar edilməmiş, sinuslar açıq, diafraqma yerləşməsi normal, ürək-normal konfiqurasiya, sol tərəfli dərialtı yumşaq toxuma içərisində emfizema qeyd edilməsi diaqnozu qoyulmuşdur. Həmçinin Şahid8 verilən suallara cavab olaraq bildirmişdir ki, o, xəstəni ilkin olaraq xx.xx.2023-cü il tarixdə 20:25 dəqiqədə rentgen müayinə edən zamanı sol plevral boşluqda minimal pnevmotoraksa şübhəli görüntü izlədiyi üçün xəstəyə irəli insturmental müayinə məsləhət bilmişdir. Rentgen və USM müayinəsi ilə müqayisədə doş qəfəsinin KT müayinəsi qızıl standart sayılmaqla döş qəfəsi orqanlarının dəyərləndirilməsində ən informatik müayinə metodudur. Bu səbəbdən də əvvəlki müayinələrlə sonuncu KT müayinəsi arasındea fərqli nəticə alınmışdır. İş üzrə şahidlərdən Şahid1, Şahid2, Şahid3, Şahid5 İnqilab oğlu məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etmədiklərindən məhkəmə CPM-in 317-ci maddəsinə əsasən onların ibtidai istintaq zamanı verdikləri ifadələrini elan etmək yolu ilə tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, ünvan 9 ünvanda yaşayır, daimi olaraq heç bir yerdə işləmir. 14 may 2023-cü il tarixdə səhər saatlarında evdə olmuş, günorta saat 14:30 radələrində 1 nömrəli məktəbin yanında olan “Tomu”nun çayxanasına getmiş, orda dostları ilə görüşmüş, həmçinin orda Ruslanla da görüşüb saat 16:30 radələrində çayxanadan çıxıb yaxındakı işıqforun yanına gedərək ordakı köşkdən siqaret alıb geri qayıtmışdır. “X12” adlı mağazanın qarşısında olan fəvvarənin kənarında Ruslan ilə birlikdə oturmuş, onların yanında Azər, Novruz, digər Rəvan adlı şəxs, “Şako” ləqəbli Şəhriyar adlı şəxs də gəlib əyləşmiş, onlar təsadüfən oraya gəlmişlər. Bir-biriləri ilə söhbət edən zaman dayandıqları yerin yanında olan “X12” obyektindən adını sonradan bildiyi Orxan adlı şəxs çölə çıxıb “burda dayanmayın, müştərilərin girib-çıxmasına maneçilik törədirsiniz” demiş, onlar da “uşaq gözləyirik 5 dəqiqəyə gedirik” – deyə cavab vermişlər. Sonra “obyektinin qabağıdı?” demiş, Orxan da “gəl göstərim haradır”-deyə cavab vermiş, həmin vaxt içəri keçmiş, arxasınca Ruslan içəri keçmək istədikdə Orxan Ruslana “səni çağırmamışam niyə gəlirsən” –deyə bildirmişdir. Həmin vaxt Orxan Ruslanı əli ilə çölə itələmiş. sonra isə çevrilib ona tərəf gəlib mübahisə etməyə başlamış, onunla qışqıra-qışqıra danışaraq “sənin anan, bacın bu qədər adamın yanından keçsə xoşuna gələr?”- deyə irad tutmuşdur. O “biz pis niyyətli insan deyilik” – deyə cavab vermiş, bundan sonra Orxan yenə də onlara qarşı nalayiq ifadə işlədib “basın bayıra” deyərək əxlaqsız ifadə işlətmişdir. O, Orxana cavab qaytardıqdan sonra isə Orxan onun üstünə gəlib yumruqla sinəsinə vurub itələmiş, o isə yumruqla sonuncunun sifət nahiyəsinə bir dəfə vurmuş, Orxan söyüşlərini dayandırmamış, bu vaxt Ruslan içəri girib bıçaqla Orxanın kürək nahiyəsinə bir dəfə bıçaqla vurmuşdur. Orxan ikisini də itələyib çölə çıxmış, onlar çölə çıxan zaman Azər, Novruz, Rəvan onları çəkib aralaşdırmış, həmin vaxt Orxan çölə çıxanda kürəyindən qan axdığını görüb ordan qaçıb uzaqlaşmışdır. Ruslanla 1 nömrəli məktəbin içərisinə girib arxa hissəyə keçmiş, onlar çöldə dava etməmiş, hadisə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “fantan”ın yaxınlığında olan “X12” mağazasının içərisində baş vermiş, hadisəyə səbəb onlar fəvvarənin yanında oturanda Orxan əsəbi formada qovmağı, mağazaya çağırıb onunla nalayiq sözlərlə danışıb yumruqla sinəsinə vurması, onlara getmələri üçün etikasız ifadələr işlətməsi olmuşdur. Mübahisə və hadisə təxminən 3-5 dəqiqə çəkmiş, oraya kənar şəxslər və sakinlər toplaşmamış, hadisə mağazanın içərisində olduğundan ora qonşu obyektlərdən də gələn olmamış, Ruslanın üzərində bıçaq olmasından xəbəri olmamış, həmin bıçağın əlamətlərini konkret olaraq xatırlamamışdır. Hadisə vaxtı Orxan birinci onu vurduqdan sonra yumruqla sonuncunu vurmuş, Ruslan da Orxana bıçaqla vurub xəsarət yetirmiş, lakin başqa heç kim Orxanı vurmamışdır. İbtidai istintaq zamanı qanuni nümayəndəsi X3 iştirakı ilə iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, ünvan 10 ünvanda yaşayır, daimi olaraq heç bir yerdə işləmir, hal-hazırda Bərdə şəhər, Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. 14 may 2023-cü il tarixdə yaşadığı evdə olmuş, saat təxminən 16:30 radələrində Bərdə şəhəri H.Əliyev prospektində “Lahmacun”un qarşısında dayanmış, həmin vaxt onun yanında idmandan tanıdığı Şahid3 və idmandan tanıdığı Rəvan adlı şəxs olmuş, onlar orada bir qədər söhbət etdikdən sonra Bərdə şəhər, H.Əliyev prospektində yerləşən “Fantanın”qarşısında dayanmışlar. Orada olan zaman tanışları Azər və Rəvan da yanında olmuş, onlar söhbət edə-edə 1 nömrəli məktəbə tərəf gedərkən qarşıda tanışları Ruslan və Şahid1 ilə qarşılaşmışlar. Onlarla birlikdə fəvvarənin yanında əyləşib söhbət etməyə başlamış, “X12” adlı mağazadan adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs onlara obyektin qarşısında durmamaqlarını bildirdikdə həmin şəxsə heç bir cavab verməmiş, lakin yanında olan Şahid1 Orxana “adam gözləyirik, duracayıq” –deyə cavab vermişdir. Bundan sonra Orxan Rəvanı obyektin içərisinə çağırmış, Rəvanın ardınca isə Ruslan Famil oğlu içəri daxil olmuş, 1-2 dəqiqə sonra içəridə səs küy olduğunu eşitmiş, lakin mübahisənin kimin təşəbbüsü əsasında və nə səbəbə olmasını görməmiş və bilməmişdir. Bir qədər sonra onlar çölə çıxan zaman Orxanın kürəyindən qan axdığını görmüş və qorxub ordan qaçıb getmiş, Zərərçəkmiş şəxs kimin və hansı şəraitdə xəsarət yetirməsini görməsə də, həmin vaxt Ruslanın əlində bıçaq olduğunu görmüşdür. Hadisə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən fəvvarənin yaxınlığında olan “Foto hədiyyələr” mağazasının içərisində baş vermiş, hadisəyə səbəb tanışları ilə fəvvarənin yanında əyləşib söhbət edən zaman Zərərçəkmiş şəxs “burada durmayın” sözünü deməsi olmuş, hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı orda tanışları Şahid1, digər Rəvan, Azər və Ruslan olmuş, həmin yerdə başqa şəxslər olmamış, Azər, Rəvan və o hadisə vaxtı çöldə olmuş, Orxana heç bir xəsarət yetirməmiş, sonuncu ilə dalaşmamış, Rəvan və Ruslan dalaşıb çölə çıxan zaman onları aralaşdırmışlar. İbtidai istintaq zamanı qanuni nümayəndəsi X4 iştirakı ilə iş üzrə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ünvan 12 ünvanda yaşamış, daimi olaraq heç bir yerdə işləməmiş, lakin atası X4 icarəyə götürüb işlətdiyi “idman zalı”nda məşq edənlərə nəzarət etmişdir. Hal-hazırda Bərdə şəhər, Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir, 14 may 2023-cü il tarixdə Bərdə şəhəri, Nüşabə küçəsi, ev 24-də yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə olmuş, həmin gün saat təxminən 16-17 radələrində yaşadığı evdən çıxıb Bərdə şəhər, H.Əliyev prospektində yerləşən “Bərdə Hotel”in qarşısına getmiş, orada olan zaman atası Rəvanın işlətdiyi “idman zalın”dan tanıdığı Novruz və Rəvan adlı şəxsləri görüb onlarla bir qədər söhbət edən zaman əvvəldən tanıdığı Ruslan və Rəvan adlı şəxslərlə qarşılaşmışdır. Sonuncularla da söhbət edə-edə Bərdə şəhər, H.Əliyev prospektində yerləşən fəvvarənin yaxınlığında olan “foto hədiyyələr” mağazasının qarşısına gedərək orada dayanıb yenidən söhbət etməyə başlamış, həmin vaxt 5-6 nəfər olmuşlar. Öz aralarında normal formada söhbət edən zaman “X12” adlı mağazadan adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs onlara obyektin qarşısında durmamaqlarını bildirdikdə Ruslan ya da Rəvan Orxana “adam gözləyirik duracayıq”-deyə cavab vermişdir. Bundan sonra Orxan Rəvanı obyektin içərisinə çağırmış, Rəvanın ardınca isə Ruslan içəri daxil olmuş, az müddət sonra içəridə səs küy olduğunu eşitməsinə baxmayaraq dava-dalaşın nə üstündə baş verdiyini görməmişdir. Elə həmin vaxt onlar çölə çıxan zaman Orxanın kürəyindən qan axdığını görmüş və qorxub ordan qaçıb getmiş, Zərərçəkmiş şəxs kimin və hansı şəraitdə xəsarət yetirməsini görməmiş, lakin həmin vaxt Ruslanın əlində bıçaq olduğunu görmüşdür. Hadisə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən fəvvarənin yaxınlığında olan “Foto hədiyyələr” mağazasının içərisində baş vermiş, hadisəyə səbəb tanışları ilə fəvvarənin yanında əyləşib söhbət edən zaman Zərərçəkmiş şəxs “burada durmayın” sözünü deməsi olmuş, hadisə təxminən 4-5 dəqiqə davam etmiş, hadisə vaxtı orda tanışları Şahid1, digər Rəvan, Novruz və Ruslan olmuş, həmin yerdə başqa şəxslər olmamışdır. Novruz, Rəvan və o hadisə vaxtı çöldə olmuş, onlar Orxana heç bir xəsarət yetirməmiş, sonuncuları ilə dalaşmamış, Şahid1 və Ruslan dalaşıb çölə çıxan zaman onları aralaşdırmışlar. İş üzrə məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyə teleqram vuraraq işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə onun da ifadəsini elan etməyi məqsədəuyğun hesab etmişdir. Belə ki, ifadəsi elan edilməklə ibtidai istintaq zamanı iş üzrə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, 14 may 2023-cü il tarixdə saat 17:18 radələrində yaşadığı evdən çıxıb həmin «Playstation club»a getmiş, orada olan zaman obyektin yaxınlığında bir neçə nəfər adlarını bilmədiyi şəxslər və polis əməkdaşları görüb narahat olmağa başlamış, dərhal həmin yerə yaxınlaşmış, orada olan zaman adını bilmədiyi şəxs «foto studio»nu işlədən Orxan adlı şəxsi bıçaqlamışdır. Lakin hadisənin nə səbəb və kimin təşəbbüsü ilə baş verməsini bilməmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Qədimov X2 Mehman İsa oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişdir. İş üzrə məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs nümayəndəsi, vəkili Nümayəndə məhkəməyə vəsatət verərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işini ona daha ağır ittiham- Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilməsi üçün məhkəmənin hazırlıq iclasından əlavə istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 14 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yer Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “X12” adlı mağazadır. Həmin mağaza ilə eyni sırada müxtəlif təyinatlı obyektlər yerləşir. Mağazanın yerləşdiyi tikili 2 mərtəbədən ibarətdir. Həmin mağaza isə birinci mərtəbədə yerləşir. Mağazanın qarşısında piltə daşlar döşənmişdir. Mağazanın girəcəyində qara rəngli plakatın üzərində X12 sözü yazılmış və müxtəlif hədiyyə şəkilləri əks olunmuşdur. Mağazanın girəcəyi ikitaylı plastik qapıdan ibarətdir. Plastik qapıdan içəri keçən zaman digər iki taylı plastik qapı da vardır. Mağazanın qarşısında bir ədəd plastik pəncərə vardır. Mağazaya daxil olan zaman soldan başlayaraq divarda rəflər vardır. Həmin rəflərin üzərində müxtəlif portretlər, hədiyyələr düzülmüşdür.Qarşı tərəf divarda da eyniylə rəflər düzülmüşdür. Qarşı tərəfdə stolun üzərində 1 ədəd marka yapışdırıcı qurğu vardır. Sağda isə kompyuter və printer mövcuddur. Sağ divarda da rəflər vardır. Həmin rəflərində üzərində müxtəlif hədiyyələr düzülmüşdür. Mağazanın girəcəyində, mağazanın içərisində müxtəlif yerlərdə qananbənzər ləkələr mövcuddur. İş üçün əhəmiyyətli olduğundan 3 müxtəlif yerdən tibbi pambığa qanabənzər ləkələr hopurdularaq müvafiq qaydada qablaşdırılmaqla Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X6 tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 14 may 2023cü il tarixli protokolundan görünür ki, Bərdə Müalicə və X1 Orxan Elxan oğluna məxsus 1 ədəd qoluaçıq gödəkçə, 1 ədəd qara rəngli qoluaçıq köynək, 1 ədəd boz rəngli mayka iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılmaqla Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X6 tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X6 tərəfindən Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası haqqında qərara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Bərdə rayon ekspertiza şöbəsinin 15 iyun 2023-cü il tarixli 346 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər -sol tərəfli minimal hemopnevmotoraksla müşayət olunan döş qəfəsinin sol arxa divarından sol plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yara və burun belinin sıyrığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən; a) sol tərəfli minimal hemopnevmotoraksla müşayət olunan döş qəfəsinin sol arxa divarından sol plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yara deşicikəsici alətin ola bilsin ki, bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir; b) burun belinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş üzrə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X6 tərəfindən təyin edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 19 sentyabr 2023-cü il tarixli 461/2023 MTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa səthinin sol nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sol nahiyəsində və maykanın arxa səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək və maykanın arxa səthinin sol nahiyəsində aşkar edilmiş cəmi bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol arxa divarında olan deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşmüşdür. İş üzrə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X6 tərəfindən təyin edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 21 sentyabr 2023cü il tarixli 639/2023-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/lll/./Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus gödəkcə tipli jilet, tamlığı pozulmuş qısaqol mayka, mayka üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/lll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 daxil olmuş 15 sentyabr 2023-cü il tarixli, 6451 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs publik hüquqi şəxsin Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə RİHB-nin Bərdə şəhər İƏÜD nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 3-də yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 22 dekabr 2023-cü il tarixli, T 845/2023 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir. 1,3,8,9 vətəndaş Zərərçəkmiş şəxs daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası, burun belinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlərdən daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın, digər xəsarət isə küt əşyanın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, burun belinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

2. Plevra döş boşluğunda ağciyərlərin bütün səthini örtən seroz qişadır. 4, 5. Tibdə “minimal hemopnevmotoraks” anlayışı yoxdur. Belə ki, döş qəfəsi travmalarında hemopnevmotoraks əlaməti obyektiv, klinik və instrumental müayinələr əsasında öz təsdiqini tapan zaman təlimata uyğun olaraq onun dərəcəsindən asılı olaraq xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilə bilər. Hemopnevmotoraks iki tibbi vəziyyətin birləşməsidir: pnevmotoraks və hemotoraks. Pnevmotoraks, ağciyər xaricində, ağciyər və döş qəfəsi arasındakı boşluqda hava olduqda baş verir və hava yüngül olduğundan döş boşluğunun yuxarı hissəsində, hemotoraks isə eyni boşluqda qan olduqda baş verir və maye aşağı hissədə diaqraqma ciblərində yığılır. Soldan X qabırğa proyeksiyası döş qəfəsinin plevral boşluğunu əhatə etmir və bu hüdduda yara kanalının yuxarıdan-aşağıya doğru istiqamətlənməsi və fəqərəyanı əzələlərdə kor qurtararaq torakoabdominal boşluqlara arxitektonik olaraq irradiasiya etmədiyi qənaətinə gəlinir. Belə ki, “Pnevmotoraks” yara mənbəsinə uyğun dərialtı emfizemanın radioloji və klinik əlamətlərinə, “Hemotoraks” reaktiv reaksiya hesabına görüntülərdir. Döş qəfəsinin sol arxa kürək xətti üzrə X qabırğa proyeksiyasında olan deşilmiş-kəsilmiş yaranın lokalizasiyasına aid yumşaq toxumaların posttravmatik və postoperasion dəyişikliyin kölgəlikləri izlənilir.

6. USM və rentgenoskopiya, təkrar USM və rentgenoskopiya zamanı hemopnevmotoraks əlamətlərinin olub-olmamasının diqqətdən kənarda qalması ehtimalı yoxdur. Belə ki, hemopnevmotoraks əlamətləri aşkar olunubsa bu ilkin və təkrar intrumental müayinələrdə öz təsdiqini tapmalıdır.

7. Yaranın təftiş edilməsi və birincili cərrahiyyə işlənmə zamanı yara kanalının plevra boşluğuna keçib-keçmədiyi yoxlanılmalı və bu tibbi sənəddə öz təsdiqini tapmalıdır. Lakin yaranın birincili cərrahi işlənməsi zamanı yara yoxlanılmadığı halda da “Hemopnevmotoraks” diaqnozu instrumental müayinələr əsasında qoyula bilər. Yara kanalının həkim-cərrah tərəfindən təftişi mütləqdir, yara kanalı yoxlanılmalı, onun istiqaməti, dərinliyi və harada qurtarması tibbi sənəddə öz əksini tapmalıdır. Qeyd edilən halda isə cərrah tərəfindən yara təftiş olunmuş, onun daxilə nüfuz etməsini təsdiq edən heç bir klinik əlamət müəyyən edilməmiş, qeyd edilən proyeksiyada olan yaranın isə döş boşluğuna nüfuz etməsi topoqrafik cəhətdən mümkün deyildir. Belə ki, yaranın yerləşdiyi nahiyə və istiqamətinə görə o, döş boşluğuna deyil, qarın boşluğuna nüfuz etməli idi. Lakin dəfələrlə aparılan rentgenoloji və ultrasəs müayinələri bunu təsdiq etməmiş, KT müayinə zamanı aşkar edilən cuzi “hemopnevmotoraks”ın qeyd edilməsi yaranın cərrahi işlənməsindən sonra kateter qoyulmasından reaktiv reaksiya hesabına yaranmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 30 yanvar 2024-cü il tarixli, T 44/2024 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qararda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir. 1-3. Vətəndaş Zərərçəkmiş şəxs daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası, burun belinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlərdən daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın, digər xəsarət isə küt əşyanın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, burun belinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.

4. Xəstəlik tarixinə əsasən döş qəfəsinin sol arxa divarında olan yaranın sol plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yara kimi qeyd edilməsi təsdiq edildiyi təqdirdə məhkəmə tibb eksperti tərəfindən qüvvədə olan təlimatın müvafiq bəndinə uyğun olaraq xəsarət həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvumaya aid etməsi düzgün olardı. Yaranın təftişi zamanı onun daxilə nüfuz etməsini təsdiq edən klinik əlamətlərin olmaması, topoqrafik cəhətdən (yerləşdiyi nahiyə və yara kanalının istiqamətinə görə) onun döş boşluğuna deyil, qarın boşluğuna nüfuz etməli idi. KT müayinəsində aşkar edilən cüzi hemopnevmotoraksın isə kateterin qoyulmasından sonra yaranmış reaktiv reaksiya hesabına olması qənaətinə gəlməyə əsas verir. Belə ki, bu müddət ərzində aparılmış ultrasəs müayinəsində hər hansı pataloji hal müşahidə olunmamışdır. Cinayət işi üzrə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı X6 tərəfindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd qoluaçıq gödəkçə, 1 ədəd qara rəngli qoluaçıq köynək, 1 ədəd boz rəngli mayka, Zərərçəkmiş şəxs tibbi müayinələrini özündə əks etdirən ümumilikdə 3 (üç) ədəd disklər 17 fevral 2024-cü il tarixli «cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, 1 ədəd qoluaçıq gödəkçə, 1 ədəd qara rəngli qoluaçıq köynək, 1 ədəd boz rəngli mayka, Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılır, Zərərçəkmiş şəxs tibbi müayinələrini özündə əks etdirən ümumilikdə 3 (üç) ədəd disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir.

Belə ki, CPM-in 124.2-ci maddəsinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, material üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti 77 ünvanında yerləşən “X12” mağazasının qarşısında dayanıb tanışı Şahid1 və qeyriləri ilə söhbət edərkən həmin mağazanı işlədən Zərərçəkmiş şəxs onun və digər şəxslərin mağazanın qarşısında dayanmalarına görə iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Şahid1 mağazanın içərisinə dəvət etməsini görüb onların arxasınca mağazaya daxil olarkən Zərərçəkmiş şəxs əli ilə onun sinəsindən kənara itələməsindən və Şahid1 ilə Zərərçəkmiş şəxs mübahisələrini davam etdirib bir-birilərini yumruqla vurmalarını görüb əsəbiləşərək üzərində gəzdirdiyi istintaqla müəyyən edilə bilməyən bıçaqla bir dəfə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa nahiyəsinə qəsdən vurub sonuncuya, daxilə keçməyən döş qəfəsinin sol arxa divarının deşilmiş-kəsilmiş yarası xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilməsi, şahid ifadələri və cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tulumuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertin rəyi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməli ibtidai və məhkəmə istintaqı zamanı səmimi etiraf etməsi və əməlindən peşmançılıq hissi keçirməsini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. CPM-in 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmayan dövrdə törətməsinə baxmayaraq hazırda yetkinlik yaşına çatmasını və hazırki cinayətin ağır nəticəyə səbəb olan zor tətbiq edilməklə qəsdən törədilməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini doğru hesab edir. Belə ki, ibtidai istintaq zamanı tapılmasa və müəyyən edilməsə də həm ekspertiza rəyindən, həm də təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrindən Təqsirləndirilən şəxs cinayəti üzərində gəzdirdiyi bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət törətdiyini qeyd etmişdir. Bu hal da cinayətin zorakı üsulla törədildiyinə dəlalət edir. CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 128-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırki cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etməklə cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkumluğunun olmamasını, habelə əməlindən peşman olmasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan yəni, 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 16 may 2023-cü il tarixdən hesablanmaqla həmin tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tibbi müayinələrini özündə əks etdirən 3 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan yəni, 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 16 may 2023-cü il tarixdən hesablanmaqla həmin tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tibbi müayinələrini özündə əks etdirən 3 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar