Məhkəmə qərarları › İş №1(021)-77/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-77/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-77/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1980-cı il tarixdə Xocavənd rayonu, Əmirallar kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xocavənd rayonu, Əmirallar kəndində qеydiyyаtdа оlmаqlа Beyləqan rayonu, Xocavənd qəsəbəsi 177 ünvanında yаşаyan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 17 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, 10 yanvar 2021-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verməsinə baxmayaraq, 26 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində Beyləqan rayonu, Xocavənd qəsəbəsi 177 ünvanında yerləşən yaşadığı evi qanunsuz olaraq tərk edib ünvan 2susi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xocavənd rayonu Əmirallar kəndində qeydiyyatda olmaqla Xocavənd qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun özünə məxsus Vaz 2107 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Onun həmçinin sürücülük hüququ verən “BC” kateqoriyalı vəsiqəsi vardır. O, Xocavənd qəsəbəsində olarkən “Covid-19” xəstəliyi ilə bağlı rayon mərkəzi xəstəxanasında yaxma testi vermişdir. 17 dekabr 2020-ci il tarixdə həmin yaxma testin cavabında onun “Covid 19” xəstəliyinə tutulduğu aşkar olunmuşdur. Həkimlər tərəfindən ona ev şəraitində müalicə təyin olunmuşdur. Ondan evdən çıxmayacağı ilə bağlı iltizam alınmışdır. Lakin, onun baldızı Şahid4 səhhətində problem yarandığından həyat yoldaşı Şahid3 ilə birlikdə avtomobili ilə Bərdə şəhər mərkəzi rayon xəstəxanasına gəlmişdir. Həmçinin, qohumları Qarabağ döyüşlərində şəhid olduğu üçün xəstəxanadan çıxıb yas mərasiminə getməli idilər. O, 26 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində Bərdə rayonu Lək kəndi ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar qurulmuş olan stasionar posta çatdıqda onların avtomobili sənədlərinin yoxlanılması üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin zaman o, öz vəsiqəsini, yoldaşı Günəşin və baldızı Validənin vəsiqələrini polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı xüsusi planşet vasitəsilə onun icazəsinin olub-olmadığını yoxlayarkən “Covid 19” xəstəliyinə tutulduğunu, onun evdən çölə çıxmağının qadağan olduğunu demişdir. O, polis əməkdaşına xəstəxanaya və həmin yerdən sonra şəhidlərinin yas mərasiminə getməli olduğunu bildirmişdir. Lakin, polis əməkdaşı heç bir kömək edə bilməyəcəyini, rəhbərliyə raportla məruzə edəcəyini demişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gələrək onun barəsində sənədləşmə işləri aparmışdır. Daha sonra isə həmin yerə Xocavənd rayonunun mərkəzi xəstəxanasının təcili tibbi yardım avtomobili gəlmişdir. Həmin avtomobillə Xocavənd qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. Əməlindən səmimi peşman olmasını, məcburi köçkün olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək göstərmişdir ki, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olmaqla Xocavənd qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Xocavənd rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyir. Həyat yoldaşı Bərsailin özünə məxsus Vaz 2107 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. X3 qəsəbəsində olarkən “Covid-19” xəstəliyi ilə bağlı rayon mərkəzi xəstəxanasında yaxma testi vermişdir. 17 dekabr 2020-ci il tarixdə, həmin yaxma testin cavabında onun “Covid 19” xəstəliyinə tutulduğu aşkar olunmuşdur. Həkimlər tərəfindən ona ev şəraitində müalicə təyin olunmuşdur. Ondan evdən çıxmayacağı ilə bağlı iltizam alınmışdır. Lakin, bacısı Şahid4 səhhətində problem yarandığından həyat yoldaşı Bərsail ilə birlikdə avtomobili ilə 26 dekabr 2020-ci il tarixdə Bərdə şəhər mərkəzi rayon xəstəxanasına gəlmək istəmişdir. Həmçinin, qohumları Qarabağ döyüşlərində şəhid olduğu üçün xəstəxanadan çıxıb yas mərasiminə getmək istəmişdir. Onlar, saat 10 radələrində Bərdə rayonu Lək kəndi ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar qurulmuş olan stasionar posta çatdıqda onların avtomobili sənədlərinin yoxlanılması üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin zaman yoldaşı Bərsail öz vəsiqəsini, onun və bacısı Validənin vəsiqələrini polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı xüsusi planşet vasitəsilə onların icazəsinin olub-olmadığını yoxlayarkən Bərsailin “Covid 19” xəstəliyinə tutulduğunu, onun evdən çölə çıxmağının qadağan olduğunu demişdir. Onlar polis əməkdaşına xəstəxanaya və həmin yerdən sonra şəhidlərinin yas mərasiminə getməli olduqlarını bildirmişdir. Lakin, polis əməkdaşı heç bir kömək edə bilməyəcəyini, rəhbərliyə raportla məruzə edəcəyini demişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gələrək Bərsailin barəsində sənədləşmə işləri aparmışdır. Daha sonra isə həmin yerə Xocavənd rayonunun mərkəzi xəstəxanasının təcili tibbi yardım avtomobili gəlmişdir. Bərsaili Xocavənd qəsəbəsində yerləşən yaşadığı evə həmin avtomobil ilə aparılmışdır. Onlar isə başqa qohumları ilə birlikdə Bərdə rayon mərkəzi xəstəxanasına getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid3 ifаdəsində göstərilən xüsusаtlаrı təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 və Şahid2 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, 2020-ci il tarixdən DİO-da xidmət edir. Hal-hazırda, Bərdə RPŞ-nin, PPXB-nün polis kiçik serjantı rütbəsində, polis nəfəri vəzifəsində çalışır. Xüsusi karantin rejimi ilə əlaqədar 26 dekabr 2020-ci il tarixdə, Bərdə rayonu, Lək kəndi ərazisində qoyulmuş stasionar postda xidmətdə olarkən Xocavənd rayon sakini Təqsirləndirilən şəxs xüsusi planşet vasitəsilə tərəfindən yoxlanılmışdır. Onun rəsmi “Covid 19” xəstəsi kimi qeydiyyatda olduğunu aşkar etmişdir. O, Təqsirləndirilən şəxs rəsmi “Covid 19” xəstəsi kimi qeydiyyatda olduğunu, yaşadığı evi tərk etməsinin qanunsuz olduğunu, onunla və digər sağlam şəxslərlə ünsiyyətdə olmasının “Covid 19” xəstəliyinin yayılması üçün real təhlükə yaratdığını bildirmişdir. O, müxtəlif bəhanələr gətirərək Bərdə rayonu mərkəzi xəstəxanasına ailə üzvlərini apardığını demişdir. O, Təqsirləndirilən şəxs yanında əyləşən Şahid4 və Şahid3 Təqsirləndirilən şəxs ilə ünsiyyətdə olmasının onlar üçün təhlükə yaratması barədə xəbərdarlığını etmişdir. Bundan sonra, Xocavənd rayon sakini Təqsirləndirilən şəxs “Covid 19” xəstəsi olmasına baxmayaraq yaşadığı evi qanunsuz tərk etməsi və barəsində qanuni tədbir görülməsinə görə aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün Bərdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Daha sonra, stasionar posta aidiyyəti polis əməkdaşı yaxınlaşaraq “Covid 19” xəstəsi kimi qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evi tərk etməsi barədə protokol tərtib etmişdir. İştirakçılar və onun tərəfindən protokolun düzgünlüyü imzaları ilə təsdiq edilmişdir. Protokol tərtib olunduqdan sonra Xocavənd rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım avtomobili həmin yerə gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvana aparmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şuşa şəhəri, Turşsu qəsəbəsində qeydiyyatda olmaqla Bərdə şəhəri, 588 saylı qəsəbə bina 12 mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşayır. O, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun Bərdə rayonu, Lək kəndi ərazisində avtomobil ehtiyat hissələri mağazası vardır. Karantin dövründə həmin mağazanın qarşısında polislər tərəfindən karantin stasionar postu qurulmuşdur. 26 dekabr 2020-ci il tarixdə, polis əməkdaşları ona yaxınlaşaraq Xocavənd rayon sakini Təqsirləndirilən şəxs rəsmi “Covid 19” xəstəsi olduğunu, buna baxmayaraq onun yaşadığı evi qanunsuz tərk edərək Bərdə rayonuna gəldiyini, polislər tərəfindən yoxlama zamanı Təqsirləndirilən şəxs stasioinar postda saxlanıldığını bildirmişdir. Polis əməkdaşları həmin şəxs barəsində qanunsuz olaraq çölə çıxdığı üçün protokol tərtib olunacağını, onun da, hal şahidi kimi iştirak etməyini təklif etmişdir. O da, etiraz etməyərək iştirak edəcəyini bildirmişdir. Bundan sonra, polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, iştirakçılarla birlikdə protokolun düzgünlüyünü öz imzaları ilə təsdiq etmişdir. Daha sonra, həmin yerə Xocavənd rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım avtomobili gəlmişdir. Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili ilə yaşadığı evə aparılacağı bildirilmişdir. Cinayət işinə əlavə edilmiş 26 dekabr 2020-ci il tarixli, baxış protokoluna və fotocədvələ əsasən müəyyən edilmişdir ki, “Covid 19“ virus infeksiyasına yoluxaraq ev şəraitində izolyasiya olunub müalicəsini davam etdirməli olan Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində ünvan 2susi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla xəstəliyin yayılmasına real təhlükə yaratmışdır. Cinayət işinə əlavə edilmiş Xocavənd rayon mərkəzi xəstəxanasının 07.02.2021-ci il tarixli, 23 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Xocavənd rayon Əmirallar kənd sakini, 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Xocavənd Mərkəzi Rayon Xəstəxanasında 17 dekabr 2020-ci il tarixdə COVİD-19 analizinin cavabı pozitiv aşkarlanmış, 10 yanvar 2021-ci il tarixdə isə karantin müddəti bitmişdir. Cinayət işinə əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, “Covid 19” xəstəsi kimi rəsmi qeydiyyatda olmuş Beyləqan rayonu, ünvan 4-də yaşayan xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 26.12.2020-ci il tarixdə, xüsusi karantin rejimi ilə əlaqədar Bərdə rayonu, Lək kəndi ərazisində qurulmuş stasionar postda digər sağlam şəxslərlə ünsiyyət qurması müəyyən edilmişdir. Lakin onun başqa zaman hər hansı bir şəxslə ünsiyyət qurub xəstəliyin yayılması üçün şərait yaratması müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş 10 fevral 2021-ci il tarixli, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Xocavənd rayon İcrа Hakimiyyəti başçısının Əmirallar kənd inzibati ərazi dairəsi üzrə nümаyəndəliyinin 08 fevral 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyаtdаdır, Beyləqan rayonu, ünvan 4-də yаşаyır, yаşаyış yeri üzrə müsbət xаrаkterizа оlunur. Cinayət işinə əlavə edilmiş Xocavənd mərkəzi rayon xəstəxanasının 22 fevral 2021-ci il tаrixli аrаyışdаn görünür ki, Təqsirləndirilən şəxs оğlu xəstəxananın ruhi-əsəb və narkoloji kаbinetində dispаnser qeydiyyаtındа yоxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 17 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, 10 yanvar 2021-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam verməsinə baxmayaraq, 26 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində Beyləqan rayonu, Xocavənd qəsəbəsi 177 ünvanında yerləşən yaşadığı evi qanunsuz olaraq tərk edib ünvan 2susi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 139-1.1-ci maddəsinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun himayəsində iki azyaşlı uşağının olmasını CMin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə Beyləqan rayonu ünvan 4 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs0 barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar