Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-77/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri Sabir küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə və xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şuşa rayonu Malıbəyli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu “SUM-32” adlanan ərazidə məskunlaşıb yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə 22 iyul 2020-ci il tarixdə saat 03:00 radələrində Bərdə rayonu “Meşəçilik institutu” deyilən ərazidə yerləşən Zərərçəkmiş şəxs2 məxsus kafeyə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd 280 manat dəyərində 102 sm diaqonallı “Samsung” markalı televizor, 1 ədəd 200 manat dəyərində od samovarı, 1 ədəd 150 manat dəyərində elektrik samovarı, 1 ədəd 100 manat dəyərində suvenir xəncər, 1 ədəd 20 manat dəyərində mələfə, 1 ədəd 50 manat dəyərində süfrə, 10 manat dəyərində şirniyyat məmulatları və 5 manat dəyərində sabunları gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 815 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, tamah niyyəti ilə birinci qrup gözdən əlil olduğundan özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaq məqsədilə 13 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 məxsus “VAZ- 21063” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 törədəcəkləri cinayəti heç kimin görə bilməyəcəyi Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən hissəsindəki sahilinə gətirərək həmin yerdə üzərinə hücum edib əvvəlcə baş nahiyəsindən bir dəfə əli ilə vurub yerə yıxdıqdan sonra hər iki qolunu arxasına doğru burub saxlamaqla sağ almacıq-gicgah, burun üzərinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə sonuncuya qarşı həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək cibində olan 197 manat nağd pulu açıq talayıb, Zərərçəkmiş şəxs1 197 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmiş və özləri Zərərçəkmiş şəxs1 heç kimin olmadığı, ətrafı çay, çoxlu xəndək və arxlar olan həmin yerdə həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqdan sonra sonuncuya kömək göstərmək imkanları olduqları halda bunu etməyərək, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan birinci qrup gözdən əlil Zərərçəkmiş şəxs1 bilə-bilə köməksiz qoymaqla təhlükədə qoymuşdur. Həmçinin ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə birinci qrup gözdən əlil olduğundan özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaq məqsədilə 13 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özünə məxsus “VAZ 21063” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 törədəcəkləri cinayəti heç kimin görə bilməyəcəyi Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən hissəsindəki sahilinə gətirərək həmin yerdə üzərinə hücum edib əvvəlcə baş nahiyəsindən bir dəfə əli ilə vurub yerə yıxdıqdan sonra hər iki qolunu arxasına doğru burub saxlamaqla sağ almacıq-gicgah, burun üzərinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə sonuncuya qarşı həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək cibində olan 197 manat nağd pulu açıq talayıb, Zərərçəkmiş şəxs1 197 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmiş və özləri Zərərçəkmiş şəxs1 heç kimin olmadığı, ətrafı çay, çoxlu xəndək və arxlar olan həmin yerdə həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqdan sonra sonuncuya kömək göstərmək imkanları olduqları halda bunu etməyərək, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan birinci qrup gözdən əlil Zərərçəkmiş şəxs1 bilə-bilə köməksiz qoymaqla təhlükədə qoymuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilməmiş, həmin Məcəllənin 143, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsinə göstərmişdir ki, anası ilə birlikdə Bərdə şəhəri Sabir küçəsində yerləşən nömrəsiz evdə yaşayır və şəhər ərazisindəki avtomobilyuma məntəqələrindən birində işləyir. Uzun müddət maddi sıxıntılar yaşamış, nəhayət məcburiyyət qarşısında qalaraq cinayət əməli törətməli olmuşdur. Xəlilin 197 manat pulunu 13 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən “Qaynama” adı ilə tanıdığım bulağın yaxınlığında Xəlilə xəsarət yetirməsə də, pulunu almışdır. Xəlilin gözündə problem olmasını bilirdi. Tamamilə kor olub-olmadığını dəqiq bilməmişdir. Xəlil ona müqavimət göstərmədi, sadəcə qışqıraraq buraxmasını istədiyirdi. Vilayətə əvvəlcədən Xəlili heç kimin olmadığı yerə aparıb pulunu ələ keçirməyi dedi, Vilayət isə onunla razılaşdı və cinayət əməlini birgə icra etdilər. Hətta Xəlilin pulunu götürmək asanlaşsın deyə cinayəti törədəcəkləri yer Vilayətin özü tərəfindən seçildi. O, Xəlili sadəcə meşədə qoyub qayıtdı. Maşına minəndə pulunun olduğunu görüb və yalnız soyğunçuluq əməlini törədib. Oğurluğun ona aidiyyəti yoxdur. O, Xəlilin təmiz kor olduğunu bilməmişdir. Vilayətə borcu olduğu üçün ona 97 manat pul vermişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini xahiş etdi. Halbuki ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, anası ilə birlikdə Bərdə şəhəri Sabir küçəsində yerləşən nömrəsiz evdə yaşayır və şəhər ərazisindəki avtomobilyuma məntəqələrindən birində işləyir. Uzun müddət maddi sıxıntılar yaşamış, nəhayət məcburiyyət qarşısında qalaraq cinayət əməli törətməli olmuşdur. Təqsirləndirilən şəxs2 təxminən 2 ildir tanıyır. Belə ki, Vilayət özünə məxsus olan ağ rəngli, “VAZ-21063” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti məşğul olmuşdur. O, taksiyə ehtiyacı olduğu vaxtlarda Vilayətin avtomobilinə sərnişin kimi əyləşmiş, beləcə, Vilayətlə aralarında münasibət yaranmışdır. Vilayət əvvəllər Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən dəmiryolu stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olmuş, sonradan H.Əliyev prospektində yerləşən “Sarayın kruqu” deyilən dairəvi yol ayrıcının yanında dayanmışdır. Zərərçəkmiş şəxs1 isə təxminən 3-4 ildir tanıyır. Belə ki, Bərdə şəhərində yerləşən “Köhnə bazar” deyilən yerdəki kafelərdən birində çay paylamaqla məşğul olduğu dövrdə Xəlil arabir kafeyə gəlib-getmiş, Xəlili elə həmin vaxtdan tanımışdır. Xəlil həmişə gözlərinin görməməsindən şikayətlənsə də, Xəlilin tamamilə kor olub-olmadığını dəqiq bilməmişdir. 13 fevral 2021-ci il tarixdə saat 19:00 radələrində işlərini yekunlaşdırıb evə getmiş, paltarını dəyişib yemək yemişdir. Daha sonra adəti üzrə evdən çıxıb “Köhnə bazar” deyilən yerin ətrafında yaşayan dostları ilə çay içmək qərarına gəlmişdir. Saat 21:00 radələrində “Köhnə bazar” deyilən yerin yaxınlığına gələrək “Faxı dayının kafesi” adı ilə tanıdığı kafeyə daxil olmuşdur. Tanışlarından heç biri kafedə olmadığından çölə çıxmış və evə qayıtmaq istəmişdir. Ətrafa baxarkən Ü.Hacıbəyov küçəsindəki “Nar” adlı marketin qarşısında - yolun kənarında mavi rəngli, “Mercedes” markalı avtomobilin dayandığını görmüşdür. Avtomobilin içərisinə baxanda ön oturacaqda Xəlilin əyləşdiyini müəyyənləşdirmiş, avtomobilin qarşısından yolu keçmək istəyən zaman avtomobilin sürücüsü olan tanımadığı şəxs onu səsləmişdir. O, avtomobilə yaxınlaşanda sürücü ona ön oturacaqda əyləşən şəxsin Sabir adlı şəxsin evinə getmək istədiyini demiş və ondan həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Bu zaman o, Xəlilə müraciət edib özünü tanıtmağa çalışmış, ancaq Xəlil sərxoş vəziyyətdə olduğundan onu tanıya bilməmişdir. Onlar çıxıb getmək istəyərkən sürücüdən hansı istiqamətə getdiyini soruşmuş, sürücü isə ona Xəlilin istəyinə əsasən “Sarayın kruqu”na gedəcəyini bildirmişdir. Daha sonra sürücüyə həmin yerə getmək istədiyini deyib onlarla getməyin mümkün olub-olmayacağını soruşmuşdur. Sürücü etiraz etmədiyindən avtomobilin arxa oturacağına əyləşmiş və sürücü avtomobili “Sarayın kruqu”na doğru idarə etmişdir. Adı çəkilən yerə çatıb avtomobildən endikdən sonra taksi sürücüsü çıxıb getmiş, Xəlilin sürücüyə pul verib-vermədiyini görə bilməmişdir. Taksi avtomobili getdikdən sonra Xəlil ondan siqaret istəmiş, amma o, siqaretinin olmadığını demişdir. Bu səbəbdən Xəlil əynindəki şalvarın arxa cibindən 3 ədəd 50 manatlıq kağız əskinaslar şəklində 150 manat pul çıxarıb əskinaslardan birini ona verərək siqaret almasını istəmişdir. Siqaret almağa getmək istəyəndə Xəlil ona dayanmasını, siqaretinin olmasının yadına düşdüyünü demiş və verdiyi pulu geri almışdır. Pulu Xəlilə verdikdən sonra Xəlil 150 manat pulu şalvarının arxa cibinə qoyaraq dayanıb siqaret çəkməyə başlamışdır. Elə bu vaxt Xəlilin pullarını ələ keçirmək qərarına gəlmişdir. Xəlil ondan yolun digər tərəfinə keçirilməsini, oradakı taksi avtomobillərinin birinə əyləşərək getmək istədiyini söyləmişdir. O, həmin istiqamətə baxanda tanışı Vilayətin öz avtomobili ilə Xəlilin dediyi yerdə dayandığını görmüşdür. Bu zaman ağlına Xəlilin pulunu ələ keçirməkdə Vilayətin köməyindən istifadə etmək fikri gəlmiş və Xəlili qolundan tutmaqla kömək edərək yolun digər tərəfinə keçirmişdir. X8 avtomobilinin arxa tərəfində gözlədərək tək şəkildə Vilayətə yaxınlaşmışdır. Həmin vaxt Vilayət sükan arxasında əyləşmişdir. O, Vilayətlə söhbət etməyə başlayıb avtomobilin arxa tərəfində dayanan şəxsin üzərində pul olduğunu, şəxsi avtomobillə sakitlik olan yerə aparıb üzərindəki pulları zorla almağı və aralarında bölməyi təklif etmişdir. Vilayət dərhal onunla razılaşdığından o, Xəlili avtomobilə əyləşdirib Vilayətə avtomobili Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndindən keçən hissəsinə sürməsini söyləmişdir. Bundan sonra Vilayət avtomobildən enib onunla köməkləşərək Xəlili sol arxa oturacaqda əyləşdirmiş, özü isə sağ arxa oturacaqda - Xəlilin yanında oturmuşdur. Vilayət avtomobilin sükanı arxasına keçərək Ü.Hacıbəyov küçəsindən dönüb hərəkətini davam etdirmiş, bu zaman Xəlil onu Sabir adlı qohumunun evinə apardıqlarını güman etmişdir. Ancaq faktiki olaraq nə özü, nə də Vilayət Sabir adlı şəxsin kim olmasını və harada yaşamasını bilməmişlər. Avtomobil Qasımbəyli kəndinə doğru asfalt yolla hərəkətdə olan zaman Vilayət avtomobili “Çaylaq” deyilən yerə deyil, sol tərəfə - “Qaynama” deyilən bulaq istiqamətində sürmüşdür. O, Vilayətdən niyə onun dediyi yerə getmədiklərini soruşduqda, Vilayət ona getdikləri yerin daha sakit olduğunu, orada heç kimin onları görə bilməyəcəyini demişdir. Ancaq asta danışdıqlarından Xəlil onların bu danışığını eşitməmişdir. Vilayətin dediyi istiqamətdə gedib “Qaynama” deyilən bulağın yanına çatanda Vilayət avtomobili saxlamış, o da Xəlilə çatdıqlarını deməklə avtomobildən düşməsini bildirmişdir. Avtomobildən düşdükdən sonra Vilayət Xəlildən yol pulunu istəmiş, Xəlil şalvarının cibindən xırda pullar çıxarmışdır. Bu zaman o, Xəlilin üzərində əlavə pul olduğunu anlamışdır. Daha sonra Xəlil Vilayətə 2 manat pul vermiş, Vilayət pulun az olmasına dair irad bildirməklə Xəlili inandırmağa çalışdığından və saxta mübahisəyə girişdiyindən Vilayətə əlavə 1 manat da pul vermişdir. Vilayət Xəlili çıxıb getdiyinə inandırmaq üçün avtomobilə əyləşib bir qədər məsafə qət etdikdən sonra avtomobili saxlamış və onu gözləməyə başlamışdır. O, Xəlilin qolundan yapışıb bir neçə metr kənara gətirmiş, həmin yerdə artıq heç kimin onları görmədiyinə əmin olduqdan sonra idman fəndi tətbiq etməklə Xəlilin hər iki qolunu arxasına keçirib bir əli ilə tutub saxlamış, digər əli ilə əvvəlcə Xəlilin şalvarının arxa cibində olan 150 manatı, ardınca isə digər cibində olan bilmədiyi məbləğdə pulu “çıxarmışdır”. Xəlil qışqıraraq ondan qollarını buraxmasını istəmiş, buraxmaq istəsə də, Xəlilin su arxına tərəf getdiyini görüb arxa düşərək boğulmasından qorxduğu üçün qolundan tutub digər istiqamətə yönəltməyi fikirləşmişdir. Xəlilin ayağı quyuya düşərək büdrədiyinə görə papağı başından düşmüş, Xəlilin başının papağı axtarmağa qarışdığını görüb qollarını buraxmış və qaçaraq oradan uzaqlaşmışdır. Vilayətin avtomobilinin ön oturacağına əyləşdikdən sonra Vilayət avtomobili idarə edərək Bərdə şəhərinə istiqamət götürmüşdür. Yolda olanda ələ keçirdikləri pulları saymış və 197 manat olduğunu bilmişdir. Qasımbəyli kəndi ərazisində yerləşən tikinti materialları bazarının yaxınlığından keçəndə Vilayətdən avtomobili saxlamasını istəmiş, Vilayət də avtobus dayanacağının qarşısında avtomobili saxlamışdır. Ələ keçirdikləri 197 manat pulun 97 manatını Vilayətə verərək “Nə sən məni tanımırsan, nə də mən səni” deyib avtomobildən enmişdir. Bundan sonra piyada şəkildə yaşadığı evə getmişdir. Sonradan Xəlilin baş verənlərlə bağlı Bərdə rayon polis şöbəsinə şikayət etdiyini eşitmiş, şöbəyə dəvət edilib izahat verərkən Xəlilin tamamilə görmə qüsurlu olduğunu bilmişdir. Bundan başqa o, təxminən 2-3 il əvvəl Zərərçəkmiş şəxs2 işlətdiyi Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən tikinti materialları bazarının yanındakı kafedə işləmiş, sonradan işdən çıxmışdır. Kafedə işlədiyi dövrdə oradakı otaqlardan birində “Samsung” markalı televizor olduğunu görmüşdür. 21 iyul 2020-ci il tarixdə pula ehtiyacı yarandığına görə həmin kafedən oğurluq etməyə qərar vermişdir. 22 iyul 2020-ci il tarixdə saat 03:00 radələrində piyada şəkildə yeriyərək kafenin qarşısına gəlmiş, kafenin həyətində hasar olmadığı üçün asanlıqla həyətə daxil olmuşdur. Daha sonra televizorun olduğu otağa yaxınlaşıb pəncərədən içəri keçmişdir. Otağın divarından asılmış vəziyyətdə olan “Samsung” markalı televizoru çıxarıb götürdükdən sonra kafedən çıxmış, həmin gecə heç kim bilməsin deyə televizoru Tərtər çayı hövzəsindəki zibillikdə kartonların arasında gizlədib yaşadığı evə getmişdir. Hava işıqlandıqdan sonra, yəni saat 09:00 radələrində yenidən zibilliyə yollanaraq televizoru gizlətdiyi yerdən götürmüşdür. Həmin gün televizoru Bərdə şəhərində yerləşən “Qaraçı bazarı” deyilən yerdə tanımadığı şəxsə xatırladığı qədəri ilə ya 100, ya da 80 manat pula satmış, ancaq həmin vaxtdan xeyli müddət keçdiyi üçün dəqiq neçəyə satdığını xatırlamamışdır. Televizoru satdığı şəxsə televizorun özünə məxsus olmasını demiş və aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 dindirilərkən ona verilən suallara cavab olaraq Xəlilin 197 manat pulunu 13 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən “Qaynama” adı ilə tanıdığı bulağın yaxınlığında zorla ələ keçirdiyini, hadisə zamanı Xəlilə xəsarət yetirməsə də, zor tətbiq edərək hər iki qolunu bir əli ilə tutub saxladığını, digər əli ilə isə pulları götürdüyünü, Xəlilin gözündə problem olmasını bilməsinə baxmayaraq, tamamilə kor olub-olmadığını dəqiq bilmədiyini, Xəlilin ona müqavimət göstərmədiyini, sadəcə qışqıraraq buraxmasını istədiyini, Vilayətə əvvəlcədən Xəlili heç kimin olmadığı yerə aparıb pulunu ələ keçirməyi dediyini, Vilayətin onunla razılaşıb cinayət əməlini birgə icra etdiklərini, hətta Xəlilin pulunu götürmək asanlaşsın deyə cinayəti törədəcəkləri yerin Vilayətin özü tərəfindən seçildiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əvvəlki ifadələrini təsdiq edərək verdiyi əlavə ifadəsində göstərmişdir ki, 22 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bərdə rayonu “Meşəçilik institutu” deyilən ərazidə yerləşən kafedən 1 ədəd “Samsung” markalı televizordan başqa 1 ədəd od samovarı, 1 ədəd elektrik samovarı, 1 ədəd suvenir xəncər, 1 ədəd mələfə, 1 ədəd süfrə, müxtəlif şirniyyat məmulatları və sabunları mən tək şəkildə oğurlamış, sonradan həmin əşyaları Bərdə şəhərində yerləşən “Qaraçı bazarı” deyilən yerdə tanımadığı şəxslərə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı əşyaları satdığı şəxslərin heç birinə satdıqlarının cinayət yolu ilə əldə edilməsi barədə heç nə deməmişdir. Televizordan başqa əşyalar oğurlamasını əvvəllər etiraf etməməsinin səbəbi isə elan ediləcək ittihamın daha da ağırlaşacağından ehtiyat etməsi olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 143, 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində avtomobilini “Sarayın kruqu”nda saxlayıb gözləsə də, müştəri tapa bilmirdi. Həmin gün hava çox soyuq olduğuna görə avtomobilimin içərisində əyləşmişdi. Elə bu zaman Rüfət ona yaxınlaşaraq salamlaşıb söhbət etməyə başladı, sonra yanında dayanan yaşlı kişini göstərib adının Xəlil olduğunu, həmin şəxsi istədiyi ünvana aparmaq lazım gəldiyini dedi. Onun pula ehtiyacı olduğu üçün Rüfətin təklifi ilə razılaşmışdır. X12 avtomobilin yanında gözlədib yolun digər tərəfinə keçmişdi. O, Xəlildən haraya getmək istədiyini soruşsa da, Xəlil sərxoş olduğuna görə gedəcəyi ünvanı başa sala bilmirdi. Yol boyu Rüfət və Xəlil ilə heç bir söhbət etmədən Qasımbəyli kəndinə gedən asfalt yola çıxmış və hərəkətini həmin yolun üzərində yerləşən “Qaynama” adı ilə tanınan bulaq istiqamətində davam etdirmişdir. Bulağın yaxınlığına çatan zaman Rüfət avtomobili orada saxlamağını istədi. Rüfət Xəlilə dediyi ünvana çatdıqlarını deməklə avtomobildən düşməsini bildirdiyi üçün Xəlil avtomobildən endi. Ardınca o, Xəlildən yol pulunu istəyəndə Xəlil şalvarının cibindən xırda pullar çıxararaq ona 2 manat pul vermişdir. O, pulun az olmasına dair irad bildirməklə Xəlili inandırmağa çalışdığından əlavə 1 manat da pul almışdır. Bundan sonra Xəlili çıxıb getdiyinə inandırmaq üçün avtomobilə əyləşib bir qədər məsafə qət etdilər və avtomobili saxlayaraq Rüfəti gözləməyə başladı. Ancaq avtomobili saxladığı yerdən Rüfət və Xəlili görə bilmirdi. Təxminən 5 dəqiqə sonra Rüfət geri qayıdıb avtomobilə əyləşdi və ona avtomobili Bərdə şəhəri istiqamətində idarə etməyi dedi. Yolda olarkən Rüfət cibindən pul çıxarıb saymış, pulun 197 manat olduğunu bilmişdir. Daha sonra Rüfət pulu Xəlildən zor tətbiq etməklə aldığını deyərək 97 manatını ona verdi. O, heç nə demədən pulu Rüfətdən götürdü. Rüfəti Qasımbəyli kəndinə gedən yolun kənarındakı tikinti materialları bazarının yaxınlığında avtomobildən düşürərək çıxıb getdi. O, Xəlilin kor olduğunu bilmirdi. O, ancaq maşını idarə edirdi. Xəlil maşında arxada oturmuşdu. Halbuki ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu “SUM-32” adlanan ərazidə məskunlaşıb yaşayır. Evlidir, himayəsində 3 uşağı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “VAZ-21063” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Əvvəllər Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində dəmiryolu stansiyasının yaxınlığında dayanıb müştəri gözləsə də, sonradan H.Əliyev prospektində yerləşən “Sarayın kruqu” deyilən dairəvi yol ayrıcının yanında dayanıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 2 ildir tanıyır. Belə ki, Bərdə şəhərində yerləşən “Köhnə bazar” deyilən yerdə dayanıb taksi fəaliyyəti ilə məşğul olduğu dövrdə Rüfət tez-tez avtomobilinə sərnişin qismində əyləşmiş, Rüfətlə münasibəti elə həmin vaxtdan yaranmış, münasibətləri həmişə normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 isə əvvəllər tanımamışdır. 13 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində avtomobilini “Sarayın kruqu”nda saxlayıb gözləsə də, müştəri tapa bilməmişdir. Həmin gün hava çox soyuq olduğuna görə avtomobilin içərisində əyləşmişdir. Elə bu zaman Rüfət ona yaxınlaşaraq salamlaşıb söhbət etməyə başlamış, sonra yanında dayanan yaşlı kişini göstərib adının Xəlil olduğunu, həmin şəxsi istədiyi ünvana aparmaq lazım gəldiyini demişdir. Həmçinin Rüfət ona Xəlilin üzərində pul olduğunu, şəxsi avtomobillə sakitlik olan yerə aparıb üzərindəki pulları zorla almağı və aralarında bölməyi təklif etmişdir. O, pula ehtiyacı olduğu üçün Rüfətin təklifi ilə razılaşmışdır. X12 avtomobilin yanında gözlədib yolun digər tərəfinə keçmişdir. O, Xəlildən haraya getmək istədiyini soruşsa da, Xəlil sərxoş olduğuna görə gedəcəyi ünvanı başa sala bilməmişdir. Bir qədər sonra Rüfət onların yanına qayıdaraq Xəlilin gedəcəyi yeri tanıdığını söyləmiş və Xəlili avtomobilin arxa oturacağına mindirib özü də yanında əyləşmişdir. Rüfət ona avtomobili Bərdə rayonu Qasımbəyli kəndi istiqamətində sürməsini demişdir. Yol boyu Rüfət və Xəlil ilə heç bir söhbət etmədən Qasımbəyli kəndinə gedən asfalt yola çıxmış və hərəkətini həmin yolun üzərində yerləşən “Qaynama” adı ilə tanınan bulaq istiqamətində davam etdirmişdir. Bulağın yaxınlığına çatan zaman Rüfət avtomobili orada saxlamasını istəmişdir. Rüfət Xəlilə dediyi ünvana çatdıqlarını deməklə avtomobildən düşməsini bildirdiyi üçün Xəlil avtomobildən enmişdir. Ardınca o, Xəlildən yol pulunu istəyəndə Xəlil şalvarının cibindən xırda pullar çıxararaq ona 2 manat pul vermişdir. O, pulun az olmasına dair irad bildirməklə Xəlili inandırmağa çalışdığından əlavə 1 manat da pul almışdır. Bundan sonra Xəlili çıxıb getdiyinə inandırmaq üçün avtomobilə əyləşib bir qədər məsafə qət etmiş və avtomobili saxlayaraq Rüfəti gözləməyə başlamışdır. Ancaq avtomobili saxladığı yerdən Rüfət və Xəlili görə bilməmişdir. Təxminən 5 dəqiqə sonra Rüfət geri qayıdıb avtomobilə əyləşmiş və ona avtomobili Bərdə şəhəri istiqamətində idarə etməyi demişdir. Yolda olarkən Rüfət cibindən pul çıxarıb saymış, pulun 197 manat olduğunu bilmişdir. Daha sonra Rüfət pulu Xəlildən zor tətbiq etməklə aldığını deyərək 97 manatını ona vermişdir. O, heç nə demədən pulu Rüfətdən götürmüşdür. Rüfəti Qasımbəyli kəndinə gedən yolun kənarındakı tikinti materialları bazarının yaxınlığında avtomobildən düşürərək çıxıb getmişdir. Bundan sonra bir daha Rüfəti görməmiş, cinayət yolu ilə əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 dindirilərkən ona verilən suallara cavab olaraq Rüfətin Xəlilin pulunu hansı yolla ələ keçirməsini görmədiyini, Rüfətin avtomobilə əyləşdikdən sonra pulu zorla ələ keçirdiyini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəхs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifаdəsində göstərmişdir ki, 22 iyul 2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinə ünvanlanmış ərizə və həmin ərizədəki imza ona məxsusdur. Bərdə rayonu “Meşəçilik institutu” deyilən ərazidə yerləşən kafeni işlətməklə ailəsini dolandırmışdır. Həmin kafe 2019-cu ilin mart ayında fəaliyyətini dayandırsa da, arada kafeyə gedib baş çəkmişdir. Çünki kafenin fəaliyyətini dayandırmasına baxmayaraq, içərisində bir çox əşyaları saxlamışdır. Sonuncu dəfə 22 iyul 2020-ci il tarixdə saat 08:00 radələrində kafeyə gedib qapını açaraq içəri daxil olan zaman otaqlardan birinin pəncərəsinin şüşəsinin sındırıldığını aşkarlamışdır. Həmin otağa göz gəzdirərkən 1 ədəd “Samsung” markalı, ekranının diaqonal ölçüsü 102 sm olan televizorun yerində olmadığını görmüşdür. Həmin televizoru 950 manat pula almış, aldığı gündən kafedə istifadə etmişdir. Buna görə də elə həmin gün Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək hadisə barəsində məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib kafeyə baxış keçirmişlər. Sonradan televizorun Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını öyrənmişdir. Rüfət təxminən 2-3 il əvvəl kafedə işləmiş, əvvəllər həmişə Rüfətlə normal münasibətlər hökm sürmüşdür. Özünə məxsus kafedən “Samsung” markalı televizordan başqa 1 ədəd 200 manat dəyərində od samovarı, 1 ədəd 150 manat dəyərində elektrik samovarı, 1 ədəd 100 manat dəyərində suvenir xəncər, 1 ədəd 20 manat dəyərində mələfə, 1 ədəd 50 manat dəyərində süfrə, 10 manat dəyərində şirniyyat məmulatları və 5 manat dəyərində sabunlar oğurlanmış, həmin əşyaların oğurlanmasını sonradan müəyyən etdiyi üçün bu barədə gec məlumat vermişdir. Bundan başqa o, “Samsung” markalı televizordan başqa əşyaların oğurlanması nəticəsində ona 535 manat məbləğində maddi ziyan dəydiyini, həmin əşyaların oğurlanmasında da Rüfətdən savayı hər hansı şəxsdən şübhələnmədiyini bildirmişdir. Özünə məxsus kafedən oğurlanmış televizoru təzə vəziyyətdə mağazadan almışdır. Xatırladığı qədəri ilə həmin televizor 2017-ci ildə Cənubi Koreya Respublikasında istehsal edilmiş, “LCD” model, xeyli müddət işlək və saz vəziyyətdə olmuşdur. Bundan başqa kafeyə pəncərədən keçməklə daxil olunduğu üçün şüşələrdən birinin sındırıldığını da aşkar etmiş, ancaq həmin şüşənin qiyməti çox ucuz olduğundan özü düzəltdirmiş, bununla bağlı heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 cəzanın verilməsini məhkmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Ayaqqərvənd kəndində qeydiyyatdadır, evlidir və 2 oğlu var. 1991-1994-cü illərdə X3 iştirak etmişdir. 1994-cü ildə müharibə zamanı yaralanaraq görmə qabiliyyətini tamamilə itirmişdir, birinci qrup müharibə əlilidir. 13 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Bərdə rayonunda yaşayan qohumum Sabirin evinə qonaq getmək üçün Tərtər rayonu Dördyol qəsəbəsi ərazisində tanımadığım taksi sürücüsünün avtomobilinə əyləşdi, sürücüyə gedəcəyi ünvanı dedikdə sürücü həmin ünvanı tanıdığını, onu gedəcəyi yerə apara biləcəyini bildirmişdir. Elə bu vaxt başqa bir nəfər şəxs Bərdə şəhərinə getmək istədiyini söyləyib avtomobilə mindi. O, avtomobilin sağ qabaq oturacağında, digər şəxs isə arxa oturacaqda əyləşdi. Bərdə şəhərinə çatdıqdan sonra digər şəxs avtomobildən düşərək çıxıb getmişdir. Bundan sonra ürəyim balıq yemək istədiyi üçün sürücüyə “Sahil” restoranına sürməsini və birlikdə yemək yeməyi təklif etdim. Sürücü, əvvəlcə, təklifi rədd etsə də, çoxsaylı təkidlərdən sonra avtomobili həmin restorana sürdü və avtomobildən düşüb otaqlardan birinə keçdik. Daha sonra mən ofisianta balıq və spirtli içki sifariş verdim. Yeyib-içdikdən sonra hesabı ödəmək üçün əynimdəki şalvarın cibindən 2 ədəd 50 manatlıq kağız əskinas çıxarıb birini ofisianta verdim. Ofisiant bir qədər sonra ona bir neçə kağız əskinas qaytarıb 16 manat pul çıxdığını, 34 manat pul qaytardığını dedi. Avtomobilə əyləşdikdən sonra o, sürücüdən avtomobili “Köhnə bazar” deyilən yerə sürməsini istədi. Belə ki, sürücüyə həmin ərazidə qohumu Sabirin yaşadığını bildirərək ətrafdakı şəxslərdən Sabirin yaşadığı ünvanı öyrənməsini xahiş etdi. Sürücü yaxınlıqda dayanan şəxslərdən Sabiri tanıyıbtanımadıqlarını soruşsa da, heç kim Sabirin ünvanını bilməmişdir. Bundan sonra sürücüdən avtomobili “Sarayın kruqu” deyilən yerə doğru idarə etməsini istədi, bu zaman kənarda olan bir nəfər şəxs yaxınlaşıb sürücüdən hara getdiyini soruşdu. Sürücü “Sarayın kruqu”na gedəcəyini dedikdən sonra həmin şəxs avtomobilə əyləşmişdir. Bir qədər sonra sürücü “Sarayın kruqu”na çatdıqlarını, avtomobildən düşə biləcəklərini dedi, ancaq ondan yol pulu almamışdır. Yolun digər tərəfində dayanan taksi avtomobillərinin birinə əyləşərək getmək istədiyindən onunla birlikdə avtomobildən düşən şəxsdən yolun digər tərəfinə keçirilməsini xahiş etdi. Həmin şəxs bir qədər sonra gəlib avtomobildə əyləşməsini söyləmiş və sürücüyə onu ünvanına çatdırıb geri qayıtmaqlarını bildirmişdir. Biz xeyli yol qət etdikdən sonra sürücü ünvana çatdığımızı dediyi üçün avtomobildən düşüb sürücüyə 3 manat pul verdi. Sürücü avtomobildə olan şəxsdən onu aparıb ünvana qoymasını istədi. Həmin şəxs onun qolumdan tutmaqla irəli apardıqdan sonra qəflətən başının arxasına zərbə vurmuş, o, zərbənin təsirindən yerə yıxıldıqdan sonra həmin şəxs şalvarımın arxa cibində olan 197 manat pulu “çıxarmışdır”. O, irad bildirib pulumun geri qaytarılmasını tələb etdikdə həmin şəxs sözlərinə əhəmiyyət vermədən taksi avtomobilinə əyləşərək çıxıb getmişdir. Bundan sonra həmin yerdən getmək istəsə də, yaxınlıqdakı su kanalının içərisinə yıxıldı. Qışqıraraq kömək istəməyinə baxmayaraq, ətrafda heç kim olmadığından məcbur qalıb gecəni təhlükə içərisində, həyəcanla, hərəkətsiz vəziyyətdə kanalın içərisində keçirdi. Təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifаdəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 anasıdır. Oğlu Xəlil 1991-1994-cü illərdə X3 iştirak etmiş, 1994-cü ildə yaralanaraq görmə qabiliyyətini tamamilə itirmişdir, birinci qrup müharibə əlilidir. Xəlil görmə qabiliyyətini itirməsinə baxmayaraq, hissiyatı vasitəsilə özü sərbəst şəkildə hərəkət edə, pul əskinaslarını seçə bilir. 13 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Xəlil evdən çıxıb Bərdə rayonunda yaşayan qohumları Sabirin evinə qonaq gedəcəyini bildirmişdir. Həmin gün Xəlil evə gəlmədiyi üçün narahat olmuş və axtarmağa başlamışlar. Lakin Xəlili heç yerdə tapa bilməmişlər. 14 fevral 2021-ci il tarixdə günorta saatlarında Xəlil yaşadıqları evə gələrək başına gələn hadisəni danışmışdır. Bu zaman ona məlum olmuşdur ki, Xəlil yaşadığı evə aparılmaq adı ilə 13 fevral 2021-ci il tarixdə “Sarayın kruqu” deyilən yerdə tanımadığı taksi avtomobilinə əyləşdirilərək Bərdə rayonu Qasımbəyli kəndinə aparılmış və tanımadığı şəxs tərəfindən zor tətbiq edilməklə şalvarının arxa cibində olan 197 manat pulu “çıxarılmışdır”. Xəlilin danışdıqlarına əsasən həmin şəxslər soyğunçuluq edib getdikdən sonra oradan getmək istəsə də, yaxınlıqdakı su kanalının içərisinə yıxılmış, qışqıraraq kömək istəmiş, ancaq ətrafda heç kim olmadığından məcbur qalıb gecəni təhlükə içərisində, həyəcanla, hərəkətsiz vəziyyətdə kanalın içərisində keçirmişdir. 14 fevral 2021-ci il tarixdə səhər saatlarında evdə olan zaman Xəlil üst-başı çirkli vəziyyətdə evə gəlib başına gələnləri nəql etmiş və Cəfər adlı şəxs tərəfindən aşkarlanaraq evə yola salındığını bildirmişdir. Bundan sonra Xəlil ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Həmçinin o, 14 fevral 2021-ci il tarixli ərizəsində oğlunun döyülərək 200 manat pulunun götürüldüyünü qeyd etsə də, əslində 197 manat pulunun ələ keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid2 ifаdəsində göstərmişdir ki, özünə məxsus “Mercedes” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 13 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində Tərtər rayonu Dördyol qəsəbəsi ərazisində olarkən “VAZ-21074” markalı avtomobil yolun əks istiqamətində dayanmış və avtomobilin sürücüsü gözdən əlil olan bir nəfər şəxsi qolundan tutub ona doğru gətirib orada qoyduqdan sonra çıxıb getmişdir. Sonradan adının Xəlil olmasını bildiyi gözdən əlil şəxs uca səslə taksi axtardığını bildirdiyindən o, həmin şəxsə yaxınlaşıb taksi sürücüsü olduğunu demişdir. Xəlil ona Bərdə şəhərinə getmək istədiyini deyəndə o, başqa sərnişin olmadığı üçün Xəlilə onu başqa avtomobillə yola salmağı təklif etmişdir. Lakin Xəlil onun avtomobili ilə getməkdə israr etmiş, elə bu vaxt hərbi geyimdə olan tanımadığı bir nəfər şəxs onlara yaxınlaşaraq Bərdə şəhərinə getmək istədiyini söyləmişdir. O, hərbi geyimdə olan şəxsi və Xəlili avtomobilinə əyləşdirib Bərdə şəhərinə doğru hərəkətə başlamışdır. Xəlil avtomobilin sağ qabaq oturacağında, hərbi geyimdə olan şəxs isə arxa oturacaqda əyləşmişdir. Bərdə şəhərinə çatdıqdan sonra hərbi formada olan şəxs ona 1 manat pul uzadıb pambıq emalı müəssisələrindən birinin qarşısında avtomobildən düşmüşdür. Bundan sonra Xəlil ona balıq yemək istədiyini bildirib birlikdə restoranlardan birinə getməyi təklif etmişdir. Xəlilin təklifini rədd etsə də, Xəlil təkidlə “Sahil” restoranına getmək istədiyini bildirdiyi üçün o, avtomobili həmin restorana sürmüş və onlar düşüb “4” nömrəli otaqda əyləşmişlər. Daha sonra Xəlil ofisianta balıq və spirtli içki sifariş etmiş, ofisiant həmin sifarişləri gətirmişdir. Yeyib-içdikdən sonra Xəlil hesabı ödəmək üçün əynindəki göy rəngli şalvarın cibindən 2 ədəd 50 manatlıq kağız əskinas çıxarıb birini ofisianta vermiş, ofisiant 16 manat pul çıxaraq pulun qalığı olan 34 manatı Xəlilə qaytarmışdır. Avtomobilə əyləşdikdən sonra Xəlil ondan avtomobili “Köhnə bazar” deyilən yerə sürməsini istəmişdir. O, avtomobili həmin yerə doğru idarə edən zaman Xəlil ona həmin ərazidə Sabir adlı qohumunun yaşadığını bildirərək ətrafdakı şəxslərdən Sabirin yaşadığı ünvanı öyrənməsini xahiş etmişdir. Bu səbəbdən yaxınlıqda dayanan şəxslərdən Sabir adlı şəxs barədə maraqlanmış, lakin heç kim belə bir şəxsi tanımamışdır. Bundan sonra Xəlil ondan avtomobili “Sarayın kruqu” deyilən yerə sürməyi xahiş etmişdir. O, avtomobildə əyləşən zaman sonradan adının Rüfət olmasını bildiyi şəxs yaxınlaşıb ondan hara gedəcəyini soruşmuşdur. “Sarayın kruqu”na gedəcəyini dedikdən sonra Rüfət onu da həmin yerə aparmasını xahiş etmiş, o, razılaşdıqdan sonra Rüfət avtomobilə əyləşmişdir. Xəlillə Rüfət avtomobilin arxa oturacaqlarında əyləşərək söhbət etməyə başlamış, “Sarayın kruqu”na çatıb avtomobili saxladıqdan sonra onlar yerə enmişlər. Daha X12n qolundan tutaraq yolun qarşı tərəfinə keçirmiş, restoranda yedikləri yeməyin hesabını ödədiyi üçün Xəlildən yol pulu almamışdır. Xəlil və Rüfət sürücüsünü tanımadığı “VAZ-21063” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək getmişlər. Rüfətin hərəkətlərindən şübhələndiyi üçün avtomobili ilə onların getdikləri avtomobili təqib etmiş, Bərdə rayonu Qasımbəyli kəndi istiqamətində bir qədər getdikdən sonra işi olduğu üçün geri qayıtmış, buna görə də sonrakı proseslər barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid3 ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslər ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 2 ildir Bərdə şəhərində yerləşən “Sahil” restoranında ofisiant işləyir. Onun işi gündəlik restorana gələn müştərilərə xidmət göstərməkdən ibarətdir. 13 fevral 2021-ci il tarixdə axşam saatlarında işdə olarkən əvvəllər tanımadığı 2 nəfər şəxs restorana daxil olmuşdur. O, həmin müştərilərə əyləşmək üçün yer göstərib onları “4” nömrəli otağa keçirmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin müştərilərdən yaşda böyük olanı gözdən əlildir. Həmin şəxs balıq yemək üçün gəldiklərini bildirərək qızardılmış balıq və spirtli içki sifariş etmişdir. Sifarişi yerinə yetirdikdən sonra müştərilər təxminən 40-50 dəqiqə yeyib-içmişlər. Bundan sonra gözdən əlil olan şəxs ondan hesabı gətirməsini istəmişdir. O, müştərilərə yedikləri yeməyin hesabının 16 manat olduğunu bildirdikdə, gözdən əlil olan şəxs əynindəki şalvarın arxa cibindən 2 ədəd 50 manatlıq kağız əskinas çıxararaq birini ona vermişdir. Hesabı çıxaraq pulun qalığı olan 34 manatı gözdən əlilliyi olan şəxsə qaytardıqdan sonra onlar restorandan çıxıb getmişlər. Təxminən 2 gün sonra izahat vermək üçün Bərdə rayon polis şöbəsinə dəvət edilən zaman gözdən əlil olan şəxsin adının Xəlil olduğunu, 13 fevral 2021-ci il tarixdə axşam saatlarında tanımadığı şəxslər tərəfindən zor tətbiq edilərək pulunun ələ keçirildiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid4 ifаdəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qasımbəyli kəndində yaşayır. Yaşadığı kənd ərazisində ailəsinə məxsus pay torpaq sahəsi var. 14 fevral 2021-ci il tarixdə saat 10:30 radələrində su kanalının yaxınlığı ilə həmin torpaq sahəsinə gedən zaman yolun kənarında bitmiş kol-kosun yanındakı çuxurdan səs gəldiyini eşitmişdir. Dərhal səs gələn tərəfə gedib baxdıqda tanımadığı bir nəfər şəxsin üst-başı çirkli vəziyyətdə yıxılıb qaldığını və köməyə ehtiyacı olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşaraq kömək edib su kanalının içərisindən çıxardıqdan sonra şəxsin gözlərinin görmədiyini bilmişdir. Daha sonra həmin şəxsdən hansı şəraitdə su kanalının içərisinə düşdüyünü xəbər almışdır. Bu zaman həmin şəxs bir gün əvvəl axşam saatlarında tanımadığı şəxslər tərəfindən avtomobillə həmin yerə gətirilib zor tətbiq edilməklə 197 manat pulunun ələ keçirildiyini, özünün itələndiyini, ayağa qalxıb getmək istəyərkən su kanalının içərisinə yıxıldığını, buna görə də gecəni təhlükə içərisində yıxılıb qaldığı yerdə keçirdiyini bildirmişdir. O, mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə müraciət edərək tanımadığı şəxsin yıxılaraq kolluğa düşdüyünü aşkarlaması, ancaq xəsarət alıb-almadığını bilməməsi barədə məlumat vermişdir. Sonra həmin şəxs ona Ağdam rayonu Ayaqqərvənd kəndində anadan olduğunu, adının Xəlil olduğunu bildirib harada olduqlarını soruşmuş, o, Xəlilə Bərdə rayonu Qasımbəyli kəndi ərazisində olduqlarını söyləmişdir. Bundan sonra Xəlili yaxınlıqdakı su bulağına aparmaqla üst-başını təmizləməyə kömək etmiş və Bərdə şəhərində yerləşən “Sarayın kruqu” deyilən yerə aparıb tanımadığı taksi avtomobili ilə yaşadığı ünvana yola salmışdır. Xəlili su kanalının içərisində aşkarlayan zaman sifət nahiyəsində sıyrıq xəsarətlərinin olduğunu, Xəlildən döyülüb-döyülməməsini soruşduqda, Xəlil döyülmədiyini dediyindən ilkin izahatını bu şəkildə verdiyini, ancaq Xəlilin üzündəki sıyrıqların baş vermiş hadisə nəticəsində yaranmasını düşündüyünü müstəntiqə demişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 15 may 2021-ci il və 22 may 2021-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxsin ifadələrinin düzgünlüyü Təqsirləndirilən şəxs1 özünün iştirakı ilə hadisə yerlərində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətlərinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokollara əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs2 özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 aprel 2021-ci il tarixli 9/1256 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd 2017-ci il Cənubi Koreya istehsalı olan, “Samsung LCD” markalı, 102 diaqonallı televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 280 manat müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Bərdə rayon ekspertiza şöbəsinin 18 fevral 2021-ci il tarixli 121 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ almacıqgicgah, burun üzərinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 13 fevral 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 22 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsini törətdiyi yer Bərdə rayonu “Meşəçilik institutu” deyilən ərazidə yerləşən Zərərçəkmiş şəxs2 məxsus kafedir. Baxış zamanı əhəmiyyət kəsb edən hər hansı əşya, predmet, sənəd və sair aşkar olunmamış və götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 24 fevral 2021-ci il tarixli 1586 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu “SUM-32” (yataqxana) ünvanında yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 18 mart 2019-cu il təvəllüdlü olmaqla azyaşlı uşaq var. Cinayət işinə əlavə edilmiş Azərmənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsindən daxil olmuş 09 mart 2021-ci il tarixli 099 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə 22 iyul 2020-ci il tarixdə saat 03:00 radələrində Bərdə rayonu “Meşəçilik institutu” deyilən ərazidə yerləşən Zərərçəkmiş şəxs2 məxsus kafeyə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd 280 manat dəyərində 102 sm diaqonallı “Samsung” markalı televizor, 1 ədəd 200 manat dəyərində od samovarı, 1 ədəd 150 manat dəyərində elektrik samovarı, 1 ədəd 100 manat dəyərində suvenir xəncər, 1 ədəd 20 manat dəyərində mələfə, 1 ədəd 50 manat dəyərində süfrə, 10 manat dəyərində şirniyyat məmulatları və 5 manat dəyərində sabunları gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 815 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə birinci qrup gözdən əlil olduğundan özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaq məqsədilə 13 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 məxsus “VAZ- 21063” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 törədəcəkləri cinayəti heç kimin görə bilməyəcəyi Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən hissəsindəki sahilinə gətirərək həmin yerdə üzərinə hücum edib əvvəlcə baş nahiyəsindən bir dəfə əli ilə vurub yerə yıxdıqdan sonra hər iki qolunu arxasına doğru burub saxlamaqla sağ almacıq-gicgah, burun üzərinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə sonuncuya qarşı həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək cibində olan 197 manat nağd pulu açıq talayıb, Zərərçəkmiş şəxs1 197 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə birinci qrup gözdən əlil olduğundan özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Zərərçəkmiş şəxs1 əmlakını açıq talamaq məqsədilə 13 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özünə məxsus “VAZ 21063” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 törədəcəkləri cinayəti heç kimin görə bilməyəcəyi Tərtər çayının Bərdə rayonu Qasımbəyli kəndi ərazisindən keçən hissəsindəki sahilinə gətirərək həmin yerdə üzərinə hücum edib əvvəlcə baş nahiyəsindən bir dəfə əli ilə vurub yerə yıxdıqdan sonra hər iki qolunu arxasına doğru burub saxlamaqla sağ almacıq-gicgah, burun üzərinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqlarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə sonuncuya qarşı həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək cibində olan 197 manat nağd pulu açıq talayıb, Zərərçəkmiş şəxs1 197 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmiş və özləri Zərərçəkmiş şəxs1 heç kimin olmadığı, ətrafı çay, çoxlu xəndək və arxlar olan həmin yerdə həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqdan sonra sonuncuya kömək göstərmək imkanları olduqları halda bunu etməyərək, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan birinci qrup gözdən əlil Zərərçəkmiş şəxs1 bilə-bilə köməksiz qoymaqla təhlükədə qoymuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması halı da təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsi ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsi ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi mşünasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran haların olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməllərinin tövsif olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 оğlu 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2021-ci il tarixdə barəsində Bərdə Rayon Məhkəməsi hakimi tərəfindən 03 (üç) ay müddətinə, yəni 16 may 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, 16 may 2021-ci il tarixdə “həbs” qətimkan tədbirinin müddəti bitdiyindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 23 mart 2022-ci il tarixdə Bərdə Rayon Polis X4 müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində 16 may 2021-ci il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 оğlu 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2021-ci il tarixdə barəsində tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 23 mart 2022-ci il tarixdə Bərdə Rayon Polis X4 müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində 18 fevral 2021-ci il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə 1012 (bir min on iki) manat maddi ziyan vardır. Vurulmuş ziyanın 197 (yüz doxsan yeddi) manat hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən ödənilib. 815 (səkkiz yüz on beş) manat maddi ziyan isə Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143, 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə 03 (üç) ay, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bərdə rayon Polis Şöbəsində 16 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Etibar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143cü maddəsi ilə 03 (üç) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 Etibar oğlunun üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Etibar oğlunun 18 fevral 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 Etibar oğlunun üzərində qəti olaraq 03 (üç) il 09 (doquz) ay gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Etibar oğlu barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Etibar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Etibar oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Etibar oğlu cəzasının əvvəli 11 may 2022-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs1 vurulmuş 197 manat ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 Etibar oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-77/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-77/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver